Xocalı pr., 20/22, az-1000, Bakı ş., Azərbaycan Mob.: (+994 50) 668 40 90, 050 669 89 19 Elektron poçt




Yüklə 18.13 Kb.
tarix20.04.2016
ölçüsü18.13 Kb.



Xocalı pr., 20/22, AZ-1000, Bakı ş., Azərbaycan

Mob.: (+994 50) 668 40 90, 050 669 89 19

Elektron poçt: agat.ngo@gmail.com




А / 215 06 yanvar, 2011

İranın Cənubda Caynaqları” adlı mövzuya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı tərəfindən



Etirazı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı(AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və universal demokratik dəyərlərinin əsas təbliğatçılarlından biri kimi fəaliyyət göstərir. Əsas missiyası universal vətəndaş cəmiyyəti modelinin və dəyərlərinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır.

AGAT olaraq biz hər zaman universal, ümumbəşəri dəyərləri və tolerantlığı əsas tutaraq bu istiqamətdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etməyə çalışırıq. Belə ki, Qafqaz regionunun mövqeyinin beynəlxalq ekspertlər vasitəsi ilə qloballaşan dünyaya çatdırılmasında birbaşa maraqlı tərəfik. Bu kontekstdən çıxış edərək mütəmadi olaraq dünya mətbuatını izləyir, dünyada baş verən qlobal strateji məsələlərə dair məlumatlanırıq. Lakin Rusiya mətbuatında 26 noyabr-2 dekabr, 2010-cu il tarixində dərc olunmuş Müstəqil Hərbi Təhlil qəzetinin 44-cü sayının geosiyasət bölməsində “İranın Cənubda Caynaqları” adlı məqalədə Azərbaycan ilə bağlı qeyri-obyektiv, təhrif olunmuş tarixi və hərbi faktların şahidi olduq. Vurğulanmalıdır ki, qeyd edilən qəzet Rusiyada ən reytinqli, sanballı, elit təbəqənin daim maraqla oxuduğu qəzetlər sırasında birincidir. Məhz bu səbəbdən Azərbaycan ilə bağlı verilən yanlış təhlil bizi təəcübləndirdi və məqaləyə etiraz cavabı verməyə məcbur etdi.

Belə ki, məqalənin müəllifi Azərbaycanın tarixi torpaqları sayılan İİR-nın Şimalı -Cənubi Azərbaycana, müasir Ermənistan Respublikasına (Zəngəzur mahalı, Vedi mahalı, Göyçə mahalı, Dərələyiz mahalı, Dərəçiçək mahalı, Qarabağlar mahalı, Qəmərri mahalı, İrəvan xanlğı və s.), Dərbənd və ətraf bölgələrə heç toxunmamış, hətta bu regionda tarixən Azərbaycan adlı xalqın və dövlətin olmamasını sübüta yetirməyə çalışmışdır. Müəllif daha da irəli gedərək I Şah Abbas dövründə ermənilərin güya tarixi vətənlərinə köçürülərək, sonradan milli azlığa çevrildiyini söyləməyə cəsarət etmişdir. Bu da müəllifin açıq şəkildə qeyri-obyektiv, qərəzli mövqedən çıxış etməsinə dəlalət edir.

Deyilənin yalnış olduğunu regiona digər xalqların siyasi köçürülməsi ilə bağlı qeyri-azərbaycanlı taixçilərinin dilindən əsaslandırırıq. “Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 %-ni (qalan 91 %-i müsəlman kimi qeyd olunmuşdur), 1832-ci ildə 35 %-ni, 1880-ci ildə isə artıq üstünlük təşkil edirdilər – 53 %” (Svante Kornel). Statistikadan da bəlli olur ki, Qarabağ heç də erməni ərazisi deyil, tarixi Azərbaycan ərazisidir. Hələ 9 % əhalinin erməni olduğu da şübhə altındadır. Çünki onlar türksoylu albanlar olmuşlar. Belə ki, SSSR-i dövründə cəmiyyətdə yerli albanlara və onların tarixinə yer verilmirdi. Ona görə də həmin hakimiyyət məqsədyönlü şəkildə yerli albanları erməniləşdirməyə çalışırdı.

Bir sual yaranır-Niyə siyasi köçürülmə zamanı məhz ermənilər köçürüldülər?Axı gürcülər, abxazlar, osetinlər də köçürülmə siyasətinə daxil ola bilərdilər, lakin onlar mövcud siyasi strategiyanı təmin etmirdi. Çünki siyasəti həyata keçirən hökumət onların yerli, ermənilərin isə sadəcə gəlmə millət olduğunu bilirdi. “Dağlıq Qarabağda yaşayan ermənilər üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi.” (B. İşxamyan).

Məqalənin tarixi aspekt hissəsində də Azərbaycanın tarixi torpaqlarının təhrif edildiyinə rast gəldik. Məqalədə müəllif qərəzli olaraq müasir Azərbaycanın 16 əsrdə İran Səfəvisinin olduğunu vurğulamışdır. Nəzərinizə çatdıraq ki, xüsusən 10-cu əsrin əvvəllərindən başlayaraq bu ərazilər özünü fars hesab etməyən, türk əsilli Elxanilər (Hülakilər), Baharlı (Qaraqoyunlu), Bayandurlu (Ağqoyunlu), Səfəvilər, Əfşarlar və Qacarlar sülalələri tərəfindən idarə olunan dövlətlərin tərkibində idilər. Müasir Azərbaycan nəinki Səfəvilər dövlətinin əsas hissəsi olmuş, həmçinin Qaraqoyunlu, Ağqoyunlu, Eldənizlər, Elxanilər dövlətinin sələfləri olmuşdur.

Tarixə nəzər salaq: 1501- ci ildə Şah İsmayıl Xətai Bakıda özünü Azərbaycan Səfəvi Dövlətinin hökmdarı elan etdikdən sonra dövlət dilini məhz Azərbaycan dili elan etmişdir (tarixçi-alim, Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin asperantı Ramiz Mehdiyev“Gorus-2010” xəritə, səh.-36-37). Qeyd olunmalıdır ki, Azərbaycan Səfəvi Dövlətinin hökmdarı I Şah Abbas haqqında məlumatlar İsgəndər bəy Münşinin “Tarix-i aləmdə-yi Abbasi” kitabına əsaslanaraq yazılması daha məqsədə uyğun olardı, çünki İsgəndər Şahın müasiri və mirzəsi olmuşdur. Qəzetdə yazılan fikir isə Arakel Dovrijetsinin (təbrizli erməni) məlumatlarına əsaslanıb. 7-ci əsrdən 1925-ci ilə qədər İran siyasi ortam olaraq mövcud olmamışdır.

Vurğulanmalıdır ki, 17-ci əsrin ortalarındakı rus-səfəvi konflikti Səfəvilərin Şimali Qafqazı özünə tabe etməsi ilə deyil, Rusiyanın böyük işğalı ilə əlaqədar idi.

İran adlandırılan ərazi həmin dövrlərdə əsasən türk sülalələri tərəfindən idarə olunurdu. (Qacarlar dövlətinə aid xəritə, tarixçi-alim, Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin şasperantı Ramiz Mehtiyev “Gorus-2010” səh.-38-41). Faktdır ki, əgər səfəvilər fars olsaydılar onda I Pyotr onlara türk dilində deyil fars dilində müraciət edərdi (I Pyotrun vəsiətləri, 1723).

Azərbaycanlıları İranda diaspora adlandırmaq nə dərəcədə düzgün olar? Müəllif aşkar surətdə azərbaycanlıların İran İslam Respublikasındakı sayını azaltmışdır. Bu yerli, avtonom yerləşmədir. Hələ indiki İranın Fars vilayətinin 62 %-ni türk-azərbaycanlılardır.

Nəzərinizə çatdırmaq istərdik ki, AGAT olaraq hər bir dövlətin milli maraqları çərçivəsində geosiyasi mövqeyinin olmasını anlayır və bütün fikirlərə tolerant yanaşırıq. Lakin geosiyasətdə tarixi faktları təhrif etmək yolverilməzdir. Bu beynəlxalq hüquq normalar ilə ziddiyyət təşkil edir.

Hörmətlə,

Gülsel Səfərova



AGAT-ın sədri




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə