Amea folklor institutu I. CavaxiŞVİLİ adına tbiLİSİ DÖVLƏt universiteti




Yüklə 32.85 Kb.
tarix22.02.2016
ölçüsü32.85 Kb.
AMEA FOLKLOR İNSTİTUTU

İ.CAVAXİŞVİLİ adına TBİLİSİ DÖVLƏT UNİVERSİTETİ

TÜRKİYƏNİN ARDAHAN UNİVERSİTETİ

QAFQAZ UNİVERSİTETLƏR BİRLİYİ,

TÜRK DÜNYASI MÜHƏNDİSLƏR VƏ MEMARLAR BİRLİYİ

VALEH HACILAR BEYNƏLXALQ ELMİ-MƏDƏNİ TƏDQİQAT FONDU

SUXUMİ DÖVLƏT UNİVERSİTETİ

Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası”

mövzusunda Beynəlxalq Elmi Simpozium



18-21 aprel 2012-ci il, Tbilisi şəhəri
Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi qədimdir. Bu xalqlar arasında qardaşlığın və dostluğun zəngin təcrübəsi vardır. Azərbaycan prezidenti cənab İlham Əliyev xalqlar dostluğu ilə əlaqədar demişdir: “Biz hər zaman bir birimizin təəssübünü çəkəcəyik, və bu bizi müasir dövrdə yaşadan tarixi yaddaşdır. Biz ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün əlimizdən gələni əsirgəməməliyik”. Gürcüstan prezidenti cənab Mixail Saakaşvili də xalqlarımız arasındakı münasibətləri yüksək qiymətlən­dir­mişdir: “Biz bir-birimizin başlanğıcı və sonu sayılırıq. Bu, problemlərin olmadığı bir münasibətdir. Bundan yaxşısını təsəvvür etmək belə mümkün deyil”. Qardaş xalqların elm sahəsində əməkdaşlığını gücləndirmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, İ.Cavaxişvili adına Tiflis Dövlət Universiteti, Türkiyənin Ardahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə 18-21 aprel 2012-ci il tarixində “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası” Beynəlxalq Elmi Simpozium keçirməyi qərara almışdır. Bu simpozium filologiya elmləri doktoru, professor, 30 kitab müəllifi Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyevin) xatirəsinə həsr olunacaqdır. Professor Valeh Hacılar uzun illər Azərbaycan-gürcü ədəbi əlaqələrini tədqiq etmişdir. Xalqlararası əlaqələrin öyrənilməsi və gücləndirilməsi sahəsində göstərdiyi xidmətlərinə görə Valeh Hacılar Gürcüstan prezidenti tərəfindən Şərəf Ordeni ilə təltif edilmişdir.
SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ
Sədarət: Prof.Dr. Muxtar İmanov (AMEA Folklor İnstitutunun direktoru)

Prof.Dr. Aleksandr Kvitaşvili (İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru)

Prof.Dr.Ramazan Korkmaz (Ardahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin başkanı)

Düsen Kaseinov (TÜRKSOY genel sekreteri)

Prof.Dr.İlyas Demirçi (Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin başkanı)

Prof.Dr.Cengiz Alyılmaz (Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondunun başkanı)

Prof.Dr.Coni Apakidze (Suxumi Dövlət Universitetinin rektoru)
Elmi Heyət: Prof.Dr.Tsira Baramidze (Qafqazşünaslıq İnstitutunun

direktoru)



Akad.Tofiq Hacıyev (AMEA Folklor İnstitutunun şöbə müdiri)

Prof.Dr. Kamran Əliyev (AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan tərəfdən Simpoziumun Dəyərləndirmə Heyətinin Sədri)

Prof.Dr. Füzuli Bayat (AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan tərəfdən Simpoziumun Dəyərləndirmə Heyətinin üzvü)

Prof.Dr. İsrafil Abbaslı (AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan tərəfdən Simpoziumun Dəyərləndirmə Heyətinin üzvü)

Dr. Əli Şamil (AMEA Folklor İnstitutunun bölmə müdiri)

Dos.Dr.Afaq Ramazanova (AMEA Folklor İnstitutu)

Prof.Dr.Semra Alyılmaz (Türkiyə, Ərzurum, Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondu)

Prof.Dr. Marika Cikiya (Tbilisi Dövlət Universiteti)

Prof.Dr. Teymuraz Kurdovanidze (Tbilisi Dövlət Universiteti)

Prof.Dr. Orhan Soylemez (Ardahan Universiteti)

Prof.Dr. Şureddin Memmedli (Ardahan Universiteti)
Üzvlər: E.Aslanova (Tbilisi Dövlət Universiteti)

R.Kurdovanidze (Folklor seksiyasının elmi rəhbəri)

C.Kvitsiani (Tbilisi Dövlət Universiteti)

G.Qotsiridze (Tbilisi Dövlət Universiteti)

G.Qocayeva (Ardahan Universiteti)

V.Saleh (AMEA Folklor İnstitutu)

R.Qavrelişvili (Tbilisi Dövlət Universiteti)

Ş.Kirtadze (Tbilisi Dövlət Universiteti)

SİMPOZİUMUN MÖVZULARI

1.Türkologiya və Qafqazşünaslığın problematikası,

2.Qafqaz xalqlarının folkloru

3.Qafqaz xalqlarının tarixi və mədəniyyəti

4.Lingvokulturologiya (areal linqvistika, tipologiya və komparavistika).
SİMPOZİUMUN İŞ DİLLƏRİ

Gürcü, Azərbaycan, Türk, İngilis və Rus.


SİMPOZİUMUN KEÇİRİLƏCƏYİ YER

Gürcüstan, Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti


SİMPOZİUMUN QAYDALARI

1. Simpoziumda iştirak etmək istəyənlər öz tezislərini bu iki dildə: gürcü-ingilis, Azərbaycan-ingilis, türk-ingilis, ingilis-rus, hər dildə 300-dən artıq söz olmamaq şərti ilə (A4 - Word formatında Times New Roman şriftində, 14 punto, 1,5 interval) 25 fevral 2012-ci il tarixinə qədər təşkilat komitəsinə göndərməlidirlər. Bu qaydalara uyğun olmayan yazılar qəbul edilməyəcəkdir.



2. Göndərilən tezislər dəyərləndirmə heyəti tərəfindən dəyərlən­diri­lə­rək müəllifə məlumat veriləcəkdir.

  1. Dəyərləndirmədən keçməyən materiallar geri qaytarılmayacaqdır.

  2. Konfrans barədə məlumatı və anket formasını www.folklorinstitutu.com

səhifəsindən əldə edə bilərsiniz.

6. Tezisləri və doldurulmuş anketi azfolklor@yahoo.com, azfolklor@yandex.ru elektron ünvanına göndərmək lazımdır.

7. Simpoziumun tematikasına cavab verməyən tezislər qəbul edilməyəcəkdir.

8. Yol və qonaqlama xərcləri ödənilməyəcəkdir.

9. Simpoziumda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır.
Qeydiyyat ödənişi - 25$ (Tbilisi Dövlət Universitetinə ödəniləcəkdir)

Anket forması


Adı, soyadı:







Təşkilat:







Vəzifəsi:







Poçt ünvanı:







Telefon:







Fax:







Elektron poçtu (e-mail)







Ölkə:







Qısa tərcümeyi-hal, ən mü­hüm əsərlərinizin siya­hı­sı, nəşr ili, yeri (500 işarəni keçməmək şərti ilə)






Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

Tel: (99 412) 498 81 08, (99 412) 492 92 48, Faks: (99 412) 498 16 21

Web: www.folklorinstitutu.com, E-mail: azfolklor@yahoo.com








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə