ZÜlal möCÜZƏSİ harun yəhya müNDƏRİcat




Yüklə 472.6 Kb.
səhifə7/9
tarix07.04.2016
ölçüsü472.6 Kb.
1   2   3   4   5   6   7   8   9

Miller təcrübəsində həqiqətdən uzaq mexanizmlər:

Təcrübənin keçirilməsindən bir müddət sonra Millerin ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə apardığı sınağın bir çox tərəfdən elmi həqiqətlə uzlaşmadığı aşkar edildi. Bu təcrübənin elmi olaraq əsassız olduğunu göstərən məqamları nəzərə alındıqda, məqsədin elmilik olmadığı asanlıqla başa düşüləcəkdir.



1. Millerin hazırladığı mexanizmdə ibtidai atmosfer həqiqəti əks etdirmirdi. İbtidai atmosferdə mövcud olan mühit amin turşularının və həyat üçün lazım olan digər vahidlərin əmələ gəlməsinə qəti olaraq imkan vermirdi.

Oparin kimyəvi təkamül nəzəriyyəsini irəli sürdüyü zaman ibtidai dünya atmosferinin indiki vəziyyətindən olduqca fərqli olduğunu qeyd etmişdi.66 Stenli Miller də Oparinin 1936-cı ildə kitabına daxil etdiyi bu ibtidai atmosfer haqqında fərziyyələrindən istifadə edərək kimyəvi təkamül nəzəriyyəsinə əsaslanaraq bu fikri formalaşdırmaq istədi. Bu səbəbdən də, Oparinin qabaqcadan verdiyi proqnozları Miller ibtidai atmosferdəki amin turşusu sintezini təqlid edərkən dünya atmosferinin metan (CH4), ammonyak (NH3) və hidrogendən (H2) meydana gəldiyini fərz edirdi. Bundan əlavə, dünya atmosferində sərbəst oksigenin olmadığını irəli sürdü. Sonrakı dövrdə yeni geokimyəvi dəlillər və bu istiqamətdə aparılan sınaqlar Miller təcrübəsini, Oparin və Millerin irəli sürdüyü ehtimalların həqiqətə uyğun olmadığını aşkara çıxardı. Əldə edilən bütün dəlillər əsaslı şəkildə ibtidai atmosferdə hökm sürən təbii qazların karbondioksid, azot və su buxarından ibarət olduğu və metan, ammonyak və hidrogen olmadığını göstərirdi. Dünya atmosferi haqqındakı bu məlumatlar Miller təcrübəsinin və buna bənzər təcrübələrin yanlış atmosfer mühiti şəraitində keçirildiyini göstərir.

Lakin Miller bu qazları xüsusi olaraq istifadə etmişdir. Onun fəaliyyətinin məqsədi Oparinn 1924-cü ildə irəli sürdüyü kimyəvi təkamül uydurmasını təcrübi yolla sübut etməkdir. Bu səbəbdən, Miller, təcrübəsinin parametrlərini hazırlayarkən Oparinin dövründə məlum olan ibtidai atmosfer ölçülərinə əsasən hazırlamışdır. Məqsəd canlıların yaranmasından əvvəl dünya atmosferini formalaşdırmaq deyil, amin turşularının əmələ gəlməsi üçün lazımi atmosfer şəraitini yaratmaqdı. “Science” qəzetində Riçard Kerrin qeyd etdiyi kimi, son 30 ildə əldə edilən geoloji və geokimyəvi sübutların heç biri Millerin istifadə etdiyi ibtidai atmosfer mühitini dəstəkləmədi.67 İbtidai atmosfer mühitinin varlığını həqiqi qəbul etməyin yalnız bir səbəbi olduğu aşkar edildi: kimyəvi təkamül nəzəriyyəsinin buna ehtiyacının olması. Belə ki, Oparin və Miller fərz etdikləri atmosfer mühiti amin turşularının əmələ gəlməsi üçün lazım olan ən uyğun mühit idi. Normal mühitdə kimyəvi baxımından təbii atmoserdə atmosfer qazları arasında reaksiya getmir. Belə reaksiyalar olsa belə, onlar bioloji vahidi meydana gətirəcək səviyyəyə çata bilməz. Neytral atmosferdə bioloji vahidləri əmələ gətirməyə cəhd etmək yağla suyun və ya iki cansız kimyəvi elementin reaksiyaya girməsini gözləməyə bənzəyir.

Stenli Millerin təcrübəsində və buna bənzər digər təcrübələrdə fərz edilən ibtidai mühit həqiqətdə ibtidai atmosferdə mövcud olmadığı üçün belə təcrübələr həyatın mənşəyi haqqında heç bir elmi əsas yarada bilməz. Əlahiddə geokimya araşdırmaları ibtidai atmosferdə amin turşularının yaranmasına imkan verməyən kimyəvi mühit sübut edildiyinə görə, Miller təcrübəsinin heç bir maddənin əmələ gəlməsini sübut etmədiyi aşkara çıxdı. Məhz bu səbəbdən, laboratoriyadakı bütün sınaqlar kimyəvi təkamülün həyata keçməsinin imkansız olduğunu göstərir, bundan əlavə də, mövcud canlı sistemlərin tərtibatında təkzibedilməz qaydada ağıllı Yaradıcının mövcudluğunu isbatlayır.



2. Amin turşularının əmələ gəlməsi irəli sürülən müddətdə atmosferdə amin turşularının hamısını parçalaya biləcək sıxlıqda oksigen var idi.

Bir sıra geokimyəvi araşdırmalar bitkilərin mövcud olmasından əvvəl belə əhəmiyyətli ölçüdə sərbəst oksigenin, vulkanik qazların üzə çıxması və suyun buxarlanmasındakı fotodissosiasiya səbəbindən mövcud olduğunu göstərdi. Yaşı 3.5 milyard il olması hesablanan daşlardakı oksidləşmiş dəmir və uranium qalıqları atmosferdə oksigenin olduğunu sübut edirdi.68 Bütün araşdırma nəticələrinə görə, oksigenin miqdarı həmin dövrdə təkamülçülərin iddia etdiklərindən daha çox olduğu müəyyən edildi. Araşdırmalar göstərdi ki, həmin dövrdə yerin səthinə ultrabənövşəyi şüaların düşməsi, təkamülçülərin təxmin etdiyindən 10 min dəfə artıq idi. Bu sıxlıqda ultrabənövşəyi şüaların atmosferdəki su buxarı və hidrogendioksidi parçalayaraq oksigeni əmələ gətirməsi qaçılmaz olardı.

Millerin görməməzliyə vurduğu bu həqiqət oksigen nəzərə alınmadan aparılmış Miller təcrübəsinin tamamilə əsassız olduğunu göstərirdi. Əgər təcrübə zamanı oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, müəyyən edildi ki, oksigenin olmadığı bir mühitdə- hələ ozon təbəqəsi mövcud olmadığına görə- ultrabənövşəyi şüaların təsirinə birbaşa məruz qalan amin turşuları dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin varlığı da, olmaması da amin turşuları üçün məhvedici bir mühit deməkdir.

3. Miller, təcrübəsində “Soyuq tələ” adlı mexanizmdən istifadə edərək amin turşularını əmələ gəldikləri anda həmin mühitdən təcrid etmişdi.

Bir anlıq Stenli Millerin istifadə etdiyi ibtidai qazların ibtidai atmosferdəki mühitlə eyni olduğunu fərz edək. Belə olan halda, təcrübənin nəticəsi, həqiqətən də, kimyəvi təkamülü göstərəcəkmi? Xeyr. Miller təcrübələrində amin turşuları və nuklein turşusunun əsası kimi bioloji vahid olan molekullarla yanaşı, qeyri-üzvi maddələr də əmələ gəldi. İnsan müdaxiləsi olmadan həmin bu qeyri-üzvi maddələr əldə edilən digər yararlı maddələrlə reaskiyaya girərək, nəticədə, bioloji cəhətdən yararsız olan kimyəvi birləşmələri əmələ gətirəcəkdilər. Bu nəticəni əngəlləmək və kimyəvi təkamül nəzəriyyəsini bir “faciə” ilə yekunlaşdırmamaq üçün amin turşularını parçalayan və ya onları qeyri-üzvi birləşmələrə çevirən kimyəvi elementləri mühitdən ayırdılar. Bunun üçün Stenli Miller, təcrübəsində amin turşuları əmələ gəldiyi an onları əmələ gələn digər maddələrin və oradakı mühitin zərərli təsirlərindən qorumaq üçün “Soyuq tələ” (cold trap) adlı mexanizmdən istifadə etmişdir. Çünki, əks təqdirdə, amin turşularını əmələ gətirən şərait bu molekulları əmələ gəldikləri andan dərhal sonra məhv edəcəkdi.

Halbuki, ibtidai dünya şərtlərinə əsasən, şübhəsiz, soyuq tələ kimi şüurlu mexanizmlər yox idi. Və bu mexanizm olmadan hər hansı bir növdən olan amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdı. Kimyaçı Riçard Bliss bu barədə belə demişdi:

“Bu soyuq tələ mexanizmi olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.69

Belə ki, Miller soyuq tələni yerləşdirməzdən əvvəl apardığı başqa təcrübələrdə bir amin turşusu belə əldə edə bilməmişdi.

Həqiqətdə isə Miller təcrübəsi ilə təkamülün canlı aləmin şüursuz təsadüflər nəticəsində əmələ gəlməsi kimi iddiaları öz təsirini itirmişdi. Belə ki, təcrübə amin turşularının yalnız labaratoriya şəraitində bütün mühit şərtlərinin xüsusi olaraq hazırlandığı və şüurlu şəkildə müdaxilələr edilməsi nəticəsində əldə edilə biləcəyini göstərir.

Miller təcrübəsi Türkiyədəki bəzi qaynaqlarda hələ də mühüm bir elmi kəşf kimi göstərilsə də, əslində, təkamülçü nüfuzlu şəxslər tərəfindən rədd edilmişdir. Son illərdə Avropa elmi jurnallarında həmin təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından dəyərsiz olduğu müəyyən edildi. Məsələn, 1998-ci il fevral ayında nəşr edilən məşhur təkamülçü elmi jurnalı “Earth”də “Həyatın putası” başlıqlı məqalədə bu ifadələr yer almışdı:

Bu gün Millerin ssenarisi şübhələrlə qarşılanır. Bunun bir səbəbi geoloqların ibtidai atmosferin, əsasən, karbondioksid və azotdan əmələ gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller təcrübəsində) istifadə edilənlərdən dəfələrlə zəif aktivliyə malik idilər. Millerin fərz etdiyi atmosferə gəldikdə isə amin turşuları kimi sadə molekulları daha mürəkkəb qarışıqlara, zülal kimi polimerlərə çevirə bilən lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi? Millerin özü belə, problemin bu nöqtəsində əllərini uzadaraq: “Bu, bir problemdir”, - deyərək ah çəkir və belə deyirdi: “Polimerləri necə meydana gətirəcəksiniz? Bu, o qədər də asan deyil...”70

Göründüyü kimi, Millerin özü belə indi təcrübəsinin həyatın mənşəyini açıqlamaq üçün yararsız olduğunu başa düşür. “National Geographic” jurnalının 1998-ci il mart nömrəsində “Yer üzərində həyatın mənşəyi” başlıqlı məqalədə isə mövzu ilə bağlı aşağıdakı sətirlər əks etdirilmişdi:

Bu günkü gündə bir çox alim ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu ehtimal edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan daha çox karbondioksid və azotdan təşkil edildiyini hesab edirlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbondioksid və azotu reaksiyaya əlavə etdikdə əldə edilən üzvi birləşmələr olduqca az miqdarda olur. Böyük bir üzgüçülük hovuzuna atılan bir damcı qida rəngləndirici ilə eyni sıxlıqda... Elm adamları bu qədər nadir məhluldakı horrada həyatın əmələ gəlməsini xəyal etməyin belə mümkünsüz olduğunu hesab edir.71

Bir sözlə, nə Miller təcrübəsi, nə də başqa təkamülçü cəhdlər yer üzərində həyatın necə əmələ gəldiyi sualına cavab verə bilmir. Bütün araşdırmalar həyatın təsadüflərlə meydana gəlməsinin imkansızlığını və beləliklə, həyatın yaradılmış olduğunu göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd olan bir neçə yanlış proqnozlara əsaslanmalarından qaynaqlanır. Belə ki, Miller təcrübəsini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yurey bu mövzuda belə etiraf etmişdi:

Biz həyatın mənşəyi mövzusunu araşdırırıq, bu mövzunu nə qədər çox analiz etsək də, həyatın hər hansı bir yerdə təkmilləşmiş olmayacaq qədər mürəkkəb olduğu qənaətinə gəlirik. (Lakin) Hamımız bir inamın ifadəsi olaraq həyatın bu planetin üzərində ölmüş maddənin təkmilləşməsinə inanırıq. Ancaq mürəkkəbliyi o qədər qabarıqdır ki, necə təkmilləşdiyini təsəvvür etmək belə bizim üçün ağırdır.72



Uğursuzluğa düçar olan başqa bir təcrübə: Foks təcrübəsi

Bəzi təkamülçü tədqiqatçılar bütün uğursuzluğuna və əsassızlığına baxmayaraq, hələ də Miller təcrübəsindən amin turşularının cansız maddələrdən təsadüfən əmələ gəldiklərini dəlil olaraq istifadə etməyə çalışırlar. Halbuki, bu nəticə həqiqətdə həyata keçsəydi belə, təkamülçülərin problemləri həll olunmamış qalardı, belə ki, onları bundan daha da mümkünsüz mərhələlər gözləyəcəkdi: amin turşuları birləşərək daha da mürəkkəb quruluşlu zülalları meydana gətirməli idilər.

Zülalların təbii şəraitdə təsadüfən əmələ gəldiklərini irəli sürmək amin turşularının təsadüfən meydana gəldiklərini irəli sürməkdən daha çox həqiqətə zidd iddiadır. Amin turşularının zülalları təşkil etmək üçün müvafiq sıralama ilə təsadüfən birləşmələrinin riyazi baxımdan imkansız olması əvvəlki səhifələrdə ehtimal hesabları ilə analiz edilmişdi. Lakin, zülalın yaranması kimyəvi baxımdan da ibtidai dünya mühitində mümkün deyildi.

Zülalların suda sintez edilməsi problemi

Əvvəlki mövzularda da qeyd etdiyimiz kimi, amin turşuları zülalı təşkil etmək üçün kimyəvi baxımdan birləşərkən “peptid rabitəsi” adlı xüsusi rabitə qururlar. Belə rabitə qurularkən bir su molekulu əmələ gəlir.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə meydana gəldiyini irəli sürən təkamülçü iddianı əsassız edir. Belə ki, kimyada Le Şatelye prinsipi kimi tanınan qaydaya görə, əgər reaksiya nəticəsində su ayrılırsa (kondensasiya reaksiyası), belə reaksiya sulu mühitdə qurtara bilməz. Sulu mühitdə belə bir reaksiyanın həyata keçməsi kimyəvi reaksiyalar arasında həyata keçirilmə ehtimalı ən az olan reaksiya kimi müəyyən edilmişdir.

Bir sözlə, təkamülçülərin həyatın başladığı və amin turşularının əmələ gəldiyi yer kimi müəyyən etdikləri okeanlar amin turşularının birləşərək zülalları meydana gətirməsi üçün qəti olaraq uyğun olmayan mühitlərdir.73

Digər tərəfdən, təkamül nəzəriyyəsini müdafiə edənlərin bu həqiqət qarşısında iddialarını dəyişdirib ilkin həyatın quruda əmələ gəldiyini irəli sürmələri də yolverilməzdir. Belə ki, ibtidai atmosferdə əmələ gəlməsi fərz edilən amin turşularını ultrabənövşəyi şüalardan qoruya bilən yeganə mühit okean və dənizlərdir. Amin turşuları quruda ultrabənövşəyi şüaların təsirindən parçalanır. La Şatelye Prinsipi isə dənizlərdə əmələ gəlmə iddiasını puç edir. Bu da təkamül nəzəriyyəsi baxımından dilemma yaradır.

Foks təcrübəsi

Yuxarıda izah etdiyimiz çıxılmaz vəziyyətlə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələtini alt-üst edən su problemini həll etmək məqsədi ilə müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən məşhuru Sidney Foks problem həll etmək üçün qəribə bir tezis irəli sürdü: həmin tezisə əsasən, ilk amin turşuları ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürüklənməli idi. Sonra da tərkibində amin turşularının olduğu su qayalıqdakı yüksək temperaturdan buxarlanmalı idi. Beləliklə, “quruyan” amin turşuları, zülalları meydana gətirmək üçün birləşə bilərdilər.

Lakin bu qarışıq çıxış yolu o qədər də mənimsənilmədi. Belə ki, amin turşuları Foksun irəli sürdüyü dərəcədə istiliyə davam gətirə bilməzdilər: aparılan araşdırmalar amin turşularının yüksək temperaturda dərhal parçalandıqlarını göstərdi.

Lakin Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində”, saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin turşuları birləşdirilmişdi, lakin zülal əldə edilə bilməmişdi. Əldə etdiyi bir-birinə təsadüfən bağlanan, sadə və nizamsız amin turşusu halqaları idi və hər hansı bir canlı zülala oxşarlığı yox idi. Bundan əlavə, Foks amin turşularını eyni temperaturda saxlasaydı, əmələ gələn yararsız halqalar yenə parçalanacaqdı.74

Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller təcrübəsində əldə edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin turşularını istifadə etməsi idi. Halbuki, Millerin təcrübəsinin davamı olmağa iddia edilən bu təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi.75

Foksun sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız amin turşusu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə, canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi, hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Chemical engineering news”da o dövrdə dərc edilən bir məqalədə Foksun apardığı təcrübə haqqında belə yazılmışdı:

Sidney Foks və digər tədqiqatçılar çox spesifik isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində amin turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil.76

Həqiqətən də, Foksun əldə etdiyi proteinoidlər həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla xam metal yığını arasındakı qədər fərq vardı.

Habelə, bu nizamsız amin turşusu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrki şərtləri daxilində yer üzünə düşən sıx ultrabənövşəyi şüalarının və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Amin turşularının ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar nöqteyi-nəzərindən alimlər arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.

NƏTİCƏ

Bundan əvvəl bildirdiyimiz kimi, bu kitabın yazılış məqsədi elmə məlum olan biologiya, biokimya və ya genetika mövzularıyla bağlı kitablardan çox fərqlidir. Bu kitabda biologiyadan fizikaya, anatomiyadan asrtonomiyaya qədər bütün elmlərdən üstün bir biliyə, ağıla sahib olan, bütün elmlərin mövzusunu təşkil edən varlıqları, sistemləri, canlıları, ahəngi ayrılıqda yaradan Allahın üstün gücünün, ağlının, yaratdıqlarındakı bənzərsizliyin və elmin insanlara göstərilməsi hədəf seçilmişdir.

Hal-hazırda dünyada yüz minlərlə elm xadimlərinin zülal mövzusunda ixtisaslaşmaqda olduğunu, gecə-gündüz fasiləsiz olaraq zülalları tədqiq etdiyini və nəticədə, zülallar haqqında cildlərlə ensiklopediyalara yerləşəcək qədər məlumata sahib olduqlarını unutmamalıyıq. Lakin bütün bu məlumatlar onların bəzilərinin səhvlərdən, uydurmalardan xilas edə bilmir. Zülalın nə qədər mürəkkəb və qüsursuz bir quruluşda olduğunu bilmələrinə baxmayaraq, sözügedən alimlər minlərlə atomun təsadüfən ən uyğun şərtlər daxilində birləşərək, məsələn, qanda oksigen daşımaq qərarına gəldiklərinə inanırlar.

Onların özləri belə ağlabatmaz iddialara inandıqları kimi, elm adından istifadə edərək öz arxalarında insanları da aparırlar. Bu kitabda yazılanlarla həm “təsadüf” uydurmasına inananlara həqiqətləri göstərmək, həm də Allahın yaradılışına inananların ətraflarındakılara yaradılış həqiqətini izah edə bilmələri üçün məlumatla təmin etmək hədəfi seçilmişdir.

21-ci əsr insanların yaradılış həqiqətini anlayacağı, uydurmalardan ələnib üzə çıxacağı bir əsr olacaq. Bu səbəbdən də səmimi qəlbdən iman edənlərin üzərinə düşən əsas iş vəzifələrini lazımınca yerinə yetirmələri və ən ağıllı üsullarla, ağıl və şüurla və ən vacibi Quranda qeyd edilən həqiqətlərlə insanları aşağıdakı ayədə verilən sual haqqında düşünməyə dəvət etmələridir.

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı”. (İnfitar surəsi, 6-8)



TƏKAMÜL YALANI

Darvinizmin ideoloji süqutu

Darvinizmi sadəcə elm dünyası ilə əlaqədar iddia olmaqdan çıxarıb bütün cəmiyyət üçün vacib edən tərəfi nəzəriyyənin ideoloji cəhətidir. Bütün canlıların və eyni zamanda, insanın mənşəyinə dair suala verməyə çalışdığı cavaba görə, darvinizm bir sıra fəlsəfi cərəyanların və siyasi ideologiyaların əsasını təşkil edir.

Burada darvinizmin bu ideoloji tərəfini, xüsusilə türk dövləti və milləti ilə yaxından əlaqəsi olan iki cəhətini bildirəcəyik. Bunlardan biri darvinizm ilə materialist fəlsəfə arasındakı əlaqədir. Digəri isə darvinizm ilə irqi ayrı-seçkilik, xüsusilə də türk düşmənçiliyi arasında az məlum olan, ancaq mühüm əlaqədir.

Əvvəlcə, birinci əlaqəni təhlil edək. Materialist fəlsəfə və ya başqa sözlə, “maddəçilik” tarixi qədim yunanlara qədər uzanan düşüncə sistemidir. Materializm maddənin yeganə varlıq olduğunu iddia edir. Materialist fəlsəfəyə əsasən, maddə sonsuzluqdan bəri mövcuddur, əbədiyyən də mövcud olacaq. Bu fəlsəfəyə görə, maddədən başqa heç bir varlıq yoxdur.

Materializm təbii olaraq siyasətə də təsir göstərir. Bunların başında, şübhəsiz ki, kommunizm gəlir. Kommunizmin baniləri hesab edilən Karl Marks və Fridrix Engels, eyni zamanda, dialektik materializmin də əsasını qoyublar. Kommunizm materialist fəlsəfənin Marks və Engels tərəfindən sosial elmlərə tətbiq edilmiş formasıdır.

Kommunizm bu gün tarixin dərinliklərində qalmış ideologiya kimi görünür. Halbuki, əslində, hələ də çox nüfuzludur. Xüsusilə də Türkiyə baxımından bu ideologiyanın məhvedici təsirləri davam edir. Çünki məlum olduğu kimi, Türkiyənin cənub-şərq bölgəsində 15 ildən bəri qan tökən, minlərlə polis və əsgərimizi şəhid edən separatçı terror təşkilatı açıq-aşkar kommunist ideologiyaya malikdir. Bu təşkilatı birbaşa və ya dolayı yollarla dəstəkləyən çevrələr də kommunist ideologiyaya mənsubdur.

Darvinizm məhz burada böyük əhəmiyyət qazanır.

Çünki darvinizm və ya təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüfən əmələ gəldiyini iddia etdiyinə görə, materialist ideologiyalar tərəfindən qəbul edilmiş, xüsusilə kommunizmin təməli kimi mənimsənmişdir. Kommunist ideologiyanın bütün qabaqcıl ideoloqları bu nəzəriyyəni olduğu kimi qəbul etmiş və ideologiyalarını buna əsaslandırmışlar.

Karl Marks 1860-cı ildə Fridrix Engelsə yazdığı bir məktubda Darvinin kitabı haqqında “Bizim fikirlərimizin təbii tarixi əsasını təşkil edən kitab məhz budur” ifadələrini işlətmişdir.77 Marks 1861-ci ildə Ferdinand Lassala yazdığı bir məktubda: “Darvinin əsəri (Növlərin mənşəyi) böyük əsərdir və tarixdəki sinfi mübarizənin təbiətşünaslıq baxımından əsasını təşkil etdiyinə görə, mənim üçün çox uyğundur”, - demişdir.78 Buna bənzər şəkildə, Çin kommunizminin banisi Mao Tse Tunq da Çin sosializminin təməlini Darvin və təkamül nəzəriyyəsi üzərində qurduğunu açıq-aşkar bildirmişdir.79

Ona görə də, kommunizmə qarşı aparılan ideoloji mübarizənin hədəfi mütləq materialist fəlsəfə və təkamül nəzəriyyəsi olmalıdır. Digər tərəfdən, təkamül nəzəriyyəsinin cəmiyyətdə geniş şəkildə qəbul edilməsinin materializm və kommunizmə də zəmin hazırladığı aydındır.



Darvinizm və türk düşmənçiliyi

Digər mühüm məsələ isə darvinizmin əvvəl də qeyd etdiyimiz ikinci ideoloji tərəfidir: türk düşmənliyi.

Təkamül nəzəriyyəsi kommunist ideologiyanın ideoloji əsası olduğu kimi, türk düşmənçiliyinin də ideoloji təməlidir. Çünki bu nəzəriyyə insanları “ibtidai irqlər” və “mədəni irqlər” adı altında iki yerə bölüb, uca türk millətini “ibtidai irqlər” sinfinə daxil etmişdir. Nəzəriyyə türklərin tam insan olmadıqlarını, yarımeymun-yarıinsan canlılar olduğunu və əsl insan irqi olan avropalılar tərəfindən tədricən məhv ediləcəyini iddia edir.

Nəzəriyyənin banisi Çarlz Darvin bu fikrini bir çox yerdə açıqlamışdır. V. Qraham adlı bir dostuna yazdığı 3 iyul 1881-ci il tarixli məktubunda (daha sonra oğlu Frensis Darvin tərəfindən qələmə alınan “The Life and Letters of Charles Darwin” adlı kitabın 1-ci cildinin 286-cı səhifəsindəki “Letter to W. Graham” bölməsində də bildirildiyi kimi) bu ifadələri işlətmişdir:

Avropa irqləri kimi tanınan mədəni irqlər həyat uğrunda mübarizədə türklər üzərində qəti qələbə əldə ediblər. Dünyanın yaxın gələcəyinə baxdıqda İBTİDAİ İRQLƏRİN çoxunun mədəniləşmiş ali irqlər tərəfindən MƏHV EDİLƏCƏYİNİ görürəm.

Darvinin türk millətini hədəfə alan bu çirkin təhqirləri bu gün neo-nasistlərin KİV-ləri vasitəsilə on milyonlarla insana çatdırılır. Qərbin, Sevrdən bu günə qədər dəyişməyən əziz türk millətini təcrid etməyə və əzməyə yönəlmiş cəhdlərinin ardında bu irqçi və türklər əleyhinə fikirlər dayanır. Petrus dozilərdən irqçi dazbaşlara qədər bütün türk düşmənləri ideoloji əsaslarını darvinizmdən götürürlər. Solinqendə türklərə məxsus evlərin yandırılması, Bolqarıstanda türklərə qarşı zülm, keçmiş SSRİ-nin türk xalqlarını illərlə əsarətdə saxlaması, Krım türklərini Sibirə sürgün etməsi, özbək və qırğız türklərinə böyük təzyiq göstərməsi, Kipr türklərinə edilən haqsızlıqlar, Türkiyənin Avropa Birliyindən uzaq tutulması, Avropa ölkələrinin türkləri aralarına almamaq üçün viza tətbiq etməsi, Avropa dövlətlərinin və İtaliyanın Türkiyəyə qarşı düşməncəsinə davranışları eyni irqçi anlayışın təzahürləridir.

Buraya qədər göründüyü kimi, darvinizm türk dövlətinin və millətinin varlığını təhdid edən üç əsas ideoloji cərəyanın “elmi əsasını” təşkil edir: kommunizm, separatçılıq və türk düşmənçiliyi. Bu üç cərəyan təkamül nəzəriyyəsindən dəstək alırlar. Bu, olduqca vacib məsələdir.

Çünki yaradılışı inkar edərək canlıların təsadüflər nəticəsində öz-özünə əmələ gəldiyini, tədricən dialektika qanunları ilə inkişaf etdiyini iddia edən və türk millətini “ibtidai irq” adlandıran bu ideologiyanın yanlış olduğu üzə çıxarılmasa, gənclərimiz irəlidə çox qaranlıq məcralara sürüklənə bilər. Bu iddialara etibar edən və təkamül nəzəriyyəsinin elmi olduğunu düşünən gəncdən ölkəsinə, millətinə, bayrağına, dövlətinə bağlı olmasını, gözəl əxlaq, ailənin müqəddəsliyi kimi dəyərləri uca tutmasını gözləmək olmaz. Bu gəncin türk düşməni və kommunist olmağa sürüklənməkdən başqa seçimi yoxdur. Unutmaq olmaz ki, darvinist gənclər yetişdirmək dövlətimizin və millətimizin başına böyük bəla açmaq və bir növ “oturduğu budağı kəsmək” deməkdir.

Bu, darvinizmin ideoloji tərəfidir. Bu nəzəriyyəni elmilik baxımından araşdırdıqda da əsassız təməli çürük iddia olduğu üzə çıxır. Çünki XX əsrin elmi nailiyyətləri nəzəriyyənin iddialarını açıq-aşkar təkzib etmişdir. Növbəti səhifələrdə təkamül nəzəriyyəsinin sözügedən elmi süqutunu qısa şəkildə təhlil edəcəyik.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə