Xəzər Universiteti XƏZƏr universiteti




Yüklə 59.88 Kb.
tarix26.04.2016
ölçüsü59.88 Kb.
XƏZƏR UNİVERSİTETİ

Magistratura, Doktorantura və Elmi İşlər Bölməsi

Fəlsəfə Departamenti

Kursun proqramı

(syllabus)



Fəlsəfəyə giriş

Müəllim:Ruslan Xəlilov

Payız- 2015

Xəzər Universiteti

XƏZƏR UNİVERSİTETİ

Fəlsəfəyə giriş fənninin iş proqramı

(Syllabus)



Semestr : 2015 Tədris ili, Payız

Müəllim:Ruslan Xəlilov

Dərs saatları:60

Əlaqə: mob.0552437399,email:ruslan.xalilov2014@yandex/ru

Dərsin məqsədi

Fəlsəfəyə giriş dərsi tədris prosesində öz əsas vəzifələrini belə müəyyənləşdirilir:

  1. Fəlsəfi biliyin yaranması, inkişafı və onun əsas predmetinin müəyyən edilməsinin təhlil və müzakirə edilməsi.

  2. Fəlsəfənin və digər elmlərin qarşılıqlı əlaqə və münasibətlərinin təhlil və müzakirə edilməsi.

  3. Fəlsəfə tarixində qərb və şərq sivilizasiyalarının yeri və rolunun təhlil və müzakirə edilməsi.

  4. Fəlsəfədə dövrləşmə; hər bir dövrün əsas ideyalarının və xarakterik xüsusiyyətlərinin təhlil və müzakirə edilməsi.

  5. Müasir dövr qərb fəlsəfəsinin əsas cərəyanları və onların nümayəndələrinin fəlsəfi baxışlarının təhlil və müzakirə edilməsi.

Dərsin nəticələri

Fəlsəfəyə giriş dərsinin əsas məqsədləri aşağıdakılardır:

Keçirilən hər bir dərsdə fəal şəkildə iştirak edən və kursu müvəffəqiyyətlə başa vuran tələbə,



  1. Fəlsəfə və fəlsəfə tarixi haqqında geniş və zəruri biliklərə sahib olacaq (koqnitiv nəticə- biliklənmə, savadlanma).

  2. Müstəqil təfəkkür tərzinə malik olaraq öz subyektiv fəlsəfi ideyalarını formalaşdıracaq (mental nəticə- yeni bacarıq qazanma).

  3. Mənəvi və əxlaqi dəyərlərin təsiri altında daxilən kamilləşərək müstəqil fərd və şəxsiyyət kimi cəmiyyətdə gedən proseslərdə mütərəqqi şəkildə çıxış edəcək (mənəvi nəticə).

Dərsin işlənmə forması

  1. Dərslər müəllimin geniş şəkildə izahlarından və mövzu ətrafında qarşılıqlı müzakirələrindən ibarət olacaqdır.

  2. Keçirilən dərslərin tezisləri dərsdən sonra tələbələrə verilsə də, dərslərdə vacib qeydləri götürmək olduqca mühümdür.

Tələbələrə veriləcək tezislər dərslər haqqında tam dolğun informasiya verməyəcəkdir.

  1. Dərslər azərbaycan dilində keçiriləcəkdir. Həmçinin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri ingilis dilində ifadə etmək olar

  2. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.

Dərsə hazırlaşma forması

Keçirilən dərslərə hazırlıq üsulu belə tövsiyə olunur.



  1. Hər bir dərsdən öncə növbəti dərsin mövzusuna uyğun oxumaq, bu haqda biliklərə yiyələnmək.

  2. Keçirilən hər bir dərsdə mühazirələri diqqətlə dinləmək, müzakirələrdə fəal surətdə iştirak etmək və lazımi qeydlər aparmaq.

  3. Hər bir dərsdən sonra dərsdə keçirilənləri yada salmaq, onları fərdi şəkildə düşünmək, dərsdə qeyd edilənləri geniş şəkildə tamamlamaq lazımdır.

Qiymətləndirmə forması

Aralıq imtahanı: 30 bal

Final imtahanı: 40 bal

Davamiyyət (participation) 10 bal (üzrsüz buraxılmış hər 3 dərs üçün 1 bal çıxılır)

Fəallıq (activity): 10 bal

Esse (referat): 10 bal

Cəmi: 100 bal

İmtahan forması


  1. İmtahana hazırlıq prosesində hər bir tələbə dərslərdə qeyd olunanları öyrənməklə yanaşı, digər mənbələrə də müraciət etməsi gərəkdir.

  2. Bir mənbədən alınan məlumatlarla kifayətlənən, başqa mənbələrə müraciət etməyən əzbərçi və avtoritativ tələbələr dərsdə maksimum keçid balını yığa bilərlər. İki və daha çox mənbələrə müraciət edərək araşdırma aparan tədqiqatçı tələbələr isə dərsdə yüksək bal yığa bilərlər.

  3. Üç dəfə dərsdə iştirak etməyən tələbə bir bal itirir. Bütün semestr dərsdə olmayan tələbələr avtomatik 10 bal itirirlər.

  4. Fəlsəfə dərslərində mövzudan kənar fikirlərlə fəallıq göstərmək mümkün deyil. Yalnız dərsin mövzusuna uyğun, düşünülmüş və aydın şəkildə söylənilən fikirlər aktivlik balının yazılmasına kömək edə bilər.

  5. Aralıq və Final imtahanları test və açıq sualların qarışığından ibarət olacaq.

İmtahanlardan əvvəl konsultasiyalar təyin olunacaq.

Esse hazırlanma forması

  1. Esse mövzuları qabaqcadan veriləcəkdir.

  2. Esselər ən gec, dekanlıq tərəfindən təyin olunmuş final imtahanı günündən 5 gün əvvəl verilməlidir. Gecikən esselər qəbul edilmir.

  3. Esselərin tərtibatı belə olmalıdır.: şrift ölçüsü: 14, interval: 1, həcm: ən azı 5 səhifə. Tərtibatı göstərilmiş qaydada olmayan esselər bal itirəcəklər.

  4. Esse hazırlayarkən əsas tələb mövzuya uyğun olaraq sərbəst düşünmək, tədqiqatçı mövqeyində çıxış etmək, daha çox subyektiv fikirlərə üstünlük verilməsidir. Şablon xarakterli, ümumi, mövzudan kənar fikirlərə və xüsusən köçürülmə hallarına qətiyyən yol verilməməlidir. Bu hallar aşkar olunarsa, tələbəyə esseyə görə bal verilmir!

  5. Esselərin müdafiəsi tələbi yoxdur. Ancaq istisna hal kimi, mübahisəli hallarda bu, müəllim tərəfindən zəruri hesab edilə bilər.

Cəzalandırma forması

Üzrsüz buraxılmış hər 3 dərs üçün 1 bal çıxılır.



Dərsə gecikənlər dərsə buraxılmırlar.

HƏFTƏLƏR

MÖVZULAR

SAATLAR

1

1. Fəlsəfə və onun predmeti

2

2

2. Fəlsəfi ideyaların yaranması və inkişafı

2

3

3.Fəlsəfəyəqədərki dünyagörüşü formaları

2

4

4.Mifik təfəkkürdən fəlsəfi ideyalara keçid dövrü

2

5

5.Antik fəlsəfə və onun meydana gəlməsi

2

6

6. Antik fəlsəfənin inkişafında əsas mərhələlər

2

7

7. Sokrataqədərki yunan fəlsəfəsində əsas məktəblər və onların nümayəndələri

2

8

8. Antik fəlsəfənin klassik mərhələsi:sofistlər və Sokrat

2

9

9. Afinalı Platon və onun dialoqları

2

10

10. Ellinizmin mahiyyəti və onun əsas nümayəndələri

2

11

11. Antik fəlsəfədə Roma dövrü: Fit hukretsi Kar və onun əsas ideyaları

2

12

12. Yeniplatonçuluğun mahiyyəti

2

13

13. Orta əsrlər fəlsəfəsinin xarakterik xüsusiyyətləri və əsas istiqamətləri

2

14

14. Patristika və Avreli Avqustin

2

15

15. Sxolastikanın mərhələləri və onların əsas nümayəndələri

2

16

16. Apologetika

2

17

17. İntibah dövrünün fəlsəfəsinin əsas mahiyyəti

2

18

18. İntibah dövü fəlsəfəsində əsas istiqamətlər və onların nümayəndələri

2

19

19. XVII əsr Qərbi Avropa fəlsəfəsi

2

20

20. Yeni dövrdə ingilis fəlsəfəsi

2

21

21. Yeni dövrdə Avropa rasionalizmi və onun əsas ideyaları

2

22

22. Fransız fəlsəfəsi və maarifçilik hərəkatı

2

23

23. Klassik alman fəlsəfəsi və onun dahiləri. İmmanuel Kant

2

24

24. Hegel və onun Ruh fəlsəfəsi

2

25

25. Müasir Qərb fəlsəfəsinin formalaşması və onun əsas istiqamətləri

2

26

26. Pozitivizmin mahiyyəti və onun əsas nümayəndələri

2

27

27. Marksizm fəlsəfəsi

2

28

28. Praqmatizm məktəbinin nüayəyndələri

2

29

29. Şopenhauer və irrasionalizm


2

30

30. Eksiztensializm və onun görkəmli nümayəndələri

2

Oxu materialları

  1. История философии: курс лекций в конспективном изложении, Акулова А.А, Ковелина Т.А, Самойлов С.Ф, Шалин В.В, 2014

  2. История философии. Средние века. Возрождение. Новое время, Грядовой Д. И, 2012

  3. История философии, Голышева М.О, 2011

  4. Введение в философию, И. Фролов, 2003

  5. Всемирная история философий, Л. Ясперс, Наука, 2000

  6. История западной философии, Б. Рассел, 1945

  7. Philosophy in the Modern World, Anthony Kenny, 2007

  8. Medieval Philosophy, Anthony Kenny, 2005

  9. Ancient Philosophy , Anthony Kenny, 2004

  10. Philosophical Analysis in the Twentieth Century, Scott Soames, 2003

  11. The story of philosophy, W. Durant, 1951

  12. Felsefe tarihi, M. Gökberk, İstanbul, 1993

  13. Fəlsəfə tarixi, Q.Skirbekk, N.Gilye, Bakı, 2007

  14. Şərq-Qərb, S. Xəlilov, Bakı, 2004

  15. Qədim yunan fəlsəfəsi antologiyası, AMEA-NIN Fəlsəfə və Hüquq İnstitutu, Bakı, 2002

  16. Fəlsəfə (dərslik), Z. Hacıyev, Bakı, 2001

  17. Fəlsəfə tarixi, M. Zeynalov, Bakı, 2000

  18. XX əsr qərb fəlsəfəsi tarixi, F. İsmayılov, Bakı, 1999

  19. Dinlər, təriqətlər, məzhəblər, Z. Bünyadov, Bakı, 1997

  20. Dünya filosofları, Ə. Nicat, Bakı, 1995

  21. Müəllimin dərs tezisləri

Qeyd: Yuxarıda göstərilən ədəbiyyat siyahısından əlavə, tələbələr həmçinin fəlsəfə və fəlsəfə tarixinə aid digər kitablardan da istifadə edə bilərlər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə