1. ÜMumi MÜDDƏalar (1-6) GƏMİ (7-25)




Yüklə 0.99 Mb.
səhifə7/9
tarix23.02.2016
ölçüsü0.99 Mb.
1   2   3   4   5   6   7   8   9

DƏNİZ TƏLƏBLƏRİ ÜZRƏ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

Maddə 276. Məsuliyyətin məhdudlaşdırılmasına hüququ olan şəxslər

 276.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq gəmi sahibinin və xilas edənin bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə məsuliyyəti məhdudlaşdırılır.

 276.2. Bu fəsildə müəyyənləşdirilmiş qaydaların tətbiq edilməsi məqsədləri üçün xilas edən xilasetmə əməliyyatları ilə, o cümlədən bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan əməliyyatlar ilə bilavasitə bağlı xidmətlər göstərən istənilən şəxsdir.

 276.3. Bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblərdən hər hansı biri, hərəkətinə və ya hərəkətsizliyinə görə məsuliyyəti bu  Məcəllənin 276.1-ci və 276.2-ci maddələrində göstərilən şəxslərin daşıdığı şəxsə qarşı irəli sürüldükdə, belə şəxs bu fəsildə müəyyən edilmiş  qaydalara müvafiq olaraq məsuliyyətin məhdudlaşdırılması hüququna malikdir.

 276.4. Bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə məsuliyyətin sığortaçısı məsuliyyəti sığortalanmış şəxsdə olduğu  dərəcədə, bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq, məsuliyyətin məhdudlaşdırılması hüququna malikdir.

 276.5. Məsuliyyətin məhdudlaşdırılmasına yönəldilmiş hərəkət məsuliyyətin tanınmasını bildirmir.

Maddə 277. Məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblər

 277.1. Aşağıdakı tələblər bu Məcəllənin 278-ci maddəsində müəyyənləşdirilmiş qaydaları gözləmək şərti ilə, məsuliyyətin əsasından asılı  olmayaraq, məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür:

 277.1.1. gəmidə və yaxud bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə əlaqədar vətəndaşın ölümü və ya sağlamlığının pozulmasından, yaxud əmlakın, o cümlədən liman qurğularının, su hövzələrinin, gəmiçilik yollarının və naviqasiya avadanlığı  vasitələrinin itirilməsi və ya zədələnməsindən yaranan tələblər, habelə bunun nəticəsində sonradan vurulan hər-hansı bir zərərin  əvəzinin ödənilməsi üzrə tələblər;

 277.1.2. dənizlə yüklərin, sərnişinlərin və ya onların baqajının daşınması zamanı baş vermiş gecikdirilmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər;

 277.1.3. bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bağlı olan və müqavilədən irəli gəlməyən hər hansı bir hüququn pozulması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər;

 277.1.4. əgər zərərə görə cavabdeh olan şəxs bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq öz məsuliyyətini məhdudlaşdıra bilərsə, zərərin qarşısını almaq və ya onu azaltmaq məqsədi ilə zərərə görə cavabdeh olan şəxsdən fərqli olan digər şəxsin gördüyü tədbirlər nəticəsində vurulan zərər üzrə və belə tədbirlərin səbəb olduğu sonrakı zərər üzrə tələblər.

 277.2. Bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan tələblər reqress qaydasında və ya müqavilədə göstərilən zəmanətlər əsasında irəli  sürüldükdə belə, məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür. bu Məcəllənin 277.1.4-cü maddəsində nəzərdə tutulmuş tələblər  zərərə görə cavabdeh olan şəxslə bağlanmış müqaviləyə əsasən verilən mükafata aid olan hissədə məsuliyyətin məhdudlaşdırılmasının təsiri  altına düşmür.

Maddə 278. Məsuliyyətin məhdudlaşdırılmasından istisnalar

 278.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakı tələblərə şamil edilmir:

 278.1.1. xilasetmə əməliyyatının yerinə yetirilməsi ilə bağlı mükafata, o cümlədən xüsusi kompensasiyaya və ya ümumi qəza üzrə ödənişə;

 278.1.2. gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsinə;

 278.1.3. dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərin əvəzinin ödənilməsinə;

 278.1.4. batmış gəminin, o cümlədən bu gəmidə olan və ya olmuş hər şeyin qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı;

 278.1.5. nüvə zərərinin əvəzinin ödənilməsinə;

 278.1.6. gəmidən yükün uzaqlaşdırılması, məhv edilməsi və ya zərərsizləşdirilməsi ilə bağlı;

 278.1.7. vəzifələri gəmi və ya xilasetmə əməliyyatları ilə bağlı olan gəmi sahibinin və ya xilas edənin işçilərinin həyatına, sağlamlığına və  ya əmlakına, habelə belə işçilərin vərəsələrinin, himayələrində, yaxud onlardan təminat almaq hüquqları olan şəxslərə vurulmuş zərərin  əvəzinin ödənilməsinə, əgər həmin işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilirsə;

 278.1.8. gəmi sahibi və sərnişin Azərbaycan Respublikasının təşkilatı və ya vətəndaşı olduğu halda, sərnişinin həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə;

 278.1.9. gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bilavasitə bağlı olan hallarda vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə, əgər gəmi sahibi və vətəndaş, yaxud xilas edən və vətəndaş Azərbaycan  Respublikasının təşkilatları və ya vətəndaşlarıdırsa.

 278.2. Zərərə görə cavabdeh olan şəxsin, əgər zərərin onun hərəkəti və ya hərəkətsizliyi (qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində vurulduğu sübuta yetirilibsə, məsuliyyətin məhdudlaşdırılmasına hüququ yoxdur.

Maddə 279. Qarşılıqlı tələb

 Bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyətin məhdudlaşdırılmasına hüququ olan şəxs ona tələb irəli sürmüş şəxsə həmin  hadisədən irəli gələn qarşılıqlı tələb irəli sürərsə, ilkin və qarşılıqlı tələb qarşılıqlı ödənilir və bu fəsildə müəyyən edilmiş qaydalar yalnız əmələ  gələn qalığa tətbiq edilir.

Maddə 280. Məsuliyyətin ümumi hədləri

 280.1. Bu Məcəllənin 280.3-cü maddəsində göstərilən tələblərdən fərqli olan və bir hadisədən irəli gələn tələblər üzrə məsuliyyətin həddi  aşağıdakı qaydada hesablanır:

 280.1.1. Vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə:

 280.1.1.1. tutumu 500 tondan artıq olmayan gəmi üçün — 333 min hesablaşma vahidi;

 280.1.1.2. tutumu 501 tondan 3000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər tonu üçün 500 hesablaşma vahidi əlavə edilir;

 280.1.1.3. tutumu 3001 tondan 30 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər tonu üçün 333 hesablaşma vahidi əlavə edilir;

 280.1.1.4. tutumu 30 001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər tonu üçün 250 hesablaşma vahidi əlavə edilir;

 280.1.1.5. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun  500 artıq olan hər tonu üçün 167 hesablaşma vahidi əlavə edilir;

 280.1.2. Hər hansı digər tələblər üzrə:

 280.1.2.1. tutumu 500 tondan artıq olmayan gəmi üçün — 167 min hesablaşma vahidi;

 280.1.2.2. tutumu 501 tondan 3000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər tonu üçün 167 hesablaşma vahidi edilir;

 280.1.2.3. tutumu 3001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər tonu üçün 125 hesablaşma vahidi edilir;

 280.1.2.4. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun  500 artıq olan hər tonu üçün 83 hesablaşma vahidi əlavə edilir.

 280.2. Əgər vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə bu Məcəllənin 280.1-ci maddəsinə əsasən hesablanmış məbləğ belə tələblərin tam ödənilməsi üçün kifayət deyilsə, bu Məcəllənin 280.2-ci maddəsinə əsasən digər tələblər üzrə hesablanmış məbləğ vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblərin ödənilməmiş  hissəsinə yönəldilir.

 280.3. Sərnişinlərin həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə, əgər onlar bir hadisədən irəli gəlirsə,  gəmi sahibinin məsuliyyətinin həddi 175 min hesablaşma vahidinin sərnişin şəhadətnaməsinə əsasən gəmiyə daşımağa icazənin verildiyi  sərnişinlərin sayına vurulmaqla müəyyənləşdirilir.

Maddə 281. Tələblərin birləşdirilməsi

 281.1. Bu Məcəllənin 280.1 və 280.2-ci maddələrinə əsasən müəyyən edilən məsuliyyət həddi bir hadisədən yaranan bütün tələblərin məcmusuna tətbiq edilir:

 281.1.1. gəmi sahibinə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibinin məsuliyyət daşıdığı istənilən şəxsə;

 281.1.2. gəmidən xilasetmə üzrə xidmətlər göstərən gəmi sahibinə, bu gəmidən hərəkət edən xilas edənə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibi və ya xilas edən məsuliyyət daşıdığı istənilən şəxsə;

 281.1.3. xilasetmə xidmətləri göstərilən gəmidən hərəkət etməyən və ya müstəsna olaraq gəmidə hərəkət edən xilas edənə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə xilas edənin məsuliyyət daşıdığı istənilən şəxsə;

 281.1.4. bu Məcəllənin 280.3-cü maddəsinə əsasən müəyyən edilən məsuliyyət həddi bir hadisədən irəli gələn bütün tələblərin cəmi üçün  gəmi sahibinə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibinin məsuliyyət daşıdığı istənilən şəxsə.

Maddə 282. Məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan məsuliyyətin məhdudlaşdırılması

 282.1. Gəmi sahibinin və xilas edənin bu Məcəllənin 283-cü maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq öz məsuliyyətini məhdudlaşdırmaq hüququ vardır.

 282.2. Əgər məsuliyyətin məhdudlaşdırılması məsuliyyətin məhdudlaşdırılması fondu yaradılmadan həyata keçirilirsə, müvafiq olaraq bu  Məcəllənin 284-cü maddəsinin qaydaları tətbiq edilir.

Maddə 283. Məsuliyyətin məhdudlaşdırılması fondu

 283.1. Üzərinə məsuliyyət qoyula biləcək şəxs məsuliyyətinin məhdudlaşdırıla biləcəyi tələb üzrə ona qarşı iddianın verildiyi məhkəmədə  məsuliyyətinin məhdudlaşdırılması fondunu yarada bilər.

 283.2. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 280-cı maddəsinə uyğun hesablanan məbləğ miqdarında və bu məbləğə hadisənin baş verdiyi gündən fondun yaradılma gününədək faizlər əlavə edilməklə yaradılır. Bu qaydada yaradılan hər hansı bir fond yalnız  məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblərin ödənilməsi üçün nəzərdə tutulur.

 283.3. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 283.2-ci maddəsində göstərilən məbləğin məhkəmənin depozitinə ödənilməsi  vasitəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə görə bank zəmanətinin və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə  yaradıla bilər.

 283.4. Bir hadisədən irəli gələn tələblər üzrə bir neçə gəmi sahibinin və ya xilas edənlərin məsuliyyətin məhdudlaşdırılmasına hüquqları  olduqda, belə şəxslərin hər hansı birinin yaratdığı məsuliyyətin məhdudlaşdırılması fondu bütün gəmi sahiblərinin və ya xilas edənlərin  yaratdığı fond hesab edilir.

Maddə 284. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi

 284.1. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə dair bütün məsələləri yalnız belə fondun yaradıldığı məhkəmə həll  etməyə səlahiyyətlidir.

 284.2. Məsuliyyətin məhdudlaşdırılması fondu həmin fonda tələbləri olan şəxslər arasında onların tələblərinin müəyyənləşdirilmiş miqdarına  mütənasib surətdə bölüşdürülür.

 284.3. Əgər məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə kimi tələb üzrə cavabdeh olan şəxs və ya onun sığortaçısı bu  fonda olan tələb üzrə kompensasiyanı ödəyibsə, belə şəxs ödədiyi məbləğ həddində kompensasiyanı almış şəxsin hüquqlarını subroqasiya  qaydasında əldə edir.

Maddə 285. Digər iddialar üçün maneələr

 Məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqda, heç bir şəxsin, kimin ki tələblərinin təmin edilməsi üçün fond nəzərdə tutulub, belə  fondu yaratmış şəxsin və ya şəxslərin digər əmlakına həmin tələblər üzrə hər hansı bir hərəkət etmək hüququ yoxdur. Məhkəmə məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqdan sonra göstərilən şəxsə və ya şəxslərə məxsus olan və fonda verilə bilən tələblər üzrə həbs qoyulmuş gəminin və ya digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq üçün  verilən hər hansı bir təminatı azad edir.

Maddə 286. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 286.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara da şamil edilir:

 286.1.1. hərbi, yardımçı hərbi və sərhəd gəmiləri istisna olmaqla, Azərbaycan Respublikasının mülkiyyətində olan və ya tələb yaranan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və ya istifadə edilən gəmilərə;

 286.1.2. qazma işləri üçün inşa edilmiş və ya uyğunlaşdırılmış və belə işləri görən gəmilərə.

 286.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar dəniz dibinin və ya təkinin mineral və digər ehtiyatlarının kəşfiyyatı üçün nəzərdə tutulmuş  üzən platformalara şamil edilmir.

XXII fəsil

GƏMİYƏ DƏNİZ GİROVU. GƏMİNİN VƏ YA İNŞA EDİLMƏKDƏ OLAN GƏMİNİN İPOTEKASI

Maddə 287. Gəmiyə dəniz girovu ilə təmin edilən tələblər

 287.1. Gəmi sahibinə dair tələblər gəmiyə dəniz girovu ilə təmin edilir:

 287.1.1. gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə gəmidə işlərinə görə çatacaq əmək haqqına və digər məbləğlərə, o cümlədən  repatriasiya xərclərinə və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta ödənişlərinə;

 287.1.2. bilavasitə gəminin istismarı nəticəsində vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə;

 287.1.3. gəminin xilas edilməsi üçün mükafata;

 287.1.4. liman, kanal və dəniz bələdçi yığımlarına;

 287.1.5. gəminin istismarı zamanı gəmidə daşınan yük, konteyner və sərnişinlərin əşyalarından fərqli olan digər əmlakın itirilməsi və ya  zədələnməsi nəticəsində vurulmuş real zərərin əvəzinin ödənilməsinə.

 287.2. Bu Məcəllənin 287.1.2 və 287.1.5-ci maddələrində nəzərdə tutulmuş tələblər aşağıdakı hallar nəticəsində yarandıqda, belə tələblər  dəniz girovu ilə təmin edilmir:

 287.2.1. bu Məcəllənin 18 və 19-cu fəsillərində müəyyən edildiyi kimi, gəmidən neftlə çirkləndirmədən və ya dənizlə təhlükəli və ya zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən;

 287.2.2. nüvə yanacağının radioaktiv xassələrinin və ya digər radioaktiv maddələrin təsirindən.

Maddə 288. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin ödənilməsində üstünlük

 288.1. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər, gəminin qeydə alınmış ipotekası ilə təmin  edilmiş öhdəliklərdən yaranan tələblərə qarşı ödənilməkdə üstünlüyə malikdir. Bu Məcəllənin 298.3-cü maddəsində nəzərdə tutulmuş tələb  istisna olmaqla, heç bir tələb göstərilmiş tələblərə qarşı ödənilməkdə üstünlüyə malik deyil.

 288.2. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəminin dəniz girovu ilə təmin edilmiş tələblər həmin maddədə göstərilən qaydada növbə  ilə təmin edilir.

Maddə 289. Gəmiyə dəniz girovunun xüsusiyyəti

 Gəminin məcburi satılması halı istisna olmaqla, gəmiyə mülkiyyət hüququnun keçməsindən, onun qeydiyyatının və ya bayrağının dəyişdirilməsindən asılı olmayaraq, dəniz girovu gəmini yüklü etməkdə davam edir.

Maddə 290. Gəmiyə dəniz girovuna xitam verilməsi

 290.1. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər yarandıqdan bir il sonra gəmiyə  dəniz girovuna, gəmi göstərilən müddət bitənədək gəminin məcburi satılmasına səbəb olan həbsin predmeti olduqda xitam verilir.

 290.2. Bu Məcəllənin 290.1-ci maddəsində müəyyən edilmiş müddət aşağıdakı qaydada hesablanır:

 290.2.1. bu Məcəllənin 287.1.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər üzrə — belə tələbi olan gəmi heyəti  üzvünün gəmidən azad edilməsi anından;

 290.2.2. bu Məcəllənin 287.1.2-287.1.5-ci maddələrinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər üzrə — belə tələbin yaranma anından.

Maddə 291. Tələblərin güzəşt edilməsi və ya keçməsi

 291.1. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin güzəşt edilməsi və ya keçməsi eyni zamanda dəniz girovu hüququnun güzəşt edilməsinə və ya keçməsinə səbəb olur.

 291.2. Vətəndaşların həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələbin, habelə dəniz sığorta müqaviləsinə əsasən gəmi mülkiyyətçisinə çatacaq sığorta ödənişinə dair tələbin gəmiyə dəniz girovu hüququ olan şəxsə güzəşt edilməsinə və ya keçməsinə yol verilmir.

Maddə 292. Gəmini və ya inşa edilməkdə olan gəmini saxlamaq hüququ

 292.1. Gəminin inşa edilməsindən, habelə onun təmir edilməsindən yaranan tələbləri təmin etmək üçün gəmiqayırma və ya gəmi təmiri  təşkilatlarının, gəmi onların sahibliyində olduğu dövr ərzində, gəmini saxlamaq hüququ vardır.

 292.2. Gəmi və ya inşa edilməkdə olan gəmi gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının sahibliyindən çıxandan sonra bu Məcəllənin  292.1-ci maddəsində nəzərdə tutulmuş gəmini saxlamaq hüququ, gəmiyə həbs qoyulması halı istisna olmaqla, itir.

 292.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması halında gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının gəminin satışından əldə edilmiş məbləğ hesabına öz tələblərinin ödənilməsinə hüququ vardır.

Maddə 293. Gəminin və inşa edilməkdə olan gəminin ipoteka ilə yüklü edilməsi

 293.1. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası pul öhdəliyinin təmin edilməsi məqsədi ilə gəmi və ya inşa edilməkdə olan gəmi  mülkiyyətçisinin (ipoteka verən) və kreditorun (ipoteka saxlayan) müqavilələri ilə müəyyən edilir.

 293.2. Gəmiyə təsərrüfat idarəetmə hüququ olan şəxs gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin razılığı əsasında ipoteka verən  ola bilər.

 293.3. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir və gəminin qeydiyyata alındığı reyestrdə qeydə alınmalıdır.

Maddə 294. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının predmeti

 294.1. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəminin ipotekası gəminin həmin gəmi mülkiyyətçisinə məxsus olan ləvazimatlarına,  habelə gəminin məhv olması və zədələnməsinə görə məsuliyyət şərtləri ilə bağlanmış dəniz sığorta müqaviləsi üzrə çatacaq sığorta ödənişinə  də şamil edilir. Gəminin ipotekası fraxta şamil edilmir.

 294.2. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, inşa edilməkdə olan gəminin ipotekası gəminin inşası üçün nəzərdə tutulmuş, gəmiqayırma təşkilatının ərazisində olan və aydın şəkildə markalanmış və eyniləşdirilmiş material və avadanlığa, habelə inşa edilməkdə olan  gəminin məhv olması və zədələnməsinə görə məsuliyyət şərtləri əsasında bağlanmış dəniz sığorta müqaviləsi üzrə çatacaq sığorta ödənişinə  də şamil edilir.

Maddə 295. İpoteka saxlayanların tələblərinin ödənilməsi növbəliyi

 Əgər bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş gəminin və ya inşa edilməkdə olan gəminin satışından əldə edilmiş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat tarixinə uyğun olaraq növbə ilə ödənilir. Daha əvvəl qeydiyyata alınmış ipoteka sonradan qeydiyyata alınmış ipotekaya qarşı ödənilməkdə üstünlüyə malikdir. Eyni gündə qeydiyyata alınmış ipotekalar eyni qüvvəyə malikdir.

Maddə 296. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasının əsasları

 İpoteka verən borcun ödənilməsi vəzifəsini yerinə yetirmədikdə, ipoteka ilə yüklü edilmiş gəmi və ya inşa edilməkdə olan gəmi üzərinə həbs  qoyulmuş gəminin və ya inşa edilməkdə olan gəminin olduğu yer üzrə məhkəmənin qərarı əsasında satıla bilər.

Maddə 297. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması haqqında bildiriş

 297.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması üçün məhkəmə bu barədə aşağıdakılara bildiriş göndərməlidir:

 297.1.1. gəmini qeydiyyata alan orqana və ya inşa edilməkdə olan gəmiyə mülkiyyət hüququnu qeydiyyata alan orqana;

 297.1.2. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və təqdim edənə müəyyənləşdirilməmiş ipotekalarının ipoteka saxlayanlarına;

 297.1.3. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və təqdim edənə müəyyənləşdirilmiş ipotekalarının ipoteka saxlayanlarına, habelə bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə gəminin dəniz girovunu saxlayanlarına, əgər onlar öz tələbləri barədə məhkəməni məlumatlandırıblarsa;

 297.1.4. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış mülkiyyətçisinə;

 297.1.5. bayrağı altında gəmiyə müvəqqəti üzməyə icazə vermiş dövlətin gəmini qeydiyyata almış orqanına.

 297.2. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasını tələb edən şəxs məhkəməyə gəminin və ya inşa edilməkdə olan  gəminin qeydiyyata alınmış ipotekasının ipoteka saxlayanlarının adlarını və ünvanlarını əlavə etməklə müvafiq gəmi və ya inşa edilməkdə  olan gəmi reyestrlərindən çıxarış təqdim etməlidir.

 297.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı haqqında bildiriş məcburi satışa otuz gündən az qalmamış göndərilir və  özündə aşağıdakıları əks etdirir:

 297.3.1. məcburi satışın vaxtı və yeri haqqında məlumatları, habelə məcburi satışa və ya məcburi satışa aparan prosedurlara aid olan və  öz maraqlarını qorumaq məqsədi ilə bildiriş almağa hüququ olan şəxslərin bilməli olduqları məlumatları;

 297.3.2. məcburi satışın vaxtını və yerini dəqiq müəyyənləşdirmək mümkün olmadıqda, məcburi satışın təxmini vaxtı və yeri haqqında  məlumatları, habelə məcburi satışa aid və bildiriş almağa hüququ olan şəxslərin maraqlarının qorunması üçün kifayət olan digər  məlumatları.

 297.4. Bildiriş bu Məcəllənin 297.3-cü maddəsinə müvafiq olaraq göndərildikdə, məcburi satışın faktik vaxtı və yeri haqqında əlavə bildiriş  onlar məlum olduqdan sonra, lakin məcburi satışa yeddi gündən az qalmamış göndərilir.

Maddə 298. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışının nəticələri

 298.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı halında gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış  bütün ipotekaları, ipoteka saxlayanların razılığı ilə alıcının öz üzərinə götürdüyü ipotekalar istisna olmaqla, bütün girovları və digər növ  yüklülükləri gəmiyə və ya inşa edilməkdə olan gəmiyə münasibətdə öz qüvvəsini itirirlər.

 298.2. Gəminin və ya inşa edilməkdə olan gəminin həbsi və sonrakı satışı ilə əlaqədar çəkilən xərclər onların satışından əldə edilən məbləğdən birinci növbədə ödənilir. Belə xərclərə, xüsusilə, gəmi üzərinə həbs qoyulması anından gəminin və gəmi heyətinin saxlanılmasına,  habelə əmək haqqına çəkilən xərclər və bu Məcəllənin 287.1.1-ci maddəsində göstərilən digər məbləğlər və xərclər aid edilir. Gəminin və ya  inşa edilməkdə olan gəminin satışından əldə edilən məbləğin qalığı müvafiq tələblərin ödənilməsi üçün müəyyən edilmiş zəruri həddləri  nəzərə almaqla bu fəsildəki qaydalara uyğun olaraq bölüşdürülür. İrəli sürülmüş bütün tələblər ödənildikdən sonra gəminin və ya inşa  edilməkdə olan gəminin məcburi satışından əldə edilən məbləğ, əgər o qalıbsa, gəminin və ya inşa edilməkdə olan gəminin mülkiyyətçisinə  verilir və belə məbləğ sərbəst köçürülə bilər.

 298.3. Dəniz üzgüçülüyü təhlükəsizliyini və ya dəniz mühitini çirkləndirmədən qorumaq məqsədi ilə liman hakimiyyəti orqanlarının qaldırdığı batmış gəminin məcburi satışı halında, gəminin qaldırılması üçün çəkilən xərclər, gəminin dəniz girovu ilə təmin edilmiş hər hansı  bir tələbin ödənilməsinədək, gəminin satışından əldə edilmiş məbləğdən ödənilir.

Maddə 299. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının xitamı

 299.0. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasına aşağıdakı hallarda xitam verilir:

 299.0.1. pul öhdəliyi ödənildikdə;

 299.0.2. pul öhdəliyinə borcun ödənilməsindən fərqli olan digər üsulla xitam verildikdə (məcburi satış və s.);

 299.0.3. gəminin və ya inşa edilməkdə olan gəminin məhv olması ilə əlaqədar dəniz sığorta müqaviləsinə müvafiq olaraq, gəminin və ya  inşa edilməkdə olan gəminin ipotekasını saxlayan öz tələbini sığorta ödənişinə verə bildiyi hallar istisna olmaqla, gəmi və ya inşa edilməkdə olan gəmi məhv olduqda.

XXIII fəsil

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə