XƏZƏr universitetiNİN 2015-ci IL elmi fəaliyyəti haqqında hesaba t




Yüklə 411.98 Kb.
səhifə1/5
tarix29.02.2016
ölçüsü411.98 Kb.
  1   2   3   4   5
XƏZƏR UNİVERSİTETİNİN

2015-ci il elmi fəaliyyəti haqqında

H E S A B A T

1.GİRİŞ

Xəzər Universiteti 1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Azərbaycanda bakalavr, magistr və doktor dərəcələri verən tədqiqat yönümlü ilk özəl ali məktəbdir. Universitet Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali məktəbdir və tədris dili ingilis dilidir. Bu da tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir.

Xəzər Universitetində keyfiyyət həmişə əsas meyar olmuşdur. Bu baxımdan Universitetdə təhsilin keyfiyyətinə nəzarət məqsədilə “Keyfiyyətin təminatı mərkəzi” yaradılımşdır.Təhsildə keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün Xəzər Universiteti beynəlxalq əlaqələrini daimi inkişaf etdirir, eləcə də ölkəmizdə fəaliyyət göstərən tanınmış yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edir.

Hal hazırda Xəzər Universitetində müxtəlif istiqamətlər üzrə elmi və elmi tədqiqat işi yerinə yetirilir. Texniki elmlər istiqamətində “Layihə menecmenti məsələlərində risklərin idarə edilməsində riyazi üsullar və modellər”, “Universitetlərdə peşə- yönümlü və psixodiaqnostik göstəricilərin qeydiyyatı, təhlili və cihaz-proqram kompleksi”, “Web sistemlərdə təhlükələrin aşkar olunması üçün effektiv alqoritmlərin işlənməsi və tədqiqi”; iqtisad elmləri istiqamətində “Neft ölkələrində fiskal rejim və onun təkmilləşdirilməsi yolları”, “Səhiyyə müəssisələrində insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi”, “Özəl ali təhsil müəssisələrində insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi”, “Dünya Enerji Təminatının diversifikasiyasında Xəzər regionunun rolu”; filologiya elmləri istiqamətində “Müstəqillik dövrü Azərbaycan dramaturgiyasının janr poetikası”, “İngilis dilinin xarici dil kimi tətbiqində interferensiya problemi”, “İngilis dilinin Britaniya və Amerika variantlarında beynəlxalq siyasi diskursun leksikası” və sair mövzular üzərində tədqiqat işləri aparılır. Universitet əməkdaşları həmçinin beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən qrant proqramları çərçivəsində həyata keçirilən tədqiqat işlərində də fəal iştirak edir. Ətraf mühitin qorunması istiqamətində həyata keçirilən “Daşqınların proqnozlaşdırılmasında cari institusional mexanizmlər”, “Azərbaycanda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin həyata keçirilməsi”, “Azərbaycanda daşqın və su ehtiyatlarının idarə edilməsində tələbatlarının və institusional potensialın müəyyənləşdirilməsi” adlı tədqiqat işləri BMT-nin İnkişaf Proqramı tərəfindən (UNDP) və “Azərbaycanın Böyük Bakı ərazisində suyun idarə olunmasında problemlər və imkanlar” adlı tədqiqat işi isə Dünya Bankı (WB) tərəfindən dəstəklənir.

Hesabat dövründə Xəzər Universitetinin Elmi Şurası elm və tədqiqat işlərinin üstün şəkildə inkişaf etdirilməsı üçün professor və müəllim heyətinin, eləcə də doktorantların mobilliyini xeyli artırılmışdır. Xarici universitetlərin elmi tədqiqat laboratoriyalarında birgə layihələr çərçivəsində təcrübə keçən müəllimlərin sayı artmışdır.

Universitetdə yaradılmış “Ali təhsildə keyfiyyətin təminatı mərkəzi”nin işi təkmilləşdirilmiş, qabaqcıl Avropa, Amerika və digər Uzaq Şərq, Cənub Şərqi Asiya və digər ölkələrdən olan ali təhsil müəssisələri ilə ciddi əlaqələr yaradılmışdır.

Universitetin elmi tədqiqatçılarının yerli və xarici nəşrlərdə, (“impact factor”lu elmi jurnallar da daxil olmaqla) 100-ə yaxın məqalə və tezisləri və eləcə də müxtəlif kitabları çap olunmuşdur.

Son 4 ildə 2015-ci tədris ili də daxil olmaqla 26 ixtisas üzrə 104 nəfərə yaxın yerli və xarici vətəndaşlar Xəzər Universitetinin doktoranturasına daxil olmuş və hazırda təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Universitetin Magistratura, Doktorantura və Elmi işlər bölməsi “Elm siyasəti haqqında”, “Azərbaycanda doktorantura təhsilinin məzmunu və təşkili prinsipləri”nin yeni variantının hazırlanmasında və eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi istiqamətində yaxından iştirak etmişdir. Qurun həmçinin, qabaqcıl Avropa doktorantura təhsilinin öyrənilməsi üçün xaricdə səfərdə olmuşdur. Boloniya prosesi çərçivəsində elmi-tədqiqat işlərinin və doktorantura təhsilin təkmilləşdirilməsi üçün 2 beynəlxalq tədbirdə fəal iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Azərbaycan ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün xaricdən dəvət almış mütəxəssislə birgə təlim və layihədə işçi qrupunu üzvü kimi fəaliyyət göstərmişdir.

Xəzər Universiteti “Mövlanə” Proqramı çərçivəsində Türkiyə Xalq Cümhuriyyətinin 20-yə yaxın qabaqcıl universitetləri ilə xeyli sayda qarşılıqlı və eləcə də Amerika və Avropa və digər ölkələrin universitetləri ilə ikitərəfli və çoxtərəfli elmi mübadilə proqramlarına qoşulmuşdur.

Universitet elm və idarəetmə sistemi arasında effektiv əlaqələrin daha da təkmilləşdirilməsi, elm tutumlu tədqiqat işlərinin həcminin və keyfiyyətinin yüksəldilməsi kimi aktual məsələləri bir neçə dəfə universitetin Elmi Şurasında müzakirəyə çıxarmış və bunlara dair mühüm qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı həyata keçirilən tədbirlərdən ən önəmlisi  universitetin texnoparkının yaradılması və “start-up” proqramlarına başlanması olmuşdur. Magistratura, Doktorantura və Elmi işlər bölməsi həm də “start up” proqramları ilə əlaqədar olaraq İctimai Televiziyada canlı yaımda ekspert qismində iştirak etmişdir.

Xəzər Universiteti Webometrics tərəfindən buraxılan reytinq cədvəlində hər zaman Azərbaycanın ən yaxşı ali məktəbi kimi yer almaqdadır. 2015-ci ilin fevralında Xəzər Universiteti Azərbaycanın ən yaxşı ali məktəbi olaraq Webometrics-in sıralanmasında yer almışdır.

2015-ci ilin oktyabrında QS Avropa və Mərkəzi Asiya universitetlərinin reytinq cədvəlində Xəzər Universiteti regionun 70 ən yaxşı ali məkətəbi sırasına daxil edilmişdir. 2015-ci ilin dekabrın sonuna olan EDUNİVERSAL-ın açıqlamasında Xəzər Universitetinin 2 magistratura proqramı-İqtisadiyyat və Ümumi Menecment Avrasiya və Orta Şərq reqionunda 10 ən yaxşı magistr proqramı arasında yer almışdır. (Bax: mastersranking=eduniversal.com@sbr35.net)

2015-ci ildə Xəzər Universiteti heyətinin çap olunan elmi işlərin sayı 80-ə çatır. Onlardan 42-si ölkədaxili, 38-i xarici jurnallarda nəşr olunmuşdur.

2013-2014-cü illərdə Xəzər Universitetində Boloniya prinsipləri əsasında hazırlanan tələbə işləri üzrə məlumat sistemi – "SİMS" (Student İnformation Management System) hazırlanmış və istifadəyə verilmişdir və bu məlumat bazası 2015-ci ildə tam fəaliyyət göstərmış, təhsil sahəsində inzibati idarəetmə işlərini xeyli yaxşılaşdırmışdır. Hazırda həmin təcrübədən digər ali təhsil müəssisələrinin də bəhrələnməsi üzərində işlər davam etdirilir.
2. XƏZƏR UNİVERSİTETİNİN ELMİ-TƏŞKİLATİ STRUKTURU

Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, incəsənət, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.

Universitetdə azərbaycanlılarla yanaşı ABŞ, Norveç, Hindistan, Pakistan, İran, İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB ölkələri,  və s. ölkələrdən əcnəbi tələbələr təhsil alır.

Dünyanın bir çox ölkələrindən alınıb gətirilmiş, elmin müxtəlif sahələrinə aid dərslik və monoqrafiyalarla zəngin kitabxana informasiya mərkəzi tələbələrə xidmət edir. Kitabxana informasiya mərkəzi Ebsco Host, Oxford English Dictionary, Nature Publishing Group, Oxford Reference, Bio One, İopscience, Questia, Edward Edgar Publishing, The Royal Society və s. kimi dünyada ən məşhur olan verilənlər bazalarına müraciəti təmin edir.

Universitetdə 200-dən çox professor-müəllim heyəti çalışır. Bunlar həm tanınmış yerli, həm də xaricdən dəvət olunmuş mütəxəssislərdir. Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.

Xəzər Universitəsində aşağıdakı fakültələr fəaliyyət göstərir:



  • Mühəndislik və Tətbiqi Elmlər

  • İqtisadiyyat və Menecment

  •  Humanitar və Sosial Elmlər

  • Təhsil

  • Magistratura, Doktorantura və Elmi İşlər bölməsi

Universitetdə yuxarıda adları çəkilən fakültələr daxilində aşağıdakı akademik departamentlər fəaliyyət göstərir:

Azərbaycan dili və ədəbiyyatı

Bioloji elmlər

Kimya


İnşaat mühəndisliyi

Kompüter elmləri

Dillər və Mədəniyyətlər

İqtisadiyyat və menecment

Təhsil

İngilis dili və ədəbiyyatı



Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Coğrafiya və ətraf mühit

Tarix və arxeologiya

Jurnalistika

Riyaziyyat

Neft mühəndisliyi

Fəlsəfə və sosiologiya

Siyasi Elm və Beynəlxalq Münasibətlər

Psixologiya

Akademik fakültələrlə yanaşı universitetdə elmi tədqiqat mərkəzləri, təlim mərkəzləri və institutlar fəaliyyət göstərir:

Lüğət və Ensiklopediya Mərkəzi

Hüceyrə Patologiyası Tədqiqat Mərkəzi

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi

Hüquq Tədris Mərkəzi

İnternet İnstitutu

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi

Kitabxana İnformasiya mərkəzi

Keyfiyyətin Təminatı Mərkəzi

Peşə Mərkəzi

Miqrasiya Araşdırma Mərkəzi

Təhsil Siyasəti İnstitutu

Elm və Sənət Məclisi

Mühəndislik və Tətbiqi Elmlər Fakültəsi

Mühəndislik və tətbiqi elimlər fakultəsi  müxtəlif  ixtisaslar üzrə  bakalavr, magistr və doktorantura proqramları təklif edir:






Bakalavr üzrə ixtisas proqramları

Magistr üzrə ixtisas proqramları

Doktorantura üzrə ixtisas proqramları

1

Neft və Qaz Mühəndisliyi

Neft və Qaz Mühəndisliyi

Kompüter elmləri

2

Kompüter elmləri

Elektronika radiotexnika mühəndisliyi

Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi

3

Kompüter mühəndisliyi


Kompüter mühəndisliyi

Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

4

İnşaat mühəndisliyi

İnformatika

Neft və qaz yataqlarının işlənməsi və istismarı

5

Elektronika radiotexnika mühəndisliyi

-

Biokimya

6

Biotibbi texnika mühəndisliyi

-

Biotexnologiya

7

Kimya mühəndisliyi

-

-

8

Mexanika mühəndisliyi

-

-

Kompüter mühəndisliyi üzrə magistr proqramı ixtisaslı tələbələrə Kompüter mühəndisliyi ilə bağlı təhsilini qabaqcıl səviyyədə davam etdirməyə imkan verir. Magistr tələbələr Kompüter qrafikası, Multimedia sistemləri və Kompüter mühəndisliyi və digər sahələrdə ixtisaslaşa bilər.

  Neft Mühəndisliyi üzrə magistr təhsili mühəndisləri neft və qaz istehsalı zamanı məsuliyyətli olmaq üçün hazırlayır. Neft mühəndisliliyini bitirən məzunu tezliklə güclü potensial sahələrin şəxsi və professional inkişafına meydan oxuduğunu görmək olar.

Sənaye istiqamətində üstün bacarığını inkişaf etdirmək arzusunda olan namizədlərin müvəffəqiyyətli olacağını gözləmək olar. Mühəndislik və Tətbiqi Elmlər fakültəsi yüksək səviyyədə tələbələr hazırlayır və qarşıya çıxan problemləri həll etmək üçün texniki bacarıqlarla təmin edir.

Müasir mühəndislik, memarlıq və digər əlaqədar sahələrdə müəyyən idarəçilik bilikləri də tələb olunur. Bu sahədə həmin tələbatı ödəmək məqsədi ilə fakultədə tələbələr üçün iqtisadiyyat, menecment və marketinq üzrə müvafiq fənlər  təklif olunur.

Bu proqramların həyata keçirilməsi üçün fakultənin professor-müəllim heyətinin fəaliyyətinin müasir standartlara cavab verməsi, onların peşəkar təcrübəsi, beynəlxalq qurumlar və təşkilatlarla müxtəlif  əlaqələrinin olması zəruridir. Bu proqramlar müasir standartların yalnız tədqiqat və təhsildə deyil, eyni zamanda texniki, iqtisadi, sosial və digər sahələrdə də müvəffəqiyyətlə həyata keçirilməsini nəzərdə tutur.

Fakültədə aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

a) Bərpa olunan enerji laboratoriyası

b) Neft və qaz mühəndisliyi laboratoriyası

c) Neft və qaz yataqlarının simulyasiyası laboratoriyası

d) İnşaat materiallarının keyfiyyətinin yoxlanılması laboratoriyası

e) Hüceyrə patologiyası tədqiqat mərkəzi

f) Xəzər Kompüter tədqiqat mərkəzi

g)Analitik kimya laboratoriyası

İqtisadiyyat və Menecment Fakültəsi

1991-ci ildə yaradılmış İqtisadiyyat və menecment fakültəsi Azərbaycanın qabaqcıl biznes fakültəsidir. Fakültə Azərbaycanda regional tələblərə uyğunlaşdırılmış qərb təhsil sistemini ilk dəfə olaraq tətbiq etmiş və bu sahədəki aparıcı rolu bu günədək əldən vermir.

Fakültə ali təhsil və biznes məkanında yüksək nüfuza malikdir, fakültənin əməkdaşları daimə proqramların təkmilləşdirilməsi, tədrisin və elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində işləyirlər.

Tədrisin yüksək keyfiyyətini və yeniliyini nəzərə alaraq,  beynəlxalq EDUNİVERSAL təşkilatı fakültəmizi 2008-ci ildən bu ilin dekabrından başlayaraq hər il rəsmi olaraq dünyanın ən yaxşı biznes universitetlərin və fakültələrin siyahısına daxıl edir.

Məqsədimiz iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, beynəlxalq biznes, marketing və digər biznes sahələrində milli və beynəlxalq biznes mühitində müvəfəqiyyətlə fəaliyyət göstərə biləcək mütəxəssislərin hazırlanmasıdır.

Fakültənin MBA proqramı təcrübəli biznes mütəxəssislərin və biznesə ilk dəfə qədəm qoyanların tələblərini ödəyir və eyni zamanda uyğun sahələr üzrə kifayət qədər dərin biliklər verir.

Tədrisi yüksək ixtisaslı müəllim və mütəxəssislər tərəfindən həyata keçirən fakültə bakalavr, magistr (MBA) və PhD proqramları təklif edir. Tədris ingilis dilində aparılır. Müəllim heyətinin yüksək peşəkarlığı,  dünyanın bir sıra aparıcı universitetlərlə sıx əlaqələr  tədrisin beynəlxalq standartlara uyğunluğunu təmin edir. Dərslərin keçirilməsində yerli və beynəlxalq şirkətlərin  yüksək səviyyəli mütəxəssisləri, menecerlər, ekspertlər və əməkdaşlıq edilən universitetlərdən dəvət olunmuş professorlar iştirak edirlər.

Fakültə aşağıdakı ixtisaslar üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir:






Bakalavr üzrə ixtisas proqramları

Magistr üzrə ixtisas proqramları (MBA)

Doktorantura üzrə ixtisas proqramları

1

Biznesin İdarə Edilməsi

Maliyyə menecmenti

Dünya iqtisadiyyat

2

Biznesin İdarə Edilməsi, Maliyyə

Biznesin təşkili və idarə edilməsi

Müəssisələrin təşkili və idarə edilməsi

3

Biznesin İdarə Edilməsi, Mühasibat Uçotu və Audit

Xarici iqtisadi fəaliyyət

Ümumi iqtisadiyyat


4

Biznesin İdarə Edilməsi, Menecment

Bank İşi

-

5

Biznesin İdarə Edilməsi, Marketinq

Xaric iqtisadi fəaliyyət

-

Humanitar və Sosial Elmlər Fakültəsi

1992-ci ildə Humanitar fakültənin əsasının qoyulması ilə yanaşı bir sıra departamentlər də fəaliyyətə başladı. Fakültələrin yaradılmasında əsas məqsəd Azərbaycanın milli dəyərlərinin, mədəniyyətini qiymətləndirməyin, qoruyub saxlamağın, doğru təbliğatını aparmağının, bizim irsimizdə dərin iz buraxan bu dəyərlərin nə dərəcədə digər mədəniyyətlərdən fərqli olduğunu öyrənməkdir. Beləliklə, tələbə adını qazanan tələbələr uğurla yeni yaradılan Humanitar fakültəsində ixtisas fənnlərindən əlavə, ikinci dil kimi Şərq dilləri oyrədən Ingilis dili ədəbiyyatı və Jurnalistika ixtisasları üzrə təhsil alırdılar. 2004-cu ildə Hüquq və Sosial  Elmlər fakültəsində fəaliyyət gostərən bir sıra departamentlərin Humanitar Fakültəsinin tərkib hissəsinə qatılması ilə baglı  müzakirələr aparıldıqdan sonra 2005 ci ildə Humanitar və Sosial Elmlər fakültəsi  ilə əvəz olundu. Hal-hazırda da Humanitar və Sosial Elmlər Fakültəsi Xəzər Universitəsində bakalavr və magistr dərəcələri proqramlarına uyğun olaraq müəyyən sahələr üzrə geniş silsiləli proqramlar hazırlayan ən böyük fakültədir.

   Fakültədə yüksək səviyyədə Avropa və Müasir Şərq Dillərinin öyrədilməsi proqramı tədris olunur. Incəsənət və Musiqi sahəsində tətbiq olunan yüksək səviyyəli proqramlar Xəzər Universitəsinin bütün fakültələrində tətbiq olunmaqla yanaşı, bütün tələbələrin bu sahə üzrə kurs keçmə imkanları var. Bu model Azərbaycanda fəaliyyət göstərən Universitetlər tərəfindən də istifadə olunmağa başlayıb. Dərslər İngilis dilində keçirilməklə yanaşı, ikinci dil kimi tələbələr Fransız, Alman, İspan, Rus, Türk, Çin və başqa dilləri öyrənmək kimi imkanlar əldə edirlər.

Humanitar və Sosial Elmlər Fakültəsində tələbələrə dil,ədəbiyyat, Siyasət Elmləri, Beynəlxalq Munasibətlər, Tarix, Jurnalistika, Dinşünaslıq və Fəlsəfə fənləri tədris olunur. Əlavə olaraq, Sosiologiya, Psixologiya və Antropologiya sahələrinə aid dərslər də təklif olunur.

Humanitar və Sosial Elmlər Fakültəsi İngilis dilinin ikinci dil kimi tədrisi, Tərcümə, İngilis dili və Ədəbiyyatı, Beynəlxalq Əlaqələr, Siyasi Elmlər və Regionşünaslıq ixtisasları üzrə bakalavr və magistr proqramları təklif edir.

Humanitar və Sosial elmlər fakültəsi aşağıdakı proqramlar üzrə bakalavr, magistr və doktorantura proqramları təklif edir:






Bakalavr üzrə ixtisas proqramları

Magistr üzrə ixtisas proqramları

Doktorantura üzrə ixtisas proqramları

1

Tərcümə

Beynəlxalq münasibətlər

German dilləri

2

Ingilis dili və ədəbiyyatı

Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

Sosial fəlsəfə

3

Politologiya

Beynəlxalq münasibətlər və diplomatiya

Fəlsəfə tarixi

4

Beynəlxalq münasibətlər

Dünya siyasi prosesləri

Tarix

5

Regionşünaslıq

Beynəlxalq jurnalistika

Azərbaycan tarixi

6

Psixologiya

Kliniki psixologiya

Dünya Ədəbiyyatı

7

Jurnalistika

Ümumi psixologiya

Regionşünaslıq



Siyasi nəzəriyyə

8

-

Konfliktologiya

Beynəlxalq münasibətlər

9

-

Tərcümə

-

10

-

Dilşünaslıq

-
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə