AZƏrbaycan coğrafiyasi




Yüklə 329.25 Kb.
səhifə2/4
tarix23.02.2016
ölçüsü329.25 Kb.
1   2   3   4

Kiçik Qafqaz dağlarında əsasən maqmatik, metamorfik, qismən çökmə süxurlar,Böyük Qafqaz dağlarında isə çökmə süxurlar geniş yayılmışdır. Dəniz və kontinental şəraitində əmələ gəlmiş çökmə süxurlar (əhəngdaşılar,gillər,qumdaşılar və s.) əsasən düzənliklərdə və dağətəyi ərazilərdə geniş yer tutur.

Respublikamızın ərazisində Kembriyəqədərki dövrdən müasir dövrə qədər müxtəlif yaşlı və tərkibli çöküntülər yayılmışdır.

Azərbaycan ərazisində kristallik şistlərdən ibarət olan ən qədim süxurlar Naxçıvan MR-nın Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Əsrikçayın yuxarı axınında üzə çıxır.

Mezozoy erasının gilli şistləri,qumdaşıları,əhəngdaşıları Böyük və Kiçik Qafqaz dağlarının yüksək və alçaqdağlıq hissələrində geniş sahə tutur.Dağlıq ərazilərdə Yura və Tabaşir süxurlar daha geniş yayılmışdır.

Kür-Araz ovalığı və onu əhatə edən alçaqdağlıq ərazilərdə,Qusar maili düzənliyində, Lənkəran ovalığında Kaynozoy erasının (Paleogen, Neogen və Dördüncü dövr) süxurları yayılmışdır. Bu süxurlar qumdaşılardan, gillərdən, əhəngdaşılardan, allüvial və prolüvial çöküntülərdən ibarətdir. Onlar düzənliklərdə qalın örtük əmələ gətirir. Kaynozoy erasında Kür-Araz ovalığında əksər hissəsi dəniz suları altında idi. Çayların dağlardan yuyub gətidiyi qırıntı çöküntü burada toplanırdı. Ona görə də Kür-Araz ovalığı, demək olar ki, başdan-başa Dördüncü dövr çöküntüləri ilə örtülmüşdür.

Xəzər dənizinin sahillərindəki qum tirələri, balıqqulağılı çöküntülər, çay yataqlarındakı çaydaşılar, qumlar, dördüncü dövrün son mərhələsində yaranmış müasir çöküntülərdir.Dördüncü dövr çöküntüləri, həmçinin dağ buzlaqlarının ətəklərində də toplanmışdır.

Dördüncü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavalr Qarabağ vulkan yaylasında geniş yayılmışdır. Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya vulkanları burada yerləşir. Püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlardan yaratmışdır. Pəriçınqılı, Ayıçınqılı, Qırmızıdağ buna misal ola bilər.

Azərbaycan Respublikası ərazisində 250-dən artıq palçıq vulkanı vardır. Palçıq vulkanlarının sayına və böyüklüyünə görə respublıkamızın ərazisi dünyada birinci yeri tutur. Palçıq vulkanları Qobustan, Cənub-Şərqi ŞirvanAbşeron yarmadasında daha çoxdur. Onlardan ən böyükləri Torağay, Bozdağ, Axtarma-Paşalı, Qalmaz, Keyrəki, Otmanbozdağ və s. vulkanlarıdır. Respublıkamızda ən böyük palçıq vulkanı Qobustanın cənubundakı Torağay (400 m) vulkanıdır. Palçıq vulkanları Xəzər dənizinin Abşeron sahillərində də çoxdur.



AZƏRBAYCAN RESPUBLIKASININ FAYDALI QAZINTILARI
Plan:


  1. Azərbaycan Respublıkasının neft-qaz sərvətləri.

  2. Filiz və qeyri-filiz faydalı qazıntıları.

  3. Mineral bulaqlar.

  4. Faydalı qazıntılardan istifadə.

Respublikamizin ərazisi filiz, qeyri-filiz, yanacaq faydalı qazlntıları ilə olduqca zəngindir.

Azərbaycan özünün neft və qaz yataqları ilə çox qədimlərdən məşhurdur. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, Cənub-Şərqi Şirvan, Mərkəzi Aran (Muradxanlı, Mollakənd), Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonasında da neft yataqları var. Son illərdə Xəzər dənizində Çıraq, Azəri, Günəşli və s. yeni zəngin neft yataqları kəşf edilmişdir.

Azərbaycan nefti əsasən Kaynazoy yaşlı çöküntü süxurlarda yaranmışdır. Lakin Muradxanlı yatağındakı neft Mezazoy erasının vulkan süxurlarında aşkar edilmişdir. Dünyada məşhur olan Naftalan müalicə neft əsasında yel, dəri xəstəlikləri müalicə olunur, onu dərman kimi xarici ölkələrə də göndərirlər.

Azərbaycan dünyanın qədimdən neft hasil edən ölkələrindən biridir. Yüz ildən artıqdır ki, neft yataqları istismar olunur. Nəticədə yer qabığının üst qatında olan neft yataqlarının ehtiyatları tekənməkdədir. Hazırda respublıkamızda mövcud olan neft ehtiyatlarının 70%-dən çoxu 3000 m-dən artəq dərinlikdə olan laylarda yerləşir.

Respublıkamızın əsas təbii qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqlarındadır. Qaz ehtiyatlarının 90%-dən çoxu 3000 m-dən artəq dərinliklərdə yerləşir. Azərbaycan ərazisində neft və qazdan başqa, Qobustan və İsmayıllı rayonlarında yanar şistlər də vardır.

Respublıkamız filiz faydalı qazıntılardan alunit, dəmir, kobalt, mis, polimetal filiz yataqları ilə də zəngindir (şəkil 3).

Azərbaycanın Kişik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, kobalt, mis, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. Kiçik Qafqazın şimal yamacı müxtəlif faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycan uralı” adlandırılır. Qafqazda mənimsənilən ən iri dəmir filizi Daşkəsəndir. Bu yatağın filizi yüksək keyfiyyəti ilə fərqlənir. Zəylik alunit yatağı ehtiyatına görə dünyada tanınır. Bu kompleksdə kalium, vanadium və başqa nadir metallar da vardır. Zəylik aluniti Gəncə aliminium zavodunu xamalla təchiz edir. Kiçik Qafqazın Kəlbəcər, Gədəbəy rayonlarında mis yataqları mövcuddur. Polimetal filiz yataqları Gümüşlüdə (Naxçıvan MR), Mehmanada (Ağdərə sahəsi), Filizçayda (Balakən rayonu) yerləşir. Naxçıvan ərazisindəki Parağaçay molibden yatağı sənaye əhəmiyyətə malikdir.

Bunlardan başqa, Kiçik Qafqazın kükürd kolçedanı, bentonit gilləri, daş duzu, bariti qiymətli xammal kimi istifadə olunur. Çovdar bariti neftçıxarma sənayesində, Naxçıvan duzu (Duzdağ) məişətdə, kimya sənayesində işlədilir.

Kiçik Qafqaz və Naxçıvan MR ərazisi civə yataqları ilə də zəngindir. Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq yataqları daha məşhurdur.

Kəlbəcər və Zəngilan rayonlarının qızıl yataqları sənaye əhəmiyyətlidir.

Azərbaycan ərazisi qeyri-filiz faydalı qazıntıları ilə zəngindir. Qobustan,Abşeron, Ağdam,Zəyəm, Tovuz, Daş Salahlı (Qazax rayonu) əhəngdaşıları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travertin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyətinə malikdir. Respublikamızda dolomit, tabaşir, tikinti gilləri, çay daşı, qum və s. olduqca çoxdur.





Faydalı qazıntılar

Nefçala, Mişovdağ, Babazənən, Böyükşor yodlu-buromlu su yataqları Nefçala yod-brom zavodunu xammalla təchiz edir.

Respubilka Müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları ilə zəngindir. Buna görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Burada kimyəvi tərkibinə görə bir-birindən fərqlənən ondan artıq mineral su tipi mövcuddur. Həmin mineral sulardan mədə-bağırsaq, öd kisəsi, revmatizm, qaraciyər, dəri və əsəb xəstəliklərinin müalicəsində geniş istifadə edilir.

Kəlbəcər rayonundakı İstisu bir sıra xüsusiyyətlərinə bütün dünyada məşhur olan Karlovi Vari suyundan üstündür. Bu suyun illik axımı 600 mln. litrdir. Lakin bunun yalnız 10%-nə qədəri istifadə olunur. Naxçıvan MR-dəki Badamlı, Sirab, Vayxır mineral suları respublıkamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı SuraxanıŞıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Darıdağ, Quba rayonundakı Xaltan, Şuşa rayonundakı Turşsu və Şırlan müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır.

Bunlarla yanaşı, respublıkamızda çoxlu termal su mənbələri də mövcuddur. Termal suların tempraturu bütün ərazilərdə eyni deyildir. Kür-Araz artezian hövzəsində termal suların temperaturu 1500 C-yə, isitisu mineral bulaqların da isə 60-800 –yə çatır. Termal bulaqlar Talış dağlarında,Böyük Qafqazın cənub və Şimal-şərq yamaclarında da çoxdur.



AZƏRBAYCAN RESPUBLIKASININ İQLİM EHTİYATLARI

Plan:

1. Azərbaycanda iqlim əmələgətirən amillər.

2. Günəş radiasiyası və havanın temperaturu.

3. Hava kütlələri və küləklər.

4. Yağıntılar.

5. İqlim tipləri.

6. İqlimin dəyişməsi. Fəlakətli atmosfer halları.

Respublikamızın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.

İqlim əmələ gətirən amilllərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir.

Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir.



Günəş radiasiyası və havanın temperaturu. Respublikamız Qafqazda ən çox günəş radiasiyası alan ölkədir. Onu “Günəşli Azərbaycan” adlandırılırlar. Respublika ərazisində günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişilir. Günəşli saatların ən yüksək miqdarı Naxçıvan MR-in Arazboyu düzənliklərində müşahidə edilir (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında günəşli saatların miqdarı 2200-2400 saat/il təşkil edir.

Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında buludluluğun artması ilə əlaqədar, günəşli saatların miqdarı xeyli azalır.

Ən az günəşli saatlar alçaqdağlıq zonalarda, Lənkəran ovalığında və Şollar düzündə (1800-2000 saat/il) müşahidə edilir.

Azərbaycan Respublikası ərazisində günəş radiasiyası qeyri-bərabər paylanmışdır.



Havanın temperaturu iqlimin əsas ünsürlərindən biridir.



Ümumi günəş radiasiyasının illik miqdarı

Yüksəklik hər 100 m artdıqca havanın temperaturu təqribən 0,60 C aşağı düşür.



Mütləq minimum temperatur düzənliklərdən dağ zirvələrinə doğru artır.

Respublikamızda havanın ən alçaq temperaturu Araz çayı dərəsində, Culfada -33 0C müşahidə edilmişdir. Kür-Araz ovalığının mərkəzi hissələrində isə bu göstərici -24 0C, Abşeron yarımadasında -130 C olmuşdur.

Havanın mütləq maksimum temperaturu da qeyri-bərabər paylanır.

Respublikamızda ərazisində illik temperatur amplitudu daha yüksəkdir. Naxçıvanda bu göstərici bəzi sahələrdə 50-600 C və daha çox, Xəzər sahillərində və . Kür-Araz ovalığında isə daha çox olur. Temperaturun sutkalıq amplitudu Arazboyu düzənliklərdə və dağlıq ərazilərdə 10-150C –yə çatır; Gəncə-Qazax zonasında, Lənkəran ovalığında və Xəzər dənizi sahillərində isə 7-80 C-dən artıq olmur.

İqlimşünas alimlərimiz Azərbaycan ərazisinə daxil olan hava kütlələrinin və atmosfer dövranının bir neçə tipini müəyyən etmişlər.

1. Arktik hava kütlələri. Əsasən ilin soyuq dövründə şimaldan, şimal-şərqdən və şimal-qərbdən Azərbaycan ərazisinə daxil olur. Arktik dəniz və arktik kontinental yarımtipləri var.

Bu hava kütlələri Şimal Buzlu okeanı üzərində yaranır və cənuba hərəkət edərək Azərbaycan ərazisinə daxil olur.



2. Mülayim hava kütlələrinin dəniz yarımtipi Atlantik okeanının şimalında yaranır və Avropa üzərindən keçərək, Azərbaycana daxil olur. Bu hava kütlələrinin təsiri ilə temperatur aşağı düşür, buludluluq artır, tez-tez yağış yağır.

Mülayim kontinental hava kütlələri isə Qərbi Sibir, Qazaxıstan və Rusiyanın Avropa hissəsində yaranır.



3. Tropik hava kütlələri respublikamızın ərazisinə cənubdan, əsasən yayda daxil olur. İsti və quru hava şəraitinin yaranmasına səbəb olur. İlin soyuq dövründə temperaturu yüksəldir.

4. Cənub siklonları Aralıq dənizi, İranın şimal-qərbi və Kiçik Asiya üzərindən Azərbaycan ərazisinə daxil olur. Bu zaman havanın temperaturu xeyli aşağı düşür, güclü küləklər əsir, buludluluq artır. Yağıntılar başlıca olaraq ilin isti dövründə düşür.

5. Orta Asiya hava kütlələri Xəzər dənizindən keçərək Azərbaycan ərazisinə daxil olur. Bununla əlaqədar, ilin isti dövründə havanın temperaturu qalxır, soyuq dövrlərdə isə aşağı düşür. Əsasən, şərq və cənub-şərq kütlələri üstünlük təşkil edir, yağıntılar ancaq qışda düşür.


Azərbaycan ərazisinə daxil olan hava kütlələri.

1. Kontinental və dəniz arktik hava kütlələri. 2. Mülayim enliklərin dəniz tropik hava kütlələri. 3. Mülayim enliklərin kontinental hava kütlələri. 4. Cənub siklonları. 5. Orta Asiyadan gələn hava kütlələri.

Yerli hava dövranı əsasən Xəzər dənizi ilə Azərbaycan ərazisi arasındakı təzyiq fərqlərindən yaranır.

Yüksəktəzyiq sahələrindən alçaqtəzyiqli sahələrinə doğru üfüqi istiqamətdə hava yerdəyişməsinə külək deyilir. Azərbaycan ərazisində yaranan küləklər mənşə etibarilə iki cür olur: müxtəlif hava kütlələrinin respublika ərazisinə daxil olması nəticəsində yarana küləklər və yerli şəraitlə əlaqədar əmələ gələn küləklər.

Səth örtüyünün xüsusiyyətləri ilə əlaqədar, respublikamızın ərazisi üçün əsasən yerli küləklər səciyyəvidir. Abşeron yarımadasında və dəniz sahillərində hakim külək xalq arasında “x ə z r i” adlanan şimal, şimal-qərb və şimal-şərq küləyidir. Onun sürəti bəzən 35-40 m/san-yə temperaturunu aşağı salır, sərinlik gətirir.

Azərbaycana cənub-şərqdən və cənubdan daxil olan “g i l a v a r” qış aylarında havanın mülayimləşməsinə, yayda isə, istiliyin və nəmliyin artmasına səbəb olur. Xəzri və gilavar küləkləri Bakı və Sumqayıt şəhərlərinin çirkli havasının təmizlənməsində mühüm rol oynayır.

Sutka ərzində səth örtüyünün qeyri-bərabər qızması ilə əlaqədar olaraq, dağlıq ərazilərdə d a ğ – d ə r ə k ü l ə k l ə r i, Xəzər dənizinin sahillərində s a h i l k ü l ə k l ə r i əmələ gəlir. Aran rayonlarında tropik hava kütlələrindən əmələ gələn, ilin isti dövründə əsən isti, quru a ğ y e l və q a r a y e l bitkilərin inkişafına mənfi təsir göstərir. İlin soyuq dövründə dağlıq ərazilərdə f ö h n adlanan isti və quru küləklər əsir.





Yağıntıların illik miqdarı, mm-lə

Respublika ərazisində yağıntılar qeyri-bərabər paylanır. Ən az yağıntı Abşeron yarımadasının cənubunda, ən çox yağıntı isə Talış dağlarının ətəklərində düşür.

Böyük Qafqaz dağlarının cənub yamacları illik yağıntıların miqdarına görə Lənkəran vilayətindən sonra ikinci yerdədir.

Lənkəran ovalığında yağıntının çox hissəsi ilin soyuq dövründə (oktyabr-mart aylarında), Böyük və Kiçik Qafqaz dağlarında yazın axırı-yay aylarında, digər sahələrdə isə əsasən yaz və payız aylarında düşür.

İllik yağıntıların miqdarı 200 mm-dən az olan ərazilərdə səhrəlar, 200-400 mm olan sahələrdə yarımsəhralar, 400-600 mm olan sahələrdə dağ çölləri, alçaq dağ meşələri, 600-1400 mm-ə çatan sahələrdə zəngin meşələr mövcuddur.

Respublika ərazisində illik buxarlanma göstəricisi 300-1400 mm arasında dəyişir.

İllik yağıntının mümkün buxarlanmaya nisbəti rütubətlənmə əmsalı adlanır.

Respublikamızın ayrı-ayrı hissələri iqliminə görə bir-birindən xeyli fərqlənir.

Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağ-tundra iqliminədək bir-birindən fərqlənən 9 iqlim tipi mövcudduir.

Dağətəyi düzənliklərdən yüksəkdağlığa doğru iqlim tipləri bir-birini əvəz edir.



I. Yarımsəhra və quru çöl iqlimi respublika ərazisinin 50%-dən artığını əhatə edir. Bu iqlim Kür-Araz ovalığını, Arazboyu düzənlikləri, Samur-Dəvəçi ovalığını, Abşeron-Qobustanı tutur. Kür-Araz ovalığında qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi - q u r u s u b t r o p i k i q l i m hakimdir.

Naxçıvan MR-in Arazboyu düzənliyi və qismən alçaqdağlıq ərazilər qışı soyuq, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqliminə malikdir. Burada ən isti ayın temperaturu 27-280 C-dən yüksək olur. İllik yağıntıların miqdarı əksər sahələrdə 300 mm-dən azdır.



II. Mülayim-isti iqlimin müxtəlif növləri respublika ərazisinin 30%-dən artığını əhatə edir. Bu iqlim Böyük və Kiçik Qafqazın və Talış alçaq və ortadağlıq zonaları üçün səciyyəvidir. Respublikanın müxtəlif dağlıq ərazilərində mülayim-isti iqlimin bir-birindən fərqlənən tipləri mövcuddur.


İqlim tipləri

1. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (Naxçıvanda qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi). 2.Qışı quraq keçən mülayim-isti iqlim. 3.Yayı quraq keçən mülayim-isti iqlim. 4. Yağıntıları bərabər paylanan mülayim–isti iqli. 5. Yayı quraq keçən soyuq iqlim. 6. Qışı quraq keçən soyuq iqlim. 7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. 8. Dağ-tundra iqlimi.

Qışı quraq keçən mülayim–isti iqlim Kiçik Qafqazın bütün dağətəyi və alçaqdağlıq zonasını,Qanıx-Əyriçay vadisini, Acınohur öndağlığını, Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edir.

Yayı quraq keçən mülayim–isti iqlim Lənkəran ovalığı, Kiçik Qafqazın cənub-şərq qurtaracağı, Böyük Qafqazın cənub-şərqi üçün səciyyəvidir.

Yağıntıları bərabər paylanan mülayim–isti iqlim Talış dağlarının, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarının alçaqdağlıq və dağətəyi zonalarını əhatə edir. Həmin ərazilərdə qış yumşaq, yay mülayim –isti keçir, il boyu yağışlar yağır.Lakin yay ayları nisbətən quraq keçir.

III. Soyuq iqlimin müxtəlif tipləri respublika ərazisinin 20%-ə yaxınını əhatə edir. Bu iqlim Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrini tutur.

Yayı quraq keçən soyuq iqlim Naxçıvan MR-də alçaq zonadan başlamış yüksəkdağlığadək böyük sahəni əhatə edir.

Qışı quraq keçən soyuq iqlim Kiçik Qafqazın şimal-şərq yamacı, Yan silsilə, Kiçik Qafqazın ortadağlıq və qismən də yüksəkdağlığı üçün səciyyəvidir.

Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim ancaq Böyük Qafqazın cənub yamaclarında, 1500-2700 m yüksəkliklərdə müşahidə edilir. Bu iqlim yayın sərin, qışın soyuq keçməsi ilə səciyyələnir. Yağıntı ən çox yaz və payız fəsillərində düşür.

IV. Dağ-tundra iqlimi- Böyük və Kiçik Qafqazın, Zəngəzur silsiləsinin mütləq yüksəkliyi 2700 m-dən artıq olan hissələrini əhatə edir. Bu iqlim tipində qış və yay əsasən quraq keçir, yağıntının əksəriyyəti qar şəklində düşür. Ən isti ayın orta temperaturu 00C ilə 100C arasında dəyişir.
DAXİLİ SULAR

Plan:

1. Respublıkamızın daxili suları.

2. Çayların qidalanması, su rejimi.

3. Göllər.

4. Su anbarları və kanallar.

5. Yeraltı sular, buzlaqlar.

Quru sularını coğrafiyanın mühüm sahələrindən biri olan hidrologiya elmi öyrənir.

Daxili sulara çaylar, göllər, su anbarları, yeraltı sular, buzlaqlar, bataqlıqlar daxildir.

Azərbaycan Respublikası sıx çay şəbəkəsinə malikdir. Respublikamızın ərazisində irili-xırdalı 8400-ə qədər çay var. Onlardan 190-nın uzunluğu 5 km-dən artıqdır. Uzunluğu 100 km-dən artıq olan çayların sayı 21, uzunluğu 500 km-dən artıq olanların sayı isə 2-dir.

Respublikamızın çaylarının axını əsasən dağlarda yaranır. Düzənliklərdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud bilavasitə Xəzər dənizinə tökülür.

Çay suları şirin su ehtiyatının əsasını təşkil edir. Çaylarımızın orta illik su axımı 31 km3 yaxındır. Lakin onun yalnız 1/3 hissəsi, yəni 10 km3-i respublıka daxilində, qalanı isə (21 km3) qonşu ölkələr ərazisində yaranır.

Çay şəbəkəsinin sıxlığı çox müxtəlifdir.

Böyük Qafqazın şimal-şərq yamacından axıb bilavasitə Xəzər dənizinə tökülən Qusarçayın, Qudyalçayın, Qaraçayın, Vəlvələçayın yatağında pillələr müşahidə edilir.



Azərbaycan Respublikasının çayları

Respublikamızın ərazisindəki çayları coğrafi yerləşmə xüsusiyyətlərinə görə 4 əsas qrupa bölmək olar:



I. Böyük Qafqazın şimal-şərq yamacının çayları.

II. Abşeron-Qobustan sahəsinin çayları.

III. Kür hövzəsinin çayları. Bunlar Kürün sağ qollarına, sol qollarına və Araz hövzəsinə ayrılır.

IV. Talış sahəsinin çayları.

Kür hövzəsinin çaylarından başqa, digər qruplara aid çayları sərbəst Xəzər dənizinə tökülür.

Çaylarda suyun miqdarı il boyu eyni olmur.

Respublikamızın çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır.

Qidalanma xüsusiyyətlərinə və sululuq dərəcəsinə görə respublikamızın çayları iki qrupa bölünür: axımı daimi olan çaylar və yayda quruyan çaylar, Kür, Araz, Tərtərçay, Türyançay, Samur, Qusarçay, Qudyalçay və s. iri çaylar müxtəlif mənbələrdən –həm qar, yağış, suları ilə, həm də yeraltı sularla qidalanır.

Lakin bəzi çayların qida mənbələri xeyli zəif olur. Məsələn, Pirsaat, Sumqayıt, Ceyrankeçməz çayları, əsasən yağış suları ilə, çox az miqdarda isə qar və yeraltı sularla qidalanır. Belə çaylar yayda quruyur.



Sel Azərbaycan üçün ən fəlakətli təbiət hadisələrindən biridir. Sel qəflətən yaranır, böyük sürətlə keçir, ən başlıcası isə tərkibində 70-80%-ə qədər daş və palçıq kütləsi olur. Tərkibindəki maddələrin həcminə görə sellər üç yerə bölünür: palçıqlı sellər, daşlı sellər və daşlı-palçıqlı sellər.

Hazırda selə qarşı iki yolla mübarizə aparırlar: 1. Hidrorexniki qurğular tikməklə selin qarşısı alınır. Belə qurğular Kişçay, Talaçaq, Dəmiraparançay, Ordubadçay və s. selli çaylarda yaradılmışdır. 2. Selli çayların hövzələrində fitomeliorativ tədbirlərlə (ağac, kol, ot və s. bitkilər əkmək) təhlükəli sel ocaqları zərərsizləşdirilir.

Azərbaycan çayları dünyanın ən böyük axarsız hövzələrindən biri olan Xəzər dənizi hövzəsinə aiddir.

Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəklikdən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycana daxil olur. Mingəçevir su anbarına qədər Kür düzənlik və alçaqdağlıq ərazilərlə, sonra isə Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür.

Kür çayının uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikasının ərazisindədir. Hövzəsinin sahəsi Arazla birlikdə 188 min km2-dir.Kür Xəzər dənizinə saniyədə 580 m3 , ildə 18 km3 su axıdır.

Kür respublikamızda yeganə çay su yoludur.

Kür çayının illik axımının 52%-ni qar, 30%-ni yeraltı, 18%-ni yağış suları təşkil edir.



Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min km2-dir. Araz çayı yuxarı və orta axarlarda iti axır, aşağı axarda isə onun sürəti zəifləyir. Çayın hövzəsində fəal yuyulma prosesi gedir və hər il Kürə 14 mln.tona yaxın çöküntü gətirir.

Araz çayının illik axımının 46%-ni yeraltı sular, 38%-ni qar, 16%-ni yağış suları təşkil edir.



Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. 3600 m mütləq yüksəklikdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min km2-dir.Samur dağlıq sahədə sıldırımlı,dik yamaclı,dərin dərə ilə axır.Samur-Dəvəçi ovalığının geniş şimal hissəsi bu çayın gətirdiyi çöküntülərdən yaranmışdır.Çayın qidalanmasında yeraltı bə buzlaq suları xüsusi əhəmiyyət kəsb edir.Ona görə də illik axımın böyük əksəriyyəti yay aylarının payına düşür.Samur çayı üzərində su qovşağı tikilmişdir.Samur-Abşeron suvarma kanalı bu qovşaqdan başlanır.

Böyük Qafqazın şimal-şərq yamacından başlayan Qusarçay, Qudyalçayın, Qaraçayın, Vəlvələçay, Gilgilçay, Ataçay Xəzər dənizinə tökülür.

Qobustan və Abşeron yarımadasının çayları (Sumqayıt, Ceyrankeçməz, Pirsaat, Sitalçay və s. ) əsasən yağış suları ilə qidalanır.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə