AZƏrbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal




Yüklə 1.29 Mb.
səhifə9/13
tarix23.02.2016
ölçüsü1.29 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

AzərTAc

Ankarada “Universitet və Elm”simpoziumu
23-24 favral 2010-cu ildə Türkiyənin Ankara şəhərində Tür­kiyə Elm­lər Akademiyası və TOBB (Tür­ki­yə Odalar və Bor­sa­lar Birliyi) Uni­ver­sitetinin bir­gə təşkil et­dik­ləri “Üniversitet və Elm” mövzu­sun­da iki günlük sim­pozium ke­çi­rilmişdir. Sim­po­ziumun işində Tür­kiyənin Yük­sək Öğ­retim Ku­ru­lu (YÖK) başkanı, nü­fuzlu uni­versitet rek­tor­ları və Tür­kiyənin tanınmış elm xadim­lə­ri, ziya­lı­ları iştirak etmişdir. Simpoziumun açılış mərasi­min­­­də çıxış edən Türkiyə Elmlər Aka­­demiyasının prezidenti, pro­fes­sor Şükrü Koç və TOBB üni­ver­si­te­tinin rektoru Türkiyənin ali təhsil sistemi və elmi tədqi­qat­­ları istiqa­mə­tin­də qar­şı­da duran problemlərə toxunaraq, bu simpo­zi­umun bu problemlərin aradan qal­dırılması üçün əhəmiyyətli olacağına ümid etdiklərini vur­ğulamışlar. Da­ha son­ra  Türkiyənin Yüksək Öğretim Kurulu (YÖK) baş­ka­nı, professor Yu­sif Zi­ya Özcan Türkiyənin ali təhsil sis­te­mi­ni­nin mövcud vəziyyətini və apa­rılan islahatların mahiyyətini ehtiva edən ge­niş məruzə ilə çıxış etdi.

Daha sonra simpozium öz işini seksiyalarda davam etdirdi. Sek­siya­lar­­da çıxış edən məruzəçilər arasında İlhan Tekeli, Alev Alatlı, Vedat Bil­gin, Tu­ran  ve Erdinc Yazıcının məruzələri xüsusi maraqla qarşılandı.

Sim­­poziumun ikinci günü AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Sə­la­həddin Xəlilov xüsusi məruzə ilə çıxış etdi. Məruzənin ilk his­sə­sində sovet  elm  ənənəsindən və burda mövcud olan akademiya sis­temin­dən da­nı­şan Xəlilov, bu sistemdə elm adamalarının əhatə olunduğu yara­dı­cı­lıq mü­hi­ti haqqında dinləyicilərə ətraflı məlumat verdi. Bu sistemin faydalı tərəf­lə­rin­dən bu gün də istifadə edilməsinin zərurətini qeyd etdi.

Mə­ru­zəçi çıxışının böyük hissəsində fəlsəfə elminin problemləri üzə­rin­də durdu. Xüsusilə türk dünyasının mədəni inteqrasiya prosesində filo­sof­la­rın üzərinə düşən vəzifələr haqqında danışdı.

Da­ha sonra  məruzəçi audutoriyanın çoxsaylı suallarına cavab verdi. Təd­birin sonunda söz alan Türkiyə Elmlər Akademiyasının prezidenti, pro­fes­sor Şükrü Koç S.Xəlilova maraqlı mərüzə üçün təşəkkür et­di və kon­frans­da iştirak etdiyi üçün ona Türkiyə Elmlər Akademiyasının xü­susi dip­lo­munu təqdim etdi.
Fevralın 22-də Gazi Universitetinin mərasimlər zalında (Ankara şə­hə­ri) professor Səlahəddin Xəlilovun Tür­kiyənin bir qrup ziyalısı ilə görüşü ke­çirilmişdir. Şam yeməyi süfrəsi ar­xa­sında təşkil olunan görüşdə Gazi Uni­ver­sitetinin rektoru professor Rıza Ay­han, universitetin professor-müəllim hey­əti, habelə Türkiyənin tanınmış ziyalıları və “Almıla” jurnalının bir qrup yazarı iştirak edirdi. Tədbirin əv­vəlində Gazi Universitetinin iq­ti­sa­di elmlər fakültəsinin  pro­fes­soru Vedat Bilgin Səlahəddin Xəli­lo­vun həyat və yaradı­cılığı haqqında qısa ara­yış verdikdən sonra, onun Şərq-Qərb mövzusunda apar­dığı tədqiqatların və bu sahədə qələmə aldığı fəlsəfi əsər­lərin Azər­bay­can və bütövlükdə türk dün­yasında baş verən proseslərin dərk olunması ba­xı­mından əhəmiy­yə­tin­dən danışdı. Daha sonra Vedat Bil­gin Səlahəddin Xə­li­lovun son dövrlər “Al­mıla” jurnalında çap olunan “Mə­həb­bət və İntellekt” mövzusunda silsilə yazı­larının türk oxucularının və xü­su­silə gənclərin çox böyük marağına səbəb olduğunu söylədi.

Səlahəddin Xəlilov öz nitqində Şərq-Qərb sivilizasiyaları dialoqu, Şərq­­də təsəvvüf  təliminə yanaşmalar, məhəbbət və intellekt mövzusunda mə­sələlərə toxundu. Xüsusilə elm adamının məhəbbət və intellekt möv­zu­sun­daki dedikləri dinləyicilərin böyük marağına səbəb oldu və bu mövzu ətrafında fikir mübahisəsi aparıldı.

Xalq musiqisi ifaçılarının kiçik konsert proqramı ilə görüş sona çatdı.

Ankarada “Aşk və Akıl” mövzusunda konfrans
Fevralın 23-də Gazi Universitetinin 100-ci İl Mədəniyyət Mərkəzində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun hə­min üniversitetin iqtisadi idari elmlər fakültəsi “Akademik Düşüncələr Araş­­dırma Cəmiyyəti” (ADAT) tərəfindən təşkil olunan “Aşk ve Akıl” möv­­­­­zusunda konfransı keçirilmişdir. Qeyd etmək lazımdır ki, tədbirdən bir ne­çə gün əvvəl konfransın keçirildiyi binada konfransın elanı – afişalar asıl­mış, internet saytlarında  konfransın mövzusu haqqında fikir müzakirələri baş­lamışdır. Eyni zamanda 400 nə­fərlik  konfrans zalında bütün yer­lərin dol­­­ması müşahidəçilər tə­rə­findən həm müəllifə, həm də möv­zuya olan ma­ra­ğın təzahürü ki­mi qiy­mət­ləndirilmişdir.

Gazi Universiteti iqtisadi ida­­­ri elmlər fakültəsi dekanı, pro­fes­sor Kadir Arıcı giriş sözü ilə kon­­fransı açandan sonra fakül­tə­nin mü­əllimi, sosiologiya doktoru  Er­dinc Yazıcı Səlahəddin Xəlilovun hə­yat və yaradıclığı haqqında təd­bir iştirakçılarına arayış verdi və müəllifin son dövrlər “Almıla” jur­na­lın­da çap olunan “Məhəbbət və İntellekt” möv­zu­sun­da silsilə yazılarına gənc­lə­rin marağından danışdı.

Daha sonra söz Səlahəddin Xəlilova verildi. S.Xə­li­lov çıxışının əvvə­lin­də gənclərin onun bügünkü çıxışdan bir qədər “xəyal qırıqlığına” uğ­ra­maq ehtimalının mümkün olduğunu söylədi. Məruzəçi bunun səbəbini kimi onun eşq anlayışının Şərqdə tərənnüm olunan eşq anlayışından bir çox ba­xım­dan fərqli olması ilə izah etdi. Məruzəçi öz nitqində əsasən şərqdə mə­həb­bət konsepsiyasının izahı və bu konsepsiyanın sadə insanların eşq an­la­yış­ları fikri üzərində dayandı. Məruzəçi bunu Şərqdə elmi-fəlsəfi an­la­yış­la­rın fərqli olduğu hələ tam formalaşmaması və bədii təfəkkürdə amorf, sin­kre­tik ifadə ənənəsinin daha güclü olması ilə izah etdi. Məruzəsində ilahi eşq məsələsinə də toxunan S.Xəlilov konkret bir qadına olan məhəbbətin ila­­hi eşqə aparan yolda bir vəsilə kimi dəyərləndirilməsinin də bir o qədər düz­­gün yanaşma olmadığını söylədi. Professor real eşqin ifrata vardırılmış eşq eyforiyasından fərqlərini izah etdi. Daha sonra suallar və məruzə ətra­fın­da müzakirələr hissəsinə keçildi. Məruzəçiyə verilən sualları və fikir bil­di­rən­­lər dinləyicilərin məruzəçinin fikrini dəstəkləyənlər olduğu kimi, mə­ru­zə­də səsləndirilən bəzi məqamlarla razılaşmayanların da olduğu aydın olur­du. Axırıncılar daha çox öz fikirlərini eşqin heç bir sərhəd tanımayan bir hiss olduğu arqumenti ilə əsaslandırmağa çalışırdılar.

Tədbirin sonunda professor Kadir Arıcı mövzu haqqında öz ürək söz­lə­rini söylədi və məruzəçiyə bu məzmunlu nitqi üçün təşəkkür etdi.


Da­­ha sonra  xatirə fotografları çəkildi, S.Xəlilov öz kitablarını gənc oxu­cu­lar üçün imzaladı.

Türkiyə telekanallarında fəlsəfi söhbətlər
Fevralın 24-də professor Səla­həd­din Xəlilov Türkiyənin TRT-2 tele­ka­na­lında yayımlanan “Ekogün” pro­qra­­mının canlı yayım qonağı olmuşdur. Ya­rım saat davam edən proqramda S.Xəlilov Gazi Universitetinin iqtisadi elm­lər fakültəsinin müəllimi,  so­si­o­lo­giya doktoru  Erdinc Yazıcı ilə birgə qloballaşma prosesində Türk dünya­sı­nın iqtisadi problemləri və qarşılıqlı iq­ti­sadi əlaqələrinin perspektivləri möv­zusunda fikir mübadiləsi aparmışlar. Qlo­ballaşma prosesində Azər­bay­ca­nın neft strategiyasının uğurlarından da­nışan S.Xəlilov həmçinin Xocalı soy­qırımı mövzusuna toxunmuş, bu böyük faciəyə dünyanın biganə qal­ma­sı­nı ikili standartların mövcud olması kimi səciyyələndirmişdir.
Türkiyənin Ankara şəhərinə səfəri çərçivəsində professor Səlahəddin Xəlilov “Səs TV” kanalının “Er­dinc Yazıcı ilə Konuşulmayanlar” proqramının qonağı olmuşdur. Verilişin apa­rıcısı Gazi Universitetinin iqtisadi elmlər fakültəsinin müəllimi,  sosio­lo­gi­ya doktoru  Erdinc Yazıçının qloballaşma prosesində Türk dünyasının qarşılaşdığı problemlər, Şərq-Qərb problematikası, Türk dünyasında fəlsəfə mövzusundaki suallarına verilişin izləyiciləri S.Xəlilovun çox məzmunlu və geniş mülahizələrini eşitmə fürsəti əldə etdilər .

Verilişin digər qonağı AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İns­ti­tu­nun aparıcı elmi işçisi, Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti Əbülfəz Süleymanlı türk dünyası sosioloqalrı arasında əlaqələrdən və Türk dünyası ölkələrinin qarşılaşdığı ictimai problemlərdən danışdı.

Ümumvəhdət fəlsəfəsi və müasir elm”

mövzusunda elmi-nəzəri seminar

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bi­nasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fon­­dunun və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) bir­gə təşkilatçılığı ilə “Ümumvəhdət fəlsəfəsi və müasir elm” möv­zu­sunda ikigünlük elmi-nəzəri seminar keçirilmişdir.

Azərbaycanın tanınmış fəlsəfə tədqiqatçısı, “Şərq fəlsəfəsi prob­lem­lə­ri” jur­na­lı­nın baş redaktoru, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Züm­rüd Qu­­lu­zadənin belə bir seminarın keçirilməsi ilə bağlı irəli sürdüyü tə­şəbbüs Azər­baycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fon­du və AMEA FSHİ tərəfindən dəstəklənmişdir.

Tanınmış tədqiqatçıların və təbiətşünas alimlərin iştirak etdikləri se­mi­narı AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) di­rek­toru İl­ham Məmmədzadə açmış və bildirmişdir ki, tədbirin əsas məqsədi müştərək im­kan və səylərdən istifadə etməklə gələcək tədqiqatlar üçün fəl­sə­fi meto­dologiya axtarmaq, müxtəlif elmləri təmsil edən alimləri vahid mövzunun mü­zakirəsi ətrafında birləşdirmək, intellektual və mənəvi tək­mil­ləş­mə im­kan­larının genişləndirilməsinə nail olmaqdır.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, bu­günkü seminarın fəlsəfənin aktual problemlərinə həsr olunması son vaxt­lar cəmiyyətdə elmin rolunun getdikcə artmasının əyani təzahürüdür.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ic­raçı direktoru Elçin Babayev artıq keçid dövrünü başa vurmuş və qlobal­la­şan dünyanın bir hissəsi olmağa çalışan ölkəmizdə bu cür seminarların təş­ki­­linin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Şərq-Qərb konsensusunun getdikcə aktuallaşdığı müasir şəraitdə fəlsəfə elminin üzərinə mühüm vəzifələr düşür və bu seminar həmin məqsədin re­al­laş­masına xidmət edəcəkdir.

Sonra seminarın birinci, ikinci və üçüncü sessiyaları çərçivəsində möv­­zu ətrafında məruzələr dinlənilib müzakirə edilmişdir. FSHİ-nin baş el­mi işçisi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə “Vəhdət fəlsəfəsi müasir elm və sosiomədəni inkişaf baxımından”, Paris Cərrahlar Akademiyasının üz­­vü, professor Cavad Heyət “Molla Sədrada hərəkəti-cövhəri və vəhdəti-vü­­cud”, AMEA Fizika İnstitutunun proqram rəhbəri, akademik Maqsud Əliyev “Fəlsəfədə ümumvəhdət konsepsiyası və fizika”, AMEA İqtisadiyyat İns­titutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev “İqtisadi nə­zəriyyələrin təkamülündə ümumvəhdət metodologiyasının yeri”, AMEA FSHİ-nin direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə “Müasir dövr­­də fəlsəfə və elmin qarşılıqlı münasibəti” mövzularında məruzələrlə çıxış etmişlər.

AzərTAc
Yeni internet səhifəsi – “Fəlsəfə dünyası”

www.felsefedunyasi.org
Azərbaycanda fəlsəfi fikrin təbliğinə xidmət edən yeni internet sə­hi­fə­si açılmışdır. Səhifədə AFSEA-nın, Şərq-Qərb Tədqiqat Mərkəzinin, Fəlsə­fə, Sosiologiya və Politologiya üzrə Problem Şurasının fəaliyyətinə dair dai­mi məlumat blokları vardır. Habelə fəlsəfə üzrə yeni nəşrlər, “Fəlsəfə və so­si­al-siyasi elmlər” jurnalının yeni nömrələri, aktual mövzularda məqalələr, dünyada və ölkəmizdə elmi-fəlsəfi həyatın önəmli hadisələri barədə məlu­mat­lar yerləşdirilir.
Rəylər, mülahizələr

Suç bizimdir – humanitar sahənin mövcud durumunda

ədəbi tənqidin də payı var
(Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi haqqında)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, aka­de­mik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman konteks­tin­də baxış” məqaləsi elmi və ədəbi ictimaiyyət arasında çox böyük rezonans doğurmuşdur. Təbii, ən miqyaslı kürsüdən səslənməsi ilə bahəm, məqalədə cəmiyyət həyatı üçün olduqca vacib məsələlərdən söhbət gedir.

Belə düşünürəm ki, məqalənin əsas ruhu, qayəsi hər kəs üçün aydındır. Ölkəmizdə sürətli inkişaf gedir; hər bir sahədə dünyaya inteqrasiya olunan cəmiyyətimiz lazımi sürətə, tem­pə, oyun qaydalarına da hazır olmalıdır. Məqalədə vurğulanır ki: “Azər­bay­can Prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də Bakı Dövlət Uni­ver­si­te­tinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iq­ti­sa­diy­yatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi. Hər bir Azər­bay­can vət­ən­da­şı və bütövlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bə­yanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsə­lə­lər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, mü­əy­yən mənada, artıq başa çat­mış bir prosesin yekunlarından nəticə çı­xar­ma­lı, cəmiyyətimiz üçün ak­tuallaşan yeni paradiqmalar haqqında düşünməliyik”.

Cəmiyyət məhz günün tələblərinə cavab verən elm, humanitar dü­şün­cə, mədəniyyət, o cümlədən ədəbiyyat istəyir. Buna biz hazırıqmı? Nə­dən böyük ənənələrə, Azərbaycanda zəngin tarixi təcrübəyə malik olan hu­manitar sahə bu gün zamanın tempindən geri qalır? Potensialımızmı çatışmır, ya olan po­ten­si­alımızdan gərəyincə yararlana bilmirik? Qarşıda duran vəzifələri yerinə ye­tirmək üçün nə etməliyik, nəyə həssas və diqqətli olmalıyıq? Akademik Ramiz Mehdiyev geniş-əhatəli məqaləsində elmi-ədəbi ictimaiyyəti bu suallar ətrafında düşünməyə çağırır.

Həm elm, həm təhsil sahəsində çalışan bir ədəbiyyat adamı kimi məni, başlıca olaraq, məqalənin təklif etdiyi açıq söhbət tonu, təfərrüatlı mən­zə­rə­lər, həqiqət ehtirası cəlb etdi. Öz-özümüzə hesabat məqamında bütün pozi­tiv­­lərə umumən nəzər yetirilməklə, başlıca hədəfdə məhz çatışmazlıq­la­rı­mız­dır. Həm də konkret misallar hədəfə dəydikcə, doğrusu, şaşırmaya bil­mir­sən. Bir yandan, müxtəlif instansiyalarda, söhbətlərdə, insanlar arasında eşit­diyimiz bəzi məqamlar, giley-güzarlar məqalədə kəskinliklə, ümu­mi­ləş­miş şəkildə qarşımızda durur. Digər tərəfdən, həmin faktlar, gerçəklər, mən­zə­rələr ağrıtmaya bilmir. Yəni doğrudan da mı biz, müəllimlər, alimlər, hu­ma­nitar dəyərlərin qoruyucuları bu qədərinə aşınmışıq? “Bəzi müəllimlər hələ də mühazirələrini otuz il əvvəl yazılmış dərsliklərdən və ya konspekt­dən oxuyurlar ki, bunların da informasiya və elmi tutumu son dərəcə ka­sad­dır. Kurs işləri və magistr işlərinin "əldən-ələ dövr etməsi" istər müəl­lim­lə­rə, istərsə də tələbələrə yaxşı məlumdur. Eyni mövzular dəfələrlə təkrar-tək­rar işlənir, hətta bəzən bir işin surəti çıxarılaraq yeni iş kimi təqdim edilir. İc­timai və humanitar profilli bütün fakültələrdə, magistraturada tələbə ha­zır­lığının səviyyəsi həddən artıq zəifdir”.

Çox yüksək mövqedən səslənmiş bu sözlər ağrı-acılar doğurma­ma­lı­dır­mı? Doğrudur, alimin, müəllimin sosial vəziyyəti qənaətbəxş deyil, onun öz intellektual səviyyəsini artırmağa vaxt və maddi imkanının kifayət qədər ol­duğunu deməzdim. Amma bu, ictimai faktorlardır, üzərində cəmiyyət dü­şünməlidir, görünür, düşünməyin məqamı çatmışdır da. Bəs şəxsi-mənəvi keyfiyyətlər? Müəllimi müəllim, alimi alim edən ali dəyərlər? Hər hansı səbəblər bunlardan vaz keçməyə əsas ola bilərmi? Məqalədə oxuyuruq: “Pa­ra­doksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz”. Dəyərlərin özü bu qədər enmişsə, insan zəifliyinə yozduğumuz hallar kütləvi şəkil almışsa, bun­dan sonra biz hansı alim-müəllim örnəyindən danışa bilərik? Alimə, mü­əl­limə hansı ictimai statusu, yüksək maddi-mənəvi durumu istəyə bilərik?

Odur ki, məqalədə “cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliy”in qor­xulu hal aldığı xüsusi vurğulanır, ictimai mövqenin şəxsi mənafeyə qur­ban verilməsinin bağışlanılmaz, yol verilməz olduğu barədə həyəcan təbili ça­lınır: “Elmin hər bir nümayəndəsi öz fəaliyyətini iki mövqedən qiymət­lən­dir­məlidir: əvvəlcə vətəndaş, sonra alim kimi. Amma digər maraqlar üstün gəl­diyindən milli mənafe, vətənpərvərlik fikri və milli mənlik ideyası za­man -zaman kənarda qalır”.

Ramiz Mehdiyevin məqaləsində humanitar sahədə ümumi prob­lem­­lərimizlə yanaşı, konkret instansiyaların ünvanına da tənqidlər səslənir. Və sevindiricidir ki, akademikin dərin narahatlığına səbəb olmuş sahələrə mə­sul insanlar müzakirəyə qoşularaq, toxunulan məqamlara aydınlıq gətir­mə­yə, münasibət bildirməyə, fikirlərini bölüşməyə başlamışlar. Bir sadə ədə­biyyat adamı olaraq, ədəbiyyatımız, ədəbiyyatın tədqiqi və müasir ədəbi pro­­ses barədə narahatlığına görə Ramiz müəllimə minnətdarlığımı bildirir, kon­kret və yığcam müşahidələrini dəstəkləyir, ünvanımıza deyilən tənqid­lə­ri tam qəbul edərək, qarşımıza qoyulan vəzifələrə qane oluram: “Ədəbiyyat və teatr tənqidçilərimiz hələlik gizli, latent formada cərəyan edən na­ra­hat­edi­ci proseslərin təhlilini aparmalı və öz missiyalarını yerinə yetirməlidirlər. Söz sənəti korifeylərimizdən bizə zəngin yaradıcılıq məktəbi miras qal­mış­dır. Onların bugünkü varisləri öz yeni ədəbi axtarışları ilə Azərbaycan ədəbiyyatının şöhrətini layiq olduğu yüksəklərə qaldırmalıdırlar”.

Akademikin istər: ədəbiyyat tarixi sahəsində araşdırmaların az qala yal­nız XX əsrlə məhdudlaşması haqqındakı, istər: Azərbaycan tarixinin ta­rix­çi, dilçi, filosof və ədəbiyyatşünasların birgə hazırladıqları vahid kon­sep­si­ya əsasında öyrənilməsinin vacibliyi haqqındakı, istərsə də: folk­lo­run regi­on­lar çərçivəsindən çıxarılıb ümummilli sərvət kimi araşdırılması ba­rə­sində fi­kirləri tutarlı və dəqiqdir, düzgün istiqamətdə fəaliyyətə sövq edir. Müasir zamanın ruhuna cavab verən ədəbiyyatın son dərəcə azlığı, amma vacibliyi fikri isə yalnız alqışlanmalı və düşündürməlidir.

Bunun əvəzində, ümumi ictimai tənqidi bəzilərimizin çiynini kənara çəkməklə qarşılaması, ədəbiyyat sahəsində guya hər şey normaldır kimi si­fət göstərməsi heç də məqbul olmayıb, xeyrimizə deyil zənnindəyəm. Əgər növ­bəti xatırlatmasında akademik ədiblərə bir daha hörmətini ifadə edərək, söh­bətə, müzakirələrə dəvət edirsə, deməli, tənqidə analitik cavab vermək la­zımdır. Hətta müasir ədəbi prosesdə hər şey qaydasında olsa belə. O doğ­ru­dur ki, müstəqilliyimizin birinci onilindən fərqli olaraq, indi cəmiy­yə­ti­miz­də ədəbiyyatın yeri, mövqeyi, ədəbiyyata münasibət xeyli dəyişib. Ulu Hey­dər Əliyevin bilavasitə qayğısı nəticəsində ədəbiyyata dövlət diq­qə­ti bərqərar olub, müəyyən ədəbi orqanlar büdcədən maliyyələşməklə ardıcıl nəşr olunur. Doğrudur ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fər­­­manları ilə klassik irsimizin latın qrafikası ilə kütləvi nəşri həyata ke­çi­ril­miş, dünya ədəbiyyatı xəzinəsindən yüz əlli kitabın dilimizdə səslənməsinə rə­­vac verilməsi müasir oxucu auditoriyasının formalaşmasına ciddi təsir gös­­­tərmişdir. Bu faktlar məqalədə də əksini tapıb. O da doğrudur ki, bütün bun­­­­ların müqabilində Azərbaycan ədəbiyyatının özündə də canlanma var, ən müx­­təlif auditoriyaları məşğul edən əsərlər də meydana gəlib, müxtəlif zövq­­­lər, zövq dairələri də formalaşmaqdadır. Lokal rezonanslar da öz ye­rin­də. Məsələ məgər bu səviyyədəki uğurlarımızdadır? Növbəti çıxışında aka­de­­m­ik bu məqama da aydınlıq gətirir: “Heç kim demir ki, bu gün əsər ya­zıl­mır. Əsərlər yazılır və onların içərisində seçilənləri də az deyil. Amma qə­lə­mə alınan əsərlərin əksəriyyəti, qeyd etdiyim kimi, cəmiyyətin müasir in­tel­lek­tual-mənəvi tələblərinə cavab verə bilməyən və öz-özünə qapanaraq ədə­biy­yat sahəsindən kənara çıxmağı bacarmayan əsərlərdir. Məsələ bax bun­da­dır”.

Aydındır ki, akademikin ədəbiyyat adamlarına sorğusu daha yüksək mərtəbədədir? Söhbət lokal dairədəki uğurlardan yox, elə bədii əsərlərdən gedir ki, ümummilli rezonansı olsun, müasir dövr, XXI əsr səviyyəsində düşündürə bilsin. Bu həm də elə dünya ədəbi auditoriyalarına vəsiqə qazanmağa bərabər olar. “Lakin indiki ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazırdırmı? O, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin mənəvi ehtiyacını təmin etmək iqtidarındadırmı?” Doğrudan da, bu gün iqtisadiyyatımızın inkişaf tempi bütün dünyaya əks-səda salmışkən, yaxud Azərbaycan muğamının şöhrəti qabaqcıl mədəni ölkələrin yüksək zövqlü auditoriyalarını fəth edirkən, Azərbaycan idmançılarının uğurları bir-birini əvəzləyirkən, niyə də eyni səviyyəni ədəbiyyatımızdan gözləməyək, istəməyək? Bütün bu qarşımızda qoyulan və qoyulmayan sualları yerində, məhz ədəbiyyatın qanunları üzrə təhlil eləməkdənsə, ədəbiyyatın yeni şəraitdə durumuna ayna tutmaqdansa ki: “nədən elə deyil də, belədir”, “bizdə hər şey yaxşıdır deyib” dursaq və ya həmişəki təki səbəbkarı hardasa kənarda axtarıb, küskün gözləmə mövqeyi nümayiş etdirsək, qazanarıqmı?

Məqalədə bugünə örnək olaraq bircə əsərin – yazıçı Kamal Ab­dul­la­nın bir neçə ölkədə çap olunaraq, rəsmən Nobel mükafatına təq­dim­ol­ma qey­diyyatından keçmiş “Yarımçıq əlyazma” romanının adı çəkilir. Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri beş il öncə ədəbi mü­hi­ti­mizdə çək-çevirlə qarşılandı, haqqında onlarla mübahisəli, bir-birini rədd edən yazılar yazılaraq böyük rezonans doğurdu. Halbuki roman müasir dün­ya ədəbi çevrələrində asanlıqla qəbul olundu, türk, rus, fransız, ingilis, ya­pon, ispan dillərinə çüvrilərək, dildən-dilə gəzməyə başladı. Niyə? – ədəbi tən­qidin, içi mən qarışıq, bu suala cavab verməyə gücü çatdımı? Eləcə əsər ba­rəsində “postmodern” deyib-durmaqla kifayətləndik. Roman özü özünə yol açır, onun bu təhlillərə elə də hacəti yoxdur, amma həmin təhlillər bizim üçün, ədəbiyyatımız üçün lazımdır. Yeni dövrü dərk etməyimizdən ötrü vacibdir.

Azərbaycan müharibə durumunda olan ölkədir; bununla belə, biz güc­lü­yük, qürurluyuq, sözümüzü deyə bilirik, öz haqq işimizin keşiyində dur­ma­ğa qadirik. Bəs ədəbiyyatın, humanitar düşüncənin bu məqama reaksiyası han­sı səviyyədədir? Təbii ki, Qarabağ mövzusu ədəbiyyatımıza artıq daxil olub, amma birbaşa təəssürat, ağlamaq-sıtqamaq, bir-birini, ya kimlərisə itti­ham səviyyəsindəmi? Akademik deyir: “Misal üçün, məni ziyalı kimi daim bir məsələ düşündürür: 1987-ci ildən etibarən biz Dağlıq Qarabağ dərdi, Qan­lı Yanvar faciəsi, Xocalı soyqırımı ilə, qaçqın-köçkünlük kimi böyük bir hu­manitar fəlakətlə üzləşmişik. Yaradıcı ziyalılar bu ağır günlərin hə­yə­ca­nı­nı hansı bədii əsərlərdə lazımınca əks etdiriblər? Mən ayrı-ayrı məqalə və çı­xışları yox, dərin təfəkkürlə yaradılan elmi və bədii əsərləri nəzərdə tuturam”.

Aydındır ki, bu gün heç kəs ədəbiyyatdan trafaret, şablon, şüarçılıqla qələbəyə səsləyən əsərlər gözləmir. Oxucunu düşündürmək, ağrıtmaqla da, eyni zamanda ruhlandırmaq, qəhrəmanlığa sövq etməklə də mövzuya şərik etmək olar. İki il öncə yazıçı Aqil Abbas tragik əhvalatlarla dolu çox uğurlu “Dolu” romanını dərc elətdirdi, əsər təkcə ağrıtmaqla qalmır, eyni qədər də düşdüyümüz ədalətsiz duruma qarşı bir barışmazlıq ruhu oyadır. Roman mətbuatda xeyli reaksiyalar da qazandı, amma kimsə, içi mən qarışıq, cavab verə bildimi niyə yazıçı daim ürəyinin ağrısı kimi daşıdığı bu mövzunu əzgin olduğumuz zamanlarda yox, məhz bu gün, güclü və düşmənə cavab verməyə hazır olduğumuz məqamda qələmə aldı? Halbuki məhz oxucunu örnəkləndirmək üçün gərəkirdi bu şərhlər.

Deyirik, XX əsrdə Azərbaycan xalqı olmazın faciəvi hadisələrlə üzləşmişdir, tarixdən dərs almaq lazımdır. Bir var bunu deyəsən, bir var səhnədə əyani görüb, eyni zamanda katarsisini yaşayasan. Yazıçı Elçinin ar­dıcıl qələmə aldığı pyeslərində XX əsr boyu yaşanan anormal durumu­muz­la bağlı, faciəvi mövzulara israrlı marağı nədəndir, gərəyincə ədəbi tən­qid­də təhlilini tapıbmı? Yox, amma əvəzində Elçinin özünün ədəbi tənqidin va­cib­liyini vurğulayan, tənqidçiləri zamanın problemləri üzərində düşün­mə­yə çağıran proses yazıları biganəliklə, yaxud da kortəbii basqılarla qarşılanıb.

Bu gün ədəbi proses hər cür ədəbiyyat təqdim eləyir, klassik, ənənəvi dəyərlərin konservasiyasından alternativ düşüncəyə, radikal inkarçılığa qə­dər hər növ mövqelərlə üz-üzəyik. Kimsə özünü andeqraund, kimsə post­mo­der­nist, kimsə ən yenisi, kimsə ciddi ədəbiyyatın yeganə apologeti olaraq, kim­sələr də ümumən hər hansı ədəbiyyata açıq bəyan edir. Nə nədir? – içi mən qarışıq, təhlil etmək, fərqləri, maraqları, ümumilikləri ortaya çıxarmaq əvə­zinə, bolünürük və başlayırıq öz mərtəbəmizdə, öz dairəmizdə do­lan­mağa. Akademik Ramiz Mehdiyev bütün bunlar barəsində deyir: “Əgər dü­şün­sək ki, ayrı-ayrı yazıçılar əsər yazırsa və bu əsərlər də çap olunursa, son­ra onların təqdimatları keçirilir və barələrində hansısa qəzetdə yaxın sovet döv­ründəki şablonlara uyğun resenziyalar çıxırsa, deməli, gözəl ədəbi mühit və güclü ədəbi proses mövcuddur, onda biz səhv edərik. Arzusunda ol­du­ğu­muz ədəbi mühit ədəbiyyatın öz daxilində yaranmalıdır. O, qıraqdan gətirilə bil­məz. Lakin bu gün az qala əli qələm tutan hər kəs utanıb çəkinmədən özü­nü və ya dostunu-yoldaşını asanlıqla ədəbi mühitin, prosesin üzvü kimi təqdim edə bilir. Bunun üçün bu adamın rəsmi formal atributları da var; o, Yazıçılar Birliyinin üzvüdür, hansısa ədəbi orqanın redaksiya heyətinə da­xil­dir, müxtəlif rəyasət və idarə heyətlərinin, nə bilim, daha hansı qurumun üz­vüdür və s. və i.a. Amma bu adamı bir yazıçı, dramaturq və ya şair kimi cə­miyyət tanıyıb qəbul edirmi? Bu adam mövcud ədəbi prosesə, ictimai rə­yin formalaşması işinə indiyədək nə verib? Bax, bunu biz çox zaman dü­şünmürük, bu suala cavab axtarmırıq”. Akademik məgər haqlı deyilmi?

Ölkədə maraqlı ədəbi gənclik irəli gəlib. Gənclik elə onunla gənclikdir ki, əməlli bir hünər göstərməmiş, başlayır enerjisini ətrafın müqavimətinə sərf eləməyə. Müstəqilliyimizin iyirmi ili ərzində ədəbi müstəvidə iki-üç nəsil dəyişimi, yeni dalğalar oldu; radikallar da oldu, anti-radikallar da, tamam bitərəflər də. Indi-indi baxıb-görürük ki, ədəbi gənclik 1960-80-ci illərin dəyərlərini daha dərindən öyrənməyə, klassik milli dəyərlərə qiymət verməyə girişib. Akademiki narahat edən də məhz keçid illəri ərzində bu itirdiklərimizdir: “Söhbət ədəbiyyatımızın sabahından gedir. Ədəbiyyatımı­zın bugününün təhlilini aparmalı və onun gələcəyini düşünməliyik. Azər­bay­­can oxucusu indi ədəbiyyatımızda 25-30 yaş arasında olan gənc iste­dad­la­­rın maraqlı əsərlərini görmək istəyir. Hazırda ad-san sahibi olan ədib­lə­ri­miz də 1960-cı illərin ortalarında, elə həmin yaşlarda ikən ədəbiyyata gə­lib­lər”. Ədəbi tənqidimiz, içi mən qarışıq, nəsillərarası bu müqayisəyə nə za­man diqqət ayıracaq? Bugünün gəncliyini, ədəbi-bədii zövqlərini dü­nə­ni­miz­lə birləşdirən nədir, ayıran nə? Ümummilli dəyərlər ətrafında təhlillərə ha­cət yoxmudur?

Müstəqillik illərində ədəbiyyatın qazanmış olduğu ən böyük sərvət, şəksiz ki, demokratik şəraitdir. Və mənə elə gəlir ki, ədəbiyyatın keşiyində du­­ranlar, ədiblər, yazıçılar, qələm sahibləri heç vəch bundan gözəlini is­tə­mir, gözləmir də. Sadəcə bu şəraiti daha da yaxşılaşdırmaqla milli sər­və­ti­miz olan ədəbiyyatın gəlişməsinə dəstək olmaq olar. Bu baxımdan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və hu­ma­ni­tar elmlər: zaman kontekstində baxış” adlı məqaləsi və onun ətra­fın­da­kı müsahibəsi həm də ədəbiyyatımıza ictimai sifariş məzmunu kəsb edir: “Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, ya­xud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müs­təqillik illərində də çox gözəl anlayıram. Belə əsərləri yazmaq üçün xü­su­si qabiliyyət, böyük istedad və dərin zəka tələb olunur. Bizim insanlarımız ara­sında belələri, şübhəsiz ki, az deyil. Sadəcə onlara dəstək olmaq, mənəvi dayaq olmağı bacarmaq lazımdır. Bunun üçün də müvafiq elmi və ictimai qurumlar vardır. Bax burada yaradıcı mühit olmalıdır. Əsasən də kreativ düşüncəli elmi işçilərin və yazıçıların yaradıcılıq fəaliyyətləri üçün əlverişli mühit olmalıdır. Bazar iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın inkişafı üçün öz töhfəsini əsirgəmir. Lakin yaradıcılıq sahəsində lazımi mühit heç də göstərişlə formalaşdırıla bilməz”.

O cümlədən, düşünürəm ki, ədəbi tənqidin funksionallığının yax­şı­laş­ma­sı üçün də əlverişli şəraitin olması mütləqdir. Vaxtilə sabiq sovet za­ma­nın­da Nizami adına Ədəbiyyat İnstitutunda bu gün də fəaliyyətdə olan Mü­a­sir ədəbi proses şöbəsi məhz belə bir ictimai sifarişin nəticəsi olaraq mey­da­na gəlmiş, illik “Ədəbi proses” toplularını (1976-1983) hazırlamaqla yadda qal­mışdı. Azərbaycan Yazıçılar İttifaqında ədəbi tənqid üzrə ayrıca katibin təyin olunması da tənqidə olan kəskin ehtiyacdan yaranmışdı. Əlbəttə, həm də ideoloji nəzarət funksiyası daşıyan bu növ rəsmi fəaliyyətə bu gün bəlkə də hacət yoxdur, amma qazanılan müəyyən pozitiv təcrübədən niyə də ya­rar­lanmayasan? İki il öncə Mədəniyyət Nazirliyi xətti ilə, illik ədəbi həyatın ana­lizlərinə həsr olunmuş məcmuələrin işıq üzü görəcəyinə dair təkliflərin səs­ləndiyini eşitmişdim. Amma həmin instansiyada ənənəvi ədəbi-poetik top­lular çıxmağa başladığı halda, ədəbi tənqiddən yenə də soraq gəlmədi. Biz­də cari ədəbi tənqid jurnalları nəşr olunmur; tənqid həmişə olduğu kimi, ye­nə də ümumən ədəbiyyatın kölgəsində daldalanmalı olur. Bəlkə belə nəşr­lə­rin yaradılmasına dövlət yardımçı ola və ədəbi-tənqidi prosesi güc­lən­dir­mək­lə milli ədəbiyyatın dəyərlər sisteminin funksionallığına da təsir göstərə bilər?

Yaxud mövcud nəşrlərə diqqəti artırmaqla lokal cəhdləri ümummilli maraqlar səviyyəsinə qaldırmaq olar. Bu gün belə düşünməyə əsas var ki, Döv­lətin mədəniyyətə qayğısı sahəsində heç bir boşluq qalmamışdır. Amma işə gəldikdə, fərmanların icrası zamanı tez-tez boşluqlarla da üzləşməli olu­ruq. 2009-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə Kütləvi İnformasiya Va­sitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması hamımızı se­vin­dirdi. “Tənqid.net” jurnalı adından Fondun elan etdiyi müsabiqəyə “Hu­ma­nitar elmin və milli-mədəni dəyərlərin təbliğində intellektual mətbuatın ro­lunun artırılması” adlı layihə vermək istərkən məlum oldu ki, rüblük nəşr­lər üçün burda yardım nəzərdə tutulmamışdır. Sadəcə formal yanaşma bəlkə də cəmiyyətə çox gərəkli bir işin həyata keçirilməsinə mane oldu. Qonşu Ru­siyada sırf müasir ədəbiyyatın analizləri ilə məşğul olan bir elmi-ədəbi jur­nal var – Novoye Literaturnoye Obo­zre­ni­ye (NLO); iki aydan bir çıxır. 1991-ci ildən bəri 100 sayı işıq üzü görmüş jurnala indi nəinki dövlət dəstəyi var, səmərəli fəaliyyətinə görə NLO hətta Dövlət mükafatına da layiq görülmüşdür. Hər hansı bir müqayisə yanlış ola bilər. Bu faktı sadəcə ədəbi tənqidə diqqətə dair nümunə kimi andım.

Uman yerdən küsürlər; zənnimcə, cəmiyyətin ədəbiyyatımızdan ciddi nə­ticələr gözlədiyi bir zamanda yalançı iddiaları, küskünlük ovqatını bir kə­na­ra qoyub, istəklərə adekvat fəaliyyət göstərmək, milli ədəbiyyatın əzəlki möv­qeyini və şöhrətini özünə qaytarmağın qayğısına qalmaq vaxtı çat­mış­dır.

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə