X yaratmaq q




Yüklə 1.64 Mb.
səhifə9/10
tarix22.02.2016
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Dövlət Qaçqınlar Komitəsi Sumqayıt şöbəsində olan məlumata görə 1999-cu il mart ayının 1-də Sumqayıt şəhərində 43172 nəfər məcburi köçkün (11651 ailə) məskunlaşmışdır (bax: cədvəl №9).



Cədvəl 9. Azərbaycan Respublikasının işğal olunmuş rayonlаrından Sumqayıtda məskunlaşmış məcburi köçkünlərin sayı (01.03.1999-cu ilə olan məlumat).






Işğal olunmuş rayonlar

Köçkün ailələrinin sayı

Köçkünlərin sayı

1

2

3

4

1.

Xocalı

57

222

2.

Şuşa

130

586

3.

Laçın

1242

4664

4.

Xocavənd

65

262

5.

Kəlbəcər

100

369

6.

Cəbrayıl

1233

4526

7.

Fizuli

1401

5052

8.

Qubadlı

5396

19790

9.

Zəngilan

1443

5521

10.

Ağdam

584

2180

Cəmi

11651

43172

Sumqayıta pənah gətirmiş məcburi köçkünlər əsasən şəhər müəssisələrinin yataqxanalarında, məktəbli düşər­gələrində, uşaq bağçalarında, mehmanxana və qonaq evlərində, inzibati binalarda, sanatoriyalarda, tikintisi başa çatmamış yaşayış evlərində, qohumlarının mənzillərində, Novxanı və Saray bağlarında müvəqqəti məskunlaşmışlar. Hal-hazırda onlar 70-dən çox inzibati binada, 33 yataqxanada, şəhərin sakinləri üçün tikilmiş 600-dək mənizldə, 470 ailə tikintisi başa çatmamaış yaşayış binalarında, 468 ailə bağ evlərində, 306 ailə Z.Tağıyev qəsəbəsində “gecəqondu evlərdə”, 170 ailə “Kosmo­navtik” baraklarında, habelə texniki-peşə məktəblərinin tədris korpuslarında yaşayırlar.

Ermənistam Respublikası tərəfindən işğal olunmuş rayonlardan birinin – Qubadlı rayonunun əhalisi, onun bütün idarə və təşkilatları Sumqayıtda yerləşdirilmişdir.

250 min nəfərdən artıq əhalisi onsuz da Mixail Qorbaçovun sərsəm “yenidənqurma” (oxu: “Yenidən-qurma”-R.M.) siyasəti nəticəsində yaranmış problemlər dəryasında boğulan Sumqayıt şəhəri əlavə olaraq daha bir orta şəhər əhalisi qədər qaçqın və köçkünlərin də bütün gündəlik qayğılarını (çörək, su, işıq, mənzil, paltar, ayaqqabı, səhiyyə xidməti, uşaq bağçası, məktəb, kitab-dəftər və s. və s.) öz üzərinə götürdü, Sumqayıta pənah gətirmiş qaçqın və köçkünlərə yüzlərlə, minlərlə sumqayıtlı öz köməyini əsirgəmədi...

Qaçqınlar problemindən söhbət gedərkən bir vacib məsələyə də toxunmaq, ona münasibət bildirmək lazım gəlir. Məlumdur ki, Sovet Sosialist Respublikaları İttifaqını dağıtmaq məqsədilə geniş istifadə olunan metodlardan biri də ölkədaxili etnik münaqişələrin təşkil edilməsi metodu olmuşdur. Belə münaqişələrdən biri də SSRİ-nin dağılmasında xüsusi yeri olan uydurma Qarabağ problemi ətrafında yaradılmış Ermənistan-Azərbaycan qarşıdurması olmuşdur. O da bəllidir ki, bu münaqişəyə təkan vermək, onu qızışdırmaq məqsədilə bəhanə rolunu Sumqayıtda törədilmiş 1988-ci il fevral hadisələri oynadı. Bu hadisələrdən sonra çoxmillətli Sumqayıt şəhərini tərk edərək müxtəlиf ölkələrdə qaçqın statusunu alanlar da olmuşdur. Onların böyük əksəriyyəti ermənilər idi.

Beləliklə, eyni səbəbdən – Ermənistan-Azərbaycan qarşıdurması nəticəsində “qaçqın” statusu almış adamların bir qismini Sumqayıta gəlmiş, digər qismini isə Sumqayıtdan getmiş qaçqınlar təşkil edir. Bu adamlar hüquqi baxımdan eyni statusa malik olsalar da, onları mahiyyətcə bir-birindən fərqləndirən çox mühüm cəhətlər vardır.

Hüquqi statusları eyni olsa da mahiyyətcə iki müxtəlif kateqoriya təşkil edən, bir tərəfdən, Sumqayıta gəlmiş qaçqınların, digər tərəfdən, Sumqayıtdan getmiş qaçqınların bütövlükdə nə itirdiklərini və nə qazandıqla-rını onların tərk etdikləri məkana və sonradan məskun-laşdıqları məkana, diyara, torpağa, vətənə münasibət nöqteyi-nəzərindən təhlil etmək gərəkdir.

Məlum olduğu kimi, Ermənistandan Sumqayıta gələrkən burada məskunlaşmış qaçqınlar-azərbaycanlılar əsrlərdən bəri öz ulu babalarından qalmış məkanı, diyarı, müqəddəs torpağı, ana vətəni tərk etməli olmuşlar. Doğ-rudur, onlar Azərbaycanda, Sumqayıtda öz doğmalarının-soykökü, dili bir, dini bir qardaş-bacılarının yanında məskunlaşıblar. Lakin, unutmaq olmaz ki, bu qaçqınlar tərk etdikləri torpaqda təkcə öz var-dövlətlərini, ev-eşiklərini və s. maddi sərvətlərini yox, həm də və ən başlıcası isə hər şeydən qiymətli olan, heç bir maddi dəyərlə müqayisə olunmaz mənəvi dəyəri – nəsillərin tarixi yaddaşının ayrılmaz hissəsini – öz ulu babalarının qəbirlərini qoyub qaçmalı olmuşlar. Və heç şübhəsiz ki, bu ağır dərd, qəm, qüssə, kədər, bu sıxıntı, bu vətən həsrəti onları gecə-gündüz rahat buraxmır. Qaçqınların düçar olduqları mənəvi üzüntüləri bu gün ictimai şüur səviyyəsində dərk edilir, öz əksini təkcə publisistik çıxışlarda və yazılarda tapmır, artıq bədii yaradıcılığın aktual mövzusuna çevrilir. Bu mövzuya xalqımızın az-çox tanınmış şair və yazıçılarının, demək olar ki, əksəriyyəti müraciət etmişdir. Ədəbiyyatda qaçqın və köçkünləri probleminin bədii təsviri ayrıca tədqiqat obyektidir. Odur ki, burada bir neçə misal çəkməklə kifayətlənirik.

Sumqayıtlı şair-publisist Əvəz Mahmud Lələdağ “Ömürdən qalan izlər” adlı kitabında öz “kövrək duyğu-larını” qələmə alaraq yazır:
Kəndimiz yuxuma girmişdi gecə,

Əlmərdan bulağı həzin axırdı.

Babamınsa ruhu Qızılqayadan

Dayanıb nifrətlə mənə baxırdı...


Gəzdiyin yaylaqda indi kim gəzir,

Bulaqlar, çeşmələr, gözəllər hanı?

Ürək necə dözür, can necə dözür,

Ənliksiz, kirşansız gözəllər hanı?


Hanı Daşlı cığır, Qanqallı cığır,

Ot-alaq basıbdır bulaq yolunu.

Vətəndən qaçanı Vətənə çağır,

Çağır yurd oğlunu, Vətən oğlunu...


Boynu bükük qalıbdır məzar daşları,

Alışıb yanıbdı babanın goru.

Gözəllər dolaşan bu yamacları,

Bir az qeyrətə gəl, barı sən qoru.

“Yurd ağrısı”ndan sızlayan Sumqayıtda məskun-laşmış digər şair Avtandil Ağbaba isə öz hisslərini belə verir:

Biz ölə bilmədik öz yurdumuzda,

Ölmək də lazımdı yaşamaq üçün.

Indi qovruluruq öz odumuzda,

Yurdun həsrətini daşımaq üçün
Gur yağışlar yuyan o daş, o ocaq,

Bəlkə qınayacaq haçansa bizi.

Salırıq Vətəndə, Vətəndən uzaq

Təzə yurdumuzu və qəbrimizi.


Onun “Qədim insana xitab” adlı şeri oxucunu dərindən düşünməyə vadar edir:
Qədim insan, qədim insan,

Ey atalı, ey analı

Yetim insan

Qədim insan!

Şər deməsən,

xeyir gəlməz.

Gözlərin görməsin yamanlıq,

Işdir birdən sən oyansan,


Çökər gözlərinə

sənin qaranlıq.

Qəbrin olub çilik-çilik,

bölük-bölük

Gor evini talayıblar,

Qəbrin üstə

namərdlər od qalayıblar.

Aparıblar başdaşını,

Təzə başdaşı qoyublar.

Başdaşında başqa yazı-

Özgə ruhda, özgə dildə.

Dilim-ağzım qurusun,

Birdən özünü sanarsan

Yad ölkədə, yava eldə.

Yox, yox, bura öz evindir.

Öz qəbrindir.

Tərk eləmə öz qəbrini,

Baxma o yazıya,

o başdaşına.

Bura sənin öz qəbrindir.

Qədim insan,

Qoymayırlar məzarda da

Sən rahatca uyuyasan.

Səbrin olsun, bas səbrini,

Ay rəhmətlik,

İllərdir axı biz də

Səbr edirik.
Beləliklə, Sumqayıtda özlərinə sığınacaq tapmış azərbaycanlılar - həm Ermənistandan qovulmuş qaçqınlar, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgələrindən olan məcburi köçkünlər öz ata-baba yurdlarını itirmişlər.

Sumqayıta gələn qaçqınlardan və məcburi köç-künlərdən fərqli olaraq, Sumqayıtdan getmiş qaçqınlar (ermənilər) heç də öz ulu vətənlərini, ata-baba torpaqlarını itirməmişlər. Axı boş səhrada inşa olunmuş Sumqayıt şəhərinin özünün 1988-ci ildə heç 40 yaşı tamam olmamışdı.



Haşiyə. Doğrudur, bu heç də o demək deyildir ki, Sumqayıtdan gedən qaçqınların ürəklərində Sumqayıt nisgili yerli-dibli yoxdur. Xeyr, biz belə bir fikirdən çox uzağıq. Bakıdan, Sumqayıtdan, Mingəçevirdən, Azərbay-canın digər şəhər və rayonlarından getmiş və milliyyətcə erməni olan neçə-neçə sadə əmək adamının Azərbaycan-dan və azərbaycanlılardan ayrılmaq istəmədiklərini, ayrılığın onlar üçün nə qədər çətin olduğunu göstərən çoxlu misal çəkmək olar. Bu baxımdan, Dağlıq Qarabağın Mardakert rayonunun (indiki Ağdərə) Mağavuz kəndində anadan olmuş, 40 ilə yaxın bir müddətdə Azərbaycanın cavan şəhərlərindən biri olan Mingəçevir şəhərində yaşamış və oradan çıxıb getmək məcburiyyətində qalmış fəhlə Qriqoryan Aleksey Nikolayeviçin öz əsgərlik dostuna, bu sətirlərin müəlliflərindən birinə yazdığı 8 oktyabr 1988-ci il tarixli məktubu olduqca səciyyəvidir. Məktubu olduğu kimi təqdim edirik (bax: s.198-199).

Eyni zamanda bu da inkarolunmaz bir həqiqətdir ki, Sumqayıtdan getmiş qaçqınların əksəriyyətinin öz ömür­lərinin yalnız müəyyən bir hissəsini (kimi – az, kimi – bir qədər çox) yaşadıqları şəhərin həsrəti ilə qaçqın və məcburi köçkün halına düşmüş azərbaycanlıların ulu vətən nisgili müqayisə olunası, bir tərəziyə qoyulası deyil.

Bir sözlə, Sumqayıtdan gedən qaçqanlar yalnız yaşadıqları şəhəri, Sumqayıta gələn qaçqın və məcburi köçkünlər isə sadəcə yaşadıqları kənd və şəhəri yox, öz dədə-baba torpaqlarını, ulu diyarı, vətənlərini itirmiş oldular.

Sumqayıta gələn qaçqın və məcburi köşkünlərin və Sumqayıtdan gedən qaçqınların düşdükləri şəraitləri onların hər birinin itirdikləri şəraitlə müqayisədə də köklü dərəcədə fərqli olduğunu unutmaq olmaz.

Məlumdur ki, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar, tək-tək hallar istisna olmaqla, yalnız Azərbay­canın şəhər və kəndlərində, o cümlədən də Sumqayıt şə­hərində sığınacaq tapdılar. Onlardan fərqli olaraq, Azər­baycanı, o cümlədən Sumqayıt şəhərini tərk etmiş ermənilərin əksəriyyəti Ermənistana yox, keçmiç SSRİ-nin müxtəlif bölgələrinə və hətta bir çox xarici ölkələrə üz tutdular.

Sumqayıta gələn qaçqınlarla və məcburi köçkünlərlə Sumqayıtdan gedən qaçqınların aqibətləri də müxtəlifdir.

Sumqayıtdan gedənlər daha yüksək maddi və sosial imkanları olan mühitə və şəraitə düşdülər: körpələri dərhal uşaq bağçalarına, uşaqları məktəblərə göndərdilər, müx­təlif peşə sahibləri əksər hallarda öz ixtisaslarına mü­vafiq işlə təmin olundular, onlar hər cür kommunal şəraiti olan mənzillərlə təmin olundular və s.

Sumqayıta gələnlər isə maddi və sosial imkanları məhdud olan mühitə və şəraitə düşdülər. Onlar kommunal şəraiti bərbad hala düşmüş fəhlə yataqxanalarında, yaşayış üçün nəzərdə tutulmayan inzibati binalarda, uşaq bağ­çalarında, məktəblərin, xəstəxanaların küncündə-buca­ğında, tikintisi yarımçıq qalmış binalarda və s. dalda-lanmaq məcburiyyətində qaldılar. Şəhərdəki məktəblərin və uşaq bağçalarının yetərincə imkanları olmadığı üçün uşaqların və körpələrin xeyli hissəsi bir müddət təhsil və tərbiyə ocaqlarından kənarda qaldılar. Əmək qabiliyyəti olan adamların çoxu işlə təmin oluna bilmədi. Onsuz da özünün sosial problemləri ilə çırpınan cavan şəhər – Sumqayıt əvvəllər heç vaxt ona məlum olmayan yeni bir sosial problemlə - işsizlik problemi ilə üzləşdi.

Sumqayıtdan gedən ermənilərin böyük əksəriy-yəti mənzillərini, bağlarını, qarajlarını sərfəli qiymətə satdılar; xüsusi minik və yük avtomobillərini, motosik-letlərini, ev əşyalarını, pal-paltarlarını ya satdılar, ya da ki, özləri ilə apardılar; şəhərin əmanət bankında olan 25 milyondan artıq məbləğ də pullarını da götürə bildilər. Sumqayıta gələnlərin isə böyük əksəriyyəti ancaq qaçıb canlarını qurtara bildilər, ayaqyalın, başaçıq, lüt-üryan qaldılar.

Sumqayıtdan müxtəlif ölkələrə gedən ermənilərin böyük əksəriyyəti yenə də şəhər həyat tərzinə, həm də daha yüksək şəraitə düşdülər. Sumqayıta gələn azərbay-canlıların böyük əksəriyyəti isə kənd həyat tərzindən şəhər həyat tərzinə, vərdiş etmədikləri yeni bir mühitə uyğunlaşmaq məcburiyyətində qaldılar. Ömürləri boyu dağ iqlim şəraitinə, təmiz havaya, sərin bulaq suyuna vərdiş etmiş, təzə ət, yağ, yumurta, bal, süd, qatıq, pendir, ayran və s. ilə qidalanmış yaşlı adamların çoxu təkcə şəhər mühitinə yox, həm də aran iqlim şəraitinə və hətta çox çətinliklə tapdıqları qida məhsullarına da uyğunlaşa bilmədiklərindən xəstələndilər və kütləvi surətdə vəfat etdilər.



Şəhid olmuş və itkin düşmüş sumqayıtlılar
Мцстягил Азярбайъан Республикасынын щяртя-ряфли вя даща да динамик инкишаф етмясиня бу эцн манея тюрядян ясас фактор ики гоншу халгдан биринин активлийи (мякрлийи) вя диэяри-нин пассивлийи (унутганлыьы) шяраитиндя тарихян йаранмыш Ермянистан-Азярбайъан мцнасибятляри проблемидир.

Ермянистан-Азярбайъан мцнасибятляри ермяни тя­ря­фин Тцркийя, Азярбайъан, Эцръцстан вя Русийа торпаг-лары щесабына «Бюйцк Ермянистан дювляти йаратмаг» хцлйасындан тюрянмиш вя ХХ ясрдя халгымызын башына 1905, 1918-1920-ъи илляр гырьынлары, 1948-1953-ъц илляр депортасийасы, 1988-ъи ил Яскяранда вя Сум­гайытда тюрядилмиш щадисяляри, 1992-ъи ил Хоъалы сойгырымы кими дящшятли фаъияляри эятирмишдир.

1988-1993-ъц илляр Ермянистан-Азярбайъан мцна­ги­шяси заманы республикамыз 35 миня йахын шящид вер­миш, яразиляримизин 20 фаизи ишьал олунмуш, 100 милйард доллара гядяр мадди иткиляря мяруз галмыш, бир милйон­дан артыг адам юз ата-баба йурдларындан говул­муш­дур.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda azğınlaşmış erməni qəsbkarları ilə döyüşlərdə ölkəmizin bütün bölgələri ilə yanaşı Sumqayıt şəhəri də yaxından iştirak etmiş, çoxlu qurbanlar vermişdir. Ürək ağrısı ilə qeyd etmək məcburiyyətindəyik ki, bu kitaba daxil etmək üçün şəhər Hərbi Komissarlığından aldığımız siyahıda verilmiş şəhid və itkin düşmüş sumqayıtlıların sayı üçrəqəmli ədədlə ölçülür. Aşağıda verilmiş siyahıda ulduz (*) işarəsi ilə zabitlərin, iki ulduz (**) işarəsi ilə itkin düşmüş döyüşçülərin adları göstərilir (bax: Cədvəl 10).

Bugün artıq məlumdur ki, itkilərimizin həddən artıq dərəcədə çox olmasının müəyyən səbəbləri olmuşdur. Burada, hərtərəfli analizə varmadan, həmin səbəblərin bir neçəsini göstərməklə kifayətlənək.

Birinci səbəb. Özgə torpaqlarını zəbt etmək üçün ermənilər çoxdan hazırlaşmışdılar. Azərbaycanlılar isə qəflət yuxusunda idilər. Ermənilərin uzun illərdən bəri separatçılıq niyyətlərini həyata keçirmək üçün ardıcıl olaraq çalışdıqları barədə Azərbaycanda gənc nəsillərə heç vaxt dəqiq məlumat verilməmişdir.

İkinci səbəb. Azərbaycanda xalq arasında belə bir əsassız fikir formalaşmışdı ki, guya erməni qorxaqdır, o bir damcı qan görən kimi qaçır. Belə çıxır ki, onlarla döyüşmək, müharibə aparmaq uşaq oyunu kimi bir şeydir. Əslində isə ermənilər yaxşıca silahlanmışdılar, taktiki döyüş hazırlığı keçmişdilər, vahid bir mərkəzdən strateji plana uyğun olaraq idarə olunurdular və vahid koman­danlıq altında nizami ordu kimi vuruşurdular. Azərbay­canlılar isə məhəlli könüllü dəstələr kimi döyüşə atılmış­dılar, heç bir hərbi təlim və taktiki hazırlıq keçmə-mişdilər. Hətta onların çoxu ilk vaxtlarda Kalaşnikov avtomatını belə söküb-yığmağı bacarmırdılar. Şəhid olmuş Sumqayıtlı gənclərin bir hissəsi düşmənlə vuruş­maq üçün hətta minimum səviyyədə belə hərbi-taktiki və psixoloji hazırlıq keçmədən birbaşa cəbhəyə göndərildiyi üçün qısa bir müddətdə həlak olmuşdur. Onların şəhər hərbi komissarlığlndan orduya göndərildiyi və şəhid olduqları tarixlərə nəzər saldıqda məlum olur ki, 4 nəfər əsgərimiz elə həmin gün, 1 nəfər ikinci günü, 3 nəfər beşinci günü, daha 30 nəfər isə bircə ayın içindəcə çəhid olmuşdur. Şəhidlərin 152 nəfərinin yaş həddi 18-20 yaş arasındadır.

Üçüncü səbəb. Dağlıq Qarabağ problemi gündəmə gələrək konflikt, sonra müharibəyə səbəb olduğu bir neçə müddət ərzində Azərbaycan Respublikasının dövlətçilik sükanı naşı əllərdə idi, yenicə formalaşmaqda olan orduya komandanlıq da səriştəsiz, heç bir hərbi təcrübəsi olmayan və özlərindən çox razı, müştəbeh adamların əllərində cəmləşmişdi. Müharibənin ağır günlərində dövlət başçısı ölkəni başsız qoyub İrana üçgünlük səfərə, müdafiə naziri isə xəstə bacısına baş çəkmək üçün Moskvaya getdilər. Qəribə də olsa, onların heç biri layiq olduqları cəzaya məruz qalmadı.

Zənnimizcə, burada iki ibrətamiz tarixi faktı yada salmaq yerinə düşər.

1. SSRİ ordu generalı Sergey Matveeviç Ştemenko “Baş Ştab müharibə illərində” (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1973) adlı kitabının “Tehran səfəri” fəslində yazır: “1942-ci il noyabr ayının 24-də Baş Ştabın rəisi A.İ.Antonov mənə dedi:

- Yola düşməyə hazır olun. Bütün cəbhələrin xəritələrini özünüzlə götürün, şifrəçi aparın. Hara və nə vaxt gedəcəyinizi sonra bilərsiniz.

Müşayiətçim məni vaqonlardan birinin yanına gətirib qısaca dedi:


  • Burada gedəcəksiniz.

Tezliklə vaqona K.Y.Voroşilov daxil oldu və mənimlə salamlaşıb dedi:

lərdəki vəziyyət haqqında saat 11-dək məlumat toplayıb Stalin yoldaşa bildirmək üçün çağrılırsınız. Moskvada olduğu kimi, sutkada üç dəfə ona məlumat verəcəksiniz.

Gecə saat 10-da K.Y.Voroşilov salona daxil oldu və dedi:

- Müharibədə işlər necədir?

Xəritələri açmadan qısaca ona məlumat verdim. Gecə saat 11-də Stalinin mühafizə rəisi general-leytenant Vlasik Voroşilovu Ali Baş Komandanın vaqonuna dəvət etdi. Təxminən beş dəqiqədən sonra məni Stalinin vaqonuna çağırdılar. Ali Baş Komandan cəbhələrdə yenilik olub-olmadığını soruşdu və sonra məni buraxdı. Məni ikinci dəfə Stalinin yanına çağırdılar. Mən vəziyyət barəsində milyonluq xəritə üzrə Stalinə məlumat verdim. Sonra cəbhələrdən aldığım məlumatı və təklifləri Stalinə yetirdim. Stalin bütün xahişləri yerinə yetirdi və təklifləri təsdiq etdi.

Gecə keçdi. Yeni gün başlandı. Müəyyənləşdirilmiş qayda dəyişilmirdi. Məlumat verməkdən ötrü gündə üç dəfə Stalinin vaqonuna gedirdim. Gizləri, Mahacqalanı keçdik. Axşama yaxın Bakıya gəldik. Səhər saat yeddidə biz təyyarə meydanına gəldik.

Stalin trapla təyyarəyə qalxa-qalxa dilləndi:

- Ştemenko da bizimlə uçacaq, yolda vəziyyət haqqında məlumat verəcəkdir.

Mən təyyarədə cəbhələrdəki vəziyyət haqqında məlu­mat verdim. Bir-iki dəfə Stalin özü Antonovla danışdı. Bir dəfə də o, Vatutin və Rokossovski ilə şəxsən danışdı, onlardan Kiyev yaxınlığında düşmənin əks hücumunun qarşısını almaq imkanları barədə soruşdu.” (s.188-200).


2. Sovet İttifaqı marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı Georqi Maksimilyanoviç Jukov ”Vospomina-niya i razmışleniya” (Xatirələr və düşüncələr) adlı memu­arında yazır: “5 noyabr 1941-ci il tarixdə İosif Stalin məni Leninqrad cəbhəsindən geri çağırıb Moskvaaltı Qərb cəbhəsinə göndərdi. Gənclik illərimdə bu rayonda olan bütün yerləri eninə-uzununa çox gəzdiyimdən yaxşı tanıyırdım. Ehtiyat cəbhənin qərargahı Obninskdə yer­ləşirdi. Obninskin on kilometrliyində isə mənim doğma kəndim Strelovkadır. İndi orada mənim anam, bacım və onun dörd uşağı var. Görəsən, onlar necədir? Bəlkə maşını sürək ora?... Yox, mümkün deyil, dövr imkan vermir!” (M., 1971, s.322).

Zənnimizcə, şərhə ehtiyac yoxdur!




Qarabağ müharibəsində şəhid olmuş

və itkin düşmüş Sumqayıtlıların
СИЙАЩЫСЫ
Ашаьыдакы ъядвялдя (с. 207-239) Qarabağ mühari­bə­sində şəhid olmuş və itkin düşmüş Sumqayıt­lıların siyahısı верилир.

Сийащынын тяртиб олунмасында бизя эюстярдикляри кюмяйя эюря Сумгайыт Шящяр Щярби Комиссарлыьынын рящбярлийиня вя ямякдашларына дярин миннятдарлыьымызы билдиририк.




1 Bax: «Уголовное дело № 18/55461». Том 29, Сумгаит, 1989 г., s.242.

* Bax: Sumqayıt hadisələri: həqiqəti indiki və gələcək nəsillərə! 1988-ci il 27-29 fevral hadisələrinin ildönümünə həsr olunmuş elmi-praktik kon-fransın materialları. Sumqayıt, SDU, 2001, 66 s. (konfransın tövsiyə­ləri, s.64-65).

1 Müsafir - fars dilində “səfərdə olan", "səyyah" deməkdir.

1 Sumqayıtın yaxınlığında yerləşən yaşayış məntəqələrinin birinin Dəvəçi rayonu, başqa birinin Lökbatan (lök=dəvə) adlanması da bu ehtimalın həqiqətə uyğun olmasının mümkünlüyünə işarə etmirmi?...

1 Пахомов Е.А., Мель Н. Отчет о поездке на р. Сумгаит для осмотра развалин каравансараев. Науч. архив. Ин-та истории АН, Азерб. ССР.

2 Березин И. Путешествие по Дагестану и Закавказью. Казань, 1850, s.133.

1 Рзаев Г., Саркисов В. Рожденный из легенды. Б., Гянджлик,1970, s. 7 .

1 Məmmədov Ə. Sumqayıt. Bakı, 1957, s. 4.

2 Axundov H. Sumqayıt. Bakı, 1970, s. 3 .

1 Bax: Пояснительная записка к годовому отчету Сумгаитской ТЭЦ за 1939 г., s.7. (SSRİ Başenerji idarəsinin 1939-cu il noyabr ayında təsdiq etdiyi texniki layihəyə uyğun olaraq Sumqayıt İEM-nin 1-ci növbə-sində hər biri 50 Mvt gücündə 2 turbogenerator quraşdırılmışdır).

2*Bax: XVIII съезд ВКП(б). Стенографический отчет. М.,1939, s. 654-662.

1 Baş podratçı – rus. Генподрядчик - tikinti işlərinin ardıcıl olaraq yerinə yetirilməsini öz üzərinə götürən təşkilat.

2 Bax: XVIII съезд ВКП(б). Стенографический отчет. s. 662.

1* Yeri gəlmişkən qeyd edək ki, Şollar-Bakı su kəmərinin çəkilişində məşhur xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin müstəsna xidməti olmuşdur. H. Z. Tağıyev Almaniyanın Frankfurt-Mayn şəhərindən təcrübəli su mühəndisi Vilyam Lindleyi Bakıya dəvət etmiş və ona əhalinin suya olan kəskin ehtiyacını ödəmək üçün çeşmə axtarmağı tapşırmışdır. V. Lindley Qubanın yaxınlığında, Bakıdan 190 kilometr aralıda quyu qazdırıb Şollar suyunun mənbəyini kəşf edir. Bu işlər üçün Hacı Zeynalabdin 25000 manat pul sərf etmişdir. (Geniş məlumat üçün bax: Süleymanov M.F. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı, Azərnəşr, 1989, s. 60-63.

2 Bax: Мамедбеков К.Г. Сумгаит. Архитектурно-планировочное разви-тие. Баку, Елм, 1988, s.5.

1 Bax: Архив Института АН Азерб. Инв. № 3507 , s.2.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə