ZÜlal möCÜZƏSİ harun yəhya müNDƏRİcat




Yüklə 472.6 Kb.
səhifə2/9
tarix07.04.2016
ölçüsü472.6 Kb.
1   2   3   4   5   6   7   8   9

TƏBİƏTDƏ MÖVCUD OLAN 200 AMİN TURŞUSUNDAN NİYƏ YALNIZ 20-Sİ ZÜLALLARDA İSTİFADƏ EDİLİR?

Təbiətdə 200-dən artıq amin turşusu mövcuddur. Nəzəri olaraq, təbiətdə olan amin turşularının sayı isə bundan da çoxdur. İnsan orqanizmində belə, zülallarda istifadə edilənlərdən başqa çoxlu sayda amin turşusundan orqanizmin maddələr mübadiləsi funksiyaları üçün istifadə edilir. Yaxşı, bəs nəyə görə zülallar ətraflarında başqa amin turşuları varkən, məhz bu 20 amin turşusunu seçirlər?

Bu suala zülalların quruluş və funksiyalarına əsasən cavab verə bilərik. Belə ki, yaşamaq üçün lazım olan zülallar funksiyalarını yerinə yetirmək üçün müəyyən xassələrə sahib olmalıdırlar və onlara da bu xassələri verən ən mühüm ünsürlərdən biri amin turşularıdır. Məsələn, amin turşularından bir hissəsinin hidrofob, yəni suda həll olmayan xassəyə malik olan yan zəncirləri olmalı və bu yan zəncirlər çox böyük olmamalıdır ki, onları zülalın içinə yerləşdirmək mümkün olsun.

Bir sıra amin turşularının yan zəncirləri “α spiral” və “β təbəqə” əmələ gətirmək kimi iki xassəyə malikdir. Çünki bu xassələr sayəsində zülal üçölçülü forma alır və həmin zülalın funksiyasını yerinə yetirməsi üçün zəruri hesab edilir.

Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zülallarda istifadə edilən 20 amin turşusunun çox hissəsinin hidrofob yan zəncirləri var, onların yarısı α-spiral, yarısı isə β-təbəqə xassəsinə malikdir.

Bu 20 amin turşusunun səciyyəvi xüsusiyyətləri ayrılıqda tədqiq edildikdə, onların hansı səbəbdən zülallar üçün mühüm olaraq seçilmiş olmaları ortaya çıxır. Məsələn, ən kiçik və ən sadə amin turşusu olan qlisin belə ən əhəmiyyətli zülallardan olan kollagendə çox mühüm bir funksiya daşıyır. Kollageni təşkil edən hər üç amin turşusundan biri qlisindir və onun kiçik ölçüsü kollagen molekulunun quruluşunda vacib rol oynayır. Belə ki, bu amin turşusu zülalı təşkil edən zəncirlərin birlikdə bükülmələrini təmin edir. Bu kollagen liflərinin dartınma müqavimətini artırır. Məlum olduğu kimi, kollagen lifləri poladdan daha güclü müqavimət gücünə sahibdir. Əgər bu zülalın tərkibində qlisin əvəzinə başqa amin turşusu istifadə edilsəydi, kollagen lifləri bu qədər müqavimət gücünə malik olmazdı. Eyni zamanda, qlisin olmasaydı, kollagen lifləri canlıların hüceyrələrini bir-birinə birləşdirə biləcək gücə malik olmazdırlar.

Yuxarıda qısa formada izah edildiyi kimi, zülalları təşkil edən 20 amin turşusunun, təbiətdə mövcud olan 200 amin turşusunun arasından seçilməsində bir şüur və plan vardır. Əgər bu seçim təsadüfən olsaydı, həyatın davam etdirilməsi üçün lazımi zülallar heç zaman yarana bilməzdi. Tək bir amin turşusunun lazım olduğundan fərqli olması, onun ən mühüm funksiyasının bitməsi deməkdir, elə bu səbəbdən də canlı aləm barədə danışmaq belə mümkün olmazdı.

Göründüyü kimi, canlı aləmin hər mərhələsində şüurlu bir dizayn və ağıllı seçim və nizam vardır.



Canlılardakı zülallar yalnız sol əlli amin turşularından əmələ gəlir

Aparılan tədqiqatlar göstərir ki, 200 amin turşusu növündən 20-sinin müxtəlif say və nizamla yığılması zülalın əmələ gəlməsi üçün kifayət deyil. Bütün bu amin turşuları eyni anda “sol əlli” olmalıdırlar.

Təbiətdə mövcud olan hər amin turşusu növünün sağ əlli və sol əlli olmaqla iki tipi vardır. Bir amin turşusunun digər tipi ilə oxşarlığı onun güzgüdəki əksi kimidir. Bütün xassələrinin eyni olmasına baxmayaraq, sağ və sol əlcək kimi bir-birilərinin əksidirlər.

Bunun səbəbi əkiz amin turşularının birində amin qrupunun karbon atomuna sol tərəfdən, digərində isə sağ tərəfdən birləşməsidir. Bu qaydada hər amin turşusunun əkizlərinin birinə sağ əlli, digərinə sol əlli adı verilir. Hər iki amin turşusu tipinə təbiətdə çox və eyni nisbətdə rast gəlinir, və hər iki amin turşusu da asanlıq dərəcəsinə görə eyni kimyəvi reaksiyalara girərək müxtəlif birləşmələr əmələ gətirir. Yəni iki tip amin turşusunu bir-birindən ayıran yeganə fərq simmetriyalarındakı quruluş müxtəlifliyidir.

Yalnız canlılardakı zülalların tədqiqi ilə məşğul olam alimlər həmin zülalların hamısının sol əlli olduğunu görüblər. Canlıların orqanizmlərində bir dənə də olsun sağ əlli amin turşusuna rast gəlinməyib.

Daha dərin araşdırma apardıqdan sonra məlum oldu ki, zülalları təşkil edən amin turşularının hamısının sol əlli olmalarının vacib bir səbəbi var. Sağ əlli amin turşuları da sol əlli amin turşuları kimi birləşərək amin turşusu zəncirlərini əmələ gətirə bilir, lakin bu, zülalın üçölçülü forma almasına mane olur. Halbuki, canlılardakı zülalların öz funksiyalarını yerinə yetirmələri üçün (növbəti fəsillərdə izah ediləcək) mütləq üçölçülü bir quruluşu olmalıdır. Bu halda, aydın oldu ki, yararlı bir zülalın əmələ gəlməsi üçün bütün amin turşularının sol əlli amin turşuları arasından seçilməlidir, əks halda, araya qarışan bir sağ əlli amin turşusu belə zülalın öz funksiyasını yerinə yetirməsinə mane olar.

Canlılardakı zülalların yalnız sol əlli amin turşulardan əmələ gəldiyinin aşkarlanması təkamülçülər üçün vacib problem yaratdı. Belə ki, göründüyü kimi, söhbət zülalların əmələ gəlməsi üçün bir neçə mərhələdən ibarət olan seçimdən gedir. Birinci, 200-dən artıq sayda amin turşu növlərindən 20-si düzgün seçilməlidir. Həmin 20 növ amin turşusunun hamısı mütləq sol əlli olmalıdır. Araya qarışan bir səhv amin turşusu və ya düzgün amin turşusunun sağ əlli olanı belə zülalı hərəkətsiz və təsirsiz vəziyyətə salacaqdır.

Britannika ensiklopediyasında zülalların əmələ gəlməsi üçün sol əlli amin turşularının zəruri olmasını təkamül baxımından çıxılmaz vəziyyət olduğu belə ifadə edilir:

... Yer üzərində bütün canlı orqanizmlərdəki zülallar kimi mürəkkəb polimerlərin quruluş vahidləri olan amin turşularının hamısı eyni simmetrik tipdəndir. Demək olar ki, hamısı sol əllidir. Bu, bir tərəfdən milyonlarla dəfə havaya atılan bir sikkənin hər dəfəsində gerb olan üzü üstə düşməsinə və heç yazı olan üzü üstə düşməməsinə oxşayır. Molekulların hansı yolla sağ əlli və ya sol əlli olduğunun seçilməsi tamamilə dərkedilməzdir. Bu seçim izah oluna bilməyən bir qaydada yer üzərindəki həyatın mənşəyinə bağlıdır.5

Britannika ensiklopediyasının şərhində qeyd edilən “Bu seçim izah oluna bilməyən bir qaydada yer üzərindəki həyatın mənşəyinə bağlıdır” cümləsinə diqqət yerimək lazımdır. Təkamülçülər həyatın mənşəyinin təsadüflər olduğunu irəli sürdüklərinə görə, təsadüfən baş verən hadisələrin bu qədər şüurlu və münasib seçimlər etdiyini “izah oluna bilməyən” olduğu qənaətindədirlər. Halbuki, bütün bu şüurlu seçimlər kor-koranə və şüursuz deyil, üstün bir Yaradıcı olan Allaha aiddir. Təkamülçülər yaradılış həqiqətini qəbul etməmək üçün ağıl və məntiqdənkənar iddialarla çıxış edərək, bu seçimin “təsadüflər”in məhsulu olduğunu iddia edirlər. Bu iddiaya görə, zülalları əmələ gətirən atomlar təsadüfən ən uyğun qaydada bir yerə toplaşmaq qərarı almış və beləliklə, canlı aləm üçün əvəzolunmaz olan zülalları meydana gətirmişlər. Heç şübhə yoxdur ki, belə bir iddianı irəli sürmək elmin və ağılın sərhədlərini büsbütün aşmaq deməkdir.

Bundan başqa, bu mövzu ilə bağlı ehtimal hesabları ilə alimlər kiçik bir zülal molekulunun yalnız sol əlli amin turşularından təşkil ediləbilmə ehtimalının 10210-da 1-ə bərabər olduğunu hesablamışlar. Riyaziyyatda 1050-də 1 sıfır olaraq qəbul edilir. 1050 rəqəmi 1-in yanında 50 ədəd sıfırın yazıldığı rəqəmdir və belə böyük məbləğin içində 1 ehtimal “yoxdur” deməkdir. Belə olan halda, 1 rəqəminin yanında 210 ədəd sıfır yazılaraq əldə edilən 10210 kimi bundan daha da böyük bir rəqəmdə 1 ehtimal qeyri-mümkündən daha uzaq məfhumu əhatə edir.6

Məşhur kimyaçı alim Volter T. Braun sol əlli amin turşularının təsadüfən bir yerə yığılaraq bir zülalı əmələ gətirə biləcəyinin qeyri-mümkün olmasının qısa olaraq belə ifadə etmişdir:

Hər növ amin turşuları cansız maddələrdə və ya laboratoriyada sintez olunduğu zaman kimyəvi baxımdan biri digərinin eynisi olan iki formada əmələ gəlir. Bu amin turşularının yarısı sağ əlli, yarısı ilə sol əlli olmaqla xarakterizə edilir. Hər biri digərinin güzgüdəki əksi kimidir. Lakin canlılarda, insanlarda, heyvanlarda, bitkilərdə və bakteriyalarda və hətta viruslarda mövcud olan amin turşuları həmişə sol əlli olur. Heç bir təbii proses amin turşularının sağ və yaxud sol əlli olmalarını müəyyən edə bilməz. Beləliklə, yalnız sol əlli amin turşuları istifadə edilməklə meydana gələn bir zülalın belə təsadüfən əmələ gəlmə ehtimalı riyazi olaraq sıfırdır.7

Burada diqqət yetirilməli bir məsələ şüurlu seçimin həyata keçirilməsidir; əgər bir seçim varsa, onda mütləq seçən ağıllı, bilik və şüur sahibi bir iradi qüvvə də olmalıdır. Aydındır ki, bu, hər bir canlını ən kiçik tərkib hissəsinə qədər bir nizam içində yaradan üstün bir ağıl, şüur, elm və güc sahibi olan Allahın seçimidir. Quranda da bildirildiyi kimi:



O, göydən yerə qədər olan bütün işləri idarə edir.... (Səcdə surəsi, 5)

Amin turşularının nizamındakı plan

Zülalların əmələ gəlməsi üçün bura qədər izah edilən şərtlərin olması da kifayət deyil. Hər zülal üçün də amin turşularının xüsusi düzülüşü gərəkdir.

Bir zəncirin halqalarının bir-biriləri ilə birləşdiyi kimi birləşən amin turşuları birləşən kimi çox fərqli formalar alır və bununla zülalların üçölçülü şəklə düşməsini təmin edirlər. Bundan sonra izah edildiyi kimi, zülallar öz funksiyalarını yerinə yetirmək üçün belə üçölçülü formada olmalıdırlar. Lakin bunun üçün amin turşularının düzülüşündə bir amin turşusu belə yerini dəyişməməli, yerli yerində olmalı və ya fərqli bir amin turşusu ilə dəyişdirilməməlidir. Çünki bir hissənin belə çatışmaması və ya pozulması həmin hissənin içindəki uyğunluğu pozar və zülal strukturunu yararsız hala salar. Bu, bir sözün tərkibində bir hərfi dəyişməklə məna dəyişikliyinə və ya sözün tamamən mənasını itirməsinə səbəb olan hadisəyə oxşayır. Məsələn, “göz” sözünün yazılışında səhvə yol verilərək g əvəzinə k yazılarsa, məna tamamilə dəyişər və “köz” sözü meydana gələr. Və ya bu sözdən bir hərfi çıxarmaqla söz öz mənasını itirərək “gz” formasına düşər. Necə ki, sözlərdə bircə hərfin dəyişdiyi və ya itirildiyi zaman mənada təhriflər meydana gəlir, eləcə də zülallarda eyni hadisə müşahidə olunur. Bircə amin turşusunun yerini dəyişməsi bütün zülal molekulunun funksiyasını yerinə yetirə bilməməsinə səbəb olur və məna pozulur. Zülal tamam başqa bir molekula çevrilir. Belə ki, sözə xüsusi bir səslənmə verən bir hərf kimi hər bir amin turşusu zülala xüsusi bir xassə qazandırır. Hər bir amin turşusu forması, elektrik yükü, kimyəvi reaksiyalara girmə forması ilə tamamilə başqa səsləri bildirən hərflərə oxşayır.

Bircə amin turşusunun səhvən və ya əksik birləşməsinin orqanizmdə nə cür fəsadlara səbəb olmasına misal olaraq qan xərçəngi növü olan talassemiyanı (minor) göstərmək olar. Bildiyiniz kimi, insan orqanizmindəki bütün hüceyrələrə oksigen qandakı eritrositlər vasitəsi ilə daşınır. Oksigen molekulunun daşınması prosesini eritrositlərdə olan təxminən 600 amin turşularından ibarət olan hemoqlobin adlı zülal yerinə yetirir. Genetik xəstəlik olan talassemiyaya hemoqlobinin tərkibində olan bir amin turşusunun fərqli olması səbəb olur; hemoqlobinin amin turşusu zəncirində “qlutamin turşusu” adlı amin turşusu əvəzində “valin” adlı amin turşusu durur. Hemoqlobindəki bircə amin turşusunun belə səhv yerləşməsi zülalın funksiyasını yerinə yetirməsinə mane olur, yəni oksigeni daşıya bilmir. 600 amin turşusu içində sadəcə bir amin turşusunun qüsurlu olmasının səbəbi göründüyü kimi ölümcül xəstəlikdir.

Təkamül nəzəriyyəsinə görə, bütün bu amin turşuları təsadüfən birləşərək düzülmüşlər və bunun nəticəsində minlərlə iş görə bilmiş və son dərəcədə üstün xüsusiyyətlərə və funksiyalara malik olan zülal növünü formalaşdırmışdır. Bundan başqa, bu zülalların hər biri yerli yerində olub, fəaliyyətsiz qalmadan və bir-biriləri ilə əlaqəyə girərək öz funksiyalarını yerinə yetirirlər. Təsadüflərin belə qüsursuz nizam, misli görünməyən bir plan və proqramla işləyən sistemlər qurması qəti olaraq imkansızdır. Təsadüflər ancaq qarışıqlıq, dolaşıqlıq, xaos meydana gətirirlər və heç zaman yüksək bir texnologiyanın və dahiliyin üstün bir məhsulu olan maşınları yarada bilməzlər. Yararlı bir zülalın sintezi üçün lazım olan amin turşu növləri müəyyən sayda və müəyyən bir sıralamada düzülməlidirlər və bu fakt təkamül nəzəriyyəsinin təsadüf iddiasının tamamilə qeyri-mümkün olmasını açıq-aydın şəkildə izah edir. Bu qüsursuz nizamın tək bir sahibi yer üzərindəki bütün canlıları bütün molekulları ilə birlikdə yaradan Allahdır.

Amin turşularını bir-birinə bağlayan körpü: peptid rabitəsi

Zülalların əmələ gəlməsi üçün zəruri şərtlərdən biri də müvafiq amin turşularının düzgün sıralama ilə gəlməsindən əlavə düzgün rabitə ilə bir-birilərinə birləşməsidir. Amin turşuları arasındakı bu əlaqə demək olar ki, körpü kimidir. Həmin körpüdə amin turşularının bir-biri ilə birləşmə bucağı, istiqaməti, tərkibindəki atomların növü və sayı hər bir zülal üçün xüsusi olaraq hesablanmışdır. Məsələn, bir zülal zəncirindəki iki amin turşusu arasında əlaqə bucağı lazım olandan fərqli olsa, bu körpünün qurulmasına və bundan irəli gələrək zülalın əmələ gəlməsinə mane olacaqdır. Nəticədə, faydasız bir molekul meydana gələcəkdir. Beləliklə, amin turşularının bir-birilərinə birləşməsində bu xüsusi körpülərə peptid əlaqəsi deyilir.

Canlıların kimyəvi tərkibini tədqiq edən alimlərə canlı orqanizmlərdə olan molekulları təşkil edən atomların demək olar ki, hamısının kovalent rabitəsi adlı bir növ rabitə ilə birləşdikləri məlum idi. Lakin aparılan araşdırmalarda zülalları əmələ gətirmək üçün birləşən amin turşuları arasında isə yuxarıda qeyd edilən xüsusi bir əlaqənin olduğu aydın oldu. Bütün zülallar üçün bu dəyişilməz bir qaydadır.

Zülalların əmələ gəlməsində bu rabitənin vacibliyi birinci dəfə 1902-ci ildə Hofmeister və Fişer tərəfindən müəyyən edilmişdi. Bu iki tədqiqatçı bu xüsusi əlaqənin varlığını müəyyən etmək məqsədi ilə biuret adlanan bir sınaq həyata keçirdilər.8 Bu sınaq nəticəsində zülallarda vəzifə tutan xüsusi bir rabitənin varlığı müəyyən edildi.

Peptid rabitəsini digər rabitələrdən ayıran mühüm cəhət ondan ibarətdir ki, yüksək temperatur altında və ya buna bənzər yollarla çox tez qırıla bilir. Peptid rabitəsi yalnız yüksək temperaturda uzun müddət güclü turşu və ya qələvilərlə təsir etdikdə qırılır. Zülalların dözümlü olmaları da məhz bu peptid rabitəsi sayəsində təmin edilir.

Bu rabitənin qurulması üçün bir amin turşusundakı karboksil qrupu (yəni karbon, oksigen, hidrogen atomlarının daxil olduğu molekul) digər amin turşusunun amin qrupu ilə (azot və hidrogen atomlarının daxil olduğu molekul) birləşməlidir. Bu qaydada zülal zənciri boyunca rabitənin yarandığı yerlərdə əhəmiyyətli bir balans yaranır. Zülal molekullarının 80%-dən artıq hissəsinin əhatə edən bu rabitənin meydana gəlməsində su ayrılır.

Bu məqamda bir sual çıxır: dünyadakı canlıların molekulları bir-birilərinə kovalent rabitəsi ilə bağlı olduğu halda, amin turşularının arasındakı əlaqənin peptid rabitəsi olmasını təmin edən nədir?

Aparılan araşdırmalar göstərir ki, amin turşuları bir yerə yığıldıqları zaman aralarında yaranan rabitələrin təxminən 50%-ni peptid rabitəsi, qalanlarını isə digər rabitələr təşkil edir. Həmin bu digər rabitələrlə bağlanan zaman zülal molekulu əmələ gəlmir.9 Necə ki, müvafiq və lazimi zülalların əmələ gəlməsi üçün müəyyən növ amin turşularının müəyyən sayda, uyğun bir nizamla və hər amin turşusunun mütləq sol əlli olması şərti ilə düzülməsi gərəkirsə, eləcə də aralarındakı rabitənin də peptid rabitəsi olması vacibdir. Bu sadaladığımız şərtlərin biri belə həyata keçməzsə və ya əksik olarsa, zülal əmələ gələ bilməz. Bu məqamda unutmamalıyıq ki, orta hesabla bir zülal molekulu bir neçə yüz amin turşusundan ibarət ola bilər. Bu amin turşularının hər birinin digəri ilə peptid rabitəsi ilə bağlanma ehtimalı 50%-dir. Buna görə də, bir zülal molekulunun əmələ gəlməsi üçün yüzlərlə peptid rabitəsi qurulmalı və bunların hər birinin də ayrı-ayrı əmələ gəlmə ehtimalı 50%-dir.

Bura qədər izah edilənləri əsas götürərək, bir zülalın əmələ gəlməsi üçün zülalların təşkil edildiyi amin turşusu zəncirlərinin hansı xüsusiyyətlərə malik olmalarının qısaca xülasəsini verək:

1. Təbiətdə mövcud olan 200-dən artıq amin turşusu növündən yalnız 20 növü canlı orqanizmlərdə mövcuddur. Həmin 200 növ amin turşusundan yaradılacaq zülal üçün lazım olanları seçilməlidir.

2. Seçilmiş amin turşuları bundan başqa sağ əlli deyil, məhz sol-əlli olmalıdır.

3. Amin turşularının müvafiq və lazım olanları seçildikdən sonra zülal əmələ gətirə bilmək üçün düzülüşləri də müəyyən nizama uyğun olmalıdır.

4. Seçilən amin turşularının düzgün sıralanmasından sonra onları bir-birinə bağlamaq üçün mütləq peptid rabitə qurulmalıdır.

Bir zülal molekulunun əmələ gəlməsi üçün yuxarıda qeyd edilən şərtlərin biri belə təsadüf nəticəsində əmələ gələ bilməz. Buna görə, təsadüfən həyata keçməsi bir neçə şərtin təsadüfən bir yerə yığılıb zülalı əmələ gətirmələri isə tamamilə mümkün deyil.

Molekulyar bioloqlar tərəfindən zülalların şans əsəri nəticəsində meydana gələ bilmə ehtimallarının olmadığı mövzusunda bir çox ehtimal hesablamaları aparılmışdır. Bu alimlər arasında Harold Morovits, Fred Hoyl, İlya Priqoqin, Hubert Yoki ve Robert Sauer kimi məşhur alimlər vardır. Burada sadalananların təkamülçü alim olmalarına baxmayaraq, aldıqları nəticə zülal kimi makromolekulların təsadüfən meydana gəlmə ehtimallarının qətiyyən olmamasıdır.

Uzunluğu 100 amin turşusundan kiçik bir zülal molekulunun təsadüflər nəticəsində meydana gəlmə ehtimalının imkansızlığını belə bir riyazi hesabla görmək olar: 100 amin turşusundan ibarət zülalda bütün amin turşularının sol əlli olma ehtimalı təqribən (1/2)100 və ya 1030-da 1-dir. Canlı orqanizmlərdəki zülallarda 20 amin turşusu iştirak etdiyinə görə, zülalları əmələ gətirən amin turşusu zəncirinin müəyyən bir hissəsində xüsusi bir amin turşusunun əldə olunması ehtimalı 1/20-dir. 100 amin turşusundan ibarət zülalı əldə etmə ehtimalı (1/20)100 və ya 10130-da 1-dir. Müəyyən bir amin turşusu zəncirində peptid rabitəsi əldə etmə ehtimalı təqribən 50%-dir. 100 amin turşusundan ibarət zülalda bütün rabitələrin peptid rabitəsi olma ehtimalı (1/20)100 və ya 1030-da 1-dir. Bu da təqribən sıfır deyiləcək qədər az bir ehtimaldır.

İndi isə bütün bu ehtimal hesablarını gözümüzün önünə gətirərək bütün əlaqələrin peptid rabitə olduğu, bütün amin turşularının sol əlli olduğu və amin turşuların müəyyən bir zülal üçün xüsusi sırala ilə düzüldüyü 100 amin turşusundan ibarət zülal zəncirində ehtimalların nəticələrinə baxaq. Belə ehtimal təqribən 10190-da 1 olur. Belə bir ehtimalın həyata keçməsi üçün dünyanın yaşı qədər uzun müddət verilsə belə, praktiki cəhətdən bu zülalın əmələ gəlməsi ehtimalı sıfırdır. Bundan başqa, riyazi olaraq təsdiqlənmişdir ki, 1050-də bir ehtimalı sıfır hesab edilməlidir, bunu nəzərə alaraq zülalın təsadüfən yaranma ehtimalının qəti olaraq qeyri-mümkün olduğunu açıq şəkildə görə bilərik. Hətta 10190 rəqəmi təqribən 4 ədəd 1050 rəqəmini əhatə etdiyini düşünsək, bu imkansızlık daha da aydın başa düşülər (1050.1050.1050.1040=10190). Bu nəticələrin nöqteyi nəzərindən dünyada məşhur biokimyaçı Maykl Bihi 100 amin turşusundan ibarət zülalda müvafiq bir düzülüşün əldə olunma ehtimalının gözləri bağlı bir insanın 8.6 mln km2 sahə böyüklüyündəki Saxara səhrasında işarələnmiş tək bir qum dənəsini tapa bilmə ehtimalından da az olduğunu ifadə etmişdir.10

Bir zülalın belə təsadüfən yaranması bu qədər imkansız olduğu halda, canlı orqanizmlərdə fəaliyyət göstərən minlərlə növ zülalların təsadüfən yaranmasını, birləşərək hüceyrələri əmələ gətirməsini iddia etməyin nə qədər məntiqdən kənar olduğu göz qabağındadır. Bundan əlavə hüceyrədə fəaliyyət göstərən sadəcə zülallar deyil. Hüceyrə üstün bir şüurla yaradılmış olan zülalların və digər molekulların eyni şüur ilə misilsiz bir planla təşkil edilməsindən əmələ gəlmişdir. Hüceyrənin içində heç bir molekul boş yerə yaradılmaz, hər birinin özünə məxsus funksiyası vardır.

Zülalın yaranmasının hər mərhələsində bir şüur, bilik, iradə, ağıl, güc və tərtibatın varlığı açıq şəkildə görünür. Bunlar isə üstün bir yaradıcı olan Rəbbimizə aid olan xüsusiyyətlərdir. Allahdan başqa aciz və heç bir işə gücü çatmayan təsadüf kimi anlayışların və ya varlıqların yaradıcı qəbul edənlər böyük bir yanlışın və səhvin içindədirlər. Allah bir ayəsində belə buyurmuşdur:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər. (Furqan surəsi, 2-3)

Zülalların quruluşunda dörd müxtəlif forma

Zülalların fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini və bu xassələri sayəsində yerinə yetirəcəkləri funksiyalarını onları təşkil edən amin turşularının növü, düzülməsi və bu amin turşularının yan zəncirindəki nizamlar müəyyən edir. Zülallar quruluşlarına görə aşağıdakı formalarda olur:

1. Birincili quruluş

2. İkincili quruluş

3. Üçüncülü quruluş və

4. Dördüncülü quruluş

Birincili quruluş düz amin turşusu zəncirindən meydana gəlir. Zülal birincili quruluşda funksional olmur. Yalnız ikincili, üçüncülü və ya dördüncülü quruluşda olarkən bir sıra proseslərdə iştirak edə bilər.

İkincili quruluş uzun amin turşusunun bir spiral şəklində qıvrılması ilə əmələ gəlir. Aktin, miozin, fibrinogen, keratin və b-karoten kimi zülallar ikincili quruluşdadır.

Üçüncülü quruluşda olan zülallar amin turşusu zəncirinin qatlanaraq, bükülərək və müxtəlif rabitələrlə bağlanması nətricəsində yumaq şəklini alır.

Dördüncülü quruluş isə eyni və ya müxtəlif ölçülü iki və ya daha artıq amin turşusu zəncirindən meydana gəlir. Bu müxtəlif quruluşların xüsusiyyətlərini və zülallar üçün fəaliyyətin yerinə yetirilməsini təmin edən prosesləri izah etmək bu molekulların nə qədər üstün bir yaradılışla xəlq olunmasını görməyə kömək olacaq.

Yaddan çıxarmayaq ki, zülalların quruluşları haqqında bütün biologiya və biokimya kitablarında buna oxşar məlumatları tapa bilərsiz. Ancaq bu mövzuların bu kitabda izah olunmasının səbəbi zülalları meydan gətirən vahidlərin, təsirlərin və sistemlərin nə qədər mürəkkəb və bir-biri ilə bağlı olduğunu göstərməkdir. Bəzi təkamülçülər zülalların təsadüfən meydana gəldiklərini iddia edərkən zülalların əmələ gəlməsinin son dərəcə sadə proseslə və təsadüfən meydana gəlməsinin imkan daxilində olan proses kimi qələmə verməyə çalışırlar. Ona görə ki, yalnız zülalların olduqca mürəkkəb quruluşlarını gizlətməklə insanları bu təsadüf nağılına inandıra biləcəklərini düşünürlər. Bu səbəbdən, zülalların quruluşunu izah edərkən amin turşularının təsbeh dənələri kimi sadə bir şəkildə bir-biriləri ilə birləşərək zülalı əmələ gələ gətirdiyi barədə şərh verən üslubdan istifadə etmişlər. Halbuki, bu mərhələyə qədər izah edilənlərdən də aydın olduğu kimi, zülalların əmələ gəlməsi üçün amin turşularının bir-biriləri ilə təsadüfi əlaqələrlə bağlanması kifayət etmir, bunun üçün bir çox şərt eyni zamanda mövcud olmalıdır. Bunların birinin çatışmazlığı nəticəsində yararlı zülal meydana gəlməyəcəkdir. Nəticədə, aşağıdakı məlumatlarla tanış olarkən təsadüflərin bu qədər incə plan, hesablama qurmadığını və amin turşularını xüsusi forma və üsulla bir-biriləri ilə birləşdirə bilməyəcəklərini nəzərə alaraq düşünməliyik.

Zülallaların birincili quruluşu: amin turşularının düzülüşü

Zülalların canlı aləm üçün olduqca mühüm olan formalarının ən vacib göstəricisi zülalları təşkil edən amin turşularının sıralanmasıdır. Amin turşularının düzülüşü normaya uyğun olmadıqda bir çox genetik xəstəliklərə səbəb olur. Bu səbəbdən də zülalların birincili quruluşu, yəni amin turşularının düzgün sıralanması son dərəcə vacibdir.

Amin turşularının düzülüşü zülal üçün onurğa rolunu oynayır. Hər növ zülalın onurğa sütunu onun üçün xüsusi olaraq xəlq edilmişdir. Onurğalı heyvanlarda onurğa sütununun bədənin formasını müəyyən etdiyi kimi, zülalların formasını da zülalın onurğa sütunu müəyyən edir. Hər amin turşusu isə onurğadakı fəqərə kimidir. Necə ki, orqanizmin fəaliyyətini yerinə yetirmək üçün onurğa sütunundakı hər bir fəqərənin müəyyən yerdə olması gərəkirsə, eləcə də hər bir amin turşusu da zülallardakı bəzi xassələrin meydana gəlməsi üçün müəyyən bir yerdə durmalıdır.

Zülallardakı onurğa insan orqanizmindəki onurğa sütunu ilə müqayisədə oynadığı rol çox oxşar olsa da, aralarında müəyyən fərqlər də vardır. Zülalların onurğaları millimetrin milyonda biri qədər kiçik sahədə fəaliyyət göstərirlər. Bu qədər kiçik bir yerdə bu qədər vacib bir mexanizmi formalaşdıran bir onurğa heç şübhə yoxdur ki, çox sağlam və möcüzəvi bir quruluşdur.

Burada diqqəti çəkən vacib bir məsələ vardır. İnsan orqanizminin onurğası kimi zülalın onurğası da, yəni amin turşuları da bir-biriləri ilə uyğun formada birləşə bilmək üçün xüsusi olaraq yaradılmışlar. Fəqərələrin bir-birilərinə heç bir nöqsan olmadan birləşməsi nə qədər vacibdirsə, zülallar üçün də buna oxşar vəziyyət hakimdir. Əgər bir amin turşusu özündən sonrakı amin turşusu ilə uyğun bir sıra ilə birləşməzsə, zülal bütün funksiyasını itirər. Buradakı həssas və şüurlu yaradılışı anlamaq üçün bir az düşünək.

Millimetrin mində biri qədər yerdə hüceyrələrimizin içində, yəni gözlə görünməyəcək qədər kiçik bir məkanda olduqca möcüzəvi hadisələr baş verir. Hüceyrəni təşkil edən minlərlə zülal və bu zülalların ibarət olduğu yüzlərlə amin turşuları bir səhvə belə yol vermədən lazımi yerlərdə yerləşirlər. Bu qayda hər bir insan orqanizmində olan trilyonlarla hüceyrəyə tətbiq edilir. Belə qeyri-adi hal təkamülçülərin iddia etdiyi kimi, təsadüflərin əsəri deyildir. Bundan əlavə, unutmamalıyıq ki, amin turşusu dediyimiz varlıqlar gözü, qulağı və düşünmə qabiliyyəti olan şüurlu canlılar deyil. Bu varlıqlar müəyyən sayda atomun birləşməsindən əmələ gələn kiçik molekullardır. Yəni amin turşuları şüursuz atomlardan təşkil olunmuşdur. Bəs canlı aləm üçün lazım olan bir zülalın necə əmələ gəlməsinə, hansı amin turşusunun harada yerləşdirilməli olmasına qərar verən kimdir? Ola bilərmi ki, amin turşularının içindəki atomlar bir gün birləşib qərar versinlər və: “Biz belə bir düzülüşdə sıralanıb bir amin turşusu əmələ gətirək, sonra da bizim kimi başqa amin turşusu düzəldən atomlarla razılaşıb bir zülal düzəldək”, - demiş olsunlar? Əlbəttə, belə bir iddia olduqca məntiqsizdir.

Şüursuz atomların belə bir bacarığı olmadığı kimi, onların bir yerə yığılıb amin turşusu əmələ gətirməsi və onların da birləşib zülal əmələ gətirmək qərarını vermək mexanizmi də mövcud deyil. Bütün bu varlıqları ən uyğun yerlərə yerləşdirən, bu yolla canlı hüceyrələrin əsas vahidi olan zülalları meydana gətirən və bu hüceyrələrlə yer üzərində qüsur olmadan və çoxsaylı müxtəliflikdə bir həyat yaradan Allahdır. Allah atomlardan başlayaraq hədsiz böyük olan qalaktikalara qədər bütün aləmlərin Rəbbidir.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə