Xix əsrin 50-60-cı illərində Ru siyanın Uzaq Şərq siyasəti




Yüklə 119.35 Kb.
tarix18.04.2016
ölçüsü119.35 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
“XIX əsrin 50-60-cı illərində Ru-

siyanın Uzaq Şərq siyasəti” mövzusunda






Tələbə; SADAYLİ İSA

Kurs işi
Elmi rəhbər:Dos.

Bakı 2010




Mövzu: XIX əsrin 50-60-cı illərində Rusiyanın Uzaq Şərq siyasəti.

Plan.
Giriş.
I fəsil.

Rusiyanın xarici siyasətinin əsas istiqamətləri və Uzaq Şərq məsələsi.
II fəsil.

Rusiya-Çin münasibətləri.
III fəsil.

Rusiya-Yaponiya münasibətləri.
Nəticə.

Giriş
XIX əsrin 50-60-cı illərində Rusiya tarixən mövcud olan xarici siyasətini yenə də davam etdirirdi. Rusiyanın apardığı xarici siyasət yalnız Rusiya mülkədarlarının deyil,eyni zamanda burjuaziyanın da mənafeyini əks etdirirdi.1861-ci ildə Rusiyada qəbul edilmiş “Əsasnamə”yə əsasən təhkimçilik hüququ ləğv edildiyindən ölkə getdikcə kapitalizm şəraitinə uyğunlaşırdı. Təhkimçilik hüququnun qalıqları üzündən nisbətən zəif inkişaf edən daxili bazarın məhdudluğunu xarici bazarlar ələ keçirməklə müvazinətləşdirmək lazım idi.

XIX əsrdə Rusiya həm Yaxın Şərqdə,həm də Uzaq Şərqdə fəal xarici siyasət yürüdürdü. XIX əsrin 50-ci illərində Rusiyanın Yaxın Şərqdə apardığı siyasət “Şərq məsələsi” ilə bağlı idi. Bu məsələnin mahiyyətini Türkiyənin hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi və Yaxın Şərqdə təsir dairəsi uğrunda Avropanın iri dövlətləri arasında gedən mübarizə təşkil edirdi. Aparılan mübarizə 1853-1856-cı illərdə Krım müharibəsinə səbəb oldu.Müharibə 1856-cı ildə keçirilmiş Paris sülh konfransının nəticələrinə əsasən Rusiyanın məğlubiyyəti ilə başa çatdı.Krım müharibəsi Rusiyanın beynəlxalq nüfuzuna güclü zərbə vurdu.

XIX əsrin 50-60-cı illərində Rusiyanın Uzaq Şərqdəki siyasəti isə Çin və Yaponiya ilə əlaqədar idi. Qısaca olaraq bu dövrdə Çin və Yaponiyanın həm daxili,həm də xarici vəziyyətinə nəzər saalq:

XIX əsrin əvvəllərində İngiltərə Ost-Hind şirkəti vasitəsilə Çindən çay,çini qablar,ipək ixrac edərək onun dəyərini gümüşlə ödəyirdi. 1757-ci il fərmanını tez-tez pozan ingilislər tiryək alverini getdikcə genişləndirirdilər. Tiryək ticarətinə ABŞ da qoşulmuşdu. Onun əsas mərkəzi Kanton şəhəri idi. İngilis tacirləri öz hökumətlərinə göndərdikləri müraciətdə tiryək ticarətinin anuniləşdirilməsini, Çin limanlarının açılmasını,əcnəbilərlə ticarətdə Çinin “Qunxan”cəmiyyətinin inhisarının ləğv olunmasını tələb edirdilər.Bununla kifayətlənməyəm ingilislər 1843-cü ildə Çini burada işləyən ingilis vətəndaşlarına eksterritoriallıq(toxunulmazlıq) hüququ verən yeni müqavilə imzalamağa məcbur etdilər. 1840-1842-ci illərdə baş verən birinci tiryək müharibəsi Çinin yarımmüstəmləkəyə çevrilməsinin başlanğıcını qoydu. XIX əsrin II yarısında ingilislərin ardınca ABŞ,Fransa və Rusiyanın da buna qoşularaq Çinlə qeyri-bərabər hüquqlu müqavilələr bağlaması Çinin vəziyyətini daha da ağırlaşdırdı. 1856-1860-cı illərdə İngiltərə ilə Çin arasında sonradan Fransanın da qoşulduğu ikinci tiryək müharibəsi baş verdi. 1850-1864-cü illərdə Xuan Sütsüanın başçılığı ilə mancurlara,feodallara və müstəmləkəçilərə qarşı hərəkat da baş verdi.Bütün bunların nəticəsində Çinin vəziyyəti ağır olsa da,baş vermiş taypinlər hərəkatı feodal qaydalarına ağır zərbə vurdu, kapitalizmin inkişafına yol açdı.

Ayqun və Pekin müqavilələrinə əsasən Rusiya ilə Çinin Uzaq Şərqdə həmsərhəd torpaqları müəyyən edildikdən sonra çar Rusiyasının Çinə münasibətdə yeritdiyi siyasət əvvəlki kimi qalırdı, yəni bu siyasət Çinlə daha əlverişli iqtisadi əlaqələrə nail olmaq məqsədilə dinc əsaslar üzərində aparılırdı.Bu siyasət həmçinin Çində Rusiyanın mənafeyinə toxunan İngiltərənin və başqa dövlətlərin ekspansiyasına əks müqavimət göstərirdi.

Yaponiya isə XIX əsrdə yenə də feodal dövləti olaraq qalırdı. Ölkəni XVIII əsrin başlanğıcından Tokuqava nəsli idarə edirdi. XIX əsrin 50-60-cı illərində Yaponiya özünütəcrid siyasətindən əl çəkməyə məcbur oldu.Ölkədə 1868-ci ildə inqilab baş verdi.Nəticədə monarxiya əslində burjua-mülkədar monarxiyasına çevrildi.1868-ci il inqilabından sonra sənaye inkişaf etdi. Yaponiyanın səciyyəvi xüsusiyyəti ölkədə Qərbi Avropa və ABŞ-ın elmi-texniki nailiyyətlərindən istifadə etməklə sürətli sənaye çevrilişinin baş verməsi idi.

Rusiyanın Yaponiya ilə qarşılıqlı münasibətləri o qədər də yaxşı deyildi. Saxalin məsələsi haqqındakı Simod müqaviləsi Rusiya üçün əlverişli nəticə vermədi. Adaya “şərikli” sahib olmaq zəminində Saxalində ruslarla yaponların yaşayış məntəqələri arasında heç bir sərhəd qoyulmamışdı.Yaponlar da Krım müharibəsi ilə əlaqədar yaranmış vəziyyətdən istifadə edərək, adanın cənub hissəsini surətlə məskunlaşdırmağa başladılar və şimala yayılıb,ilk növbədə aynaların yaşadığı bütün rayonu tutdular.

Qeyd edək ki,mövzu üzrə bir sıra ədəbiyyatlardan istifadə etmişik. Bunlardan biri Нина Степановна Киняпина “Внешняя политика России первой половины XIX века” kitabıdır. Kitabda əsasən XIX əsrin I yarısında Rusiya-Çin münasibətləri öz əksini tapmışdır.Kitabda eyni zamanda 1851-ci ildə Kuldje ticarət müqaviləsi və onun maddələri geniş şərh edilmişdir.Bundan başqa Rusiya-Çin münasibətlərinə dair istifadə etdiyimiz ədəbiyyatlardan biri də “История СССР.С древнейших времен до наших дней. Т-5.” kitabı oldu.Burada isə əsasən Rusiyanın Priamorya və Amur hövzəsindəki torpaqlarla bağlı Çinə olan iddiaları,Rusiya-Çin münasibətlərinə Qərb dövlətlərinin müdaxiləsi öz əksini tapmışdır.

Rus-yapon münasibətlərinə dair istifadə etdiyimiz ədəbiyyat isə Э.Я.Фейнберг “Русско-Японских отношений в XVIII-XIX вв.” kitabı oldu. Kitabda Saxalin məsələsi,müxtəlif illərdə imzalanmış müqavilələr,Yaponiyanın daxili vəziyyəti geniş şəkildə təsvir olunmuşdur. Növbəti veriləcək fəsillərdə ədəbiyyatlarda mövzu ilə əlaqədar verilmiş bütün məsələlər geniş şəkildə şərh olunacaq.


I fəsil


Rusiyanın xarici siyasətinin əsas istiqamətləri

və Uzaq Şərq məsələsi

XIX əsrin 50-60-cı illərində Rusiya öz xarici siyasətini bir neçə istiqamətdə müəyyənləşdirmişdi.Belə ki, Çar Rusiyası Mərkəzi Asiyadakı satış bazarlarını özü üçün birinci dərəcəli hesab edərək oranın işğalına çalışırdı.Rusiya bu dövrdə Sakit Okean torpaqları üstündə ABŞ-la da mübarizə aparırdı.Çar hökuməti Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirməyə çalışır və bunun üçün balkan xalqlarından istifadə edirdi.Eyni zamanda Çar Rusiyası Uzaq Şərqdəki əlverişli dənizçilik boğazlarından da imtina etməki istəmirdi.

Qeyd edək ki,Rusiya hələ XVIII əsrdən Qazaxıstanın şimal-qərb hissəsini ələ keçirmişdi.XIX əsrin ortalarında onun yenidən bu regionun işğalına başlamasına Krım müharibəsi mane olmuşdu.Çar Rusiyası Mərkəzi Asiyanın işğalını 3 mərhələdə həyata keçirmişdi:



  1. 1864-1865-ci illər.Bu dövrdə Kokand xanlığının çox hissəsi ələ keçirildi.

  2. 1866-1873-cü illər.Bu dövrdə isə Buxara və Xivə xanlıqları tabe edildi.1865-ci ildə Daşkəndi işğal etdilər və 1867-ci ildə Türküstan general-qubernatorluğunu yaratdılar.

  3. 1869-1884-cü illər.1873-cü ildə Xivəni,1881-ci ildə Göytəpəni,Aşqabadı,1884-cü ildə Mərvi tutmaqla Türkmənistanın işğalını həyata keçirdilər.1895-ci ildə Pamirin ələ keçirilməsi ilə Rusiya Mərkəzi Asiya və Qazaxıstanın işğalını başa çatdırdı.

Avropada rus xarici siyasətinin başlıca vəzifəsi 1853-1856-ci illərdə baş vermiş Krım müharibəsinin nəticəsi olaraq imzalanmış Paris sülhünün ağır şərtlərini aradan qaldırmaqadan ibarət idi. Bu sülh nəinki Rusiyanı Qara dəniz boğazları məsələsinin əlverişli həllindən uzaqlaşdırmışdı, həm də Rusiyanın cənubunu-Qafqazı,Krımı,Ukraynanı böyük təhlükə altında qoymuşdu.İndi,Krım müvəffəqiyyətsizliyindən sonra bu məsələni hərbi yolla həll etmək olmazdı.Rusiyanın Balkan yarmadasında nüfuzunu yalnız diplomatiyanın gücü ilə bərpa etmək olardı.Balkan yarmadasında Rusiyanın mənafeyi İngiltərə və Avstriyanın mənafeyi ilə toqquşurdu.Çar hökuməti Yaxın Şərqdə öz iqtisadi və siyasi mövqelərini

möhkəmləndirmək məqsədilə türklərə qarşı mübarizədə balkan xalqlarını müdafiə etmək siyasəti yeridirdi.İngiltərə özünün Rusiyanın arzuları əleyhinə olan ənənəvi xəttini davam etdirirdi.Qərbdə Prussiya və Fransa ilə toqquşmalarda müvəffəqiyyətsizliyə uğramış Avstriya indi yalnız Şərqdə,yəni ekspansiya yolu ilə Balkanlarda irəliləməyə ümid bağlaya bilərdi.60-cı illərdə Rusiya Balkan işlərində əvvəlcə bəzi uğurlar əldə etdi.1861-ci ildə birləşdirilmiş Dunay knyazlıqlarında 1866-cı ildə Rusiyanın köməyi ilə tərkibinə Serbiya,Çernoqoriya,Yunanistan və Rumıniya daxil olan ittifaq yarandı.Bu ittifaq Balkan dövlətlərinin qüvvələrini Türkiyəyə qarşı birləşdirməyə yönəldilmişdi.Lakin sonradan rus diplomatiyasına müvəffəqiyyətsizlik üz verdi.Rumıniyada 1866-cı ilə qədər Rusiyanın tərəfdarı olan knyaz Kuza hökmranlıqdan salındı və ölkədə Avstriyanın təsiri gücləndi.Balkan dövlətlərinin ittifaqı dağıldı.1

Çin və Yaponiyanın açılması,Kaliforniya və Avstraliyanın məskunlaşdırılmasından sonra kapitalist imperiyalarının Asiya bazarları və Sakit Okeanda ağalıq uğrunda mübarizələri başlandı.ABŞ,İngiltərə,Fransa iri hərbi eskadraları silahlandırırdı ki, Sakit Okean hövzəsində əlverişli mövqeləri zəbt etsin.Çar Rusiyası yavaş-yavaş okeanın şimal-qərb hissələrindən sıxışdırıldı və artıq Uzaq Şərq vilayətlərini çətinliklə əldə saxlaya bilirdi.Onların müdafiəsi üçün quru qoşunlarının gücləndirilməsi və dəniz flotunun yaradılması vacib idi.Ancaq gəmi istehsalı Çar Rusiyasının yarımfeodal geriliyi,vəsait çatışmazlığı və bürokratik aparatın fəaliyyətsizliyindən yubanırdı.Uzaq Şərq bölgəsinin zəif mənimsənilməsi,donmayan limanların yoxluğu və Sakit Okeana əlverişli çıxışın olmaması Rusiyanın mövqeyinin möhkəmlənməsinə mane olurdu.2

Avropa Rusiyası Baltik və Qara dəniz vasitəsilə Atlantik Okeana çıxışdan məhrum idi.Boğazlar anti-rus siyasətində olan ölkələrə məxsus idi.Belə şəraitdə o Uzaq Şərqdən və əlverişli dənizçilik boğazlarından imtina edə bilməzdi.

Saxalinin strateji əhəmiyyətinin artması Rusiyanın adada hüququnun Yaponiya tərəfindən təcili tanınmasını tələb edirdi.1856-cı ilin aprelində rus hökuməti Saxalinin 1854-cü ilin yazından dayanmış mənimsənilməsinə yenidən başlamaq qərarına gəldi.Rus-amerikan kompaniyası Saxalinin mənimsənilməsində monopoliyadan məhrum oldu.

Ruslar təkcə Saxalindəki kömür mədənlərini aşkarlamadılar,həm də ilk dəfə ondan istifadə etdilər.1853-cü ilin oktyabrında və 1854-cü ilin iyununda “Vostok” gəmi heyəti Saxalinin qərb sahillərində və Due kəndi ətrafında yüksək keyfiyyətli kömür hasil etdilər.

1857-ci ilin iyulunda Putyatinin “Kamçadal” tenderi 15 nəfərlik heyətlə Saxalinə göndərildi.5 avqust 1859-cu ildə Şərqi Sibirin general-qubernatoru Muravyev Edo körfəzində oldu.8 avqustda yapon nümayəndələri Endo Tadzima-no-kami və Sakai Ukenooxe onun yanına gəldilər.10 avqustda rus nümayəndələri Yaponiyanın paytaxtına təntənəli səfər etdilər.I iclasda Muravyev bildirdi ki,imperator ona yaponlarla sərhəddin Laperuz boğazına keçirilməsi barədə sülh danışıqları aparmağı tapşırmışdır.Belə ki,Saxalin çoxdandır Rusiyaya məxsusdur və onun şərq bölgələrinin,xüsusilə Amur rayonunun müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edir.Onun layihəsində qeyd edilirdi ki,rus qanunlarının müdafiəsi altında yaponlar balıq ovu hüququnu da saxlayacaqlar.Ancaq nümayəndələr bu layihədən üz çevirdilər.İngilis diplomatı K.Elnon və fransız diplomatı Şen de Belkurun dəstəyi ilə yapon hökumətinin öz köhnə tələbləri olan sərhədləri 500 şm. enliyində yaratmaq istəyini yenidən bildirməsi ilə danışıqlar çıxılmaz vəziyyətə düşdü.3

Rus hökuməti Muravyevin uğursuz danışıqlarından məyus oldu,amma qərara aldı ki,bu məsələni sülh yolu ilə həll etsin.2 noyabr 1860-cı il Pekin müqaviləsindən sonrs Saxalinin strateji əhəmiyyəti artdı.Ada Primor vilayətinin tərkib hissəsi sayılmağa başlandı.Vilayətin hərbi qubernatoru P.V.Kazakeviç Due və Rusunada postları gücləndirmək və Amur flotunun və Sakit Okean eskadrasının ehtiyaclı olduğu kömür hasilatını artırmaq qərarına gəldi.Rus hakimiyyət dairələri Saxalini kömür sənayesi mərkəzinə çevirmək təklifində bulundular.1856-cı ildə adanın təbii sərvətlərini tədqiq etmək üçün Rus geoqrafik cəmiyyətinin Sibir ekspediyası bura gəldi.

1860-1861-ci illərdə rus hökuməti Rusiyanın maraqlarının qorunması üçün İ.F.Lixaçevin komandanlığı ilə Sakit Okean eskadronunu yaratdı.lixaçev Koreya boğazına xüsusi əhəmiyyət verirdi.Çünki buradan Çin,Yaponiyanın cənub limanları və digər Sakit Okean ölkələrinə birbaşa yol keçirdi.O Tsusimdə “hərbi dəniz stansiyası” yaratmağı təklif etmişdi ki,ingilislərin buranı zəbt etməsinə imkan verməsinlər.

Rus hakimiyyət dairələri hesab edirdilər ki,Rusiyanın mövqeyinin Saxalində güclənməsi və gələcəkdə Yaponiyanın daxili vəziyyətinin daha da pisləşməsi onu məcbur edəcək ki,Cənubi Saxalinə dair iddialarından əl çəksin.Amma yapon hakimiyyəti öz iddialarını davam etdirirdi.

Yapon hökuməti Rusiyanın Cənubi Saxalində rusların hasarlama tədbirlərindən narazılığını bildirdi.Xakodatın qubernatoru Nuraqaki-Avadzi-no-kami və yapon xarici işlər nazirliyinin nümayəndəsi rus konsulu E.N.Byusova bildirdi ki, rus hökuməti Cənubi Saxalində tikililəri ucaltmamalıdır.18 mart 1867-ci ildə iki hissədən ibarət olan müvəqqəti müqavilə imzalandı.I hissədə rusların təklifi bunlardan ibarət idi:


  1. Sərhəddi Laperuz boğazından təyin etmək.

  2. Saxalində yaponların balıq ovu edə bilməsinə icazə verilməsi.

  3. Ətrafındakı adacıqlarla birgə Urup adasını Yaponiyaya vermək.

  4. Razılığa gəlinməyən məsələlər barədə müvəqqəti qaydalar düzəltmək qərarına gəlindi.

Müqavilənin II hissəsində yaponların IV maddədən başqa qalanlarını rədd etməsi göstərilirdi.Ruslar və yaponlar sülh və dostluğu qorumalı,aralarındakı konfliktləri danışıqlar yolu ilə həll etməli idilər.Yerli sakinlər şəxsi və mülki sərbəstliyə malik idi.Müvəqqəti müqavilə imzalanmasından 6 ay gec olmadan qüvvəyə minirdi.4

1867-ci il anlaşması çarizmin Yaponiyaya əhəmiyyətli güzəşti idi.Amma o, Saxalin məsələsinin həllində əhəmyyətli idi.Yaponlar rusların Cənubi Saxalində məskunlaşmasına mane olmaqdan məhrum oldu.1867-ci ildə Rusiya xarici işlər nazirliyinin hesabatında bildirilirdi ki,danışıqlar uğursuz olub, amma faciəli olmayıb.Yaponiya hüquqi olaraq bu ərazinin Rusiyaya məxsuus olduğunu tanıdı.

II fəsil
Rusiya-Çin münasibətləri

Rusiya-Çin münasibətləri XIX əsrin I yarısında Rusiya-Amerika münasibətlərində olduğu kimi təsadüfi xarakter daşıyırdı və Rusiyanın Qərbi Avropa dövlətləri ilə münasibətləri yalnız qismən inkişaf etmişdi.

Çar hökuməti əmtəə-pul münasibətlərinin inkişafında əsas diq- qəti Yaxın və Uzaq Şərq ölkələri ilə xarici siyasət əlaqələrinin genişləndirilməsinə yönəltmişdi.İqtisadi cəhətdən Rusiyaya nisbətən geridə qalmış bu dövlətlər inkişafda olan Rusiya sənayesi üçün münasib satış bazarları təşkil edirdi.

XIX əsrin I yarısında Rusiya-Çin münasibətləri başlıca olaraq ticarər xarakteri daşıyırdı.Çinə ixrac olunan məhsullar əsasən xəzlər,pambıq və mahud parça,gön dəri idi. Çin tacirləri Rusiyada çay,ipək parça,daş-qaş satışlarının həyata keçirirdilər. Rusiya-Çin ticarəti mübadilə xarakteri daşıyırdı.

Rusiya-Çin münasibətləri XIX əsrin münasibətləri XIX əsrin 50-ci illərində gələcək inkişaf üçün yeni imkan əldə etdi.1851-ci ilin 25 iyulunda Kuldje rus və çin vəkilləri arasında yeni ticarət müqaviləsi imzalandı.Bu müqviləyə əsasən hər iki dövlətin tacirlərinin gömrüksüz ticarət etmək hüququ təsdiqləndi.III maddədə göstərilir:”Həmin ticarət iki dövlət arasında qarşılıqlı dostluq əlaqələri üçün açılıb.Buna görə hər iki dövlət heç bir gömrük götürmür.”5 Müqavilə rus gəmilərinin bir-birinin ardınca nizamla getməsini və rus tacirlərinin Çinə gəlib çatma müddətini müəyyən etdi.

Krım müharibəsindən sonra Rusiyanın Uzaq Şərqlə xarici siyasət fəaliyyəti nəzərə çarpacaq dərəcədə gücləndi.İngiltərə, ABŞ, Fransanın Çində yayılması Rusiya-Çin münasibətlərinə mənfi təsir göstərdi. Rusiyanın Çinlə Kyaxtu vasitəsilə etdiyi ticarət tənəzzülə uğradı.Belə ki, rus sənayeçiləri və tacirlərinin maraqları azaldı,bu ticarətdən çıxarılmış böyük mənfəətdən, əmlaklardan və gömrük gəlirlərindən məhrum oldu.Krım müharibəsi göstərdi ki, Rusiyanın Uzaq Şərq sərhədləri olan Alyaska, Kamçatka müdafiəsizdir.Rusiya Uzaq Şərqdəki torpaqları

müəyyən hədələrlə ələ keçirərək yaratmışdı.Bunların sərhəddi hələ dəqiq müəyyən olunmamışdı.

Rusiyanın Yaxın Şərqdə Qərbi Avropa ölkələri ilə münasibətləri ziddiyyətləşmişdi.Bu dövrdə Qərbi ölkələrinin ekspansiyası da güclənmişdi.Amerika Uzaq Şərqdə çar hökuməti üçün vacib olan Çinlə imzalanmış əvvəlki ticarət müqaviləsinə yenidən baxılması və Uzaq Şərqdə sərhədlərin Rusiya ilə Çin arasında bölünməsi haqqında razılıq əldə etdi.6

Qeyd etdiyimiz kimi,çarizmin Asiyadakı siyasəti daha da gücləndi.İlk növbədə çar hökuməti Priamoryadakı mövqeyini möhkəmləndirməyi vacib hesab edirdi.Məlum olduğu kimi, 1689-cu ildəki Nerçinski müqaviləsi ilə Rusiya əlacsız qalıb Priamoryadakı əhəmiyyətli əraziləri Çin imperiyasına güzəştə getməyə məcbur oldu.Qeyd edək ki,bu ərazilər heç vaxt Çinə aid olmayıb və əvvəllər burada rus əhalisi məskunlaşmışdır.Ud çayından cənuba doğru yerləşən dənizkənarı ərazilərdə sərhəd müəyyən olunmamış qaldı.

Baxmayaraq ki, Mərkəzi Priamorya formal olaraq Çinə verilmişdi, faktiki isə bu ərazilər Çin imperiyasının tərkibinə daxil deyildi.İqtisadiyyatdan kənar olan bu geniş ərazidə yaşayan azsaylı əhalinin Çinlə əlaqəsi yox idi və ona vergi vermirdilər.Həmin vaxt Baykal və Yakutiyada yaşayan rus əhalisi Priamorya sakinləri ilə ticarət əlaqələrini genişləndirmişdilər.7

Rusiyanın Sakit Okeanda mövqeyinin möhkəmləndirməsi ilə əlaqədar olaraq rus mülkədarları,tacirləri və hərbi-inzibati dairələri Amur çayı hövzəsindəki mübahisəli sərhədlər barədə razılığa gəlmək üçün hökumətə müraciət etdilər.Bu istiqamətdə xüsusi fəallıq göstərən Şərqi Sibirin general-qubernatoru Muravyev oldu. Çinin İngiltərə ilə 1840-1842-ci illərdə apardığı I tiryək müharibəsi onda böyük narahatlıq doğurdu.Daha sonra Fransa da Çinin qərbin kapitalist dövlətlərinin köməyi ilə əsarət altına almağı və Sakit Okeanın Çin sahillərində dəniz limanları açmağı qərarlaşdırdı.

Rusiya İngiltərə,Fransa və ABŞ gəmilərinin Amura daxil olmasına görə onları hədələməyə başladı.ABŞ-dan olan çoxsaylı sənayeçilər Oxot dənizində kit ovu ilə məşğul olmağa başladılar.Hələ 40-cı illərdən Muravyev Amur çayı hövzəsində bununla məşğul olmağı məsləhət görmüşdü.50-ci illərə qədər çar və daha nüfuzlu olan Peterburq əyanları buna meyl etdilər ki, Rusiya Sakit Okeandakı öz gücündən uzaqlaşmasın.

XIX əsrin 40-cı illərində çar hökuməti bu ölkələri yoxlamaq üçün Amur çayı hövzəsinə bir neçə ekspedisiya göndərdi.Xüsusən də 1849-cu ildə kapitan Nevelskinin rəhbərliyi altında təşkil olunan ekspedisiya uğurlu oldu.Bu ekspedisiya sübut etdi ki, Oxot və Yapon dənizlərini birləşdirən boğaz vasitəsilə ayrılır.Bu da ekspedisiyanı Çin və Yaponiyanın şimal dəniz sahillərinə yönəltməyə imkan verirdi.Bu ekspedisiyadan əldə olunan digər mühüm nailiyyət isə Amur çayının mənsəbində böyük okean gəmilərinin keçidi üçün müəyyən ehtimalların olmasının aşkarlanmasından ibarət idi.Nəticədə, 1850-ci ildə Nevelski Nikoloyevsk şəhərinin əsasını qoydu və orada rus bayrağını qaldırdı.Rus sakinlərinin məskunlaşması prosesi başladı.1853-cü ildə Saxalində rus hərbi mövqeyinin əsası qoyuldu.

Krim müharibəsi zamanı öz igidliyi ilə fərqlənən Muravyev Amurun aşağı hissəsinə artilleriya ilə təchiz olunmuş qoşunun və solsahil Amurun Rusiyaya verilməsinin təsdiqi üçün Çinlə danışıqlar aparacaq.Səlahiyyətli nümayəndənin göndərilməsi haqqında çarın icazəsinə nail oldu.

Çinin 1856-1860-cı illərdə İngiltərə və Fransa ilə apardığı ikinci tiryək müharibəsi və 1850-1864-cü illərdə Xuan Sütsuanın rəhbərliyi altında baş qaldıran taypinlər hərəkatı onun vəziyyətini xeyli mürəkkəbləşdirdi.İngilis-fransız hərbi qüvvələrinin şimal-şərqi Çinə hücumları dayandı.Yaranmış belə bir vəziyyətdə çin hökuməti əlverişli razılaşmaya əsasən Nerçinski müqaviləsi ilə zorla alınmış torpaqların bir hissəsini Rusiyaya qaytardı.1828-ci iln 28 mayında Amur çayının sol sahilinin (Arqundan Amura qədər olan hissə) ya məxsus hesab olundu.Ussuriya ilə dəniz arasındakı torpaqlar isə ölkələr arasında sərhədlər dəqiq müəyyə olunana qədər açıq qaldı.Amur,Ussuriya və Sunquridə gəmi səfərləri üçün icazə yalnız rus və çin gəmilərinə verildi.

1858-ci iln iyununda Çin limanlarında ticarətdə yeni nizam-intizam müəyyən etmək üçün Tyanzində yeni ticarət müqaviləsi imzalandı.Müqaviləyə Rusiya Çinlə ticarəti təkcə quru yolla deyil, dəniz də edə bilərdi.Rus gəmiləri Çinin yalnız Qərbi Avropa ölkələri və ABŞ üçün açıq olan Şanxay,Fucjou,Quançjou limanlarına yol aldı.8

1860-cı ilin Çin noyabrında Aqyun və Tyanzin müqavilələrini təsdiq edən və Rusiyanın Ussuriya kənarlarında möhkəmləndirən Rusiya ilə Çin arasında həmişəlik sərhəd xəttini müəyyən etdi.Bu sərhəddə həmçinin Rusiya tacirləri üçün yeni ticarət məntəqələrinin açılması və Priamorya və Cənubi Ussuriyanın sərhədboyu ərazilərində gömrüksüz ticarət edilməsi üçün razılğın əldə edilməsi göstərilirdi.1959-cu ildə Priamorya rus kəndlilərinin köçürülməsi gücləndirildi.1860-cı ildə isə buzlardan azad olunmuş limanı olan və rus donanması üçün dayanacaq rolunu oynaya bilən Vladivostok şəhərinin əsası qoyuldu.Hələ Uzaq Şərqdə Amur çayı hövzəsində kifayət qədər qoşun və donanması olmayan Rusiya bir müddət Çin imperiyası ilə münaqişələrdən qaçmağa çalışmış və mübahisəli məsələləri danışıqlar vasitəsilə həll etməyə səy göstərmışdi.Güclü rus donanmasının Sakit Okeanda peyda olması və Amur hövzəsində filotiliyanın (gəmi dəstəsi) yaradılması ilə münasibətlərin gücü də dəyişdi.

III fəsil


Rusiya-Yaponiya münasibətləri

İngiltərə, Fransa və ABŞ-ın Çin və Yaponiyaya hökmranlıq uğrunda mübarizəsi,onların Kuril adalarında, Saxalində və Amur hövzəsində möhkəmlənmək cəhdləri, Rusiyanın Uzaq Şərqdə və Sakit Okeanda ticarət gəmiləri üçün təhlükə yaradırdı.

Rusiya hökuməti Rusiyanın Sakit Okeanda mövqeyinin güclənməsi, o cümlədən Çin və Yaponiyada portlarının açılması üçün tədbirlər görməyi qərara aldı.1852-ci ilin 24 aprelində Rusiyanın Uzaq Şərqdə siyasi maraqlarını müzakirə edən xüsusi komitə yaradıldı.Onun tərkibinə Baş dəniz qərargahının rəisi Menşikov, maliyyə naziri Brok, hərbi nazir Çernışev, Asiya departamentinin direktoru Senyavin daxil idi.1852-ci il aprelin sonunda Xarici işlər naziri “Yapon işi üzrə məktub”u xüsusi komitəyə təqdim etdi.Məktubda Amerikanın Yaponiya ilə ticarət qurmaq cəhdləri, Amerika gəmilərinin Yaponiya sahillərində çoxalması göstərilirdi.

7 mayda komitə məktubu müzakirə edərək Çin və Yaponiyaya Putyatinin rəhbərliyi altında ekspedisiya yollamağım qərara aldı.Ona Rusiya ticarət gəmilərinin açıq limanlara girməsi üçün Çin hökumətindən icazə almaq və Yaponiya ilə ticarət müqaviləsinin imzalanması üçün danışıqlar aparmaq həvalə olunmuşdu.13 avqust 1852-ci ildə Menşikov Putyatinə təlimat verdi.Putyatinə Şərqi Asiya və Şəmali Amerikanın qərbi rus torpaqlarında baş verənlər haqqında məlumat toplamaq həvalə olunmuşdu.

23 avqust 1852-ci ildə I Nikolayın yapon imperatoruna göndərdiyi qramotoda Putyatinin səfirliyinin dostluq xarakterini göstərmiş və rus vətəndaşlarının yapon limanlarına daxil olmasına icazə verilməsini xahiş etmişdi.Ekspedisiya zamanı Putyatinin bir neçə xarici ölkələrə baş çəkəcəyi də göstərilmişdi.Ona görə xarici işlər nazirlyi həmin ölkələrin hökumətinə ekspedisyanın məqsədi barədə məlumat vermişdi.

7 oktyabr 1852-ci ildə Putyatin Kronştadı tərk etdi.31 oktyabrda o, Portsmuta gəldi. Portsmutdan çıxaraq 10 mart 1853-cü ildə Xeyirxah Ümid burnuna gəlir və burada öyrənir ki, Perri Avakado 15 gəmidən ibarət ekspedisiya yaradır. Amerika hökuməti Perriyə yapon portlarının açılması uğrunda Rusiyanı və digər Avropa hökumətlərini qabaqlamaq üçün böyük səlahiyyət vermişdi. 8 aprel 1853-cü ildə Putyatin bu haqda Senyavinə məlumat verir və bildirir ki, amerikanlar kiçik bir müqavimət müqabilində silah işlətməyə hazırdırlar.

27 dekabr 1852-ci ildə Peterburqda Amerika səfiri Braun Dövlət Departamentinin tapşırığı ilə Xarici işlər nazirliyinə rus freqatının Sakit Okeana qeyri-məlum məqsədlə gəlməsi barədə təəccüblüyünü bildirdi. 10 yanvar 1853-cü ildə Nessrod Brauna cavab verdi və bildirdi ki, rus hökuməti öz torpaqlarını qorumaq üçün bu tədbirə əl atıb və bu gizli şəkildə edilməyib.

12 aprel 1853-cü ildə rus səfiri Xeyirxah Ümid burnunu tərk edərək Sinqapura, oradan Honqkonqa gəlir. Kantonda Putyatin öyrənir ki, Perri Şanxaya, oradan da Yaponiyaya yollanıb.9

2 dekabr 1852-ci ildə Perri dəniz nazirinə məktubunda bildirir ki, o Tayvan, Kyunyu və Bonın adalarını tutmaq istəyir və bu adalardan Rusiya və İngiltərəyə qarşı forpost kimi istifadə etmək və Çin və Yaponiyaya qarşı təzyiq kimi istifadə etmək olar.3 fevral 1853-cü ildə Dövlət katibi Evereyt bildirdi ki, prezident Filmor bunun planını bəyənir.

Sakit Okeanda Perrin amerikan ekspansiyasının carçısı olmasını qəti qəbul edən amerikan tarixçiləri sübut etməyə çalışırdılar ki, ABŞ-ın aparıcı dairələrində Perrinin fəaliyyəti özünə dayaq tapmadı.

Rus səfiri Putyatinin nəzərində tutduğu taktika 1853-cü ildə Asiya departamentinin direktoru Senyavinə ünvanladığı məktubda aydın görünür. Rusiya və ABŞ Yaponiya ilə ticarət əlaqələrini açmaqda eyni niyyətlərə malikdirlər, baxmayaraq ki, biz bunda sülhyönümülü vasitələrə üstünlük veririk.Amerikanlar isə şübhəsiz ki, hərbi vasitələrə əl atacaq.

1853-cü il 26 iyunda Putyatin Honqkonqdan Bonin arxipelağına getdi. 25 iyulda Pıl adasının Lloyd limanında bütün rus eskadrası toplandı. Beli adasını və Bonin adalarının bir çoxunu nəzərdən keçirən eskadra 4 avqustda Lloyd limanını tərk etdi və 9 avqustda Naqasakiyə hücuma hazırlaşdı.

Putyatinin yazdığı kimi bu əzəmətli an idi:” Nəhayət ki, biz onaylıq gəmi səfərinin nəticəsində bir çox münasibətlərdə anlaşılmaz və tədqiq edilməmiş Yaponiyaya çatdıq.” 10 avqustda rus eskadrası Naqasaki limanına daxil oldu.

Bu dövrdə İngiltərə də Yaponiyada öz mövqeyini möhkəmləndirməyə çalışırdı. İngiltərə hökuməti 1842-ci il Nankin müqaviləsinə yenidən baxılması ilə məşğul olmasına baxmayaraq uzun müddət idi ki, ilk növbədə Perrinin artmaqda olan qələbəsindən istifadə edərək Yapon sahillərində öz limanlarını açmağa çalışırdı. Britaniya hökuməti bu ölkədə ABŞ-ın hakim nüfuzunun bərpa olunmasına rus gəmilərinin yapon limanlarına gəlməsinə yol verməmək üçün Yaponiya ilə sülh müqaviləsi imzalamağa tələsirdi. 1854-cü ilin 2 oktyabrında Çin sularında ingilis eskadrasına komandanlıq edən Ceyms Stirling Naqasakidə ingilis-yapon müqaviləsini imzaladı. O, Saxalinə münasibətdə Rusiyanın “təcavüzkar planı” barədə məlumat verdi. Hətta xəbərdarlıq etdi ki, əgər ruslar yapon sularında görünərlərsə,ingilis eskadrası rus gəmiləri ilə döyüşə girəcək. Eyni zamanda beynəlxalq hüquq da ingilis və fransız gəmilərinə Yaponiyanın neytral su ərazilərində müharibə vaxtı rus gəmilərinə hücum üçün imkan verirdi. Müttəfiqlər yapon limanlarından 1854-cü ilin avqustunda Petrapavlovskda desantların dəyişdirilməsi üçün baz kimi, 1855-ci ilin iyununda şəhərlərin bombardman edilməsində və 1855-ci ilin sentyabrında Urunedə rus-amerikan birləşmələrinin faktoriyalarının məhv edilməsində istifadə etdilər.

Krım müharibəsi Rusiyaya kömək etdi ki, yaranmış bu əlverişli şəraitdən dərhal Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün istifadə etsin. Amma çar hökuməti Rusiyanın beynəlxalq vəziyyətinin mürəkkəb olmasını nəzərə alaraq belə hesab edirdi ki, Putyatinin səfirliyi ümid verir ki, rus-yapon münasibətləri yaxşı başlayacaq.10

1855-ci ilin 26 yanvarında imzalanmış Simod traktatına əsasən Rusiya üçün açılmış limanlarda ruslar məhdud miqdarda və yapon məmurlarının vasitəçiliyi ilə müxtəlif məhsullar alırdılar. Bütün bunlar vacib problemlərin həllinə-Rusiyanın Uzaq Şərq bölgələrinin və Sakit Okean mülklərinin ərzaqla təminatına imkan vermirdi.Buna görə də Rusiya Yaponiya ilə ticarət müqaviləsini bağlamaqda maraqlı idi.Lakin uzun müddət idi ki, çar hakimiyyətinin başı Krım müharibəsinə və Çinlə danışıqlara qarışmışdı.

İngiltərənin 1842-ci il Nankin sazişinə yenidən baxmaq cəhdinin uğursuzluğu ilə 1856-cı ilin oktyabrında Fransanın dəstəyi ilə Çinə qarşı hərbi əməliyyat başladı. Çarizm qorxurdu ki, Çində ingilis ağalığı Rusiyanın buradakı satış bazarlarını itirməsi ilə nəticələnər və Rusiyanın Uzaq Şərq regionlarını daimi təhlükədə saxlayar.Ona görə də 1857-ci ilin yanvarında Putyatin Çinə göndərildi ki, Amurun sol sahilində Rusiyanın hüquqlarının rəsmi möhkəmləndirilməsinə nail olsun. Apreldə o, Kyaxtada, sonra Şanxayda oldu.O, burada İngiltərə və Fransanın Çinlə danışıqlarında vasitəçi olmaq istəyirdi ki, Çin hökumətinin çox ağır tələbləri qəbul etməsinə imkan verməsin.Hələ ki bu missiyanın yerinə yetirilməsi üçün əlverişli şərait yox idi.Putyatin qərara gəldi ki, Yaponiyaya getsin. 1857-ci ilin 10 sentyabrında o, Naqasakidə “Amerika paraxodu“nda oldu.12 oktyabrda Putyatin yapon müvəkkilləri Midzuno Tikuqo-no-kami, İvase İqano-n-kami, Arao İvami-no-kami ilə “əlavə traktat” imzaladı. 28 maddədən ibarət bu traktat açıq portlarda Rusiyanın ticarət hüququnu özündə əks etdirirdi:

1)Yapon hökuməti Simodla birgə digər portları da açsın.

2)Ticarətin həcmi məhdudlaşdırılmasın.

3)Rus və yapon tacirlərinin ticarət əlaqələrinə maneçilik törədilməsin.

4)35%-lik gömrük rüsumu saxlanılsın. Məhsulun qiyməti rus və ya xarici valyutalarla gömrük vasitəsi ilə ödənilməli idi.

5)Ruslar hər hansı ölkə ilə müharibə zamanı yapon portlarının neytrallığını pozmamalı idi.Rus ailələri daimi və müvəqqəti yaşayış üçün Yaponiyaya danışa bilərdi.

1857-ci il traktatı Simod müqaviləsinə əlavə hesab olunurdu. O, rusların açıq limanlarında ticarət hüququnun artmasında əhəmiyyətli oldu,amma yapon məmurlarının ticarət müqaviləsində vasitəçiliyi saxlanıldı, ixrac və idxalın əsas predmetlərində yüksək gömrük tarifi qaldı.Bir çox məhsullarda hakimiyyətin monopoliyası saxlanıldı.

Rusiya mart 1858-ci ilin Rusiyanın Xarici İşlər naziri A.M.Qorçakov öz məktubunda bildirirdi ki, əlavə traktat ratifikasiya olunmuşdu.Qorçakov əminliklə bildirirdi ki, bu Rusiya və Yaponiya arasında dostluğun daha da möhkəmlənməsinə kömək edəcək.

Rusiyanın hakimiyyət dairələri belə hesab edirdi ki, rus-yapon ticarəti Priamorya ətrafının iqtisadi inkişafına təsir edəcək.11
Simod traktatının ratifikasiya edilmiş sənədlərinin dəyişdirilməsindən sonra çar hakimiyyəti Putyatinin məsləhəti ilə Xakodatda konsulluqda xidmət üçün məmurlar seçməyə başladı. 1858-ci iln yanvarında İ.A.Qoşkeviç konsul təyin edildi.O. çin və yapon dillərini bilirdi, Putyatinlə birgə Yaponiyada olduğu vaxtda inzibati idarəetmə, siyasi sistem, qanunlar və adətlərlə tanış olmuşdu.Konsulluğun I tərkibinə dəniz zabiti P.N.Nazimov, baş həkim V.D.Ovander daxil idi.

8 fevral 1858-ci ildə xarici işlər nazirliyi Qoşkeviçə Simod traktatının əhəmiyyəti göstərilmiş təlimat verdi:” Yaponiya ilə 1855-ci ildə traktatın bağlanması ilə Rusiya yarım əsrlik güclənmədən sonra əsas məqsədlərinə çatdı.Onun siyasi və ticari fəaliyyətində yeni sahələr açıldı.

Çar hökuməti Xakodatı Yaponiyadakı nümayəndəliyi üçün seçdi ki, bu liman Rusiyanın Uzaq Şərq mülklərinə yaxın olsun və bu konsul rus və yaponların qarşılıqlı əlaqələrini asanlaşdırsın. Xakodatda xarici tacirlərin rəqabəti o qədər də qorxulu həddə deyildi.

Xakodatda xaricilərin təqibi çox az hiss olunurdu.Görünür, rus yapon ticarətinin cüzi inkişafında çar hökuməti bütün açıq portlarda öz nümayəndəliyini açmaq üçün vəsait xərcləməyi səmərəsiz hesab edirdi.Buna görə də Xakodat bütün Yaponiyada Rusiyanın maraqlarını qorumaq hüququ qazanmışdı.12

Putyatin 1858-ci ilin 29 iyununda Çjiliy körfəzinə yollandı, Naqasakidə “ Askold” freqatında (hərbi gəmi) oldu.O burada öyrəndi ki, ABŞ-ın general-konsulu Taunsent Qarvis və holland nümayəndəsi Donker-Kursius ticarət analaşması üçün danışıqlar aparırlar.

Yaponiyada olduğu zaman 1856-cı ilin avqustunda Qarvis amerikanlara verilmiş imtiyazların artirilmasına nail oldu.5 iyun 1857-ci ildə o Simodda açıq portlarda amerikanların daimi yaşayış və eksterritoriallıq hüququnu əks etdirən konvensiya imzaladı.Konvensiya dolların yapon pullarına dəyişdirilməsi üçün tərtib etdi.Amma Qarvis yapon hökumətinin bu güzəştlərindən də razı qalmadı.

Sıxışdırma və şantaj yolu ilə ABŞ öz tələblərinin qəbuluna nail oldu. 17 iyul 1858-ci ildə Edoda amerika-yapon ticari anlaşması imzalandı.Bunun müqabilində 1859-1963-cü illər ərzində amerikanlar yeni məntəqələr-Kanaqava, Niiqata, Xyeqo, Naqasaki, Edo və Osaka- açdılar, ABŞ vətəndaşları yapon məmurlarının vasitəçiliyi olmadan məhdudiyyətsiz ticarət edə bilərdi.

1858-ci il amerikan yapon müqaviləsi Yaponiyanın gömrük muxtariyyətindən məhrum etdi və onun hakimiyyətlilik hüququnu əhəmiyyətli şəkildə məhdudlaşdırdı. O, qeyri-bərabər hüquqlu xarakteri daşıyırdı və Yaponiyanı əsarət alına müqavilələr sırasından oldu. Bu ABŞ və digər qərb ölkələrinin Sakit okeanda ziddiyyətlərinə səbəb oldu.

Çar Rusiyası Yaponiya ilə qeyri-bərabər hüquqlu müqavilə bağladı. 18 iyul 1858-ci ildə Putyatin Kanaqavada oldu. Həmin gün bura Yaponiya nümayəndələri Naqai-Qemba-no-kami, Xori Oribe-nosye və Suda Xansabura gəldi. Onlar Putyatinin yanına gəldilər və amerikan yapon traktatının nüsxəsini ona təqdim etdilər. 7 avqust 1858-ci ildə Edoda Rus-Yapon ticarət və gəmiçilik müqaviləsi bağlandı.

Edo müqaviləsində Simod traktatının maddələri qüvvədə qaldı, izahedici maddələr və 1857-ci il əlavə traktatı ləğv edilirdi.Rus imperatoru syaquna diplomatik nümayəndə göndərmək hüququnda idi və paytaxtda daimi yaşaya biləcək nümayəndə maneəsiz Yaponiyanın digər məntəqələrinə də gedə bilərdi. Xakodat və Naqasakidən başqa yeni rus məntəqələri: 19 iyun 1859-cu ildə-Kanaqava, 20 dekabr 1859-cu ildə Xyonsunun qərb sahilində daha bir əlverişli port və 20 dekabr 1862-ci ildə-Xyoqo. Rus hakimiyyəti bütün portlarda konsullara sahib ola bilərdi. Ruslar Yaponiyanın bütün açıq portlarında ailələri ilə birgə öz qanunları, adətləri, azad və açıq dini inancları ilə yaşaya bilərdilər. Ruslar və yaponlar arasında ticarət azad şəkildə aparılmalı idi. Ruslara, yaponlara və xaricilərə silah satmaq hüququ verildi. Düyü və taxılın ixracına bir şərtlə icazə verilirdi ki, rus gəmilərinin şəxsi heyətinin və buradan rus təəbələrinin şəxsi tələbatını ödəyəcək miqdarda olsun. Ticarər razılaşmalarında yapon və xarici valyutalarından istifadə oluna bilərdi. Yapon mednosundan başqa digər pul vasitələrinin ixracına-aparılmasına icazə verilirdi. Rus və yaponlar arasındakı münaqişələr yapon əyalətlərində yerləşən rus konsulluğunda həll edilməli, günahkar öz ölkəsinin qanunları ilə cəzalandırılmalı idi. Rus nümayəndəliyi olan portlarda hakimiyyət özü günahkarı tutub onu yaxınlıqdakı konsulluğa təhvil verə bilərdi. Rusiyadakı yaponlar digər xaricilərdəki hüquqlara sahib idi.

Traktatdan irəli gələn gömrük tarifi 4 hissəyə bölünmüşdü. I bölməyə şəxsi tələbatları ödəmək üçün daşınan məhsullar aid idi və onlar vergidən azad idi. II bölməyə 5%-li gömrük rüsumlu məhsullar aid idi (gəmilərin təmiri və tikintisi üçün materiallar, ev tikilməsi üçün ağac, buxar maşınları,düyü və s. III bölməyə 35%-li gömrük rüsumlu məhsullar, IV bölməyə qalan bütün məhsullar aid idi ki, bunlar üçün də 25% gömrük rüsumu nəzərdə tutulmuşdu. Qızıl və gümüş pullardan başqa ixrac üçün nəzərdə tutulmuş yapon məhsullarına 5%-lik rüsum müəyyənləşdirildi.

1855 və 1857-ci illərdəki müqavilələr Yaponiyanın açıq portlarında rus-yapon ticarətinin əhəmiyyətli dərəcədə artmasını təmin etdi. Rusların eksterritoriallıq və digər imtiyazları xeyli genişləndi. O Yaponiyanın digər qərb ölkələri ilə bağladığı müqavilələr kimi ədalətsiz idi. Amma Rusiya fərqli olaraq neytrallıq edir və ölkənin daxili işlərinə qarışmırdı.

Qarrisdən fərqli olaraq rus nümayəndəsi Putyatin syaqun hökumətinə təzyiq göstərmirdi və o, məsələnin həllində maraqlı idi. Yapon mümayəndələri onu taktiki, ağıllı və sülhsevər kimi qeyd edir, əlavə edirdilər ki, o 1858-ci 31 iyulda burada olmuş lovğa B.Britaniyanın səfiri lord Ceyms Eldjindən kəskin fərqlənirdi. Syaqun İesadanın varisi İemotinin rəsmi qəbulundan sonra 8 avqustda Putyatin Edonu tərk etdi.

Yaponiya bazarları uğrunda mübarizədə çar Rusiyası qərb ölkələri kimi imtiyazlar əldə etdi. Ancaq ilk öncə Rusiyanın iqtisadi geriliyindən dolayı rus tacirləri bu imtiyazlardan demək olar ki,istifadə etmədi. Onun manufakturaları kifayət qədər keyfiyyətsiz məhsulları xarici bazarlara çıxarmaq iqtidarında deyildi. Rusiyadan məhsulların Yaponiyaya transportu üçün Sakit okeanda flotlar və Sibirdən keçən əlverişli yollar tələb olunurdu. Rusiyanın Uzaq Şərq bölgələrinin və Sakit okean mülklərinin zəif məskunlaşdırılması üçün onun resurslarından istifadəyə maneçilik törədirdi. Sibir məhsulları-meşə və xəz məhsulları- yapon bazarında yaxşı satış imkanı tapmadı. Rus tacirləri yapon bazarlarına yaxşı öyrənmiş xarici firmalarla qeyri-bərabər rəqabətdə öz kapitallarını təhlükəyə atmaq istəmirdilər.13

1862-ci ilin iyun-oktyabr aylarında tərkibi Taenouti Simoçsuke-no-kami, Masudayra İvami-no-kami və Kyoqoku Noto-no-kamidənibarət yapon missiyası London, Paris, Haaqa və Berlinə gıldi. İngilis, fransız,holland və Prussiya hökuməti Niiqata, Xyoro,Osaka və Edonun açılmasının 5 illiyə təxirə salınnmasına icazə verdi.

28 iyul 1862-ci ildə missiya Peterburqda oldu. 2 avqustda missiyanı qəbul edən II Aleksandr qeyd etdi ki, Rusiya Yaponiya ilə dostluq münasibətlərin saxlanmasını istəyir və bütün mübahisəli məsələlərin razılaşdırılmasına ümid edir. 4 avqustda yapon missiyasının rus nümayəndəsi qraf A.P.İqnatevlə I görüşü oldu. İqnatev imperatorun Rusiya və Yaponiyanın qonşu kimi maraqları vardır dediyi bəyanatı xatırlatdı. O, qeyd etdi ki, rus hakimiyyəti Yaponiyanın daxili və xarici vəziyyətinin çətinliyini öyrənərək ona güzəştlər etdi, Edoda daimi missiya təyin etmədi və portların açılmasının təxirə salınmasına görə kompensasiya tələb etmədi.Takenouti Yaponiyaya xoşniyyətli münasibətinə görə Rusiyaya minnətdarlıq bildirdi.

Son iclaslarda (9;10;14;17 avqustda) Saxalin məsələsi müzakirə edildi. İqnatev sərhəddi Laperuz boğazının təbii sahilləri ilə müəyyən etməklə konfliktdən qaçmağı təklif etdi. Takenouti Yaponiyanın Cənubi Saxalində tarixi hüquqlarını arqument kimi gətirərək sərhədləri 500 şm. paralelində təyin etməyi tələb etdi. O, qeyd etdi ki, Karafuto adı yapon mənşəlidir və 500 şm. enliyinin cənubunda Yaponiyanın maddi dəstəyinə və müdafiəsinə ehtiyacı olan yapon təəbələr - aynlar yaşayırlar. İqnatev bu tezisin əleyhinə qeyd etdi ki, yaponlar aynları öz qulları sayır və onları acından ölümə məhkum edir, həmçinin onları əcnəbilərin şuluqluqlarından qoruya bilmir. Bundan başqa İqnatev missiyadan son vaxtlar məmur və əsgərlərin Cənubi Saxalinə - burda yaponlar yalnız balıq ovu hüququna malik idilər- göndərilməsinin izahını tələb etdi və dedi ki, yapon hökuməti əcnəbilərin təsiri altına düşüb.

20 avqust icalsında bu danışıqların bəyanatı olan yekun protokolun müzakirəsi keçirildi. İqnatev bəyan etdi ki, rus hökuməti Saxalin məsələsi ilə bağlı əlverişli olmayan şərtlərdən imtina hüququna malikdir. Amma missiya üzvləri xahiş etdilər ki, onlar danışıqların uğursuzluğunda şəxsi məsuliyyət daşıyırlar.O, protokolu Primorski vilayətinin hərbi qubernatoruna son qərar üçün yenidən baxılmağa yolladı. Bundan başqa Rusiya Xyoqo, Osaka, Edo və Niiqatanın açılmasının 5 illiyə təxirə salınması ilə razılaşdı. 31 avqustda yekun protokolu Qorçakov və yapon missiyasının üzvləri imzaladılar.

İqtisadi vasitələrin və ərazidəki yapon məmurlarının maneçiliyinə baxmayaraq 1862-1867-ci illər ərzində Saxalində Rusiyanın mövqeyi əhəmiyyətli dərəcədə möhkəmləndi. Onlar adanı tədqiq etdilər, zəngin mineral resursları kəşf etdilər, daş kömür sənayesinin və kənd təsərrüfatının əsasını qoydular, gələcək şəhərlərin əsası olan növbətçi düşərgələr, postlar yaratdılar, körpülər tikdilər, yol saldılar, həmçinin yerli əhaliyə mədəniyyət öyrətdilər, onları yapon tacir və məmurlarının zülmündən qurtardılar. Ruslar yaponlara və aynlara qış evi tikməyi, tərəvəz becərməyi öyrətdilər.

Ayrı konfliktlər rus və yaponlar arasında mehriban qonşuluq siyasətini əngəlləmədi. Amma onların vilayətləri arasındakı sərhəddə görə Saxalinin mənimsənilməsi dayanmışdı. ABŞ, İngiltərə, Fransa adada möhkəmlənmək üçün Yaponiyanın vətəndaş müharibəsi və burjua inqilabı dövründə zəifliyindən istifadə edərək cəhdlərini artırırdı.14

Rusiya qərb ölkələrinin Yaponiyanın daxili işlərinə müdaxilə edəcək hər hansı bir addımdan ibarət aksiyada iştirak etmədi. Rus siyasətinin neytrallığını sübut edəcək çoxlu faktlar var.

20 avqustda 1863-cü ildə F.Hibold İngiltərə və Fransanın bu ölkədə konfliktini həll etmək üçün general-qubernator Konstantindən Yaponiyaya fövqəladə səfirlik göndərməyi xahiş etdi. Hibold qeyd edirdi ki, qərb imperiyaları Yaponiya ilə müharibənin nəticəsində Ryukuyu və Sisumu zəbt edib və Çin və Yapon dənizində hökmdarlıq edir: bu Rusiyanın Uzaq Şərq vilayətlərini və Sakit Okeandakı maraqlarını təzyiq altında saxlayır.

24 sentyabr 1864-cü ildə Sakit Okean eskadrasının kontr-admiralı Endoqurov dənizçilərə tapşırdı ki, yaponlıarla dostluq əlaqələrini möhkəmlətsinlər. O, dəniz naziri N.K.Krabbeyə məlumat verdi ki, “Yaponlarla istənilən toqquşmadan qaçmaq lazımdır.” 13 oktyabr raportunda Endoqurov yazırdı ki, ingilis eskadrası “Naqasakidə öz evləri kimi sahiblik edir.” 24 sentyabrda Krabbeyə məktubunda Qorçakov qeyd edirdi ki, Xakodatda 8 illik mövcudluq ərzində konsulluq Yapon hakimiyyətini və yerli vilayətləri razı salmışdır. Kanaqava, İyokoqama və Edodakı terror aktları əcnəbilərlə bağlıdır. Endoqurovun Simonosekin bombardman edilməsində iştirakdan imtinası əcnəbi imperiyaların səfirlərini razı salmamışdı.

28 apreldə Qərb ölkələrinin səfirləri Buxqolsa yaponlara qarşı digər bir əməliyyatda iştirak etməyi təklif etdi. Buxqols Enduqurovdan xahiş etdi ki, bu hadisə barədə dəniz nazirinə xəbər versin.

1865-ci ildə rus hakimiyyəti yapon sularında kokodant konsulluğunun ehtiyacı üçün yalnız 1 gəmi “Varyaq” korvetini saxlayır. 11 dekabr 1867-ci ildə Byusov və yapon nümayəndəsi Edzure Kaqa-no-kami Edoda ticarət və naviqasiya sazişi bağladılar. Gömrük tarifinin ləğv edilməsi ilə bir vaxtda demək olar ki, Rusiya ilə Yaponiya arasında bütün ticarət əngəlləri ləğv edildi.

Yapon təbəələri açıq portlarda bütün məhsulları hərbi məhsullar istisna olmaqla almaq hüququ qazandılar. Yapon tacirləri, knyazları və onların qulluğundakılar rus məmurlarının müdaxiləsi olmadan, nəinki Yaponiyanın açıq portlarında hətta sərhəddi keçmək üçün pasport aldıqdan sonra Rusiyada da ticarət etmək hüququ qazandılar. Rus və yapon ticarət anlaşmalarından irəli gələn vergilər onların öz aralarında olduğu kimi müəyyən edilirdi. Rusiyaya oxumaq və ticarət etmək üçün getmək Rusiya qanunları ilə müəyyən edilirdi. Yeni sazişdən irəli gələn tarifdə bütün məhsullar 4 kateqoriyaya bölünürdü:



  1. Dəyərlərinə görə

  2. Rüsumdan azad edilmişlər

  3. İdxalı qadağan edilənlər (tiryək) və ixracı qadağan edilənlər (düyü, un, taxıl)

  4. 5 faizlik gömrük rüsumu ilə dəyərləndirilənlər.

1867-ci il razılaşmasının Rusiya üçün əlverişli olmasına baxmayaraq mövcud faktorlar Rus-Yapon ticarətinin inkişafına mane olurdu. Geridə qalmış rus sənayesi Yaponiyanı ucuz fabrik malları ilə təmin edəcək vəziyyətdə deyildi. Üstəlik Sibirin yolsuzluğu məhsulların qiymətini artırırdı.Həmçinin Rusiyanın Uzaq Şərq bölgələrinin zəif məskunlaşması yapon bazarlarını satış malları ilə təmin edə bilmirdi. Tacirlər Yaponiyanın zəif iqtisadi inkişafı və daxili müharibəsi ilə əlaqədar öz vəsaitlərini təhlükəyə atmaqdan qorxurdular. 1869-cu ildə xaricilərin məskunlaşdığı Xakodat, Kove və Naqasakidə ruslar 5 yer, İyokoqamada isə 6 yer tutmuşdular.

Nəticə

Beləliklə, çar Rusiyasının XIX əsrin 50-60-cı illərində Uzaq Şərqdə apardığı xarici siyasət nəticəsində hərbi gücü kəskin surətdə artdı və Rusiya 90-cı illərə qədər davam edən Sibir dəmir yolunun inşasına başladı.



Rusiyanın XIX əsrdə Çinə olan münasibətindəki siyasəti Qərbi Avropa ölkələri və ABŞ-a olan siyasətindən əhəmiyyətli dərəcədə fərqlənirdi. Rusiya qeyri-bərabər hüquqlu müqavilələr bağlayaraq Çin yolunu əsarət altına almağa cəhd göstərməyə çalışmış və Qərb dövlətlərinin maraqlarına uyğun olaraq Çin iqtisadiyyatını tabe etməyə çalışmışdı. Rusiyanın Çində apardığı siyasət Çinin XIX əsrin sonlarında zəifləməsinə gətirib çıxardı. Çinin zəifləməsini görən müstəmləkəçilər onu “nüfuz dairə”lərinə bölmək yolunu seçdilər. Çinin bölüşdürülməsi yolunda ilk addım İngiltərə və ABŞ-ın köməyi ilə Yaponiya atdı. Belə ki, Koreya uğrunda mübarizə 1894-1895-ci illərdə Çin-yapon müharibəsinə səbəb oldu. Yaponiya ilə müharibədə məğlubiyyət müstəmləkəçi dövlətlər arasında Çinin bölüşdürülməsini surətləndirdi. İki alman missionerinin Şandunda öldürülməsi Almaniyanın buraya qoşun çıxarması ilə nəticələndi. 1898-ci ildə Almaniya Şandunda dəmir yol çəkmək hüququ aldı. İngiltərə Veyxayveyi, Fransa, Quançjounu ələ keçirdi. 1896-cı ildə Rusiya Şərqi Çin dəmir yolunu çəkmək və Port-Artur limanını 25 il müddətinə icarəyə götürmək hüququ aldı.

ABŞ-ın dövlət katibi Hetin 1899-cu ildə elan etdiyi “açıq qapı” siyasətinə görə, Çindəki bütün nüfuz dairələri ABŞ-ın buraya öz mallarının gətirilməsi üçün açıq olmalı idi. ABŞ bu yolla rəqiblərini sıxışdırmaq istəyirdi. Bu ABŞ-ın Çinə ekspansiyasının başlanğıcı oldu. Xalqın müqaviməti tamamilə parçalanması planını boşa çıxardı. Xaricilərin özbaşınalığına qarşı 1899-cu ildə “İxetuan” xalq üsyanı başladı. Üsyançıların Pekindəki səfirlikləri mühasirəyə alması xaricilərin müdaxiləsi üçün bəhanə oldu. Səkkiz xarici dövlətin birləşmiş qoşunları tərəfindən üsyan yatırıldı. 1901-ci il sentyabrın 7-də imzalanmış “Yekun protokolu” Mancur-Tsin imperiyasının yarımmüstəmləkəyə çevrilməsini rəsmiləşdirdi.

Rusiyanın XIX əsrə dair Yaponiyaya münasibəti ilə əlaqədar onu qeyd edək ki, iqtisadi vasitələrin və ərazidəki yapon məmurlarının maneçiliyinə baxmayaraq 1862-1867-ci illər ərzində Saxalində onun mövqeyi əhəmiyyətli dərəcədə möhkəmləndi.Onlar adanı tədqiq etdilər, zəngin mineral resursları kəşf etdilər, daş kömür sənayesinin və kənd təsərrüfatının əsasını qoydular, gələcək şəhərlərin əsası olan növbətçi düşərgələr, postlar yaratdılar, körpülər tikdilər, yol saldılar, həmçinin yerli əhaliyə mədəniyyət öyrətdilər, onları yapon tacir və məmurlarının zülmündən qurtardılar. Ruslar yaponlara və aynlara qış evi tikməyi, tərəvəz becərməyi öyrətdilər.

Artıq XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiyanın Uzaq Şərqdə nüfuz dairəsi uğrunda mübarizəsi Yaponiya ilə münasibətləri yenidən kəskinləşdirdi. Rusiyanın Lyaodun yarımadasını icarəyə götürməsi, Şərqi Çin dəmir yolunu daha da kəkinləşdirdi.

1902-ci ildə bağlanmış İngiltərə-Yaponiya müqaviləsi Rusiya ilə müharibəyə hazırlığı gücləndirdi. 1904-cü ilin yanvarında koreyanın Çemulpo limanında Rusiyaya məxsus “Varyaq” kreyserinin və “Koreyets” gəmisinin yapon donanması tərəfindən məhv edilməsi ilə müharibə başlandı. Yapon ordusu 1904-cü ilin avqustunda Lyaoyan ətrafında rusları məğlub etdi. 1905-ci ilin fevralında 10 aylıq mühasirədən sonra Port-Artur qalasını tutdu.

Yapon ordusu 1905-ci ilin fevralında Mukden döyüşündə də qələbə qazandı. May ayında Susima dəniz vuruşmasında Rusiya donanması məhv edildi.

1905-ci ilin avqustunda ABŞ-ın Portsmut şəhərində bağlanmış sülh müqaviləsinə əsasən:

1) Rusiya Yaponiya tərəfindən Koreyanın işğal edilməsini tanıdı və təsdiq etdi;

2)Yaponiya Lyaodun yarımadasını icarəyə götürdü;

3)Saxalinin cənub hissəsi Yaponiyaya verildi.



Beləliklə, Rusiya-Yaponiya müharibəsi nəticəsində Yaponiya Cənubi Mancuriya və Koreyadan şəriksiz ağalıq hüququ qazandı.

1 SSRİ tarixi.Cild-2.Bakı,1982.Səh.72;75.

2 Э.Я,Фейнберг.Русско-Японских отношений в XVIII-XIX вв.Москва,1960.стр.186.

3 Э.Я.Фейнберг.Русско-японских отношений в XVIII-XIX вв.Москва,1960.стр.187;188.

4 Э.Я.Фейнберг.Русско-Яонских отношений в XVIII-XIX вв.Москва,1960.стр.194;195.

5 Н.С.Киняпина. Внешняя политика России первой половины XIX века.Москва 1963,стр.273.

6 Н.С.Киняпина.Внешняя политика России первой половины XIX века.Москва,1963.стр.273.

7 История СССР. С древнейших времен до наших дней.Т-5.Москва,1967.стр.227.

8 Н.С.Киняпина.Внешняя политика России первой половины XIX века.Москва,1963.стр.274.

9 Э.Я.Фейнберг.Русско-Японских отношений в XVIII-XIXи вв.Москва,1960.стр.143;144;145;146.

10 Э.Я.Фейнберг. Русско-Японских отношений в XVIII-XIX вв. Москва,1960. стр.151;164.

11 Э.Я.Фейнберг.Русско-Японских отношений в XVIII-XIX вв.Москва,1960.стр.176;177.

12 Э.Я.Фейнберг. Русско-Японских отношений в XVIII-XIX вв. Москва,1960. стр.178;179;180.

13 Э.Я.Фейнберг. Русско-Японских отношений в XVIII-XIX вв. Москва,1960. стр.180;181.

14 Э.Я.Фейнберг. Русско-Японских отношений в XVIII-XIX вв. Москва,1960. стр.206;207;208;209.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə