AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu axisqali




Yüklə 1.3 Mb.
səhifə7/12
tarix27.02.2016
ölçüsü1.3 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

M.T. variantında misra fərqləri belədir: 2-də “mal bəslədi“- ”mal qazandı“, 3-də “götürüb atdılar cənnətdən“-“ atdılar ol cənnətə“, 4-də “yoldan aza“- “budur yalladalar“, 5-də “Bir ataynan bir anadan“- “Bir anadan xalq olundu“, 6-da “Əcəb mənşər günü nə cür“-“Yarın məhşər hax divanda həp bir“, 7-də “Göz görməz, ayax tutmaz nə çətindi yolumuz“, 11-də ”Hax taladan əmir gəlsə, şindi qalxar İsrayil.” (səh.32)

V.H. nəşrində misra fərqləri belədir: 2-də “Ərül-qərül mal qazanır tarımar üstündədir”, 3-də ikinci yarısı “atdılar ol cənnətə“, 4-də birinci yarısı “ Qorxuram ki, aldanalar“, 5-də birinci yarısı “Bir anadan törəmişik”, 6-da birinci yarısı “Yarın haqqın divanında”, 7-də “Göz görəmməz, ayaq tutmaz, nə çətindir yolumuz”, 9-da “Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət”, 10-da “Yatanda eylə salavat, qalxanda et vəsiyyət”, 11-də “Göydən yağmadı rəhmət, yerdən qalxdı bərəkət”, 12-də “Kecdi günüm, doldu sinnim, ixtiyar üstündədir”.(səh.48)

YATASAN
Gözəldə cilvə çox olu, qusuruna qalmıyasan,

Xəlvətdə düşə əlinə, döşün altda almıyasan?!

Öpəsən, qucasan, götürəsən xəlvət yerə,

Döşürəsən əlvan yataq, sarılıban bir yatasan.


Qolun salasan boynuna, danışıb söylüyəsən,

Danışdırasan, söylədəsən, güldürəsən gülmüyəsən,

Düşərsən nəzərdən çox yuxucul olmıyasan.

Gördün ki, çox hicab edir, vəcehinə bir hicab atasan.


Eylə ki gətirdin mərhəmətə, qayıl ol şirin söhbətə,

Daha baxma deməyinə, çox çəm-xam eləməyinə,

Yavaş-yavaş əl atasan, hüsnün bağın açasan.

Birdən əl atasan göbəyinə, sarılasan bir yatasan.


Xəstə Hasan mən ölüm bu sözdər dəyməzmi

dünya malına?

Yetik olasana halına, altın üzük düzdürəsən barmağına.

Toy tədarükü görəsən, hər əksikliyinə baxasan.

On iki batman cəmdəyini şarp üstünə salmıyasan.

(İ.A., səh.12)
D.D. variantında misralar arasında fərq belədir: 4-də “Bir yar ola, xəlvət otaq, sarıla bir yatasan”, 6-da misra yarımşıqdı “Danışdırasan, söylədəsən” yoxdur, 8-də “vəcehinə bir hicab atasan” - “vəcihinə bir licab atasan”, 11-də “hüsnün”-“köy­sün”, 12-də “Aşağıdan əl atasan köbəyinə, sarılasan bir yata­san. (səh.1)

YÜZDƏ BİR
Abu çeşme göllərində sona da bir, qaz da bir.

Süsən sünbül, mor mənəvşə, bülbül ötər yazda bir.

Vaqif dərtdən xəbərdardı, gövhərin qiyməti yox.

Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir.


Qurbanı haqq aşığıdır - daima xamnan sökər,

Dəstinə alıb qələmi, xətdinə bir xət çəkər.

Çöllü İsmayıl tacıdı, cannan qəsəvvət tökər.

Kərəm ki, yandı ataşa, od da birdi, köz də bir.


Molla Xəlis dəlalətdə içdi eşqin badasın.

Küfdadiya da verildi onnan da ziyadasın.

Urfanı dərya-ümmandı, keçmək olmaz adasın.

Aşıq Seyfi, Usta Polat, Dəli Tamo sazda bir.


İçmədim eşqin badasın, həm oxuyam, həm yazam.

Böylə getməz bu ürüzgar, həlbət gələr bir ayam.

Sənə min iki yüz on səkkiz, yoxdur tarixin sayam.

Çox aşıxlar gəldi, getdi, Xəstə Hasan yüzdə bir.



(İ.Ə., səh.1)
İ.A. variantında misralar arasında fərq belədir :1-də “göl­lərində“-„çaylarında“, 2-də “ mor mənəvşə“-„tər bənövşə“, 3-də „dərtdən xəbərdardı, gövhərin“-„hər dərddən qanandı, Gövharin“, 4-də „Qul Qaranı, Qara Zülal“- „Qul Qarani qərəz eylər“, 6-da „Dəstinə alıf qələmi“-„Çöllü Fidan qələm alıf“, 7-də „Çöllü İsmayıl tac idi“- „Qul İsmayıl baş tacıdı“, 8-də “Aşıx Polad kamıl usda, Dəli Tamı sözdə bir“, 9-da „dəla­lətdə“-„həvəs ilə“, 10,11,12-də „Küfdadi bir dəryadı keçmək olmaz adasın, Urfanıyada verdiblər onnandan ziyadasını, Kə­rəm yandı eşq oduna, od da birdi, köz də bir“, 14-də „ürüzgar, həlbət gələr bir“-„zamana, vallah düzələcək“, 15-də „Min iki yüz on dörd sənə, tarixim yoxdur ki, sayam“, 16-da „Çox aşıxlar“-„yüz min aşıx“.(səh. 35-36)

M.T. variantında misralar arasında fərq belədir: 1-də “Abu çeşme göllərində sona”- “Abu çeşmim göllərində ördək”, 4-də “Qara Zülal”- “qərəz eylər”. İkinci bənd M.T. variantında yox­dur. 9-da „Molla Xəlit xiyalətdən içib eşqin tasını“, 10-da „Küf­dadiya da verildi“-„Ürhanıya qismət etdi“, 11-də „Urfanı dərya-ümmandı“-„Küfdadı bir dərin dərya“, 12-də „Aşıq Seyfi, Usta Polat“-„Aşıx Polad kamil usta“, 13-də „İçmədim eşqin ba­da­sın“-„İçdim üşqin tasını“,15-də „Min iki yüz qırx ikidi, tarıxım yoxdu sayam“, 16-da „Çox aşıxlar“-„Neçə aşıx“ (səh.22)

T.Q. nəşri İ.A. variantıyla (səh. 249-250.) eynidir.

V.H. nəşrində misra fərqləri belədir: 3, 4-də “Vaqif hər dərdən qanandır, gövhərin qiyməti yox, Qul Qaranı qərəz ey­lər, Aşıq Ömər sözdə bir,“ 10,11,12-də “Güftadiyə vermiş­dilər ondan da ziyadasın, Urfanı haqq aşığıdı, görmüşüh əda­sını, Usta Polat kamil usta, Dəli Tamo sazda bir,“ 15-də “İli min iki yüz on dörd, hesab yox ki, sayam.“ (səh.49)

E.A. nəşrinin İ.Ə. variantı ilə elə bir ciddi fərqi yoxdur. E.A. Gövhərini şəxs adı kimi Türkiyə orfoqrafiyasının qayda­larına uyğun Gövher‘i kimi verir. İrfanının adını da Ürfanı kimi yazır.(səh.74.)

O.Ö. nəşrində iki bənd İ.Ə. variantı ilə eynidir, 3-cü bəndin son misrası belədir: „Aşıq Sefi, Dəli Tamo, Usta Polad sözdə bir“, son bəndin ilk misraları isə belədir: „İçmişəm eşqin gölündən həm oxuya, həm yazam, Sənə bin iki yüz doxsan, hesabı yox ki, sayam“.(səh.11-12.)

Ş.M. nəşdində 3-cü misrada „qiyməti“-„əvəzi“, 10, 11-də „Güftadiya vermişdilər ondan ziyadəsini, Ürfanı haqq aşığıdır, keçilməz adasın.“(səh.110.)

M.Ç. dan toplanmış və nəşr edilmiş, saytlara qoyulmuş variant İ.Ə. yazıya alınmış variantdan iki misrası ilə fərqlənir: 11-də Ufrani hak aşığıdır geçilmez nidasını“, 15-də „Yılı bin üç yüz on sekiz hesabı yok ki sayam“

S.Dündarın çap etdirdiyi variant M.Ç toplanmışla eynidir.

MÜXƏMMƏSLƏR

ALLAHIN ASTANINA
Həm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca.

Gecə-gündüz könlüm istər, dilim eylər iltica.

Qapında bir ac doydurasan, elə bir getdin Haca,

Cəbrayıl ki, vəhy gətirdi, “ay Rəsul, gəl sən Mehraca”

Xətəbin nişan verdi, Allahın aslanına.
Cimcimədən yol eyləyib, Qəhqaha kəmənd atan,

Məhəmməd Əli Mürsəlin Abu Talıbdır atan,

Gecə-gündüz cəng eyləyib qolunda qana batan,

Sayılı borşdan qurtarıb, başın nəffara satan,

Yoxdur ki, sənin kimi ər, ərənnər meydanında.
Aşıq oldum, dünya gəzdim, doymadım dünyadan hələ.

Onun tər camalına cənnətdən alma gələ.

Almanın çarpa qılasan, əlində üzüm qala,

Bü dünya belə yaranıb, çoxların yola sala,

Gəl ey Xəstə Hasan, üz vurmaginan, çıx sofu damanına.

(İ. A., səh. 13)
M.T. variantında şeirin hər bəndi dörd misradır. 2-ci, 8-ci, 14-cü misralar yoxdur. Misra fərqləri isə belədir: 1-də „Həm alimsən, həm kərimsən, həm ulusan, həm uca“, 2-də „Cəb­rayıl ki, vəh gətirdi“ -„Cabrayıl xavar gətirdi“, 4-də „Xə­təbin“- „Xatəmən“, 6-də „Cim-cimədən“ - „Göy çimənnən“, 9-da „başın nəffara satan“ - „çufuda başın satan“, 10-da „Yox­dur ki, sənin kimi ər“, -„Onnan qeyri gəlməyibdi“, 11-də „Bu dünyaya köç eyliyən bir gün də düşər yola“, 13-də „Almanı çarpara qılıb əlində üzüm dilə“, 15-ci „Xasan Hasan üz vurasan çıx Sofu damanına“ kimi verilib. (səh.31)

ƏYRİ
Bu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.

Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.

Ovçusan ovun gözlə, qoymaginan təzər əyri.

O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.

Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.
Hər kimin dövləti çoxsa, bu dünya mənəm deyər,

Hər kimin dövləti azsa, çörəyini yavan yeyər,

Hər kimin dövləti yoxsa, ah-zar edər, ömür kecər,

O səvəfdən yaş gözündə durmaz: gələr, axar əyri.

Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.
Gecələri çox uzundur: yata bilməm, yerim dardır.

Dönərəm o yan, bu yana, heç bilmirəm nə xəyaldır.

Mənə derlər Xəstə Hasan, sevdigin sox zülümkardır.

O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.

Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.

(V. H., səh.56-57)

DEYİŞMƏLƏR

QUL QARANIYLA XƏSTƏ HASANIN DEYİŞMƏSİ
BAX
Qul Qaranı:

Ey könül, oyan qəflətən o dəm bu dövrana bax.

Hər savax tezdən ərşə çəkilən ol karvana bax.

Göydə mahdı, yerdə murğu, onun ixtiyarı var,

Dünya heç kəsə qalmadı, hanı Süleymana bax.
Xəstə Hasan:

Bizi yoxdan var eyləyən ol qanrı Süleymana bax.

Abı, ataş, xaki, baddan xəlq olunan insana bax.

İnsan üçün layiq bildi cənnəti rizvanını.

Onun qəsdi-qərəzi olan ol məlun şeytana bax.
Qul Qaranı:

İbrahim ki, oğlunu apardı Ərəfətə,

Dedi: Ata, qolum bağla, sənə verrəm əziyyət.

Xışmla bıçağı çəkdi ol Həcər-ül Əsfətə

Kim gətirdi, kim götürdü ol qoçu qurbana bax!
Xəstə Hasan:

Hax taladan nida gəldi, „İncil“ endi İsaya,

„Zabur“ Davuda verildi, „Abu Tövrat“ Musaya

Məhəməd durdu qıvlaya, Məryəm girdi kilisaya

Məhəmmədin hümmətinə oxunan Qurana bax!

Qul Qaranı:

Otuz iki fərz içində oxunanı bilməli,

Sayminə səcdə et də, həm salavat qılmalı,

Qaranı yüz yaşasa da, axır bir gün ölməli,

Bizi yoxdan var edənin yazdığı fərmana bax.
Xəstə Hasan:

Hasan deyər qiyamatda suru çalan kim oldu,

Əzrayıl ki, can alandı, onun canın kim aldı,

Gələndə ölüm bazarı, tarixlər tamam oldu,



Xudam qismət eləsə, beş əşrə Qurana bax.

(İ.A., səh.8)
V.H. nəşrində misra fərqləri belədir:1-də o dəm“-„bu dəm“, 2-də “Səhər-səhər asimana çəkilən ol karvana bax”, 4-də Heç kimsəyə dünya qalmaz, hanı, Süleymana bax“, 5-də “tanrı“ -“qanı”, 6-da “xəlq olunan”- “yaratdı”, 7-də “Adəmi Havvası ilə sakin etdi cənnətə”, 10-da “Dedi: Baba, bağla qolum, səni sallam zəhmətə“, 11-də “Xışma gəldi çaldı sikkən, ol Həcər-ül Əsvətə,“, son bənddə qafiyə “kim olu, kim alı, tamam olu“ (səh. 61-62).

M.T. variantında misra fərqləri belədir: 2-də “Hər savax tezdən ərşə”-“Hər səhərdən asimana”, 4-də “Dünya heç kəsə qalmadı”- “Kimsəyə qalmadı bu dünya”, 5-də “eyləyən ol tan­rı sübhana”- “edənin yazdığı fərmana”, 6-da “xəlq olu­nan”- “yaratdığı”, 7, 8-də “Adamı sakin eylədi cənnətin rizva­nına, Onların qədi qərəzi bu ləin şeytana bax”, 9-da “apardı”- “gətirdi”, 10-da “Dedi: baba, bağla qolum, səni vermem əziyyətə”, 13-də “taladan nida gəldi”-”buyurdu Cəbrailə”, 16-da “Qurana”- “firqana”, 18, 19-da “Fəhmini əda edibən sala­tını qılmalı, Qul Qaranı min yaşasan axır məfda olmalı”, 21-də “Xəstə Hasan der: mənşər günü sur düdügün kim çalar? ”, 23, 24-də “Dolandı canım baratı tarixim tamam olar, Hax taladan nəsib olan bir əşir Qurana bax”. (səh.10)

F.Ç. variantında misra fərqləri belədir: 1-də “Nə yatıfsan dəli könül, xudam bu dövrana bax”, 2-də V.H. nəşrilə eynidir, 3-də və 4-də “Dəryada mah, göydə muğru həp onun əmrin­dəykən. Fani dünya kimə qaldı, hanı Süleymana bax”, 5-də “tanrı“ “bəni“, 6-da “xəlq olunan” “yaratdığı“, 7-də “ Adəm isə eylədi cənnəti rizvanına,“ 8-də “ol ləin“ - “ay bəyim bulay,“ 9-da “apardı“- “götürdü,“ 10-da “Dedi: qollarımı bağ­la səni vermiyim zəhmət“, 11-də “Xışmla“ - “Xışnan“, “Əs­fətə“-“nisbətə“, 12-də “göndərdi“- “gətirdi“, “gətirdi“ -“gö­tür­dü“, 13-də “Hax buyurdu Cəbrayıla, “İncil“ endi İsaya“, 14-də “abu“ - “dəxi“, 18-də “Fəhmini adəm edibnən salatını qılmadım“, 19-da “Qaranıyam, yüz yaşasax axır məftar olma­lı“, 22-də “Xəstə deyer: ay aşıx, suru kim çalar“, 23,24-də “Dolufdu ömrümün(dövrümün) baratı tarıxlar tamam oler“, “Qadir Allah nəsib etsə bir arşın Qurana bax! “ (səh.1-2)

E.M. variantında misra fərqləri belədir: 1,2,3-də:”Ey Qa­rani, nə yatıfsan oyan bir dəli dövrana bax.Yerdə murğu, göy­də mahu hamı onun əmrindədir, Qalmadı bu dünyada hanı Sü­leymana bax”, 5-də “ol qanrı Süleymana”- “o tanı süb­hana”, 6-da “xəlq olunan”-“yaranan”, 7-də “Adəmi sakin ey­ləyif cənnəti rizvanına”, 8-də “məlun”-“ləyin”, 9, 10-da “İbrahim İsmayılı götürdü Ərəfətə, Qollarını bağlayıb onu saldı zəhmətə”, 11-də “Xışmla bıçağı çəkdi”- “Xışma gəldi sikkə çəkdi”,12-də “Kim göndərdi, kim gətirdi qoç-quzu qurbana bax!”, 13-də “Hax taladan nida gəldi”-“Hax buyurdu Cəbrayıla”, 14-də “abu”-“taki”, 15-də “Məryəm girdi kili­sa­ya”-“uruxban girdi Musayə kilsayə, 16-da “Məhəmməd şəriə­tində oxunan firqata bax”, 17, 18-də “Bir igid yaxşı oxusa Haq­qı yaxın bilməli, Salatını yad edibən iltəkini qılmalı”, 19-da “Qaranı yüz yaşasa da”- “Ey Qaranı, yüz yaşasan”, 21, 22, 23, 24-də “Pir əlindən badə içdim Haqqı yaxın bilirəm, Hif­dim­də əzbər etdi vaxt tımı qılıram, Gəl biçarə Xəstə Hə­sən……, Hər vaxt göməyimdir o Şahimərdan mənim”. (səh.3-4.)

E.A. nəşrində yazılıb : “Şenlik dayısı İbrahimle Tiflise yap­dıkları bir gezide Borçalının Kasımlı köyünə gelerek Samed bey adındakı bir ağanın evine müsafir olurlar. Aşıq­la­ra, aşıq meclislerine çok meraklı olan Samed bey Tiflisin böyük aşığı Abbası çağırtaraq kendi evinde Şenlikle deyiş­dirir“ .

Deiyşmədə Aşıq Abbas Qul Qaranının Xəstə Hasanla qaşı­laşmada dediyi bağlamanı oxuyur və Şenlik də bağlamanı açır. E.A nəşrində Qul Qaranının bağlaması belədir :

Ey könül, uyan, qafletten sohbete bak, deme bak.

Her seherde asumana çəkilen ol karvana bak.

Deryada mahi, gökte murğu, onun emrinde iken,

Kalmadı bu dünya bakı hanı Süleymana bak.


İbrahim ki, İsmayılı götürdü Arafata.

Dedi: baba qolum bağla, seni koymam eziyyete.

Qeyze geldi bıçak vurdu ol Hecer-ül Esvede

Kim getirdi, kim götürdü ol koçu, kurbana bak!


Otuz iki farz içinde okunanı bilmeli,

Sevmine secde eyleyip hem namazın qılmalı,

Qul Qaranı yüz yaşasa axır mevt olmalı,

Bizi yoxdan var edənin yazdığı fərmana bak.



(səh. 78-79)
Ş.M. nəşrində dördüncü bənd belədir:

Haqq buyurdu Cəbrailə, „İncil“ endi İsaya,

„Zabur“ Davuda dəxi, „Tövrat“ da Musaya,

Məhəməd durdu qibləyə, onlar girdi kilisaya,

Məhəmmədin hümmətinə oxunan Qurana bax!

(səh.163.)

QARA HEY!
Qul Qaraniı:

Əlifba içində, hərf arasında,

Bir xədd gördüm çəkilifdi qara13 hey!

Mən əzizinəm, qara hey!

Qış gəldi bax, qara hey!

Qaradan boyax olmaz,

Boyanıfdı qara, hey!

Namərd seyraquvun bafası olmaz,

Dolanar dünyanı üzü qara hey!
Xəstə Hasan:

Deyillər ki, bu dünya beş gündü.

Mən bilirəm, beş günü də qara, hey!

Mən əzizinəm qara, hey!

Oxu dərsin qara, hey!

Əzəlindən kim çalıfdı,

Ağ üstünə qara, hey?!

Sağlıx xəbərimi yara versələr,

Dost sevinər, düşmən geyər qara hey!
Qul Qaranı:

Üstümüzdə Kərəm kanı bir dura.

Dəvət eylə, dost minsin bir dura.

Mən əzizinəm bir dura,

Bir yeriyə, bir dura.
Sərraf odur dür seçə

Qiymət vura bir düra.

Əliyyən Mürtəza mindi bir dura.

Qabağında sarvanıydı qara hey!


Xəstə Hasan

Xəstə düşdüm, döşək üstə dər saldım.

Cəfa çəkdim dünya üçün dər saldım.

Mən əzizinəm dərs aldım.

Eşiyinə dər saldım.

Eşitdim seyraquv gəlir,

Onun üçün dərs aldım.

Əqli kamil ustadan dərs aldım.

Oxumuşam əlif, əbcət, qara hey!
Qul Qaranı:

Haqq əmr etdi canlı-cinli yaransın.

Əyyub sağlığında gördü yarasın.

Mən əzizinəm, yarı sin.

Yarı mimdi, yarı sin.

Cismim ataş albdı,

Qırağında yar isin.

Qaranı der: şavaatçı, ya Rəsul,

Cünahkarlar gələr üzü qara hey!
Xəstə Hasan:

Sizlərdə qaydadı yara deməzlər,

Yarın sirrin yara deməzlər?

Əzizim yara deməzlər,

Yarı yara deməzlər,

Axır həsrət ölərəm,

Dərdi yara deməzlər.

Xəstənin dərdini yara deməzlər,



Görər məzarımı, geyər qara hey!(İ.Ə., səh.2 )
İ.A. variantındakı misra fərqləri belədir: 2-də “O nədir ki, yazılıfdı qara hey?!”, 3,4,5,6, 7, 8-də “Eləmi, arasında, Mən aşığam arasında, Ölsəm məzarım qazın, O ağ məmən ara­sında, Seyrağubu gördüm dostun bağında, Sifəti ilə, qismət ilə, qara hey!”, 9-da “Deyillər bu dünya”-“Mən deyirəm bu dünya”, 13, 14-də “Seyrağubu görmüşəm, Sufat ilə qamətin qara hey!, 15-də “yara versələr” -“getsə dost yanına”, 17, 18-də “İnsan odur qiymət qoya, bir dura, Hörmət etdim izzət ilə bir dura”, 21, 22, 23-də “Alim ona deyərəm, Qiymət qoya bir dura, Əliyi mindirdilər Düldülə”, 25-də “Qaranıyam, heç bilmirəm çarasın”, 29, 30, 31, 32-də “Cəsəd od alıf yandı, Ətrafında gəl isin, On bir övladıyla ya Şahi Mərdan, İmdad eylə heç olmasın qara hey”, 33, 34, 35, 36, 37, 38, 39, 40-da “Bayqu məskən salıb, yara deməzlər, Leylidən Məjlumdur ya­ra deməzlər, Aşıx, yara deməzlər, Sirri yara deməzlər, Siz­lərdə necə qaydadı, Dərdə çara deməzlər, Axır həsrət ölləm yara deməzlər, Baxarsan ki, məzarımdı qara hey!”(səh. 9-10.)

M.T. variantındakı misra fərqləri belədir: 1-də “Əlifba“-“Əlif be“, 2-də “Bir xədd“-“nəsnə“, bənddəki çığa belə­dir: “Mən əlif arasında, Mim əlif arasında, Dedim : ay qız, mən ölsəm, Qaz məmən arasında“, 7 və 8 isə belədir “Seyrağıbı gördüm dostun bağında, Cəsətilə, qamətilə, qara hey!“, 9-da “Mənə dellər fani dünya beş gündü“, 12-də “dərsin“-“hərfin“, 15-də “Əgər dosta getsə sağlıq sədəmiz“, 18-də “Bir yeriyə, bir əylənə, bir dura,“, 23-də “Alıyı ki mindirdilər Düldülə“, 25-də “dər“-“tər“, 26-da “dünya üçün“-“dünyada“, 33-də “İki cansız bir cannıdan yarısın“, 39, 40-da “Gəndi qazi, şafağatçı ya Rəsul, İzzət dilər mənşər günü qara hey!“, son bənd isə belədir: “Bayqu məskan salmış, yara deməzdər, Bu zəvvə dərdimə çarə, deməzdər, Əzizim, yara deməzdər, Dərdi yara deməzdər, Bilmerəm bu nə adətdi, Dərdə çarə deməzdər, Xastanın öldügün yara deməzdər, Birdən görər məzarımdı, qara hey!“(səh.12-13)

V.H. nəşrindəki misra fərqləri belədir: çığalarda “əzizi­nəm”-“aşığam”, 3, 4, 5, 6, 7, 8, “Mən aşığ arasında, Mim əlif arasında, Dedim məzarım qazdır, öləndə sin arasında, Sey­raquvu gördüm dostun bağında, qamətilə, sifətilə, qara hey!”, 9-da “Deyillər ki”-“Aləm bilir”, 10-da “beş günü”- “hər beşi”, 13-də “çalıfdı”-“çəkib”, 18-də “Qadir sübhan nicat verdi bir dura”, 21-də “dür”-“zər”, 23-də “Əlini də min­dir­dilər Dül­dü­lə”, 24-də “Qabağında sarvanıydı”- “Sarvanıydı qabağında”, 25 və 26 misraların yerləri dəyişikdir, 28-də “Eşiyinə”-“həqiqətdən”, 29-da “Eşitdim”-“bildim”, 31-da “Əqli kamil”- “əhli-mərifət bir“, 33-də “İki canlı bir cansız­dan yarısın”, 34-də “sağlığında gördü”- “gördü sağlığında“, 35-də “Mən əzizinəm”-“Qaranıyam”, 37-də “Cismim ataş al­bdı”-“Cismi­mə atəş düşüb”, 38-də “Qırağında”-“kənarında”, 39-da “Qara­nı der”- “Gəldi qazı”, 40-da “Ərəsətdə izzət dilər qara hey”, 41-də “Sizlərdə qaydadı”- “Xəstə Hasan dərdi”, 42-də “bağ­rım başın həsrət yara, deməzdər”, 44-də “Yarı”-“kön­lüm”, 45-də “Sizlərdə nə qaydadı”, 47-də “Axır həsrət öl­ləm yara deməzdər” 48-də “məzarımı”-“qəbrimi”.(səh.58-60)

E.M. variantındakı misra fərqləri belədir: 2-də “xədd“-“hərif“, 3, 4, 5,6,7, 8-də “Mən aşıq arasında, Mim əlif arasın­da, Mən öləndə məzarım, qaz sinən arasında, Seyrağıbı gör­düm dostun bağında, Tamamıyla, sufatıyla qara hey”, 9, 10, 11, 12, 13, 14, 15, 16-da “Mən bilirəm, bu dünya beş gündür, Aləm bilir beş günü də qara hey, Mən aşiqəm qara hey, Oxu dərsin qara hey, Əvvəl ağ üstünə, Kim çəkifdi qara hey”, 20, 23, 24, 25-də “Bir yeriyə, bir əylənə, bir dura, Sərraf odu zər seçə, Qiymət qoya bir dürə, Əliyi ki, mindirdilər bir dura”, 34-də “İki canlı bir cansızdan yaransın”, 35-də “Qaranıyam yarı sin”, 37, 38, 39, 40-da “Cəsədimə bir od saldın, Kəna­rında yar isin, Kəndi qazı şəfaətçi ya Rəsul, Ərəsətdə izzətinlə qara hey”, 41, 42, 43, 44, 45, 47, 48-də “Xəstənin dərdini yara deməzdər, Bayqu məskən salıb yara deməzlər, Aşıq yara de­məzlər, Sirri yara deməzlər, Sizdərdə nə qaydadı, Axır həsrət ölləm yara deməzdər, Yar gəlib görsə məzarımı qara hey”. Şeirdə 21, 22-ci misralar yoxdu. (səh.6-7)


VER XAVAR
Qul Qaranı:

Əylən uşax, xavar alem : o kimlərdi ver xavar.

Səkkiz cənnəti əzizi, o kimlərdi ver xavar?

O kimiydi on iki yaşında getdi girdi cənnətə,

Hansı bağa su verildi, o bir cannan ver xavar.
Xasta Hasan:

Əylən usdad, xavar verem: o bağmannan al xavar.

Səkkiz cənnət əzizi, o rizvannan al xavar.

İdris peyğəmbər on iki yaşında getdi girdi cənnətə,

Doqquz ay ana rəhnində o bir cannan al xavar.
Qul Qaranı:

Dinlərdən hansı din əzizdi, sən də tutsan o dini.

Əzəl başdan kim görüfdü Əzrayılın zəhmini.

O kimiydi, iki dəfə gördü ana rəhnini.

Məkanın bul məskənində, o bir cannan ver xavar.
Xasta Hasan:

Əlif Allah, mim Məhəmməd sən də tutasan o dini.

Habil vurdu Qabil öldü, gördü Əzrayılın zəhmini.

Yunus peyğəmbər iki dəfə gördü ana rəhnini,

Məkanı dərya, məskanı balıx, o bir cannan al xavar.
Qul Qaranı:

Günəş kimi şölə verən hankı cismim bağıdı?

Çanı yoxdu, qanı yoxdu, yer üzündə sanıdı?

Kəndi sarı, səlbi qara nütbəsi əvlağıdı?

Bilsək nədən xalq olundu, o bir cannan ver xavar.

Xasta Hasan:

Günəş kimi şölə verən cənnətdə Tub ağacının şövləsidi,

Canı yoxdu, qanı yoxdu, ol Musanın hasasıdı,

Kəndi sarı, səlbi qara ol Salehin dəvəsidi.

Bir qayadan xalq olundu, o bir cannan al xavar.
Qul Qaranı:

O kimiydi, anaynan buldu biri-birini?

O kimiydi, kəndi əlinnən kəndi kəsər sərini?

Atasız gəldi dünyaya, əmdi ana şirini,

Bilsək nədən xalq olundu, o bir cannan ver xavar.
Xasta Hasan:

Xasta Hasan, anaynan buldu biri birini,

Əzrayıldı, kəndi əlinnən kəndi kəsər sərini,

Atasız gəldi dünyaya, əmdi Məryam şirini,

İsa ruhdan xalq olundu, o bir cannan al xavar.

(M. T., səh. 13-14)
V.H. nəşrindəki misra fərqləri belədir:1-də “Bizi yoxdan var eliyən ol sübhandan ver xəbər”, 2-də “o kimlərdi”- “o qılmannan”, 3-də “O kimdi ki, hüllə biçir insanın sufatına”, 4-də “Qoqquz bağa su bağlayan o bağbandan ver xəbər”, 5-də “Bizi yoxdan var eyləyən ol sübhannan al xəbər”, 6-da “o rizvannan”-“o qılman”, 7, 8-də “O İdrisdi hüllə çəkir insanın sufatına, Doqquz bağa su bağlayan o bağmannan al xəbər”, 9-da “din əzizdi sən də tutsan”-“haqdı ki, mən tutmuşam”, 10-da “Əzəl başdan kim”- “Əngiddə kimlər gördü”, 12-də “Məkanın bul məskənində”- “Arayıb məkanı bulan”, 13,14, 15-də, “Məhəmməd dini haqdı, mən tutmuşam o dini, Qabil öldürdü Habili, gördü Əzrayıl zəhmini, Həzrət Yunus iki yol gördü ana rəhnini”, 16-da “dərya, məskanı”-“ümman məka­nı”, 5 və 6-cı bəndlər yoxdur. 7 və 8-ci bəndlər isə belədir:
Qul Qaranı:

Qaranı der söylə, kimlər buldu biri-birini?

Kimiydi kəndi əliynən kəndi kəsər sərini?

O kimdi atasız gəldi, əmdi ana şirini,

O ki, nədən xalq olundu, ol divannan ver xəbər.
Xəstə Hasan:

Hasan der, Adəmnən Havva buldu biri birini,

Əzrayıl kəndi əliynən kəndi kəsər sərini,

Həzrət İsa atasızdı, əmdi ana şrini,

O ki, nurdan xalq olundu ol divannan al xəbər.

(səh.63-64.)
İ.A. Şeirin vəzni, hecası, hətta bəzi yerlərdə qafiyəsi də po­zuqdur. Buna görə də fərq çox olduğundan şeiri bütöv veririk:
Qul Qaranı:

Səndən xəbər alım, ay kamil usdad,

Ol rizvanından ver mənə xəbər.

Sevimlidi səkkiz cənnət əzizi,

O bir candan ver mənə xəbər.

On iki yaşında oldu cənnətdə,

Doqquz bağa su verdi

……………………


O gözəl bağbandan indi ver xəbər.
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə