Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi




Yüklə 453.87 Kb.
səhifə1/3
tarix21.02.2016
ölçüsü453.87 Kb.
  1   2   3
Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

http://www.azerbaijans.com/uploads/kitabidedgorgur.jpg


Milli - mənəvi sərvətimiz “ Kitabi - Dədə Qorqud “ dastanının

alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi

( Metodik məktub)

Zərdab-2015

Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin



200 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. 

Ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılmış və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.

Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2015-ci il



Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi

Ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, sözümüz və epos yaradıcılığımız haqqında zəngin bir xəzinədir. Əsrlərdir bu xəzinənin inciləri insanların ruhi aləmini bəzəyir. Türk dastanları sırasında xüsusi yeri olan "Kitabi-Dədə Qorqud" türk-Azərbaycan elminə bəlli olmamışdan əvvəl onun tədqiqi ilə ilk dəfə Avropa şərqşünasları məşğul olub.

Bu il Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramı hazırlanması ilə bağlı 20 fevral 2015- ci il tarixli sərəncam imzalayıb.

Bildiyimiz kimi, ötən müddət ərzində "Dədə Qorqud" dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Qeyd edək ki, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla (Abdullayev) Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud" dastanına böyük önəm verdiyi barədə mətbuata açıqlama verib: "Kitabi-Dədə Qorqud" abidəsinin açılış mərasimində ölkə başçısı bu dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əksini tapıb. Bu qayğı və diqqət ulu öndər Heydər Əliyevin dastana göstərdiyi münasibətin davamı və zamana uyğun inkişafıdır. Prezident İlham Əliyev Azərbaycanın bütün mənəvi dəyərləri ilə yanaşı, "Kitabi-Dədə Qorqud" dastanının da təbliğinin, öyrənilməsinin, dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinin tərəfdarı və təşəbbüskarıdır".

Dastanın "Təpəgöz" boyunun 1815-ci ildə Fridrix fon Dits tərəfindən almancaya tərcümə edilərək elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox əhəmiyyətlidir: "Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir".

Məlumat üçün deyək ki, Fridrix fon Dits Yunanıstanda yaranmış bir çox mifoloji süjetlərin məhz "Kitabi-Dədə Qorqud" dastanından qaynaqlandığını, dastandakı Təpəgöz obrazının Homerin "Odisseya" poemasındakı Polifem obrazı ilə müqayisədə daha qədim olduğunu söyləyib.

"Kitabi-Dədə Qorqud" ilk dəfə 200 il əvvəl, alman diplomatı, şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılıb. Bundan sonra isə dastan tədqiqata cəlb edilib.

Alimlər qeyd edir ki, "Kitabi-Dədə Qorqud" irsinin daha geniş şəkildə tanıdılmasında, bu eposun dərindən öyrənilməsində ümummilli lider Heydər Əliyevin rolu böyük olub. Onu da bildirək ki, onun tapşırığı ilə 1975-ci ildə "Dədə Qorqud" bədii filmi çəkilib. 20 aprel 1997-ci ildə isə dastanın 1300 illik yubileyinin keçirilməsi haqqında Fərman imzalanıb.

2000- ci ildə Bakıda dastanın 1300 illik yubileyi təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin dövlət başçılarının, UNESCO- nun baş direktorunun iştirakı ilə böyük təntənəli mərasim keçirilmişdir.” Dədə Qorqud” ensiklopediyası nəşr olunmuşdur.Ümummilli lider H. Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “ Dədə Qorqud dünyası “ tarixi- etnoqrafik komplekssinin yaradılması qərara alınmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də bu ənənəni davam etdirir. Dövlət başçısı 2004- cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin tətənəli açılışında iştirak etmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci ildə imzaladığı “ Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən "Dədə Qorqud" heykəli və "Dədə Qorqud dünyası” tarixi etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilmişdir. Paytaxtın mərkəzində "Dədə Qorqud" parkı salınıb. Parkın mərkəzində “ Kitabi Dədə Qorqud “ abidəsi ucaldılmışdır.

Həmçinin respublika prezidenti 28 dekabr 2013- cu ildə "Kitabi-Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi

haqqında Sərəncam vermişdir.

"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. "Kitabi-Dədə Qorqud" həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir. "Kitabi-Dədə Qorqud" dastanı haqda hər zaman danışılacaq, ilboyu davam edən tədbirlərdə bəşəriyyət üçün əhəmiyyətli olan mədəniyyət hadisəsi kimi dəyərləndiriləcək.

Bu münasibətlə informasiya və mütaliə, öyrədici mərkəzi kimi kitabxanalar qarşısında müəyyən vəzifələr durur.Bilikli, savadlı, vətəni ürəkdən sevən, onun yolunda hər cür fədakarlığa hazır olan, gələcəkdə onu inkişaf etdirən vətəndaş tərbiyə etmək bu gün hər bir kitabxananın, məktəbin, müəllimin qarşısında duran ən vacib vəzifədir.Buna görə də bu müqəddəs peşənin - kitabxanaçılığın bizə verdiyi fürsətdən yararlanıb məqsədimizə nail olmaq üçün bütün bacarıq və imkanlarımızdan istifadə etməliyik. M.Ə.Sabir demişkən, elm tərbiyəsiz məqbul deyil. Tərbiyədə isə xalqımızın milli dəyərləri, ədəbi irsimiz, ədəbi abidələrimiz mühüm rol oynayır. Uzaq keçmişimizdən bizə miras qalan, örnək alacağımız abidə olan "Kitabi-Dədə Qorqud" dastanını geniş oxucu kütlələri arasında təbliğ etmək üçün kitabxanalar əyani və şifahi təbliğatın bütün formalarından : kitab sərgisi, məruzə,mühazirə, dəyirmi masa, məlumat həftəsi, kitab müzakirəsi, oxucu konfransı, ədəbi -bədii kompazisiya , anket sorğusu və sair formalardan önəmli şəkildə istifadə etməlidirlər. Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar :

Kitabi- Dədə Qorqud –Xalqın yaratdığı və yaşatdığı tarix”, “Kitabi –Dədə Qorqud dastanı xalqımızın söz abidəsidir “, “ Kitabi- Dədə Qorqud ilk yazılı yaddaşımızdır”, “ Milli varlığımızın mötəbər qaynağı “, Kitabi- Dədəq Qorqud dastanı Azərbaycan xalqının şah əsəridir”,” Vətənpərvərlik, qəhrəmanlıq, müdriklik dastanı “ və sair . Tədbirlərin keçirilməsinə kömək məqsədilə metodiki məktuba ədəbiyyat siyahısı əlavə olunur.


Ədəbiyyat:

* Kitabi- Dədə Qorqud Ensiklopediyası.2 cilddə.I cild.-Bakı :Yeni nəşrlər

Evi, 2000.- 623 s; C .II. 567 s.

* Kitabi-Dədə Qorqud : Əsl və sadələşdirilmiş mətnlər.-Bakı:” Öndər nəşriyyatı”, 2004.- 376 s.

* İsmayılova ,Y. “Dədə Qorqud kitabı” və müasir Azərbaycan ədəbiyyatı .- Bakı : “Elm “,2011.- 368 s

* Dədə Qorqud dünyası.Məqalələr.- Bakı: ” Öndər ”,2004.-240 s.

* Kitabi- Dədə Qorqud:əla lisani-taifeyi-oğuzan.-Bakı:” Göytürk”,1995.-173 s.

* Kitabi- Dədə Qorqud-1300: Filoloji araşdırmalar.IX kitab.- Bakı :AAMM,1999.-190s.

* Dədə Qorqud kitabı. Ensiklopedik lüğət.- Bakı: “ Öndər”,2004.-368s.

* Qorqud,Ə.F.. Dədə Qorqud sözü.- Bakı :” Maarif “,1999.-348 s., şək.

* Məmmədov, Z . Azərbaycan Fəlsəfi tarixi.- Bakı: “ Şərq- Qərb “,2006.-s.38- 51.

* Elçin . “ Kitabi- Dədə Qorqud” aliliy i//Ədəbiyyatımızın yaradıcılıq problemləri (Seçilmiş əsərləri).-Bakı: “Təhsil”, 1999.- s.249-258.

* Heyət , C. Dədə Qorqud kitabı // Türk dilləri və ləhcələrinin tarixi. I kitab.- Bakı:

Təhsil “,1999.- s.217-226



*Xudiyev, N. Azərbaycan ədəbi dilinin inkişafı: Kitabi- Dədə Qorqud dastanlarının

dili // Azərbaycan ədəbi dili tarixi.- Bakı : Ankara, 1997.-s. 79-127.

* Əlifoğlu , Ş. “ Kitabi -Dədə Qorqud”a tarixi- filoloji baxış / Ş. Əlifoğlu //Təfəkkür.-2015.- 9 yanvar .-s.4

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova

Redaktor : Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı-N. Əmralızadə

görsün!



Yığışdırs

Ana abidəmizin orta əsrlərə aid edilən əlyazması Drezden və Vatikan muzeylərində qorunur. Qorqudşünasların verdiyi bilgiyə görə, indiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri-alman şərqşünası, türkoloq, diplomat F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Qorqudşünasların qeyd etdiyinə görə, elmə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılıb. Yeni bir nüsxəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınaraq 1972-ci ilin avqustunda Bakıya gətirilib və Azərbaycan Elmlər Akademiyasına verilib, Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunub. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülüb. Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanıb. Alimlər qeyd edir ki, keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilib, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilib.

"Kitabi-Dədə Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir.. Məlum olduğu kimi,

abidə haqqında ilk dəfə alman alimi F.Dits məlumat verib və "Təpəgöz" boyunu alman dilinə tərcüməsi ilə dərc etdirib (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəyib. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirib. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırıb. Həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə isə Moskvada nəşr olunub.

1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini taparaq italyanca tərcüməsi ilə birlikdə nəşr etdirib. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunub. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilib, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatlarında və İranda çapdan çıxıb. 1951-ci ildə Azərbaycanda və Türkmənistanda "Kitabi-Dədə Qorqud"un oxunması yasaqlanıb. "İnkişaf etmiş" sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanıb.

"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicinin oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə, Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearin"Səyahətnamə"lərində bu fakta rast gəlmək olar.

"Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrdən bol-bol, məharətlə istifadə olunub. Bu barədə qorqudşünas alimlər yazıb.

un, ğğmmmmmmğğğğ



Bilikli, savadlı, vətəni ürəkdən sevən, onun yolunda hər cür fədakarlığa hazır olan, gələcəkdə onu inkişaf etdirən vətəndaş tərbiyə etmək bu gün məktəbin, müəllimin qarşısında duran ən vacib vəzifədir.

Buna görə də bu müqəddəs peşənin - müəllimliyin bizə verdiyi fürsətdən yararlanıb məqsədimizə nail olmaq üçün bütün bacarıq və imkanlarımızdan istifadə etməliyik. M.Ə.Sabir demişkən, elm tərbiyəsiz məqbul deyil. Tərbiyədə isə xalqımızın milli dəyərləri, ədəbi irsimiz, ədəbi abidələrimiz mühüm rol oynayır. Uzaq keçmişimizdən bizə miras qalan, örnək alacağımız belə abidələrdən biri "Kitabi-Dədə Qorqud" dastanlarıdır.

Müstəqilliyimizin əldə edilməsi sayəsində qazandıqlarımızın içərisində ədəbiyyatımızın öz həqiqi simasını tapması çox əhəmiyyətlidir. Etiraf etmək lazımdır ki, şagirdlərimizin düzgün tərbiyəsində bu fənnin rolu əvəzolunmazdır, imkanları genişdir.

Tədris etdiyim ədəbiyyat fənnində sevə-sevə öyrətdiyim mövzulardan biri olan "Kitabi-Dədə Qorqud" dastanlarının şagirdlərimizin həyatındakı tərbiyəvi əhəmiyyəti haqqında fikir və düşüncələrimi həmkarlarımla bölüşmək istərdim.

Sevindirici haldır ki, biz bu dastanla şagirdlərimizi hələ aşağı siniflərdən tanış edə-edə irəliləyirik. Demək olar ki, uşaqlar hər il bu gözəl abidəni öyrənir, məlumatlarını zənginləşdirirlər. "Dədə Qorqud" dastanlarındakı "Dirsə xan qolu Buğacın boyu" əsasında M.Rzaquluzadənin yazdığı "Ana ürəyi, dağ çiçəyi" hekayəsi 5-ci sinifdə, "Uşun qoca oğlu Səgrəgin boyu" 6-cı sinifdə, "Bayburanın oğlu Bamsı Beyrək boyu" 7-ci sinifdə, "Oğuz xanın oğlu Uruz bəyin dustaq olduğu boy" 8-ci sinifdə, "Salur Qazanın evinin yağmalanması boyu" 10-cu sinifdə proqram materialı kimi seçilmiş və həmişə şagirdlər tərəfindən çox böyük həvəslə öyrənilmişdir.

Qarabağ boyda dərdi olan bu xalqın "Dədə Qorqud" öyüdlərini, məsləhətlərini, təcrübəsini öyrənib öyrətməyə böyük ehtiyacı var.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci ildə BMT-nin YUNESKO təşkilatı səviyyəsində "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin keçirilməsinə, dastan əsasında "Dədə Qorqud" adlı 2 serialı film çəkilməsinə nail olmuşdur.

"Salur Qazanın evinin yağmalanması" boyu dastanın  ən maraqlı, böyük tərbiyəvi əhəmiyyətə malik boylarındandır. Şagirdlərimiz buradan Vətən sevgisini, anaya məhəbbəti, qadına hörməti öyrənirlər. Mərdlik, cəsarət, qorxmazlıq, düşmənə nifrət, düşmən qarşısında əyilməzlik kimi xüsusiyyətlər şagirdlərə aşılanır. Bu dastanı tədris edərkən şagirdlərə xalq yazıçısı Anarın bu sözlərini xatırladıram: "Hər hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa da, bir və ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın varlığını əks etdirir.  Azərbaycan xalqının şah əsəri, ana kitabı "Dədə Qorqud" dastanıdır.

İgid Qazanın əliaçıqlığı görün necə verilir: O, 3 ildən bir qadının əlindən tutub evdən çıxar, var-dövlətini camaata dağıdardı. 10 min, 20, 30, 40 minE düşməni saya salmayan, yalnız 100 mini keçəndə hərəkətə gələn sevimli Qazan xanın yurdunu talanmış, evləri, obaları yanmış görəndə düşdüyü ağır halı bu günümüzlə necə də səsləşir! Talan olunmuş Xocalımız, od tutmuş Şuşamız, viran qoyulmuş Kəlbəcərimiz, Laçınımız... yada düşür. Amansızlıqla qətlə yetirilmiş qocalar, uşaqlar və cavanların taleyi igid  Beyrəyin taleyinə nə qədər bənzəyir. Əsir düşmüş Burla xatunun ağrılarını neçə-neçə qız-gəlinimiz, analarımız yaşamadı?!

Dastanı öyrənən şagirdlərimizin Qaraca Çobana sevgisi daha böyükdür. Qəribədir, əsərdəki əsas surətlərin içərisində aşağı təbəqənin yeganə nümayəndəsi olan Qaraca Çobanın yalnız bircə boyda iştirak etməsinə baxmayaraq, bütün obrazlardan, hətta Qazan xandan da artıq sevilməsi diqqəti cəlb edir. Bununla dastan yaradıcılarının, sinfi fərq qoyulmasa da, zəhmətkeş təbəqəyə rəğbəti təsdiqlənir. Dahi Nizaminin də diqqətini cəlb etmiş bu qəhrəman onun "Xosrov və Şirin" poemasının əsas surətlərindən biri olan Fərhadın sələfidir. Yeri gəlmişkən, Nizaminin "7 gözəl" əsərindəki Bəhram Gurun quş ovlayıb damğa vuraraq buraxması "Dədə Qorqud" dastanındakı Bəkil surətinə bənzəyir. O da ovladığı arıq ceyranları damğalayıb (qulağını deşib) buraxırdı.

"Qazan xanın evinin yağmalanması" boyunu tədris edərkən şagirdlərin diqqətini Qaraca Çobanın leksikasına da cəlb edirəm. Qazan xanla söhbətində hər an səmimiliyini, məhəbbətini bildirirəm, ona sədaqətlə itaət edən bu nəhəng gövdəli, əfsanəvi gücə malik, ağıllı, tədbirli igid düşmənlə üz-üzə gələndə içində aşıb-daşan kinini, küdurətini cilovlaya bilmir, düşməni söyməkdən belə çəkinmir. Onu mühasirəyə alıb təslim olmağa, yüksək vəzifə təklif edən yağını belə qarşılayır:

"Hərzə-mərzə söyləmə, itim kafir!

İtimlə bir qabda yal yeyən kafir...".

Sanki dastan yaradıcıları qəsdən bu ürəyitəmiz, zəhmətkeş insanı özünəməxsus sadə, bir az da loru, vulqar danışığı ilə ağalarından fərqləndirməyə, daha da inandırıcı və sevimli bir obraz yaratmağa çalışmış və buna nail olmuşlar. Döyüş zamanı düşməndən anasını istəyən Qazanı "ananı Yaykat Keşiş oğluna ərə verəcəyik" deyə ələ salan düşmənlərə Qazan xandan da əvvəl yaxşıca dərs verən Qaraca Çoban yenə söyüş yağdırır:

"Mərə dini yox, əqilsiz kafir!

Usu yox dərnəksiz kafir!

Qazan xanın anası qocalıb,

oğul verməz,

Dölün almaqdan səfan varsa,

qara gözlü qızını Qazana ver...".

Qeyrətli Çoban düşmənə qarşı coşub-daşan qəzəbi, nifrəti ilə Şəhidlər xiyabanında uyuyan yüzlərlə igidlərimizi xatırladır. Çətin anlarda oğuz xanları bir-birinin hay-harayına yetişirlər. Vuruşub qalib gəlmək üçün əlbir olmaq lazımdır.

"Dədə Qorqud" dastanı milli mənəvi dəyərlərimizdəndir. Xalqımızın söz ensiklopediyası, tarix dərsliyimizdir. Bu dastana sovet dövründə qadağa qoyulması, onun təqib olunması elə möhkəm milli xüsusiyyətləri mədəniyyətimizi və keçmişimizi doğru-dürüst  özündə əks etdirməsindən, coğrafiyamızdan xəbər verməsindən irəli gəlirdi. 






Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir

Filed under: İnşalar — 4 Şərh

durışdırsun günahınızı
Adıllzcəəə görklü Məhəmməd Mustafa yüzi suyına
                bağışlasun, xanım, hey!....

Kitabi-Dədə Qorqud, Dirsə Xan oğlı Buğac Xan Boyını bəyan edər, xanım, hey!

Kitabi-Dədə Qorqud mifoloji aaaaaaaassssssssfffgghhjkkjhgfdsasdfgjklızzzzzzzzzzzzcbvnmçççdünyagörüşünə gedib çıxan və oğuz tayfalarının qəhrəmanlıq hekayələrindən ibarət dastandır. Dastan müqəddimə ilə başlayır. Burada eposun əsas müəllifi Dədə Qorquddur. Dastanın əvvəlində Dədə Qorqud, onun müqəddəs keyfiyyətləri, müdrik kəlamları barədə məlumat verilir və dastanın qalan hissəsi 12 boya bölünür.

Dastandakı boylar Dədə Qorqudun dilindən verilir, hər boy Dədə Qorqudun xeyir-duası ilə bitir. Dədə Qorqud qədim oğuzların kamil bilicisi, ağsaqqalıdır. Dədə Qorqud əlinə qopuz alaraq oğuz igidlərinin qəhrəmanlıqlarından danışır, soy soylayır, boy boylayır ki, oğuzların tarixi yaddaşlarda qalsın. Oğuzlar Qorqud atanın məsləhətlərinə qulaq asır, ona müqəddəs el ağsaqqalı kimi baxırlar. Oğuz elində Qorqud ata bilici, mənəvi rəhbər hesab olunur, qopuz müqəddəs sayılır. Xalqın şad günü Qorqud atanın xeyir duası ilə tamamlanardı. Çətin günlərdə Qorqud atanın məsləhətlərinə qulaq verilirdi. Oğuz tayfaları arasında narazılıq, mübahisə düşəndə, bir el ağsaqqalı kimi Qorqud ata çağrılardı. Dədə Qorqudun dediyi dərin mənalı kəlamlar atalar sözlərinə çevrilərək oğuzların gündəlik həyatında istifadə olunurdu. 14-cü əsr tarixçisi Fəzlullah Rəşidəddinin dediyinə görə Dədə Qorqud Məhəmməd peyğəmbərin zamanında yaşam Ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, sözümüz və epos yaradıcılığımız haqqında zəngin bir xəzinədir. Əsrlərdir bu xəzinənin inciləri insanların ruhi aləmini bəzəyir. Türk dastanları sırasında xüsusi yeri olan "Kitabi-Dədə Qorqud" türk-Azərbaycan elminə bəlli olmamışdan əvvəl onun tədqiqi ilə ilk dəfə Avropa şərqşünasları məşğul olub.

Ana abidəmizin orta əsrlərə aid edilən əlyazması Drezden və Vatikan muzeylərində qorunur. Qorqudşünasların verdiyi bilgiyə görə, indiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri-alman şərqşünası, türkoloq, diplomat F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Qorqudşünasların qeyd etdiyinə görə, elmə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılıb. Yeni bir nüsxəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınaraq 1972-ci ilin avqustunda Bakıya gətirilib və Azərbaycan Elmlər Akademiyasına verilib, Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunub. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülüb. Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanıb. Alimlər qeyd edir ki, keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilib, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilib.

"Kitabi-Dədə Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, "Kitabi-Dədə Qorqud" da, vaxtilə bəzi digər qədim türk dastanları kimi, başdan-başa şeirlə yaradılıb, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilib. Məlum olduğu kimi,

abidə haqqında ilk dəfə alman alimi F.Dits məlumat verib və "Təpəgöz" boyunu alman dilinə tərcüməsi ilə dərc etdirib (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəyib. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirib. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırıb. Həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə isə Moskvada nəşr olunub.

1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini taparaq italyanca tərcüməsi ilə birlikdə nəşr etdirib. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunub. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilib, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatlarında və İranda çapdan çıxıb. 1951-ci ildə Azərbaycanda və Türkmənistanda "Kitabi-Dədə Qorqud"un oxunması yasaqlanıb. "İnkişaf etmiş" sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanıb.

"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicinin oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə, Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar.

"Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrdən bol-bol, məharətlə istifadə olunub. Bu barədə qorqudşünas alimlər yazıb.

Bildiyimiz kimi, 2015-ci il fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramı hazırlanması ilə bağlı sənəd imzalayıb.

Qeyd edək ki, Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Bildiyimiz kimi, ötən müddət ərzində "Dədə Qorqud" dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub.

Sənəddə qeyd edilir: "Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında "Dədə Qorqud" dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Bildiyimiz kimi, yanvarın 30-da "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə həsr edilən yığıncaq keçirilib.

Qeyd edək ki, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla (Abdullayev) Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud" dastanına böyük önəm verdiyi barədə mətbuata açıqlama verib: "Kitabi-Dədə Qorqud" abidəsinin açılış mərasimində ölkə başçısı bu dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əksini tapıb. Bu qayğı və diqqət ulu öndər Heydər Əliyevin dastana göstərdiyi münasibətin davamı və zamana uyğun inkişafıdır. Prezident İlham Əliyev Azərbaycanın bütün mənəvi dəyərləri ilə yanaşı, "Kitabi-Dədə Qorqud" dastanının da təbliğinin, öyrənilməsinin, dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinin tərəfdarı və təşəbbüskarıdır".

K.Abdulla onu da qeyd edib ki, dastanın "Təpəgöz" boyunun 1815-ci ildə Fridrix fon Dits tərəfindən almancaya tərcümə edilərək elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox əhəmiyyətlidir: "Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir".

Alim "Kitabi-Dədə Qorqud" və fon Dits-200" mövzusunda Beynəlxalq Kollokviumun keçirilməsini təklif edib və Beynəlxalq Kollokviumun təşkilat komitəsi yaradılıb.

Məlumat üçün deyək ki, Fridrix fon Dits Yunanıstanda yaranmış bir çox mifoloji süjetlərin məhz "Kitabi-Dədə Qorqud" dastanından qaynaqlandığını, dastandakı Təpəgöz obrazının Homerin "Odisseya" poemasındakı Polifem obrazı ilə müqayisədə daha qədim olduğunu söyləyib.

K.Abdulla mediaya deyib ki, "Nibelunqlar haqqında nəğmə" və "Kitabi-Dədə Qorqud" eposlarının müqayisəli tədqiqi ilə bağlı keçirilmiş konfranslar ermənilərdə qıcıq yaradıb: "Azərbaycana qarşı düşmən mövqedə duranların münasibəti bir daha göstərdi ki, cəngavərliyin əks olunduğu dastanlarımızın təbliğatında doğru yol tutmuşuq. Hətta alman germanistləri dastanlar arasındakı bu oxşarlığı araşdırdılar, "Kitabi-Dədə Qorqud" dastanını bizimlə birgə tədqiq və təbliğ etməyə başladılar".

Dövlət müşaviri "Kitabi-Dədə Qorqud" və fon Dits-200" proqramı əsasında ilboyu keçiriləcək tədbirlərdə filoloqlarla yanaşı, riyaziyyatçı, fizik, həkim və mühəndislərin, eləcə də digər sahələrin mütəxəssislərinin iştirakına şərait yaradılmasını tövsiyə edib.

Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın rəhbərliyi ilə keçirilən müşavirədə bu istiqamətdə müzakirələr aparılıb.

Bakıda "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits-200" Beynəlxalq Kollokviumu keçirilib. "Kitabi-Dədə Qorqud"un alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan tədbirdə Kamal Abdulla tədbirin əhəmiyyətini önə çəkərək vurğulayıb ki, oğuz türk dastanı "Kitabi-Dədə Qorqud" ilk dəfə 200 il əvvəl, alman diplomatı, şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılıb. Bundan sonra isə dastan tədqiqata cəlb edilib.

Alimlər qeyd edir ki, "Kitabi-Dədə Qorqud" irsinin daha geniş şəkildə tanıdılmasında, bu eposun dərindən öyrənilməsində ümummilli lider Heydər Əliyevin rolu böyük olub. Onu da bildirək ki, onun tapşırığı ilə 1975-ci ildə "Dədə Qorqud" bədii filmi çəkilib. 1997-ci ildə isə dastanın 1300 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Dövlət başçısı tərəfindən "Dədə Qorqud" heykəli və "Dədə Qorqud" dünyası tarixi etnoqrafik kompleksinin yaradılması haqqında sərəncam imzalanıb, paytaxtın mərkəzində "Dədə Qorqud" parkı salınıb. Həmçinin "Kitabi-Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişləri üçün göstəriş verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin fikrincə, Azərbaycan artıq üçüncü dəfədir "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir: "Bu ədəbi abidənin geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında Fərman, 1999-cu il fevralın 21-də isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" Sərəncam imzalayıb. Ümummilli liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə "Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması" ilə bağlı olub".

O da bəllidir ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. "Kitabi-Dədə Qorqud" həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir. İ.Həbibbəyli dastanda Azərbaycanla bağlı adıçəkilən coğrafi məkanlardan da söz açıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev 2000-ci ildə dastanın 1300 illik yubileyinin türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunduğunu vurğulayıb. Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı aparılan araşdırmaların, bu istiqamətdə görülmüş işlərin əhəmiyyətinin böyük olduğunu deyən T.Hacıyev bu məsələyə Heydər Əliyevin göstərdiyi qayğı və diqqəti də önə çəkib.

"Kitabi-Dədə Qorqud" dastanı haqda hər zaman danışılacaq, ilboyu davam edən tədbirlərdə bəşəriyyət üçün əhəmiyyətli olan mədəniyyət hadisəsi kimi dəyərləndiriləcək.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə