1. ÜMumi MÜDDƏalar (1-6) GƏMİ (7-25)




Yüklə 0.99 Mb.
səhifə5/9
tarix23.02.2016
ölçüsü0.99 Mb.
1   2   3   4   5   6   7   8   9

YEDƏKLƏMƏ MÜQAVİLƏSİ

Maddə 174. Yedəkləmə müqaviləsinin anlayışı

 Yedəkləmə müqaviləsinə görə bir gəminin sahibi haqq müqabilində digər gəmini və ya üzən obyekti yedəkləyib müəyyən məsafəyə aparmağı  (dəniz yedəkləməsi), yaxud liman akvatoriyasında manevrlər etmək üçün, o cümlədən gəminin və ya üzən digər obyektin limana daxil olması və ya çıxması üçün (liman yedəkləməsi) yedəkləməsini öhdəsinə götürür.

Maddə 175. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

Maddə 176. Yedəkləmə müqaviləsinin forması

 176.1. Dəniz yedəkləmə müqaviləsi yazılı formada bağlanılır.

 176.2. Liman yedəkləmə müqaviləsi şifahi formada da bağlanıla bilər. Yedəkləmənin idarəetməsi vəzifəsinin yedəkçi gəminin kapitanı üzərinə qoyulması haqqında razılaşma yazılı formada olmalıdır.

Maddə 177. Yedəkləmə müqaviləsi tərəflərinin vəzifələri

 177.1. Yedəkləmə müqaviləsinin hər bir tərəfi öz gəmisini və ya digər üzən obyektini qabaqcadan yedəkləmə üçün yararlı vəziyyətə gətirməlidir.

 177.2. Yedəkləmə şəraitin tələb etdiyi kimi ustalıqla, yalnız zəruri hallar istisna olmaqla, fasiləsiz və gecikdirilmədən, dəniz təcrübəsinə müvafiq olaraq həyata keçirilməlidir.

 177.3. Başqa gəminin və ya digər üzən obyektin kapitanının idarəetməsində olan gəmi və ya digər üzən obyekt də yedək karvanının təhlükəsizliyinin qayğısına qalmaladır.

Maddə 178. Dəniz yedəkləməsində məsuliyyət

 178.1. Dəniz yedəkləməsi yedəkçi gəmi kapitanının idarəetməsi ilə həyata keçirilir.

 178.2. Əgər yedəkçi gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, o, dəniz yedəkləməsi zamanı yedəyə  alınmış gəmiyə və ya digər üzən obyektə, yaxud həmin gəmi və ya obyektdəki insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır.

 178.3. Dəniz yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən dəniz yedəkləməsinə idarəetməni yedəyə alınan gəminin və ya  digər üzən obyektin kapitanının üzərinə qoya bilərlər. Belə halda dəniz yedəkləməsi zamanı yedəkçi gəmiyə və ya həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəyə alınmış  gəminin və ya digər üzən obyektin sahibi daşıyır.

Maddə 179. Liman yedəkləməsində məsuliyyət

 179.1. Liman yedəkləməsi yedəyə alınan gəminin və ya digər üzən obyektin kapitanının idarəetməsi ilə həyata keçirilir.

 179.2. Əgər yedəyə alınan gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, o, liman yedəkləməsi zamanı  yedəkçi gəmiyə və ya həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır.

 179.3. Liman yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən liman yedəkləməsinə idarəetməni yedəkçi gəminin və ya digər  üzən obyektin kapitanının üzərinə qoya bilərlər. Belə halda liman yedəkləməsi zamanı yedəyə alınmış gəmiyə və ya həmin gəmidə olan  insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəkçi  gəminin sahibi daşıyır.

Maddə 180. Buzlu şəraitdə həyata keçirilən yedəkləmədə məsuliyyət

 Buzlu şəraitdə həyata keçirilən yedəkləmədə yedəyə alınan gəmiyə və ya digər üzən obyektə, yaxud onlarda olan insanlara və ya əmlaka  vurulan zərərə görə, əgər zərərin vurulmasında onun təqsirinin olduğu sübuta yetirilməyibsə, yedəkçi gəminin sahibi məsuliyyət daşımır.

XIII fəsil

DƏNİZ AGENTLİYİ MÜQAVİLƏSİ

Maddə 181. Dəniz agentliyi haqqında müqavilənin anlayışı

 Dəniz agentliyi haqqında müqaviləyə görə dəniz agenti haqq müqabilində gəmi sahibinin tapşırığı əsasında və onun hesabına öz adından və  ya gəmi sahibinin adından müəyyən limanda və ya müəyyən ərazidə hüquqi və digər hərəkətləri etməyi öhdəsinə götürür.

Maddə 182. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

Maddə 183. Dəniz agentinin ümumi səlahiyyətlərinin məhdudlaşdırılması

 Gəmi sahibi gəmi sahibinin adından əqdlər bağlamağa dair dəniz agentinin ümumi səlahiyyətlərini məhdudlaşdırdıqda və belə məhdudlaşdırma barəsində üçüncü şəxsin məlumatı olmadıqda, vicdanla hərəkət edən üçüncü şəxs ilə dəniz agentinin bağladığı əqd etibarlıdır və gəmi sahibi üçün hüquq və vəzifələr yaradır.

Maddə 184. Dəniz agentinin müxtəlif tərəflərin maraqlarına dair hərəkətləri

 Dəniz agenti gəmi sahibinin razılığı ilə hüquqi və digər hərəkətləri ona səlahiyyət vermiş digər tərəfin xeyrinə də edə bilər.

Maddə 185. Dəniz agentinin hüquq və vəzifələri

 185.1. Dəniz agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiyyətləri yerinə yetirir, gəmi kapitanına yerli və liman hakimiyyəti orqanları ilə əlaqələrin yaradılmasında, gəminin limanda təchiz olunmasında və ona xidmətlərin göstərilməsinin təşkilində köməklik göstərir, yükə dair sənədləri rəsmiləşdirir, fraxt məbləğlərini və dənizlə yük daşınması müqaviləsindən irəli gələn tələblərə görə gəmi sahibinə çatacaq digər məbləğləri inkasso edir, gəmi sahibinin və gəmi kapitanının sərəncamı ilə gəminin limanda olmasına görə ödənilməli olan məbləğləri ödəyir, fraxtın yığılmasını və yükün göndərilməsini həyata keçirir, daşınma üçün yük cəlb  edir və dəniz agentliyi sahəsində digər hərəkətləri həyata keçirir.

 185.2 Dəniz agenti:

 185.2.1. fəaliyyətini gəmi sahibinin maraqlarına uyğun vicdanla və dəniz agentliyinin təcrübəsinə müvafiq olaraq həyata keçirməyə;

 185.2.2. səlahiyyətləri hüdudlarında fəaliyyət göstərməyə;

 185.2.3. vəsaitlərin xərclənməsinin uçotunu aparmağa və dəniz agentliyi müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə gəmi sahibinə hesabatlar verməyə borcludur.

Maddə 186. Gəmi sahibinin vəzifələri

 186.1. Gəmi sahibi dəniz agentinə dəniz agentliyi müqaviləsinə müvafiq hərəkətlərin həyata keçirilməsi üçün kifayət edən vəsaiti verməyə,  ona çəkdiyi xərclərin əvəzini və müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda haqq ödəməyə borcludur.

 186.2. Dəniz agentinin səlahiyyətləri hüdudlarında və gəmi sahibinin adından etdiyi hərəkətlərin nəticələrinə görə gəmi sahibi məsuliyyət  daşıyır.

Maddə 187. Dəniz agentliyi müqaviləsinə xitam verilməsi

 187.1. Dəniz agentliyi müqaviləsi müəyyən müddətə bağlandıqda, müqavilənin müddətinin bitməsi ona xitam verilməsinə səbəb olur.

 187.2. Dəniz agentliyi haqqında müqavilə qeyri-müəyyən müddətə bağlandıqda, hər bir tərəfin müqavilənin ləğv edilmə tarixinədək üç ay  əvvəlcədən digər tərəfi xəbərdar etməklə belə müqaviləyə xitam vermək hüququ var.

XIV fəsil



DƏNİZ VASİTƏÇİLİYİ MÜQAVİLƏSİ

Maddə 188. Dəniz vasitəçiliyi müqaviləsinin anlayışı

 Dəniz vasitəçiliyi müqaviləsinə görə vasitəçi (dəniz brokeri) sifarişçinin adından və onun hesabına gəmilərin alqı-satqı müqavilələri, dənizlə  yük daşınması müqavilələri, fraxtetmə və yedəkləmə, habelə dəniz sığorta müqavilələri bağlanarkən vasitəçilik xidmətləri göstərir.

Maddə 189. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

Maddə 190. Dəniz brokerinin dəniz agentinin hərəkətlərini yerinə yetirməsi

 Dəniz brokeri sifarişçinin tapşırığı əsasında gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiyyətləri,  habelə bu Məcəllənin 185-ci Maddəsinə müvafiq olaraq dəniz agentinin adətən etdiyi hərəkətləri yerinə yetirir. Belə halda bu Məcəllənin  181-187-ci maddələrində dəniz agentliyi müqaviləsinə dair müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.

Maddə 191. Dəniz brokerinin xidmətlərinə görə haqq

 Bu Məcəllənin 188-ci maddəsində göstərilmiş müqavilələr dəniz brokerinin vasitəçiliyi ilə bağlandıqda, onun vasitəçilik xidmətlərinə görə  haqq almaq hüququ vardır.

Maddə 192. Dəniz brokerinin hesabat vermək vəzifəsi

 Sifarişçinin tapşırığını yerinə yetirdikdən sonra dəniz brokeri sifarişçidən aldığı məbləğlərə dair hesabat verməlidir.

XV fəsil


DƏNİZ SIĞORTA MÜQAVİLƏSİ

Maddə 193. Dəniz sığorta müqaviləsinin anlayışı

 Dəniz sığorta müqaviləsinə görə sığortaçı şərtləşdirilmiş haqq (sığorta mükafatı) müqabilində sığortalıya və ya xeyrinə sığorta müqaviləsi  bağlanmış başqa şəxsə (faydalanan şəxs) müqavilədə nəzərdə tutulan hadisələrin (sığorta hadisələrinin) baş verdiyi təqdirdə sığortalanmış  obyektə vurulmuş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi verməyi)  öhdəsinə götürür. Dəniz sığorta müqaviləsi yazılı formada bağlanır.

Maddə 194. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 Bu fəsildə müəyyən edilmiş qaydalar tərəflərin başqa razılaşması olmadığı halda tətbiq edilir.

Maddə 195. Dəniz sığortasının obyekti

 195.1. Ticarət gəmiçiliyi ilə bağlı olan hər hansı bir əşya mənafeyi dəniz sığortasının obyekti ola bilər: gəmi, inşa edilən gəmi, yük, fraxt,  habelə sərnişinin gediş haqqı, gəmidən istifadə etməyə görə haqq, yükdən gözlənilən mənfəət və gəmi, yük və fraxt ilə təmin olunan başqa  tələblər, gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin əmək haqları və onlara çatacaq digər məbləğlər, o cümlədən repatriasiya üçün  xərclər, gəmi sahibinin və sığortaçının öz üzərinə götürdüyü risk (təkrar sığorta).

 195.2. Sığorta obyekti dəniz sığorta müqaviləsində göstərilməlidir.

Maddə 196. Sığorta riski haqqında məlumat

 196.1. Dəniz sığorta müqaviləsi bağlanarkən sığortalı ona məlum olan və ya məlum olmalı və riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm  əhəmiyyəti olan halları, habelə sığortaçının sorğu verdiyi məlumatları sığortaçıya bildirməlidir.

 196.2. Sığortalı hamıya məlum olan, habelə sığortaçıya məlum olan və ya məlum olmalı məlumatları sığortaçıya bildirməkdən azad edilir.

 196.3. Sığortalı riskin dərəcəsini müəyyənləşdirməkdə mühüm əhəmiyyəti olan halları sığortaçıya bildirmədikdə və ya yanlış məlumat verdikdə, sığortaçı dəniz sığorta müqaviləsindən imtina edə bilər. Belə halda, əgər sığortalı məlumatları bildirməməkdə və ya yanlış məlumat  verməkdə təqsirinin olmadığını sübuta yetirə bilməsə, sığorta haqqı (mükafat) sığortaçıya çatır.

 196.4. Əgər riskin dərəcəsini müəyyənləşdirmədikdə mühüm əhəmiyyəti olan və sığortalı tərəfindən bildirilməyən hallar aradan qaldırılıbsa,  sığortaçı müqavilədən imtina edə bilməz.

 196.5. Müqavilə bağlanarkən sığortaçının sorğusu əsasında məlumatlar sığortalı tərəfindən təqdim edilmədikdə, sığortaçı sonradan belə  məlumatların verilməməsini əsas tutaraq müqavilədən imtina edə bilməz.

Maddə 197. Sığorta şəhadətnaməsi və sığortanın şərtləri

 Sığortaçı sığortalıya dəniz sığorta müqaviləsinin bağlandığını təsdiq edən sənədi (sığorta şəhadətnaməsi, sığorta sertifikatı və ya digər sığorta  sənədi), habelə sığortanın şərtlərini təqdim edir.

Maddə 198. Sığorta haqqı (mükafat)

 Sığortalı dəniz sığorta müqaviləsində şərtləşdirilmiş müddətdə sığortaçıya sığorta haqqını ödəməlidir. Müqavilə sığorta haqqı ödənilən anda  qüvvəyə minir.

Maddə 199. Dəniz sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması

 199.1. Sığortalı dəniz sığorta müqaviləsini öz xeyrinə və ya başqa şəxsin (faydalanan şəxsin) xeyrinə bağlaya bilər. Bu şəxsin adını bildirmək  məcburi deyil.

 199.2. Dəniz sığorta müqaviləsi faydalanan şəxsin adı göstərilmədən bağlandıqda, sığortaçı sığortalıya sığorta şəhadətnaməsi və ya təqdim  edənin adına digər sığorta sənədi verir.

Maddə 200. Sığortalının və faydalanan şəxsin vəzifələri

 Dəniz sığorta müqaviləsi faydalanan şəxsin xeyrinə bağlandıqda, müqavilə üzrə bütün vəzifələri sığortalı daşıyır. Əgər dəniz sığorta müqaviləsi faydalanan şəxsin tapşırığı ilə və ya onun tapşırığı olmadan, lakin sonradan onun sığortaya razılığını bildirəcəyi şərti ilə bağlanmışdırsa, müqavilə üzrə bütün vəzifələri habelə faydalanan şəxs də daşıyır.

Maddə 201. Faydalanan şəxsin xeyrinə bağlanmış müqavilə üzrə sığortalının hüquqları

 Müqavilə faydalanan şəxsin xeyrinə bağlandıqda, sığortalı faydalanan şəxsin etibarnaməsi olmadan müqavilə üzrə bütün hüquqlardan istifadə edir.

Maddə 202. Sığorta ödənişi verildikdə sığorta şəhadətnaməsinin təqdim edilməsi

 Sığortaçı sığorta ödənişini verdikdə, sığorta şəhadətnaməsini və ya verdiyi digər sığorta sənədinin təqdim olunmasını tələb edə bilər.

Maddə 203. Sığortalanmış yükün özgəninkiləşdirilməsinin nəticələri

 203.1. Sığortalanmış yük özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsi qüvvədə qalır və sığortalının bütün hüquq və vəzifələri yükü əldə  edənə keçir.

 203.2. Yük özgəninkiləşdirilənədək sığorta haqqı ödənilmədikdə, onu ödəmək öhdəliyini həm sığortalı, həm də əldə edən daşıyır. Sığorta  haqqını ödəmək tələbi sığorta haqqının ödənilməməsi barədə göstərişi olmayan sığorta şəhadətnaməsini və ya digər sığorta sənədini  saxlayan şəxsə şamil edilmir.

Maddə 204. Sığortalanmış gəminin özgəninkiləşdirilməsinin nəticələri

 204.1. Sığortalanmış gəmi özgəninkiləşdirildikdə dəniz sığorta müqaviləsinə gəminin özgəninkiləşdirildiyi andan xitam verilir. Gəmi səfərdə  olduğu zaman özgəninkiləşdirildikdə, sığortalının tələbi ilə dəniz sığorta müqaviləsi səfərin sonunadək qüvvədə qalır və sığortalının bütün  hüquq və vəzifələri gəmini əldə edənə keçir.

 204.2. Bu Məcəllənin 204.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar sığortalanmış gəmi berbout-çarter üzrə fraxtedənin istifadəsinə və  sahibliyinə verildikdə, habelə gəmi sahibinin məsuliyyəti haqqında dəniz sığorta müqaviləsinə də tətbiq edilir.

Maddə 205. Sığorta məbləği

 205.1. Müqavilə bağlanarkən sığortalı sığorta etdiyi müvafiq marağın məbləğini (sığorta məbləğini) elan etməyə borcludur.

 205.2. Gəmi, yük və ya başqa əmlak sığortalanarkən sığorta məbləği müqavilə bağlandığı ana onların həqiqi dəyərindən (sığorta dəyəri)  artıq ola bilməz.

 205.3. Müqavilədə sığorta məbləği əmlakın sığorta dəyərindən artıq göstərildikdə, müqavilə məbləğin artıq olan hissəsinə münasibətdə  etibarsızdır.

 205.4. Sığorta məbləği sığortalanan əmlakın sığorta dəyərindən aşağı elan edildikdə, sığorta ödənişinin miqdarı sığorta məbləğinin sığorta  dəyərinə olan nisbətinə mütənasib olaraq azaldılır.

Maddə 206. İkiqat sığorta

 206.1. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq  olduğu halda (ikiqat sığorta), bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün  bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə mütənasib olan  miqdarında məsuliyyət daşıyır.

 206.2. Əgər gəmi sahibinin bir məsuliyyəti bir neçə sığortaçıda sığorta edilibsə (ikiqat sığorta), hər bir sığortaçı özünün bağladığı müqavilədə  müəyyənləşdirilmiş məsuliyyətinə müvafiq olan miqdarda məsuliyyət daşıyır.

Maddə 207. Dəniz sığorta müqaviləsi bağlananadək zərərin yaranması və ya olmaması

 207.1. Dəniz sığorta müqaviləsi bağlananadək əvəzi ödənilməli olan zərərin yaranma ehtimalı keçibsə və ya bu zərər artıq yaranıbsa, müqavilə qüvvəsini saxlayır. Əgər sığortaçı müqaviləni bağlayarkən sığorta hadisəsinin baş vermə mümkünlüyünün istisna olduğunu bilirsə  və ya bilməli idisə, yaxud sığortalı və ya faydalanan şəxs artıq yaranmış zərər barədə bilirsə və ya bilməli idisə, sığorta müqaviləsi belə hallar  barədə məlumatı olmayan tərəf üçün məcburi deyil.

 207.2. Dəniz sığorta müqaviləsinin icra olunması sığortaçı üçün məcburi olmayan halda da sığorta haqqı ona çatır.

Maddə 208. Baş sığorta şəhadətnaməsi

 Xüsusi razılaşmaya əsasən (baş sığorta şəhadətnaməsi) sığortalının müəyyən müddət ərzində göndərdiyi və ya aldığı bütün yüklər və ya  yüklərin məlum olan növləri sığortalana bilər.

Maddə 209. Yüklər haqqında məlumat

 209.1. Sığortalı baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yükün hər bir göndərilməsi ilə əlaqədar olan bütün zəruri məlumatları alan  kimi, xüsusilə yükün daşındığı gəminin adı, yükün daşındığı yol və sığorta dəyəri, dərhal sığortaçıya bildirməyə borcludur.

 209.2. Sığortalı kobud ehtiyatsızlıq üzündən yüklərin ayrı-ayrı göndərilməsi ilə bağlı olan zəruri məlumatların sığortaçıya vermədikdə və ya  vaxtında vermədikdə, sığortaçı yüklərin belə göndərilməsinə münasibətdə zərərin əvəzini ödəməkdən imtina edə bilər. Bununla belə,  sığortaçı məlumatların vaxtında və tam şəkildə veriləcəyi təqdirdə ona çatacaq bütün sığorta haqqına olan hüququnu saxlayır.

 209.3. Sığortalı qəsdən yüklərin ayrı-ayrı göndərilməsi barədə zəruri məlumatları vermədikdə və ya vaxtında vermədikdə, yaxud yükün  növünü və ya onun sığorta məbləğini düzgün göstərmədikdə, sığortaçının baş sığorta şəhadətnaməsi üzrə sığortalamadan imtina etmək  hüququ vardır. Bununla belə, sığortaçı sığortalının müqaviləni vicdanla icra edəcəyi təqdirdə ala biləcəyi sığorta haqqına olan hüququnu  saxlayır.

Maddə 210. Yüklərin ayrı-ayrı göndərilməsinin sığorta şəhadətnamələri və ya sığorta sertifikatları

 210.1. Sığortaçı sığortalının tələbi ilə baş sığorta şəhadətnaməsinin təsiri altına düşən yüklərin ayrı-ayrı göndərilməsinə dair şəhadətnamələr  və ya sığorta sertifikatları verməyə borcludur.

 210.2. Yüklərin ayrı-ayrı göndərilməsinə dair sığorta şəhadətnaməsinin və ya sığorta sertifikatının məzmunu baş sığorta şəhadətnaməsinə  uyğun gəlmədikdə, üstünlük sığorta şəhadətnaməsinə və ya sığorta sertifikatına verilir.

Maddə 211. Sığortalının və ya faydalanan şəxsin təqsiri

 Sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində vurduqları zərərə görə sığortaçı məsuliyyət daşımır.

Maddə 212. Sığortaçının məsuliyyətdən azad edilməsi

 212.1. Gəmini sığortalayarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən hallardan başqa, aşağıdakı hallarda vurulmuş zərərin  əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:

 212.1.1. əgər dəniz üzgüçülüyünə yararsız vəziyyət zahirən görünməyən qüsurlardan irəli gəlmirsə, gəminin dəniz üzgüçülüyünə yararsız vəziyyətdə yola salınması;

 212.1.2. gəminin və onun ləvazimatının zamandan və ya adi istifadədən köhnəlib xarab olması;

 212.1.3. sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndələrinin xəbəri olmaqla, lakin sığortaçıdan xəbərsiz gəmiyə partlamaq və özündənalışma təhlükəsi olan maddə və predmetlərin yüklənməsi.

 212.2. Yük və ya gözlənilən mənfəət sığortalanarkən sığortaçı, bu Məcəllənin 211-ci maddəsində göstərilən hallardan başqa, əgər zərərin  aşağıda göstərilən hallar nəticəsində vurulduğunu sübuta yetirə bilsə, vurulan zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşımır:

 212.2.1. yükgöndərənin və ya yükalanın, yaxud onların nümayəndələrinin təqsiri (qəsdən və ya kobud ehtiyatsızlığı);

 212.2.2. yükün təbii xüsusiyyətləri (korlanma, azalma, paslanma, kiflənmə, axma və ya sınma, özündənalışma və s.);

 212.2.3. yükün lazımi qaydada qablaşdırılmaması.

 212.3. Fraxt sığortalanarkən müvafiq olaraq bu Məcəllənin 212.1 və 212.2-ci maddələrində müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.

 212.4. Əgər bu Məcəllədə müəyyən edilmiş qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, sığortaçı nüvə partlayışı, radiasiya və ya radioaktiv  çirkləndirilmə nəticəsində vurulan zərərə görə məsuliyyət daşımır.

 212.5. Sığortaçı hərbi əməliyyatlar, dəniz quldurluğu, xalq iğtişaşları, tətillər, habelə müvafiq orqanların qərarı ilə gəminin və ya yükün  müsadirəsi, rekvizisiyası, həbs və ya məhv edilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşımır.

Maddə 213. Sığorta riskinin dəyişməsinin nəticələri

 213.1. Sığortalı və ya faydalanan şəxs sığorta obyektində və ya sığorta obyektinə münasibətdə baş verən hər hansı bir ciddi dəyişiklik (normadan artıq yükləmə, daşınma üsulunun və boşaldılma limanının dəyişdirilməsi, şərtləşdirilmiş və ya həmişəki yoldan kənara çıxma və  s.) haqqında məlumatı olan kimi sığortaçıya dərhal bu barədə xəbər verməlidir.

 213.2. Riski artıran hər hansı bir dəyişiklik, əgər bu, insanların, gəmilərin və ya yüklərin xilas edilməsi, yaxud səfərin təhlükəsiz davam etdirilməsi ilə əlaqədar deyildirsə, sığortaçıya dəniz sığorta müqaviləsinin şərtlərinə yenidən baxmaq və ya əlavə sığorta haqqının verilməsini  tələb etmək hüququ verir.

 213.3. Sığortalı və ya faydalanan şəxs bu Məcəllənin 213.1-ci maddəsində müəyyən edilmiş vəzifəni icra etmədikdə, sığortaçı ciddi dəyişikliklərin baş verdiyi andan dəniz sığorta müqaviləsinin icrasından azad edilir. Sığortalı və ya faydalanan şəxs göstərilən vəzifəsini icra etməməkdə təqsiri olmadığını sübuta yetirə bilməsə, bütün sığorta haqqı sığortaçıya qalır.

Maddə 214. Zərərin qarşısının alınması və ya azaldılması

 214.1. Sığorta hadisəsi baş verdikdə sığortalı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə yaranmış vəziyyətdə mümkün olan və ağlabatan tədbirləri görməyə borcludur. o, sığortaçıya sığorta hadisəsinin baş verdiyi barədə ləngimədən məlumat verməli və sığortaçının göstərişləri olduqda, belə göstərişlərə əməl etməlidir.

 214.2. Əgər sığortalı və ya faydalanan şəxs qəsdən və ya kobud ehtiyatsızlığı səbəbindən zərərin qarşısını almaq və ya azaltmaq üçün tədbirlər görməyibsə, sığortaçı vurulan zərərə görə məsuliyyətdən azad edilir.

Maddə 215. Ümumi qəza üzrə ödənişlərin təminatı

 Sığortaçı sığortalının və ya faydalanan şəxsin tələbi ilə sığorta məbləği miqdarında sığorta şərtləri ilə təmin edilən ümumi qəza üzrə ödənişlərin verilməsinə təminat təqdim etməlidir.

Maddə 216. Dispaşa tərtib edildikdə sığortaçının maraqlarının qorunması

 Ümumi qəza üzrə dispaşa tərtib edildikdə sığortalı sığortaçının maraqlarını qorumalıdır.

Maddə 217. Sığortalının çəkdiyi xərclərin əvəzinin ödənilməsi

 217.1. Sığortaçı sığortalının və ya faydalanan şəxsin aşağıda göstərilənlər üçün çəkdiyi zəruri xərclərin əvəzini ödəməyə borcludur:

 217.1.1. sığortaçının məsuliyyət daşıdığı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə sığortalı və ya faydalanan şəxs tərəfindən görülən tədbirlərə — hətta belə tədbirlər uğursuzluqla nəticələnsə də;

 217.1.2. bu Məcəllənin 214-cü maddəsinə uyğun olaraq sığortaçının göstərişlərinin icra edilməsinə;

 217.1.3. sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərin miqdarının aydınlaşdırılmasına və müəyyənləşdirilməsinə;

 217.1.4. ümumi qəza üzrə dispaşanın tərtib edilməsinə.

 217.2. Bu Məcəllənin 217.1-ci maddəsində nəzərdə tutulmuş xərclər sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib surətdə  ödənilir.

Maddə 218. Sığortaçının sığorta məbləğindən artıq məsuliyyəti

 218.1. Sığortaçı zərərə görə yalnız sığorta məbləği miqdarında məsuliyyət daşıyır. Lakin bu Məcəllənin 217.1-ci maddəsində göstərilən xərclər, habelə ümumi qəza üzrə ödənişlər, əvəzi ödəniləcək zərərlə birlikdə sığorta məbləğindən artıq olsa belə, sığortaçı tərəfindən ödənilir.

 218.2. Bir-birinin ardınca baş verən bir neçə sığorta hadisəsi nəticəsində vurulan zərərə görə sığortaçı, belə zərərin ümumi məbləği sığorta  məbləğindən çox olsa da, məsuliyyət daşıyır.

Maddə 219. Gəminin xəbərsiz itkin düşməsi

 219.1. Bu Məcəllənin 38.2-ci maddəsində göstərilən halda gəmi xəbərsiz itkin düşdükdə, sığortaçı sığorta məbləğinin tam həcmində məsuliyyət daşıyır.

 219.2. Dəniz sığorta müqaviləsi ilə müəyyən müddətə sığortalanmış gəmi xəbərsiz itkin düşdükdə, əgər gəmi haqqında axırıncı məlumat  müqavilənin qüvvədə olduğu müddət bitənədək alınıbsa və əgər sığortaçı gəminin bu müddət bitdikdən sonra məhv olduğunu sübuta yetirə  bilməsə, sığortaçı məsuliyyət daşıyır.

Maddə 220. Abandon

 220.1. Əmlak məhvolmaya qarşı sığorta edildikdə, sığortalı və ya faydalanan şəxs aşağıdakı hallarda sığortalanmış əmlaka olan hüquqlarından imtina etdiyi barədə sığortaçıya bəyanat (abandon) verə və tam sığorta məbləğini ala bilər:

 220.1.1. gəmi xəbərsiz itkin düşdükdə;

 220.1.2. gəmi və (və ya) yük məhv olduqda;

 220.1.3. sığortalanmış gəminin bərpası və ya təmiri iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda (gəminin tam konstruktiv məhvi);

 220.1.4. gəminin zədələrinin aradan qaldırılması və ya yükün təyinat limanına çatdırılması iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda;

 220.1.5. ələ keçirilmə təhlükəsindən sığortalanan gəmi və ya yük ələ keçirildikdə və belə ələ keçirilmə altı aydan artıq davam etdikdə.

 220.2. Bu Məcəllənin 220.1-ci maddəsində göstərilən hallarda sığortaçıya aşağıdakı hüquqlar keçir:

 220.2.1. əmlak tam dəyərində sığortalandıqda sığortalanmış əmlaka dair bütün hüquqlar;

 220.2.2. əmlak tam olmayan dəyərində sığortalandıqda sığorta məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq sığortalanmış əmlakın hissəsinə dair hüquqlar.

 220.3. Sığortaçıya abandon haqqında bildiriş bu Məcəllənin 219 və 220.1-ci maddələrində göstərilən müddətin bitdiyi və ya hadisələr başlandığı andan altı ay ərzində verilməlidir. Altı ay qurtardıqdan sonra sığortalı və ya faydalanan şəxs abandona olan hüququnu itirir və ümumi əsaslarla zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 220.4. Abandon haqqında bildiriş şərtsiz olmalıdır və sığortalı və ya faydalanan şəxs tərəfindən geri götürülə bilməz.

 220.5. Tərəflərin bu Məcəllənin 220.1-220.4-cü maddələrində müəyyən edilmiş qaydalara zidd olan razılaşmaları əhəmiyyətsizdir.

Maddə 221. Sığorta ödənişinin geri qaytarılması

 Sığorta ödənişi alındıqdan sonra gəminin məhv olmadığı aydınlaşarsa, sığortaçı sığortalıdan və ya faydalanan şəxsdən sığortalanmış əmlakı  onlarda saxlamaq şərti ilə, sığorta ödənişindən sığortalıya və ya faydalanan şəxsə həqiqi vurulan zərərin əvəzini çıxmaqla qalan hissəsini geri  qaytarmağı tələb edə bilər.

Maddə 222. Sığortalının və ya faydalanan şəxsin zərərin əvəzinin ödənilməsinə dair hüquqlarının sığortaçıya keçməsi (subroqasiya)

 222.1. Sığorta ödənişini vermiş sığortaçıya ödədiyi məbləğ həddində sığortalının və ya faydalanan şəxsin vurulan zərərə görə məsuliyyət  daşıyan şəxsə qarşı olan tələbetmə hüququ keçir. Sığortaçının belə hüququ sığorta ödənişini almış şəxs üçün müəyyən edilmiş qaydaya  riayət etməklə həyata keçirilir.

 222.2. Sığortalı və ya faydalanan şəxs vurulan zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı öz tələbetmə hüququndan imtina etdikdə, yaxud  sığortalının və ya faydalanan şəxsin təqsiri nəticəsində belə hüququn həyata keçirilməsi mümkün olmadıqda, sığortaçı sığorta ödənişini tam  həcmdə və ya müvafiq hissədə verməkdən azad edilir.

XVI fəsil

 ÜMUMİ QƏZA

Maddə 223. Ümumi qəza anlayışı və onun bölüşdürülməsi prinsipləri

 223.1. Ümumi dəniz müəssisəsində iştirak edən əmlakı — gəmini, fraxtı və gəmidə daşınan yükü ümumi təhlükədən xilas etmək məqsədi ilə  bilərəkdən və ağlabatanlıqla ümumi təhlükəsizlik naminə görülmüş fövqəladə xərclər və əmlakın qurban verilməsi nəticəsində vurulan zərər  ümumi qəza hesab edilir.

 223.2. Yalnız bu Məcəllənin 223.1-ci maddəsində göstərilən hərəkətlərin birbaşa nəticəsi olan zərər ümumi qəza hesab edilir.

 223.3. Ümumi qəza ümumi dəniz müəssisəsinin — dəniz səfərinin başa çatdığı vaxtda və yerdə gəmi, fraxt və yük arasında onların bu Məcəllənin 241-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq müəyyənləşdirilən dəyərlərinə müvafiq olaraq bölüşdürülür.

 223.4. Əgər onlar xilasetmə əməliyyatında deyil, kommersiya fəaliyyətində iştirak edirlərsə, bir və ya bir neçə gəminin digər gəmini və ya  gəmiləri yedəklədikləri və ya itələdikləri hala da ümumi qəza kimi baxılır.

 223.5. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmini və əgər varsa, onun yükünü ümumi təhlükədən qorumaq üçün tədbirlər görüldüyü halda  da tətbiq edilir.

 223.6. Gəmi digər gəmidən (gəmilərdən) adi ayrılma nəticəsində təhlükəsizlikdə olduqda o, digər gəmi (gəmilər) ilə ümumi təhlükəyə məruz  qalmır.

Maddə 224. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 224.1. Əgər tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllənin 223.1-ci və 242-245-ci maddələrində müəyyən edilmiş  qaydalar istisna olmaqla, bu fəsildə müəyyən edilmiş qaydalar tətbiq edilir.

 224.2. Tərəflərin razılaşması ilə nəzərdə tutulan hallarda, habelə qəzanın növünü və ümumi qəza nəticəsində vurulan zərərin miqdarını və  onun bölüşdürülməsini müəyyən etmək üçün tətbiq ediləcək qanun natamam olduqda ümumi qəzaya dair beynəlxalq qaydalar və ticarət  gəmiçiliyinin digər beynəlxalq adətləri tətbiq edilir.

 224.3. Vurulan zərərin əvəzinin ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilməsi hüququ fövqəladə xərclərə və ya əmlakın qurban  verilməsinə səbəb olan təhlükə dənizlə yük daşınması müqaviləsinin bir tərəfinin və ya üçüncü şəxsin təqsiri nəticəsində yarandığı halda da  saxlanılır. Belə bölüşdürülmə ümumi qəzanın iştirakçılarını vurulmuş zərəri cavabdeh olan şəxsdən tutmaq hüququndan məhrum etmir.

Maddə 225. Gəminin sığınacaq yerinə daxil olması nəticəsində yaranan ümumi qəza

 225.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində ümumi təhlükəsizlik naminə və zərurət qarşısında gəminin limana və ya digər  sığınacaq yerinə daxil olması, yaxud yükvurma limanına və ya digər yerə geri qayıtması ilə əlaqədar xərclər də ümumi qəza hesab edilir.

 225.2. Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması ilə əlaqədar xərclər ümumi qəza hesab edildikdə, gəminin  ilkin yük və ya onun bir hissəsi ilə limandan çıxması ilə bağlı xərclər də ümumi qəzaya aiddir.

 225.3. Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması nəticəsində səfərin uzadılması ilə bağlı gəmi heyəti üzvlərinin əmək haqqına və təminatına, yanacağa və təchizata çəkilən xərclər bu Məcəllənin 225.1-ci maddəsində göstərilən hallarda ümumi  qəza hesab edilir.

 225.4. Bu Məcəllənin 225.1-225.3-cü maddələrində müəyyən edilmiş qaydalara müvafiq olaraq sığınacaq yerində təmir işlərinin aparılması  mümkün olmadığına görə gəminin daxil olduğu sığınacaq yerindən digər limana və ya digər yerə keçirilməsi ilə əlaqədar xərclərə, o  cümlədən gəminin müvəqqəti təmiri, onun yedəklənməsi və səfərin uzadılması ilə bağlı xərclərə tətbiq edilir.

Maddə 226. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və ya yenidən gəmiyə yüklənməsi ilə əlaqədar çəkilən xərclər

 226.1. Bədbəxt hadisə və ya digər fövqəladə hallar nəticəsində gəminin zədələnməsini aradan qaldırmağa imkan əldə etmək məqsədi ilə, əgər  aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün zəruridirsə, yükün vurulma yerində, gəminin daxil olduğu və ya sığınacaq  yerində yükün, yanacağın və ya təchizat predmetlərinin yerlərinin dəyişdirilməsi, gəmidən boşaldılması və yenidən gəmiyə yüklənməsi ilə  əlaqədar olaraq çəkilən xərclər ümumi qəza hesab edilir.

 226.2. Yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidə yerlərinin dəyişdirilməsinə, yaxud onların boşaldılmasına çəkilən xərclər  aşağıdakı hallarda ümumi qəza hesab edilmir:

 226.2.1. xərclər yükün, yanacağın və ya təchizat predmetlərinin səfər zamanı yerdəyişməsi ilə əlaqədar yalnız yenidən yerləşdirilməsi məqsədi ilə çəkildikdə və belə yenidən yerləşdirmə ümumi təhlükəsizlik naminə həyata keçirilmədikdə;

 226.2.2. gəminin yüklənmə yerində aşkar edilmiş və səfər zamanı baş vermiş hər hansı bir bədbəxt hadisə və ya digər fövqəladə hallarla  bağlı olmayan zədələnmə ilə əlaqədar gəminin təmiri üçün zərurət yarandıqda zədələnmə aradan qaldırıldıqda.

 226.3. Bu Məcəllənin 226.1-226.2-ci maddələrində göstərilən hallarda boşaldılmış və ya yeri dəyişdirilmiş yükün, yanacağın və ya təchizat  predmetlərinin yenidən gəmiyə vurulması və ya yenidən yerləşdirilməsi üçün çəkilən xərclər onların sığortalanması və saxlanması üçün  çəkilən xərclərlə birlikdə ümumi qəza hesab edilir.

Maddə 227. Gəminin müvəqqəti təmiri

 Ümumi təhlükəsizlik naminə, yaxud ümumi qəzada əmlakın qurban verilməsi nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün yükün  vurulduğu yerdə, gəminin daxil olduğu yerdə və ya sığınacaq yerində gəminin müvəqqəti təmirinə çəkilmiş xərclər ümumi qəzaya aid edilir.  Səfəri başa çatdırmaq üçün zəruri olan təsadüfi zədələrin müvəqqəti aradan qaldırılması üçün çəkilən xərclərin əvəzi yalnız qarşısı alınmış  xərclərin (lakin qarşısı alınmayacağı təqdirdə ümumi qəzaya aid edilə biləcək) həddində ödənilir.

Maddə 228. Ümumi təhlükəsizlik naminə gəminin ləngiməsi ilə əlaqədar xərclər

 228.1. Bədbəxt hadisə, əmlakın qurban verilməsi nəticəsində və ya ümumi təhlükəsizlik naminə, yaxud gəminin zədələnməsini aradan qaldırmaq üçün digər fövqəladə hallar nəticəsində, əgər belə aradan qaldırma səfərin təhlükəsiz davam etdirilməsi üçün zəruridirsə, gəminin  hər hansı bir limanda və ya yerdə ləngiməsi ilə əlaqədar gəmi heyətinin əmək haqqına və təminatına çəkilən xərclər ümumi qəza hesab edilir.  Ümumi qəzaya aid edilməyən zədələnmələrin aradan qaldırılmasına çəkilən xərclər istisna olmaqla, belə ləngimə zamanı yanacağa, təchizat  predmetlərinə və liman yığımlarına çəkilən xərclərin əvəzi ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilir.

 228.2. Bu Məcəllənin 228.1-ci maddəsində müəyyən edilmiş qaydalar səfər zamanı bədbəxt hadisə və ya digər fövqəladə hallar ilə bağlı olmayan zədələrinin aradan qaldırılması səbəbindən gəminin ləngiməsi nəticəsində çəkilən xərclərə tətbiq edilmir. Belə xərclər gəminin səfəri  təhlükəsiz davam etdirməsi üçün lazım olduqda da ümumi qəza hesab edilmir.

Maddə 229. Gəminin səfərə yararsız hesab edilməsinin və ya gəminin səfəri davam etdirməkdən imtinasının nəticələri

 Gəmi səfərə yararsız hesab edildikdə və ya gəmi səfəri davam etdirməkdən imtina etdikdə bu Məcəllənin 226.3 və 228.1-ci maddələrində  göstərilən saxlamaya, sığortaya, gəmi heyətinin əmək haqqına və təminatına, yanacağa, təchizat predmetlərinə və liman yığımlarına çəkilən  xərclərdən ümumi qəzaya yalnız gəmi səfərə yararsız hesab edilənədək və ya gəminin səfəri davam etdirməkdən imtinasınadək, yaxud yükün  boşaldılması qurtaranadək, yükün boşaldılması bu ana kimi başa çatdırılmayıbsa, çəkilən xərclər aid edilir.

Maddə 230. Xilasetməyə çəkilən xərclər və xilasetmə tədbirlərinin görülməsi nəticəsində ümumi qəza

 230.1. Xilasetmə bu Məcəllənin 223.1-ci maddəsində göstərilən məqsədlər üçün həyata keçirildikdə, belə xilasetmənin müqavilə əsasında və  digər üsulla həyata keçirilməsindən asılı olmayaraq, ümumi dəniz tədbirində iştirak edən tərəflərin xilasetməyə çəkdikləri xərclər ümumi qəza  hesab edilir.

 230.2. Bu Məcəllənin 230.1-ci maddəsində göstərilən xərclərə xilas edənlərin ətraf mühitə vurulan zərərin qarşısını almaqda və ya azaltmaqda göstərdikləri ustalıq və səylər nəzərə alınmaqla müəyyən edilən xilasetmə mükafatı da daxildir. Lakin gəmi sahibinin xilas edənə  ödədiyi xüsusi kompensasiya ümumi qəza hesab edilmir.

 230.3. Bu Məcəllənin 223-cü maddəsində göstərilən əlamətlər mövcud olduqda, xüsusilə aşağıdakılar ümumi qəza hesab edilir:

 230.3.1. yükün gəmidən kənara atılması, habelə ümumi təhlükəsizlik naminə əmlakın qurban verilməsi nəticəsində, xüsusilə yükün atılması üçün açılan lüklardan suyun anbarlara dolması nəticəsində gəmiyə və ya yükə vurulan zərər;

 230.3.2. gəmidə baş verən yanğının söndürülməsi nəticəsində gəmiyə vurulan zərər, o cümlədən bu məqsəd üçün yanan gəminin sahilə  atılmasından və ya suya batırılmasından vurulan zərər;

 230.3.3. gəminin qəsdən saya oturdulması nəticəsində gəmiyə və ya yükə dəyən zərər;

 230.3.4. gəmi saydan çıxarılarkən gəmi mühərriklərinin, digər maşın və ya mexanizmlərinin zədələnməsi nəticəsində vurulan zərər;

 230.3.5. saya oturmuş gəmini yüngülləşdirmək məqsədi ilə gəmidəki yükün, yanacağın və ya təchizat predmetlərinin gəmidən lixterlərə  yüklənməsinə və sonradan yenidən gəmiyə yüklənməsinə çəkilən fövqəladə xərclər, habelə bunun nəticəsində vurulan digər zərər.

Maddə 231. Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər

 231.0. Ətraf mühitə vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində çəkilən xərclər aşağıdakı  hallarda ümumi qəza hesab edilir:

 231.0.1. ümumi təhlükəsizlik naminə görülən əməliyyatın bir hissəsi kimi yerinə yetirildikdə, əgər tədbirlər ümumi dəniz müəssisəsindən  kənarda yerinə yetirildiyi halda tərəflərə xilasetmə üçün mükafat almaq hüququ verərsə;

 231.0.2. bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi limana və ya sığınacaq yerinə daxil olduqda və ya çıxdıqda;

 231.0.3. bu Məcəllənin 225-ci maddəsində nəzərdə tutulmuş hallarda gəmi limanda və ya sığınacaq yerində ləngidikdə. Gəmidən dənizi  çirkləndirən maddələrin faktik axması və ya axıdılması ilə əlaqədar vurula biləcək zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə  görülən əlavə tədbirlərə çəkilən xərclər ümumi qəza hesab edilmir;

 231.0.4. yükün boşaldılması, anbara yığılması və ya yenidən gəmiyə vurulması ilə bağlı, əgər göstərilən əməliyyatlara çəkilən xərclər ümumi qəza hesab edilirsə.

Maddə 232. Yükün, yanacağın və təchizat predmetlərinin zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər

 Əgər göstərilən əməliyyatlar ümumi qəzaya aid edilirsə, yükün, yanacağın və təchizat predmetlərinin gəmidə yerinin dəyişdirilməsi, gəmidən boşaldılması, yenidən gəmiyə yüklənməsi və yerləşdirilməsi, habelə onların saxlanma nəticəsində zədələnməsi və ya məhvi ilə bağlı zərər  ümumi qəza hesab edilir.

Maddə 233. Fraxtın itirilməsi nəticəsində vurulan zərər

 Yükün itirilməsi nəticəsində fraxtın itirilməsi, əgər yükün itirilməsinin əvəzinin ödənilməsi ümumi qəzanın bölüşdürülməsi qaydasında  həyata keçirilirsə, ümumi qəza hesab edilir. Bu halda fraxtdan yük sahibinin fraxtı almaq məqsədi üçün çəkməli olduğu, lakin əmlakın  qurban verilməsi nəticəsində çəkmədiyi xərclər çıxılır.

Maddə 234. Əvəz edilən xərclər

 Ümumi qəzaya aid ediləcək xərclərin əvəzinə çəkilən hər hansı bir əlavə xərc ümumi qəza hesab edilir (əvəz edilən xərclər). Əvəz edilən  xərclər, belə xərclər nəticəsində ümumi qəzanın hər hansı bir iştirakçısının əldə etdiyi qənaətdən asılı olmayaraq, yalnız qarşısı alınmış xərclər  həddində ödənilir.

Maddə 235. Ümumi qəza hesab edilməyən zərər (xüsusi qəza)

 235.1. Bu Məcəllənin 223.1-ci maddəsində müəyyən edilmiş əlamətlərin təsiri altına düşməyən zərər, habelə bu Məcəllənin 235.2-ci maddəsində göstərilən zərər xüsusi qəza hesab edilir. Belə zərər gəmi, yük və fraxt arasında bölüşdürülmür və həmin zərəri zərərçəkən və ya  onun vurulmasına görə məsuliyyət daşıyan şəxs çəkir.

 235.2. Bu Məcəllənin 223.1-ci maddəsində göstərilən əlamətlər mövcud olduqda da aşağıdakılar ümumi qəza hesab edilmir:

 235.2.1. gəmidən ticarət gəmiçiliyi qaydalarının və adətlərinin pozulması ilə daşınan və kənara atılan yükün dəyəri;

 235.2.2. yanğının söndürülməsi zamanı tüstünün təsiri və ya qızma nəticəsində vurulan zərər;

 235.2.3. dəniz təhlükəsi nəticəsində faktiki itirilmiş və ya qopmuş qırıqların və ya gəmi hissələrinin sonradan kəsilməsindən vurulan zərər;

 235.2.4. suda olan gəminin mühərrikinin yaxud digər maşın və qazanlarının işinin gücləndirilməsi nəticəsində vurulan zərər;

 235.2.5. səfər müddətinin artırılması nəticəsində gəmiyə və ya yükə vurulan hər hansı bir zərər və ya itki (boşdayanmaya görə zərər, qiymətlərin dəyişməsi və s.).

Maddə 236. Gəminin, onun maşınlarının və ya ləvazimatlarının zədələnməsi nəticəsində vurulan zərər

 236.1. Gəminin, onun maşınlarının və ya ləvazimatlarının zədələnməsi nəticəsində ümumi qəza təşkil edən zərər zədələnmiş və ya itirilmiş  hissələrin təmir, düzəldilmə və ya dəyişdirilmə qiymətindən asılı olaraq müəyyənləşdirilir.

 236.2. Əgər gəminin təmiri aparılmayıbsa, gəminin zədələnməsi nəticəsində vurulan zərər zədələnmədən sonra gəminin qiymətinin azaldığı və  smetaya uyğun olaraq gəminin təmir qiymətindən çox olmayan məbləğlə müəyyənləşdirilir.

Maddə 237. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər

 237.1. Yaşı on beş ildən çox olmayan gəmidə təmir zamanı köhnə materiallar və ya hissələr təzələri ilə əvəz edildikdə, bu Məcəllənin 236-cı  maddəsinə uyğun olaraq ümumi qəzaya aid edilən təmir xərci, bu Məcəllənin 237.2-237.4 maddələrində göstərilən hallar istisna olmaqla,  təmir xərcinin üçdə bir hissəsi qədər azaldılır.

 237.2. «Köhnənin əvəzinə təzəsi» üçün güzəştlər gəminin bu Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq ümumi qəza hesab edilən müvəqqəti təmirinin xərclərinə, habelə ərzağın, təchizat predmetlərinin, lövbər və lövbər zəncirlərinin xərclərinə tətbiq edilmir.

 237.3. Gəminin təmir olunması ehtiyacından yaranan quru dok, stapel və gəminin yerdəyişməsinə çəkilən xərclər tam həcmdə ümumi qəzaya  aid edilir.

 237.4. Gəmi gövdəsinin təmizlənməsi, astarlanması və rənglənməsi üçün xərclər, əgər gəmi gövdəsinin sonuncu təmizlənməsi, astarlanması və  rənglənməsi ümumi qəza hadisəsinin baş verməsinə qədər son 12 ay ərzində həyata keçirilibsə, 50 faiz miqdarında ümumi qəzaya aid edilir.

Maddə 238. Gəminin məhv olması nəticəsində vurulan zərər

 Gəmi tamamilə məhv olduqda və ya tamamilə məhv olmasa da, təmirinə sərf ediləcək xərclər gəminin təmirdən sonrakı dəyərindən artıq  olacaqsa (gəminin tam konstruktiv məhvi), ümumi qəza hesab edilən zərər gəminin zədəsiz vəziyyətdə qiymətləndirilmiş dəyərindən smetaya  müvafiq olaraq və ümumi qəzaya aid edilməyən zədələrin aradan qaldırılmasına çəkilən xərclər və gəmidə qalan əmlakın satışından əldə  edilən xalis məbləğ çıxılmaqla müəyyənləşdirilir.

Maddə 239. Yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər

 239.1. Ümumi qəzaya aid edilən yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər yükün boşaldıldığı anda yükalana təqdim  edilən hesab əsasında təyin edilən dəyərə müvafiq olaraq, belə hesab olmadıqda isə yükün yüklənildiyi anda olan dəyərinə əsasən müəyyənləşdirilir. Yükün boşaldıldığı ana olan dəyərinə sığorta və fraxt (fraxt yük sahibinin riskində deyilsə) xərcləri daxildir.

 239.2. Zədələnmiş yükün satıldığı halda əvəzi ödəniləcək zərər, bu Məcəllənin 239.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilən yükün  zədəsiz vəziyyətdə olan dəyəri ilə onun satışından əldə edilən xalis məbləğ arasındakı fərqlə müəyyənləşdirilir.

 239.3. Gəmi sahibinin və ya onun dəniz agentinin xəbəri olmadan və ya qəsdən yanlış ad altında gəmiyə yüklənmiş yükün, habelə qəsdən  yanlış ad altında daşınmaq üçün təhvil verilmiş yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər ümumi qəza hesab edilmir.  Belə yüklər xilas edildikdə, onların sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə ümumi əsasla iştirak etməyə borcludurlar. Daşınma üçün  təhvil verilərkən dəyərləri həqiqi dəyərlərindən az elan edilmiş yüklərin sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə yüklərin həqiqi dəyərinə  müvafiq olaraq iştirak edirlər, lakin vurulan zərərin əvəzini yalnız yüklərin elan edilmiş dəyərinə müvafiq alırlar.

Maddə 240. Ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin üstünə gələn faizlər

 Dispaşa tərtib edildikdən üç ay sonra ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən xərclərin və digər məbləğlərin üstünə illik 7  faiz əlavə edilir.

Maddə 241. Əmlakın kontribusiya dəyəri

 241.1. Əmlakın (gəminin, yükün və fraxtın) ümumi dəyəri, hansına ki uyğun olaraq ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi  ödənilən zərərin örtülməsi üçün ödənişlər təyin edilir (əmlakın kontribusiya dəyəri), gəmi səfərini başa çatdırdıqdan sonra bu əmlakın həqiqi  xalis dəyəri əsasında müəyyənləşdirilir. Bu dəyərə, əgər belə məbləğ ona daxil edilməyibsə, qurban verilmiş əmlakın ümumi qəzanın  bölüşdürülməsi qaydasında əvəzi ödənilən məbləğ əlavə edilir.

 241.2. Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən ümumi qəza halında bu əmlaka dair çəkilən bütün əlavə xərclər, bu Məcəllənin  271-ci maddəsinə müvafiq olaraq xüsusi kompensasiyanın verilməsi haqqında qərara əsasən ümumi qəza hesab edilən və ya gəmiyə aid olan  xərclər istisna olmaqla, çıxılır.

 241.3. Yükün kontribusiya dəyəri yükün boşaldılma anına yükalana təqdim olunan hesabda müəyyən edilmiş dəyərə əsasən, hesab olmadıqda isə — yükün göndərilmə anında olan dəyəri əsasında müəyyənləşdirilir. Yükün dəyərinə sığorta və fraxt xərcləri də, əgər fraxt yük sahibinin riskində deyilsə, daxildir. Yükün boşaldılanadək və ya boşaldılması zamanı zədələnməsi və ya məhv olması ilə əlaqədar vurulan bütün zərərin məbləği yükün dəyərindən çıxılır.

 241.4. Təyinat yerinin yaxınlığında satılmış yükün kontribusiya dəyəri yükün satışından əldə edilən xalis məbləğə ümumi qəzanın bölüşdürülməsi qaydasında ödənilən məbləğ əlavə edilməklə müəyyənləşdirilir.

 241.5. Gəminin kontribusiya dəyəri ümumi qəza halı anında gəminin berbout-çarter və ya taym-çarter üzrə fraxta götürülməsindən asılı  olmayaraq müəyyənləşdirilir.

 241.6. Əmlakın kontribusiya dəyəri müəyyənləşdirilərkən, gəmi sahibinin riskində olan fraxt və sərnişinlərin gediş haqqından fraxt və gediş  haqqını almaq məqsədi üçün çəkilən xərclər, o cümlədən gəmi heyəti üzvlərinin əmək haqlarına çəkilən xərclər çıxılır. Bu həmin xərclərdir ki,  əgər gəmi və yük ümumi qəzanın yaranmasına səbəb olan şəraitdə məhv olsa idi, onları çəkmək lazım gəlməzdi və bunlar ümumi qəzaya aid  edilə bilməzdi.

 241.7. Əmlakın kontribusiya dəyəri və ümumi qəzanın bölüşdürülməsi qaydasında əvəzi ödənilən zərərin örtülməsi üçün ödənişlər müəyyənləşdirilərkən, sərnişinlərin konosament əsasında daşınmayan baqajı, o cümlədən müşayiət etdikləri avtomobillər və başqa şəxsi əşyalar nəzərə alınmır.

Maddə 242. Dispaşa və dispaşerlər

 Maraqlı şəxslərin bildirişi ilə ümumi qəzanın mövcudluğu və onun bölüşdürülməsi üzrə hesablaşmalar (dispaşa) dəniz hüququ sahəsində  bilik və təcrübəsi olan şəxslər (dispaşerlər) tərəfindən müəyyən edilir.

Maddə 243. Dispaşanın tərtib edilməsi üçün lazım olan materiallar və sübutlar

 243.1. Ümumi qəzanın bölüşdürülməsini tələb edən tərəf elan edilmiş zərərin həqiqətən ümumi qəza kimi tanınmasını sübut etməlidir.

 243.2. Dispaşanın tərtib edilməsi ilə mənafeləri toxunula bilən şəxs ümumi dəniz tədbiri başa çatdıqdan sonra on iki ay ərzində dispaşerə  əvəzinin ödənilməsini tələb etdiyi itki və xərclər barədə yazılı bildiriş verir. Belə bildiriş verilmədikdə, dispaşer dispaşanı onda olan məlumat  əsasında tərtib edə bilər. Bu halda dispaşa yalnız onun açıq-aşkar düzgün olmaması əsasında mübahisə edilə bilər.

 243.3. Dispaşa tərtib edilərkən həlli xüsusi biliklər tələb edən suallar ortaya çıxarsa, dispaşer müvafiq rəyin hazırlanmasını təyin etdiyi ekspertə həvalə edə bilər. Dispaşer belə rəyi digər sübutlarla birlikdə qiymətləndirir.

 243.4. Əsasında dispaşanın tərtib edildiyi materiallar tanışlıq üçün açıq olmalıdır və dispaşer maraqlı olan şəxslərin tələbi ilə və onların hesabına bu materialların təsdiq edilmiş surətlərini verməlidir.

Maddə 244. Dispaşanın tərtib edilməsi üçün vəsaitin toplanması

 Dispaşanın tərtib edilməsi üçün dispaşaya daxil edilən vəsait toplanır. Ümumi qəzada vəsait iştirak paylarına mütənasib olaraq bütün maraqlı şəxslər arasında bölüşdürülür.

Maddə 245. Dispaşada düzəlişlərin aparılması və dispaşanın mübahisə edilməsi

 245.1. Dispaşa reyestrində dispaşa qeydiyyatdan keçdikdən sonra hesablaşmalarda aşkar edilən səhvlər dispaşerin öz təşəbbüsü ilə və ya  aralarında ümumi qəzanı bölüşdürən şəxslərin ərizəsinə əsasən dispaşa əlavənin (addendumun) tərtib edilməsi vasitəsi ilə düzəldilə bilər. Belə  əlavə dispaşanın tərkib hissəsi hesab edilir.

 245.2. Maraqlı şəxslər dispaşanı və ya onun əlavəsini aldıqları gündən altı ay ərzində, iddia ərizəsinin surətini dispaşerə göndərib onu mütləq  xəbərdar etməklə, dispaşanı məhkəmə yolu ilə mübahisə edə bilərlər.

 245.3. Dispaşerin dispaşa barədə mübahisənin məhkəmə baxışında iştirak etmək və işin mahiyyəti üzrə izahatlar vermək hüququ var, zəruri  olan hallarda isə bu onun borcudur.

XVII fəsil

 GƏMİLƏRİN TOQQUŞMASINDAN VURULAN ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ

Maddə 246. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi

 246.1. Dəniz gəmiləri, habelə dəniz gəmiləri ilə digər gəmilər toqquşduqda bu gəmilərə, onlarda olan insanlara, yükə və ya başqa əmlaka  vurulan zərərin əvəzi bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq ödənilir. Bir gəmi digər gəmiyə və ya həmin gəmidə olan  insanlara, yükə və ya digər əmlaka manevr etmək və ya etməməklə, yaxud üzgüçülük qaydalarına riayət etməməklə zərər vurmuşdursa, bu  zaman gəmilər toqquşmadıqda belə, göstərilən qaydalar tətbiq edilir.

 246.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydalar, hərbi gəmilər, yardımçı hərbi gəmilər (sərhəd gəmiləri istisna olmaqla) Azərbaycan Respublikasının mülkiyyətində olan və toqquşma zamanı qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilərə şamil edilir.

Maddə 247. Məsuliyyəti istisna edən hallar

 247.1. Gəmilərin toqquşması təsadüfən və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə, yaxud toqquşmanın səbəblərini müəyyənləşdirmək mümkün olmadıqda, zərəri zərərçəkən tərəfi çəkir.

 247.2. Bu Məcəllənin 247.1-ci maddəsində müəyyən edilmiş qayda gəmilər və ya gəmilərdən biri toqquşma zamanı lövbərdə olduğu və ya  digər üsulla bağlandığı halda da tətbiq edilir.

Maddə 248. Gəmilərin toqquşmasının baş verməsində təqsir

 248.1. Gəmilərin toqquşması gəmilərdən birinin təqsiri nəticəsində baş verdikdə, zərəri toqquşmanın baş verməsində təqsiri olan tərəf çəkir.

 248.2. Gəmilərin toqquşması iki və ya artıq gəminin təqsiri nəticəsində baş verdikdə, zərərə görə hər bir gəminin məsuliyyəti onun təqsirinin  dərəcəsinə müvafiq olaraq müəyyənləşdirilir. Toqquşmanın baş verdiyi şəraitdən hər bir gəminin təqsir dərəcəsini müəyyənləşdirmək  mümkün olmadıqda, zərərə görə məsuliyyət onların arasında bərabər bölüşdürülür.

 248.3. Toqquşmada təqsiri olan gəmilərin sahibləri insanların ölümü və ya sağlamlıqlarının pozulması nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 248.2-ci maddəsinə müvafiq olaraq ödəməli olduğu məbləğdən artıq məbləğ ödəmiş gəmi sahibinin digər gəmi sahiblərinə reqress hüququ vardır.

 248.4. Gəmilərin toqquşması dəniz bələdçisinin təqsiri nəticəsində baş verdiyi halda da bu Məcəllənin 248.2-ci maddələrində müəyyən edilmiş məsuliyyət yaranır.

Maddə 249. Təqsirsizlik prezumpsiyası

 Toqquşan gəmilərin heç biri, əgər bunun əksi sübuta yetirilməyibsə, təqsirkar hesab edilmir.

XVIII fəsil


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə