3. Macarıstan tarixi




Yüklə 18.38 Kb.
tarix28.02.2016
ölçüsü18.38 Kb.
3.Macarıstan tarixi.

Macaristan tarixi, macarların ya da Avrupada bilinən adları ilə Hungarların kökünə münasibətdə əsas olaraq qəbul edilən görüş nəticəsiz və mübahisəli olmasına qarşı ; onların İsadan sonra 9 yüz ilə qədər Avrasiyanın ovalarında yaşayan göçəbə topluluğlar olduqları üzərindədir. Macarların yurdu, Fin - Ugor sakinlərinin ana yurdu olan Ural dağları ilə Volga çayı əraziləridir. Fin - Ugor sakinlərinin cənubdakı qolu olan Ugorlar daha sonra güneyə enərək Onogurlar qarışdılar. Daha sonra qərbə köç edən Hunlarla qarışdılar. Bu üç boyun qarışması ilə Volga bölgəsində “ Macar ” xalqı meydana gəldi. Sabirlərin hücumları ilə yurdlarından ayrılaraq Kuban Irmağı ətəklərinə yerləşdilər. Daha sonra Xəzər hakimiyətini qəbul etdilər (460). Daha sonra bu boylara Xəzərlərdən olan Xavar adlı üç boy qatıldı. Yəni günümüz Macarları üçü Türk dörd tayfa birləşməsindən doğmuşdur: Onogurlar, Ugorlar, Hunlar və Xavar xəzərlərı. Yaşadıqları bölgədə, 7 Macar və 3 Xəzər Boyu birləşərək örgütlənmişlərdir. Macarların Avropada yaygın biçimde kullanılan adlarının hardan gəldiyinə yönelik ən güclü olasılık o dönemin Türkçəsində "on ox ” mənasına gələn "on oğur" kəlməsini dəyişərək Hungar kəlməsinə çevrilməsidir. "On oğur" kəlməsi 10 boyun bir araya gələrək təşəkkül birliyini bildirir. Macarlar 896 ilində 1 Transilvanyaya gələrək bu əraziyə yerləşdilər. Ardından bugünkü cənubi Avstirya və cənibi Slovakya topraqlarının bir hissəsini işğal etdilər. 995 ilində baş verən Lechfeld döyüşünün sonununda aldıqları böyük məğlubiyyətdən sonra daha artıq irəliləməyərək Karpatya Ovasına tam olaraq yerləşdilər. Arpad, 9-cu yüz ilində Macar Boylarına başçılıq edərək Avropada fəthlər edən və özü nəslindən gələnlər ilə Árpádlar Hanedanını quran Macar hömdarıdır. Árpáddan sonra yerinə gələn Şahzadə Géza, 7 Macar Boyunun rəhbəri idi. Géza bu Macar boylarını Xristian Avropa ilə bütünləştirməyə çalışmış, yaşadıqları yerləri Avropa mimarisine görə düzənlətmişdir. Xristianlığı Macarlar arasında böyük ölçüdə yaymış və yerinə qizi Viktoriyanın geçməsini vəsiyyət edərək, xanədanın ən yaşlı üzvünün taxta geçməsi qərarını qaldırmışdır. Macaristan , taxta çıxan I István tərəfindən 1000 – ci ilin dekabr ayında Estergon mərkəz olmak üzrə xristian bir krallıq olaraq elan edildi. István, Gézanın oğlu, yəni Árpádın nəslindədir. 1006 – ci ilinə gələnə qədər István, həm əski Macar pagan dinsel inançlarını sürdürmək istəyən, həm də Bizans İmperatorluğunun Ortodoks Kilsəsinə bağlanmağı qoruyan bütün tərəfdarlarını məhv ederek gücünü artırdı. Daha sonra Macaristanı bütünlükdə Xristian inanc və adətlərinə görə yönələn feodal bir ölkə qurmaq üçün bütün təhlükələri qaldırmağ ilə məşğul oldu. Istvánin bütün etdiklərinin sonunda ortaya, Alman Krallarına və Macaristan torpağlarından keçən xaçlı ordularına, Macar boylarını izləyərək cənubdan buralara gələn yağmacı konar köçər boylara qarşı bütün gücü ilə ayaqda duran bir krallık çıxtı. Bu ərəfədə aralarında Hırvatistan və şərq Slovakiya torpağlarında yerləşən bir çox kiçik Slav krallığıda idarə etməsi altına alındı. 1241 - 1242 – ci illərdə daha bu krallıq Avropanı darmadağın edən Moğol İstilası səbəbləri ilə böyük zərbələr aldı. Macar ordularının Muhi döyüşündə ağır bir məğlubiyyət ilə geri çəkilməsinin ardından Kral IV Béla ölkədən qaçdı və nüfuzun üçdə birlik bölümü gərək daha sonraki hücumları, gərəksə qərbdən və cənubdan, qonşulardan aldıkları hücumlar ilə yox oldu. Yalnızca yaxşı və güclü qalalar ilə qorunan şəhər və manastırlar bu hücumlara qarşısın ala bildi. Yekun olaraq Moğollar geri çəkilincə Kral Béla, sərhəd bölgələrindəki önəmli nöqtələrə végvár deyilən qorunan qalalar inşa edilməsi əmrini verdi. Bu qalalar gərək o vaxtda, gərək isə gələcək vaxtlarda, əsasda 14 – ci yüzil sonlarından başlayaraq Osmanlı hücumlarına qarşı Macaristan için olduqca böyük əhəmiyyətə sahip olmuşlardır. Fəqət bu inşalar kralı derebeylere qarşı böyük borçlara saldığı üçün mərkəzî otorite olduqca güc itirmişdir.Árpádın nəslindən gələnlər Macaristanı 1301 – ci ilinə qədər idarə etdilər. Árpád Xanədanının hökmranlığı ərzində ölkə ən geniş sərhədlərinə çatsa da, Osmanlı Türklərinin ölkəyə olan hücumları artmasına qarşın derebeyler de təsirlərini və güçlerini bir o qədər arttırdılar. İkinci böyük Macar kralı, I ya da Nagy Lajosdur. 1342 - 1382 –ci illər arasında Macaristanı idarə edən kral, yaşadığı vaxtda ölke topraklarını Qara dənizdən Adriatik Dənizinə qədər genişlətdi və qardaşını öldürüldüğü Naples Krallığının topraklarını uzun müddət işgal altında tuttu. 1370 – ci ilindən sonra Polonya'nın da kralı o oldu. Kasimir və babası I. Charlesın etmiş olduğları antlaşma tarix boyunca sözü keçən Macar-Leh dostluğunun başlamasını sağladı. Lüksemburglu bir şahzadə olan Sigismund, Louisnin qızı Mary ilə evlənərək taxta sahib oldu. Fəqət onun vaxtı yoğunlukla cənubda böyük torpağ itgilərinin yaşandığı bir çağ oldu. Osmanlı Türkleri ilə yapılan xaçlı döyüşlərində ağır məğlubiyyətlər alındı.Macaristanın son böyük kralı Rönesans Dönemi kralı Matthias Corvinus'dur. Corvinus, 1456 – ci il Nándorfehérvár mühasirəsində Macar ordularını idarə edən derebeyi və komandan János Hunyadi'nin oğludur. Babasının getdiyi yol üzərinə Osmanlı Dövləti ilə mücadeler üzerine təzələrini əlavə etdi. Ölkə içi reformların bəzən ölke torpağlarını cənuba ve şimala genişletmek için yola çıktı. Təşkil etmiş olduğu ordu Fekete Sereg (Kara ordu) olarak adlandırıldı. 1485 – ci ilində aralarında Viyana'nın da olduğu bir çox yeni yer fəth etdilər.

Matthias'ın ölümünden sonra, onun yerini alan Kral II. Ladislaus vaxtında ölke keçmişdəki kimi idarə edilmədi. Ölümündən əvvəl bir çox canlanma başlandı. Mərkəzî otorite zəiflədiyindən, hər vaxt ölkəyə hücumlar hazırlayan Osmanlının əlinə böyük bir fırsat keçdi. 1521-ci ildə Belgrad (Nándorfehérvár) əldən çıxdı və 1526 –cı ildə Macar ordusu Mohaç döyüşündə, tarixindəki ən böyük məğlubiyyətlərindən birini yaşadı.Yüz illər boyunca Macaristan Krallığı, soyluların bağımsızlığına, bir takım milletlerin ayrıcalıklarına və ayrılmaz kent krallıklarının qurulmasına icazə verən ənənəvi yasalarından heç imtina etməzdi. Macarlar — Fin -uqor xalqlarından biri, Macarıstan Respublikasının əsas əhalisidir. Macarıstanın əhalisinin 99.4 % - ini təşkil edirlər. Sayları 12,5 mln.-dan çoxdur. İndiyə qədər tam öyrənilməmiş mürəkkəb etnik tarixə malikdirlər.



Bizim eramızdan əvvəlki dövrlərdə müasir Macarıstan ərazisində qədim illiriyalılar və frakiyalılar yaşayırdılar. E.ə. IV əsrdə bura kelt tayfaları köç etməyə başlayıblar. Antik dövrün sonunda bu ərazilər Roma İmperiyasının əsarəti altında idilər və elə bu dövrdə buraya İran köçəri tayfaları olan – sarmatların köçü baş vermişdi. Bizim eranın V və VIII əsrlərində bura hunlar, german tayfaları və avarların axını baş vermişdir. VI əsrdən sonra isə bu ərazilərə slavyan tayfaları da köç etməyə başlamışlar. IX əsrin sonunda bu ərazi köçəri Uqor tayfaları olan madyarlar tərəfindən işğal olunmuşdur. XI əsrin əvvələrində ilkin Macar feodal dövləti yarandıqdan sonra, özündən əvvəl gələn millətlərlə qarışan madyar tayfaları əsasında macar etnosu formalaşmışdır. XII əsrdən başlayaraq burada valaxlar, almanlar, vallonlar, fransızlar, italyanlar, peçeneqlər, oğuzlar, volqa bolqarları, alanlar (yaslar ) və qaraçılar da məskən salmışlar. Bu millətlərin çox böyük bir hissəsi macarlarla qarışdığından, macar millətinin çoxlu sayda etnoqrafik qruplara vardır. XVI əsrin birinci yarısında Macarıstanın cənub və şərq hissələri Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu, ölkənin qərb hissəsini isə Avstriya Habsburqları işğal etmişdilər. XVII əsrin sonlarında türklər buradan çıxarılır və ölkənin bütün hissəsi Avstriya Habsbuqları tərəfindən işğal olunur. Uzunmüddətli Osmanlı və Avstriya əsarəti macarların mədəniyyətinə və dilinə öz təsirini göstərmişdir. Macarların tərkibində bir neçə öz mədəniyyətlərinin bəzi xüsusiyyətlərini indiyədək saxlamış etnoqrafik qrup mövcuddur. Budapeştin şərqində və cənub - şərqində Yasşaq, Kişkunşaq və Nadkunşaq kimi tarixi ərazilərdə kuman və yaslar kimi etnoqrafik qruplar yaşayırlar. Kumanlar – monqolların əsarətindən canlarını qurtararaq XIII əsrdə Macarıstana pənah gətirmişlər. Onlarla birlikdə Macarıstana osetinlərə yaxın millət olan yaslar da köçüb gəlmişlər. Digər etnoqrafik qrup isə hayduklardırlar. Bu ad altında Habsburqlarla müharibə aparmaq üçün feodallar tərəfindən toplanmış müxtəli əhali qrupları nəzərdə tutulur. Həyat tərzlərinə görə hayduklar rus kazaklarını xatırladırdılar. Macarıstanın etnik qrupları arasında həmçinin palotsları, matyoları və rabakezləri qeyd etmək olar. Macarların dövlət dili olan macar dili lüğət tərkibinə görə uqorların dilinə yaxındır. Macarların böyük hissəsi katolikdirlər. Aralarında protestantlara da rast gəlinir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə