Zirvə İnternational Sport Clubs




Yüklə 18.72 Kb.
tarix10.04.2016
ölçüsü18.72 Kb.
Ağır Atletika üzrə “Zirvə İnternational Sport Clubs”un

3-cü seçmə mərhələ yarışlarının


ƏSASNAMƏSİ


I. Məqsəd və vəzifələri

II. Yarışın keçirilmə yeri və tarixi

  • Yarış 24 iyun 04 iyul 2015-cü il tarixində 4 zona üzrə keçiriləcəkdir.

    • 1-cı zona üzrə yarış 24 iyun 2015-cü il tarixdə Lənkəran şəhəri Zirvə-Lənkəran İdman klubunun yarış zalında keçiriləcəkdir(Neftçala idmancıları).

    • 2-ci zona üzrə yarış 25-26 iyun  2015-cü il tarixdə Lənkəran şəhəri Zirvə-Lənkəran İdman klubunun yarış zalında keçiriləcəkdir.(Lənkəran,Lerik idmancıları)

    • 3-cü zona üzrə yarış 28 iyun 2015-cü il tarixdə Samux şəhəri Zirvə- Samux İdman klubunun yarış zalında keçiriləcəkdir.(Samux,Gəncə Goranboy,Şəki idmancıları)

    • 4-cü zona üzrə yarış 04 iyul 2015-cü il tarixdə Xırdalan şəhəri Zirvə İdman Kompleksinin əsas yarış zalında keçiriləcəkdir.(ətraf şəhər və rayonlar)

III. Yarışa rəhbərlik

  • Yarışın təşkilinə Zirvə İnternational Sport Clubs MMC rəhbərlik edir.

  • Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunur.

IV. Yarışın iştirakçıları

  • Yarışda Respublikanın şəhər,rayon,qəsəbə və kəndlərdə Zirvə İnternational Sport Clubs-un bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə bilərlər.
    Yarışa buraxılacaq idmançıların sayına məhdudiyyət qoyulmur.

V. Yarışın keçirilmə qaydaları

  • Yarış yaş qrupları uzrə keçirilir.

  • Yarış şəxsi xarakter daşıyır. Yarışa texniki cəhətdən hazırlıqlı idmançılar buraxılırlar.

  • Yarışa 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997 -cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar.

  • Yarış 2 klassik hərəkət üzrə keçirilir.

  • Hər bir klassik hərəkət idmançı tərəfindən tam yerinə yetirildikdə (oturma hərəkəti tam icra olunmalıdır) sayılacaqdır

  • Yaş qrupları üzrə çəki normaları aşağıdakı qaydadadır.

  • 2005-2006 və 2007-cı il təv, 8 kq+11kq

  • 2003 və 2004-cü il təv, 11 kq+14 kq

  • 2002-ci il təv, 15 kq+18 kq

  • 2001-ci il təv, 20+25 kq,

  • 2000-ci il təv, 25+30 kq

  • 1999-cu il təv, 30-35 kq

  • 1998-ci il təv, III Dərəcə

  • 1997-ci illər və daha yaşıları II dərəcə

  • Yarışın qalib və mükafatçıları yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqlar.

VI. Yarışın reqlamenti

  • 24 iyun – Çəki saat 9:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
    Yarış saat 11.00-da başlanır.

  • 25 iyun – Çəki saat 9:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
    Yarış saat 11.00-da başlanır.

  • 26 iyun– Çəki saat 9:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
    Yarış saat 11.00-da başlanır.

  • 28 iyun – Çəki saat 9:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
    Yarış saat 11.00-da başlanır.

  • 04 iyul Çəki saat 9:00 başlanır və yarışın bütün idmançıları çəkilirlər.
    Yarış saat 11.00-da başlanır.

VII.Mükafatlandırılma

  • Yarışda hər yaş qrupunda Sinkler cədvəli əsasında I-II-III yerləri tutan idmançılar Zirvə İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mökafatlandırılırlar.

VIII. Maliyyə xərcləri

  • Yarışın təşkili, keçirilməsi idmançıların mükafatlandırılması və digər xərclər təsdiq olunmuş smeta sənədi əsasında Zirvə İnternational Sport Clubs MMC tərəfindən ödənilir.

Hazırkı sənəd maliyyə hesabatları üçün əsas sayılır.

Bədən Tərbiyəsi və İdman şöbəsi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə