Yazılmışdır: 1922 1923 İlk nəşri: 1922 Səhnələşdirilməmişdir. BİSƏT, DƏVƏT, HİÇRƏT, NÜSRƏt biSƏT




Yüklə 173.52 Kb.
səhifə1/5
tarix23.04.2016
ölçüsü173.52 Kb.
  1   2   3   4   5
PEYĞƏMBƏR

Dram - 4 pərdə


Yazılmışdır: 1922 - 1923
İlk nəşri: 1922
Səhnələşdirilməmişdir.
BİSƏT, DƏVƏT, HİÇRƏT, NÜSRƏT

BİSƏT


Aydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

Mələk


Ulu dahi, sən ey böyük rəhbər!
Qalx, oyan İştə hər tərəf, hər yer,
Həp təbiət dalıb da röyayə,
Cəlb edər ruhu şerü sevdayə,
Gecə, yıldızlarilə pürxülya,
Səni dinlər sükut içində fəza...

Peyğəmbər

(başını qaldırır, heyrət və iztirab ilə)

Yenə röyamı gördüyüm əcaba?


Sən nəsin, söylə?

Mələk


Bənmi? Hiç sorma!
Əzəliyyət şəfəqlərində açan
Tazə bir qönçə, pənbə bir yıldız.
Əbədiyyət üfüqlərində uçan
Tanrı qoynunda bəslənən bir qız.
Şerü hikmət, zəka ilahəsiyim,
Ulu dahilərin nədiməsiyim.
Ayrı olsaq da iştə hər ikimiz
Bir rübabın inildəyən səsiyiz.

Peyğəmbər

Nə için gəldin anlamam yenə sən?

Mələk
(göyə doğru)

Ona qaldırmaq istərəm səni bən.
Peyğəmbər

Ah, sən daima gəlir də bana


Sonra həp göstərirsən istiğna.
Bən kimim, söylə?!Sən nəsin?Göstər!

Mələk


Bən mələk, sən də, sən də peyğəmbər.

Peyğəmbər

(şaşqın, geri çəkilir)

Ya! Demək sən mələkmisin? Heyrət!

Mələk

Bən sənim, sən də bən, şaşırma, əvət


Bən sənin əqlinim, fəqət daim
Şu qiyafətlə zahir olmadayım.

Peyğəmbər

Gəl, yaqın gəl, aman, nə dilbərsin!
Yox, saqın, gəlmə, dur, nə söylərsin.
Yenə sarsıldı müztərib ruhum,
Dur, aman, sanki qəlbi-məcruhum
Şövqü həsrətlə rəqs edər, sızlar,
Onu bir qəhrxəndə yaldızlar.
Qopuyor ta içimdə bir tufan,
Beynim atəş saçıb durur hər an.
Yanıyor bənliyim, düşüncələrim,
Çarə bul, yoqsa məhv olub gedərim.

Mələk
Ən gözəl çarə: iştə əzmü səbat,


Olma əsla əsiri-hissiyyat,
Buraqıb aczi durmadan yüksəl,
Yüksəl, ey şanlı qəhrəman, yüksəl!
Ərşi-lahutə doğru aç şəhpər,
Daima yüksəl, ey böyük rəhbər!

Peyğəmbər

Yoq, qanat yoq! Bən iştə bir aciz
Yolçuyum kimsəsiz, təsəllisiz.
Çevrəm issız mağaralar, yalçın
Qayalar, sarp enişlər, ah azğın
Uçurumlar, alev saçan ovalar.
Ruhu qəsvətlə yıldıran havalar...
Bir çəmən yoq, axar su yoq, heyhat!

Göz, qulaq burda duymaz eşqü həyat.

Mələk

(göyə doğru)



Baq, şu əngin fəza, şu quytu dəniz...
qədər xoş, nasıl gözəl, ləkəsiz...
Uçuşur hər tərəfdə yıldızlar...
Rəqs edər sanki nazənin qızlar.
Həp birər şer, sən də bir şair,
Hər tamaşası eşqə aiddir.

Peyğəmbər

Ah, şu elmasparələr sərpən
Gecə çoq möhtəşəm...fəqət onu bən
Seyrə daldıqca sanki məhv olurum.
Qəlbim oynar da, çırpınır ruhum.
Anlamam bir şu ölçüsüz, şu dərin,
Bu qaranlıq, çiçəkli pərdə niçin?
Bəni yalnız düşündürən şu məal.
Həp bu, yalnız bu, daima bu sual.
Şu siyah çarşaf ən böyük əngəl,
Uça bilsəydim, iştə ən əvvəl
Onu yırtar da, parçalar da həmən.
Qavuşurdum o hüsni-mütləqə mən.

Mələk


Onu dərk eyləmək qolay...Ancaq
Ver içindən gələn sədayə qulaq,
Dinlə həp kainatı, seyr eylə,
Hər günəş ondan iştə bir şölə...
Hər ufaq zərrə, hər küçük yapraq
Sənə söylər bu rəmzi pək parlaq.

Peyğəmbər

Bəncə dünyada ən sevimli dilək
Ona qoşmaq, onunla birləşmək...

Mələk


O da mümkün, düşün də haq yolu tut,
Atalardan qalan nə varsa unut!
Yıq xurafatı, əski bütləri qır,
Kim yol azmışsa haqqa doğru çağır.
Mərdivənlər yapıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!

Peyğəmbər

Öylə bir əsr içindəyim ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,


Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız.

Gülüyor nura daima zülmət,


Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çignənib gediyor.

Mələk


Əlverir səndə olsun əzmü səbat
Şu qaranlıq mühiti, get, parlat!
Haqqı anlat da, olma hiç məyus.

Peyğəmbər

Bəni bir kimsə dinləməz əfsus.

Mələk


Tanrı fərmanıdır bu, get söylə!

(göyə işarətlə)

Söylə ancaq onun lisanilə.

Peyğəmbər


Hanki möcüzlə? Bən ki, pək aciz
Bir qulum kimsəsiz, müdafiəsiz.

Mələk


(altın qablı bir kitab verir)

Haqqı təbliğ için sənin ancaq


Rəhbərin sənəti-kəlam olacaq.
Saçma, həp saçma başqa möcüzələr,
Şu kitab iştə ən böyük rəhbər:
Bəhs edər busədən, məhəbbətdən,
İncilər sərpər elmü hikmətdən.

Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə, torpaq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar.

İskelet

Nə qədər şairanə, tatlı xəyal,


Həp çocuqluq, əvət, xəyali-məhal!

(Ridasının altından sıyrılmış bir qılıc çıqarır.)

İnqilab istiyormusun, bana baq!
İştə kəskin qılıc, kitabı buraq.
Parlayıb durmadıqca əldə silah,
Əzilirsin qanın olur da mübah.
Eyləməz yardım incə hikmətlər,
Həp sönər busələr, məhəbbətlər.
Əvət, ancaq qılıcdadır qüvvət!
Bundadır haq, şərəf və hürriyyət!

(Çəkilmək istər.)

Peyğəmbər

Sən nəsin? Söylə!

İskelet

Bənmi? Piri-nədim.


Rəmzi-tarix, o feylesofi-qədim.
Qucağım oldu hər dəhayə beşik,
Səni bən etmək istərim təbrik.
Əvət, alnında parlayan yıldız
Bəni cəlb etdi, şimdi sən yalnız
Dinləyib dərsi-hikmət al bəndən.
Yoqsa könlündə yapdığın gülşən
Açmadan həp solub xərab olacaq.
Umduğun hər dəniz sərab olacaq...

Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüngəyə dalır.

Mələk

(tatlı təbəssümlərlə)



Yenə bilməm niçin-niçin daldın?
Nə düşündün, niçin şaşıb qaldın?
Sevgidən xoşmu səncə atəşi-kin?
Yoq, qılıc söz qədər deyil kəskin.
Tanrı keçmişdə həp qan istərkən,
Şimdi məmnun fəqət məhəbbətdən.

Peyğəmbər

Bən məhəbbət əsiriyim...hər an,
Hər zaman özlərim bir öylə cihan
Ki, bütün kainatı eşq olsun.
Könül uçduqca etila bulsun.
Rəqs edib orda möhtəşəm bir hiss,
Yasa batsın da, ağlasın iblis.
Qandan əsla görülməsin də əsər,
Saçsın al qönçələr şəfəqli səhər.
Orda yüz bulmasın işgəncə, kədər,
Oqşasın ruhu pənbə röyalər.
Bana gülsün də həp o nazlı xəyal,
Ah, o, yalnız o qayeyi-amal...

***


Onu duymaq, düyurmaq istərkən,
Gəririm hər bəlayə köksümü bən.
Daş, dikən, oq, qılıc, tokat, yumruq
Həpsi xoş, hər nə gəlsə dönmək yoq...
Kin, qərəz fışqırırsa vulkanlar,
Büğz, ədavət saçarsa tufanlar,
Çarpışır, of deməm, əvət bəni sən
Çəkinir sanma hiç mübarizədən.
Çünki həp bənliyim, kəmalım onun,
Hər düşüncəm, bütün xəyalım onun.
Bəni həp cəzb edər o incə məal.
Ah, o, yalnız o qayeyi-amal!..

Peyğəmbər son sözləri söylərkən əllərini köksündə çarpaz edərək diz çökər, məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir.


DƏVƏT


Bir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kəbə...Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç dana hazır büt qonulmuş...Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.

İxtiyar


(səsini eşidilən ud səsinə uyduraraq aşağıdakı
şərqiyi söylər)
Dün gənc idim, bu gün oldum ixtiyar,
Hər zamanın bir hökmü, bir halı var,
İnsanların issız ruhunda parlar
Hər gün yeni bir büt, yeni bir tanrı...

Dün bir səfil idim, bu gün bəxtiyar,


Hər anın bir zevqi, bir məlalı var.
Kəndi əlim, kəndi duyğum hazırlar

Hər gün yeni bir büt, yeni bir tanrı...

Ud susar. Bu sırada biri sadə geyimli Topal, digəri zəngin qiyafətli Nəim
iki müştəri gəlir.

Topal


Mərhəba, ixtiyar baba!

İxtiyar


Mərhəba, oğlum, mərhəba!
Gəl baqalım nerdəsiniz?
Artıq bizi tərk etdiniz.

Topal


(bütləri gözdən keçirir)

Sorma, ixtiyar, hiç sorma,


Könlüm pək darılmış sana.
Səndən hər çeşit büt aldım,
Uğursuz çıqdı, şaş qaldım.
Oğul istədim, qız verdi,
Ah, çəkilməz bu qız dərdi.

Nəim


(məmnun qəhqəhəylə)

Fəqət biləkis bənimki,


Hiç bir zaman görmədim ki,
Oğul istəyim, qız versin.
Şükür, taleim pək zəngin...
Dört oğlum, tək bir qızım var.
Qız deyil, bir ay parçası!
Hər görən şaşırıb donar;
Bir mələk, bir gül qonçası.

Peyğəmbər dalğın və düşüncəli bir halda gəlir, onları dinlər.

Topal

Onunçin rəhmətlik baban


Nəim ad qoymuşdur sana.
Bən adsız, səqət bir insan,
Hər kəs Topal diyor bana.
Pək uğursuz bənim tanrım,
Hər il qız doğurdu qarım.
Cümləsini diri-diri
Kömdüm məzarə...Ah, biri
Pək gözəldi, acımadım.
Fəqət sonra oldum nadim,

(cibindən taxtadan yapılmış bir büt çıqarır, ixtiyarın


önünə atır, sinirli və darğın)

Hər kötülük iştə bundan,


Şu bayquş bütdəndir, inan

İxtiyar


Xayır, oğlum, küfr etmə, dur.
Bənim əlim uğurludur.
Həp qülbələr, kaşanələr,
Ən müqəddəs bütxanələr
Bən yapdığım sənəmlərlə
Süslənmişdir...Bəni dinlə!
(Əlində yonduğu bütü göstərir.)
Bunu al da, hiç bir zaman
Bundan sana gəlməz ziyan;
Oğul verir, sərvət verir,
Tükənməz səadət verir.

Peyğəmbər

(göyə doğru həyəcanlı)

Ulu tanrı, ey qüdrətli yaradan!


Bu sözlər həp sənə qarşı bir üsyan...
Şu sayğısız azğınlara qorqu ver.
Ah, acı da, bunlara bir duyğu ver.
Bir göz ver ki, haq nurunu duysunlar,
Bir könül ver, doğru yola uysunlar.

(ətrafındakılara)

Vətəndaşlar! Yetər, sapğınlıq yetər!
Yabançı kahinlər sizi məhv edər.
Əcdadınız doğru yoldan sapmışlar,
Daşdan, taxtadan büt yapıb tapmışlar...
O mənasız yolu həp unutmalı,
Unutmalı, haq yolunu tutmalı.
Bütün məbudların fevqində parlar
Yalnız gözəgörünməz bir tanrı var,
Odur həp varlığın əvvəli, sonu,
Bütün kainat təqdis eylər onu.
İxtiyar

(sinirli)

Əbu Talib oğlu

(qılıcını yarıya qədər çəkər, qızğın bir tevrlə)


Azğın hərif, sus! Yoqsa bu
Qılıc həddini bildirir.

Peyğəmbər

(qolundan tutub bir tərəfə çəkər)

Gəl, ey Əbu Talib oğlu!


Haq onlara cəza verər.

Əbu Talib oğlu

(həyəcanlı)

Ah, sanki beynimdəki qan


Bir alevdir yaqar bəni,
Bu cahillərdə yoq vicdan,
Təhqir etdirmə kəndini.

Peyğəmbər

Tanrı əmridir, əzizim,
Alim, cahil eşitməli.
İştə vəzifəmiz bizim
Hər acıya səbr etməli...

Əbu Talib oğlu

(əli qılıcının qəbzəsində titrər və qınına işarətlə)

Lakin bu qılıc nə zaman


Şu məhbəsdən qurtulacaq?

Peyğəmbər

Bəklə, dur, böyük yaradan
Nə əmr etsə o olacaq.

(Gedərlər.)

Topal

Bən Əbu Talib oğlunu


Bunca qəhrəman bilməzdim.
Bir çocuq sanırdım onu,
Cəsur deyilmi, ya Nəim?!

Nəim


Cəsur, Aslan kimi cəsur!
Əvət çoq ar olsun bizə,
Biri çocuq, meydan oqur.
Biri gülər dinimizə.

Topal


Görünür, yeni din için
Az-çox hörmət bəsləyən var.

Nəim


Ona iman edənlərin
Çoqu çocuqlar, qadınlar...

Topal


Əbu Bəkr için sözün nə?
Can veriyor yeni dinə.

Nəim


O da ağsaqal bir çocuq,
Heç kimsəyə təsiri yoq...

Topal


(ixtiyarın əlindəki bütü göstərir)

İxtiyar! Sən bunu yap da,


Bən gedəyim, acıqmışım.

İxtiyar


Aqşam çağı uğrayıb da
Alarsan, haydı, qardaşım!

Gedərlər. Bu sırada yuca boylu, uzun və xurmayı saçlı, son dərəcə gözəl, məğrur və əzəmətli bir qız - Şəmsa kəndi həbəşi nədiməsilə gəlir, qarşıdakı evə daxil olur. İçəridən incə və həzin bir ud səsi eşidilməyə başlar.

Nəim

(heyrətlə)



Şəmsa gözəl müğənniyə,
İştə musiqi pərisi;
Bəkliyəlim bir saniyə,

Ah, nə xoşdur onun səsi.

Topal

Baş kahin diyor, məbudlar


O səsdən pək zevq alıyor.
Həm nə gözəl əşarı var,
Lakin oqurmu? Pək məğrur.

Nəim


(evə işarətlə)

Baş rəisin qaynı burda


Böyük bir dügün yapıyor.
Zənn etməm ki, gözəl Şəmsa
Bu məclisdə baqıb durur.

Şəmsanın səsi

Bən istərim şəfəqlər çiçəklərdən,
Ay günəşdən, insanlar mələklərdən
Nə gözəllik varsa, çalsın da birdən,
Həpsi bir baqışda şikarım olsun!

Topal


Ah, bu təsadüf nə əla!

(Çalğıyı dinlər.)

Aman, nə incə bir pərdə!

Nəim


İştə gördünmü, bən əsla
Yanılmam böylə şeylərdə.

Şəmsanın səsi

Bən istərim hər nə var uzaq, yaqın;
Böyük dahilərin, qəhrəmanların,
Bütün ruhu bir çöhrədə parlasın,
O da bənim pərəstişkarım olsun!

Nəim


Qulaq verdinmi sözlərə,
Şəfəqlərdən tac istiyor.
Tuhaf qız! Sığmıyor yerə,
Göylərdən də bac istiyor.

Musiqi dəyişir, rəqs ahəngi başlar.

Topal

Bən acam, getmək istərim.



Nəim

Çıldırdınmı? Dur, hələ dur.


İş dəyişdi zənn edərim,
Baq, misafirlər çıqıyor.

Topal


(diqqətlə baqar)

Zəngin ixtiyarı, gənci;


Görünür pək kibar məclis...

Nəim


Öylə ya, iştə birinci,
İkinci, üçüncü rəis!
Birinci, ikinci, üçüncü rəis və digər kibar qiyafətli misafirlər, yarımsərxoş bir halda, çıqmağa başlar.Çalğı taqımı da onları izlər.Ətrafdan səsə bir çoq qadın, erkək, çoluq-çocuq toplaşır. İki -üç qadın rəqs edər, hər kəs əl çalar. Rəqs bitdiyi sırada Peyğəmbər dalğın adımlarla bir tərəfdən çıqar.

Birinci rəis

(orta yaşlı, top saqallı, Peyğəmbəri görür-görməz
istehzalı qəhqəhələrlə)

Şuna baq, halətü rəftarına baq,


Göydən enmiş, sözü kəskin, parlaq!
Əski adətlərə kin bəslər imiş!
Tanrıdan gəlmiş o, peyğəmbər imiş!

Çalğı susar.

Peyğəmbər

(əzəmətli, kəskin bir ahənglə)

Əvət, ondan bütün əsrari-nihan,
Bana vermişdir o idrakü bəyan.
Tanrının hikmətidir cümlə cihan,
Varmı təkzib edəcək bir insan!?

İkinci rəis

(gənc, silahlı, gözəl)

Pək gözəl natiq imişsin, yahu!


Bir masal söylə, beş-on ayət oqu!

Üçüncü rəis

(ixtiyarca və kosa)

Gəl bir az söylə çoban Musadan,


Babasız, göydə uçan İsadan!

(istehzalı qəhqəhə)

Sən də uçdunmu?! Aman, lütf eylə,
Hopla bir seyr edəlim.

(kəndi hoplar)

Baq, şöylə!

(Düşəcək olur, təkrar sərxoşca qəhqəhələrlə doğrulur.)

Peyğəmbər

Bana az tən edin, ey əhli-fəsad!


Ən böyük düşmanınız cəhlü inad.
Yetişir zevqü səfa, çəngü rübab,
Yetişir içdiyiniz qanlı şərab.
Bu qədər uydunuz iblisə, yetər,
Ayılın, qəflət ölümdən də betər...
Ayılın, bir baqın aləmdə nə var?
Sizi həp məhv edəcək şürbü qumar.
Sonu hiçdir, uçurumdur bu yolun,
Haq şərabilə bir az sərxoş olun!
Fikriniz parlayaraq incəlsin,
Ruhunuz rəqs edərək yüksəlsin.
Tanrı eşqilə coşan tatlı şərab
Böylə etməz sizi bədməstü xərab.
Şimdi aslan kibi hər kəs qızğın,
Sonra vəhşi canavardan azğın,
Daha az sonra domuzdan miskin;
Budur əhvalınız axırda sizin!

İkinci rəis

(sinirli və həyəcanlı)

Ah, o bilməm ki, nə sanmış da bizi,


İştə təhqir ediyor cümləmizi.
Ona hər gün beş-üç abdal qanıyor,
Hər nə söylərsə həqiqət sanıyor.

(qılıncını çəkərək)

Yetişir, xaini məhv etməliyiz,
Sayğısız, həm də müzəvvir, dinsiz.

Üçüncü rəis

(mane olur, yarımistehza)

Dur, təlaş etmə, xayır, məncə o bir


Dəlidir, bəlkə də sərsəm şair.

Peyğəmbər

(acı təbəssümlə)

Şairəm, bəslədiyim sidqü səfa,


Çırpınıb izlədiyim nuri-dəha.
Daima ruhumu oqşar cəbərut,
Şerü ilhamımı dinlər mələkut.
Bən fəqət hüsni-xuda şairiyim,
Yerə enməm də, səma şariyim.

Birinci rəis

(istehzalı qəhqəhədən sonra)
Ərəbistanda nə çoqdur şair,
Sana uçmaqda deyil kimsə nəzir.
Qorqaram şəhpərin axırda yanar,
Azacıq sonra düşüncən də donar.

Peyğəmbər

Bənzəməz şairə peyğəmbərlər,
Onların hər sözü hikmət söylər.
Bana ilham edər ancaq tanrım,
Onun eşqilə uçar duyğularım.
O olurkən bana munis, rəhbər,
Niyə yansın da qırılsın şəhpər?

Üçüncü rəis

(arqadaşlarına)

Yetişir, bən sizə qaç kərrə dedim,


Xəstədir beyni, tədavi lazim.

Peyğəmbər

Bana gülməkdəsiniz gərçi bu gün,
Var yarın sizlər için qorqulu gün.
O zaman iştə ölənlər dirilir,
Kim nə yapmışsa cəza çəkdirilir.

Birinci rəis

Yaşamaq, ölmək?! O, hər günkü oyun,
Bir də ən sonra dirilmək nə cünun,
Nə də axmaqca yalan, tatlı masal!
Buna iman edər ancaq abdal.

Üçüncü rəis

Səndən arif daha çoqlar var ikən,
Səni seçmiş əcaba tanrı nədən?

Peyğəmbər

Çünki bən aşiqi, divanəsiyim,
Bən o hüsnün dəli pərvanəsiyim.
Gərçi tənqid edənim çoq, pək çoq,
Bəni haqqilə duyan yoq, hiç yoq.

İkinci rəis

Doğrudur bəlkə sözün, lakin biz
Sənin allahını görmək diləriz.

Peyğəmbər

Ən küçük zərrə, ən böyük aləm
Tanrı eşqilə rəqs edib duruyor.
İncə bir rəmzdir o, pək mübhəm,
Hər böyük qəlb o rəmz için vuruyor.
Yüksələn haqqa yaqlaşır ancaq.
Onu duymaz sürüklənən həşərat.
Bir günəşdir o, möhtəşəm, parlaq,
Nuru hiç dərk edərmi kor, heyhat!
Nerdə parlarsa haq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman:
Orda var şübhəsiz böyük yaradan!

Nəim


(açıq bulunan böyük qapıdan baqar, Topala)
İştə seyr et, baş rəisin
Nüfuzlu məğrur hərəmi!
Hiç əskik olmaz xalq için
Onun ehsanı, kərəmi.

Topal


Gerçəkdən pək böyuk qadın!
Əli açıq bir rəisə...
Dün böyuk bir büt, saf altın
Hədiyyə etmiş Kəbəyə.

Bu sırada içəridən dört nəfər çıplaq köləyə yüklənmiş bir taxti-rəvan çıqar. Üzərində Rəisə-Baş rəisin hərəmi oturmuş. Taxti-rəvanın sağ və solunda iki gözəl cariyə yürür. Arqada bir zənci əlindəki qırbacla çabuq yürümələri için ara-sıra kölələrin sırtına şatlatıb durur. Rəisə göründükdə hər kəs təzim edər. Peyğəmbər isə kəskin baqışlarla onu süzməyə başlar.

Rəisə

(məğrur və istehzalı təbəssümlə camaata)



Nə var yenə, şu əfsunçu
Yeni bir şeymi söyliyor?

İkinci rəis

Əvət, şu qurnaz oyunçu
Getdikcə tüğyan eyliyor.

Peyğəmbər

(taxti-rəvana baqaraq)

Bilməm atıb heyvanları,


Omuzlarda gəzmək niçin?
Şu zavallı insanları
Yük altında əzmək niçin?
Halbuki zənginlə yoqsul
Bir torpaqdan yaradılmış,
Bir sultanla, bir qara qul
Eyni çamırdan yapılmış.

Rəisə


(kəndi-kəndinə)

Ah, o gözlər bir oq kibi


Ta qəlbimə saplanıyor.
O bir fəzilət sahibi...
Xor baqanlar aldanıyor.

(Peyğəmbərə)

Ey, bana baq, söylənmə çoq,
Satın aldım bunları mən.

(kölələri göstərir)

Altın versəm, hiç şübhə yoq,
Sən də əsirimsən həmən.
Nasıl ki, altınla öncə
Satın aldı qarın səni.
Yaşı keçmiş dul Xədicə
Söndürdü kəndi nəfsini.
Hiç öyünmə, əvət, altın
Sən deyil, susdurur hətta
Sənin hiçdən uydurduğun
O görünməz tanrını da!

Peyğəmbər


(həyəcanlı)

Xayır, xayır...Saqın, əsla


Aldanma! Parlaq vicdanlar,
Böyük duyğular pək başqa...
Altına satılmaz onlar.
Haqdan keçib, altın deyə,
Vicdanını satan səfil,
Yəhudi köpəyindən də
Alçaqdır, alçaq...eyi bil!
İnsanları bir-birindən
Ayırammaz altın, gümüş.
İştə bizi ayırd edən
Yalnız bilgidir, düşünüş...

Bu sırada birisi arqa tərəfdən Peyğəmbərin başına xurma yapraqlarilə örülmüş dikənli bir tac qoyar. Ətrafdakılar istehzalı qəhqəhələrlə gülməyə başlar.

Rəisə

(əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir,


gedərkən camaata)

Nə məraqdır sizdə bilməm,


Hər kəs gülər, həm də dinlər.

Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar.

Camaat
(kin və nifrətlə)

-Haydı, məcnun!


-Haydı, sərsəm!
-Haydı, yalançı Peyğəmbər!

Peyğəmbər

(dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir
qədər məyus)

Ah, insanlıq nasıl enmiş...


Nasıl enmiş də, alçalmış!...
Vicdanların nuru sönmüş,
Könülləri vəhşət almış.

Peyğəmbər hənuz söyləməyə başlarkən camaat birinci rəisin işarətilə çalğı çala-çala, oynaya-oynaya rəisə getdiyi tərəfə doğru ilərilər və onun sözləri gurultuya qarışaraq anlaşılmaz olur. Çocuqlar və qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, qəhqəhələr, məsxərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər əli alnında, məyus baqışlarla onların arqasınca baqıb düşünür.

Nədimə

(geridə qalıb da şaşqın baqışlarla düşünüb duran


Şəmsaya)

Şəmsa! Pək düşündün, yavrum,


Aman, gəl, nə olmuş sana?

Şəmsa


Anam, babam, qardaşım,
Hər kəs kin bəslərkən ona.
Ah, o gözlərdəki qüdrət
Həp təsxir edər könlümü.

Nədimə


Pək böyük ondakı cürət,
İnan, yaqlaşmış ölümü.

(Şəmsanın qolundan tutar, gedərlər.)

İxtiyar

(bütləri toplayıb içəri qoyar. Qapını qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı qəhqəhəylə)

Uslanmadınsa, get, yenə
Bildiyin saçmayı söylə.
Kimsə uymaz sözlərinə,
Məyus olursun həp böylə.
Əmin ol ki, Lat və Üzza
Bir gün həddini bildirir.
Əlbət, sana layiq cəza
Hər nə isə çapuq verir.

Peyğəmbər

Peyğəmbər

Bana gülməkdəsiniz gərçi bu gün,


Var yarın sizlər için qorqulu gün.
O zaman iştə ölənlər dirilir,
Kim nə yapmışsa cəza çəkdirilir.

Birinci rəis

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə