Xəzər Universiteti Hüquq fakültəsi esse fənn: İslam Düşüncəsi




Yüklə 39.93 Kb.
tarix21.04.2016
ölçüsü39.93 Kb.
Xəzər Universiteti
Hüquq fakültəsi

ESSE
Fənn: İslam Düşüncəsi

Müəllimə: Elnurə Əzizova

Tələbə: Ceyhun Babaşov
Mövzu: Quran
Bakı - 2008

Plan:



  1. Giriş




  1. Quranın tərifi və adları




  1. Quran-i Kərimin tərtibi




  1. Quran-i Kərimin mahiyyəti




  1. Quran-i Kərimin məzmunu




  1. İstifadə edilən ədəbiyyatların siyahısı



Quran

(İslam dininin müqəddəs kitabı)


1. Giriş

Quran, bir qanun məcmuası və yaxud hüquq elmi kitabı deyil. Lakin, Quranda iman, əxlaq və fiqh ilə əlaqəli bəzi hökmlər vardır ki, bunlardan ibadətə aid olanlar Allah ilə bəndə arasındakı münasibəti tənzimləyir, hüquq ilə əlaqəli olanlar fərd ilə fərdin, fərd ilə cəmiyyətin, bir cəmiyyət ilə başqa bir cəmiyyətin qarşılıqlı münasibətlərini tənzimləyir.

Quran ayələrinin sübutu qətidir (yəni bütün ayələrin Allahdan gəldiyi kimi söz və məna olaraq mühafizə edilib mushaflarda yazıldığı və bizə qədər dəyişmədən gəldiyi barədə şübhə yoxdur).



2. Quranın tərifi və adları

Quran kəlməsinin yarandığı kök haqqında müxtəlif fikirlər vardır. Bu cür fikirləri, quran sözünün həmzəli və həmzəsiz olduğunu müdafiə edən iki qrupa bölmək olar. Quran adının həmzəsiz olduğu fikrini müdafiə edənlərdən biri olan İmam Şəfidən rəvayət edilən, başqa elm adamlarının da dəstəklədiyi birinci fikirə görə quran sözü hərfi mənada “əl-quran” şəklindədir. Quran Tövrat və İncil kimi son din üçün göndərilən kitaba Allah tərəfindən verilmiş xüsusi addır.

Cəfəri, Raqıb əl-İsfahani, İbn Atiyyə əl-Əndəlusi kimi bir çox alimlər isə quran adının “oxumaq” mənası bildirən “kara’e” felindən yarandığını bildirir. İslam vəhyinin “ikra” (oxu) əmri ilə başlaması, Quranda “kara’e” felinin “oxuma” mənasında on yeddi yerdə işlədilməsi və Quranın çox oxunması məsləhət görülən bir kitab olması kimi nüanslar nəzərə alındıqda Quran sözünün “oxumaq” felindən yarandığını qəbul etmək daha doğru olardı. Frans Buhl və A.T.Welch kimi bir çox Qərb din adamlarının fikrincə, Quran sözü Suryanicədəki, yəni Suriyalıların istifadə etdikləri “kilsədə keçirilən dərs” mənası daşıyan karyənə sözündən meydana gəlmişdir. Lakin, Ərəb dilçiləri “Kara’e” sözünün məna etibarilə birbaşa olaraq “oxumaq” mənasına gəlmədiyini bildirirlər.

Quranın termin mənasıyla əlaqədar olaraq müxtəlif təyin etmələr edilmiş və bunlar böyük ölçüdə bir araya gətirilərək belə bir tərif ortaya çıxmışdır: “Quran, Allah tərəfindən Cəbrayıl vasitəsilə mahiyyəti bilinməyən bir şəkildə son peyğəmbər Hz. Məhəmmədə endirilən, səhifələrdə yazılan, təvatür yolu ilə nəql edilən, oxunması ilə ibadət edilən, Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən, başqalarının misal gətirməkdə aciz qaldığı Ərəb dilində olan müciz bir kəlamdır”. Bu tərifdən göründüyü kimi Hz. Peyğəmbərə endirilməyən kitab və səhifələrə, Quranın tərcüməsinə və ya Quranın mənalarının Ərəb dilindəki başqa sözlərlə ifadə edilmiş şəklinə Quran demək olmaz.

Quranın digər ad və sifətlərinin sayı haqqında hər hansı bir fikir birliyinin olmaması, əslində ad olmayan bəzi sözlərin ad və ya sifət olaraq qəbul edilməsindən qaynaqlanmaqdadır.

Mаvərdi Quran-i Kərimdə Allahın öz kitabını “el-kuran, el-furkan, el-kitab, ez-zikir” adları ilə adlandırdığını bildirmişdir. Məhəmməd Tahir ibn Aşura görə isə Quranın ən məşhur adları bunlardır: Quran, tənzil, furkan, zikr, vəhy, kəlamullah.


3. Quran-i Kərimin tərtibi

Quran-i Kərim ayələrdən və müxtəlif saylarda ayələrin yer aldığı surələrdən ibarətdir. Bəzi ayələr xüsusi adlarla tanınmışdır. Məsələn: Ayətül-Kürsi (əl-Bəqərə 2/255).

Hz. Osmanın müqəddəs kitablarına görə Quranda 114 surə vardır.

Ət-Tovbə (Tövbə) surəsi istisna olmaqla, bütün surələrin əvvəlində “Bismillahir-rəhmanir-rəhim!” kəlməsi vardır. Ət-Tovbə (Tövbə) surəsinin əvvəlində bu sözlərin olmaması ilə bağlı olaraq bu surənin əl-Ənfal (Qənimət) surəsinin davamı olması fikri göstərilir. Lakin, daha tutarlı olan fikir, ət-Tovbə surəsinin müşrik və kafirlərə xəbərdarlıq ultimatumu formasında hesab edilməsidir.

Quranın ən qısa surələri hər biri üç ayədən ibarət olan əl-Əsr (Axşam çağı), əl-Kovsər (Kövsər) və ən-Nəsr (Kömək) surələridir.

Quranın ən uzun surəsi 286 ayədən ibarət olan əl-Bəqərə (İnək) surəsidir.

Hz. Osmanın Quranı vahid kitab şəklinə saldırana qədər keçən 15 illik vaxt ərzində namazlarda və Quranı əzbərləmə işlərində Hz. Peyğəmbərin vəfatından əvvəl mövcud olan plan əsas götürülmüşdür. Səhabələr arasında bu mövzu ilə bağlı hər hansı bir ixtilafın olduğuna dair mənbələrdə bir məlumata rast gəlinməmişdir.



4. Quran-i Kərimin mahiyyəti

Quran-i Kərim “Allah kəlamı” olaraq qəbul edilir. Kəlam mənalı sözü ifadə etdiyi üçün bir həmsöhbətə istiqamətli olmağı ehtiva etməkdədir. Quranın məzmunu müxtəlif şəkillərdə təsnif edilməklə birlikdə “xəbər” və “inşa” olmaqla iki qismə ayrılır. Xəbər əsas etibarilə, şəxsən Allahın adları və sifətləri, axirət əhvalı, hekayə və kainatı olanın bəyanı olaraq reallaşarkən hidayət daha çox nəyin necə edilməsi lazım olduğunu, yəni olması lazım olanı ifadə etməkdədir. Bu çərçivədə Quranda “hər şey”in məlumatı vardır. Buradakı “hər şey” az olanı deyil, əsas etibarilə çox olanı ifadə etməkdədir. Bu məlumat, bir istiqamətiylə mövcud olanı öz var olması içərisində qavramağı izah edərkən, digər istiqamətiylə insanların hərəkətləriylə əlaqədar hökmləri,yəni onların nələri etməsi və nələrdən uzaq dayanması lazım olduğu mövzusunda onlara yol göstərmə mənasında bir hidayəti ifadə etməkdədir.

Qurana həmsöhbət olan insanlar, onu əvvəlcədən Hz. Peyğəmbərin onlara təbliğ etdiyi və onlara çatdığı formada qavramış və bu cür də qəbul etmişlər. Bu qavrayış və qəbul müsəlmanın sağ duyğusunun əsasının meydana gətirdiyindən bu sağ duyğuya söykənən yanaşmanı təmsil edən fiqhin Quran tərifi bu zəmin üzərində meydana gəlmiş və davam etmişdir. Bu səbəbdən də klassik fiqh üsulu əsərlərində Quran-i Kərimi qeyd edənlər onu daha çox fenomenolojik bir şəkildə, yəni insanlara çatmış ilahi bir kəlam olması cəhətindən qeyd edirlər.

Quranın mahiyyətilə bağlı müzakirələr, varlıq və dəyər mövzusundakı ontolojik bir rəftara bağlı olaraq məna qazanmaqdadır.

Klassik ədəbiyyatda Quranın mahiyyəti üzərində inkişaf edən ifadə buradan hərəkətlə biri fenomenolojik, digəri isə özsel olmaqla iki qismə ayrılır.

Kəlamçılar Quran-i Kərimi onun Allah kəlamı olmasına görə müzakirə mövzusuna çevirirlər. Quranın Allaha məxsus kəlam olması onun insanın yaratdıqlarından üstün bir mənbə olduğunu göstərir. Quranın mahiyyəti ilə bağlı xüsuslar kəlam kitablarında Allahın sifətlərindən kəlam sifətinə dair mövzular araşdırılarkən qeyd olunmaqdadır. Yəni, kəlam elmində Quranın mahiyyəti haqqındakı mübahisələr, əsas etibarilə birbaşa olaraq Quran haqqında olmayıb Allahın sifətləri ilə bağlıdır. Həmçinin qeyd etmək lazımdır ki, bu mübahisələrin əsas nöqtəsini tövhid məsələsi təşkil edir.

Allahın sifətlərinə dair fikir ayrılıqları hər nə qədər VIII əsrin II yarısından etibarən ortaya çıxmışdırsa da bu mübahisənin özəyini, xristianların Hz. İsanın “Allahın sözü” olduğunu bildirən ifadəsi onu ilahiləşdirməyin bir əsası olaraq istifadə edilmişdir.

XI əsrdə İslam dünyasında Allahın zatı ilə bağlı müxtəlif fikirlilik ortadan qalxmış, Allahın sifətlərinin zatının nə eyni, nə də qeyri olması, ancaq zatı ilə əzəli və əbədi sifətləri olması üzərində ümumi bir ittifaqa gəlinmişdir. Bu mövzuda olan mübahisələr Quranın mövcudluğu və Allahın sifətlərinin varlığı haqqında olmayıb, daha çox fəlsəfi baxımdan ümumilikdə sifətlərin və xüsusi olaraq kəlam sifətinin necə başa düşüləcəyi mövzusunda meydana gəlmişdir.

İnsanlara çatdığı vaxt Quran-i Kərimin Ərəbcə olması, bir tərəfdən təbii bir dillə və ərəb dilinin qaydaları içində ifadə edildiyini göstərərkən, digər tərəfdən bundan başqa dil olmanın xüsusiyyətlərini özündə topladığını göstərməkdədir. Bu xüsus onun başa düşülə biləcəkliyinin əsasını təşkil edir. Bu eyni zamanda, Quranın möcüzə olması fikri üzərində dayanarkən təii bir dildə mümkün olan ən yüksək ifadə gücünə malik olmağını göstərmək deməkdir.

Quranın dil olması və Ərəb dilinin imkanlarını mükəmməl bir şəkildə göstərməsi, onun tarix boyunca daima həyataın içində olmaqla birlikdə, həm də həyatın üstündə qalmasını və müəyyən zaman içərisində xalqın həyatında ortaya çıxan bir sıra dəyişikliklərə baxmayaraq, özünəməxsus xüsusiyyətlərini qoruyub saxlamışdır.

Quranın əsas xüsusiyyətlərindən ikisi onun oxunmasıdinlənilməsidir. Bir tərəfdən Quranın namazda oxunması və Quran oxunduğu zaman onun diqqətlə dinlənilməsinin əmr edilməsi (əl-Ər’af 7/204) onun müsəlmanların həyatında tutduğu təyinedici yerin əsasını təşkil etdiyini göstərir. Quran oxuma və dinləmə müsəlman olmağın ayrılmaz bir parçası deməkdir.

Quran müsəlmanların həyatında sadəcə mənası axtarılan adi bir mövzu, bir hekayə, hər hansı bir kitab yox, özü ilə Müsəlmanlığı oxuma və dinləmə əlaqəsi içində yaşadan bir xitabdır.

Quranın ahəngi, Ərəb dilini bilməyənləri belə təsirləndirə biləcək bir sənət əsəridir. Onun nəzm ilə yazılışının və üslubunun bəzi xüsusiyyətləri ona inanan insanları çatdırdığı yüksək əxlaq səviyyəsi möcüzə olmaasının ən önəmli əlaməti olaraq qəbul edilməkdədir.
5. Quran-i Kərimin məzmunu

Quran-i Kərim, Hz. Peyğəmbərin dövründə yaşayan xalqın müxtəlif rəftar və davranışlarına, ehtiyaclarına, hadisələrin inkişafına və digər fərqli hal və şərtlərə görə müxtəlif zamanlarda ayə və surə şəklində nazil olduğundan, bu ayə və surələrin sıralanması da sistematik əsərlərdə olduğu kimi deyildir. Quranın məzmununu təşkil edən mövzular mushaf’ın – müqəddəs kitab’ın başından sonuna qədər yayılmış formadadır. Bu tərtib forması, təkrarların da köməyilə Quranı oxuyan və yaxud dinləyənlərin eyni vaxtda bir çox mövzunu təkrar etmələri, öyrədici və lazımlıdırsa da, onun məzmununu müstəqil mövzu adlarına ayıraraq qüsursuz bir şəkildə verməyi çətinləşdirməkdədir.

Demək olar ki, bugünə qədər aparılan araşdırmalarda Quranın məzmunu haqqında ancaq məhdud və oxşar məlumatlar verilmişdir. Quranda mövcud olan mövzuların təsbiti, mövzu adlarının seçilməsi, bunların sayı, məzmunları kimi xüsuslarda bir-birindən xeyli fərqli seçim və təsniflər meydana çıxmışdır. Belə ki, bəzi əsərlərdə Quranın məzmunu bir neçə əsas başlıq altında toplandığı halda, bəzilərində yüzlərcə mövzu sıralanır.

XIX əsrdən etibarən Quranın məzmunu məsələsi Theodor Nöldeke, William Muir, Richard Bell, Roger Arlandez kimi araşdırmacıların, Fəzlürrəhman, Sübhi əs-Salih, Mehdi Bazergan kimi İslam alimlərinin maraq dairələrindən birini təşkil etmişdir.

Başda T. Nöldeke olmaqla, şərqiyyatçıların məşhurlarıyla bəzi dövr müsəlman araşdırmaçılar nüzul (Quranın nazil olması) səbəbləriylə bağlı rəvayətlər; müxtəlif surə və ayələrin Quranın insanlara endiyi dövrün fərqli hissələrindəki ictimai, siyasi, dini və başqa şərtlərlə əlaqəsi; Hz. Peyğəmbərin həyatı, cəmiyyətdə tutduğu yer və apardığı müharibələri; ayələrin uzunluğu və qısalığı; üslub müxtəliflikləri kimi mövzulara dair bəzi ölçülər verən məlumatlara arxalanaraq ayələrin və surələrin nazil olma sıralarını müəyyənetməyə və bu siranı diqqətə alaraq Quranın məzmunu haqqında daha sağlam dəqiqləşmələr aparmağa cəhd etmişlər. Bu növ çalışmalardakı məlumatların ortaq nöqtələri diqqətə alınıb Quranın nazil olma müddətini də nəzərə alaraq Quran-i Kərimin məzmununu aşağıdakı kimi yekunlaşdırmaq olar:


  1. Məkkə dövründəki surələr.

Məkkə cəmiyyətində qatı bir bütpərəstlik inancı və qəbiləçi, maddəçi, həzzçi bir əxlaq və həyat anlayışı hakim olduğğu üçün bu dövrdə nazil olan surələrdə daha çox Allahın birliyinə, qüdrətinə və lütfkarlığına, axirət gününə, edilmiş olan əməllərin qarşılığı kimi axirət məsələlərinə dair ayələrlə insanlarda mərhəmət və azadlıq duyğularını inkişaf etdirməyi, konstitusional haqqlar nöqteyi nəzərdən insanlığın bərabərliyi fikrinə əsasən bir əxlaq şüuru meydana gətirməyi hədəfləyən ayələr geniş yer tutur.

Dinin ana qayələri” deyilən və bütün dinlərin ortaq məqsədləri hesab edilən din, can, ağıl və malın qorunması xüsusundakı konstitusion hökmlərlə fəzilət və əxlaq prinsipləri də Məkkə surələrinin əsas mövzularındandır.



  1. Mədinə dövründəki surələr.

Məkkə dövründə enən surələrin ümumi məzmunu, “ilahi iradəyə dayanan yeni bir cəmiyyət qurmağın inanc və əxlaq təməlini təşkil edəcək qanunlar” şəklində yekunlaşdırmaq mümkündür. Mədinədə nazil olan surələrdə Məkkədə nazil olan surələrin ehtiva etdiyi başlıca mövzuların yanında ibadət mövzuları çoxluq qazanmışdır.

Mədinə şərtlərində ortaya çıxan yeni nizam içində gedərək nəzərə çarpan hüquqi və siyasi quruluşa paralel olaraq vəhy də normativ bir dəyər qazanmışdır.

Müsəlmanlar ilk dəfə Mədinədə siyasi bir quruluş təşkil edib, əsgəri bir gücə sahib olduqları üçün Mədinədə nazil olan surələrin məzmununda müsəlmanların həyata keçirdikləri müharibələrlə bunların nəticələrinə və ümumi olaraq müharibə qərarlarına və siyasət qaydalarına geniş yer verilmişdir.

Mədinə surələrinin məzmununu təşkil edən mövzular poetik bir dil istifadə etməyə Məkkə surələrinin mövzuları kimi əlverişli olmadığından bu surələrin üslubu məzmuna uyğun olaraq daha sadədir.
6. İstifadə edilən ədəbiyyatların siyahısı:
1. Xatəmül-Ənbiya, Həzrəti Məhəmməd və həyatı.

Diyanət İşləri Başqanlığı. Əli Himmət BƏKRİ və Osman KƏSKİOĞLU.



Türk Tarih Kurumu Basımevi. Ankara-1996
2. web site: \www.google.az\





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə