Xx əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir




Yüklə 0.85 Mb.
səhifə1/7
tarix26.04.2016
ölçüsü0.85 Mb.
  1   2   3   4   5   6   7
GlRİŞ

XX əsrin ikinci yarısında dünya iqtisadiyyatında gedən obyektiv iqtisadi proseslərin nəticəsi olaraq beynəlxalq iqtisadi münasibətlərin məzmununda və strukturunda əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki, dünya ölkələri arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni formaları yaranmışdır. Bu baxımdan beynəlxalq iqtisadi münasibətlərin və ayrılıqda beynəlxalq ticarətin ən mühüm formalarından birinə çevrilmiş lisenziya ticarəti xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq iqtisadi münasibətlərin mühüm elementinə çevrilmiş beynəlxalq lisenziya ticarəti beynəlxalq ticarətin ən səmərəli formalarından biri hesab olunur. Hazırda beynəlxalq lisenziya mübadiləsi dünya ölkələrinin iqtisadi inkişafının xarakterini müəyyən edən əsas cəhətlərdən biri kimi çıxış edir. Belə ki, beynəlxalq lisenziya ticarətində tutduğu mövqeyə görə hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi haqqında fikir söyləmək olar. Digər tərəfdən isə, dünyanın əksər ölkələri iqtisadi inkişafın sürətləndirilməsinin ən aparıcı yollarından biri kimi beynəlxalq lisenziya mübadiləsində iştirak etməyə üstünlük verirlər. Çünki, beynəlxalq lisenziya ticarətinə qoşulan hər bir ölkə həm ucuz qiymətə xarici texnologiya əldə etmək, həm də istifadə etmədiyi elmi-texniki nailiyyətləri lisenziya əsasında satmaqla əlavə gəlir götürmək imkanı əldə edir. Bu səbəbdən də, daimi lisenziya satıcısı kimi 37, alıcısı kimi isə 70 ölkə çıxış edir.

Bu rəqəmlər, eləcə də, beynəlxalq lisenziya ticarəti dövriyyəsinin 125 mlrd. dollar (1998-ci ildə) olması, xarici lisenziyalar əsasında 1 trln. dollar dəyərində (qeri-rəsmi məlumatlara əsasən) məhsul istehsal edilməsi beynəlxalq lisenziya ticarətinin ayrı-ayrı ölkələr və bütövlükdə dünya iqtisadiyyatı üçün nə dərəcədə yüksək əhəmiyyət kəsb etdiyini göstərir.

Hal-hazırda beynəlxalq lisenziya ticarətinin beynəlxalq iqtisadi münasibətlərdəki əhəmiyyətinin sürətlə artması, eləcə də, beynəlxalq lisenziya ticarətinin təşkilinin çox mürəkkəb mexanizmə malik olması və lisenziya mübadiləsi üzrə ölkələrarası münasibətələrdə çox ciddi problemlərin mövcudluğu beynəlxalq lisenziya ticarətinin təşkili və təkmilləşdirilməsi istiqamətində tədqiqatların aparılmasının aktuallığını nümayiş etdirir. Qeyd edək ki, beynəlxalq lisenziya ticarəti beynəlxalq iqtisadi münasibətlərin ən az tədqiq olunmuş sahələrindəndir.

FƏSİL. BEYNƏLXALQ LİSENZİYA TİCARƏTİNİN MƏZMUNU, ƏSAS

CƏHƏTLƏRİ VƏ PRINSIPLƏRİ.

§ 1. Beynəlxalq lisenziya ticarətinin mahiyyəti və təşkilinin

prinsipləri.

«Lisenziya» termini latın sözü olub, tərcümədə «hər hansı bir hərəkəti etmək üçün icazə» mənasını verir.

Bilavasitə texnologiya mübadiləsinə gəldikdə isə «lisenziya» termini «müəyyən şərtlər daxilində lisenziya predmetindən istifadə üçün icazə» mənasını verir. Lisenziyanın predmeti kimi aşağıdakılar çıxış edir: ixtiralar; sənaye nümunələri; əmtəə nişanları; nou-hau və s.

Beynəlxalq və ənənəvi patent-hüquq təcrübəsində lisenziya dedikdə bir şəxsin - lisenziarın (ixtira, sənaye nümunəsi, mal nişanları və digər elmi-texniki nailiyyətlər üzərində müstəsna hüququ olan şəxs, eləcə də hüquqi müdafiəsi olmayan bu və ya digər itellektual mülkiyyətin sahibi, başqa sözlə lisenziya satanın) digər şəxsə - lisenziata (lisenziya alan) müəyyən mükafat müqabilində adı çəkilən lisenziya predmetlərindən istifadə etmək üçün razılıq verməsi başa düşülür.

Lisenziyalarla ticarət təcrübəsində lisenziyalar iki növə ayrılır: 1) Sərbəst lisenziyalar; 2) Müşayətedici lisenziyalar.

Sərbəst lisenziyalar texnologiya və texniki işləmələrin digər maddi daşıyıcılardan asılı olmayaraq sərbəst surətdə ötürülməsini nəzərdə tutur. Müşayətedici lisenziyalar isə asılılıq xarakteri daşıyır. Belə ki,on!ar malların, o cümlədən maşın və avadanlıqların göndərilməsi, müəssisələrin tikilməsi, texniki avadanlıqların daşınması, konsaltinq xidmətlərinin göstərilməsi və s. üzrə bağlanan müqavilələrin tərkibində daxil edilməklə satılıriar.

Beləliklə, lisenziyaların ticarət predmeti kimi çıxış etmələri beynəlxalq ticarətin spesivik bir formasının - beynəlxalq lisenziya ticarətinin meydana gəlməsini şərtləndirmişdir. Başqa sözlə, beynəlxalq lisenziya ticarəti hər hansı bir ölkə subyektinin mülkiyyətində olan elmi-texniki nailiyyətiərin müəyyən haqq müqabilində müəyyən müddətə digər ölkə subyektinin istifadəsinə verilməsini xarakterizə edir.

Lisenziyalarla ticarət tarixi baxımından adi əmtəələrlə ticarətdən xeyli sonra meydana gəlmişdir. Belə ki, lisenziya əsasında elmi-texniki nailiyyətlərlə ticarət üz başlanğıcını ilk lisenziya müqavilələrinin bağlandığı XVIII əsrdən götürür. XIX əsrin 2-ci yarısına qədər nisbətən inkişaf etmiş ölkəiərdə daxili lisenziya ticarəti kifayət qədər artmışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq ölkələrarası lisenziyə ticarəti sürətlə inkişaf etməyə başladı.

BMT-nin Avropa üzrə iqtisadi komissiyasının ekspertləri ETTKİ sferasında BƏB-in dərinləşməsi səbəblərini təhlil edərək belg nəticəyə gəlmişlər: «... Ayrılıqda götürülmüş hər hansı bir ölkənin təkcə öz elmi-texniki inkişaf səviyyəsi hesabına sənayenin bütün sahələrinin inkişafında lider mövqe tutması mümkün deyildir. Bunu bir sıra amillər şərtləndirir: ixtira alınması və onların tətbiqi tempinin sürətlənməsi, beynəlxalq rəqabət amili kimi texniki inkişafın artan rolu, ETTKİ xərclərinin artması və s.».

Beynəlxalq lisenziya ticarətinin artması eyni zamanda müasir dövrdə elmin güclü inkişafı, bazarlara yeni məhsul daxil edilməsi cəhdlərinin sürətlənməsi, dünya bazarında rəqabət mübarizəsinin kəskinləşməsi ilə əlaqədar formaların daha qabaqcıl məhsul istehsal etmək səylərinin gücləndirilməsi, məhsulların daşınması üzrə yüksək fraxt xərcləri və s. bu kimi amillərlə əlaqədardır.

Məlum olduğu kimi hazırda bir çox ölkələr milli iqtisadiyyatlarını inkişaf etdirmək və daxili bazarlannı xarici firmaların təsirindən qorumaq məqsədilə bir tərəfdən əmtəə və xidmətlər idxalına yüksək tariflər və məhdudiyyətiər, digər tərəfdən isə xarici kapitalın ölkəyə gəlməsinə və ya milli kapitalın ixracına məhdudiyyətlər qoyurlar. Bu cəhət ölkələrarası əmtəə mübadiləsini, beynəlxalq kapital axınlarını çətinləşdirir. Bu cür problemiərin aradan qaldırılmasının ən yaxşı yolu beynəlxalq lisenziya mübadiləsinin həyata

Beləliklə lisenziya ticarəti obyektiv iqtisadi amillərin təsiri nəticəsində meydana gəlmiş və tədricən inkişaf etmişdir.



Ticarət obyektlərinin spesifikliyi lisenziya mübadiləsinin xarici ticarətin digər növlərindən əsaslı surətdə fərqlənməsini şərtləndirir. Beynəlxalq lisenziya əməliyyatlannın əmtəələrlə alqı-satqı əməliyyatlarından əsas fərqləri kimi aşağıdakılan göstərmək olar:

  • əgər əmtəələrlə alqı-satqı əməliyyatları zamanı mülkiyyət hüququ birdəfəlik satıcıdan alıcıya keçirsə, lisenziya satışı zamanı mülkiyyət hüququnun ötürülməsi baş vermir. Bu zaman mübadilə obyektindən istifadə hüququ müvəqqəti olaraq tam və ya qismən şəkildə satıcıdan alıcıya keçir;

  • lisenziya əməliyyatlarının obyektləri - ixtiralar, öncül texnologiyalar, elmi-texniki təcrübə əksər hallarda birbaşa bazar oriyentasiyası xarakteri daşımır. Onlar adətən kompaniyadaxili istehsalın təkmilləşdirilməsi prosesində meydana gəlirlər;

  • lisenziya obyektlərinin bir çox hallarda qeyri-maddi formada olmaları və bu səbəbdən lisenziya üçün qiymətəmələgəlmənin spesifik xarakterli olması;

  • adi əmtəələrlə alqı-satqı əməliyyatları adətən əmtəənin satıcıdan ahcıya keçməsi ilə bitmiş hesab olunursa, lisenziya satışı isə lisenziar və lisenziat arasında uzunmüddətli əlaqələr yaradılmasına xidmət edir və s.

Bu tip xüsusiyyətlərinin olması ilə əlaqədar lisenziya əməliyyatlannın məzmunu və təbiəti haqqında müxtəlif fikirlər yaranmışdır. Bəzi tədqiqatçılar lisenziya əməliyyatlanna elmi-texniki nailiyyətlərin icarəyə verilməsinin xüsüsı forması kimi baxır, lisenziyanın qiymətini isə bu tip icarə formasından irəli gələn özünəməxsus renta kimi izah edirlər. Bu cür fikirlərin tərəfdarları aşağıdakıları əsas tuturlar:

  1. elmi-texniki nailiyyətlərin xüsusi olaraq bazarda satılmaq üçün yaradılmamaları;

  2. bir çox texniki həllərin unikallığı onların istehsalı üçün zəruri olan xərclərin formalaşmasını təmin etmir;

  3. lisenziya predmetlərinin lisenziatların tam mülkiyyətinə keçməməsi və s.

Lakin bu fikirlərlə, yəni lisenziya əməliyyatlannın icarənin bir növü olması ilə razılışmamaq üçün kifayət qədər əsaslar vardır. Birincisi, ETTKİ-i ilə məşğul olan mütəxəssislər elmi-texniki nailiyyətləri şəxsi istehlak məqsədılə yaratmırlar. Bir çox misallar (xüsusilə Qərbin əksər orta firmalarının praktikasında) var ki, iri miqyaslı və bahalı ETTKİ-nin həyata keçirilməsində əsas məqsəd bir çox hallarda elmi-texniki nailiyyətlərin lisenziya ilə satılması olur. Bundan başqa elmi-tədqiqat təşkilatları texnologiyalan birbaşa olaraq mübadilə üçün yaradırlar. İkincisi, elmi-texniki nailiyyətlərin həqiqətən də alıcının tam mülkiyyətə keçməməsi bu mübadilənin əmtəə xarakterli olmasını inkar etməyə imkan vermir. Elə əmtəələrlə müasir beynəlxalq ticarətdə də onlardan istifadə üzrə bir sıra məhdudiyyətlər (məsələn: reeksportun qadağan edilməsi və s.) tətbiq edilir ki, bunlar da əmtəə alıcılarının mülkiyyət hüquqlarının tam olmamasını göstərir. Üçüncüsü, lisenziya əməliyyatlarının icarə əməliyyatlarına aid edilməsi ona görə qanunauyğun hesab edilə bilməz ki, əgər icarə zamanı müqavilənin müddəti bitdikdən sonra arendatör müqavilə predmetindən istifadə hüququnu itirirsə, lisenziya ticarətində bu cür şərtin qoyulması ümumiyyətlə mümkün deyildir.

Beynəlxalq lisenziya ticarətində istər lisenziar, istərsə də lisenziat qismində iştirak edən hər bir forma bu yolla bir sıra məqsədlərin yerinə yetirilməsinə çalışır. Belə ki, lisenziarın lisenziya satmaqda maraqlı olması aşağıdakı məqsədlərə nail olmaq istəyi ilə əlaqədardır: elmi-texniki nailiyyətlərin istifadəsindən əlavə gəlir götürmək; bir çox ölkələr tərəfindən idxai üçün qoyulan gömrük və tarif məhdudiyyətlərini dəf etmək; xarici bazarlarda mövqeyini möhkəmləndirmək; yeni texnologiyaların mənəvi köhnəlməsindən qorxaraq, onların sürətlə istehsalda tətbiq edilməsini təin etmək; xarici kontragentlərin onlardan texnologiya asılılığında olmasını təmin etmək və s.

Lisenziatların lisenziya almaqda maraqlı olmalarını şərtləndirən amillər isə aşağıdakılardır: az bir vaxtda yeni texnika və texnologiyaya olan tələbatın ödənilməsi; şəxsi ETTKİ-nin həyata keçirilməsi üzrə vəsaitlərə və vaxta qənaət edilməsi; bazarda mövqeyini möhkəmləndirmək; istehsal olunan məhsulun keyfiyyətini yüksəltmək; lisenziya üzrə əldə olunan elmi-texnrki nailiyyətlərin təsiri hesabına şəxsi ETTKİ-nin gücləndirilməsi və s.

Bütün bu müsbət cəhətləri ilə bərabər beynəlxalq lisenziya ticarətinin bir sıra çatışmazlıqlan da vardır. Lisenziar üçün olan çatışmazlıqlar aşağıdakılardır: lisenziatın yeni rəqib kimi meydana çıxması; lisenziya üzrə istehsal olunan məhsulların keyfiyyəti üzərində nəzarətin çətinliyi və lisenziarın ticarət markasının dəyərdən düşməsi təhlükəsi; bəzi dövlətlərin lisenziya ticarətinə məhdudlaşdırıcı təsiri və s.

Liseziat üçün çatışmayan cəhətlər aşağıdakılardır: alınan xarici elmi-texniki nailiyyətlərin kifayət qədər baha olması; şəxsi ETTKİ-nin zəifləməsi; lisenziya üzrə istehsal olunan məhsullann satış ərazilərinin lisenziarlar tərəfindən məhdudlaşdırılması və s.

Beynəlxalq lisenziya ticarətinin spesifik cəhətləri və xüsusiyyətləri haqlı olaraq beynəlxalq lisenziya bazarının yaranması və inkişafı haqqında fikirlərin meydana çıxmasına səbəb olmuşdur. Lakin vahid beynəlxalq lisenziya bazarının mövcudluğu haqqında olan fikirlər birmənalı deyiidir. Rus iqtisadçısı V. İ. Muxopad bu barədə belə yazır: «Birtərəfdən lisenziya ticarətinin BİM-də rolunun durmadan artması, digər tərəfdən isə ənənəvi mal mübadiləsi forma, metod və adətləri çərçivəsinə daxil olmayan elmi-texniki biliklərlə kommersiya əməliyyatlannın həcminin artması sərbəst patent və lisenziya bazarının olub-olmaması barədə qəti fikir söyiəməyi çətinləşdirir».

O, lisenziya müqaviləsi predmeti olan elmi-texniki nailiyyətlərin istehlak dəyərini analiz etməkiə sərbəst beynəixalq lisenziya bazarının mövcud olması nəticəsinə gəimişdir.Bununla belə, bəzi müəlliflər vahid beynəlxalq lisenziya bazannın mövcudluğunu inkar edirlər. Məsələn, rus iqtisadçısı İ. D. İvanov bu fikri belə izah edir: «İxtira, olduqca rəngarəng cəhətlərə malik istehlak dəyərinin məcmusudur. İxtiralarla ticartdə vahid qiymətlər, mərkəzlər yoxdur. Bu səbəbdən də vahid lisenziya bazarı və onun konyunkturası haqqında heç bir söhbət gedə bilməz».

Bütün bunlara baxmayaraq, lisenziya münasibətlərinin inkişafı son nəticədə ETT şəraitində həm keyfiyyət, həm də kəmiyyət cəhətdən beynəlxalq lisenziya bazarının formalaşması və inkişaf etməsi nəticəsinə gəlməyə imkan verir

Müasir lisenziya münasibətlərində təkcə elmi-texniki nailiyyətlərin ötürülməsi üzrə məsələlər deyil, eləcə də onların tətbiqi, personalın öyrədilməsi, informasiyaların mübadiləsi və s. geniş həcmli məsələlər tənzimlənir.

Beiəliklə, hazırda beynəlxalq lisenziya ticarəti qabaqcıl texnologiyaların ötürülməsi çərçivəsindən kənara çıxan kompleks iqtisadi münasibətləri ifadə edir.

Belə nəticəyə gəlirik ki, beynəlxalq texnologiya mübadiiəsinin ən mühüm formalarından biri olan lisenziya ticarəti BİM-in mühüm tərkib hissələrindən birinə çevrilmiş və ölkələrarası iqtisadi əlaqələrdə onun rolu və əhəmiyyəti durmadan artmaqdadır.

§ 2. Beynəlxalq lisenziya ticarətinin obyektləri .

Beynəlxalq lisenziya ticarətinin spesifik xüsusiyyətlərə malik olması hər şeydən əvvəl lisenziya bazarında ticarət predmetləri kimi çıxış edən lisenziya obyektlərinin özünə məxsus keyfiyyətləri ilə şərtlənir.

Artıq əvvəldə qeyd etdiyimiz kimi, beynəlxalq lisenziya ticarəti təcrübəsində lisenziya obyektləri kimi əsasən aşağıdakılar çıxış edirlər: .1) ixtiralar; 2) sənaye nümunələri; 3) əmtəə nişanları; 4) nou-hau və s,



İxtira - yeniliyə və konkret üstünlüklərə malik texniki həlldir. Texniki həll dedikdə geniş mənada müəyyən tələbatların ödənilməsi üçün praktiki üsul və vəsaitlər başa düşülür. Texniki həli bütün hallarda nəzəri cəhətdən əsaslandınlmaiıdır. Texniki həll o vaxt hesab edilir ki, o tamamilə yeni olsun.

Başqa sözlə onun mahiyyəti bu vaxta qədər nə həmin ölkədə, nə də xaricdə tətbiq edilmək üçün mümkün olan səviyyədə aşkar edilməmiş olsun.

İxtira sahibinin ixtiraya olan mülkiyyət hüquqlarının qorunması patenti həyata keçirilir. Patent- texniki həllin ixtira kimi tanınmasını və verildiyi şəxsə (ixtira sahibinə) ixtira üzərində müstəsna mülkiyyət hüququnun verilməsini təsdiq edən sənəddir. Patent, dövlət patent orqanı tərəfindən ixtira sahibinə və ya onun ərazisi ilə onun hüquqlarını qəbul edən şəxsə həmin dövlətin qanunvericiliyi ilə müəyyən olunmuş proseduraya müvafiq verilir. Patentin fəaliyyət müddəti də hər bir dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur (adətən 15-20 il). Patent sahibinin müstəsna mülkiyyət hüququ dedikdə, onun razılığı olmadan heç kimin həmin ixtiradan istifadə edə bilməməsi başa düşülür. Patent sahibi öz ixtira hüquqlannı satmaq və ya ondan istifadə üçün lisenziya üzrə icazə vermək hüququna maükdir.

Patentin alınması üçün adətən ixtira sahibi tərəfindən dövlətə patent rüsumu ödənilir. Əksər inkişaf etmiş ölkələrdə patent haqqı birdəfəlik ödənilir, bəzi ölkələrdə isə patentin fəaliyyət göstərdiyi möüdətdə illik rüsumlar ödənilir.

Adətən, firmalar bir ixtira üçün bir patentlə kifayətlənmirlər. İxtiranı bir neçə ölkədə patentiəşdirməklə patentlər bloku - «çətir» formalaşdırırlar. Bu cəhət rəqiblərin həmin firmanın pioner olduğu texnika sahəsinə girməsinin qarşısını alır.

Müasir kəskin rəqabət şəraitində yeni məhsulun ugurlu satışı üçün bir sıra təbii bazar üstünlükləri ilə yanaşı onların əsasında duran yeniliklərin patent müdafiəsi çox vacibdir.

Patentlər ixtiraların qorunması funksiyasını yerinə yetirməklə bərabər, həm də ən yeni elmi-texniki nailiyyətlər haqqında fasiləsiz informasiya mənbəyi kimi çıxış edirlər. Patent fondlarının köməyi ilə lisenziyaların obyektləri haqqında konkret materiallar toplamaq, yeni ixtiraları sistemli izləməklə aparılan elmi-texniki tədqiqatlan analiz etmək mümükündür.

Sənaye nümunəsi (industrial design) - məmulatın xarici görünüşünü müəyyən edən yeni bədii - konstruktor həllidir. Sənaye nümunəsinin köməyi ilə məhsul formalan (ornamentlər) üzrə inhisarlar müəyyənləşdirilir. İxtıralara olduğu kimi, sənaye nümunələrinə də patent verilir.



Əmtəə nişanı (trademark) - bir müəssisənin məhsullarının digər müəssisənin eyni cinsli məhsullarından fərqləndirməyə xidmət edən təsvirdir. əmtəə nişanları adətən hərfi və ya qrafiki təsvirə malik olurlar. Xidmətlərin identifikasiyası üçün xüsusi xidmət nişanları tətbiq edilir.

İxtira və ya sənaye nümunələri üzrə patentlər, əmtəə və xidmət nişanlarının qeydiyyatını təsdiqləyən sertifikatla birlikdə sənaye mülkiyyəti adlandırırlar ki, o da 1883-cü il Paris konvensiyası ilə qorunur.

Sənaye mülkiyyəti müəllif hüquqları ilə birlikdə intellektual mülkiyyəti formalaşdırır.

Nou-hau - patentləşdirilməyən, gizli xarakterli, sənaye və ya kommersiya dəyərinə malik istehsal bilik və təcrübəsidir. «Nou-hau» termini iik dəfə ABŞ və İngiltərədə işlədilmişdir. İngiliscədən tərcüməsi «necə etməyi bilmək» mənasını verir.

Bir qayda olaraq nou-hau patentləşdirilmir. Burada iki hal mümükündür: bir halda nou-hau faktiki ixtira kimi çıxış edir, lakin bilərəkdən sirr kimi saxlanılır və patentləşdiriimir. Digər halda isə nou-hau ixtira ilə bilavasitə əlaqəli olsa da, öz-özlüyündə qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğun gəlidiyi üçün patent qabiliyyətli olmur.

Patentləşdirilən ixtiranın sahibindən fərqli oiaraq, nou-hau üzrə lisenziyanın sahibi təbii inhisara malikdir.

Nou-hau - yeni texnika və texnologiyaların lahiyələşdirilməsi, işlənməsi, sənaye mənimsənilməsi, eləcə də istehsal, satış, istismar, xidmət, cari və əsaslı təmir və s. bu kimi sahələrlə bağlı olan bilik və təcrübədir. Nou-hau idarəedici - təşkilati, iqtisadi kommersiya, ticarət, maliyyə və s. xarakterli ola bilər. Məsələn: «Nissen elektroniks» və «Merlen end Ceren» firmalan istehsalın idarə edilməsi, məhsulun keyfiyyətinin və satışınm yüksəldilməsi sahəsində nou-hau mübadiləsi üzrə kontrakt imzalamışlar. «Mitsubisi Elektrik Korp» firması «Vestinqaus Elektrik Korp» firmasına istehsalın idarə olunmasının təkmilləşdirilməsi sahəsində nou-hau üzrə lisenziya satmışdır.



İdarəetmə üzrə nou-hau adətən idarəetmənin daha effektiv strukturu və metodları, daha sadə və davamlı üfüqi və şaqüli struktur əlaqələri, öhdəliklərin dəqiq bölüşdürülməsi, bölmədaxili strukturlarda funksional qarşılıqlı təsir və s. bu kimi məsələlərilə bağiı olur.

Kommersiya üzrə nou-hau öz əksini məhsulların reallaşdırıiması sahəsinə aid olan bilik və təcrübədə tapır. Buraya bazarın konyunkturası, daha təcrübəli və presticii vasitəçi firmalar, satış firmalan, məhsulun satılması və reklamının təşkilinin daha səmərəli formaları və s. haqqında məlumatlar daxil olur.

Maliyyə üzrə nou-hau pul vəsaitlərinin, qiymətli kağızların, səhmlərin daha səmərəli istifadə edilməsi formaları, kapital qoyuluşu, vergi sisteminin xüsusiyyətləri, gömrük məhdudiyyətləri, bank birlikləri, kredit firmaları və s. haqqında informasiyaları əks etdirir.

Beynəlxalq lisenziya ticarəti təcrübəsində bağlanan lisenziya müqavilələrinin 50%-indən çoxu ixtira və nou-hau-nun eyni vaxtda ötürülməsini nəzərdə tutur. Yerdə qalan 30-35% yalnız nou-hau, 15-20% isə xalis patent üsenziyalarıdır. Beləüklə, bütün lisenziyaların təxminən 80%-i bu və ya digərformada nou-hau ötürülməsini nəzərdə tutur.



II FƏSİL. BEVNƏLXALQ LİSENZİYA

TİCARƏTİNİN TƏŞKİLİNİN METODOLOJİ OSASLARl.

§ 1. Beynəlxalq lisenziya bazarlarında konyuktur tədqiqatların aparılması

xüsusiyyətləri.

Lisenziya obyeklərinin spesifikliyi beynəlxalq lisenziya bazarının digər əmtəə bazarlarından əhəmiyyətli dərəcədə fərqlənməsini şərtləndirir. Lisenziya bazarının konyunkturası və bu bazada konyunktur tədqiqatlarının aparılması öz növbəsində kifayət qədərfərqli xüsusiyyətlərə malikdir.

Lisenziya bazannda konyuktur tədqiqatlarının aparılması beynəlxalq lisenziya ticarətinin təşkilinin ilkin pilləsi kimi çıxış edir. Lisenziar və lisenziatlar konyuktur amillərinin real qiymətləndirilməsi lisenziya satıcısı və ahcısına əlavə gəlir götürmək və bazarda mövqeyini möhkəmləndirmək imkanı verir. əksinə, onların qiymətləndirilməsinndə səhvə yol verilməsi əhəmiyyətli maliyyə itkilərinə və hətta lisenziya alıcısının məhvinə səbəb ola biiər.

Müasir dövrdə iri inhisarlar və firmaiar ticarətinin müxtəlif sahələri üzrə konyuktur göstəricilərinin sistemli toplanması, öyrənilməsi və mübadiləsi ilə məşğul olurlar. Bu funksiyanı əksər hallarda firmaların konyuktura şöbələri, patent - lisenziya bölmələri, yeni texnika və texnologiya böimələri, elmi-tədqiqat təşkilatları və ixtisaslaşdınlmış firmalar həyata keçirirlər.

Lisenziya ticarəti üzrə maraqlı suallar meydana çıxır: Nə üçün müasir kəskin rəqabət şəraitində firmaiar öz qabaqcıl elmi-texniki yenilikiərini könüllü olaraq rəqiblərə verirlər? Axı bununla onlar bazarda rəqiblərin mövqelərini mökəmləndirir və öz inhisar üstünlüklərini itirirlər. Bu cür mövqe rəqabət mübarizəsi prinsiplərinə zidd deyilmi? Aydındır ki, bu sualların cavablarını hər şeydən əvvəl konyuktura əməllərində, başqa sözlə üsenziya alqı-satqısı zamanı formalaşan konkret situasiyanın qiymətləndirilməsində axtarmaq lazımdır.

Lisenziya bazarının konyukturası dedikdə, bu və ya digər elmi-texniki nailiyyətlərin alqı-satqısının həyata keçirildiyi konkret iqtisadi şərtlərin məcmusu başa düşülür.

Qeyd etdiyimiz kimi, lisenziya obyektləri bir tərəfdən istehlak dəyəri xüsusiyyətlərinə görə eyni tipli, digər tərəfdən isə elmi-texniki xarakterinə görə kifayət qədər rəngarəngdirlər. Bu səbəbdən lisenziya bazarında konyukturanın öyrənilməsinə bilavasitə elmi-texniki nailiyyətlərin özlərinin konyuktur tədqiqi də əlavə edilməlidir.

Elmi-texniki nailiyyətlərə malik iri firmalar üçün onların əsasında istehsal etdikləri məhsulları satmaq daha səmərəlidir. Bu nailiyyətlərin lisenziya firmasında satılması məsələsi onlar üçün bir qədər gec, daha doğrusu konyuktura amillərinin təsiri nəticəsində səmərəli şərait yaratdıqda meydana çıxır.

lisenziya obyektlərinin reallaşdırılması üzrə konyuktura şərtlərirrin formalaşmasına təsir edən çoxsaylı amillər içərisində ümumi və xüsusi amilləri fərqləndirmək lazımdır.

Amillər bir qayda olaraq miqyas xarakteri daşıyır və bütövlükdə lisenziya ticarəti sferasına təsir edir. Onların təsiri altında dünya litsenziya ticarətinin əsas göstəriciləri, yəni lisenziya ixrac və idxalının dinamikası, strukturu, ayrı-ayrı ölkələrin lisenziya ticarətində mövqeyi, lisenziya qiymətləri və s. formalaşır. Bura konyuktura formalaşdırıcı amillər aiddir: daimi fəaliyyət göstərən və müvəqqəti, tsiklik və qeri-tsiklik, lisenziya ticarətinin inkişafını stimullaşdıran və ləngidən amillər.

Məlumlur ki, tsiklik istehsalın hər bir mərhələsində müxtəlif xarakterli amillər fəaliyyət göstərir. Tsiklin krizis mərhələsində istehsalın səviyyəsi və bunula əlaqədar olaraq istehsal güclərinin yüklənməsi azalır. Bu səbəbdən elmi-texniki nailiyyətlərin lisenziya obyekti kimi satılması daha səmərəli olur.

Digər tərəfdən krizis dövründə istehsalın azalması ilə əiaqədar lisenziya ödənişlərinin də azalmasından irəli gələrək, lisenziya alınmasına maraq artır. Lakin kiçik və orta firmalar istehsalın azaldığı və məhsul satışının çətinləşdiyi mərhələdə lisenziya xərclərini ödəyə bilmədikləri üçün onları almaqdan imtina edirlər.

Böhran mərhələsində lisenziyalarla ticarət az aktiv olur və təklif tələbi üstüləyir.

Böhranda canlanma və yüksəliş mərhəiələrinə keçdikdə əksəriyyət firmaların lisenziya almaq maraqları artır. Nəticə etibarı ilə lisenziya bazarında tələb artır. Elmi-tədqiqat işlərinin miqyasının genişlənməsi və sənaye istehsalının artması satış üçün yaradılan ixtira və digər yeniliklərin miqdarmı artırır. Bu amillərin təsiri nəticəsində lisenziya əməliyyatiarı, başqa sözlə lisenziya ixracı və idxalı sürətlənir.

Dünya statistikası lisenziya əsasında istehsal edilmiş məhsulların uçotunu aparmadığı üçün istehsal tsikllərinin ona necə təsir etməsini analiz etmək olmur. Lakin illik lisenziya ödənişlərinin təhlili, onların tsiklin fazaları ilə müəyyən edilən məhsul istehsalı həcmindən birbaşa asılıiığını göstərir.

Lisenziya bazarında konyukturanın dəyişməsinə qeyri-tsiklik daimi fəaliyyət göstərən və müvəqqəti amillər, eləcə də təsadüfü amillər də təsir

Qeyri-tsikllik amillər içərisində ETT, istehsalın dövlət tənzimlənməsi, istehsalın və kapitalın konsentrasiyası və s. daha mühümdür. Bəzi amillər lisenziya bazarının konyukturasına epizotik təsir göstərir: sosial münaqişələr (tətiilər, baykotlar və s.), daxili siyasi münaqişələr, daşqın, sel, tufan və s.

ümumi amillərin lisenziya ticarətinə təsiri özünəməxsus xüsusiyyətlərə malikdir. Onlar lisenziya obyeklərinin həm adi məhsullarla, həm də analoci lisenzialarla qarşılıqlı təsirinin xarakterində ifadə olunur. Adi əmtşə bazarlarında uğur qazanmaq istəyən firmalar yeni texnologiyalardan istifadə etməlidirlər.

Lisenziya bazannda lisenziyaların reallaşdınlması şərtlərinə bir qrup xüsusi amillər də təsir edir.

Lisenziya obyektlərinin texniki səviyyəsi və iqtisadi üstünlükləri elmi-texniki amiilərlə müəyyən olunur. Bu amillərin analizi zamanı elmi-texniki nailiyyətlərin patent təmizliyi və patent qabiliyyətinin müəyyən edilməsi üçün patent tədqiqatlarının aparılması zəruridir. Eiəcə də elmi-texniki tədqiqatların aparılması və qabaqcıl texnologiya yaradılması sahəsində aparıcı mövqeyə malik olan ölkə, firma və elmi-tədqiqat təşkilatlarını müəyyən etmək lazımdır.

Lisenziya obyektlərinin istehsala tətbiq edilməsi səviyyəsi və onların sənaye istifadəsi imkanlan istehsal amilləri ilə xarakterizə olunur. İstehsala tətbiq olunan yeni məhsul növləri, texnoloci proseslər və istehsal vasitələri bu amillərdəndir.

İxtiranın patent müdafiəsinin vəziyyəti, «nou-hau» və lisenziya obyektlərini üçüncü şəxslərin istifadəsindən rnüdafiə edən digər cəhətləri müəyyən edir.

Lisenziya obyektlərinə olan tələb və təklifin, qiymətlərin səviyyəsi, bazarın adətləri və şərtləri bazar amillərinə aiddir.

Ayrı-ayrı ölkələr, ölkə qrupları, eləcə də TMK-lar tərəfindən həyata keçirilən xarici iqtisadi və lisenziya siyasətinin lisenziya bazarı konyukturasına təsirini timcarət-siyasi amillər müəyyən edir. Bu amillərə aiddir: elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası müqavilələrə daxil olan lisenziya mübadiləsi üzrə öhdəliklər; yeni məhsul növləri, texnoloci proseslər, istehsal metodlarının yaradılması üzrə birgə elmi işlər və sənaye kooperasiyası haqqında firmalararası müqavilələr.

Lisenziya bazannın konyukturasına təsir edən ümumi və xüsusi amillərin təsirini qiymətləndirmək üçün konyukturtədqiqatlannın aparılması üçün zəruri olan göstəriciləri müəyyən etmək lazımdır. ümumi amillərin təsirini xarakterizə etmək üçün aşağıdakı qrup göstəriciləri ayırmaq olar:

-bütövlükdə iqtisadiyyata, eləcə də iqtisadiyyatın lisenziyaların reallaşdınlması ilə bağlı sahələrinə kapital qoyuluşlarının həcmi və dinamikası;

-lisenziya əsasında məhsul istehsalının həcm və dinamikası;

-ETTKİ-nə çəkilən xərclərin həcmi, strukturu, yeni texnologiya yarədılmasının intensivliyi;

-iisenziya ödənişləri və daxilolmalarının həcm və strukturu, inhisarların korporasiyadaxili lisenziya ticarəti və s.

Xüsusi amillərin təsiri isə aşağıdakı göstəricilərlə xarakterizə olunur:

-yaradılmış ixtiraya qarşı qoyula biləcək dünya üzrə mövcud texniki həllərin siyahısı və onların texniki-iqtisadi xarakteristikası;

-ixtiranın texniki səviyyəsi və miqyası, mövcud analoqlarla müqayisədə texniki-iqtisadi üstünlükləri;

-elmi-texniki nailiyyətlərin işlənməsi (prinsipial qərar, nümunəriin yaradılması, sənaye tətbiqi və yenilik səviyyəsi, lisenziya obyektinin nümayiş imkanları və potensial lisenziya alıcılarına zəmanət texniki-iqtisadi göstəricilərinin təqdim ediləsi mümkünlüyü;

-ixtiranın rəqiblərin istifadəsindən müdafiə səviyyəsi (lisenziyanın alındığı və ya satıldığı ölkələrdə patentlərin və ya patent ərazilərinin mövcudiuğu);

-lisenziya əsasında istehsal olunmuş məhsulun ixrac imkanları və effektivliyi;

-lisenziya obyektinə tələb və bazarda analoci lisenziyaların təklifinin mövcudluğu vəs.

Lisenziya bazarında konyuktur tədqiqatlarının əsas vəzifələri aşağıdakılardır: konyuktura formalaşdıncı amillərin toplanması, təhül və proqnazlaşdınlması, elmi-texniki nailiyyətlərin lisenziya qismində alınması və ya satılmasının məqsədyönlülüyünün bazara çıxış anının müəyyən edilməsi, lisenziya alışı və ya satışının optimal həcminin və şərtlərinin təyin edilməsi və s,

Lisenziya bazarı konyukturasının təhlil və proqnozlaşdırılması üçün lisenziya alıcılan və satıcıları eyni konyuktura formalaşdırıcı amiüərdən istifadə etsələr də, onların bu amillərə yanaşma tərzləri və təhlilin nəticəiərindən istifadə etmə xarakterləri kifayət qədər fərqlidir.

Firmalar tərəfindən elmi-texniki nailiyyətlər haqqında informasiyaların toplanması, işlənməsi və təhlili onları daha mühüm ixtiralar, onların prinsipləri, texniki-iqtisadi üstünlükləri, istehsala tətbiqi səviyyəsi və s. haqqında məlumat əldə etmələrinə imkan verir. Bu informasiyalar əsasında firma konkret lisenziya obyektinə öz marağını müəyyən edir və lisenziya alışının məqsədyönlülüyünü qərarə alır.

Sonra firma lisenziya almağa hazırlıq mərhələsinə keçir. Bu mərhələdə potensial alıcının tələbnaməsinə əsasən lisenziya sahibi lisenziyanı satmağa hazır olması və ya təklifdən imtina etməsi barədə məlumat verir. Birinci halda, yazışma və ya birbaşa danışıqlar yolu ilə lisenziya obyektinin texniki iqtisadi xarakteristikası və üstünlükləri, patent müdafiəsinin vəziyyəti, ixtiranın işlənmə və istehsala tətbiqi səviyyəsi və s. məsələlər dəqiqləşdirilir.


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə