Xromosomlar




Yüklə 15.82 Kb.
tarix27.04.2016
ölçüsü15.82 Kb.
Nüvə - bütün eukariotların xas və ən vacib komponentidir.Ölçüləri 3-500 mkm-dir. Forması çox vaxt kürəvi və ya ellipsvaridir. Adətən xüsusi boyama üsulları ilə aşkar edilir. Nüvə cavan hüceyrələrdə mərkəzdə yerləşsə də, hüceyrənin yaşı artdıqca qılafa doğru söykənir. Nüvənin quruluşu bütün eukarotlarda eynidir (Şəkil 1). Nüvə sitoplazma tərəfdən ikiqat membranla örtülüdür və bu membranların dəlikləri nisbətən böyükdür. Nüvənin daxilində nüvəcik,xromatin,ribosomlar var. Bunlar karioplazma adlanan mühitdə yerləşir.

Nüvə - hüceyrə və orqanizm haqqında məlumatın saxlandığı və təkrarən istifadə edildiyi yerdir. Nüvə həmçinin hüceyrədə baş verən bir çox proseslərin, o cümlədən maddələr mübadiləsinin idarəetmə mərkəzidir. Orqanoidlərdən yalnız mitoxondri və plastidlər nisbətən nüvədən asılı olmayaraq müstəqil fəaliyyət göstərir.

Nüvənin tərkibində çox miqdarda DNT var. DNT-nin əksəriyyəti nüvədə yerləşir və nüvədəki zülallarla kompleks əmələ gətirir. Nüvədə DNT-nin əksəriyyəti xromatinlə birləşir. Xromatin - nukleoproteid saplardan təşkil olaraq nüvənin hər yerini əhatə edir. Karioplazmada həmçinin nüvəcik də sərbəst olaraq yerləşir. Nüvəcik də karioplazma kimi memdrana malik deyil. Əsas rolu RNT-ni (əsasən Ribosom RNT-sini) və Ribosomu formalaşdırmaqdır.



Xromosomlar - bölünən hüceyrə orqanoidir və genləri daşıyır. Xromosomun əsasını nukleoproteidlərə adətən xüsusi zülallarla (histonlarla) birləşmiş 1 fasiləsiz ikiqat DNT zənciri təşkil edir. Xromosomlar yalnız bölünmənin interfazadan sonrakı mərhələlərində görsənir. DNT-nin quruluşu informasiyanın sonrakı nəsillərə ötürülməsinə imkan versə də, zülalların yaranması DNT-dən yaranan RNT hesabına bilavasitə sitoplazmada baş verir. Xromosomlar hər biri 2 ədəd sapdan-xromonemdən təşkil olunub ibarətdir və bu xromonemlər bir-birilə sentromer adlanan sahədə birləşir. Xromonemlər iki ədəd sapşəkilli topa makromolekul-mikrofillərdən ibarətdir ki, bunların 30-250Å-dir. Xromosomların sapşəkilli makromolekulları DNT, RNT və zülaldan təşkil olunmuşdur. Hər bir hüceyrədə hər bir xromosom ona müvafiq xromosomla cütlük təşkil edir (xromosomların biri ata orqanizmdən, digəri isə ana orqanizmdən olur). Xromosomların sayı 2 və daha çox olur (Bəzən 100-dən də artıq). Müəyyən növ üçün xas olan xromosom xassələri onun kariotipi adlanır.

Eukariotlarda formalaşmış nüvənin olması prokariotlarla müqayisədə növün inkişafında üstünlüklər verir. Çünki prokariotlarda transkripsiya (matris RNT-nin yaranması) və translasiya (ribosom tərəfindən zülalın sintezi) prosesləri bilavasitə sitoplazmada gedir (şəkil 2). Bu zaman mRNT RNT-polimaza tərəfindən tam sintez edilməmiş translasiya edilir. Bu da yeni növ zülalların sintezini məhdudlaşdırır. Eukariotlarda da translasiya sitoplazmada gedir, lakin transkripsiya nüvədə gedir. Bu zaman mRNT prossesinqə məruz qalır və sonra nüvə dəliklərindən sitoplazmaya keçir. Prossesinqdə mRNT-nin əcdadından lazımsız hissələr çıxarılır, lazımlı hissələr-eksonlar isə bir-birilə birləşdirilir. Birləşmə ardıcıllığı hətta 1 mRNT əcdadı üçün də çoxlu ola bilər və bundan yaranan müxtəlif mRNT-lər müxtəlif zülallar sintez edə bilər. Beləliklə, bir gen bir neçə zülalı kodlaşdıra edə bilər. Prokariotlarda belə gen strukturu praktiki mümkün deyil, çünki bu zaman ribosomlar mRNT-ni sintez edə bilmirlər. Digər tərəfdən intron hissələrin uzunluğundan asılı olaraq, genlərin rekombinasiyası ekzonların yerdəyişməsinə gətirir. Ekzonlar züalların funksional domeninə daxil olduğundan, belə alınmış hibridlər çox vaxt öz funksiyalarını saxlayır. Prokariotlarda isə vacib hissə qopmadan rekombinasiya mümkün deyil deyə yeni yaranan zülalın funksionallığı azalır. Prossesinq sonunda yaranan mRNT də dəyişikliyə uğrayır. Onun 5'-sonuna 7-metilquanin (kep), 3'-sonuna isə qəlib olmayan onlarla adenin qalığı birləşir. Prokariotlarda bu proseslər baş vermədiyindən mRNT sitoplazmada daha az yaşayır.



Hüceyrələrin bölünməsi və yeni hüceyrələrin yaranması (sitogenez) nüvələrin bölünməsi ilə əlaqəlidir. 3 cür bölünmə mövcuddur:mitoz,meyoz,amitoz. Mitoz bölünmə somatik hüceyrələrdə baş verir (Şəkil 3). Şərti olaraq 4 fazaya bölünür:profaza, metafaza, anafaza, telofaza. Bölünmədən əvvəlki faza interfaza adlanır. Bu zaman zülalların sintezi hesabına hüceyrə boyüyur. Profazada xromatin dənələri birləşərək xromatin sapları əmələ gətirir. Bu saplar yay şəklini alaraq bir qədər qısalır və yoğunlaşır ki, bunlar da xromosom adlanır. Nüvəciklər tədricən kiçilərək əriyir və itir. Xromosomlar isə tədricən uzununa iki hissəyə bölünməyə başlayır ki, nəticədə xromatidlər əmələ gəlir. Onlar cüt-cüt yerləşir. Profazanın sonunda nüvə pərdəsi əriməyə başlayır. Metafaza dövründə cüt xromatidlər bir səth üzrə yerləşir, nüvə qılafı yox olur. Xromatidlər hüceyrəsin ortasında, yəni ekvatorunda düzülür. Əks qütblərə tərəf plazmatik saplar uzanır. Metafaza zamanı xromosomların rəngi tündləşir və çox aydın görünür,hətta onları asanlıqla saymaq olar. Anafaza dövründə xromatıdlər qütblərə çəkilməyə başlayır. Telofazada artıq qütblərə çatmış xromatidlər bir-birinə sıxlaşır, nüvə pərdəsi və nüvəciklər əmələ gəlir. Bu dövrə qədər plastid, xondriosom və başqa orqanoidlərin bölünməsi və ayrılması başa çatır. Hüceyrənin orta sahəsində yeni arakəsmə qılaf əmələ gəlir ki, bu ana hüceyrənin protoplastını bərabər hissəyə bölür, sitogenez fazası başlayır və nəticədə iki yeni bala hüceyrələr əmələ gəlir. Bunlar əvvəlki ana hüceyrəyə oxşayır, lakin həcmcə onlardan bir qədər kiçik olur.

Meyoz bölünmə bəzi ali bitkilərin cinsi hüceyrələrində gedir (Şəkil 4). Mitozdan əsas fərqləri:

1) Meyoz bölünmədən dərhal sonra yeni yaranmış hüceyrələr mitoz bölünməyə məruz qalır.

2) Meyoz bölünmənin əvvəlində xromosomlar bir-birilə cütləşir.

3) Metafaza lövhəhisin simmetriyası meyozda fərqli olur və anafaza dövründə cütləşmiş xromosomlar qütblərə çəkilir.

4) Xromosom sayı 2 dəfə azalır.



Ədəbiyyat siyahısı:

1) Ə.B.Manafov, N.A.İslamova, C.S Xəlilov, T.A Süleymanov - Botanika kursu (Ümumi biologiya əsasları ilə) “Maarif nəşriyyatı” 1998

2) Яковлев Г. П., Челомбитько В. А. - Ботаника: Учеб. для фармац. институтов и фармац. фак. мед. вузов “Высшая школа” 1990



3) http://ru.wikipedia.org/wiki/Клеточное_ядро
4) http://ru.wikipedia.org/wiki/Митоз
5) http://en.wikipedia.org/wiki/Meiosis


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə