Azərbaycan Dövlət Pedaqoji Universiteti Xalqlarin etnopsixoloji xüsusiyyətləri




Yüklə 39.71 Kb.
tarix01.03.2016
ölçüsü39.71 Kb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Xalqlarin etnopsixoloji xüsusiyyətləri.

Ingilislər mövzusunda sərbəst iş

Fənn: Psixologiya

Müəllim: Əliyev Ramiz

Magistrant: ƏhmədovaYasemen

Fakultə: Filologiya

İxtisas: dilşünaslıq (ingilis dili) 

Xalqlarin etnopsixoloji xüsusiyyətləri.

Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın «etnik psixologiya» adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: «xalqların psixologiyası», «milli xarakter», «milli ruh», hətta «etnik (etnoqrafik) psixologiya» və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X.Şteyntal, M.Lasarus, V.Vundt, Q.Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır .

Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir).

Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır. Belə ki, bu, kimə necə təsir göstərmək işini müəyyən etməyə imkan verir. Hətta politologiyada etnik psixologiyanın təsiri ilə yaranmış «Etnopolitologiya» adlı xüsusi bölmə də mövcuddur.



Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir. Bugünkü gündə dünya psixologiyasında millətlərin psixologiyasının öyrənilməsi məsələsinə, əsasən iki fərqli yanaşma xətti mövcuddur: Amerika və Avrasiya modelləri. Birinci variant ABŞ psixologiyasında meydana çıxıb və indi də burada aparıcı mövqedə dayanır. Avropa, keçmiş SSRİ və Uzaq Şərq ölkələrində millətlərin psixologiyası «etnik psixologiya» çərçivəsində öyrənilir.

Hər bir xalqın özünəməxsus etnik psixoloji xüsusiyyətləri və mədəniyyəti vardır. Bu etno-psi­xoloji xüsusiyyətlər isə şəxsiyyətin mənəvi inkişafına və mənəvi təkmilləşməsinə mühüm təsir göstərir. Etnik psi­xo­loji xüsusiyyətlər və mədəniyyət müəyyən ictimai-tarixi şəraitdə insanların qarşılıqlı mü­na­si­bətlərinin xarakterindən asılı olaraq foramalaşır. Etnik psixoloji xüsusiyyətlər nəsildən - nəslə verilərək həmin etnos üzvlərinin  əxlaqi adət və ənənələrində, inam  və əqidələrində, davranış və rəftar tərzində, başqalarına, eləcə də  özünə münasibətdə təzahür edir. Onlara bələd olmadan etnosla əlaqə  və münasibətlər sisteminin, rəftar tərzinin optimal yollarının müəyyənləşdirmək çətindir Burada etnik qrup da­xi­lin­dəki qarşılıqlı münasibətlər sistemi rol və davranışların xarakteri, sosial təsir isti­qamətləri, maddi həyat şəraiti, təlim-tərbiyə sistemi də az rol oynamır. Etnik psixoloji xüsusiyyətlər insanların qarşılıqlı fəaliyyətini, davranışını tən­zim edir. Xarici alimlərin fikrincə, bu normalar sosial mühitin üzvülərini qar­şı­lıq­lı fəaliyyət, münasibət və davranışın etalon, standart modelləri ilə təmin edir. Hər bir xalqın etno-psixoloji xüsusiyyətləri  və mədəniyyət nümunələri bir-birindən fərqlənir. Mədəniyyətdəki bu fərqlər isə hər bir şəxsiyyətin  inkişafına özünəməxsus şəkildə təsir gös­tə­rir. Belə ki, şəxsiyyətin inkişafı müəyyən etnik birliyin çərçivəsində və müəyyən mədəniyyət sistemində  baş verir. Şəx­siyyət isə öz xalqına mənsub olan mədəniyyəti, adət-ənənələri, davranış formalarını, et­nik stereotipləri mənimsəyir. Bu etno-mədəni amillər isə öz növbəsində gən­c­lə­rin fəaliyyətinin və davranışının tənzimləyicisi olur. Qeyd etdiyimiz kimi hər bir şəxs öz davranış və fəaliyyətini bu etnik xüsusiyyətlər və mədəniyyət çərçivəsində qurur. Ayrı-ayrı xalqa, etnik birliyə mənsub olan insanların etno-psixoloji xü­su­siy­yət­ləri eyni olmur. Onlar bir-birindən təmamilə fərqlənirlər. Şəxsiyyətin təşəkkülü mədəniyyətin və etnik psixoloji xüsusiyyətlərin təbəd­dü­la­tından kənarda götürülə bilməz. Etnik psixoloji xüsusiyyətlər içərisində, ilk növ­bədə, diqqəti cəlb edən etnosun özünü dərk etməsi, özünüqiymətləndirməsi və etnik şüur səviyyəsidir. Etnik özünüqiymətləndirmə mürəkkəb proses olub şəxsiyyətin özünü necə dərk etməsi ilə əlaqədardır. Yəni şəxsiyyətin özünüdərk etməsi onun özünü və öz  imkanlarını,  keyfiyyətlərini və başqa etnoslar içə­ri­sin­də öz yerini və mövqeyini qiymətləndirməyə, onun öz imkanlarını, key­fiy­yətəlrini, onun davranış və rəftarının tənzim olunmasını təmin edir. İnsanın ət­raf aləmə, başqa etnoslara münasibəti onun özünüqiymətləndirməsindən ası­lıdır. İnsanın özünü necə qiymətləndirməsi onun mənəvi inkişafına, tərəq­qi­sinə, fəaliyyətinin səmərəliliyinə təsir edir. Bu aspektdə gənclərdə milli mənlik şüurunun formalaşması, ilk növbədə, onun özünü necə dərk etməsi və adekvat qiymətləndirməsi ilə əlaqədardır. İnsanın milli mənlik şüurunun for­malaş­ma­sı, ümumən xalqın, millətin tərəqqisi üçün böyük əhəmiyyətə malikdir. Çün­ki insanın milli mənlik şüurunun səviyyəsi bir tərəfdən xalqın, millətin ob­yek­tiv şəkildə fəaliyyətdə olan əlamətlərinin, xüsusiyyətlərinin inikasıdır və mü­vafiq stereotiplərdə, etnik  identifikasiyalarda, təsəvvür və anlayışlarda təsbit olunur. Milli-mənəvi dəyərlərin qorunması və ikişaf etdirilməsi indi o qədər aktuallaşıb ki, cəmiyyətin geniş hissəsinin müzakirə obyektinə çevirib. Bu məsələ tədqiqatçılar tərəfindən həmişə diqqət mərkəzində olsa da sistemli şəkildə təhlil olunmamışdır. Yəni Azərbaycan cəmiyyəti geniş olaraq milli-mənəvi və əxlaqi dəyərlərin yenidən dərk edilməsi zərurətini ortaya qoyur. Azərbaycan cəmiyyəti sürətlə dəyişir. Bu dəyişiklik də avtomatik olaraq insanların mənəvi-əxlaqi və mədəni təsəvvürlərinə təsir edir.  Digər tərəfdən isə, milli mənlik şüuru xalqın mədəniyyətinin, mənəvi dəyərlərin yaradılmasına mühüm təsir göstərir. Ona görədə xarici ölkələrdə  mövcud olan xüsusiyyətlər etnik milli mühitə onun tərbiyə sisteminə, adət və ənənələrinə mexaniki şəkildə trans­for­ma­siya edilə bilməz
İngilislər
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti.
Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərəŞotlandiyaUels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın tarix öncəsi dövrlərini əhatə edir. 1800-1922 illəri arasında İrlandiyanın hamısı Birləşmiş Krallığın bir hissəsi sayıldığı üçün bu dövrlərdə İrlandiyanın tarixi də Birləşmiş Krallıq tarixinin bir hissəsi sayılır. Birləşmiş Krallığın ən köhnə xalqlarını Keltler təşkil edir. E.Ə 55 və E.Ə 410 illəri arasında Britaniya adaları Roma İmperiyasına bağlı Britannia əyalətini təşkil. V əsrdə bölgə Xristianlığın təsiri altına girdi. Eyni illərdə Cermen bir xalq olan Anglosaksonlar böyük kütlələr halında namizədə köç etdilər. 1066-1154-ci illəri arasında yenə bir Cermen irqi olan Normanlar namizədi ələ keçirdilər. İngilislər bu Cermen irqlərinin davamını meydana gətirməkdədirlər. Şotlandlar, Uelslilər və İrlandiyalılar isə Keltlərin davamıdır.
London — Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı.Britaniya adalarında ən böyük şəhər.
Viktoriya və Albert muzeyi - Londonda yerləşən tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılır. Muzey 1852-ci ildə yaranıb. Burada 4 milyondan çox müxtəlif eksponat 145 zalda ziyarətçilərə təqdim olunur. Bütün dünya ölkələrinin tarixi mədəniyyətini əks etdirən keramik əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənlərin sayını daha da artırır.

Viktoriya və Albert muzeyində Azərbaycan ustalarının ən orijinal əsərləri sərgilənir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir. Tarixi baxımından Viktoriya və Albert muzeyində toplanmış sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır.

Muzeydə saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir. Muzeydə nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır. Viktoriya və Albert muzeyində saxlanılan XVII-XIX əsr Azərbaycan xalçaları vaxtı ilə QubadaBakıdaŞamaxıdaQazaxda vəQarabağda toxunub
Ingiltərədə Dovlət dili ingilis dilidir lakin Hastings Savaşından( 1066 cı il) 1362 ci ilə qədər, İngiltərənin dövlət dili Fransız dili olub. Bu günə qədərdə, krallıq gerbinin üzərində olan deviz fransız dilindədir, "Dieu et mon droit". Tərcüməsi- Allah və mənim doğrum. (Allah və mənim haqqım)

İngiltərənin 2 bayrağı var: Qırmızı Georgiy Xaçı (ağ fonda) və milli bayrağ- İngiltərə, Şotlandiya və İralndiyanın bayrağından ibarət. Əsasən, milli birləşmiş bayrağdan istifadə edilir. Dİyər bayrağı isə, hər üç ölkə ayrı-ayrılıda nədəsə iştirak etdikdə görə bilərsiz. məs- idman yarışlarında.


Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. En uğurlu qonaq kurən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

 İngiltərə barədə ən azbilinen faktları deyim…. İngiltərənin demək olar ki, özünün mətbexi yoxdur. Daha doğrusu ingilis mətbəxi kifayət qədər bəsit ve dadsızdır. Yeqin ki, Avropanın ən dadsız mətbəxidir. 


Mətbəxinin dadsız olmağına baxmayaraq, Avropada en yüksek piylənmə göstericisi İngiltərəyə mexsusdur.
İngilisler həddindən artıq çox çay içirler ve hətta bu ünsiyyət zamanı bir mədəni adətə çevrilmişdir.  İngilisləri "tea-addicted nation"adlandırırlar. Beləki, dünyada ən çox çay içən millət hesab olunurlar. (Amerika və ya Fransa orta statistik vətəndaşlarından 22 dəfə çox deməkdi).

BigBen eslinde saatın adı deyil, zengin adıdır.

 İngiltərədə polisə bobby deyirlər. Robert Peel (qısaca-Bob və ya Bobby) Britaniyanın Baş naziri adından gəlir.

Ingilis ailələrində hami bir birinə Siz deyə müraciət edir .İngilislər təbiətən cox alicənab və mədənidirlər. Onlar bir birine “Thank you” və “I’m sorry”.  deməkdən heç yorulmurlar Onlar həmdə cox disiplinalidirlar. Bir ingilisi cox nadir halda kuçədə yuksək səslə danişdigını görə bilərsiz. Onlar həmdə cətin vəziyyətlərdə emosiyalarini biruzə verməyi sevmirlər.hətta cox pis halda belə oz optimistlıiklərini göstərirlər.


İngilislər təbiəti ve heyvanlari cox sevirlər.Bir cox ingilis kuçələrində heyvanlar ucun dukanlar görə bilərsiniz hətta itlər ucun gözəllik salonları və qəbirstanlıqlarda var. Hava limanlarinda ev heyvanlari ucun xususi mehmanxanalar(otellər) mövcuddur.İngilislər hesab edirki heyvanlari heckim onlar qədər sevib qaygisina qala bilməz

İngilislər tebiyət qoynunda istrahəti cox sevirlər.Onlar cox vaxt oz ‘weekend’lərin şəhərdən kənarda sakit baglarinda keçirirlər.Lakin əyləncəni və əylənməyidə unutmurlar.Şənbə axşamlarının əsas əyləncəsi rəqs gecələridi.


Daha bir maraqlı adət haqqinda yazmaq istəyirəm.Bu adət gelinin toy mərasimi zamani libası ilə baglıdı.Adətə görə hətta belə el məsəlidə varki hərbir gəlin xoşbəxt olması ucun Something old, something new, something borrowed, something blue yəni nəisə köhnə təzə borc alınmış və mavi rəngdə geyinməlidirki ona uğur gətirsin.
Sonda onu vurğulayımki ingilislər cox qədim və maraqlı adətlərə sahibdirlər Və bu adətlər esrlər boyu qorunub saxlanılır

İstifadə olunan mənbələr

  1. Стефаненко Т. Г. Этнопсихология. – М.: Институт психологии РАН, «Академический проект», 1999. 

  2. R.İ.Əliyev; Mentalitet

  3. http://skyeng.ru/articles/takie-interesnye-anglijskie-traditsii-i-obychai


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə