AZƏrbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal




Yüklə 1.29 Mb.
səhifə4/13
tarix23.02.2016
ölçüsü1.29 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Ədəbiyyat


  1. Abrahamov, Binyamin. “Ibn al-Arabi`s Theory of Knowledge”, Journal of The Muhyiddin Ibn `Arabi Society, cild 41, 2007.

  2. Aristotel. Metafizika. – Soç. v 4-x tomax. t. 1, M., “Mısl”, 1976// Xəlilov, Səlahəddin. Fəlsəfə:tarix və müasirlik, Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 2006.

  3. Ayer, Alfred Jules. Language truth and logic, London : Penguin Books, 1990.

  4. Bünyadzadə, Könül. İslam: tarix və müasirlik. Bakı, 2010.

  5. Bünyadzadə, Könül. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk, Bakı: Nurlan, 2006.

  6. Chittick, William. “The School of Ibn `Arabi”//History of Islamic Philo­so­phy, (redaktor Hossein Nasr, Oliver Leaman), Qum: Ansarıyan publication, 2001.

  7. Corbin, Henry. İslam felsefesi tarihi, cild I, (fransız dilindən tərcümə edən: Hüseyin Hatemi), İstanbul: iletişim yayınları, 2004

  8. Dekart, Rene. Rassujdenie o metode, Leninqrad, 1953, səh. 54//S. Xəlilov, Fəlsəfə:tarix və müasirlik, Bakı, 2006.

  9. Eraydın, Selçuk. Tasavvuf ve Tarikatlar, İstanbul, 1994.

  10. Fərabi. “Felsefe öğreniminden önce bilinmesi gereken konular”, (ərəb dilindən tərcümə edən: Mahmut Kaya)// İslam filozoflarından felsefe metinleri, İstanbul: Klasik, 2003.

  11. Görgün, Tahsin. “Molla Fenari, düşüncesi” İslam Ansiklopedisi, cild 30.

  12. Xəlilov, Səlahəddin. Fəlsəfə:tarix və müasirlik, Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 2006.

  13. Xəlilov, Səlahəddin. İşraqilik və müasir fəlsəfi təlimlər, Bakı: “Azərbaycan Universiteti” Nəşriyyatı, 2005.

  14. Xəlilov, Səlahəddin. Şərq və Qərb: ümumbəşəri ideala doğru, Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 2004.

  15. İbn əl-Ərəbi, Muhyiddin. Futuhat əl-Məkkiyyə.

  16. İbn Sina, İşaretler ve tenbihler, İstanbul: Litera Yayıncılık, 2005.

  17. İbn`ül Arabi,. el-Futuhat el-mekkiyye, (tərcümə və şərhlər Nihat Kəklik), Ankara: Kültür Bakanlığı Yayınları, 1990.

  18. Kant, Immanuel. Critique of Pure Reason, (alman dilindən tərcümə edən, Norman Kemp Smith), Nyu-York: Pilgrave Macmillan, 2003.

  19. Kutluer, İlhan. İslam`ın klasik çağında felsefe tasavvuru, İstanbul: İz yayıncılık, 2001.

  20. Nasr, Seyyid Hüseyin Üç Müslüman Bilge, (tərcümə edən, Ali Ünal), İstanbul: İnsan Yayınları, 2003.

  21. Nasr, Seyyid Hüseyin. “İsfahan Okulu”// İslam Düşüncesi Tarihi, cild 3, (redaktor, M.M. Şerif), İstanbul: İnsan yayınları, 1991.

  22. Nasr, Seyyid Hüseyin. “Sadruddin Şirazi (Molla Sadra)”// İslam Düşüncesi Tarihi, cild 3, (redaktor, M.M. Şerif), İstanbul: İnsan yayınları, 1991.

  23. Rorty, Richard. “Trotsky and Wild Orchids” (1992), Philosophy and Social Hope, Penguin Books, 1999, s. 22 // Nərmin Fərəcullayeva, “Fəlsəfədə antifundamentalizm haqqında”, Fəlsəfə və sosial-siyasi elmlər, Bakı, 4(28), 2009.

  24. Skirberk, Qunnar, Gilye, Nils. Fəlsəfə tarixi, (rus dilindən tərcümə edən, Adil Əsədov), Bakı: Zəkioğlu nəşruyyatı, 2007.

  25. Suhrawardi. Hikmat al-ishraq, (tərtibatçılar: John Walbridge və Hossein Ziai), Utah: Brigham Young University, 1999.

  26. Taylan, Necip. İslam Felsefesi, İstanbul: Ensar Neşriyat, 1997.

  27. Ziai, Hossein. “The Illuminationist tradition”//History of Islamic Phi­lo­so­phy, (redaktor Hossein Nasr, Oliver Leaman), Qum: Ansarıyan publication, 2001.


East-West

from the plurality to the unite – from the unite to the plurality

(summary)
If we pay attention to the development of the line of thought in the Islamic East and the West we will be aware that the beginning of philosophical thought in the Muslim East could be compared with the outcome of the Western philosophy and vice versa, the outcome of Islamic philosophy might be compared with the beginning of Western philosophy.

The development direction of philosophical thought in the Islamic East tends to unite the variety of philosophical schools which have lasted as a multiplicity (kasrat) of thoughts and expressed themselves only as certain aspects of the Whole. On the contrary, the development direction in Western thought has tended to divide the unity (wahdat) into parts and create different philosophical groups which express the separate aspects of the Truth. Thus, it tends to possess the concept of relative truth.


Keywords: East, West, multiplicity, unity
Восток-Запад

от множества к единству – от единства к множеству

(резюме)
Рассматривая развитие идейного направления и структуру философской мысли на исламском Востоке и Западе, можно заметить, что начало философского мышления исламского Востока можно сравнить лишь с концом западной философии, а конец – лишь с началом западной философии.

Направление развития философской мысли исламского Востока ори­ен­ти­ровано на объединение в единой философской системе различных фило­соф­ских течений, существующих как множество и отражающих лишь неко­то­рые аспекты единого. Развитие западной философской мысли же в основном на­правлено на расчленение единого, создание различных философских те­че­ний, отражающих отдельные аспекты истины, и на ставшее относительным понятие истины.


Ключевые слова: Восток, Запад, множество, единство

Doğu ve Batı:

Kesretten Vahdete ve Vahdetten Kesrete

(özet)
İslam dün­ya­sında ve Batı’da felsefi düşüncenin gelişim çizgisini ve yapısını incelediğimizde İs­lam dünyasındaki felsefi düşüncenin başlangıcının Batı felse­fe­si­nin yalnız sonuyla, sonunun da Batı felsefesinin yalnız başlangıcıyla kıyaslanabilir.

İslam dünyasındaki felsefi düşüncenin gelişim yönü kesret, diğer bir ifa­deyle çokluk olarak mevcut olan ve bütünün yalnız belli yönlerini ifade eden çeşitli felsefi cereyanların vahit bir felsefi sistemde birleşmesine ve vah­det oluşturmasına yönelmiştir. Batı düşüncesinin gelişim yönü ise te­mel­de vahdetin bölünmesine, hakikatin farklı yönlerini ifade eden çeşitli felsefi c­ereyanların ortaya çıkmasına ve neticede göreceleşen hakikat anlayışına yönelmiştir.


Anahtar kelimeler: Doğu, Batı, kesret, vah­det
İslam düşüncəsinin inkişaf mərhələləri



Könül Bünyadzadə
Giriş

Fəlsəfə tarixinin qədimdən bəri tədqiqin­dən belə bir nəticə çıxartmaq mümkündür ki, bü­tün mövcudat müəyyən bir ideyanın, ilahi bir hik­mətin təzahürüdür. Zaman-zaman müx­tə­lif dün­yagörüşlərə müvafiq şəkildə öz fərq­li ifa­dələrini ta­pan, forması, üslubu, üsulu, dili, di­ni fərqlənsə də, dü­şün­cə­ləri işıqlandırıb isti­qa­mətlən­di­rən bu ideyanın mahiyyəti dəyiş­məz və sa­bit olaraq qalır. Müəyyən mənada ruh­­lar vasitəsilə nə­sildən nəslə ötürülən bu ide­ya ənənəsinə Se­yid Hüseyn: “İlahi mənbə­nin bə­şəriy­yə­tə açılan hə­qi­qət­ləri və ya prin­sip­lə­ri” (9) ad­la­n­dı­rır. İslam fəlsəfəsində “hikməti xa­li­də” (fars­­ca – cavidan xirad), Qərbdə “pe­ren­ni­­al phi­lo­sophy”, induslarda “sa­na­ta­na dhar­ma” kimi ta­­nınan bu “əbədi fəlsəfə”, orta əsr­lə­rin is­lam mü­tə­fək­­ki­ri İbn Miskəveyhin fikrinə gö­rə, “əzəli bir ağıl, əzəli bir hikmətdir. O, dövr­dən dövrə, mil­­lətdən millətə dəyişməyən, tarix fövqündə bir həqiqət, özünü əsr­lər boyu müxtəlif mə­də­niy­­yətlərdə daim təzahür etdirən bir xalidi (əzə­li) hik­mətdir” (2, 375-376). Təbii ki, onu köl­gə­­lən­di­rən, məğzindən uzaq salan, təh­rif edən təlimlər, təh­lil­lər də olmuş, onu gö­rün­məz hala gə­ti­rən infor­ma­si­ya bolluğu da ya­ranmışdır, lakin hər dövrdə onun mahiy­yə­ti­ni görən və onun par­­lamasına xidmət edən və bu­nunla da yer üzün­də mütləq həqiqətin qo­­run­masına şə­ra­it ya­ra­dan şəxslər də yaşayıb-ya­ratmışlar. “Müx­­tə­­lif varlıq və var olma formalarında tə­za­­hür­lə­ri nə qədər fərqli olursa olsun, mahiy­yət­də ey­ni həqiqət”, “hansı mədəni qəliblər için­də şəkil qazanırsa-qazansın, ma­hiyyətdə ey­­ni bilik” (4, 29) olan bu ideyanın, hikmətin qo­run­ma­sı nami­nə­­dir ki, Allah-Təala özünün seçdiyi peyğəmbər­lə­rə, nəbilərə, filosoflara, alim­lərə öz vəhyini, kəşfini, ilhamını lütf etmiş və et­mək­dədir. Belə şəxs­lə­rin düşüncələrinin, mə­nə­vi dünyalarının bir qapısı xalqa – ideyanın tə­zahür mey­danına, di­gəri isə bu hikmətin sa­hibi olan Haqqa, Ya­ra­dana açıqdır. Sə­la­həddin Xə­lilov yazır: «Si­vi­lizasiyanın ən mühüm şərt­lə­rindən biri məhz kə­­silməz tarixdir. Belə ki, cə­miyyətin inki­şa­fın­da qazanılan hər hansı bir nai­­liyyət son­ra­dan davam etdirilmirsə, o, bö­yük müddət inter­va­lında tarixi pro­sesə daxil ola bilmir» (2, 24). Filo­so­fun bu sözlərini daha bö­yük miq­yas­da qəbul edib, onu yalnız bir xalqın ta­rixinə deyil, ümu­mi­likdə Mütləq İde­ya­nın, va­hid həqiqətin əbə­di sirkulyasiyasına aid et­sək, sadə, eyni za­man­da, da­im qorunan bir qa­nu­nauyğunluğun şa­hidi olarıq: tarixdə yaran­mış hər ye­ni ideya, fəl­səfi sistem özündən əv­vəl­kinin davamı, əv­vəl­ki isə özündən son­ra­kı üçün sabit bir pos­ta­ment olmalıdır. Bu prin­sip­dən kənarda qalan hər bir ideya isə oyundan kənar vəziyyətə düşməyə məhkumdur.

Bu gün elm və texnologiya sürətlə ye­ni­lik­lər edir, məlumatlar o də­rə­cə­­də çoxdur ki, mənimsənilməyə macal tapılmır, ən əsası isə, Qərb təfək­kü­rü hegemonluğu öz əlinə alaraq faktiki surətdə alternativ bir tə­fək­kü­rə mey­dan saxlamır və yeganə yol ağına-bozuna bax­ma­dan onu təqlid et­mə­yə qalır. Be­lə bir şəraitdə inkişafla bərabər problemlər də artır. Mə­sə­lə­lə­rin ma­hiy­yə­ti­nin düzgün dəyərlən­di­ril­­məməsi hər problemin həlli ilə başqa və da­­ha bö­yük problemlərin yaranmasına və bu­nun­la da prob­lem­lərin çoxal­ma­sı ilə ya­na­şı, əsas ma­hiy­yət­dən uzaqlaşmağa imkan yaradır. İn­formasiya və prob­lem bol­luğu arasında əbədi ideyanın tə­za­hürləri də ikinci, üçüncü də­rə­cə­yə keçir və bu­­nunla da sanki insan özünün əsl missiyasın­dan yayınmış, ara­lı düşmüş olur.

İslam Mütləq İdeyanın yüksək təzahür­lə­rin­dən biridir. Lakin təəssüf ki, bu gün “prob­­lem” adı altında mübarizə aparılan ob­yekt­lər­dən biri, bəlkə də, ən böyüyü “islam” fe­­­no­me­ni­dir. Buna nümunə olaraq həm “is­la­mofo­bi­ya” mövzusunda keçirilən konfrans və sim­po­ziumları, bu istiqamətdə ya­zı­lan əsərləri, həm də məqsədyönlü şəkildə islamı ra­di­kal­lıq­la ey­ni­ləşdirən və on­dan “xi­las olmaq” üçün yol “ax­­ta­rışlarını” göstərmək olar. Mə­sələn, məş­hur av­ropalı yazıçı-mütəfəkkir Umberto Eko ha­zır­da islamofo­bi­ya­dan qur­tul­mağın mümkün həlli yo­lu kimi qərblilərin ürəyindən keçən yeni xaç yü­rüşlərindən bəhs edir (Bax: 10, 38-47).

Problemin tarixi kökləri qədimlərə işlə­mək­­lə yanaşı, mahiyyətcə də çox mürəkkəb olub zid­diyyətlərlə doludur. Bu baxımdan, zən­nim­cə, onun xü­susi təhlilə ehtiyacı vardır. Ye­ri gəl­­mişkən, onu da xüsusi vurğulamaq la­zım­­dır ki, belə bir münasibətin həm ya­ran­ma­sın­da, həm bu qədər geniş vü­sət almasında, həm də gə­ləcəkdə daha qorxulu nəticələrə gə­ti­rib çı­xa­ra bil­məsində səbəb olaraq yalnız is­la­mı sev­mə­yənləri, düşmənlərini göstərmək az­­dır. Əmin­liklə demək olar ki, bu işlərdə da­ha böyük mə­suliyyət məhz is­lamı sevənlərin, hət­ta fa­nat­la­rının üzərinə düşür.

İslamı tarixin səhifələrindən silmək, yox etmək mümkün deyil. Lakin onun yeni və ən yeni tarixini şübhə altına almaq Mütləq İde­ya­nın inkişaf tarixində bir boşluğun yaranması deməkdir. Bəli, islam fəlsəfəsi ideyanın inkişaf tarixində əhəmiyyətli bir dövrü əhatə edir və təqdiredici haldır ki, bu fəlsəfə tədqiqatçılar tə­rə­findən geniş araşdırılıb, ortaya dəyərli əsər­lər qoyulub və qoyulmaqdadır. Əslində zəngin bir hikmət xəzinəsi olan islam fəlsəfəsinin öz kəşfini gözləyən hələ çox səhifələri var. Bu­nun­la belə, bizim araşdırmamız islam fəl­sə­fə­si­nə fərqli bir prizmadan yaxınlaşmadır. Məq­sədimiz kəsilməz tarix prinsipinə əsasən İslam fəlsəfəsini Mütləq İdeyanın inkişaf xəttinin əhə­miyyətli bir mər­hə­ləsi kimi tədqiq etməkdir.


* * *
Bu gün İslam Şərqində təfəkkürün, fəl­sə­fi təfəkkürün vəziyyətini bir­mə­nalı olaraq mü­əyyənləşdirmək çox çətindir. Bir tərəfdən, mə­nə­viy­yat­sız­laş­ma böhranı yaşayan Qərb islama cid­di maraq göstərir və statistikaya gö­rə, dün­ya­da müsəlmanların sayı artmaqdadır. Bu, İs­lam Şərqində müəy­yən özü­nəgüvən yaradır. Müs­bət hal kimi dəyərləndirilən faktlardan biri də son el­mi kəşflərin işarətlərinin Qurani Kə­rimdə tapılmasıdır. Yəni bu gün sta­tis­tik mə­lu­mat­lara əsaslanan hər hansı bir tədqiqatçı bö­yük bir əminliklə is­la­mın yüksələn xətt bo­yun­ca inkişaf etdiyini iddia edə bilər və bir ba­xım­dan ya­nılmaz.

Bununla yanaşı, danılmaz bir fakt­dır ki, bu gün dünyada ən çox əzilən və təhqirə mə­ruz qalan – müsəlman dövlətləridir. Bunu da dan­maq olmaz ki, elmi, texniki, sosial in­ki­şaf ba­xı­­mın­dan da müsəlman dövlətləri Qərb döv­lət­­lə­ri ilə rəqabətə girə bilmir. Məlum ol­duğu ki­mi, yeni dövrdən başlamış bu günə qə­dər uzun il­lərdir ki, müsəlman müəlliflərin ək­səriyyəti əsa­sən məhdud bir çərçivədə yazıb-yaradırlar: təf­sir, hədis və fiqh. Hələ erkən orta əsr­lərdə yaranmış və haqqında kifayət qədər yüksək s­ə­viy­yəli əsər­lər yazıl­mış sahələr! Bir neçə əsr ər­zində eyni mövzuların müxtəlif tə­rəf­lərdən şər­hi, eyni problemlərin həlli cəhd­lə­ri və bun­lar­dan imkan tapıb ye­ni prob­lem­ləri görmə­mək, dövrlə ayaqlaşmamaq! Bu, öz­lü­yündə is­lam dü­şün­cə­sin­də bir ne­çə istiqamətin forma­laş­masına yol açmışdır: eyni möv­zu­ların yazıl­ma­­sını əsas­landırmaq və dövr dəyişsə də, elm, tex­nika inkişaf etsə də, islamın müa­sir­liyə heç bir ehtiyacı olmadığını sübut etmək üçün mü­da­fiə mövqeyinə çə­kil­mək, ədəb və əxlaq prin­sip­lərini qabardaraq təfəkkürü ondan asılı olan bir tə­rəf kimi qəbul etmək və bunu İsla­mın az qala aparıcı ideyası kimi təqdim et­mək və bu­nun­la da bütün dünyaya əxlaq, ədəb-ər­kan dər­­si vermək, bütün bun­­larla bərabər dünyada ge­dən proseslər arasında öz varlığını sübut üçün fanatlığa meyl etmək və s. Qısa şəkildə de­sək, islamın tərəf­darlarının əksə­riy­yəti is­la­mın mütərəqqi bir din olduğunu dönə-dönə tək­rarlasalar da, bü­tün bö­yük elmi kəşflərin Qu­rani Kərimdə xa­tırlandığını böyük bir qü­rur­la vur­ğu­lasalar da, yalnız yuxarıda qeyd et­di­yimiz sahələrlə ki­fa­yətlənərək bu gün is­lam alə­minin Qərb tə­fək­kürünün yedəyində getdi­yi­ni görmək istəmir­lər. Qu­rani Kərim bir əx­laq, ədəb-ərkan ko­dek­si olmaqdan daha çox, yük­sək ide­yalar mən­bə­yidir! O, həm mənəviy­yat, həm təfəkkür, həm də elm üçün is­ti­qamət verən zəngin ayələr, işarələr sistemidir! Amma bu­­nu dönə-dönə tək­rar et­məklə, böyük bir is­rar­la sü­butlar axtarmaqla, dün­ya­nı təəccüblən­dir­­məyə çalışmaqla ifratçı imicindən başqa bir şey qa­zan­maq olmur, mü­da­fiə mövqeyindən o yana bir ad­dım da irə­li­ləmək olmur. Bu­­nu mən de­mirəm! Bu­nu illər, əsrlər, müsəlmanların qan-qa­da, problem do­lu bugünkü halı de­yir! Ən ağrılı fakt isə, yə­qin ki, bu gün məq­­səd­yön­lü şə­kildə İslam və ter­ro­run eyniləşdirilməsi cəhd­ləri və bir çox hallarda buna nail ola bil­mək­ləridir.

Deməli, əslində, bu gün böyüyən və ge­niş­lənən daha çox İslamın za­hiri tərəfidir, gö­rü­nən obrazıdır və o, təbii olaraq, kimlərdə isə məmnunluq his­si doğurur, onu tanımayan, ma­hiyyətindən xəbərsiz olan kəslərdə isə va­hi­mə yaradır. Nəzərə alsaq ki, bəzi təbliğatçılar məq­­­­sədli olaraq islamın məhz qorxu, cəza, hə­də ilə əlaqəli prinsiplərini, ayələrini kon­tekst­dən ayı­ra­raq təqdim edir, onda Qərbin bu vahi­mə­­dən qorunmaq və qurtulmaq istəyi aydın olar.

Dediklərimiz bir az sərt və birtərəfli gö­rünə bilər və bunu nəzərə alaraq qısa bir şərh verək.

İlk əvvəl qeyd edək ki, dünyada maraq islama deyil, təsəvvüfə, hətta təsəvvüfün ma­hiy­yətinə də deyil, onun ekzotik, mistik tə­rəf­lə­rinə artır. İs­lamın özünü bir din olaraq qəbul et­məyən xalqlar belə, təsəv­vü­fə ciddi ma­raq gös­tərir, sufi mütəfəkkirlərin əsərlərini araş­dı­rır, dünyanın hər yerindən on­­ların əl­yaz­ma­la­rı­nı alıb toplayır və bu araşdırmalar əsasında el­mi cə­miy­yət­lər, tədqiqat mərkəzləri yara­dır­lar … və yenə qayıdıb müsəlmanlara öz mü­­­­tə­fək­kir­lərini, dəyərlərini tanıtmaq id­di­a­sına dü­şür­lər, sadəcə öz yo­zum­la­rında. Və ilk növbədə Qər­bin maraqlarına xidmət etməli olan bu təh­lil­lərdə bəzən bilməzlikdən, bəzən də məq­səd­yön­lü şəkildə təhriflərə yol ve­ri­lir. Nümunə üçün bildirək ki, bu gün sufi mü­tə­fək­kirlərə həsr olunmuş san­bal­lı beynəlxalq elmi kon­frans­ların təşkilatçıları əksər hallarda məhz qərb­yön­lü cəmiyyətlərdir. Qeyd etdiyimiz ki­mi, təsəvvüf daha çox islamın mə­nə­vi tərəfini və onun tolerantlığını ehtiva edir. Bu baxım­dan, təsəvvüf va­si­tə­silə həm islamın ən gözəl, ül­vi key­fiyyətlərinə sahiblənmək, həm də onun to­le­rant­lığından istifadə edərək nəinki öz di­nin­də qal­maq, üstəlik İslamın özünə də yu­xa­rı­dan aşa­ğı baxmaq olur. Məsələn, Mövlana az qala bütün dün­­yanı birləşdirən bir qüvvəyə çev­rilib. Lakin təəssüf ki, onu islamdan kə­nar qə­bul edənlər də az deyil. Belə ki, Mövlananın di­­nin­dən, kim­liyindən ası­­lı olmayaraq hər kəsə ün­­van­la­nan “Hər kim olursan, ol, gəl...” çağı­rı­şı bir çox hallarda yalnız tolerantlıq kimi yo­zu­lur və də­rinə gedilmir. İzah edilmir ki, islamın (tə­­səv­vüfün) qapısı həqiqətən hər kəsə açıqdır və günahdan tə­miz­­lənmək, mənəvi aləmin ülvi anlarını duymaq, ilahi aləmlə vəhdətdə ol­maq­­­la insanlığın kamillik zirvəsinə çatmaq üçün ora­dan içəri girib ma­hiy­yə­ti dərk etmək la­zımd­ır. Fərq o qapıdan kənardadır. Qəbul edil­mir ki, Cə­la­ləd­­din Rumini Mövlana taxtında oturdan da məhz islamın həqiqətidir, enerji­si­dir.

Vurğulanmalı olan digər bir fakt da, mü­səlmanların saylarının art­ma­sı­dır. Burada mə­sələnin iki tərəfi var. Bir tərəfdən, bu artım sırf kəmiyyət art­ımıdır və əsasən müəyyən cərə­yanların, təşkilatların gizli niyyətlərinə xid­­mət edir. Təbii ki, bu nə islami təfəkkürə, nə də İslamın bugünkü möv­qe­yi­nə əhəmiyyətli bir tə­sir göstərə bilmir. Yəni kəmiyyətin artımı nə­­inki key­fiy­yəti artırmır, hətta əks təsir gös­tə­rir. Belə ki, kəmiyyətə ciddi təsir gös­tə­rən cə­rə­­yanlar təriqətlər bir çox hallarda bir şəxsin ma­raqları çərçivəsini aşmır. Bu hal insanları is­­la­mın əsl həqiqətindən uzaq sala bildiyi kimi, onun mahiyyətinin düzgün anlaşılmasına da xələl gətirə bilir.

Digər tərəfdən, maraqlı bir faktdır ki, in­ki­şaf etmiş ölkələrdə mü­səl­man­lığı həqiqətən dərk edib qəbul edən şəxslər məhz öz sa­hə­sin­də kifayət qə­dər irəli gedə bilmiş və bir növ si­vi­lizasiyanın quru, mənəviyyatsız qa­nun­la­­rın­dan doymuş şəxslərdir. Bunlar qanı-canı, ən əsası təfəkkürü Qərb prin­sip­ləri ilə yoğ­u­rul­muş şəxslərdir və İslam onların ac mənəvi dün­yası üçün bir qidadır, estetik zövqdür, ülvi duyğulardır. Belə şəxslər İslamın proble­mi­ni duysalar da, onun öz həqiqi dəyərini tapma­ma­sı­na təəssüflənsələr də, bu pro­b­lemin həlli yo­lu­nu göstərə bilməzlər, çünki təməlləri, təfək­kür­ləri Qər­bə məxsusdur. Bu, sadəcə çox müsbət təsirli və həvəsləndirici bir reklamdır.

Deməli, İslamın yalnız mənəvi dəyərlərini təb­liğ etmək azdır. Əvvəla, bu onun maddi hə­yat­­la əlaqəsinin reallığını və mütərəqqi xa­rak­te­rini tam aça bilmir. İkincisi, onun bir estetik zövq mənbəyi kimi dar bir çərçivədə mənimsənilməsindən və ek­zo­tik “xidmətçilikdən” qurtulmağa yol gös­tər­mir.

Yuxarıda da qeyd etdiyim kimi, bu hal əsasən yeni dövrdən yaran­ma­ğa başlamışdır. Deməli, bu, heç də İslamın ruhundan gələn və müsəlman alimlərin acizliyindən doğan bir nəticə deyil. Elə isə səbəb nədir? Səbəbi İslam düşüncəsinin inkişaf tarixində axtaraq.
Dinin ilk bilik bazasının yaranması

Təqribən VII əsrin əvvəllərində təşəkkül tapan islam boş bir yerdə və boş bir təfəkkür üzərinə gəlmədi. Tarixçilərin də bildirdiyi ki­mi, həqiqətən, həmin dövrdə ərəb dünyasında əxlaq və bu əxlaq əsasında formalaşmış düşüncə cahil vəziyyətdə idi. Lakin bununla ya­naşı, ərəb dünyasında bədii təfəkkür yüksək səviyyədə idi. Yalnız bunu demək kifayətdir ki, islamın ilk illərində fəaliyyət göstərən, ya­zıb-yaradan və cəmiyyəti üçün yüksək nümu­nə olan şəxslər – əshabələr heç də islamla bərabər doğulan uşaqlar, yeni­yet­mə­lər deyildilər. Bun­lar pozulmuş cəmiyyətə baxmayaraq, öz düz­gün əxla­q­la­rını qoruyub saxlaya bilmiş, sağ­lam düşünməyi bacaran və bu səbəbdən də İs­lamın məziyyətlərini ilk vaxtlarından olduğu kimi dərk edə bilən və qısa müddətdə İslamın dayaq sütunlarına çevrilə bilən şəxsiyyətlər idilər.

Bəli, İslam dini yeni bir təfəkkür və hə­yat tərzi gətirdi və burada iki is­ti­qamətdə in­ki­şaf edən, lakin eyni nəticəyə aparan proseslər baş­landı: bir tə­rəfdən, əvvəldən var olan bilik­lərin, düşüncənin yeni istiqamətə yö­nəl­dil­mə­si, uyğunlaşdırılması, digər tərəfdən, sırf isla­mın öz spesifik ideyalarının get-gedə çiçək­lən­məsi. Məsələn, əgər bədii təfəkkür, şeir sənəti, düşün­cə­lə­rin poetik ifadəsi cahiliyyə döv­rün­dən qalan bir miras idisə, fikirlər, ide­ya­lar is­lama xas idi. Əgər yüksək ticari və mə­də­ni əla­qə­lər cahiliyyə zamanında ki­fayət qə­dər inkişaf etmişdisə, insan hüquqlarının ta­nın­ması və hər şəxsin haq­qına hörmət göstə­ril­mə­si islamın bəxş etdiyi bir nemət idi. Məhəm­məd pey­ğəmbər (s.) insanlarla, onların doğru ol­mayan düşüncələri ilə mübarizə aparırdı, miras qalan mədəniyyətlə deyil. Buraya həm bir xalqın illər, əsrlər ərzində yaratdıqları maddi və mənəvi mədə­niyyət, həm də əvvəlki dinlərdə də var olan bir sıra ənənələri, mərasimləri, ümumiy­yət­lə təfəkkürü forma­laş­dı­ran amilləri aid e­t­mək olar.Təsadüfi deyil ki, o, Məkkəni müharibə ilə fəth et­mədi və şəhərə sülhlə girdi; Kəbəni deyil, onun içindəki büt­lə­ri qırdı. Bu, iki təfəkkürün qarşılaşması və da­ha mütərəqqi, daha işıqlı olanın digərini get-ge­də öz içində əritməsi, assimilyasiyaya uğrat­ması və fərqli istiqamətdə da­vam etdirməsi idi.

İslam bu münasibəti bütün yayıldığı məkanlarda da gös­tərirdi və acınacaqlı bir haldır ki, sonrakı dövr­lərdə İslamın bu liberallığı onun öz əley­hi­nə bir silaha çevrildi.

İlk olaraq İslam düşüncəsinin formalaşmasında xüsusi əhəmiyyətə malik bir sıra amillərə qısaca toxunaq.

İslam tarixinin ilk illərində hər şeydən əvvəl Qurani Kərim bir mətn olaraq oxucular üçün aydınlaşdırılmalı idi. Bu niyyətlə fiqh (islam hüququ) və təfsir (şərhçilik) meydana çıxdı. Eyni zamanda, Məhəmməd peyğəmbər (s.) bir şəxsiyyət kimi tanıdılmalı idi: dinin peyğəmbəri, xalqın rəhbəri və Allahın seçdiyi bir bəndə olaraq. Bu niyyətlə hədisçilik (pey­ğəmbərin həyatından və söhbətlərindən alınan nümunəvi kəlamlar) təşəkkül tapdı.

Bunlar islamın zahiri tərəfi idi. Lakin onun mahiyyətinin də üzə çıx­ma­sında bir zə­ru­rət var idi və bu zərurətdən təsəvvüf doğuldu. Doğuldu və onun vasitəsilə islamın mahiy­yə­tindəki sevgi və müqəddəslik duyğusu, insa­niy­­yətin ali mərtəbəsinə ucalmağın, həm əx­la­qı­nı, həm də təfəkkürünü ka­mil­ləşdirməyin “xə­ritəsi” dünyanın ən ucqar yerlərinə qədər ge­dib çıxdı.

Bunlarla yanaşı bir sıra mütəfəkkirlər də var idi ki, Qurani Kərimdə irəli sürülən bəzi mə­sələlərlə bağlı şəxsi mülahizələrini irəli sür­mə­yə çalışır, Quranın mətnini yalnız dini de­yil, həm də fəlsəfi aspektdən dəyərlən­dir­mə­yə cəhd edirdilər. Əlbəttə, qoyulan problemlərin öz­ləri dini xarakterli ol­du­ğun­dan, şərhlərdə, təh­lillərdə də dini yön üstünlük təşkil edirdi. Bu­rada əsa­sən iradə azadlığı, ruh, dünyanın, ümu­miyyətlə varlıqların yaranışı prob­lem­ləri mü­zakirə obyekti idi. Beləliklə kəlam, islam sxo­lastikası yarandı.

Bütün bunlar, islamın mahiyyətinin açı­lmasına xidmət edirdi. Lakin İslam bir tayfa, məhdud bir məkana deyil, bütün bəşəriyyətə nazil olan və mahiyyətində ümumbəşəri ide­ya­lar ehtiva edən bir dindir və islami düşüncə məh­dud bir çərçivədə qala bilməzdi, qalmadı da. Həm dünya ondan xəbər tutmalı, həm o, dün­yanı tanımalı idi. Düzdür, yuxarıda qeyd etd­iyimiz kimi, təsəvvüf vasitəsilə islamın sər­həd­ləri genişlənmişdi. Lakin təsəvvüf, necə de­­yərlər, könüllərə, ruhlara sirayət edirdi, is­la­mın rasional səviyyədəki mü­tərəq­qi ideyaları isə çatdırılmamış qalırdı. Bundan başqa, IX əsrdə fəl­səfə alə­min­də artıq sabitləşmiş, özünü doğ­rult­muş fəlsəfi istiqamətlər, əsrlər keç­mə­si­nə rəğ­mən hələ də ətrafında kifayət qədər tərəfdar və ardıcıl toplayan fə­lsəfi ideyalar (məsələn, Platona, Aris­to­telə və s. məxsus) var idi. İslam düşüncəsi onların ya­nında özünü təsdiqləməli, eyni zamanda, on­la­rı islam işığında təqdim etməli idi.

İslamın təşəkkülü dövründə vurğulanma­lı olan başqa bir mühüm məsələ də həmin döv­rə qədər 7 əsrlik bir tarix yaşamış, artıq ortaya ki­fayət qədər elmi-fəlsəfi ədəbiyyat qoymuş xris­tianlığın varlığı idi. Öz daxilindəki çəkiş­mə­lərdə və təbəddülatlarda boğulan, öz həqiqi ma­hiyyətini təhriflərdən qoruya bilməyən və ağır günlər yaşayan xristianlıq! Xristianlığın tim­salında insanlar, xüsusilə qərblilər acı bir təc­rübə yaşamaqda idilər. Ən təhlükəli olan isə, xristianlığın İslamın həqiqiliyini qəbul et­mə­yə­rək, onda ciddi bir mahiyyət görmək is­tə­məməsi i­di. Yaranmış belə bir tarixi şəraitdə İslam bir növ həm özünü bu öldürücü dalğadan qo­ru­malı, həm də insanl­ara sözün hər mənasında imanlarını qaytarmalı idi. Bunun üçün isə in­sa­nda yaranışından var olan həqiqət sü­tun­la­rı­nın üzərindəki əyri divarları uçurmaqla yanaşı, ye­ni təfəkkür tərzi, təfəkkür sistemi qurmalı idi.

Beləliklə, sonuncu bir din olaraq İslamın üzərinə bir çox missiyalar düşdü. Və əminliklə demək olar ki, missiyasının ağırlığı səbəbindən o, bu qədər geniş ehtivalıdır. Maraqlıdır ki, Qu­rani Kərimdə ilk gündən ən müx­təlif xa­rak­ter­li istiqamətlər özlərinə dəstək tapa bildi, kəskin şəkildə di­nin əleyhinə olan adamlar belə bu mü­qəd­dəs kitabda ruhlarını sakitləşdirəcək notlar duydular. Buna nümunə olaraq, islamın əsasən ru­hani yüksəkliyini özündə əks etdirən təsəv­vü­fün dinindən, dilindən, irqindən asılı olma­ya­raq dünyanın ən müxtəlif yerlərində böyük rəğ­bət və maraqla qarşılanmasını və əks-səda tapmasını göstərmək olar.

Nəhayət, deyilənləri yekunlaşdıraraq bir daha vurğulayaq ki, islam özündən əvvəlki əbə­di ideyaları dövrün çirkabından təmiz­lə­mək­lə, onlara yeni həyat verməklə yanaşı, həm də yeni bir güc və böyük yaradıcı enerji mən­bə­yi oldu. Bu, Mütləq İdeyanın inkişaf xət­tin­də yeni bir mərhələnin böyük potensiala ma­lik başlanğıc nöqtəsi, özündən əv­vəl­ki təfəkkürlərdəki əbədi hikmətin sütunları, sağlam bünövrəsi üzərində möhtəşəm bir binanın qurulmağa başlaması idi.



Yad təfəkkürlə islam fəlsəfəsinin sintezi

IX əsrdə Abbasi xəlifəsinin yaratdığı “Hik­mət evi” qədim yunan fi­lo­sof­larının əsər­lə­rini ərəb dilinə tərcümə etməklə İslam dün­ya­sı ilə qədim fəl­sə­fə arasında bir körpü saldı. Yad mədəniyyətin, yad təfəkkürün məhsulu olan qədim yunan fəlsəfəsinin İslam aləminə da­xil olması iki reaksiya do­ğur­du. Birincisi is­lam dinini təhriflərdən, yanlış şərhlərdən və fərq­li isti­qa­mə­tə yönəlmədən qorumaq idi. Bu mis­siyanı öz üzərinə götürənlər hələ is­lamın er­kən illərindən təşəkkül tapmış hədisçilər, təf­sir­çilər oldu. İkinci re­ak­siya daha çox şərh və təh­lilə əsaslanan bir yol idi. Bu, qədim fəl­sə­fə­yə is­la­mi rakursdan baxış, eyni zamanda İslama “yad göz­lə” baxmaq, onu qədim fə­l­sə­fə­nin ter­mi­no­lo­giyasına uyğunlaşdırmaq cəhdi idi. Bu, iki fərq­li tə­fək­kü­rün sin­tezi, iki qütbün kəsişmə nöq­təsinin aranması və tapılması idi! Məhz bu sə­bəbdən istər mötəzililər və əşərilər, istərsə də məşşailər fəlsəfədə ye­ni nəfəs, ye­ni istiqamət oldular və dünya fəlsəfə ta­rixində əhə­miy­yət­li rol oynaya bildilər,.

Bir sıra fəlsəfə tarixçilərinin fikrinə görə, məhz bu illər, yəni orta əsr­lər İslam Şərqinin qı­zıl dövrüdür. Tarixdə Aristoteldən sonra “ikin­ci mü­əl­lim” adı ilə məşhur olan Fərabi, yal­nız fəlsəfəsi isə deyil, tibdəki nə­zəriy­yə­lə­ri və metodları ilə dünyanı bu gün də heyrətə gə­ti­rən İbn Sina da, Qərbin yal­nız XIX əsrdə “kəşf etdiyi” sosiologiya elminin əsl yaradıcısı İbn Xəldun da və daha neçə dahilər məhz bu dövrün – təfəkkürlərin sintezləş­di­yi dövrün ye­tirmələridir. Onların irəli sürdükləri ide­yalar və bu ideyalar əsa­sın­da ərsəyə gətir­dik­ləri əsərlər qədim hikmətin islami şərhi və ya qədim fəl­sə­fə­nin terminləri ilə islamın ma­hiy­yətinin açılışı idi.

Təsadüfi deyil ki, bu ideyalar neçə əsrlər son­ra Avropanı əsrlərin mür­güsündən oyadan, onun qızıl dövrünü yetişdirən amil və Qərbdə ye­ni bir təfəkkürün təməlini qoyan toxumlar oldu.

Qeyd etdiyimiz iki istiqamətlə yanaşı, daha bir istiqamət də mütləq vurğulanmalıdır. Belə ki, əgər islam elmləri adı ilə məlum olan fiqh, hədis və təfsirin nümayəndələri sırf dinin möv­qeyindən çıxış edərək yad təfəkkürü ya­xı­na buraxmır, onu küfr elan edirdilərsə, ikin­ci­lər – filosoflar öz təfək­kür­lə­rində hər ikisinin bə­rabər nisbətindən və ya sintezindən çıxış edir­dilər. Üçün­cülərin mövqeyi isə daha ori­ji­nal idi: qədim fəlsəfəni bir pyedestal ola­raq is­ti­fadə edərək islamın öz hikmətini ortaya qoy­maq. Şihabəddin Yəhya Süh­rəvərdi kimi, Mühyiddin İbn Ərəbi kimi.

Məlum olduğu kimi, Şihabəddin Yəhya Süh­rəvərdinin işraq fəl­səfəsinin giriş hissəsi Aris­totel məntiqi olsa da, əsas hissədə mütəfəkkir əsl hik­mə­tin – nur haqqında mülahizələrin təqdi­mi­nə keçir. Filosof yazır: «Nur­lar el­min­dən və onun təməli üzərində olanları qeyd etməklə mə­nə Allah Təalanın yolu ilə gedən hər kəs yar­dım edib və bu, hikmət almaq qa­biliy­yə­ti­dir» (11, 10). Ümumiyyətlə İşraq fəlsəfəsinin təhlilin­dən belə məlum olur ki, o, yalnız bir şərqli tə­fək­kü­rünün məhsulu deyil. Universal xarakterli bir nə­­zəriyyə, dinindən və dilindən asılı olmaya­raq bu, nur probleminin inkişaf ta­rixinin zir­və­si­dir. Ma­raqlıdır ki, Sührəvərdi bildirir ki, bü­tün elm­lərin ba­şın­da Ağasademon (Şit və ya Şis pey­ğəmbər), Hermes və Asqlinos durur və bir kök­dən qaynaqlanan hikmət iki istiqamətə ay­­rı­lır: antik filosofların və qə­dim fars müd­rik­lə­­ri­nin, Zərdüştün düşüncə və mülahizələrində, hə­­yat tər­zin­də və mənəvi təcrübə yollarında özü­­nü büruzə verən hikmət kimi. Bə­şər­lə bə­ra­bər doğulan və qırılmadan davam edən nur hik­mə­tinin son olaraq İs­lam filosof və mütəfək­kir­lərinin dünyagörüşlərində təcəlli etdiyini ya­­zan Süh­rəvərdi burada da hikmət sahiblərini iki istiqamətə ayırır: məşşailərə – Aristotel fəl­sə­fəsinin davamçılarına və sufilərə – ilahi hik­mət (mərifət) sa­hib­lərinə. Başqa sözlə desək, o, işraqi hikmətin rasional (bəhs, tədqiq) və ir­ra­­sional (ilahi hikmət) mərtəbələrdən (11, 11-12) ibarət olduğunu və bu sil­si­lənin ta qədimdən bu günə kimi uzandığını təsdiqləyir.

Fəlsəfi sistemində özündən əvvəlki hik­mətləri üzvi şəkildə birləşdirən digər filosof Mühyiddin İbn Ərəbidir. Belə ki, o, özünün “Fu­sus əl-Hikəm” əsərində “Məhəmməd Hə­qi­qə­tini” – varoluşun mahiyyətini izah etmək üçün Adəmdən tutmuş Məhəmməd peyğəm­bə­rə (s.) qədər əksər peyğəmbərlərin malik ol­duq­ları hikmətlərin mahiyyətini şərh edir. O, ya­zır: «İnsanlıq Allaha xəlifə olmaq deməkdir. Al­lahın xəlifəsi olmaq isə vəlilik, peyğəm­bər­lik, risalət, imamlıq, əmirlik və idarəetməni eh­tiva edən ümumi bir mərtəbədir. İnsanın yet­kin­liyi bütün bu mərtəbələrin yetkinliyinə bağ­lı­dır. Bu xüsusiyyət Adəmdən sonuncu insana qə­dər bütün insanlarda potensial olaraq var­dır» (8, 366). Başqa sözlə desək, hər bir insan özündə əbə­di hikməti ehtiva edir və öz mahiyyətini dərk etmək üçün bu əbədi hikməti izləməli, onun inkişaf qanunauyğunluğunu öyrənməli­dir.

Bəli, heç bir hikmət öz inkişaf xəttində qı­rılmır, daha doğrusu, qı­rı­lan­lar tarixdə qal­mır, mənbəsiz arx quruduğu kimi. Bu hə­qi­qət­dən xəbərdar olan hər bir mütəfəkkir də öz fəl­sə­fəsini boş yerdə deyil, kökünü araş­dı­ra­raq, onun bugünkü təzahürünün səbəblərini, şərt­lərini göstərərək təqdim edir.

Dediklərimizdə bir incə məsələni diqqət mərkəzində saxlamağa ça­lı­şı­rıq: islam düşüncəsi ta­rixində sırf dini aspektin də, qədim yunan fəl­səfəsi ilə sin­tezləşən istiqamətin də öz əhə­miy­yəti, öz rolu olsa da, məhz özündən əv­vəl­ki hikmətin üzərində qurulan fəlsəfə öz yeniliyi və orijinallığı ilə əv­vəl­ki­lə­rə və ümumiyyətlə ta­ri­xə, zamana “meydan oxuya” bildi. O, özündə əv­vəl­ki hikməti yaşatmaqla yanaşı, daha va­ci­bi, onun yeni bir qatını açmış olur, əvvəlkinin in­kişafını yeni şəraitdə davam etdirməklə özü­nün əbədi hik­mə­tin bir halqası olduğunu təs­bit­ləmiş olur. Hər dövrün, şəraitin tələbinə, da­ha doğrusu, dəbinə uy­ğun yazılan, bir çox hallarda hətta müəyyən bir müd­dət ərzində məşhurlaşan ideyalar isə məhz sıfırdan başlamağa üs­tünlük ve­rərək yenilik adına qədim köklə­rin­dən imtina etdiklərinə görə sönməyə məhkumdur.
İslam düşüncəsinin durğunlaşması

XII-XIII əsrlərdən başlayaraq İslam Şər­qində yazılan əksər əsərlər şərh xarakterli olmuşdur: bö­yük filosofların əsərlərinin təhlili və bu təh­lil­lərə yazılan təhlillər (haşiyələr). Məsələn, tək­cə İbn Sinanın əsərlərinə yüz­lər­lə şərh və ha­şiyələr yazılmışdır. Təbii ki, onlarda hər han­sı bir orijinallıq ax­tarmaq çətin məsələdir, çünki müəllifin məqsədi ilk növbədə öz sələ­fi­nin əsərini təqdim və təhlil etməkdir. Bu, hə­min əsəri anlama və dərk etmə ba­xım­dan xe­yir­li və lazımlı bir addım olsa da, burada nə irə­liyə inkişaf et­mək­dən, nə də hər hansı əhə­miy­yətli yenilikdən söz gedə bilməzdi.

İslam Şərqində dinin rolunun artması ilə əlaqədar olaraq, elm və mə­də­niyyət sahələ­rin­də də aparıcı rol təfsirçilik, hədisçilik və fiqh bu is­ti­qamətə verilirdi. Bunların inkişafı isə ədəb-əxlaqın digər mövzuları üstə­lə­mə­sinə sə­bəb olurdu. Həmin dövrdə əksər müəlliflərin əsərləri nə­sihətlər, və­siy­yətlər şəklində ya­zılırdı, islami dəyər­lə­rin məişətdə düzgün tətbiqi ətraflı izah edilirdi. Maraqlıdır ki, yuxarıda orijinallı­ğı­nı və yeniliyini vur­ğu­la­dığımız təsəvvüf fəl­sə­fəsi də bu ənənəyə qoşulmuşdu. Bu dövrləri tə­səv­vüf­də parçalanma – təriqətlərin yaranma­sı prosesinin getməsi ilə səciyyələn­dir­mək olar: ayrı-ayrı mürşidlərin nüfuzu əsasında hər təriqətin öz ədəb-əx­laq tələbləri olan kiçik, lo­kal hakimiyyətinin qurulması, ayrı-ayrı şəxs­lərin, təriqətlərin eyni şeyləri fərqli üslublarda və üsullarla çatdırması.

İslam mədəniyyət böl­gə­si öz vahidliyini həm coğrafi, həm də dün­ya­gö­rüşü baxımdan qoruyub saxlayırdı. Əsasən ərəb dilində yazılmış əsərlərə elə ərəb dilində və ya fars dilində şərhlər yazılırdı. Mahiyyətdə isə bu, is­la­mın bütünlüyünün bir parçalanma pro­se­si­nin başlanğıcı, vahid qüvvənin his­sə­lərə bölün­mək­lə zəifləməsi, bir-birinin qəniminə çevril­mə­si idi. Təsadüfi de­yil ki, İslam Şərqin­də də Uzaq Şərqdə müşahidə edilən bir hal ya­şan­maq­da idi: qədim ənənəyə sadiqliyin nəti­cə­si ki­mi yeni fəlsəfi cərəyanlar ya­ran­mır, ək­si­nə, say­ları artırdı, yəni dəyişikliklər key­fiyyətdə de­yil, kəmiyyətdə özü­nü göstərirdi. Əhəmiyyətli və dərin mənalı dəyərlər (xüsusilə, tə­səv­vüf­də) xırdalanır, yüksək təfəkkür səviyyəsi üçün nəzərdə tutulan meyarlar pri­mi­tiv səviyyəyə endirilir, kütlə üçün təqdim edilirdi. Zahiri amillər əsl ma­hiy­yəti kölgədə qoymaqda idi.

Bu prosesi bir növ yuxarıda da qeyd etdiyimiz kimi, möhtəşəm bina üçün nəzərdə tutulmuş təməl üzərində xırda-xırda gecəqonduların tikil­mə­si­nə bənzətmək olar. Birlik var, vahid, möhkəm kök var, eyni zamanda, par­ça­lanma, ziddiyyət də var.

Həmin zaman kəsiyində Qərbdə artıq millətlərin və bu­nun zəminində ayrı-ayrı millətlərə xas fəl­sə­fə­nin formalaşması prosesi gedirdi, yəni milli kimliyin formalaşması pro­se­si getməyən İslam Şərqinin qarşısına artıq get-ge­də özünü təsdiqləməkdə olan ayrı-ayrı milli fəl­səfi sistemlər – alman fəl­sə­­­fəsi, fransız fəl­sə­fəsi və s. çıxmağa başlamışdı. Qərbdə öz mil­li xüsu­siy­yət­lərini anlayan, öz milli ruhunu ta­nıyan millətlər onu İslam Şərqindən al­dıq­ları hikmətlə sintez­ləş­dirməklə fəlsəfi təfəkkürdə irəliyə daha bir ad­dım atmış oldular.

İslam Şər­qin­də müzakirələr, mü­bahisələr hələ də təməl ətrafında get­di­yinə gö­rə, zə­də­lər də məhz ona və deməli, islamın mahiyyətinə dəyirdi. Qərb­də isə çoxdan bu tə­məl üzərində yeni ideyalar yaranmışdı və tə­məl nə­in­ki zə­də­lən­mir, ək­si­nə qat üstünə qat gəl­dikcə möhkəmlənir, birləşdirici qüv­və­si artırdı. Qərb­də milli fəlsəfələrin ya­ran­masını fəlsəfə tarixində yeni sə­hifənin, yeni sö­zün deyilməsinə səbəb ola bilirdisə, mərtəbə-mərtəbə uca­lırdı. İslam Şərqində isə kiçik tikililər üzərində durduqları təməlin bir his­sə­si­ni öz görüşləri hüdudunda dəyərləndirir və bütün bunlar islam alə­mində mə­nasız çəkişmələrə və münaqişələrin yaranmasına gətirib çıxarırdı.

Burada daha bir əhəmiyyətli faktı da vur­ğu­la­maq lazımdır. Xris­tian­lıq­da insanın Al­la­ha yolu kilsədən keçir və Qərb təfəkkürünün ilk işi bu va­si­tədən qurtulmaq – az qala dinin, ima­nın si­no­­ni­mi­nə çevrilmiş kilsəni ara­dan götürmə ol­­du. İslamda isə bu müqəddəs əla­qədə – əhd­­də heç bir kənar va­sitə yoxdur, amma min bir yo­la əl atırlar ki, bu vasitə ya­ransın. Dedik­ləri­mi­zin daha dəqiq mənzərəsini hər iki tə­fək­kür­də aparılmış “is­lahatlaşma” pro­sesləri timsalında daha aydın təsəvvür etmək mümkündür.

Avropada is­­lahatlaşma prosesi Renessans dövründə aparılmış və əsas məq­­­səd kilsənin hakim ideologiyasının düşüncələrdə yaratdığı durğunluğu ortadan qaldırmaq olmuşdur. De­dik­­lərimizə nümunə olaraq həm o dövrdə tə­şək­­kül tapan və kilsənin əleyhinə qalxan pro­tes­­tantlığı, həm də insanın iç dünyasından, əsl hə­­qiqətdən uzaq düşən sxolastikada dü­şün­cənin və mə­nə­viy­yatın əhəmiyyətini ye­ni­dən qaytarılmasında əhəmiyyətli rol oynamış mis­­­­tik filosofları göstərmək olar. Təsadüfi de­yil ki, Renessans dövrünün «is­la­hatlaşma» pro­­­sesinin başlıca qaynağı kimi sxolastika döv­­­ründə mövcud olan alman mistisizmini (Geniş bax: 7, 178) və onun ən görkəmli nü­ma­yən­də­si, «almanca fəl­sə­fə terminlərinin atası» (Geniş bax: 7, 179), özündən son­rakı ək­sər mistik filosofların istinad yeri olan Meyster Ek­xartı (1327) göstərirlər.

Av­ro­pa­da aparılan islahatlaşma dinin elm­dən ay­rıl­masına və bununla da Qərbdə yüksək in­ki­şa­fın təməlini qoydu. İslam Şərqindən alınan yeni ideyalarla xris­tian aləmi nəinki öz təfəkküründə yeni im­kan­lar açdı, həm də din və elm arasındakı mü­ba­rizədə hər birinin öz yerini təyin edə bildi və hər birinin öz istiqaməti boyu inkişaf etməsinə şərait yaratdı. Məsələ bura­sın­da­dır ki, xristianlıqda elm din­lə mübarizə aparmalı idi. Çünki din elmin düş­mə­ni idi. Nümunə üçün göstərək ki, həm Apo­logetika, həm də sonrakı dövr­lər­də qədim yu­nan fəlsəfəsi və ümumiyyətlə dindən kənar hər hansı mü­tə­rəq­qi fikir, ideya kilsə tə­rə­fin­dən ciddi şəkildə təqib olunur, hətta ölümlə cə­za­­lanırdı. Hazırda tarixin həmin acı dövrünü təs­vir edən bir çox əsərlər ya­zılır. Buna nü­mu­nə olaraq U.Ekonun “Qızılgülün adı”, D.Bra­u­nun “Mələk­lər və iblislər” və s. əsərlərini gös­tər­mək olar. Bu­nun­la belə, maraqlıdır ki, Qərb­­­də həm dinin institutlaş­ması və müstəqil ha­ki­miyyətə sahib olması, həm də elmi nai­liy­yət­lər elə bir səviyyəyə qalxıbdır ki, ara­la­rın­da­kı qanlı nifaq yalnız bədii əsərlər hü­dud­la­rın­da təsvir edir.


İslam öz timsa­lın­da dinin elmə nəinki mane olmadı, əksinə, ye­ni ide­ya­lar üçün mənbə ola bildi və elə ilk il­lərindən elmin, fəl­sə­fənin inkişafına xüsusi diqqət də gös­tərdi. Bu qayğının təzahürü kimi el­min hər bir sahəsi dinin çərçivəsi daxilində in­ki­şaf etməkdə idi. Bunu nəzərə alaraq Səla­həd­din Xəlilov yazır: “İslam ya­randığı vaxtdan nə­inki elmə qadağa qoymamış, hətta insanları el­mi fə­a­liy­yətə sövq etmişdir. ...Məhz buna gö­rə də islamın yaran­dı­ğı və ya­yıldığı ilk əsr­lər­də elm sürətlə in­ki­şaf etmiş və əvvəlcə ərəb ölkələri, sonra isə bü­tün is­lam dünyası elmin inkişaf səviyyəsinə gö­rə dünyada ən qabaqcıl mövqe tutmuşlar. Bö­yük din xadimləri eyni zamanda böyük elmi kəşf­lər etmiş, el­min bir sıra sahələrini inkişaf et­dirmişlər” (3, 145). İslam dininin zəngin bilik mənbəyi olması və həyatın ən müxtəlif tərəflərini ehtiva etməsi imkan yaratdı ki, tədricən din elmi nəiniki sıxışdırsın, həyya onu əvəz etmək iddiasına düşsün. İslam tarixində islahatlaşma kimi məlum olan proses də məhz bu ideyaya xidmət etmişdir.

XI əsrin gör­kəmli ortodoks alimi İbn Həzmin (1064) ide­yalarından qay­naqlanan islahatlaşma prosesi XIV əsrdə (Geniş bax: 6, 319-322) Əh­məd b. Teymiyyə əl-Hərraninin (1327) simasında ye­ni bir qüvvə ilə inkişaf etdi. Məqsəd islam adına səslənən hər bir ide­ya­nı, dini-fəlsəfi cərəyanı təf­ti­şi etmək və İslamı Mə­həm­məd peyğəmbərdən (s.) sonrakı yeniliklərdən tə­miz­ləmək idi. Bunu həm də neçə əsrlər ke­çən­dən sonra islamın təməlini “bər­pa etmək”, peyğəmbər dövründəki halını qaytarmaq cəhdi idi. İsla­hat­laş­ma prosesi bir tərəfdən, islam düşüncəsində müəyyən aydınlıq gətirmək niy­yəti ilə aparılsa da, digər tərəfdən onu əkil­miş ağacı qol-budaq atıb böyü­mə­sinə, çiçəkləməsinə, bar verməsinə uy­ğun şərait yaratmaq əvəzinə, tez-tez qazıb ağa­cın kökünü yoxlamağa, pöh­rə­lə­rini qırıb at­ma­ğa bənzətmək olar. Ən əsası isə, bu, dini təfəkkürün daha da sa­bit­­ləş­məsinə və dün­ya­gö­rüş­lərdə, o cümlə­dən, el­min inkişafının istiqamət­lən­mə­sin­də aparıcı qüv­və­yə çevrilməsinə səbəb oldu.



İslam aləmində elm və din siam əkizləri ki­mi həm doğma bağlarla əlaqəli idilər, həm də bir-birinə mane olurdular.

Hər iki dində eyni istiqa­mət­­də aparılan islahatlaşma fərqli nəticələrə gə­­tir­di. İqbal Qə­zali ilə Kan­tın ra­si­onalizm və iman arasında sərhəd qoy­maq­dan ibarət olan “pey­ğəm­bə­ra­nə bir mahiyyət daşıyan” mis­si­ya­sını mü­qa­yisə edərək bil­dirir ki, “Kant öz prin­­­siplərinə uyğun gə­lən formada hə­rə­kət et­di­yi üçün Allahı ta­nı­ma im­ka­nı­nı qəbul et­məz­di. Qəzali isə dü­şün­cə ana­lizinə bel bağ­la­ya bil­mədiyi üçün mis­tik təc­rübəyə yönəldi və ora­da din üçün müstəqil bir məz­mun tapdı. Be­lə­­liklə də, dinin elmdən və meta­fizi­ka­dan ta­ma­milə müs­tə­qil şəkildə möv­cud olmaq hüqu­qu­nu təmin etməyə mü­vəf­­fəq oldu” (1, 189). Belə mə­­lum olur ki, Kantdan fərqli olaraq Qəzali ağ­lın məhdud çərçivəsinə bir qapı qoy­du – dini-mis­tik təcrübə. Yəni həm Qə­za­li, həm də Kant ra­si­onal tə­fək­kür və din arasında sərhəd qoy­du­lar. İslam Şər­qində Qəzalinin göstərdiyi yol bir tərəfdən bu istiqamətdə inkişafı təmin et­sə də, insanın bir ruhani var­lıq kimi imkan­la­rı­nı ar­tır­sa da, digər tərəfdən ra­sional təfək­kü­rün məh­dud im­kanlı olduğu üçün ümumiyyətlə “qıfıl­lan­masına” səbəb oldu. Qərbdə isə hər bir tə­rə­fin öz hüdudlarını qorumaqla dərinə inkişaf etməyə üstünlük verildi.

İslam düşüncəsi müəyyən mənada qərblilərə elm və din arasında bir aydınlıq gətirmək üçün tə­kan oldu. Məhəmməd İqbalın fikrinə görə, “Av­ropa mədəniyyəti sadəcə olaraq intel­lek­tu­al cəhətdən İslam mədəniyyətinin bəzi ən önəm­li mərhələlərinin daha çox inkişaf etmiş formasıdır” (1, 190). Təsadüfi deyil ki, S.Xəlilov da ta­rix­dən götürdüyü faktlar əsasında belə bir nə­ti­cə­yə gəlir ki, “...Şərq təfəkkürünə ən çox uyğun gələn – xristianlıqdır. Qərb təfəkkürünün tə­məl­ləri isə din­lər içərisində ancaq islamda mü­şa­hidə olu­nur. Biz Əbu Turxanın “bütün dinlər Şərq ha­di­səsidir” tezisini qəbul etsək də, hər hal­da so­nun­cu din olan islamda Qərb tə­fək­kü­rü­nün rü­şeym­lərini görməmək mümkün deyil. Belə ki, dinlər insandan bir qayda olaraq fərd kimi bəhs etdikləri halda, yalnız islam dinində toplum – cəmiyyət anlayışı önə çəkilir, icti­mai­­ləşmə və deməli həm də sivili­za­si­ya­nın təməl şərtləri dini müstəvidə öz əksini tapır.”

Əlbəttə, kimsə iddia etmir ki, xristian alə­mindəki inkişafın hamısı yal­nız İslamın xid­mətidir. Lakin belə demək mümkündürsə, ide­yanı götürüb onun təzahürü üçün yeni şərait və imkanlar yaratmaq növbəsi bu dəfə Av­ro­pa­­nın idi: onlar İslam fəlsəfəsindən aldıqları ide­ya­lar üzərində öz yeni isti­qa­mətlərini qurdular və zəncirvarı reaksiya kimi inkişaf getdi. M.İq­bal da təs­diqləyir ki, “bizim intellektual do­nuq­luq içində keçirdiyimiz bütün əsrlər bo­­yun­ca Avropa İslam filosof və alimləri üçün əhə­miy­yətli olan böyük mə­sə­lələrlə ciddi şəkildə məş­ğul olmuş, bunları düşünmüşdür” (1, 190). Av­ro­pa ye­ni bir addım ata bildi, durğunluqdan qur­tu­la­raq həm təfəkküründə, həm də elmində əhə­miy­yətli irəliləyiş etdi. Təsadüfi deyil ki, bir sı­ra filosoflar Qərb təfəkkürünün yaranışını məhz bu dövrə aid edirlər.

İslam Şərqini bürüyən monotonluq ara­sın­da təbii ki, bəzi sıçrayışlar da olmuşdur və İs­lam aləmində orijinal düşüncəli filo­sof­lar yetiş­miş­lər. Bunlardan Molla Sədra adı ilə məşhur olan Sədrəddin Şirazinin (1641) adı­­nı xüsusilə qeyd etmək lazımdır. Belə ki, iş­ra­qilik fəlsəfəsinin ardıcılı olan və Şihabəddin Sührəvərdinin, İbn Sinanın bir sıra əsərlərinə şərh yazan Molla Sədra eyni zamanda orijinal ideyalar irəli sürərək öz düşüncələrində ibn­si­na­çılığı, işraqiliyi və təsəvvüfü sintez­ləş­dir­miş­­dir (Geniş bax: 6, 312-313). Bəli, bu, özünə­qə­dər­ki islami təfək­kür­­lərin yeni bir şərhi, sin­tez­ləş­mə­si və de­mə­li, yenilik idi. Tə­bii ki, bu təlim dünya fəlsəfə alə­mində öz səsini müəyyən dərəcədə eşit­dirə bil­di və bu gün Molla Sədra fəlsəfəsini öy­rən­mək, tədqiq etmək istəyən bir çox alimlər vardır. La­kin bu, yenə də İslam düşüncəsinin irəliyə addımı ola bil­mədi.

Molla Sədradan başqa İslam düşün­cə­si­nin yenidən dirçəldilməsi yo­lun­da bir sıra mü­tə­fəkkirlər olmuşdur ki, onların əmə­yi, gör­dük­ləri işlər diq­qət­dən kənarda qala bil­məz: Mol­la Fənari (1350-1431), Cəma­ləd­din Əfqani (1838-1897), Məhəmməd Abduh (1849-1905) və s. Başqa sözlə desək, əsr­lər boyu islamın ma­hiyyətindəki həqiqəti üzə çıxarmağa, onu Qər­bin “yedə­yin­dən” xilas edərək öz ayaqları üzə­rinə qoyub, Qərb təfəkkürü ilə üzbəüz qoy­­ma­ğa çalışan bir çox mütəfəkkir olmuşdur.

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə