AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu




Yüklə 0.99 Mb.
səhifə3/7
tarix23.02.2016
ölçüsü0.99 Mb.
1   2   3   4   5   6   7

NOVRUZ BAYRAMI
Novruz xalqın ən çox sevdiyi bayramlardan biridir.

Uzun illər bu bayram yasaq olduğundan xalq bu əziz bayramı gizli qeyd etmişdir. Novruz bayramına demək olar ki, fevral ayından tədarük görülməyə başlayırlar. Fevralın bi­rinci on günlüyündə ilk cümə axşamı Xıdır Nəbini keçir­dik­dən son­ra xalq yavaş-yavaş Novruzu qarşılamağa hazır­laşır. Bu məq­sədlə öncə evdə təmizlikdən başlanır. Ev-eşik təmizlənir, yor­ğan-döşək, xalça-palaz çölə çıxarılıb çırpılır, pəncərələr silinir. Pərdələr və evdə işlədilməyən qab-qacaq yenidən yuyulub silinir. Bayramda maddi cəhətdən imkan osun deyə qabaqca­dan un, düyü, qoz-fındıq, çərəz tədarükü görənlər də olur. Xü­susi qeyd olunmayan yel, su hava çər­şənbələrindən sonra ilin axır çərşənbəsi çox möhtəşəm ke­çirilir. Ordubadda ilaxır çər­şənbəni xüsusilə qeyd edirlər. Ən kasıb bir adamı xan bəzə­yirlər. Xan bir günlüyə də olsa, bay­ramı idarə edir. Burada əsas məqsəd xanın vasitəsilə kasıb­lara əl tutmaq, bayramı yaxşı keçirsin deyə onlara maddi köməklik etməkdir. İlaxırda hamı ölənlərini yad edər, qəbir üstünə gedib quran oxutdurar, bir növ yasdan çıxıb yeni ili kədərsiz, qəmsiz qarşılayar. Həmin axşam bütün məhəllələr­də böyük tonqal qalanır, uşaqlar müxtəlif fişənglər partladır, qalanmış odun üstündən atlanıb deyirlər:

Ağırlığım, uğurluğum bu odun üstünə!

Qızlar isə belə deyər:

Atıl, batıl çərşənbə,

Ayna kimi baxtım açıl, çərşənbə!

Evlərdə Naxçıvana xas bayram çöçəsi və şirniyyat ha­zırlanır. Hamı çalışır ki, ilaxır bayramını dolu süfrə ilə ke­çirsin. Süfrədə əsasən plov, dolma, dovğa və s. olur. Bay­ra­ma qədər mütləq səməni qoymaq lazımdır. Naxçıvanda sə­mənini buğda­dan, noxuddan, qarğıdalıdan və mərciməkdən qoyarlar. Bəzi yerlərdə səmənidən səməni halvası da hazır­lanır. Hər stolun üs­tündə bayram üçün hazırlanmış, xonça­ların içəri­sində bayra­mın atributları hesab olunan şəkərbura, paxlava, qoğal, cəviz, fındıq, kişmiş helnoğul, şirədən hazır­lanmış al­ma, boyanmış yumurta hökmən olur. Buna yeddi­ləvin də deyirlər. Müsəlman bayramlarının hamısında oldu­ğu kimi, Novruz da bir paylaşma bayramıdır. Hamı çalışır ki, qonşu­sunun da, qohumunun da stolunda bu təamlar ol­sun. Xalq ilaxır səhəri sübh tezdən bu­lağa, çeşməyə gedər. Və bulağın içindən xırda çınqıl daşlar gə­tirib evdə gələn Novruza qədər saxlayardılar. Çeşmədən gəti­rilmiş su ilə evin hər tərəfinə su çiləyərdilər. İlaxırdan sonra Novruz bayramı qeyd olunur. Novruzun birinci üç gününə “Gö­rüş” deyirlər. Bu zaman ki­çiklər böyükləri, ağsaqqal və ağbirçəkləri gör­mə­yə gedər. Və bu zaman aparılan hədiyyənin qiyməti önəm­li sayılmaz. Hə­diyyə bir alma, bir limon, bir cüt corab və ya bir qutu şokolad da ola bilər. Burda əsas məsələ sevgi, sayğı və diqqətdir. Böyüklər isə evə görüşə gələnlərə bayram xonçasından ikram edər, körpələrə boyanmış yumurta verərdilər. Bu bayramda küsülü qalmazlar. Bayramı barışıq və mehribanlıq şəraitində keçirmək önəmlidir. Naxçıvanda deyər­lər ki, tut yetişənə qədər görüşdür. Yəni uzaqda olan, imkanı olmayan, gecikən­lər heç olmasa, tut yetişənə qədər gəlsinlər. İlaxırın ən maraq­lı və yadda qalan məqamlarından biri qulaq, su, başmaq fa­lıdır. Qəlbində tutduğun fikirdən, məqsəddən asılı olaraq bu fallardan hər hansı biri icra oluna bilər. Məsələn, 5-10 qız oturub bir kasa suya hər kəs öz əşyasını atır. Kasanın üstü yaylıqla örtülür. Bir nəfər bayatı deyə-deyə əlini salıb əşya­lardan birini çıxarır. Məsələn deyir:

Samovarım qızıldır,

Minbir yerdən sızırdı.

Mən sevdiyim oğlanın

Qabaq dişi qızıldır.

Bu zaman üzüyü sudan çıxan qız belə fikriləşir ki, qar­şısına çıxan oğlan qızıldiş olacaq. Və ya ayaq altına bir açar, ovucun içinə kiçik bir güzgü qoyub qonşu qapıya qulaq asırsan. Evdə danışılan hər hansı bir fikir və sözə uyğun qəl­bində tutduğun işin olumlu və ya olumsuz olacağını düşü­nür­sən. Ərlik qızlar ilaxır gecəsi ayaqqabılarını götürüb baş­larının üstündən atarlar. Qapıya doğru düz düşən ayaqqabı o deməkdir ki, o qız həmin il ərə gedəcək. Bəzən də gecədən duzlu bir şey yeyib yatar, yuxularında görəcəkləri adamın baxtları olduğunu düşünərlər. Novruz bayramında uşaqları sevindirmək üçün mütləq onlara təzə paltar alardılar.



Bayram çöçəsi: Naxçıvana məxsus un məmulatıdır. Xə­mir əsasən, kərə yağı, yumurta, un, qatıq və azacıq maya ilə yoğurulur. İçlik isə xəmirin miqdarına görə hazırlanır. Əvvəl­cə yarım stəkan unu tavada yağsız qızılı rəng alana qədər qovururlar. Sonra onu başqa qaba götürürlər, həmin tavada yarım kiloqram özəyi çıxarılaraq ət maşınından keçirilmiş baş soğanı yarım stəkan su ilə bişirilir. Suyu çəkilənə yaxın soğana yağ əlavə edilir. Soğan yağda qızılı rəng alana qədər qovurulur. Üzərinə qovurulmuş unu və yarım kiloqram çə­kilmiş cəviz ləpəsi əlavə olunur. İçliyə zövqə görə duz, istiot, sarıkök vurub, kiçik kündələrin içərisinə qoyub kənarları bü­külür. Üzərinə yumurta sarısı çəkilir. Çəngəllə üzəri deşik­lənib bişirilir. Bayramlar çöçəsiz qeyri-mümkündür. Bəzi adamlar qoz yerinə lobyadan və mərciməkdən də istifadə edirlər. Çöçəni elektrik peçində və ya təndirdə bişirirlər.

NAXÇIVANDA XIDIR NƏBİ BAYRAMI
Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır. Hər il fevral ayının təxminən ikinci həftə­sinin ilk cümə axşamı qeyd olunur. O zamana qədər ilk cümə axşamı xanların, bəylərin bayramı hesab olunur.

Xıdırın gəlişi münasibətilə yerli camaat qovud və qovurğa hazırlayar, oğlanlar evlərə torba atarlar.

Üyüdülmüş qovudu bayram axşamının gecəsi çöldə teştin içində saxlayırdılar. Rəvayətə görə, dan üzü açılanda Xıdır Nəbi atı ilə gəlib bütün evlərdə qoyulmuş qovudlara xeyir-duasını verərmiş. Mən bir-neçə dəfə nənəmin üzündə sevinc görmüşəm. O, çox məmnun bir tərzdə deyərdi ki, gecə qurban olduğum gəlib, atının nalı qovudun üstündə açıq-aydın görünür. Şühəsiz ki, biz bunun nə demək oldu­ğunu o qədər də başa düşmürdük və böyük bir təlaşla qovu­dun gülab tökülmüş şərbətlə ovulmasını, lavaş dürməyi kimi sinilərə yığılmasını gözləyərdik. Bayram günü isə mütləq qovurğa qovrular ki, onun da içində ailənin vəziyyətinə görə cəviz, fındıq, badam, küncüt, çətənə, buğda, yemiş və qarpız tumu, kişmiş və s. əlavə edərdilər. Yəni qovurğasız ev olmazdı. Yası düşən və bu səbəbdən bayram edə bilməyənə qohum-əqraba, qonşular pay göndərərdilər. Baxmayaraq ki, hər evdə bu mərasim mütləq qeyd olunur, bununla belə oğlan uşaqları əllərinə dəyənək və torba götürüb, qapı-qapı gəzər və Xıdır Nəbiyə xalqın illərlə qəlbində yaşatdığı ən səmimi istəklərini bildirər və deyərlər:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çörək verərlər.

Mən Xıdırın nəyiyəm?

Ayağının nalıyam,

Atının noxdasıyam.

Mən Xıdırın pişiyəm,

Damda durub üşüyürəm.

Hər kəs payımı verməsə,

Ocağına işiyərəm.

Xanım, ayağa dursana,

Yükün dalın açsana.

Torbanı doldursana,

Qonağı yola salsana.

Qara toyuğun qanadı,

Kim vurdu, kim sanadı?

Məhlənizə gələndə

İtlər bizi taladı.



Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və uşaq­lara bayram payı verilərdi. Qovurğadan həyətdəki toyuq-cü­cəyə atardılar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta versinlər. Müqəddəs bir bayram olduğundan qovurğanın ye­rə dağılmasına və ayaqlanmasına imkan vermək olmaz.

RAMAZAN
Ramazan oruc ayıdır. Xalq on bir ayın sultanı Ramazanı xeyir və savab ayı kimi qeyd edir. On bir aydan daha qiy­mətli Ramazan ayında Quran nazil olduğundan xalq bu aya xüsusi ehtiramla yanaşır. Qədr surəsi də bu gecə nazil olub. Ona görə həmin gecəyə Qədr gecəsi də deyilir. Qədr gecə­sində səhərə qədər xalq ibadət ilə məşğul olar, namaz qılar, Quran oxudar. Xalq bu bir ay müddətinə səhər sübhdən sa­hura qalxar, axşama qədər oruc tutaraq ibadət və xeyir əməl­lərlə məşğul olur. Axşam iftardan qabaq Ramazanın hər gü­nünə məxsus duasını oxuyaraq iftarı açmaq lazımdır. Nax­çıvanda müqəddəs Ramazan ayını özünəməxsus qayda-qa­nun ilə keçirirdilər. Ramazanda toy-qonaqlıq etməzlər. Yas mərasimlərində isə yalnız iftardan sonra ehsan verilə bilər. Bir aylıq orucluq ibadətinin axırı Ramazan bayramı ilə ta­mam­lanır. Ramzanın son günü dindarlar məscidə toplaşaraq bayram namazı qılır, ramazanda müxtəlif səbəblərdən oruc tuta bilməyənlər bu müddət ərzində oruc tutan imkansız din adamları üçün iftar süfrələri açar, yetim-yesirə, imkansızlara maddi yardım edərdilər. Ramazanın son günü evdən mütləq fitrə çıxararlar. Fitrə adambaşına 4 kiloqram buğdanın də­yərində bir yardımdır. Bunu pul şəklində də, başqa ərzaq­larla da vermək olar. Fitrəni bayramdan qabaq vermək la­zım­dır ki, kasıb və imkansız əhali də bayramı qeyd edə bil­sin. Ramazan mənən paklıq, səbr, yardımlaşma ayıdır. Bay­ram günü müsəlmanlar bir-birini, kiçiklər böyükləri oruc tu­tanları gedib təbrik etməlidirlər. Ramazanda imkanı olanlar Məkkəyə, Mədinəyə ziyarətə gedərlər, bu ibadətləri orada icra etdikdən sonra Hacı adını alıb, vətənə qayıdarlar.

QURBAN BAYRAMI
Müqəddəs bayramlardan biri də İsmayıl Qurbanıdır. Rə­vayətə görə İbrahim peyğəmbər oğlu İsmayılı sidq ürəkdən inanc gətirdiyi Allaha qurban kəsmək istəyirdi. Bu zaman oğlunun gözlərini bağlayır, qorxur ki, oğlunun aman diləyən gözlərinə gözü sataşar və bu işdən vaz keçər. Ancaq Allah-təala İbrahim peyğəmbərin bu əməlini mühakafatlandırır, İs­mayılın yerinə qurbangaha bir qoç nazil edir. Və qoçun qur­ban kəsilməsi üçün ona vəhy gəlir. Həmin gündən müsəl­manlar bu günü bayram keçirib, Allah yolunda müxtəlif say­da yəni imkana görə qurban kəsərlər. Qurban erkək dəvədən, danadan, qoçdan, keçidən kəsilə bilər. Kəsilən ətin üçdən biri ev yiyəsinin, qalan hissəsi isə kasıb və imkansızlara pay­lanır. Qurban günü hər bir müsəlmanın evində qurban əti bişər. Qurbanlıq heyvanı kəsməzdən əvvəl, heyvana qurban duası oxunar, üzünü qibləyə tutub kəsərlər. Naxçıvanda qur­banda nişanlı qızlara xüsusi bəzədilmiş, xınalanmış qurban­lıq qoç və xonça apararlar. Qız evində qurban kəsildikdən sonra, qaydaya görə heyvanın yarısını oğlan evinə göndə­rirlər. Qurban kəsən zaman kəsilən heyvanın erkək, sağlam və təmiz olmasına xüsusilə diqqət yetirmək lazımdır.

Ramazan və Qurban bayramından bir neçə gün əvvəl müsəlmanlar müqəddəs yerlərə ziyarətə gedər, dini ayinləri orada icra edərlər. Məkkədə Həcərül-əvsədi (qara daş) zi­yarət edər, şeytanı daşlayar, zəm-zəm suyundan içər və ya­xınlarına da bu sudan pay gətirərlər.



ATALAR SÖZÜ VE DEYİMLƏR
*Ac adamın Allahı olmaz.

*Ac deyər, doymaram, tox da deyər acmaram.

*Ac qılınca çapar.

*Ac qudurğan çılpaq oynağan olar.

*Ac qulağım dinc qulağım.

*Acı bibəri qurd yeməz.

*Açmadığı qapı, sıçmadığı ocaqbaşı qalmadı.

*Adam atdan düşüb eşşəyə minməz.

*Adı sənin, dadı mənim.

*Adın çıxdı doqquza, daha yenməz səkkizə.

*Adın çıxınca canın çıxsın.

*Adın nədir Daşdəmir, yumşalarsan yumşalar.

*Adın nədir Rəşid: birini de, birini eşit.

*Adını çək, qulağını bur.

*Adıva gəldim, sanıva gəldim, kəndxuda bildim, yanıva gəldim.

*Aftafa görməyən götdər, lüleyin görüb xoruldayır.

*Ağ yudu qara sərdi.

*Ağa da mənəm Ağacan da.

*Ağa Nəzərəm, belə gəzərəm.

*Ağanın malı gedir, nökərin canı çıxır.

*Ağıllı fikirləşincə dəli vurub keçər.

*Ağıllı məni tapmaz, dəli də məndən gen gəzməz.

*Ağır otur, batman gəl.

*Ağzı əyrini daldan tanıyır.

Ara qarışdı, məzhəb itdi.

*Al qapında, sat qapında.

* Ara qarışdı, məzhəb itdi.

*Alan razı, satan razı, ne deyecek molla, qazi.

*Alçaqdan uç ki, yüksəyə qona biləsən.

*Aldatdığın uşağın götünü yeyəsən.

*Aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı.

*Allah bir başa iki qapaz vurmaz.

*Allah buynuzsuz qoçun qisasını, buynuzlu qoçda qoymaz!

*Allah dağına baxıb qarını verər.

*Allah dərd də verib, dərman da.

*Allah dəvəyə qanad versəydi, uçurmadığı ev qalmazdı.

*Allah deyib ki, səndən hərəkət, məndən bərəkət.

*Allah gec eyləyər, güc eyləyər.

*Allah göydən baxır.

*Allah haqqı nahaqqa verməz.

*Allah kor quşun ruzisini yuvasında verər.

*Allah qotur versin, dırnaq verməsin.

*Allah sağ gözü, sol gözə möhtac eləməsin.

*Allah səbr edənlə, şükr edəni sevər.

*Allah tamarzıdan kəssin, dadana versin.

*Allah üçün çalışanın ruzisini Allah özü verər.

*Allah verəndə də üzünü görmə, alanda da.

*Allah yel də verib, yol da.

*Allah yeyənnən, geyinənkini özü yetirər.

*Allahdan buyruq, ağzıma quyruq.

*Allahdan naqafıl danışma.

*Allahdan ümid kəsilməz.

*Allahın barmağı yoxdu ki, basa göz çıxara.

*Allahın bədnəzərdən xəbəri yoxdur.

*Allahın əlinin üstündə əl yoxdur.

*Allahın zopası yoxdu ki, göydən yendirə.

*Allahsız yerdə otur, böyüksüz yerdə oturma.

*Allahutala iki dəfə gülür: birinci, o yıxanı camaat qal­dır­mağa çalışanda, ikinci, o qaldıranı camaat yıxmaq istəyəndə.

*Ana qızına taxt qurdu, baxt qura bilmədi.

*Anan sarımsaq, dədən soğan. Hardan oldun gülməşəkər?

*Aralıq atı kor Fatı.

*Araz axırdı, gözüm baxırdı.

*Araza getsə, suyu quruyar.

*Arığın nəyi var ki, yoluğa da nə versin?!

*Arım var, arım var, dızan arısı.

*Armud dibinə düşər.

*Arvad ərini vəzir də edər, rəzil də.

*Arvad arıx, inəy arıx, at arıx.

* Allah bu darrıxdan nə vaxt kutarrıx?

*Aş vermişəm aşımı ver, yaş vermişəm yaşımı ver.

*Aşığın sözü bitəndə neynim-neynim deyər.

*Aşın yağı bol olar, gəlnin üzü ağ.

*Aslan yatdığı yerdən bəlli olar.

*Asta qaçana Göy imam qənim.

*Astarı üzündən baha.

*At əngivə, çıxsın rəngivə.

*At ilxısı, köpək sürüsü.

*Ata-baba günündədir.

*Atın ölümü arpadan olsun.

*Atlar ölüb, itdərin bayramıdır.

*Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.

*Axmaq odur bu dünyada qəm yeyə, tanrı bilir kim qa­zana, kim yeyə.

*Axşamdan oduna gedən çox olar.

*Ay mənimlə olsun, ulduzun götünə barmağım.

*Aya o qədər baxma ki, ay düşsün ayağıvın altına.

*Ayağıvın altına şişdən, dəmirdən atım.

*Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur.

*Ayın on beşi qaranlıqsa, on beşi işıqdır.

*Ayran içdik, ayrı düşdük.

*Az idi arıx-urux, biri də gəldi çulu cırıq.

*Bağçı bağdan küsüb, bağın xəbəri yox.

*Bağçı bağını qıydı, bağban bərməgülünü yox.

*Balığı nə vaxt tutsan, təzədi.

*Başa gələn çəkilər.

*Başımın tükü ayağıma salama gəldi.

*Başına gələn başmaqçı olar.

*Başına gələn başmaqçı olar.

*Başmaq ucundan evdə qalıb (yoxsa çıxıb gəzməyə gedərdi).

*Baxçalar barı, heyvalar narı, hər kimi dinsə də, sən dinmə barı.

*Baxtın yatdı, sən də yat.

*Beşdə alacağı yox üçdə verəcəyi.

*Betərin də betəri var.

*Bəy dediyi nədir, bəyənmədiyin nədir?

*Bəzənirəm xanım döyür, bəzənmirəm ağam.

*Bəzənmisən bu gündəsən, bəzənməsən nə gündəsən?

*Bir ağıllı bir dəliyə borcludu.

*Bir almanın qarşısı bir atdır.

*Bir çay ki, səni aparır, ona Araz de.

*Bir daş altda bir daş üstdə.

*Bir əlin nəsi var, iki əlin səsi var.

*Bir gedirəm deyəndən qorx, bir də yemirəm deyəndən.

*Bir köynək yamanlığa yırtıb.

*Bir narı var, min yarı.

*Bir olsun pir olsun.

*Bir qarpız aldım içinnən ilan çıxdı.

*Bir yanıva soğan ək, bir yanıva sarımsaq.

*Bir ye, beş də Allah yolu payla.

*Biri birinə dəyməz, biri də heçinə.

*Bişirdim dəmə qoydum, yeyənin halına xoş.

*Bişmiş toyuğun gülməyi gəlir.

*Boynu qoltuq altı görməyib.

*Boynum qıldan incədir.

*Bu da mənim bığ yağımdır?

*Bu da mənim çox sağolumdu?

*Bu da mənim saqqal xərcimdir?

*Bu meydan bu da şeytan.

*Bu toyuq yumurtamadı, falanı da yedi?

*Bu xına o xınadan deyil.

*Bu yerdə Qəribi ağlamaq tutdu.

*Bük qoy palazın altına.

*Buna da vur dedik, öldürdü.

* Burda mənəm, Bağdadda kor xəlifə.

*Bütövü paralama, paraya dəymə, ye doyunca.

*Bütün duzdağın duzunu yesə, yenə də duzsuz osdurar.

*Can boğazdan girib boğazdan da çıxar.

*Can sənin, cəhənnəm Tanrının.

*Çaqqallılar badnam olub, ləçərlilər adam.

*Çay hər gün qırmızı alma gətirməz.

*Çərçi bazardan ev olmaz, qonşunu dərd öldürər.

*Çevir tatı, vur tatı.

*Cin başqa, şeytan başqa.

*Cin olmamış adam çarpır.

*Çıx, çuvaldan çıx, səni də mən saxlayım?

*Çıxmayan cana ümid çoxdur.

*Çömçə tutan bizə tərəfdir.

*Çörək eldən, su göldən.

*Çörəyi daşdan çıxır.

*Çörəyi ver çörəkçiyə, birini də üstəlik.

*Çox şirin yeməyin acı gəyirməsi də olur.

*Çox uca sıçıb, bir az da başınnan dişdəyir.

*Çünki oldun dəyirmançı, çağır gəlsin “Dən Koroğlu”.

*Dağdan gəlib bağdakını qovur.

*Dağı arana, aranı dağa köçürür.

*Dağı dağ üstdə qoyandır.

*Damarına bax, qanını al.

*Dana nə bilir tövlə, mıx nə çəkir?

*Daş armud bala dönüb?

*Daş qızlar bağrına, hər gecə yalqız yatar.

*Dazın daznan yatdığı, daza da şıllağ atdığı.

*Dədə görmiyən elə bilir ki, Şahqulu da bir dədədir.

*Dədəmin adı Xıdır, gördüyüm iş bıdır.

*Dedi-dedi yıxmayan ev, min il tikili qalar.

*Dediyim dediyh, çaldığım düdüyh.

*Dəlidən doğru xəbər.

*Dəli bir naxış bilər.

*Dəlikli muncuq yerdə qalmaz.

*Dəllək müştəridən çoxdu.

*Dəm dəmi gətirər, qəm qəmi.

*Dərd gələndə xalvarla, çıxanda misqalla çıxar.

*Dərə xəlvət, tülkü bəy.

*Dəvədən böyük fil var.

*Dəvədən düşüb, höt-hötünnən düşməyib.

*Deyənə baxma, dedizdirənə bax.

*Deyirəm ki, xədiməm, deyir ki, neçə uşağın var?

*Deyirəm, gülürəm, amma oynaş yadımdan çıxmır.

*Dəyirmanın boğazına ölü salsan, diri çıxar.

*Dilənçinin üzü qara, torbası dolu olar.

*Dili deyir, götü yeyir.

*Dili divanda, götü yorğanda.

*Dili ilanı yuvasından çıxardar.

*Dilimdə tük bitti.

*Dilin bəlasını baş çəkir.

*Dilinin altındakı paxlanı çıxar.

*Dinsizin öhdəsindən imansız gələr.

*Div qurbağaya aşiq olub.

*Divarın o üzü də qəribçilikdir.

*Doğulmamış uşağa don biçməzlər.

*Döyülmüyən darıdan düyü olmaz.

*Dünənki ot, bu gün tikan olub.

*Dünya bir pəncərədir, hər gələn baxar gedər.

*Dünyanın quyruğu uzundur.

*Duvax yuvarlanar, qazanın tapar.

*Duz duzdaxda eşşəyh naxırda, naxırçı gəlib haqq istəyir.

*Düzəlmişdi hər yarağı, qalmışdı saqqal-darağı.

*Duzu duzdaxdan, külü küllükdən al.

*Duzu yeyib duzdağa sıçar.

*Əhməd, Əhməd, sənə nə zəhmət?!

*Əkiblər yemişik, əkirik yeyələr.

*El ağzı çuval ağzı.

*Əl çatmaz, ün yetməz.

*El dəliyə həsrət, mən ağıllıya.

*Əl əldən üstündür.

*Elçisi Gülüm olanın başına külüm olar.

*Elə danış, elə gül əzizi gəlmiş kimi, elə ağla, elə dur əzizi ölmüş kimi.

*Elə et ki, şorsatan qapıya bir də gəlsin.

*Elə ki qalmadı, belə də qalmaz.

*Ələyə gələni ərə verir.

*Ələyim ələnib, xəlbirim göydə fırlanır.

*Əli aşınnan da oldu, Vəli aşınnan da.

*Əli işdə, gözü oynaşda.

*Əlim yandı, təpdim ağzıma.

*Əlimizlə verib ayağımızla axtarırırıq.

*Əlin yağlıdı öz başıva çək.

*Əlində bayraq eləyir.

*Əlində dəstəvuz eləyir.

*Əlinin papağını Vəlinin başına qoyur.

*Əlisi dəli, Vəlisi dəli. Qırılımışın hamısı dəli.

*Əlli əllinin üstə, bir əlli də onun üstə.

*Ər gərək, tez gərəkdir?

*Ərəb nədir, corab nədir?

*Erkək eşşəy yanı qoduxlu gəzməz.

*Erməni deyər, müsəlmanın sonrakı ağlı mənim olaydı.

*Əskisi yanıqdır.

*Əsnəy əsnəyi gətirər, vay samanlıqdakının halına!

*Eşşək gətir mərəkə yüklə.

*Eşşəkdir, tükü də məxmər çalır.

*Eşşəyə min, ata çatınca.

*Eşşəyi satan köşşəyi ala bilməz.

*Ətə qatsan it yeməz, kəpəyə qatsan at.

*Əti sənin sümüyü mənim.

*Evlər gördüm, evimə iyməndim, evlər gördüm evim­dən iyrəndim.

*Əvvəl yağlayır, sonra dağlayır.

*Gah biçin olar, gah başşaq.

*Gec gələn qonaq öz kisəsindən yeyər.

*Gec gəlib tez öyrənəndir.

*Gec gəlmişəm, ya az gətirmişəm?

*Gecə hamilədir, səhərə nə doğacağı bəlli olmaz.

*Gecə qara, cücə qara.

*Gecədən qaranlıq gündüzlər var.

*Gecəyarıya qədər ağa yalvarır, gecədən səhərə qədər xanım.

*Gedər bostan qırası, qalar üzün qarası.

*Gedirdi saqqal dalınca, bığını da qoydu gəldi.

*Gəldim kabab iyinə, gördüm eşşək dağlayırlar.

*Gəlin bağlı qovundu, içli də çıxar, içsiz də.

*Gəlin bir təlis cevizdi, tərpətməsən xışıldamaz.

*Gəlin durdu ayağa, başlı başını saxlasın.

*Gəlin işi ilə, qaynana söyüşü ilə tanınar.

*Gəlinə duvaq, divara suvaq gərəkdir.

*Gəlinin eybini ögey anadan soruş .

*Gəmiyə minib gəmiçi ilə dava edir.

*Gəzdi Aran-Turanı, cənnət gördü yenə buranı.

*Göbəyivə çöpdən dirək (nə böyük iş görmüsən ki?).

*Gönü suya vermək.

*Gordan evə getdi.

*Gördüyündən göz kirəsi çıxır.

*Görəsən hansı dağda qurd ölüb?

*Görməmişin bir oğlu oldu, dartıb şeyini qopartdı.

*Gorum var ki, kəfənim də olsun?

*Göydən nə gəldi ki, yer qəbul etmədi?

*Göz gördü, könül sevdi.

*Göz görmür, üz utanmır.

*Gözdən uzaq, könüldən iraq.

*Gözəl ağa çox gözəldi, vurdu çiban da çıxartdı.

*Gözəlin üzündə plov yemirlər ki?

*Gördüyündən göz kirası çıxır.

*Gözüm üstündədir.

*Gündüz dardar eləyir, gecə yer dar eləyir.

*Gündüz naxura, axşam axura.

*Hamı gedir quş gətirir, Şahqulu bayquş.

*Hamı hamı ilədi, keçəl də nənəmlə.

*Hamını qurd yedi, mənimtək tükü dağılan olmadı.

*Harda aş, orda baş.

*Havada bulud, sən məni unut.

*Hay-haynan gələn, vay-vaynan gedər.

*Həccə gedən gəldi, saca gedən gəlmədi.

*Həcdən gələn mən, xəbər verən sən?

*Həm suçlu, həm güclü.

*Həm yamandır, həm yanan.

*Həm zırt, həm xata?

*Həm ziyarət, həm ticarət.

*Həmişə Şaban bir gün də Ramazan.

*Hənək, hənək axırı dəyənək.

*Hər aşığın dövranı var.

*Hər evin öz qibləsi var.

*Hər gecəni Qədr, hər kişini Xızır bil.

*Hər gözəldən yar olmaz.

*Hər gözəlin bir eybi var.

*Hər cəfanın bir səfası var.

*Hər gözəlin bir qüsuru, hər gülün bir tikəni var.

*Hər heyvan öz ayağından asılar.

*Hər kəs öz qoturunu qaşıyar.

*Hər kim dinsə də, sən dinmə barı.

*Bağçalar barı, heyvası narı.

*Hər oxuyan Molla Pənah olmaz.

*Hər qaranlıq gecənin bir işıqlı gündüzü var.

*Hər quşun əti yeyilməz.

*Hər rəng bir rəngdir, bədrəngin özü də bir rəngdir.

*Hər rəngi boyamışdıq, qalmışdı fıstıq yaşılı.

*Hər xarabazarlıqda nəzinə çıxmaz.

*Hərzə sözün mərzə cavabı olar.

*Hesab var dinar-dinar, baxşış var xalvar-xalvar.

*Həsən də qəlyan çəkər, Hüseyin də qəlyan çəkər, təm­bəki bol olarsa Həso da

qəlyan çəkər

*Tənbəki bol olarsa, Həso da qəlyan çəkər.

*Hirs gələr üz qaralar, hirs gedər üz ağarar.

*Hürməyini qanmayan köpək sürüyə qurd gətirər.

*İçindən qırıla-qırıla qaldı.

*İgidlik yüzdür, doxsan doqquzu qaçmaq, biri də heç gözə görünməmək.

*İki gozüm iki çeşmə.

*İlan quyruq çəkmir (çox adam var deməkdir).

*İlanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb basdırmayana lənət.

*İlanın ağına da lənət, qarasına da.

*İlim-ilim itəsən, kol dibində bitəsən. Məndən qarışaca­ğın olmasa it

poxundan betərsən.

*Məndən qorxacağın olmasa, it poxundan betərsən.

*İmam üçün ağlayırsan yezid üçün də ağla.

*İsfahan uzaq, kərdi yaxın.

*İşin qaldı arvada, ölən günüvü sal yada.

*İşinin xatirinə ayıya dayı deyir.

*İsinmədik istisinə, kor olduq tüstüsünə.

*İşıq gələn yerə papaq tıxama.

*İslanmışın yağışdan nə qorxusu?

*İşlə mənim üçün, öyrən özün üçün.

*İstəyənin bir üzü qara, verməyənin iki üzü.

*İt bekarlayanda özünü yalayar.

*İt hardan aldı iki əppəyi ki, birini özü yedi, birini də borc verdi?

*İt itdiyin tərgitsə, sümsünməyin tərgitməz.

*İt itin ayağını basdamaz.

*İt kəlləsini xonçaya qoysan, dığırranıb yerə düşər.

*İti aç. Çomağı hazırla

*İt nə qanır qayğanaq nədir

*İti an, çomağı hazırla

*İtdən aldı itə verdi.

*İtdən qorx, qurddan qorx, çaqqal gəlib göz çıxardacaq.

*İtə sahibinə görə hörmət eliyərlər.

*İtin qudurmuşduğunu üzünə deməzlər.

*İtin sahibi varsa, qurdun da Allahı var.

*İtin səfehliyindən tayada doşan balalayar.

*İynəli gündə təzə, iynəsiz ildə təzə olmaz.

*Kasıb mal tapdı, yer tapa bilmədi.

*Kasıbın sacı qızanda xəmiri qurtarır.

*Keçəl qızın nəyi var? Daraydan bir donu.

*Keçidən dövlət, qızdan övlad olmaz.

*Kənddən şəhərə gələnin bir tabaq gül başına, şəhərdən kəndə gedənin bir

tabaq kül başına.

*Kəssəyhlər oturub daşların gününə ağlayır.

*Kim eşşək, biz ona palan.

*Kiminə quyruq, kiminə yumruq.

*Kiminin parası, kiminin xeyir-duası.

*Kimisinə niyyət, kimisinə qismət.

*Kişi yediyini gəvşəyə gətirməz.

*Köhnə hamam, köhnə tas.

*Kor-kora deyər cırt bəri yandakı gözüvə.

*Körpü qaldı Arazın o tayında.

*Korun əlinə dəyənək verir.

*Kül təpəcik dağ olmaz.

*Kürd yedi, qaldı Hedo.

*Ləb demədən ləbləbi başa düşür.

*Lələ navala, Mərcan çuvala.

*Mal gedər bir yerə, iman gedər min yerə.

*Malımı itdər, yaxamı bitlər yeyir.

*Malıvı sel aparıb, suruva-ləvinivə nə gəlib?

*Məhəbbət gözdə olur.

*Məhəbbətin gözü kordur.

*Mələməyənə süd verməzlər?

*Mən deyirəm, fədəm dəmə, bu deyir damnan dama.

*Məndən olub mənə oxşamayan.

*Məndən uzaq, cəhənnəmə dirək.

*Mənə dəyməyən ilan min yaşasın.

*Məscid minbər olmamış, kor hasasın dayadı.

*Məscidin qapısı açıq olanda itdə də bir həya lazımdır.

*Milçək mındar deyil, könül bulandırandır.

*Müsəlmanın işi qurtaranda sünnətini kəsib özünə iş düzəldir.

*Mus-mus deyincə, Mustafa de.

*Nadana dedilər xalanı almaq olmaz, dedi ki, mən aldım da, oldu da.

*Namusu atıblar itə, it yeməyib.

*Naxçıvanın qızı, duzu, qarpızı.

*Naxır dəstəsi ilə itib, sən bir arıx dananı axtarırsan.

*Neçə ildir dilənir, hələ də cüməaxşamını tanımır.

*Niyyətin hara, mənzilin ora.

*Nökər nədi, bekar nədi?

*O bulağa tüpür, bu bulağa tüpür, birində elə su saxla üzüvü yuyasan.

*O qədər ölmədik ki, gordan carçımız gəldi

*Od düşdüyü yeri yandırar.

*Od olsan, özüvü odlayarsan.

*Öküz axtarır altından bala çıxarsın.

*Öküz inləməkdən qarnı cırıldayır?

*Öküz öldü ortaqlıq pozuldu?

*Olan oldu, torba doldu.

*Olanda halım halaydı, olmayanda halım qalaydı.

*Öldü ağalar, paşalar.

*İtlərə qaldı küçələr.

*Ölməmiş pələngin dərisini bölməzlər.

*Ölməz Xədicə, görər nəvə-nəticə.

*Ölmüş eşşəyin yağışdan qorxusu olmaz.

*Ölülər elə bilir dirilər halva yeyir.

*Ölüm var ölüm kimi, ölüm var zulum kimi.

*Ölüvü qoy, dirivi ağla.

*On barmağını qızıl eliyib qabağına tutsan, yenə qan­maz.

*Övlad məçit qapısıdır, nə yağmaq olur, nə yandırmaq.

*Övlad turş alçadır, yeyirsən dişin qamaşır, yemirsən könlün istəyir.

*Oynamağı bacarmayan deyər, yer dardır.

*Öz tükü üstdə dolanır.

*Özünü təmiz saxla qəfil ölümün gələr, evivi təmiz saxla, qəfil qonağın gələr.

*Papağıvı qoy qabağıva fikirləş.

*Papaq altında kişilər var.

*Pazı paznan çıxararlar.

*Pisi vermə ayıbdı, yaxşını vermə hayıfdı.

*Pişiyə dedilər, poxun dərmandır, üstünü basdırdı.

*Qabağım qovurğa qovurur, dalım sovruq atır.

*Qanana da can qurban, qanmayana da. Dad yarımçıq əlindən.

*Qapıdan girdi qaşla göz, yerdə qalan quruca söz.

*Qara məni basınca qoy, qaranı mən basım.

*Qaraca qızın dərdi var.

*Qarın qardaşdan irəlidir.

*Qarın süfrə deyil ki, hər kəsə açasan.

*Qarın yamaq götürməz.

*Qaş düzəldən yerdə göz tökdü.

*Qaşıq aşdan isti olub?

*Qaşıxla verir, çömçəylə alır.

*Qatığın üzün götürsən, suyu çıxar.

*Qayın arvadı, xayın arvadı.

*Qayınarvadının boxçada paltarı dalaşar.

*Qaynayır qazanı, yeyir xızanı.

*Qazan dedi: dibim qızıldı. Çömçə dedi, mən bulanıb çıxmışam.

*Qəbirsannıxdan keçsə, ölünün biri əskik gələr.

*Qərəz deyil, mərəzdir.

*Qeybət deyil, söhbətdir.

*Qılı qıldan seçir.

*Qılıqlı min evi, qılıqsız bir evi yeyə bilməz.

*Qız isməti, ər qisməti ilə tanınar.

*Qız qarpız kimidi yaxşı da çıxar, pis də.

*Qızı qoydun beşiyə, cehizini yığ, yeşiyə.

*Qızın oldu qırmızı donunu çıxart.

*Qoca at arpa yemir?

*Qohumu düyünlə, at bir küncə. Bir gün gərəyin olar.

*Qonaq Allah qonağıdır.

*Qonaq ev yiyəsinin dəvəsidir, harda xıxlasa, orda da oturar.

*Qonaq qonağı istəməz, ev yiyəsi heç birini.

*Qonaq umduğunu deyil, tapdığını yeyər.

*Qonaq umduğunu yeyə bilmədi.

*Qoturam, qoymur oturam.

*Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır.

*Quduran qırx gün yaşayar.

*Qudurasan qurbağa, gedir ölkə udmağa.

*Qurd dedim, qulağı çıxdı.

*Qurban olum o qana, üstünnən bir gün keçə.

*Qurban olum sərçəyə, qaranquş gəldi-gedərdi.

*Qurban olum zərgərə, səni salıb pərgərə

*Qurd qocalanda köpəyə gülünc olar.

*Qurdunku quşladır, quşunku ağac başı.

*Quru təzəyh divara yapışmaz.

*Qurunun oduna yaş da yanar.

*Quru-quru qurbanın olum.

*Quş gəlsə qanad, qatır gəlsə dırnaq salar.

*Quş uçmaz, karvan keçməz.

*Quyruqlu qoyunsan, öz quyruğuvu qoru.

*Quzğuna balası şahin kimi görünər.

*Saç dəmnən, dırnaq qəmnən uzanar.

*Saç ürəkdən su içər.

*Sağ əlin verdiyini sol əl bilməməlidir.

*Sağlığında kor Fatma, öləndə badam gözlü?

*Şah dedik, Şahbaz oldu.

*Şahqulunun bağı var, heyvası yox, narı yox.

*Salavat gücə bağlıdır.

*Saman sənin, samanlıq ki, sənin deyil.

*Saxla küçük, gəmirsin baş.

*Saxla qarğanı, ovsun gözüvü.

*Səbir daşım çatdadı.

*Səbrin sonu səlamətdir.

*Səhər bəzəyi el bəzəyi, günorta bəzəyi eşşək təzəyi, axşam bəzəyi yar

bəzəyi.


*Səksən, doxsan, bir gün yoxsan.

*Sən ağa, mən ağa inəkləri kim sağa?

*Sən eşşəyin yekəsini axurdan çıxartdın.

*Sən nə istəyirsən çal, mən bildiyimi oynayacağam.

*Sənə aslanım deyən, mənə pişiyim desə, səni cırararam.

*Sənin dərdin üzüm yemək deyil, bağbanı döyməkdir.

*Sənin gözüvü dağlayım.

*Şər deməsən, xeyir gəlməz.

*Seyid cəddinə arxayın olar.

*Sıça-sıça getdi, yiyə-yiyə gəldi.

*Sındırmağa qozum, cırmağa bezim var.

*Şir qocalanda daş.....a milçək qonar.

*Soğan çiçək açdı, dedi: “Mən də güləm”.

*Soğan olsun, nağd olsun.

*Soğan yeməmisən için niyə göynəyir?

*Soyub-soyub quyruğunda mundarladı.

*Söz sözü gətirər, arşın da bezi.

*Söz var dəyər keçər, söz var dələr keçər.

*Sözü at yerə, yiyəsi götürəcək.

*Sözüvün Məmədqulusun de.

*Su axar çuxurunu tapar.

*Şumda yeriyə bilmir, tərşümda şıllaq atır.

*Sürmə çox olanda qaşa da çəkərlər, gözə də.

*Sürünü ürküt, ağsağın tut.

*Tanrı mənəm yağmaram.

*Tarlanın daşlısı, qızın saşlısı, kişinin yaşlısı.

*Taylı tayını tapmasa, günü ah vayla keçər.

*Təhnədən çorək qurtardı, vay qaranın gününə

*Təzə bardax, sərin su.

*Təzə süpürgə təmiz süpürər.

*Toxun acdan nə xəbəri var?

*Toydan sonra nağara, xoş gəldin Bayram ağa!

*Toyuq bir su içər, bir Allaha baxar.

*Tüklü üzü içəridədir.

*Tükü tükdən seçir.

*Tülkü həccə gedir.

*Tüpürüm o üzə, bir də baxsa, bu üzə.

*Tüstüsü təpəsindən çıxır.

*Tutar qatıq, tutmaz ayran.

*Tutumla gilasım birdən yetişir. (İki işim birdən düzəldi)

*Ummadığın daş baş yarar.

*Üstü bəzək, altı təzək.

*Üstü parıldayır, qarnı zırıldayır.

*Üstümü unlu görüb adıma dəyirmançı deyir.

*Utanmasan oynamağa nə var ki.

*Üzdə mələk, dalda kələk.

*Üzrü günahından betər.

*Üzümünü ye, bağını soruşma.

*Uzun-uzun meşələr, sizdən qalma peşələr,

*Üzüvü orda islat, burda qırx.

*Üz-üzdən utanar.

*Var var üstə gələr.

*Vaxtsız ötən xoruzun başı kəsilər.

*Verən əl adamı dardan qurtarar.

*Verən əl, alan əldən üstündür.

*Vur ölüm artığımı ver.

*Xahişlə həcc qəbul olunmur.

*Xannan-bəydən gəlmişəm, nökərəm, dinmə, dişlərini tökərəm.

*Xəbərnən nübara az qalıb.

*Xədicə bəzəkdə qaldı.

*Xəlvətdə kələyə gələn, aşkarada doğar.

*Xəstə yanında armud yeməzlər.

*Xoruz çırpınsa bir çəngə tükdü, dəvə çırpınsa, xoruza yükdür.

*Xoruz yoxuydu sabah açılmırdı?

*Yad ağlar yalan ağlar.

*Yağ tök bal yala.

*Yağı yağ üstə tökür, yarmanı da yavan qoyur.

*Yağış olsan, heç kəsin bağına düşməzsən.

*Yağış yağıb çatdaxlar örtülüb.

*Yağışdan çıxdıq yağmura düşdük.

*Yağmadı yağış, bitmədi qamış.

*Yan mənə yanım sənə, qurbandı canım sənə.

*Yandığından yarma çəkir.

*Yarım alma, könül alma.

*Yarpızını yayındırmaq (zaman keçirmək deməkdir).

*Yaş odun sınmaz, quru odun ələ düşməz.

*Yaş yetmiş iş bitmiş.

*Yatan öküzün başına duran öküz s...r.

*Yatan ölmədi, duran öldü.

*Yaxşılığa yamanlıq, kor eşşəyə samanlıq.

*Yayın yaxantısı, qışın daddığıdır.

*Yeddi bacanaq yol gedirdi, dedilər bir adam olsaydı, söhbət edərdik.

*Yel aparan yelinki, yerdə qalan mənimki.

*Yel vurur, yengələr oynayır.

*Yeməkdən qüvvət, mərhəmətdən mərəz doğar.

*Yeməknən doymadı, yalamaqnan doyacaq?

*Yerdən bir ovuc torpaq aldım, yaxşı da olar, pis də.

*Yerə baxan, ürək yaxan.

*Yerə qoyuram, yer yanır, göyə qoyuram, göy yanır.

*Yetim qızsan, qıvrıl yat.

*Yetimi nə döy, nə də söy, əppəyini əlindən al.

*Yetimin əli aşa çatanda başı daşa çatır.

*Yeyin qonaqlar, qoymayın bizimkilər.

*Yuxarı tüpürürəm bığ, aşağı tüpürürəm saqqal.

*Yuxarıda yer yox, aşağını da bəyənmir.

*Yüz yeyənin olsun, bir deyənin olmasın.

*Zalıma meydan, fağıra zindan.

*Zamanavız zanqıldasın.

*Zamanı iplə çəkir.

*Zəmbil hörənim də var, əzgil dərənim də.

*Elə bil ki, yeddi eşşəyi sağına gəlib (boş yerə qürur­lanır).

*Elə bil ki, keçiləri dağa qaçdı (hirsi soyudu).

*Elə bil ki, salba dəymiş itdi (bütün günü uluyur).

*Elə bil ki, iynə yemiş itdi (çox arıq).

*Elə bil ki, imam cücəsidi (kiçik və arıqdır).

*Elə bil ki, sandıx tulasıdı (hamının ardınca düşür).

*Elə bil ki, stalavoy pişiyidi (sümsükdür).

*Elə bil ki, malakan atıdır (güclü və sağlamdır).

*Elə bil ki, mənə ad qoyub (saymazlıq edir).

*Elə bil ki, mənim nənnimi yürgələyib (saymazlıq edir).

*Elə bil ki, Üştibinnidir (üst-üstə, mərtəbəli geyinən adam).

*Elə bil ki, kürkünə birə düşüb (narahat oldu).

*Elə bil ki, ürəyim nanə yarpağıdır (qorxudan ürəyi əsir).

*Elə bil ki, yeddi yetimlə bir dərədə qalıb (özünü çarəsiz kimi göstərir).

*Elə bil ki, gəmiləri dənizdə batıb (boş yerə düşüncəyə qərq olub).

*Elə bil ki, ilan ağzından çıxmış qurbağadır (əziyyətdən qurtulmuş adam).

*Elə bil ki, tut yemiş bülbüldür (çox danışan adam).

*Elə bil ki, bitli cücədir (yazıq və görkəmsiz adam).

*Elə bil ki, qan çanağıdır (dava-dalaşı sevən adam).

*Elə bil ki, toyu küllükdə çalınır (çox tələsən adam).

*Elə bil ki, acı bağırsaqdır (çürükçü, sözü çox uzadan adam).

*Elə bil ki, ağzında bişmiş kartof var. (fikrini aydın de­yə bilməyən adam)

*Elə bil ki, yumurtaları soyuyacaq (bir yerdə çox oturan adam).

*Elə bil ki, qotur dəvəyə yağ çəkirsən (cüzi bir şeydən xoşhallanan adam).

*Elə bil ki, mənimlə daşlı lobya əkib (ğzünü şərik kimi aparan adam) .

*Elə bil ki, əlinin altında bicim var(başqasını borclu çıxarmağa çalışan adam).

*Elə bil ki, üzü çərşənbə bazarıdı (çox bəzənən adam).

*Elə bil ki, leş söküb (çox dodaq boyası çəkən adam).

*Elə bil ki, qulağı darı dəlir (hər şeyə burnunu soxan adam).

*Elə bil ki, qoz yemiş hinduşkadır (boğularaq danışan adam).

*Elə bil ki, çənəsinin çivi düşüb (zəvzək, çox danışan).

*Elə bil ki, doşab almışam bal çıxıb (fikirləşdiyindən də yaxşı iş olub).

*Elə bil ki, mənə şaftalı tabağı gətirib. (boş yerə öyünən adam)

*Elə bil ki, başına yer qəhətdir (yerini bilməyən adam).

*Elə bil ki, qaraçı ayısıdır (hər havaya oynayan adam).

*Elə bil ki, lal ördəkdir (sakit adam).

*Elə bil ki, qarnında paltar suyu qoyub (çox çay içən adam).

*Elə bil ki, siçan əmizdirəcək (çox çay içən adam).

*Elə bil ki, şaxta vurmuş çiçəkdir (büzüşüb, soluxmuş adam).

*Elə bil ki, süddən çıxmış ağ qaşıqdır (özünü günahsız aparan adam).

*Elə bil ki, qurbağa gölünə daş atdılar (sakitlik çökdü).

*Elə bil ki, gavur malıdır (israfçı adam).

*Elə bil ki, xınalı kəklikdir (bəzəklidir).

*Elə bil ki, xınalı quzudur (bəzəkli və əzizlənən).

*Elə bil ki, ərəb dovşanıdır (kiçik və baxımsız).

*Elə bil ki, beş eşşəkli xocadır (boş yerə öyünən adam).

*Elə bil ki, şərikli bostan əkmişik (özünü şərik kimi aparan adam).

*Elə bil ki, iki daş arasında qalıb (çarəsiz adam).

*Elə bil ki, su sonasıdı (gözəldir).

*Elə bil ki, başına at təpib (havalanımış, dəli olmuş adam).

*Elə bil ki, quş dimdiyində gətirib (seçilmiş).

*Elə bil ki, cinni Cəfər qoşunudu (kiçik və bəzzat).

*Elə bil ki, haqq qaşığıdı (inadcıl).

*Elə bil ki, dəyirman xoruzudu (tox və özünə güvənən).

*Elə bil ki, qatır satıb bahası qalıb (başqasını borclu çıxaran adam).

*Elə bil ki, dəvəsi ölmüş ərəbdi (çarəsiz).

*Elə bil ki, isdi aş vermişəm ağzı yanıb (məndən narazıdır).

*Elə bil ki, Həsənsoxdu dəyirmanıdı (gəlib-gedəni çox olan yer).

*Elə bil ki, alagöz öküzün balasıdı (fərlənən adam).

*Elə bil ki, göbəyini burada basdırıblar (sanki burda anadan olub).

*Elə bil ki, göydən zənbillə düşüb (sanki qeyri-adi adam).

*Elə bil ki, oxlov udub (boş yerə vüqarlanan adam).

*Elə bil ki,cin vurmuş atdır (dəli olub).

*Elə bil ki, küllükdən muncuq tapıb (boş yerə sevinən adama deyilir).

*Elə bil ki, ağacda yatıb (çox erkən oyanan adam).

*Elə bil ki, üstümə qaynar su tökdülər (gözlənilmədən sarsılan adam).

*Elə bil ki, ayağımın altından yer qaçdı (ummadığı zərbəni aldı).

*Elə bil ki, ürəyım sapdan asılıb (çox narahat adam).

*Elə bil ki, ürəyim qırılıb yeri düşdü (gözləmədiyi ha­disə ilə qarşılaşdı).

*Elə bil ki, iki üzlü sac əpbəyidir (ikiüzlü adam).

*Elə bil ki, cin dindirdi (gözlənilmədən fikrini deyən adam).

*Elə bil ki, şeytan yoldan çıxartdı (gözlənilmədən fik­rini dəyişən adam).

*Elə bil ki, üzündə şeytan tükü var (çox şanslı adam).

*Elə bil ki, dalınca atdı tüşüf (çox tələsn adam).

*Elə bil ki, fil qulağında yatıb (hər şeydən bixəbər adam).

*Elə bil ki, alıcı quşdur (hər şeyi tez qamarlayan).

*Elə bil ki, ilana ağı verir (arıq və xəstə adam).

*Elə bil ki, başına at təpib (dəli olub).

*Elə bil ki, əfi ilanıdır (çox ziyankar adam).

*Elə bil ki, köçdən qalmış durnadır (tək və kimsəsiz).

*Elə bil ki, su quşudur (tez-tez yuyunan adam).

*Elə bil ki, molla götüdür (tez-tez yuyunan adam).

*Elə bil ki, cənnət cücəsidir (incə və gözəl).

*Elə bil ki, Mazandaran ayısıdır (kobud, nahamar adam).

*Elə bil ki, sonası uçmuş göldür (kimsəsiz qalmış).

*Elə bil ki, suyu sovrulmuş dəyirmandır (kimsəsiz qalmış).

*Elə bil ki, bubup yuvasıdır (iylənmiş).

*Elə bil ki, vacibi çömçəsidir (iylənmiş və ortalıqda qalmış).

*Elə bil ki, kürəyinə peyğəmbər əl çəkib (işləri rast gedən adam).

*Elə bil ki, cindalı pirdi (geyiminə fikir verməyən adam).

*Elə bil ki, vayvay çanağıdır (dalaşqan adam).

*Elə bil ki, key balaxanımdır (key adam).

*Elə bil ki, məçit mücöyrüdür (həmişə eyni yerdə mövcuddur).

*Elə bil ki, dibək daşıdır (həmişə eyni yerdə mövcuddur).

*Elə bil ki, it kəlləsidir (haqq-say başa düşməyən adam).

*Elə bil ki, zəncirdən qırılmış köpəkdir (qudurmuş və təhlükəli).

*Elə bil ki, yalquzaqdır (tənha adam).

*Elə bil ki, Harunun pişiyidir (seçilmiş, qoruma altında olan adam).

*Elə bil ki, küllük pişiyidir (çirkli və iyrənc).

*Elə bil ki, toy toğlusudur (daim ortalıqda qalan adam).

*Elə bil ki, matı meyxanasıdır (səsli-küylü yer).

*Elə bil ki, alagöz inəyin balasıdır (seçilmiş).

*Elə bil ki, əl quzusudur (çox əzizlənən).

*Elə bil ki, canavar görmüş quzudur (qorxmuş adam).

*Elə bil ki, qurbanlıq qoyundur (çarəsiz adam).

*Elə bil ki, dəli danadır (dəli və çılğın adam).

*Elə bil ki, qurd ürəyi yeyib (qorxmaz adam).

*Elə bil ki, qurdla qiyamətə qalacaq (öləcəyini dşünmə­yən adam).

*Elə bil ki, yaz qoduğudur (çılğın və oynaq).

*Elə bil ki, ağzına it başı alıb (çox deyingən adam).

*Elə bil ki, zəmbirək dəvəsidir (iri və güclü).

*Elə bil ki, üstünə qurd yağı sürtüblər (cadu edilmiş).

*Elə bil ki, adam qurusudur (çox arıq adam).

*Elə bil ki, ayaqüstə qırxı çıxıb (çox arıq və xəstə adam).

*Elə bil ki, canlı cənazədir (arıq və xəstə adam).

*Elə bil ki, qəbirdən xortdayıb (qorxunc və qeyri-adi adam).

*Elə bil ki, alçax dağları bu yaradıb (özündən razı).

*Elə bil ki, gecəni düyü döyüb (səbəbsiz yorğunluğunu bəhanə edən adam).

*Elə bil ki, siçan qarpıza gedib (nəyinsə ümidində olan adam).

*Elə bil ki, damkomdur (hamıdan məlumatı olan adam).

*Elə bil ki, qaraçı köçünü sel aparıb (boş yerə hay-küy salan adam).

*Elə bil ki, qaraçı əlinə ciyər düşüb (fürsət tapmış adam).

*Elə bil ki, simsiz teleqrafdır (hər şeydən xəbərdar adam).

*Elə bil ki, Lenin fəhləsidir (hər yerə çağırılan adam).

*Elə bil ki, agent Məsmədir (xəbərçi adam).

*Elə bil ki, xəbərçi Xəlildir (xəbərçi adam).

*Elə bil ki, tabut zınqrovudur(gec evlənib, körpə uşağı ardınca ağlayan adam).

*Elə bil ki, zelaf Aşıxdır (abırsız adam).

*Elə bil ki, Yeziddir (amansız adam).

*Elə bil ki, Şümürdür (amansız adam).

*Elə bil ki, zəqqum ağacıdır (acı adam).

* Elə bil ki, cinni Qasımdır (dəlisov adam).

*Elə bil ki, dilotu yeyib (çox danışan adam).

*Elə bil ki, lobya şaxıdır (yersiz qürurlu adam).

*Elə bil ki,bostan uyuğudur (özündən razı).

*Elə bil ki, barıt çəlləyidir (tez əsəbləşib özündən çıxan adam).

*Elə bil ki, İsa yeyib Musa təpib (çox kök adam).

*Elə bil ki, yuylmamış qaşıqdır (ortalıqda qalmış adam).

*Elə bil ki, qazan dibində yatıb (çirkli və pinti adam).

*Elə bil ki, ay parçasıdır (gözəldir).

*Elə bil ki, Allah buna bəbəm deyib (işi rast gələn adam).

*Elə bil ki, küştü tutur (dalaşıb-dağıtmaq).

*Elə bil ki, yaralı çıbandır (çox zarıyan adam).

*Elə bil ki, xum dibində yatıbdır (əyyaş).

*Elə bil ki, ütülmüş kəllə-paçadır (sifətinin tükü tökülmüş adam).

*Elə bil ki, altıaylıqdır (səbirsiz adam).

*Elə bil ki, dizayağı istəyir (mükafat gözləyən adam).

*Elə bil ki, bank üstdə oturub (varlı adam).

*Elə bil ki, fəttən fətir gətirib (guya çox böyük iş görüb).

*Elə bil ki, od almağa gəlib (tələsik iş görən adam).

*Gülünü qapacaqlar (boş yerə ehtiyatlanan adam).

*Elə bil ki, qarnından basan var (boşboğaz adam).

*Elə bil ki, əlinə yapışacaq (ürəksiz bir iş görən).

*Elə bil ki, Sümbülündən su damır (şox təmizkar adam).

*Elə bil ki, aydan gəlib (özünü heç nədən xəbərsiz kimi aparan adam).

*Elə bil ki, dalınca qırmızı alma göndərmişəm (dəvətsiz gələn adam).

*Elə bil ki, səbət altınnan gilas tökülür (çox tələsən adam).

*Elə bil ki, karvansaradır (gəlib-gedəni çox olan yer).

*Elə bil ki, bazardır (çox səs-küylü yer).

*Elə bil ki, dəyirmandır (gəlib-gedən çox olan və səs-küylü yer).

*Elə bil ki, boyaqçı küpüdür (tələsik iş görən).

*Elə bil ki, arabadan düşmüş qarpızdır (yorğun və əzgin adam).

*Elə bil ki, qaratikan koludur (aravuran adam).

*Elə bil ki, quyruğu qapı arasında qalıb (gizli işinin açılmasından qorxan).

*Elə bil ki, buz baltasıdır (çox sağlam adam).

*Elə bil ki, qolu bağlı quldur (mütidir).

*Elə bil ki, pul kəsir (imkanlı adam).

*Elə bil ki, yumurtası tərs gəlmiş toyuqdur (işi tərsə düşən adam).

*Elə bil ki, ürəyi yoxdur (qəddar adam).

*Elə bil ki, ürəyi daşdır (rəhmsiz adam).

*Elə bil ki, ürəyimə girib (qarşıdakının fikrini oxuyan adam).

*Elə bil ki, ürəyimə damıb (hissiyyatı güclü adam).

*Elə bil ki, ürəyimə od düşüb (nədənsə qorxmuşam).

*Elə bil ki, ürəyim ağzıma gəldi (qorxan adam).

*Elə bil ki, ürəyinə daş bağlayıb (daş ürəkli adam).

*Elə bil ki, üstümə it əsnəyib (işi gətirməyən adam).

*Elə bil ki, erkək Tükəzbandır (kişi xasiyyətli adam).

*Elə bil ki, fırt eliyib burnundan düşüb (kiməsə çox bənzəyən).

*Elə bil ki, dəmdəm halvasıdır (çətin işə asan başa gələn iş kimi baxır).

*Elə bil ki, yol yorğunudur (bütün günü yollarda olan dam).

*Filankəs iki eşşəyin arpasını bölə bilmir (bacarıqsız adam).

*Filankəs İsgəndəri daldan qılınclayır (qeybət qıran adam).

*Filankəsin eşşəyə gücü çatmır, palanı döyür(acığını başqasından çıxan).

*Filankəs bir əlində iki qarpız tutub (eyni vaxtda iki iş görən).

*Filankəsin qoltuğu qarpızlanıb (lovğa adam).

*Filankəsin havarı haqqa dirənib (əzab çəkən adam).

*Filankəs ac qarnına tox sallanır (qürurlu adam).

*Filankəsin arzusu gözündə qaldı (istəyini həyata keçirə bilməyən adam).

*Filankəs əlaltınnan iş görür (gizlində iş görən adam).

*Filankəsin əli ətəyinnən uzun gəldi (işi gətirməyən adam).

*Filankəs çənədən sazdır (çoxdanışan adam).

*Filankəsin çənəsi düşükdür (çoxdanışan adam).

*Filankəs hər işə mız qoyur (başqasına mane olan).

*Filankəsin cındırından cin hürkər (geyiminə fikir verməyən adam).

*Filankəsin bir sapını çəksən, min yerdən sökülər (səliqəsiz, köhnə geyinən).

*Filankəsin qarnını bir ölü eşşək, bir xəndək su görməz (doyumsuz adam).

*Filankəs eşşək üstə təzək yığandır (lovğa adam).

*Filankəs xətir üçün xəstə yatır (başqası üçün özünü təhlükəyə atan adam).

*Filankəsin əskisi yanıqdır (hər şeydən günahkar tutulan adam).

*Filankəsin ürəyi əl içi kimidir (ürəyi təmiz adam).

*Filankəs saçının birini ağ, birini qara hörüb (fədakar və ömrünü sərf etmiş).

*Filankəs molla qapısında yeyir, keşiş qapısında hürür (hər vəziyyətdə işi gətirən).

*Filankəs iki axurlu danadır (işi gətirən adam).

*Filankəs verən evin dirəyidir (bacarıqlı adam).

*Filankəs yumurtadan yun qırxır (xəsisdir).

*Filankəs dovşanı araba ilə tutur (məqsədi üçün hiylə­ərlik edən adam).

*Filankəs kipriyi ilə od götürüb (əziyyət çəkən adam).

*Filankəs ağzını açıb gözünü yumdu (ürəyindən keçəni boşaltdı).

*Filankəsin ayağı yer aldı (qudurdu, özündən çıxdı).

*Filankəs ağzı əyrini arxasından tanıyır (arif adam).

*Filankəslər qannı bıçaq oldular (düşmən olan).

*Filankəsə salam verdik borclu çıxdıq (elədiyinə peş­an olan adam).

*Filankəsi qannısı görsə, qan ağlayar (yazıq adam).

*Filankəs şeytanın qıçını sındırdı (işini həll edə bilən adam).

*Filankəsə iynə batırsan, çuvaldız batırar (intiqamını alan adam).

*Filankəsin iki əli oldu bir başı (etdiyinə peşman olan adam).

*Filankəsin əcəli cəhrə əyirir (əcəliynən oynayan adam).

*Filankəs mələsə, əti yeyilər (təmiz və saf adam).

*Filankəsi murdar suya qoy, iç (təmiz və saf adam).

*Filankəs gözə gələndir (baxımlıdır).

*Filankəsin gözü əllərdədir (başqasının malında gözü olan adam).

*Filankəs ağzı ilə quş tutur (bacarıqlı adam).

*Filankəs durnanı gözündən vurdu (ən yaxşını seçə bilən adam).

*Filankəs gözü qıpıqdır (günahkar olan adam).

*Filankəsin burnuna duzlu su qoydular (etdiyinə peşman elədilər).

*Filankəsin üstünə gün doğdu (arzusuna çatdı).

*Filankəsin kürkünə birə düşdü (narahat olan adam).

*Filankəsin dalağı sancdı. (nədənsə narahat olan adam).

*Filankəsin nəfsi Murtuzəli qılıncından itidir (çox nəfsli adam).

*Filankəs ağrımaz başına duz bağlayır (lazımsız yerdən özünə problem açır).

*Filankəs şaddığına şitlik eləyir (nankor adam).

*Filankəs müftə gülləyə belini qurban verər (xəsis, müftəxor adam).

*Filankəs qorxusundan sarısını uddu (çox qorxan adam).

*Filankəsin qorxusundan ödü partladı (çox qorxan adam).

*Filankəs qurd yeməzin biridir (çirkin adam).

*Filankəs duzsuz, şit adamdır.

*Filankəs gah nala vurur, gah mıxa (tez-tez fikrini dəyi­şən adam).

*Filankəs iki qıçını bir başmağa soxur (istəyini mütləq reallaşdırmaq istəyən) .

*Filankəs dil-dil ötür (çox danışan adam).

*Filankəs dilə-dişə düşdü (gördüyü işi hamı bildi).

*Filankəs acıdildir.

*Filankəs şirindildir.

*Filankəsin dişi bağırsağını kəsir (çox əsəbləşən adam).

*Filankəsin bir tikəsi ovsanata düşdü (təhlükədən sovuşdu).

*Filankəsin anası namaz üstəymiş (təhlükədən sovuşdu).

*Filankəsin goru çatdadı (öləni narahat edəcək işin gö­rül­məsi).

*Filankəsin beşdə alacağı yox, üçdə verəcəyi (heç nəyi vecinə almayan).

*Filankəs ac qarnına tox sallanır (yersiz qürurlanan adam).

*Filankəsin arzusu gözündə qaldı (arzusuna çatmayan adam).

*Filankəs poxuna pəpə deyir (lovğa adam).

*Filankəsin gözü ucalardadır.

*Filankəsin qılıncının dalı da kəsir, qabağı da (işi çox rast gedən adam).

*Filnakəsin donuzu əskikdir (heç nəyə ehtiyacı olmayan adam).

*Filankəsin xoruzu da yumurtlayır (bəxti gətirən adam).

*Filankəs gordan evə getdi (əzabdan rahatlığa qovuşdu).

*Filankəsin gözünün yaşı ovucundadır (tez ağlayan adam).

*Filankəs gözdən qıl qapandır (fürsətcildir).

*Filankəsin bir gözü ağlayır bir gözü gülür (sevinclə kədəri eyni anda yaşayan).

*Filankəs gözdən pərdə asır (başqalarını aldatmağa çalı­şan).

*Filankəs gözə kül üfürür (başqalarını aldatmağa çalışan).

*Filankəs gözdən düşdü (hörmətdən düşmək).

*Filankəsin gözü götürmür (paxıllıq edən adam).

*Filankəsin gözü toxdur (heç nə ummayan).

*Filankəs gözü acdır (acgözdür).

*Filankəs gözüm çıxdıya salır (başqasını yersiz incidən adam).

*Filankəs gözündə tiri görmür (öz eybini görməyən adam).

*Filankəsdən gözüm su içmir (güvənilməz adam).

*Filənkəs gözü ilə görəndir (şərəfsiz).

*Filankəsə demək olmaz ki, gözün üstdə qaşın var (söz götürməyən adam).

*Filankəsə demək olmaz ki, yerin əyridir düz otur (söz götürməyən adam).

*Filankəs sözü qulağardına vurur (etinasız adam).

*Filankəs dovşanı araba ilə tutur (məqsədinə hər vasitə ilə çatan adam).

*Filankəs bir qəbristanlığın yaraşığıdır (nifrət etdiyin adam).

*Filankəs tanrısına təpik atır (nankor adam).

*Filankəs pambıqla baş kəsəndir (hiyləgər adam).

*Filankəs yanı ilə qapı açmayıb (əzab-əziyyətsiz fira­van­lığa çatan adam).

*Filankəs itə də bir əppək borcludur (hamıya borclu).

*Filankəs yaralı barmağa işəməz (heç kəsə kömək et­məyən adam).

*Filankəsin Araz aşığındandır, Kür də topuğundan (heç nəyi vecinə almayan).

*Filankəs bud əti yemir ki, götə yaxındı (lovğa, təkəb­bürlü adam).

*Filankəs şahla şilə plov yemir ki, bığları yağa batar (lovğa adam).

*Filankəs sıçmır ki, qarnı acar (xəsis, simic adam).

*Filankəs işi düşəndə iynənin ulduzundan keçir (yaltaq adam).

*Filankəs erməniyə dayı deyir (yaltaq adam).

*Filankəs atdını atdan salır (qoçaq, cəsur adam).

*Filankəs əlli dibəkdən duz dadıb (çoxbilmiş, hər yerə burnunu soxan adam).

*Filankəs qırx qazanın mayasıdır (çoxbilmiş, hər yerə burnunu soxan adam).

*Filankəs atdığınnan-tutduğunu bilmir (nə etdiyini bil­mə­yən adam).

*Filankəs hır deyənə zır deyir (hamıya cavab qaytarır).

*Filankəs ələkçinin qıl verənidir (lazımsız iş görəndir).

*Filankəs Xəşil çömçəsidir (araqarışdıran adam).

*Filankəs qızılbaş köhnəsidir (əsil-nəcabəti var).

*Filankəs hazırına nazirdir (iş görməyən adam).

*Filankəs özü doğub özü də göbəyini kəsir (heç kəsin fikri ilə razılaşmır).

*Filankəsin boynu qıldan incədir (günahkardır).

*Filankəs ağzının qıfılı yoxdur (gəvəzə).

*Filankəs ağzında paxla isdanmır (sirr saxlaya bilməyən adam).

*Filankəsin əlinin duzu yoxdur (yaxşılğının qarşılığını görməyən adam).

*Filankəs əlinnən inni-cinni qutarmır (əlindən hər iş gələn adam).

*Filankəsin ağzına çullu doşan sığmır (boşboğaz, lovğa adam).

*Filankəsin ağzını bıçaq açmır (hirsindən danışmayan adam).

*Filankəsin bir atımlıq barutu var (gördüyü işdən tez soyuyan).

*Filankəs qaz vurub qazan doldurur (ticarətdə işi yaxşı gətirən adam).

*Filankəs suyu lal axandır (sakit adam).

*Filankəs suyu üfürüb içir (ehtiyatlı adam).

*Filankəs suyu bulandırandır (aranı qarışdıran adam).

*Filankəs yola pilləkan uzadır (araya söhbət salmaq).

*Filankəs yolunu azdı (səhv iş gördü).

*Filankəs yolçuluq edir (dilənçilik edən).

*Filankəs gözünün yağını yedizdirir (fədakar adam).

*Filankəsin gözü ayağının altını görmür (qudurğan, təkəbbürlü adam).

*Filankəs daş yeyir, qum üyüdür (hər şeyi həzm edə bilir).

*Filankəsin çörəyi daşdan çıxır (əziyyətlə qazanan adam).

*Filankəsin sözü daşdan keçir (sayılan adam).

*Filankəs daş atıb başını tutur (heç nə ilə razılaşmadı).

*Filankəs bir burnunu bir də qulağını istəyir (özündən başqasını sevməyən).

*Filankəs burnundan o tərəfi görməyir (dardüşüncəli adam).

*Filankəs həm yanandır həm də yaman (bacarıqlıdır).

*Filankəsin hayhayı gedib vayvayı qalıb (əldən düşmüş adam).

*Sənin dabbaxda gönünə bələdəm.

*Səni Araz aşağı axıdım, Araz yuxarı axtarım.

*Səni Araza sususuz aparıb, susuz gətirərəm.

*Sənin papıcıvı dama atdım.

*Sənin daşıvı atdım.

*Sən şeytana papıc tikərsən, təpəsini dəlik qoyarsan.

*Sənin ipivin üstünə odun yığmaq olmaz.

*Sənin ipinlə quyuya düşmərəm.

*Səndən belim bərk deyil. (sənə güvənmirəm)

*Sən vurmadın mən yıxılmadım.

*Sənin gözünü dağlayım. (zövqsüzsən)

*Sənin kitabın bağlandı.

*Sənə bir qoz.

*Sənə bir quş.

*Sən deyirəsn ki, qonşu, gəl dalaşaq!

*Səni öyrədən var.

*Sənə dil verən var.

*Sənə qədir ağacı əkəcəyəm?

*Sənin pişiyivi ağaca dırmaşdıraram.

*Sənin başın biləni bizim ayağım bilməz.

*Sənin ayağıvın altına daş qoyan var.

*Sən hansı yuvanın quşusan?

*Sənin bir ayağın evdə bir ayağın gordadır.

*Sən saydığıvı say, gör Fələk nə sayır.

*Sən əriyivi çox əzdirmə.

*Sən bostanıvı pozmursan, mən peşərimnən qalım?

*Sən deyirsən ki, bağban, bərməgülüvü dər!

*Səni ağ yuyub qara sərərəm.

*Səni itdən alıb itə verərəm.

*Sən deyirsən ki, vur ölüm, artığımı ver.

*Səninki səndə, mənimki məndə.

*Səndən mənə yar olmaz.

*Sən get ağlıva dua yazdır.

*Sənin adın qulağıva dəyib.

*Sən öküzü öldürüb adıvı üstündən götürmüsən?

*Sənin cikivə də bələdəm, böküvə də.

*Sənin dalınca qırmızı alma göndərmişəm?

*Sən deyirsən ki, çirkin sən dur, gedirəm gözəl axtarım. Tapdım, tapdım,

tapmadım gözəlimsən ki, gözəlim.

*Səninki keçinin su bulandırmasıdır.

*Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

*Sən quru dərədə adamı selə verərsən.

*Sən ümidivi kök elə.

*Sən ilanı seyid Əhməd əliylə tutursan.

*Sənin yayıvı əlləyən yoxdur.

*Sən fikirləşənə qədər qırğı Şirvanı keçər.

*Sən eşşəyin yekəsini axurdan çıxartdın.

*Səndən aşım gəlmir, əppəyim gəlmir.

*Sən tapılmaz hind qumaşısan?

*Sən mənim başmağımı geyərsən, yerişimi yeriyəm­məz­sən.

*Sən qırmızı papaq deyilsən ki, başdan-başa qoyulasan.

*Sənin zincirivi kim tərpətdi?

*Səni atının tərkinə almayanı, sən heç itivin tərkinə alma.

*Sən deyirsən ki, qarğa, məndə qoz var.

*Sən mənnən qoz-qoz oynayırsan.

*Sənin əlindən zincir çeynəyirəm.

*Səndən bir yemişəm, beş də dalıma yükləmişəm.

*Ya vəlvələdən, ya zəlzələdən.

*Ya əli qulağındadır, ya qulağı əlində.

*Ya Lələ şələli, ya şələ Lələli.

*Ya əlimi kəs, ya ətəyimi.

*Ya dərdimə dərman, ya qətlimə fərman.

* Ya ölüm, ya qalım.

*Ya mənə verər Allah, ya sənə.

*Ya üzülüşək, ya düzülüşək.

*Ya Keçəl Həsən, ya Həsən Keçəl.

*Nə gözüm görsün, nə könlüm bulansın.

*Nə yay gördük, nə yarpız,

*Nə qış gördük nə qarpız.

*Nə qoyun olduq otdan doyduq, nə quzu olduq süddən doyduq.

*Nə qız olub qızlara qoşulduq, nə gəlin olub gəlinlərə.

*Nə it gəlib, nə də ayrana gəlib.

*Nə yırtığa yamax, nə coraba yumax.

*Nə dəvə gördüm, nə də qığını.

*Nə bağa yarpağıdır, nə quzu qulağı.

*Nə ətdir, nə balıq.

*Nə qanır, nə qandırır.

*Nə əldən qoyur, nə yardan doyur.

*Nə sən demiş ol, nə mən eşitmiş.

*Nə hır qanır, nə də zır.

*Nə dil bilsin, nə də dodaq.

*Nə şiş yansın, nə də kabab.

*Nə işim işdir, nə də əlim boş.

*Nə yeyir, nə yedizdirir.

*Nə sizdən evlənəcək oğlum var, nə sizə veriləcək qızım.

*Nə sən gəl, nə də ilin son çərşənbəsi.

*Nə şamın şəkəri, nə də ərəbin üzü.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə