Yusif Bağırzadə vhp-də oldu




Yüklə 5.53 Kb.
tarix20.04.2016
ölçüsü5.53 Kb.
Yusif Bağırzadə VHP-də oldu
Sabir Rüstəmxanlı: Lokal savaş və güclü ictimai reaksiya olmadan beynəlxalq güclər Azərbaycanın haqqını tanımayacaq

Bu gün saat 15:00-da AMİP sədri Yusif Bağırzadə və AMİP fəalları Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında VHP sədri Sabir Rüstəmxanlı və Siyasi Şura üzvləri ilə görüş keçirdilər. AMİP-in təşəbbüsü ilə baş tutan görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində siyasi partiyaların yekdil mövqe nümayiş etdirməsi idi.


Y.Bağırzadə ölkədəki bütün siyasi partiyalarla görüşlərin nəticəsi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı ümumi mövqeyi ifadə edən bir sənədin imzalanması üçün ardıcıl müzakirələr apardıqlarını dilə gətirdi. Siyasi qurumlara ünvanlanan müraciəti bir daha xatırladan AMİP sədri Dağlıq Qarabağ ətrafındakı ərazilərin yalnız sülh yoluyla azad olunacağı barədə Azərbaycan dövlətinin hər hansı öhdəlik götürmədiyini önə çəkərək müharibənin labüdlüyünü bildirdi: «Minsk Qrupunun vasitəçiliyindən imtin edilməli və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsiylə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilməlidir».
VHP sədri S.Rüstəmxanlı lokal savaş və ciddi ictimai reaksiya olmadan beynəlxalq güclərin Azərbaycanın haqqını tanımayacaqlarını və ədaləti bərpa etməyəcəklərini önə çəkərək AMİP-in təşəbbüsü dəstəklədiyini və müzakirələri alqışladığını bildirdi.
Daha sonra ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçkilərdə VHP-AMİP əməkdaşlığı müzakirə olundu.
Görüşdə, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Ələkbərli, sədrin müşavirləri Arif İsmayılbəyli, Bəhmən Sultanlı, AMİP-dən baş katib Arzuxan Əlizadə, mətbuat katibi Əli Oruclu iştirak ediblər.
VHP Mətbuat və İnformasiya Xidməti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə