[zemfiRA] SƏFƏrova (safarova) azərbaycana qarşI




Yüklə 76.76 Kb.
tarix10.04.2016
ölçüsü76.76 Kb.
[ZEMFİRA] SƏFƏROVA (SAFAROVA) AZƏRBAYCANA QARŞI

(Şikayət35507/07)

QƏRAR


14 oktyabr 2010-cu il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcək. O, redaktə xarakterli dəyişikliklərə məruz qala bilər.
Səfərova Azərbaycana qarşı işdə,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),



hakimlər:

Kristos Rozakis (Christos Rozakis), Sədr,

Nina Vajiç (Nina Vajic),

Xanlar Hacıyev (Khanlar Hajiyev),

Din Spilmann {Dean Spielmann),

Sverre Erik Cebens (Sverre ErikJebens),

Corcio Malinverni (Giorgio Malinverni),

George Nikolau (George Nicolaou) Bölmə Katibinin Müavini Andre Vampakdan (Andre Wampach) ibarət tərkibdə Palatada iclas keçirərək,



23 sentyabr 2010-cu ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

  1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ("Konvensiya") 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı Xanım Zemfira Əli-Hüseyn qızı Səfərova ("şikayətçi") tərəfindən 31 iyul 2007-ci ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (№ 35507/07) əsasında başlanıb.

  2. Şikayətçini Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan Cənab M.Mustafa-yev43 təmsil edib. Azərbaycan Hökumətini ("Hökumət") onun nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.

  3. Şikayətçi konkret olaraq iddia edib ki, onun xeyrinə çıxarılmış 3 iyul 2003-cü il tarixli qətnamənin icra edilməməsi onun Konvensiyanın 6-cı və 13-cü maddələri ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnu və səmərəli hüquqi müdafiə vasitələri hüququnu, habelə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüquqlarını pozub.

  4. 7 noyabr 2008-ci ildə Birinci Bölmənin Sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara alıb. Həmçinin qərara alınıb ki, şikayətə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda həyata keçirilsin (29-cu maddənin 1-ci bəndi).

FAKTLAR

  1. Şikayətçi 1960-cı ildə anadan olub və Bakıda yaşayır.

  2. Şikayətçi Bakıda yerləşən, 350 kvadrat metr sahəsi olan qeyri-yaşayış tikilisinin ("tikili") mülkiyyətçisi idi. Tikili ilə bağlı mülkiyyət şəhadətnaməsi 17 iyul 1998-ci ildə şikayətçiyə verilib və onun mülkiyyət hüququ lazımi qaydada rəsmi qeydiyyata alınıb.

  3. 1993-cü ildən tikili Nərimanov Rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsi ("Polis Bölməsi") tərəfindən zəbt olunub.

  4. Şikayətçi Daxili İşlər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Ombudsmanın Aparatına digər dövlət orqanlarına çoxlu sayda məktublar yazaraq tikilinin polis bölməsi tərəfindən qanunsuz zəbt edilməsindən şikayət etdi. 2002 və 2003-cü illərdə Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məktubları ilə şikayətçiyə məlumat verilib ki, Polis Bölməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən digər tikili ilə təmin edilən kimi tikilini tərk edəcək.

  5. 13 may 2003-cü ildə şikayətçi Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verərək tikilinin qanuni sahibi olduğunu bildirib və məhkəmədən xahiş edib ki, Polis Bölməsinin oradan çıxarılması barədə qərar qəbul etsin.



  1. 3 iyul 2003-cü ildə Nərimanov Rayon Məhkəməsinə şikayətçinin tələbini təmin etdi. Məhkəmə qərara alıb ki, 17 iyul 1998-ci il tarixli mülkiyyət şəhadətnaməsinə əsasən şikayətçi tikilinin qanuni sahibidir və orada polis bölməsinin yerləşdirilməsinin hüquqi əsası yoxdur. Bundan başqa, məhkəmə bildirib ki, İqtisadi Inkişaf Nazirli­yi Polis Bölməsini başqa tikili ib təmin etməlidir.

  2. Bu qətnamədən heç bir şikayət verilmədi və daxili qanunvericiliyə uyğun olaraq, qəbulundan bir ay sonra qanuni qüvvəyə mindi.

  3. İşin materiallarına əsasən, 2003-cü illə 2006-cı il arasında İqtisadi İnkişaf Nazirli­yi Polis Bölməsinə müxtəlif tikililər təklif edib. Lakin Polis Bölməsinin rəisi həmin tikililərə köçməkdən imtina edərək bildirib ki, onlar Polis Bölməsi üçün yararlı deyil.

  4. 10 noyabr 2008-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti Polis Bölməsi üçün bina tikilməsindən ötrü torpaq sahəsi ayırıb.

  5. 2009-cu ildə Daxili İşlər Nazirliyi şikayətçiyə qarşı iddia qaldıraraq şikayətçinin tikili ilə bağlı mülkiyyət hüquqlarının qanuniliyini şübhə altına aldı. 8 aprel 2009-cu ildə Nərimanov Rayon Məhkəməsi Nazirliyin iddiasını rədd edib. Məhkəmə müəyyən etdi ki, Daxili İşlər Nazirliyi tikili ilə bağlı iddia tələbi irəli sürmək hüququna malik deyil, şikayətçinin mülkiyyət hüququna etiraz edilməsi üçün nəzərdə tutulan müddət başa çatıb və bu məsələ artıq məhkəmə qaydasında həll olunub; belə ki, şikayətçinin mülkiyyət hüququ 3 iyul 2003-cü il tarixli qətnamə ib təsdiq olunub.

  1. 15 aprel 2009-cu ildə Daxili İşlər Nazirliyi şikayətçi və əri tərəfindən tikilinin guya qanunsuz əldə edilməsi ilə bağlı cinayət işinə başladı. 17 aprel 2009-cu ildə Səbail Rayon Məhkəməsi şikayətçinin ərinin rəhbərlik etdiyi şirkətin ofisində axtarış aparılmasına və müsadirənin həyata keçirilməsinə icazə verdi. İşin materialları arasında hadisələrin sonrakı gedişi, bu istintaqın nəticələri və cinayət işi ilə bağlı hər hansı mate­rial yoxdur.

  2. Bundan başqa, işin materiallarından belə görünür ki, 2009-cu ilin aprelində Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi şikayətçiyə qarşı mülki iddia qaldıraraq onun mülkiyyət hüququnun qanunsuz olduğunu iddia edib. İşin materialları arasında həmin mülki iddianın nəticələri barədə hər hansı material yoxdur.

  3. Məhkəmə şikayətçi ilə sonuncu dəfə yazışdığı vaxt 3 iyul 2003-cü il tarixli qətnamə icra edilməmiş qalırdı.


HÜQUQ MƏSƏLƏLƏRİ

I. KONVENSİYANIN 6-cı VƏ 13-cü MADDƏLƏRİNİN VƏ KONVENSİYA-NIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

18. Konvensiyanın 6-cı və 13-cü maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun


1-ci maddəsinə istinadən şikayətçi Nərimanov Rayon Məhkəməsinin 3 iyul 2003-cü il
tarixli qətnaməsinin icra edilməməsindən şikayət etdi. Konvensiyanın 6-cı maddəsinin bu işə aidiyyəti olan hissəsində deyilir:

"Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir".

Konvensiyanın 13-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:



"Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqan-ları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir ".

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində deyilir:



"Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik­dir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır".

A. Şikayətlərin qəbuledilənliyi

19. Hökumət iddia etdi ki, şikayətçi daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib.

Konkret olaraq, hökumət bildirdi ki, şikayətçi 3 iyul 2003-cü il tarixli qətnamənin icrasını təmin etmədikləri üçün müvafiq məhkəmə icraçıları idarəsinə qarşı mülki iddia qaldıra bilərdi. Lakin şikayətçi bu hüquqi müdafiə vasitəsindən istifadə etməyib.


  1. Şikayətçi Hökumətlə razılaşmayıb və şikayətlərində israr edib.

  2. Məhkəmə qeyd edir ki, əvvəlki işlərdə Hökumət tərəfindən oxşar etiraz irəli sürülüb və Məhkəmə tərəfindən rədd edilib (nümunə üçün bax: Mirzəyev Azərbaycana qarşı, № 50187/06, 24-28-ci bəndlər, 3 dekabr 2009-cu il). Məhkəmə yuxanda adı çəkilən işdəki izahatına istinad edir və həmin izahatdan kənarlaşmaq üçün əsas görmür. Buna görə də, Hökumətin etirazı rədd edilməlidir.

  3. Məhkəmə daha sonra qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada hər hansı digər səbəblərə görə qəbulolunmaz və aşkar əsassız deyil. Buna görə də, o, qəbulolunan elan edilməlidir.

B. Şikayətlərin mahiyyəti

1. Tərəflərin arqumentləri

  1. Hökumət bildirdi ki, 3 iyul 2003-cü il tarixli qətnamənin icrası üçün müəyyən addımlar atılıb. O, qeyd edib ki, İqtisadi İnkişaf Nazirliyi polis bölməsinə müxtəlif tikililər təklif edib. Lakin Polis Bölməsinin rəisi həmin tikililərə köçməkdən imtina edərək bildirib ki, onlar Polis Bölməsi üçün yararlı deyil. 10 noyabr 2008-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti polis bölməsi üçün bina tikilməsindən ötrü torpaq sahəsi ayırıb. Hökumət qeyd etdi ki, binanın inşası başa çatan kimi şikayətçinin tikilisi boşaldılacaqdı.

  2. Şikayətçi şikayətini təkrarlayaraq qeyd edib ki, 3 iyul 2003-cü il tarixli qətnamənin davamlı olaraq icra edilməməsi onun ədalətli məhkəmə araşdırması hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozub.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Konvensiyanın 6-cı və 13-cü maddələri

25. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəs


üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət hüququnu təmin edir. Bununla
da həmin bənd "məhkəmə araşdırması hüququnu" təsbit edir, məhkəməyə müraciət
hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn
bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik
yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatlan (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz olardı. 6-cı maddəni yalnız məhkəməyə müraciət və icraatın aparılması ilə bağlı müddəa kimi şərh еtmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də. hər hansı məhkəmənin çıxardığı qərarın icrası 6-cı maddənin məqsədləri üçün "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsi sayılmalıdır (bax: Hornsbi (Hornsby) Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, 40-c« bənd, Qərar və Qərardadlar Toplusu, 1997-11).

26. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax: Burdov (Bur­dov) Rusiyaya qarşı, № 59498/00, 35-ci bənd, AİHM 2002-III). Мəhkəmə qeyd edir ki, bu işdə şikayətçinin xeyrinə çıxarılmış 3 iyul 2003-cü il tarixli qətnamənin davamlı olaraq icra edilməməsi şikayətçinin öz mülkiyyət hüquqları ilə bağlı məhkəmə işində uğur qazanmasından yararlanmasının qarşısı alınıb.

27. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 3 iyul 2003-cü il tarixli qətnaməsi yeddi ildən artıq müddət ərzində icra edilməmiş qalıb. Məhkəmə hesab edir ki, bu gecikdirməyə görə Hökumət tərəfindən hər hansı ağlabatan əsas irəli sürülməyib. Buna görə də, Məhkəmə hesab edir ki, bu işdə yekun qərarın icrası ilə bağlı zəruri tədbirləri görməməklə dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsini heçə endiriblər (bax: Burdovun (Burdov) işi üzrə yuxanda adı çəkilən qərar, 37-ci bənd). Uyğun olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.

28. Yuxanda gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayətlə bağlı qərar çıxarmağa ehtiyac yoxdur, çünki 6-cı maddə şikayətin bu hissəsi ilə bağlı xüsusi müddəadır (nümunə üçün bax: Əfəndiyeva (Efendiyeva) Azərbaycana qarşı, № 31556/03, 59-cu bənd, 25 oktyabr 2007; Jasyunene (Jasiuniene) Litvaya qarşı, № 41510/98, 32-ci bənd, 6 mart 2003).



(b) Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi

  1. Məhkəmə qeyd edir ki, birincisi, tikiliyə şikayətçi sahiblik edirdi. Buradan belə nəticə çıxır ki, tikili 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada onun "mülkiyyəti" idi.

  2. Üstəlik, tikili ilə bağlı şikayətçinin mülkiyyət hüququ polis bölməsinin tikilini tərk etməsi barədə göstərişin yer aldığı 3 iyul 2003-cü il tarixli qətnamə ilə təsdiq edilmişdi. Qətnamə qanuni qüvvəyə minmiş və onun icrası üzrə icraat başlanmışdı ki, bu da şikayətçiyə tikilidən yenidən istifadə etmək hüququ vermişdi. Buradan belə nəticə çıxır ki, şikayətçinin bu qətnamənin icrasına nail ola bilməməsi onun 1 saylı Protokolun 1-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş hüququna - öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilədir. Yuxanda 27-ci bənddə qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, bu müdaxilə üçün Hökumət tərəfindən hər hansı qəbul oluna bilən əsas gətirilməyib. Uyğun olaraq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də pozulub.

II. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ


  1. Konvensiyanın 41-ci maddəsində deyilir:

"Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir".
A. Ziyan

1. Maddi ziyan

32. Şikayətçi maddi ziyana görə 1.627.142 ABŞ dolları ("dollar") tələb etdi. O, iddia etdi ki, qətnamənin icra olunmaması ucbatından tikilini icarəyə verməklə əldə edə biləcəyi mənfəəti itirib. Tələb olunan məbləğə itirilmiş icarə haqlan (187.592 dollar) və tikilinin iddia edilən can bazar dəyəri (1.439.550 dollar) daxildir. Tikilinin icarə haq­lan və bazar dəyəri ilə bağlı təqribi hesablamalar bu məsələlər üzrə ixtisaslaşmış assosiasiyadan əldə edilib.

33. Hökumət şikayətçinin tələblərinə etiraz edərək onları həddən artıq və əsassız saydı. Hökumət iddia etdi ki, şikayətçi tikilinin bazar dəyərinə görə hər hansı kompensasiya tələb edə bilməz, çünki mülkiyyət müsadirə olunmayıb. Hökumət daha sonra qeyd etdi ki, itirilmiş icarə haqlarına görə tələb olunan kompensasiya əsassızdır.

34. Tikilinin bazar dəyəri ilə bağlı tələbə gəldikdə, Məhkəmə qeyd edir ki, 3 iyul 2003-cü il tarixli qətnamənin icrasının gecikdirilməsi şikayətçinin tikili üzərində mülkiyyət hüquqlarından daimi məhrum edilməsi sayıla bilməz. Buna görə də, Məhkəmə hesab edir ki, şikayətçinin maddi ziyana görə tələbinin bu hissəsi rədd edilməlidir.

35. Lakin Məhkəmə hesab edir ki, tikili və vəsaitləri üzərində nəzarətinin olmaması nəticəsində şikayətçi, yəqin ki, maddi ziyana məruz qalıb, habelə aşkar edilmiş pozuntu və itirilmiş icarə haqlan ilə bağlı iddia edilən ziyan arasında səbəb-əlaqə nəticə-si var (müqayisə et: Radanoviç (Radanovic) Xorvatiyaya qarşı, № 9056/02, 62-66-cı bəndlər, 21 dekabr 2006-cı il).

36. Məhkəmə tərəflərin arqumentlərini araşdırdıqdan sonra şikayətçi tərəfindən təqdim edilmiş yerli assosiasiyanın qiymətləndirməsində qeyd edilən məbləği istinad nöqtəsi kimi nəzərə alır, bu zaman o, belə bir faktı nəzərə alır ki, məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Azərbaycana qarşı qaldırılmış bir sıra əvvəlki işlərdə konkret olaraq həmin assosiasiyanın hesablamalarına Hökumət tərəfindən artıq isti­nad edilib (nümunə üçün bax: Gülməmmədova (Gulmammadova) Azərbaycana qarşı, № 38798/07, 22 aprel 2010-cu il; və Həsənov (Hasanov) Azərbaycana qarşı, № 50757/07, 22 aprel 2010-cu il).

37. Qiymətləndirməni həyata keçirərkən Məhkəmə bu faktı nəzərə alır ki, şikayətçi münasib icarəçilər tapmaqda qaçılmaz olaraq müəyyən yubanmalara və tikilinin saxlanması ilə bağlı müəyyən xərclərə məruz qala bilərdi. O, həmçinin vergilərə məruz qala bilərdi (bax: Prodan (Prodan) Moldovya qarşı, № 49806/99, 74-cü bənd, AIHM 2004-III (çıxarışlar); Popov (Popov) Moldovaya qarşı (№ 1) (əvəzin ədalətli ödənilməsi), № 74153/01, 13-cü bənd, 17 yanvar 2006-cı il; və Radanoviçin (Radanovic) işi üzrə yuxanda adı çəkilən qərar, 65-ci bənd). Yuxanda qeyd edilənləri nəzərə alaraq və ədalət prinsipi əsasında qərar çıxararaq, Məhkəmə itirilmiş icarə haqlarına görə şikayətçiyə 80.000 AVRO təyin edir.


1. Mənəvi ziyan

  1. Şikayətçi mənəvi ziyana görə 50.000 AVRO tələb edib.

  2. Hökumət bu məbləği həddən artıq hesab etdi və Məhkəmədən xahiş etdi ki, Konvensiya müddəalarının pozuntusunu aşkar etdiyi halda kompensasiya məbləğini yeni-dən nəzərdən keçirsin.

  3. Məhkəmə hesab edir ki, şikayətçi onun lehinə çıxarılmış yekun qətnamənin uzun müddət icra edilməməsi nəticəsində, yəqin ki, müəyyən maddi ziyana məruz qalıb. Lakin tələb edilən məbləğ həddən yüksəkdir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi, qiymətləndirməni ədalət prinsipi əsasında həyata keçirərək Məhkəmə şikayətçiyə bu bənd üzrə 4.800 AVRO təyin edir; həmin məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.

  4. Bundan başqa, Məhkəmə hesab edir ki, 3 iyul 2003-cü il tarixli qətnamə qüvvədə qaldığına görə, onun icrasını təmin etmək üzrə dövlətin yerinə yetirilməmiş öhdəliyi şübhə altına alma bilməz. Uyğun olaraq, şikayətçi həb də qətnamənin icrası hüququna malikdir. Məhkəmə bir daha xatırladır ki, 6-cı maddənin pozuntusu ilə bağlı ən münasib kompensasiya о olardı ki, öncədən 6-cı maddənin tələblərinə əməl edilmiş olduğu halda şikayətçi hansı durumda olacaqdısa, vəziyyətin mümkün qədər həmin duruma gətirilməsi təmin edilsin (bax: Pyersak (Piersack) Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü il, 12-ci bənd, A Seriyaları, X° 85). Aşkar edilmiş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, həmin prinsip bu işə də şamil olunur. Bu­na görə də, o, hesab edir ki, Hökumət 3 iyul 2003-cü il tarixli qətnamənin icrasını təmin etməlidir.

B. Məhkəmə xərcləri və digər məsrəflər

42. Şikayətçi Məhkəmədəki icraata çəkdiyi məhkəmə xərcləri və digər məsrəflərlə


bağlı tələb irəli sürməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, bu bənd üzrə ona
hər hansı məbləğin təyin edilməsi tələb olunmur.

C. İcranın gecikdirilməsinə görə faiz

43. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa


Mərkəzi Bankındakı borc dərəcəsinin yuxan həddinə əsaslanmalıdır və onun üzərinə
daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Şikayəti qəbulolunan elan edir;



2. Qərara alır ki. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;

3. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub;

4. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac yoxdur.



  1. Qərara alır ki, cavabdeh Dövlət Konvensiyanın 44-cü Maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ölkədaxili məhkəmənin 2003-cü il tarixli qətnaməsinin icrasını təmin etməlidir;

  2. Qərara alır ki:

  1. cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində şikayətçiyə maddi ziyana görə 80.000 (səksən min) AVRO və mənəvi ziyana görə 4.800 (dörd min səkkiz yüz) AVRO təyin edir, bu məbləğlərdən tutula bilən hər hansı vergi məbləği onların üzərinə əlavə olunmalı və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Yeni Azərbaycan manatına çevrilməlidir;

  2. yuxanda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxanda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxan həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

4. Əvəzin ədalətli ödənilməsi haqqında şikayətçinin qalan tələblərini rədd edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 14 oktyabr 2010-cu ildə qərar barədə yazılı məlumat verilmişdir.


Andre Vampak Kristos Rozakis

Katib Müavini Sədr


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə