Zülalları öyrənmək üçün təmiz halda alıb, tərkibi




Yüklə 37.57 Kb.
tarix27.04.2016
ölçüsü37.57 Kb.
Zülallar
Zülali maddələr insan və heyvan orqanizminin əsasını təşkil edir, hüceyrələrin və üzvlərin əmələ gəlməsində, irsiyyətin keçməsində, immunitetdə, mübadilə proseslərinin tənzimində mühüm rol oynayır. Zülallar heyvan orqanizmində quru maddənin çox hissəsini təşkil edir. Bitkilərdə ən çox paxlalıların toxumunda olur, yağlı bitkilərdə də çoxdur (16-18%).

İnsan və heyvanlarda zülallar ən çox dalaqda, əzələlərdə, ağciyərlərdə, böyrəklərdə və s. üzvlərdə olur. Bunlarda zülal quru maddənin 72—84%-ni təşkil edir.

Zülalları öyrənmək üçün təmiz halda alıb, tərkibi və quruluşu haqqında düzgün fikir söyləmək olar.

Təmiz halda almaq və öyrənmək üçün çökdürmə, elektroforez, xromatoqrafiya, rentgenoqrafiya, elektron mikroskopiyasi və s. üsullardan istifadə olunur.

Elektroforez üsulu ilə zülalları ayırmaq daha münasibdir.

Bu üsulla ayrılmış zülalların aminturşu tərkibi xromatoqrafiya üsıılu ilə öyrənilir. Onun ən geniş yayılmış forması kağız xromatoqrafiyasıdır. Hazırda qaz xromatoqraflyasi, qaz maye xromatoqrafiyası və s. inkişaf etməkdədir.

Rentgenoqrafiya üsulu zülalların quruluşunu öyrənməyə imkan verir.

Zülallar əsas beş elementdən: karbon, oksigen, azot, hidrogen və kükürddən təşkil olunur.

Zülalların quruluşu

Zülallar təbiətdə çox yayılmış birləşmələrdir. Onların molekullarında aminturşuları müxtəlif sayda və qaydada peptid tipli rabitə ( CO—NH—) ilə birləşir. Bu tipli rabitə bir arnin turşusunun karboksili ilə digər amin turşusunun amin qrupu hesabına yaranır. Reaksiya belə gedir:

Oпрямая соединительная линия 24прямая соединительная линия 26прямая соединительная линия 25 прямая соединительная линия 23прямая соединительная линия 22

Hпрямая соединительная линия 18прямая соединительная линия 20прямая соединительная линия 19прямоугольник 213C – CHNH2 – C + H NH–CH2–COOH →H2O+H3C–CHNH2–CO–NH–CH2–COOH



прямая соединительная линия 15прямая соединительная линия 14прямая соединительная линия 16прямая соединительная линия 17 Alanin OH qlisin

Alanin – qlisin


Adlanmaları belə olur: birinci turşunun adının axır şəkilçisi "il"lə əvəz olunur, ikinci turşunun adı isə dəyişmədən defislə yazılır. Məsələn, alanil-qlisin.

İki amin turşusu birləşdikdə dipeptid, 3-aminturşusundan tripeptid, çox sayda amin turşusundan polipeptid əmələ gəlir.

.Amin turşular peptid tipli rabitə ilə birləşərək polipeptidləri, sonuncuların isə biri və ya bir neçəsi birləşib.molekullarını əmələ gətirir.

Polipeptidlər disulfid tipli rabitə (—S—S—) ilə bir - birinə bağlanır. Bundan başqa polipeptidlər hidrogen rabitəsi və efir tipli rabitə ilə bağlanır.

Son tədqiqatlar nəticəsində zülalların 4 quruluşu; birinci, ikinci, üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.

Zülalların birinci quruluşu zülal molekullarında amin turşuların birləşmə ardıcıllığını göstərir.

İkinci quruluşu polipeptid zəncirinin (hidrogen tipli rabitə hesabına) qıvrımlaşması hesabına yaranır.

Üçüncü quruluş polipeptid qıvrımlarının formasını göstərir.

Dördüncü quruluş isə iki və çox polipeptid zəncirli zülallara aiddir. Bu zaman polipeptidlər birləşərək molekula müəyyən forma verir.

Zülalların təsnifatı

Zülallar tərkibinə və fiziki-kimyəvi xassələrinə görə sadə və mürəkkəb zülallara bölünür.

Sadə zülallar hidroliz olunduqda yalnız aminturşularına, mürəkkəb zülallar isə aminturşularından başqa zülal təbiətli olmayan maddələrə: nuklein turşularına, fosfat turşusuna. yağ turşularına, sulu karbonlara və qeyri birləşmələrə ayrılır.

Sadə zülallara albuminlər. qlobulinlər, prolaminlər, histonlar və qeyriləri aiddir.

Albuminlər suda yaxşı həll olur. Neytral duzların doymuş məhlullarının təsirindən çökür. Molekul kütlələri nisbətən kiçikdir. Qlobulinlər neytral duzların duru məhlullarında həll olur. Molekullarının kütləsi iridir. Albuminlər və qlobulinlər qan plazmasında, süddə. əzələdə və s.- də olur.

Prolaminlər ən çox bitkilərdə olur. Zəif qələvi və turşularda həll olur.



Qlütelinlər zəif qələvi məhlullarında həll olur. Bunlar da bitki zülallarıdır.

Protaminlər kiçik molekullu, qələvi xassəli zülallardır. Bunlarda lizin və arginin çoxdur. Histonlar da qələvi xassəlidir. Bunlarda 20—30% əsas xassəli amin turşular olur. Buna misal hemoqlobindəki qlobin zülalını göstərmək olar.

Mürəkkəb zülallara nukleoproteidlər, xromoproteidlər, fosfoproteidlər, lipoproteidlər və qeyriləri aiddir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə