Yerli BÜDCƏNİn gəLİRLƏRİ. Plan. Giriş. Bələdiyyələrin maliyyə bazas




Yüklə 103.76 Kb.
tarix10.04.2016
ölçüsü103.76 Kb.


YERLİ BÜDCƏNİN GƏLİRLƏRİ.

PLAN.

Giriş.


1. Bələdiyyələrin maliyyə bazası.

2. Yerli büdcə gəlirləri.

3. Yerli büdcə xərcləri.

4. Büdcə kəsiri.

Nəticə.


İstifadə olunan ədəbiyyat.

GİRİŞ.

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.

Bələdiyyə mülkiyyəti bələdiyyəyə mənsub olan bütün növ daşınan və daşınmaz əmlakdır.

Yerli vergilər (bələdiyyəyə vergiləri) Azərbaycan Respublikasının vergi məcəlləsi və “Yerli (bələdiyyəyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən və bələdiyyələ-rə ödənilən vergilərdir.

Yerli ödənişlər Yerli (bələdiyyəyə) vergiləri və ödənişlər haqqında Azərbaycan Respublikasının qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında hə-yata keçirilən məqsədli layihələrin müəyyənləşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir.

Yerli özünüidarənin iqtisadi əsasını regional iqtisadiyyatın kompo-nentləri təşkil edir. Bunların sırasında təbii ehtiyatlar (torpaq, faydalı qa-zıntılar, su, meşə, flora və fauna) bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan daşınan və daşınmaz əmlak bələdiyyə büdcəsini bələdiyyənin qeyri-büdcə fondlarını və s. göstərmək olar.

Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsas-larının ümumi qaydası bələdiyyə nizamnaməsilə müəyyənləşdirilir. Bu-rada yerli maliyyəni əsasən iki qrupa – büdcə vəsaitlərinə və büdcədən-kənar vəsaitlərə bölmək olar.

Azərbaycan Respublikasında bələdiyyələrin maliyyə-büdcə fəaliy-yətini tənzimləyən normativ hüquqi aktlar dövlət və yerli özünüidarə or-qanları tərəfindən müstəqil olaraq qəbul edilir.

Yerli özünüidarə orqanlarının öz maliyyə-büdcə sistemini tənzimlə-mək üçün səlahiyyətləri daxilində müstəqil qərar qəbul etmələri, maliy-yə imkanlarını artırmaq istiqamətində sərbəst fəalyyət imkanlarına malik olmaları da əhəmiyətli rol oynayır.

Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləş-dirir. Büdcə - əsas maliyyə kateqoriyalarının (vergilərin, dövlət krediti-nin, dövlət xərclərinin) fəaliyyətinin vəhdətidir, yəni büdcə vasitəsilə re-sursların daim səfərbər edilməsi və onların xərclənməsi həyata keçirilir.

Dövlət büdcəsi iqtisadi kateqoriya kimi bölgü (yenidənbölgü) və nəzarət funksiyalarını yerinə yetirir. Bölgü funksiyasının sayəsində pul vəsaitlərinin dövlətin əlində təmərküzləşməsi və onların ümumdövlət ehtiyaclarının ödənilməsi məqsədilə istifadəsi baş verir. Nəzarət funksi-yası vasitəsilə maliyyə resurslarının dövlətin sərəncamına nə dərəcədə öz vaxtında və tam daxil olmasını, büdcə vəsaitlərinin bölgüsündə fak-tiki olaraq proporsiyaların necə formalaşdığını, onların səmərəli istifadə olunmasını müəyyən etmək mümkün olur.


1. BƏLƏDİYYƏLƏRİN MALİYYƏ BAZASI

Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Qanun bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini, yerli büdcə pro-sesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəy-yən edir.

Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla, «Bələdiyyələrin statusu haqqında», «Büdcə sistemi haqqında», «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.

Bələdiyyə maliyyəsinin iqtisadi əsasları və formalaşması prin-sipləri:



1. Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bə-lədiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

2. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özü-nüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənfe-yi ilə uzlaşması prinsiplərinə əsaslanır.

Yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə ve-rilmiş, bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlak təşkil edir. Bələdiyyələrin mülkiyyətinə verilmiş əmlak üzərində onların sahiblik hüquqları qanunla tanınır və qorunur. Həmçinin, bələdiyyələr öz əmlakına sahiblik etməklə ondan sərbəst istifadə edir və sərəncam verir. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə müəssisə və təşkilatları, torpaqları, əmlakı, habelə qeyri-yaşa-yış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə sə-hiyyə, təhsil, idman və mədəniyyət müəssisələri, onlara məxsus digər daşınar və daşınmaz əmlak daxildir.

Mövcud qanunvericiliyə görə bələdiyyələr bələdiyyə mülkiyyəti he-sab olunan obyektləri hüquqi və fiziki şəxslərin müvəqqəti və daimi isti-fadəsinə, icarəsinə verə bilər, qanunla müəyyən edilmiş formada özgə-ninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən isrifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Qanu-na uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyə-nin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləş-dirə bilərlər. Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərt-lərini bilavasitə əhali və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir, həmçinin bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən daxil olan vəsa-itlər bütünlüklə yerli büdcəyə daxil olur. (“Bələdiyyələrin Statusu Haq-qında” Azərbaycan Respublikası Qanunu-maddə 33, 5-ci bənd).

Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi ya-şayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunveri-ciliyə, Bələdiyyə Torpaqlarının Ayrılmasına Dair Sənədlərin Hazırlan-ması və Razılaşdırılması Qaydaları Haqqında Əsasnamənin 2-4-cü mad-dələrinə uyğun olaraq fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırılar.

Son vaxtlar bələdiyyələrin maliyyə-iqtisadi əsaslarına dair qanun-vericiliyə edilmiş əlavə, düzəlişlər içərisində Bələdiyyə Torpaqlarının Torpaq Hərracları və ya Müsabiqələri Vasitəsi ilə Verilməsinin Tənzim-lənməsi Məqsədilə Azərbaycan Respublikasının Bəzi Qanunvericilik Aktlarına Dəyişikliklər və Əlavələr Edilməsi Barədə Azərbaycan Res-publikası Qanununun (12 dekabr 2008, № 277) qəbul edilməsi xüsusi yer tutur. Burada bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin ha-zırlanması və razılaşdırılması prosesinə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Müvafiq düzəlişlərə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarınınmülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaq-ları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsa-biqələri vasitəsilə əldə edilə bilər.

Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının 9.1 maddəsində yer-li özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində kifayət qə-dər maliyyə vəsaitlərinə malik olmaq və öz funksiyalarını həyata keçir-mək üçün mülkiyyəti və maliyyə vəsaitləri üzərində sərbəst sərəncam vermək hüququ vardır. Azərbaycanda bələdiyyələrin formalaşdırıldığı ilk vaxtlarda bu sahədə qismən də olsa sərbəstlik var idi. Lakin son vaxtlar yerli özünüudarə orqanlarının şikayətləndiyi məsələlərdən biri də onların öz mülkiyyət və maliyyəsinə sərəncam vermək hüquqlarının xeyli dərəcədə məhdudlaşdırılmasıdır. Qanunvericiliyə edilmiş son əlavə və düzəlişlərə əsasən bələdiyyə torpaqlarının satışınin hərrac vasitəsi ilə özgəninkiləşdirilməsində mülkiyyət sahibi kimi onların iştirakının məh-dudluğu müşahidə olunur ki, burada müvafiq icra hakimiyyəti struktur-larının sui-istifadəsinə əlverişli imkan yaranır. Müqayisə üçün bildirmək olar ki, əvvəllər bələdiyyə mülkiyyətinin özəlləşdirmə qaydasını və şərt-lərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdi-rirdi və müvafiq özəlləşdirmədən daxil ilan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olurdu. Belə ki, Xartiyanın 9.4 maddəsinin tələblərinə gö-rə, müvafiq prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır. Gələcək islahatlarda yaxşı olardı ki, müvcud əmlakın bazar qiyməti ilə qiymətləndirilməsi üçün mexanizm hazırlansın və tətbiq esilsin. Mexa-nizmin bir istiqaməti də bələdiyyənin əmlak vergisində bəzi kateqoriyalı vətəndaşlar üçün tətbiq olunan güzəştlərin təminatçısı kimi dövlətin çı-xış etməsi olsun. Həmçinin, bələdiyyə büdcəsinin formalaşması üçün bə-zi ödənişlərin (sanatoriya-kurort, mehmanxana və s.) toplanmasını təmin edən mexanizm hazırlanmalı və həyata keçirilməlidir. Bələdiyyə əmlakı, torpaqları və yerli büdcəni formalaşdırmalı olan digər mənbələr üzrə ic-bari dəyişikliklər zamanı bələdiyyə büdcəsinə dəyən ziyanın ödənilməsi üçün konkret normativlərin hazırlanması və tətbiqinin icbariliyini təmin edən hüquqi mexanizmin yaradılması da vacibdir.

Bələdiyyələrin Maliyyəsinin Əsasları Haqqında Azərbaycan Respub-likasının Qanunu yerli özünüidarə orqanlarının maliyyəsinin formalaş-ması və istifadəsinin prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiy-yəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. Bu Qanunla yanaşı bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqə-dar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin Əraziləri və Torpaqları Haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Yerli vergilər və ödənişlər haqqında”, “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ aktları ilə tənzimlənir.

Bələdiyyələrin maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bə-lədiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyət sahələri təşkil edir. Bələdiyyə-nin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müs-təqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır.




2. YERLİ BÜDCƏ GƏLİRLƏRİ.

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prin-siplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçir-mək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyildir. Bələ-diyyələrin qanunvericiliyə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır. Yerli büdcə-nin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəy-yən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından da istifadə olunur.

Mövcud qanunvericiliyə əsasən yerli büdcələr bələdiyyə büdcələrin-dən ibarətdir və onun formalaşdırılmasını, təsdiqini, istifadə olunmasını, icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. Yerli büdcə yerli özünüidarə fəaliyyətinin təmin edilməsi üçün pul vəsaitlərinin əldə olunması və xərclənməsi formalarıdır. Başqa iqtisadi kateqoriyalar kimi yerli büdcə də sosial-iqtisadi problemlərin həllində mühüm rol oynayır. Burada müvafiq ərazidəki hüquqi və fiziki şəxslərdən daxil olan vəsait-lərin idarə edilməsi və lazımi büdcə vəsaitlərinin ayrılması münasibətləri normativ qaydalar əsasında tənzimlənir. Müvafiq münasibətlərin tən-zimlənməsi həmin ərazinin idarə olunmasında yerli büdcədən səmərəli istifadəyə şərait yaradır. Ümumilikdə ölkə büdcə sistemini respublika büdcəsi, şəhər, rayon, qəsəbə, kənd ərazilərinin büdcələri təşkil edir. Ra-yon, şəhər, qəsəbə, kənd büdcələri yerli büdcə hesab olunur. Yerli özü-nüidarə orqanlarının büdcəsi dövlət büdcəsi sisteminə daxil olmayıb, bə-lədiyyə büdcəsi hesab edilir.

Yerli büdcənin gəlir hissəsi inzibati və mülki hüquqi üsullarla for-malaşdırılır. Bələdiyyələr inzibati hüquqi üsullar tətbiq etməklə müxtəlif qeyri-vergi ödəmələri (yığım, cərimə, rüsum) hesabına yerli büdcənin gəlir olan hissəsini artırırlar. Mülki hüquqi üsulda isə dövlət və bələdiy-yə mülkiyyətinin özəlləşdirilməsindən (satışından), əmlakın icarəyə ve-rilməsindən, o cümlədən torpağın icarəsindən, yerli lotoreyalardan əldə olunan gəlir hesabına büdcə vəsaitləri formalaşır.



Yerli büdcələrin gəlirləri - Azərbaycan Respublikasının qanunve-riciliyinə uyğun olaraq əvəzsiz olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir.

Yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır:

- yerli vergilər və digər ödənişlər (habelə həmin vergi və ödənişlərə görə hesablanmış faiz sanksiyaları), o cümlədən bələdiyyələrin öz əra-zisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq;

- bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən daxil olmalar;

- yerli pul-şey lotoreyalarının keçirilməsindən, habelə dövlət və bə-lədiyyə qiymətli kağızlarından əldə olunan vəsait;

- kurort, mehmanxana, avtomobil dayanacağı və s. əldə olunan gə-lirlər;

- bələdiyyə ərazisində reklamın yerləşdirilməsi və yayımından alı-nan haqq;

- dövlət büdcəsindən verilən dotasiya, subvensiya, transfert ödəniş-ləri, habelə dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarla-rı nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti;

- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantlar;

- mövcud qanuna və bələdiyyələrin qərarına uyğun olaraq yerli büdcələrə keçirilən cərimələr və sair daxilolmalar;

- bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər.

Yerli büdcələrin gəlirlərinin əsas hissəsi yerli vergilər hesabına for-malaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanun-lara uyğun olaraq yerli vergilərə aşağıdakılar aiddir:

- fiziki şəxslərdən torpaq vergisi;

- fiziki şəxslərdən əmlak vergisi;

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi.

Bələdiyyə vergilərinin tutulması və büdcəyə köçürülməsini bələ-diyyə orqanları həyata keçirirlər.

Vergi ödəyicilərinin hüquq və vəzifələri Azərbaycan Respublikası-nın vergi qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyələrin qərarları əsasın-da bələdiyyə büdcələrinin imkanından asılı olaraq vergi ödəyicilərinə vergi dərəcələrinin aşağı salınması, ödənişin dayandırılması istiqamə-tində müəyyən güzəştlər edilə bilər.

Yerli büdcələrə daxil olan vergi və ödənişlərin həcmi olduqca cü-zidir və onlar yerli büdcələrin gəlirlərin ümumi məbləğinin 30-35%-dən çox deyildir.

Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə onların dərəcələrinin yuxarı həddi qanunla, on-ların tətbiqi qaydaları isə bələdiyyələrin qərarı ilə müəyyən edilir. Qa-nunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər yalnız məqsədli təyinatı üzrə istifadə olunur.

Ölkənin əksər rayon və şəhərlərində yerli vergi və ödənişlər – yerli büdcələrin gəlirlərinin xüsusi mənbələri onların xərclərinin ötürülməsini təmin etmir. Bu da yerli özünüidarəetmə orqanlarının vəzifələrinin ye-rinə yetirilməsini çətinləşdirir və yerli büdcələrin gəlirlərinin tənzimlən-məsini tələb edin.

Yerli büdcələri balanslaşdırmaq məqsədi ilə qaytarılmamaq əsas-larla yuxarı büdcədən aşağı büdcəyə pul formasında birbaşa maliyyə yardımı göstərilir.

Yerli (bələdiyyə) büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlir-lərə bölünür. Xüsusi gəlirlər müvafiq büdcələrin vergi gəlirlərindən və vergi olmayan gəlirlərindən ibarətdir. Tənzimləyici gəlirlər isə dövlət vergilərindən ayırmalar, məqsədli büdcə fondlarından vəsaitlər, yuxarı büdcələrdən dotasiya, subsidya və subvensiya, qarşılıqlı hesablaşma qaydasında yuxarı büdcələrdən daxilolmalar, rüsum, yığım, ödənişlər və haqlardan ibarətdir.

Yerli büdcənin gəlir hissəsi yerli əhəmiyyətli məsələlərin həlli üçün zəruri xərcləri maliyyələşdirmək iqtidarında olmalıdır. Büdcə ili hər il yanvarın 1-dən başlayıb dekabrın 31-də qurtarır. Həmçinin, yerli büdcə-nin minimum zəruri xərcləri Azərbaycan Respublikasının müvafiq qa-nunları ilə müəyyənləşdirilir. Qanunvericilik və icra hakimiyyəti orqan-ları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyət-lərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin etməlidir-lər. Ancaq, müvafiq hüquqi terminologiya baxımından bu ifadə subsidi-arlıq prinsipi ilə uzlaşsa da bələdiyyələrin real vəziyyətində qeyri-mü-əyyənlik mövcuddur. Son vaxtlarda aparılan müşahidələr onu deməyə əsas verir ki, bələdiyyələrin büdcə kəsirinin qarşılanması sahəsində və-ziyyət heç də ürəkaçan deyildir. Digər tərəfdən, icra hakimiyyətlərinin müəyyən tədbirlərin həyata keçirilməsində bələdiyyələrin vəsaitləri və əmək resurslarından əvəzi ödənilmədən sui-istifadə etməsi hallarına da-ha tez-tez rast gəlinir. Buna görə də, dövlət idarə və müəssisələrinin bə-lədiyyə mülkiyyətindən (torpaq, əmlak və s.) əvəzsiz istifadəsinin qarşı-sının alınması üçün qanunvericiliyin tələbləri icbariləşdirilməlidir. Bələ-diyyə torpaqlarından dövlət məqsədləri üçün istifadə edilməsinə görə, həmçinin dəymiş ziyana görə kompensasiya ödənilməsi qaydaları hazır-lanmalı və həyata keçirilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası bələdiyyələrin müstəqil surətdə yerli vergi və ödənişləri müəyyənləşdirmək hüququnu təsbit edir (maddə 144.4). Bələdiyyələr müstəqil şəkildə yerli vergi və ödənişlərin müəyyənləşdirilməsi məsələsini həll edərək, yerli büdcənin mədaxilini artırırlar. Yerli özünüidarə orqanları yerli vergi və ödənişləri normativ hüquqi aktlar qəbul etməklə müəyyənləşdirirlər. Lakin, bu qaydalar döv-lətin müəyyən etdiyi tariflərlərə uyğun olmalı, olkə qanunları ilə ziddiy-yət təşkil etməməlidir. Azərbaycan Respublikasında yerli büdcələrin müstəqilliyinə dövlət zəmanəti vardır, bununla yanaşı onun öhdəliklə-rinə görə isə dövlət məsuliyyət daşımır. Bələdiyyələr yerli büdcənin ma-liyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam vermək hüququna malikdirlər. Yerli büdcənin müvcud iqtisadi qanun-ların tələblərinə uyğun tərtib edilməsi, müzakirəsi, təsdiqi, icrası və onun icrasına nəzarət məsələlərində də qanuna əsasən bələdiyyələr müstəqil-dirlər.

3. YERLİ BÜDCƏ XƏRCLƏRİ.

Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı iq-tisadi məzmununa görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdı-rılmasıdır.



Yerli büdcələrin xərcləri – yerli özünüidarənin vəzifə və funk-siyalarının maliyyə təminatına yönəldilən pul vəsaitidir. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq bələ-diyyələr tərəfindən müəyyənləşdirilir.

Yerli büdcələrin xərcləri yerli əhəmiyyətli məsələlərin həlli ilə, in-zibati rayonların və şəhərlərin iqtisadiyyatının və sosial sferanın idarə edilməsi və inkişafı ilə əlaqədar xərclərin maliyyələşdirilməsini özündə əks etdirir.

Yerli büdcələrin xərcləri aşağıdakı istiqamətlərə yönəldilir:

- yerli özünüidarəetmə orqanlarının saxlanmasına;

- bələdiyyə mülkiyyətinin formalaşması, inkişafı və saxlanılma-sına;

- qeyri-istehsal sahələrinin (təhsil, səhiyyə, mədəniyyət və kütləvi informasiya, bədən tərbiyəsi və bələdiyyə mülkiyyətində və ya yerli özü-nüidarənin tabeliyində olan digər idarələr) təşkili, saxlanılması və inki-şafına;

- ictimai qaydaların mühafizəsi üzrə bələdiyyə orqanlarının saxla-nılmasına;

- bələdiyyələrin mənzil-kommunal təsərrüfatının təşkil edilməsi, inkişafı və saxlanılmasına;

- bələdiyyə yollarının tikintisinə və saxlanmasına;

- bələdiyyə ərazisində ətraf mühitin mühafizəsinə;

- bələdiyyə borclarının ödənilməsinə;

- sənaye, tikinti, kənd təsərrüfatı, avtomobil və su (çay) nəqliyyatı, rabitə və yol təsərrüfatı sahələrinə və metropolitenə dövlət yardımına;

- elektrik və istilik enerjisi, qaz, nəqliyyat, su və kanalizasiya təsər-rüfatı sahələrinin itgiləri üzrə ödənişlərə;

- mülki müdafiə obyektlərinin saxlanılması və yanğın təhlükəsiz-liyinin qarşısının alınmasına;

- yerli əhəmiyyətli məsələlərə aid edilən digər xərclərə.

Büdcənin xərcləri iqtisadi cəhətdən aşağıdakı kimi qruplaşdırılır.



1. Cari xərclər. Buraya aiddir: a) əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi; b) faizlər üzrə ödənişlər; c) subsidi-yalar və cari ödənişlər (o cümlədən, əhaliyə pensiya, müavinət, təqaüd və yardımlar).

2. Əsaslı xərclər. Buraya aiddir: a) əsas fondlara əsaslı vəsait qo-yuluşu; b) bələdiyyə ehtiyatlarının yaradılması; c) torpaq və qeyri-maddi aktivlərin alınması; d) əsaslı ödənişlər (transfertlər).

3. Kreditlərin verilməsi. Buraya bələdiyyənin fiziki və hüquqi şəxslərə (habelə bələdiyyə müəssisələrinə) verdiyi ssudalar aiddir.

Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilatlar üzrə) təsnifatı dövlət büdcəsindən birbaşa büdcə vəsaitlərinin baş sərən-camçıları üzrə bölüşdürülməsini əks etdirən xərclərin qruplaşdırılma-sıdır.

Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının büdcələrinin təsnifatı ayrıca qruplaşdırılır, müvafiq büdcələrin xərclərin-dən alıcılar müəyyən edilir və büdcə vəsaitlərinin bölüşdürülməsi birba-şa həyata keçirilir.

Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə sə-lahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin etməlidirlər. Azərbaycan Respubli-kasında icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində bələdiyyənin məxarici artıb mədaxili azalarsa, qərar qəbul etmiş orqan-lar müvafiq kompensasiya ödəməyə borcludurlar. Bu cür hallarda kom-pensasiyanın məbləği müvafiq qərarın qəbul olunması ilə bir vaxtda mü-əyyənləşdirilməlidir. Bələdiyyələrin əlavə xərclərinə səbəb olan dövlət orqanlarının qərarlarını isə adekvat olaraq bələdiyyələr onlara kompen-sasiya kimi verilmiş vəsait həddində, (nə az, nə çox həcmdə) həyata ke-çirirlər.

Bələdiyyələr öz maliyyəsininin təşkili işini həm müvafiq bələdiyyə ərazisində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən Azər-baycan Respublikasının rezidenti olan kredit təşkilatları ilə qarşılıqlı əla-qədə yerinə yetirirlər. Bu sahədə bələdiyyələrlə kredit və sığorta təşkilat-ları arasında qarşılıqlı münasibətlər müqavilə əsasında həyata keçirilir. Belə münasibətlərin qurulması vaxtı isə bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş qaydada özünün hesablaşma və kassa əməliyyatları-nın aparılması üçün müvəkkil bankı seçmək və xəzinədarlığı yaratmaq, Azərbaycan Respublikası rezidenti olan banklardan və digər kredit təşki-latlarından uzunmüddətli və qısamüddətli kreditlər almaq, bələdiyyə mülkiyyətində olan obyektlərin, bələdiyyə qulluqçularının sığortalanma-sı haqqında qərar qəbul etmək hüquqları vardır. Lakin, kredit və sığorta təşkilatları qarşısında bələdiyyələrin öz üzərlərinə götürdükləri öhdəlik-lərə görə dövlət məsuliyyət daşımır.

Yerli büdcənin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tə-rəfindən müzakirə və qərar qəbul etməklə müəyyənləşdirilir. Müvafiq yerli büdcə bələdiyyələrin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mə-dəniyyət, idman və sağlamlıq müəssisələrinin, habelə əhalinin ümumi is-tifadəsində olan küçə, həyət və damların saxlanması xərcləri nəzərə alın-maqla bələdiyyələrin qanunvericiliyin tələbləri əsasında müəyyən etdik-ləri xərc normativləri üzrə formalaşdırılır. Qanuna müvafiq olaraq, yerli büdcələrin tənzimlənməsi prosesində bələdiyyələrin dövlət büdcəsindən vəsait almaq hüququ vardır. Buraya dotasiya, subsidiya, subvensiya və s. maliyyə dəstəyi formaları daxildir ki, bu da yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclərin qarşılanmasını nəzərdə tuta bilər. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyətləri tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələş-dirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca punktla göstərilir. Yerli büdcə xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (büdcə kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. Dövlət büd-cəsindən dotasiya alan yerli büdcənin xərclərinin hesablanması zamanı burada tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin proqnoz-laşdırılması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bil-məz. Bununla yanaşı, bələdiyyələrə dotasiyanın maksimal həddinin he-sablanmasında dövlət büdcəsinin xərc normativləri və ərazinin respubli-ka maliyyə resurslarında xüsusi çəkisi nəzərə alınır.

Yerli büdcənin icrasına, eləcə də sərf edilən vəsaitin əvvəlcədən təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna nəzarəti bələdiyyələr özləri həyata keçirirlər və bu məqsədlə onlar müstəqil auditorlar, eks-pertlər, mütəxəssislər cəlb etmək hüququna malikdirlər. Dövlət orqanla-rının, qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə hə-valə etdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün ayırdıqları maliyyə vəsaitlərinin istifadəsinə nəzarəti isə həmin dövlət orqanları həyata ke-çirirlər.


3. BÜDCƏ KƏSİRİ.

Büdcənin icrası onun xərclərinin gəlirlər hesabına tam ödənilmə-sini nəzərdə tutur. Büdcə gəlirlərinin onun xərclərdən artıq olması büdcə profisiti adlanır. Büdcə qanunvericiliyinə əsasən bütün səviyyəli büdcə-lər profisitsiz tərtib edilməlidir. Əgər büdcənin tərtibi və təsdiqi prose-sində gəlirlərin xərclərdən artıqlığı aşkar edilərsə, büdcə təsdiq olunana-dək profisitin aşağıdakı ardıcıllıqla ixtisar edilməsi həyata keçirilməlidir:



1. dövlət və bələdiyyə mülkiyyətinin satışından gəlirlərin cəlb edil-məsi ixtisar ediməli;

2. dövlət ehtiyatlarının satışından gəlirlərin cəlb edilməsi ixtisar edilməli;

3. büdcə vəsaitlərinin borc öhdəliklərinin əlavə ödənilməsinə yö-nəldilməsinə yenidən baxılmalı;

4. büdcənin xərclərini, o cümlədən gəlirlərin bir hissəsini digər sə-viyyəli büdcələrə verilməsi hesabına artırılmalı.

Əgər bu tədbirləri hansısa səbəb üzündən həyata keçirmək məqsəd-uyğun deyilsə, vergi qanunvericiliyində dəyişiklik və əlavələr etməklə büdcənin vergi gəlirlərini azaltmaq lazımdır.

Daha mürəkkəb vəziyyət və iqtisadi təcrübədə daha tez-tez rast gə-linən problem – büdcənin defisitliyidir, yəni büdcənin xərclərinin onun gəlirlərindən artıq olmasıdır. Bütün vergi və qeyri-vergi gəlirlərinin xey-li artmasına baxmayaraq Azərbaycan Respublikasının dövlət büdcəsi 1991-2005-ci illərdə kəsrlə icra edilmişdir. Büdcə kəsrinin aradan qaldı-rılması perspektivi vardırsa və o, ÜDM-un 3%-dən artıq deyilsə, onda ona müvəqqəti hal kimi baxılır. Əgər büdcə kəsiri büdcə gəlirlərinin 10%-dək təşkil edirsə, bu yol verilən kəsir hesab edilir. Lakin o, gəlirlə-rin 20%-dən çoxdursa, onda bu kritik hal kimi qiymətləndirilir.

Büdcə kəsrinin həcminə nəzarət etmək məqsədilə onun həddi mü-əyyən edilir. Belə ki, Azərbaycan Respublikasının “Büdcə sistemi haq-qında” qanununda göstərildiyi kimi yerli büdcələrin cari xərcləri müv-fiq büdcənin gəlirlərinin həcmindən, Dövlət büdcəsinin kəsrinin həcmi isə büdcə investisiyasının və Azərbaycan Respublikasının dövlət borcu-na xidmət xərclərinin həcmindən çox olmamalıdır.

Yerli büdcənin kəsirinin həcmi digər səviyyəli büdcələrdən yardı-mı nəzərə almadan onun gəlirlərinin həcminin 3%-dən artıq olmam-alıdır.

Dövlət büdcəsinin kəsiri ölkənin makroiqtisadi inkişaf durumunu, o cümlədən dövlət maliyyə sistemini və dövlət büdcəsinin vəziyyətini xarakterizə edən başlıca göstəricilərindən biridir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa görə dövlət büdcəsinin kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir.

Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən daxil olmalar yalnız investisiya xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər və bələdiyyə borclarına xidmət edilməsi və ödənilməsi xərclərinin maliyyə-ləşdirilməsi üçün istifadə edilə bilməz.

Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbələri qanun-vericilik orqanı tərəfindən cəlb edilmiş vəsaitlərin əsas növləri üzrə büd-cə haqqında qanunda təsdiq edilir. Büdcə kəsirinin maliyyələşdirilməsi dövlət krediti və digər mənbələr hesabına həyata keçirilir.

İnflyasiyaya şərait yaratdığı üçün Dövlət büdcəsi kəsirinin maliy-yələşdirilməsində pulun emissiyasından istifadə edilməsi nəzərdə tutul-mamışdı.

Yerli büdcələrin kəsirinin maliyyələşdirilməsinin daxili mənbəyi aşağıdakı formalarda ola bilər:

a) bələdiyyə qurumları tərəfindən buraxılan istiqrazlar;

b) kredit təşkilatlarından alınmış kreditlər.

Hər bir büdcə səviyyəsində qanunvericiliklə büdcə kəsirinin maliy-yələşdirilməsinin öz mənbələri müəyyən edilir. Dünya təcrübəsində döv-lət büdcəsinin kəsiri aşağıdakı daxili və xarici mənbələr hesabına maliy-yələşdirilir. Daxili mənbələr – daxili və ya xarici maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları, dövlət əmlakının özəlləşdirilmə-sindən daxil olan vəsaitlər, ölkənin mərkəzi bankı tərəfindən verilən bir-başa kreditlər və s. aiddir. Xarici mənbələr – birbaşa xarici kreditlər, xü-susilə beynəlxalq maliyyə institutlarının birbaşa kreditləri daxildir.




NƏTİCƏ.

Aparılan təhlillər göstərir ki, dövlət büdcəsindən bələdiyyələrə ay-rılan dotasiyaların həcmi bələdiyyələrin ehtiyacları üzrə deyil, dövlət maliyyə orqanlarının subyektiv mülahizələri əsasında tərtib edilir. Bu da formal xarakter daşıdığından bələdiyyələrin maliyyə vəziyyətinin yaxşı-laşdırılmasında cüzi təsir gücünə malik olur.

Qanunvericilikdə yerli büdcənin gəlirləri sırasına həm də yerli və beynəlxalq (xarici) təşkilatlar tərəfindən ayrılan qrantlar da daxildir. An-caq, bələdiyyələrin qrant layihələri hazırlamaq sahəsində bilik və baca-rıqlarının zəif olması bu istiqamətdəki fəaliyyətlərin çətinləşməsinə sə-bəb olur. Bələdiyyələr tərəfindən indiyədək həyata keçirilmiş layihələr əsasən, mahiyyət etibarı ilə bəzi kiçik həcmli sosial problemlərin həll edilməsindən və xırda xidmət obyektlərinin formalaşdırılmasından ibarət olub.

Qanunun əsaslı şəkildə yerli büdcəni təkmilləşdirilməsi üçün aşağı-dakı təklif və töviyələri irəli sürürük:


  • Qanunda bələdiyyə maliyyəsinin müəyyənliyi verilməli və göstə-rilməlidir ki, bələdiyyə maliyyəsi bələdiyyə (yerli) büdcəsindən, bələ-diyyənin büdcədənkənar fondlarından, bələdiyyə qiymətli kağızlarından, bələdiyyəyə məxsus digər (məsələn, dövlət və s.) qiymətli kağızlardan, kredit vəsaitlərinədn və s. maliyyə vəsaitlərindən təşkil olunur;

  • Bələdiyyə maliyyəsinin təşkilinin Qanunda qeyd edilən prinsiplə-rinin hər birinin mahiyyəti və məzmunu dəqiq açılmalı və onlara əməl edilməsi mexanizmləri göstərilməlidir. Bundan başqa həmin prinsiplərin siyahısına zəruri əlavələr edilməsi vacibdir;

  • Yerli büdcənin müəyyənliyinin dəqiqləşdirilməsi və onun məqsə-dinin göstərilməsi məqsədəuyğundur;

  • Qanunda “Yerli büdcənin müstəqilliyi” (bələdiyyənin maliyyə müstəqilliyi) dəqiq ifadə edilməli və belə müstəqilliyə dövlət zəmanəti mexanizmi əks olunmalıdır;

  • Qanununa “minimal büdcə təminatı” kimi zəmanət mexanizminin daxil edilməsi zəruridir;

  • Bələdiyyələrin institusional inkişafı üçün onlara əlavə və real gəlir mənbələrinin təmin edilməsi zəruridir. Bunun üçün Qanunda yerli gəlir-lərə aid ediləcək vergilərin siyahısı genişləndirilə, yaxud dünya prakti-kasında geniş yayılmış paylı vergilərin tətbiqi sisteminə keçmək olar;

  • Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Res-publikasının Qanununda nəzərdə tutulan tənzimləmə müddəaların Bələ-diyyələrin maliyyəsinin əsasları haqqında Qanuna əlavə edilməklə vahid qanunda birləşdirilməsi məqsədəuyğundur;

  • Qanunda dövlət büdcəsindən bələdiyyələrə dotasiyanın ayrılması zamanı nəzərə alınması vacib olan amillərə aydınlıq gətirilməlidir;

  • Qanuna “dotasiyanın minimum həddi” anlayışının salınması və onun müəyyən edilməsinin dəqiq mexanizminin təklif edilməsi zəruri-dir;

  • Qanuna dövlət büdcəsindən bələdiyyələrə konkret layihələr üzrə subvensiya və ssudaların verilməsinin konkret və real mexanizmləri əla-və edilməlidir;

  • Yerli büdcənin xərc istiqamətlərinin konkretləşdirilməsi vacibdir;

  • Qanuna büdcə prosesində ictimai iştirakçılıqla (xüsusilə, əhalinin müzakirələrdə iştirakının təminatı ilə) bağlı xüsusi maddə və ya bəndin əlavə edilməsi məqsədəuyğundur;

  • Qanuna yerli büdcə layihəsinin nəzərdə tutulan müddətdə təsdiq edilməməsi halında proseslərin və münasibətlərin tənzimlənməsi ilə bağ-lı müddəalar əlavə edilməlidir;

  • Qanunda yerli büdcə xərclərinin ixtisarı ilə bağlı qərarların qəbulu prosedurlarına və müddətlərinə aydınlıq və konkretlik gətirilməlidir;

  • qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə-lərə əlavə səlahiyyətlər həvalə edildikdə, yaxud onların qəraralrı bələ-diyyələrin gəlirlərini azaltdıqda (xərclərini artırdıqda) bələdiyyələrin əla-və zəruri maliyyə vəsaiti ilə təmin edilməsi mexanizmləri Qanuna salın-malıdır;

  • Qanuna bələdiyyənin büdcədənkənar fondlarının təşkili və istifa-dəsi, bələdiyyə qiymətli kağızlarının buraxılışı və istifadəsi, bələdiyyə borcunun yaranması və tənzimlənməsi məsələləri, bələdiyyə mülkiyyə-tində olan hüquqi şəxslərlə bələdiyyə arasında münasibətlərin təşkili, bə-lədiyyə sifarişlərinin formalaşması və icrası, bələdiyyə satınalmalarının təşkili ilə bağlı məsələlərin tənzimlənməsi üçün zəruri müddəalar əlavə edilməlidir.


Deməli, büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün maddi-maliyyə bazasına malik olmalıdır. Dövlətin əlində hər il bütün cəmiyyət səviyyəsində geniş təkrar istehsalın ehtiyaclarının ödənilməsi, vətəndaş-ların sosial-mədəni tələblərinin təmin edilməsi, müdafiə və dövlətida-rəetmə xərclərinin ödənilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir.

Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və is-tifadəsi əsasında əməlkə gələn pul münasibətlərinin məcmusu dövlət büdcəsi anlayışını təşkil edir.

 


İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT.
1. “Bələdiyyə Torpaqlarının İdarə Edilməsi Haqqında” Azərbaycan Respublikası Qanunu

2. “ Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunu

3. "Büdcə sistemi" və "Dövlət büdcəsi haqqında" Azərbaycan Res-publikasının Qanunları.

Bakı - Qanun - 2007



  1. Büdcə-vergi siyasəti.

A. Xankişiyev; elmi red. M. Atakişiyev; red. İ.Əhmədova, S.İ.Abbasova Bakı - MBM, 2010

5. Yerli büdcə prosesi. Bələdiyyədə büdcə sənədləşməsi (metodiki tövsiyə).

Bakı - "Ekspert" iqtisadi jurnalı - 2005



MÜNDƏRİCAT.

1. Giriş......................................................................................................2

2. Bələdiyyələrin maliyyə bazası..............................................................4

3. Yerli büdcə gəlirləri..............................................................................9

4. Yerli büdcə xərcləri............................................................................15

5. Büdcə kəsiri........................................................................................20

6. Nəticə..................................................................................................22

7. İstifadə olunan ədəbiyyat....................................................................27

8. Mündəricat..........................................................................................28



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə