Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi




Yüklə 4.06 Mb.
səhifə41/41
tarix22.02.2016
ölçüsü4.06 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   41

Ədəbİyyat:


  1. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Əlyazmalar Kataloqu. I cild, M.S.Sultanov. Bakı: 1963

  2. Müslihəddin Mustafa Süruri.“Bəhrül-Maarif”, AMEA Əlyazmalar İnstitutu arxivi, şifrə M-20-3329 (Ərəb əlifbası ilə)

  3. Karatay Fehmi. Topkapı Saray Müzesi Kütüphanesi, Türkçe yazma­lar Kataloğu, c. I, II. İstanbul: 1961

  4. Karabulut Ali Rza. Kayseri Raşid Efendi Kütüphanüsindeki Türk­çe, Farsça, Arapça Yazmalar Kataloğu. Kayseri: 1982

  5. Milli Kütüphane Yazmalar Kataloğu. VI cild Milli Kütüphane Ya­yın­­ları. Ankara: 2001

  6. Türkiye Yazmaları Toplu Kataloğu, c. I. Ankara:1981

  7. Bloshkoviç Jozefa Arabcke, Turecke a Perzske Rukopisy Uni­ver­sitnej Kniznice v Bratislave. Bratislava: 1961

  8. Zettersteen K.V. Zettersteen Die Arabishchen, Persischen und Tur­kischen Handschriften der Universitäts Bibliothek zu Uppsala. Uppsala: 1930

  9. www.suleymaniye.gov.tr.com

  10. www.yazmalar.gov.tr.com

  11. www.kygm.kultur.gov.tr.com

  12. www.mktub.gov.tr.com



İbrahim Qulİyev

(Bakı İslam Universiteti)
ƏLLAMƏ MƏHƏMMƏD BAĞIR MƏCLİSİNİN

BİHARÜL-ƏNVAR” ƏSƏRİNDƏ DİN VƏ TƏBİƏTŞÜNASLIQ PROBLEMLƏRİ


Əllamə Məhəmməd Bağır Məclisi XVII əsrin ən görkəmli ilahiy­yat­çı alimlərindən və filosoflarından biridir. Onun qələmə aldığı coxcildlik “Bi­harül-ənvar” əsəri islam elmləri ilə yanaşı bir çox dünyəvi elmləri də əhatə etməkdədir. “Biharül-ənvar” əsərində din və təbiətşünaslıq prob­­lemlərinin öyrənilməsi, müasir ictimai həyatın aktual məsələlə­ri­nin, xüsusilə islam maarifinin inkişaf edib yayılması qanunauyğunluq­la­rının və o dövr üçün təbiətşünaslığın əldə etdiyi nailiyyətlərin ilahi qüdrətə aid olub, aləmlərin boş yerə yaradılmadığına inam bəsləmək üçün mühüm əhəmiyyətə malikdir.

Müəllif adı çəkilən əsərində dinin mənşəyi və mahiyyəti, onun idrak kökü, dinin yer üzərində insanın əmələ gəlməsinə münasibəti və bir söz­lə din və təbiətşünaslıq problemlərinə aid məqamlara toxunmuş və bun­ları islam fəlsəfəsi çərçivəsində izah etməyə çalışmışdır. O, dinin necə və nə zaman əmələ gəlməsini doğru-düzgün başa düşmək və onun icti­mai həyatdakı rolunu təyin etmək üçün hər şeydən əvvəl elmə mü­raciət etməyin zəruri olduğunu vurğulamışdır. Buna görə də müəllif əsə­rə ilk öncə elmə aid xüsusi fəsil açmış, orada Qurani-Kərimin ayələ­rini, daha sonra isə hədisi-şərifləri yazmaqla başlamış, islamın elmə ver­diyi dəyəri ön plana çəkmişdir (1, c.I, s.162, I fəsil). Əllamə Məclisi adı çəkilən əsərində din və təbiətşünaslıq arasında olan münasibəti is­lam təfəkkürü çərçivəsində işıqlandıraraq elmlə dinin arasında heç bir zid­diyyətin olmadığını, əksinə elmlə dinin vəhdət təşkil etdiyini xalq kütlələrinə göstərmişdir.

Əllamə Məclisi əsərdə yerin və göyün yaradılması haqqında böyük fəsillər açaraq əsərin 54-cü cildindən 63-cü cildinə qədər olan məlumat­ları tam olaraq təbiətşünaslıq problemlərinə həsr etmişdir. O, yerin və göyün yaradılmasını mütləq ilahi qüdrətə bağlayaraq (1, c.54, s.2, c.60, s.95, 130) Onun izni olmadan heç bir varlığın yarana bilməyəcəyini qeyd etmişdir. Həmçinin o, elmin insanlara Allah tərəfindən verildiyini və onun ilahi xarakterə malik olduğunu bildirmişdir. O, hər bir səmavi dinin elm üzərində qurulduğunu, elmsiz heç bir ibadətin fayda vermə­yə­cəyini qeyd etmişdir. Müəllif elmin təbiət və cəmiyyətin inkişaf qa­nunlarını üzə çıxardığını, insanı maarifləndirdiyini və onun mənəvi gö­rüş dairəsini genişlətdiyini yazır. Elmlə yanaşı dini ideologiyanın da insanlara müsbət biliklər verdiyini, din vasitəsilə cəhalət və nadanlığın ara­dan götürüləcəyini və nəhayət, elmsiz insanın əşyadan da dəyərsiz bir varlıq olduğunu vurğulayan müəllif insanlara elm öyrənməyin zəru­rətini anlatmışdır (1, c.I, s.150).

Əllamə Məclisiyə görə dinin meydana gəlməsi və mahiyyəti

Əllamə Məclisi məşhur “Biharül-ənvar” əsərində dinin lüğəti və ter­minoloji mənalarına toxunmuşdur. O, müsəlman alimlərinin dinin eti­moloji mənşəyi haqqındakı müxtəlif fikirlərini qeyd etməklə yanaşı, onun ərəb mənşəli “diyanət” kökündən gəldiyini və cəza, mükafat, yol, adət, şəriət, qanun mənalarında olduğunu qeyd etmişdir. Dinin termino­lo­ji mənasına gəldikdə isə müəllif dinin Allahın qarşısında boyun əy­mək, onun göstərdiyi bütün qayda-qanunlara tərəddüdsüz əməl etmək, onun əmr və qadağaları əsasında yaşamaq, insanların etdikləri əməllərə görə mükafat və cəzalanmalarını göstərən nizam-intizam külliyyatı ol­duğu qənaətindədir (1, c.64, s.123).



Deməli, Əllamə Məclisiyə görə din anlayışının mənalarını bu şə­kil­də qruplaşdırıldırmaq müm­kündür:

1.Cəza, mükafat, hökm, hesab,

2.Üs­tün gəlmə, hakimiyyət, zəlil etmə, məcbur etmə,

3.İtaət, təslimiyyət, xidmət, ibadət,

4.Adət, yol, qanun, şəriət, millət, məzhəb.

Di­nin meydana gəlməsi məsələsinə toxunan müəllif onun ilk insan olan Adəmin (ə) özü ilə birlikdə meydana gəldiyini, Allah tərəfindən ona dinin (peyğəmbərliyin) verildiyini göstərmişdir. Bununla da o, di­nin bəşər idrakı qədər qədim olduğunu və buna inamın əsas olduğunu vurğulamışdır. Müəllifin bu qənaətə gəlməsi onun din insan qədər qə­dimdir və harada insan varsa orada din vardır sözünün nə qədər doğru ol­duğunundan xəbər verir.



Müəllif islam inancını əsas tutaraq ona görə dinin qurucusu Allahdır deyir. “Biharül-ənvar” əsəri araşdırıldıqda məlum olur ki, müəllifə görə bütün haqq din­lər Allahdan gəlmiş və səmavi xüsusiyyətlərini qo­ru­duq­ları müddətcə qüvvədə qalmışlar­. İlk insan eyni zamanda ilk pey­gəm­bərdir və ona verilən din də tövhid dinidir. Müəllifə görə Adəmdən (ə) Məhəmməd peyğəmbərə (ə) qədər bütün peyğəmbərlərin gə­tirdiyi haqq dinlərin ortaq adı islamdır. Ancaq tarixin axışı içində insanlar haqq din­dən uzaqlaşmışlar və bəşəri zəiflik nəticəsində dində meydana gələn təh­riflər səbəbiylə Allah peyğəmbərlər göndərərək insanları ya qədim dinlərini əsl şəkliylə öyrənib tətbiqə çağır­mış və ya yeni bir din və şə­riət göndər­mişdir.

İnsan başlanğıcda Allah tərəfindən “ən gözəl bir biçimdə” (2, ət-Tin 95/4) yaradılmışdır. Adəmdən (ə) eti­barən bütün insanlar Allah tərəfindən göndərilən tövhid dininin əsaslarını qav­rayıb mənimsəyəcək və həyatlarını bu əsaslara görə təşkil edəcək səviyyədə zeh­ni, ruhi və bə­dəni gücə sahib qılınmışdır. Allahın başlanğıcdan etibarən insanlara bildirdiyi dinin tövhid (hənif) dini olduğu və onların bu dini mənim­sə­məyə uyğun bir fitrətdə yaradıldığı bi­ldirilmişdir. Əllamə Məclisi ayə­lərə istinad edərək insanda haqq di­ni mənimsəmə mövzusunun fitri ol­du­ğunu, necə ki, hənif anlayışının “doğru dini mənimsəməyə uyğun” mə­nasını da daşıdığını ifadə etmişdir. Ayrıca yuxarıdakı ayədə ge­çən “fitrətullah” təbiri müəllifə görə “Allahın dini” deməkdir ki, o da is­lam və tövhiddir. İstər bu ayədə, istərsə də digər bir çox ayə və hədis­lərdə haqq dinlərin ilahi qaynaqlı olduğu israrla vurgulandığın­dan islam alimlərinin dinə verdikləri təriflərin hamısında olduğu kimi, Əllamə Məclisidə də dinin Allah tərəfin­dən qoyulmuş, ilahi təşkilat qeydi diq­qət­lə qorunmuşdur.

Müəllif əsərdə dinin psixoloji köklərinə də toxunmuşdur. Ona görə Allah sev­gisi və qorxusu iki istiqamətdən insanın ruhi primitivliyini aradan qaldırar, ona qüvvətli bir iradə və möhkəm bir xarakter qazan­dırar. Be­lə kəslərin daxilində yaşadığı cəmiyyətdə fəzilət yarışı başlar. Din insana həm instinktlərinin və maddə aləminin əsiri ol­madığı, həm də sonsuz bir azadlıq və müstəqillik içində olmadığı şüurunu verir. İn­san eqoist duyğularına, canlı və cansız təbiətə deyil, tək hər şeyin sa­hibi olan Allaha boyun əyəcək. Dinin bu təlqini insana həqiqi azadlıq qa­zan­dırır. Artıq insan yaranmışlar qarşısında və təbiət hadisələrinin qarşısın­da heyrət və dəhşətə düşməyəcək.

Dinin əsas mahiyyətinin Allaha inam olduğunu qeyd edən müəllif əsərdə xüsusi “Tovhid” fəsli açmış (1, c.III, s.230), orada Allahın kos­mo­loji, ontoloji və teoloji yollarla isbat olunmasını ön plana çəkmişdir. O, insanın yalnız Allaha ibadət etməsini, bu ibadətdə kor-koranə və şüursuz şəkildə deyil, o uca varlığı tanıyaraq bu işi icra etməsini zəruri saymış və bununla da dini ideologiyanın mahiyyətini açıb göstərə bil­mişdir. Müəllif əsərdə Allahı kainatın yaradıcısı və onun işlərini idarə edən kimi xarakterizə edir, onu hər şeyə qadir, hər yerdə mövcud və hər şeyi bilən varlıq kimi təsvir etmişdir. O, qədim filosofların Allahın var­lığını sübut etmək üçün kosmoloji, ontoloji və teoloji dəlillərin ağla­ba­tan olduğunu vurğulamış və yeri gəldikcə bu dəlillərdən faydalanmışdır (1, c.V, s.82, 127).



Əllamə Məclisiyə görə təbiətşünaslıq problemləri

Məlum olduğu kimi, Qurani-Kərimdə və hədisi-şəriflərdə kifayət qə­dər dünyəvi elmlərə, o cümlədən təbiətşünaslığa aid problemlər öz əksini tapmışdır. Quranı-Kərimin ayələrinin bir qismi elmi ayələr adlanır. Müsəlman alimləri də bu ayələrin yozumu ilə mükəmməl məş­ğul olmuş və onu öz dövrlərinin elmi nailiyyətləri əsasında şərh etməyə çalışmışlar. Bunun əsas səbəblərindən biri də bəzi fiqhi məsələlərin bu elmlərlə sıx əlaqəsindən irəli gəlməkdədir. Çünki təbiətşünaslıq elm­lə­rinin vasitəsilə müsəlmanlar qiblə, namazlarının vaxtlarını, kür suyunun miqdarını, irsi bölgüləri və s. müəyyən edirlər. Artıq XVII əsrdə təbiət­şünaslıq elmlərinə, xüsusilə də islam astronomiyasına Əllamə Məclisi yeni inkişaf vermişdir. Belə ki, o, Səfəvilərin paytaxtı olan İsfahanda Rəsədxana tikdirmiş və buraya bütün dünyanın tanınmış elm xadim­lə­rini toplamışdı. Beləliklə, onun dövründə İsfahan şəhəri riyaziyyat və astronomiya elmlərinin inkişaf mərkəzi olan bir şəhər olmuşdur.



Əllamə Məclisinin “Biharül-ənvar” əsərində riyaziyyat elmlərinə aid bəzi problemlər də öz əksini tapmaqdadır. O, bu elmin Allah tərəfindən insanlara bir nemət olaraq verildiyini qeyd etmiş və İmam Əlinin (ə): “hesab Allah tərəfindən insanlara verilmiş bir nemətdir” hədisini rəva­yət etmişdir. Əllamə Məclisi astronomiya və riyaziyyat elmlərində mü­kəmməl məlumatlara malik olmuş bir alim idi. O, adı çəkilən əsərinin (1, c.83, s.137-144, c.61, s.270, c.70, s.139, c.82, s.260) cildlərində məsələ ilə əlaqəli problemləri işıqlandırmışdır.

Şübhəsiz ki, Əllamə Məclisi “Biharül-ənvar” əsərində öz dövründə olan təbiətşünaslıq elmləri nöqteyi-nəzərindən çıxış edərək bəzi müd­dəa­lar irəli sürmüşdür. Onun astronomiya və riyaziyyat elmləri sahə­sin­dəki fikirləri alimin o dövrdə məlum olan və bu sahələrdə yazılan əsər­ləri dərindən mütaliə etməsindən və bu sahədə mükəmməl bilik sahibi olmasından xəbər verir. O, “Bihaül-ənvar” əsərində astronomik məlu­mat­ları da izah etmişdir. Müəllif Qurani-Kərimdə keçən səma və ərz kəlmələrinin leksik mənasını belə izah edir: “Yer aşağı olduğuna görə ərz adlanıb. Çünki ərz sözü aşağı, alçaq mənalarındadır. Səma isə yük­sək və ucalıq mənalarını ifadə edir” (1, c.54, s.4). Alim yerlərin və göy­lərin altı gündə yaradılması problemi haqqında İbn Abbasdan belə bir hədis nəql edir: “Ayədə olan altı gündə məqsəd axirət vaxtıdır” (1, c.54, s.6). Lakin müəllif bu fikri qəbul etməyərək burada dünya vaxtı olduğu qənaətindədir. Həmçinin o, Allahın bütün aləmləri bir göz qırpımında ya­ratmağa qadir olduğunu, lakin mələklərə ibrət olsun deyə onları təd­ricən yaratdığını söyləyir (1, c.54, s.6).

Əllamə Məclisi “Biharül-ənvar” əsərində astronomiya elminin mü­hüm problemlərindən olan göy cismlərinin tərkibi, göy cismlərinin hə­rə­kəti, ulduzların uzaqlığı və bu tədqiqatlardan əldə edilə biləcək hər hansı bir bilgi haqqında məlumat vermişdir (1. C.74, s.76). O, günor­ta­nın yarı olması xəttini, qiblənin bilinməsi və b. məsələləri araşdırmaq üçün astronomik və digər həndəsi cihazlardan istifadə etmişdir. O, bu elm­lər sahəsinə aid bəzi problemləri o zaman daha məşhur olan qədim müsəlman və hind alimlərinin görüşləri əsasında işıqlandırmışdır. Əl­lamə Məclisi astronomiyaya aid problemlərə toxunan zaman demişdir: “Biz tanınmış ölkələrin dəyişmə meylinin miqdarını qeyd etdik, necə ki, tədqiqatçılar astronomiya sahəsində yazılan əsərlərə müraciət edə bilərlər. Ola bilsin ki, oxucu bi kitabda başqa şeylərə ehtiyac duysun” (1, c.74, s.76).

Müəllif adı çəkilən əsərində günəşin əyilməsi nəticəsində namazın vaxtının müəyyən edilməsi haqqında da məlumat vermişdir. O, yazır: “Bu­rada bölgəmiz İsfahan şəhərində olan zavalın (günəşin əyilməsi) köl­gəsinin miqdarını qeyd etdik. Həmçinin bu şəhərə yaxın olan bölgə­lərin də. Onun ərazisi 320-dir və yaxudda ona yaxındır” (1, c.82, s.371).

Əllamə Məclisi din və təbiətşünaslığın kainatın əmələ gəlməsi və ma­hiyyəti haqqında olan məlumatları təkcə bir yerə toplamaqla kifayət­lən­məyib, eyni zamanda bu məsələyə də öz münasibətini bildirmişdir. O, Qurana (2, Bəqərə, 29) əsaslanaraq göylərin yeddi təbəqədən ibarət olduğunu (1, c.54, s.1) bu haqda Bətlyəmusun (Ptolomeyin) “göylər doqquz təbəqədir” dediyi fikrinin yanlış olduğunu vurğulamışdır (1, c.54, s.5). Müəllif Əllamə Süyutinin “əd-Dürrul-mənsur” əsərində rəva­yət olunan “yerlə göyün və hər göyün bir-birləri ilə olan ara məsafələri beş yüz min illik məsafə qədəridir” hədisinə də münasibətini gizlət­mə­mişdir (1, c.55, s.98). Həmçinin o, qədim astronomların yerin bütün kai­natın mərkəzi olduğunu və hərəkətsiz vəziyyətdə qaldığını görüşünü də qəbul etməyərək yer kürəsinin hərəkətdə olduğu fikrini təsdiqlə­miş­dir (1, c.54, s.8). Yerin günəş ətrafında orbita üzrə hərəkət etməsi, onun günəş ətrafında tam bir il müddətində hərəkət etməsi, günəş və ayın da hərəkətdə olması fikrini o, əsərdə qeyd etmişdir (1, c.54, s.216). O, Al­la­hın yer kürəsini yaradaraq onun üzərində insanların yaxşı yaşamasını, günəşin yeri qızdırması, ayın qaranlıq gecələri işıqlı etməsi və ulduz­ların isə vaxtı təyin etmək üçün yaradıldığını vurğulamışdı (1, c.54, s.11, 15). Həmçinin o, yerin əzəli deyil, Allah tərfindən sonradan yara­dıldığı fikrini təsdiq edib bunu fəlsəfi dəlillərlə də əsaslandırmağa ça­lışmışdır (1, c.54, s.225).

Müəllifin əsərdə münasibət bildirdiyi təbiətşünaslığın ən mühüm problemlərindən biri olan yer üzündə insanın əmələ gəlməsi problemi­dir. Bu haqda o, yazır: “Yer üzü bom-boş idi. Orada heç bir kimsə belə yox idi. Bu zaman Allah mələklərə: «Mən yer üzündə xəlifə yara­dacağam» dedi. Bunun üçün O, Cəbraili (ə) yer üzünə göndərib onun müx­təlif şirin və şoran torpaqlarından götürməsini və insanın indiki şək­­lin­dəki kimi yoğurmasını əmr etdi. Cəbrail (ə) əmri yerinə yetir­dik­dən dərhal sonra Allah ona öz ruhundan üfürdü və beləliklə ilk insan Adəm (ə) yarandı. Adəm (ə) yer üzünün torpağından yaradıldığı üçün (ədimul-ərz) belə adlandırılmışdı (1, c.54, s.94).

Əllamə Məclisi gecə və gündüzün yaranma səbəbləri və s. haqqında məlumatlar vermişdir. O, gecə və gündüz saatlarının iyirmi dörd saat ol­­duğunu qeyd etmişdir (1, c.56, s.1). Hətta o, qədim ərəblərin gecə və gündüzün hər saatına xüsusi adların verdiyini də əsərdə qeyd edib (1, c.56, s.7).

Beləliklə, Əllamə Məclisi “Biharül-ənvar” əsərində günəş sistemini, onun hərəkət və inkişaf qanunauyğunluqlarını, yerlərin və göylərin ya­ran­ması, gecə və gündüzün bir-birini əvə etməsi və nəhayət yer üzərin­də həyatın əmələ gəlməsi problemlərini dinə və elmi nailiyyətlərə əsas­lanaraq şərh etməyə çalışmışdır. İndi onun dövründən 300 ildən artıq vaxt keçmiş, göy cismlərini, yerdə həyatın əmələ gəlməsini və s. prob­lem­ləri öyrənmək üçün yeni və daha təkmil cihazlar ixtira olunub, nə­zə­riyyələr irəli sürülmüşdür. Məsələn, Əllamə Məclisinin ölümündən təx­minən 60 il sonra göy cisimlərinin tərkibini öyrənmək üçün 1858-ci ildə spektroskop adlı cihaz kəşf edildi. Spektroskopun astronomiya el­min­də kəşf edilib tərbiq edilməsi günəş, ulduzlar, planetlər və s. göy cisim­lərinin tərkibi haqqında hansı maddələrin olduğunu öyrənməyə imkan verdi.



Əllamə Məclisinin “Biharül-ənvar” əsərində təbiətşünaslıq problem­ləri haqqında dediyi ayələr, hədislər və fikirlər kainat və onun qurluşu haq­qında olan elmi məlumatlarla uyğun gəlir. O, ən azından bu dedik­ləri ilə sübut etmişdir ki, maddi olan bu aləmlərin hamısı ilahi qüdrətlə ya­ranıb və onunla da idarə olunur.
MƏNBƏLƏR:


  1. Əllamə Muhəmməd Baqir Məclisi, Biharül-ənvar li durəri əxbari əimmətil-əthar, II çap, Beyrut-1403/1983.

  2. Qurani-Kərim, ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məm­mədəliyev, Azərnəşr-1991.

  3. Farabi, İhsaül-ülum, (nəşr: Osman Əmin), Qahirə-1968.

  4. İxvanüs-səfa, Rəsail, Beyrut-1376-77/1957.

  5. Əbu Əli ibn Sina, Risalə fi ülumil-aqliyyə, Qahirə-1326/1908.

  6. Hacı Sabir Həsənli, İslam Mədəniyyətində Elm, elm və həyat nəşriy­yatı, Bakı-1998.

  7. Rəbiyyət Aslanova, İslam və Mədəniyyət, Azərbaycan Universite­ti nəş­riy­yatı, Bakı-2002.

MÜƏLLİFLƏRİN AD GÖSTƏRİCİSİ
Paşa KƏRİMOV 4-13

Əli MƏMMƏDBAĞIROĞLU 13-19

Nəsib Göyüşov,

Könül Mİrzəyeva 19-35

Azadə Musayeva 35-49

Möhsün Nağısoylu 49-58

Tahirə Həsənzadə 58-65

Möhsün Nağısoylu,

Şəhla Abdullayeva 65-72

Nailə Səmədova 73-77

Kamandar Şərİfov 77-82

Tahirə Nurəlİyeva 82-87

Mehri Məmmədova 87-91

Sevinc Axundova 91-95

Əkrəm Bağırov 95-99

Sevər Cabbarlı 99-103

Nailə Mustafayeva 103-105

Raqub Kərİmov 106-117

Aybəniz Rəhİmova 117-123

Nailə Süleymanova 123-127

Lalə Əlİzadə 127-133

Əfsanə Məmmədova 133-143

Həsənağa NƏCƏFOV 143-151

Nəzakət Məmmədlİ 151-163

Nəzakət Qazıyeva 163-169

Zəkiyyə Əbİlova 169-174

Гюляра Агасиева 174-175

Səbinə Nemətzadə 176-182

Yədulla Dadaşlı 182-187

Zivər Hüseynlİ 187-192

Güntəkin Bİnnətova 192-199

Könül Hacıyeva 199-205

Mehmet Rıhtım 205-212

Lalə Bayramova 212-219

Razım Əlİyev 219-227

Tural Sadıqlı 227-234

Vahid Adil Zahİdoğlu 234-242

Lalə Sultanova 243-249

Aysel Şərİfova 249-252

Zaur Orucov 253-256

Teyyubova Pərvanə 257-259

Aynur Hacıqədİrlİ 259-267

Xatirə KƏRİMOVA 267-269

Sevinc Rəhnulla 269-272

Şəfiqə Abdullayeva 272-277

Rüfət Qarayev 277-286

Rüxsarə Məmmədova 286-289

Tahirə Əlİyeva 289-293

Qətibə Vaqİfqızı 293-298

Mətanət Muradova 298-301

İradə Qaİbova 301-310

Mir Firidun RİYAZİ 310-315

Ağayev Pərvİz 315-322

Mahirə Qulİyeva 322-334

K.H.İmamqulİyeva 334-341

Elnurə Babayeva 341-344

Əbülfəz Rəhmanİ 344-353

Рена Мамедова 353-355

Aynurə Əlİyeva 355-357

Gülər Əmirəhmədova 357-360

Yaqub Mütəllİbİ 361-362

Fəridə Əlövsət Əlİyeva 362-366

Gülnur Mahmudova 366-374

Əliəkbər ƏHMƏDİ MÜQƏDDƏM 374-376

Sona XƏYAL 376-378

Нурангиз Гусейнзаде 378-384

Rübabə Şİrİnova 385-390

Sevda Hüseynova 390-397

Rəna İskəndərlİ 397-401

Mir Tohid Yüzbaşi 401-404

Tünzalə Seyfullayeva 404-408

Əbdülrza Balazadə 408-416

Musarza Heydərzadə 417-424

Саадат Муршудова 424-429

Xanım Əsədova (Abdullayeva) 429-434

Həcər Sultanova 434-441

Rəxşəndə Kərİmova 441-444

Yeganə Rəhnulla 444-447

Könül Bağırova 448-454

Şəhla Xəlİllİ 454-461

Samirə Əlİyeva 461-465

Hüseyn KƏRİMİ 465-469

Ülkər Səmədova 470-477

Lamiyə Rəhİmova 477-482

Xədicə Buturabİ 482-487

Şüca Cavanpərəst 487-496

Məryəm Zareİ Əqdəm 496-504

Faizə Müslİhİ 504-510

Kərimulla Məmmədzadə 510-520

İbrahim Qulİyev 520-525


1 K.Məmmədov. XIX əsr Azərbaycan şeirində satira. B.1975. Elm nəş. səh.208 (272s.)

2 Q.Zakir. Əsərləri, B.1964, səh.387

3 ASE. B. 1987, Xc., səh.490.

4 K.Məmmədov, göstərilən əsər, səh.209.


1 K.Məmmədov, göstərilən əsər, səh.209.

2 Q.Zakir. Əsərləri, səh.387.

* Bu kəndin adı Kolqışlaqdır, lakin səhv olaraq kitabda Gülqışlaq kimi verilmişdir. Həmin kənd hal-hazırda Ağdam rayonunun ərazi­sində Kolqış­laq adı ilə mövcuddur.

3 Q.Zakir. Əsərləri. B.1964, səh.386.

1 Q.Zakir. Əsərləri. B.1964, səh.387.

2 Yenə orada.

3 F.Köçərli. Azərbaycan ədəbiyyatı. B.1978. I c., səh.416.


1 AMEA Əİ. Arx-2, Q-2 (15) s.v. 418., səh.301.

1 F.Köçərli. Azərbaycan ədəbiyyatı. B.1978, Ic., səh.417.


1 Arx. Q-2 (15) s.v. 418, səh.304.


1 M.Müctəhidzadə. Riyazül-aşiqin. B.1995, səh.97-98; Cüng B-5005, vər.10a.

2 F.Köçərli. Azərbaycan ədəbiyyatı. B.1978. Ic., səh.417.


1 Cüng B-5005, vər.24b-25a.

1 Ə.Qədimov. XIX əsr Ordubad ədəbi mühiti. B.2010, səh.215.


1 Hamidullah M. Kurani-Kerim Tarihi. s.105

2 A.k.ə. s.195

3 Hamidullah M. Kurani-Kerim Tarihi. , s.196.


4 Nağısoylu M. XVI əsr Azərbaycan tərcümə əsəri Kıvamilüt-təbir”. s.8-9.,

5 Nagısoylu M. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti.s.7


6 Bu əlyazmanın ilk palerafiq təsvirini T.Nurəliya hazırlamışdır.


7 Ərəb əlifbasının bir vəya bir neçə hərfinin birləşməsindən mey­da­na gələn ayələr .

8 Təvilini Allahdan başqa heç kimin bilmədiyi ayələr


1 Bakuvi, Kəşful-Qülub, vr. 10-14

2 Bakuvi, Şəfaül-Əsrar, vr.18a. Hz. Peyğəmbərin hədisi olaraq nəql edir.


1 Alca sözü mətndə alaca şəklində hərəkələnib.

1 Şəmsə- Əlyazma qapaqların ortasında yerləşən içərisində bəzək olan me­dal­yon. Günəşə bənzədiyi üçün şəmsə adı verilib.

2 Saz yolu- XVI əsr Azərbaycan miniatür ustası və Təbriz mək­tə­bi­nin qu­ru­cu­su Şahqulu Nəqqaşın özünə məxsus sənət növüdür.

3 Zəncirək – metal çubuq ucunda iki paralel xətt oyulur. Cildçi düz xətt üzə­rində metal çubuğun naxışlarını çəkiç vasitəsilə ardıcıllıqla cildə zəncir­vari bəzək vurur.

1 Türkiyədə Təhsin Yazıcı bir nüsxəsini, Azərbaycanda isə Azadə Musa­bəy­li ikinci bir nüsxəni aşkar etmişlər

1 “ Avrupa ilə Asya arasında önemli bir geçiş noktası Geliboluda tarikatlar ve tekkeler».

1 Balasaqun ilə Buxara və Səmərqənd arasında türkləşmiş bir xalq.


1 Toplamaq, sistemləşdirmək, kitab halına gətirmək.


1   ...   33   34   35   36   37   38   39   40   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə