XƏZƏr universiteti tarix və arxeologiya departamenti azəRBAYCAN tariXİ FƏNNİNİn təDRİs plani




Yüklə 82.2 Kb.
tarix08.04.2016
ölçüsü82.2 Kb.
XƏZƏR UNİVERSİTETİ

TARİX VƏ ARXEOLOGİYA DEPARTAMENTİ


AZƏRBAYCAN TARİXİ
FƏNNİNİN
TƏDRİS PLANI

Bu iş planı Azərbaycan tarixi fənninin tədrisi zamanı əsas istiqamətverici sənəd olduğundan, tələbələrin bu sənədlə diqqətlə tanış olması vacib hesab edilir.


Müəllim haqqında qısa məlumat

Departament Tarix və Arxeologiya (309)

Fənn Azərbaycan tarixi

Kredit 3


Müəllim Ülviyyə Ağayeva

E-mail atoshi@mail.ru

Semestr Payız 2012

Əsas dərsliklər:
1. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.

2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.

3. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

6. “Azərbaycan tarixi üzrə qaynaqlar”, Süleyman Əliyarlı, Fərman Mahmudovun redak. ilə, Bakı 1989 və başqa qaynaqlar


Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:
7. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

8. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.

9. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

10. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

11. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

12. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

13. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

14. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

15. R.Kamalov, Əli Əsgərov. Dövlət və şəxsiyyət, Bakı, 2004.

16. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004.


Bütün kitabları Universitetin kitabxanasından və Tarix və Arxeologiya departamentindən əldə etmək olar.

İnternet saytları
www.azerbaijan.az;

www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org
Fənnin məqsədi

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.


Fənnin tədrisinin nəticəsi
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir


Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi


Qiymətləndirilmə
Semestr ərzində iki imtahanın keçirilməsi nəzərdə tutulur. İmtahanın keçirilmə tarixi haqqında məlumat tələbələrə dərs zamanı veriləcəkdir. Qiymətləndirilmə qaydası aşağidakılardır:
Aralıq imtahanı40 (sentyabrın ortasından noyabrın ortasına qədər tələbələrin keçilmiş materialı necə mənimsəməsinə dair 4 yoxlama işi (quiz) keçiriləcək. Yazılı cavablarla sənədləşdirilmiş hər bir yoxlama işi 10 bal qiymətləndiriləcək. Onların keçirilmə vaxtı və mövzuları auditoriya ilə razılaşdırılacaq).

Yekun imtahan50 (imtahan noyabr-dekabr aylarında tədris edilmiş materiallar əsasında olacaq və ümumi universitet tələblərinə uyğun olaraq gələn ilin yanvarında keçiriləcək).

Fəallıq 10 (dərslərdə və müzakirələrdə fəal iştirak - 3bal, Azərbaycan Tarixi Muzeyinə ekskursiya və hesabat -2bal, prezentasiyalar – 5bal (mövzular siyahısı səh 7də).

___________________________________________________



Ümumi: 100 bal
Qaydalar
Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.


Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.


İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.


Tədris metodları

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:



  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

- bəzi mövzularla əlaqədar olaraq tanınımış alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Fənnin tədrisi

Həftələr




Mövzular


saatlar

Qeyd



I

Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.


2


2

[1, bölüm1-3,

s.8-76;];

[2, fəsil 1-2, s.20-125];

[4, fəsil 1,2,

s.6-24]




II

Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.


2
2


[1, bölüm 4-5, s.77-129];

[2, fəsil 3-5,

s.126-219];

[4, fəsil 2-3,

s. 25-43]




III

Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

IX-cu yüzilliy­­in ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan f­eodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.

2

2



[1, bölüm 6-8, s.130-213];

[2, fəsil 6-8,

s. 220-305];

[4, fəsil 3,

s.43-50]




IV

Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti.

Azərbaycan Monqol ağalığı dövründə.

2

2



[1, bölüm 8-9,

s. 214-299];

[2, fəsil 9-10,

s.306-361];

[4, fəsil, 3-5,

s.50-74]




V


Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.



2

2


[1, bölüm 10-11, s. 300-363];

[2, fəsil 11, s.362-408];

[4, fəsil 5,6,

s.75-101]




VI

Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).


2


2

[1,bölüm 12-14,

s.364-507];

[2, fəsil 12-13,

s. 409-547];

[4, fəsil 7,8,9,

s.102-195]




VII

Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.


2

2



[1, bölüm 15,

s.508-569];

[2, fəsil 14,

s. 548-595];

[4, fəsil 10,11,

s.196-239]






Aralıq imtahanı








VIII



Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.
XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. M­üstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.


2

2



[1,bölüm 16-18,

s. 570-771];


[2, fəsil 15-22,

s. 596-668];


[4, fəsil 12,13,

s.240-265]





IX

Şima­li Azərbaycan XX əs­rin əvvəllə­rində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycan­da demokratik hərəkat.

Azərba­ycan Birin­ci d­ünya müh­aribəsi ill­ərində. Azər­baycan Ru­s inqilabı ill­ərində (fevral – okt­yabr 1917-ci il).

Azərbayc­an Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.

2

2



[4,fəsil 15,16,

s. 273-299];


[5, fəsil 1-4,

s.3-145; fəsil 7-8, s.182-270]




X


Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı - 21 Azər.


2


2

[4, fəsil,17,18,

s.300-319];


[5, fəsil 10-13,

s. 291-374]




XI

Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.


2

2



[4, fəsil,19,20,

s.320-336];

[5, fəsil 14-15,

s.374, 374-442]


XII


Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

Ayaz Mütəllibovun siyasi xəttinin i­flası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ m­üharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.

2


2

[4, fəsil 20,21, s.337-344];


[5, fəsil 16-17,

s. 442-488]



XIII


Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi is­lahat təşə­bbüsləri. Gə­ncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının de­vrilməsi.

P­rezide­nt səlahiyyət­lərinin Heyd­ər Əliye­və ve­rilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə d­­oğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Ə­srin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin ye­kunları.


2


2

[4, fəsil 21,22,

s. 344,349];

[5, fəsil 17-18,

s. 488-546; 14];


[13,14]


XIV

Y­eni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun d­avam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xa­rici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının

ne­ft strategiyası.

İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.

2


2


[4, fəsil 22,

s. 344-349];


[5, fəsil 17-18,

s. 488-546; 15];


[13,14]



XV

Azərbaycan XXI yüzi­lliyə do­ğru. İlham Əl­iyevin daxili və xarici siyasətin­in uğ­urları. Da­ğlıq Qarabağ uğrun­da aparılan diplomatik mübar­i­z­ə.

2

2


[12,14,15]





Yekun imtahan








Prezentasiya mövzularının siyahısı

  1. Azərbaycanda intibah mədəniyyəti

  2. Azərbaycan Səfəvilər dövləti

  3. Quba xanlığı

  4. Qarabağ xanlığı

  5. İrəvan xanlığı

  6. Azərbaycanın işğalı və bölüşdürülməsi

  7. M.F. Axundov və Həsən bəy Zərdabi

  8. Azərbaycanda xeyriyyəçilik

  9. MəmmədƏmin Rəsulzadə

  10. Azərbaycan cümhuriyyəti

  11. Nəriman Nərimanov

  12. Azərbaycan XX əsrin 30-cu illərində - repressiyalar dövrü

  13. Dağlıq Qarabağ problemi

  14. XX əsrin 80-ci illərində Milli Azadlıq Hərəkatı

  15. Xocalı soyqrımı

  16. Şuşa (tarixi və mədəniyyəti)

  17. Naxçıvan (tarixi və mədəniyyəti)




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə