X yaratmaq q




Yüklə 1.64 Mb.
səhifə7/10
tarix22.02.2016
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Sumqayıt şəhəri

qonaqların gözü ilə
Sumqayıt tikilməyə başlanan ilk gündən buraya müxtəlif xarici ölkələrdən çoxlu qonaqlar gəlmiş­lər. Biz onların hamısı haqqında oxuculara məlumat verməyi qarşımıza məqsəd qoyma­mışıq. Təkcə onu deyək ki, 1955-1985-ci illərdə nəşr olunmuş dövri mətbuatdan, digər mənbələrdən əldə etdiyimiz və heç də tam olmayan hesablamalarımıza görə Sumqayıta dünyanın 60 ölkəsindən, o cümlədən 14 sosialist və 46 kapitalist ölkəsindən 277 nümayəndə heyəti gəlmiş, 30 ildə 15 min nəfərdən çox xarici qonaq şəhərimizi ziyarət etmişdir. Dünyanın bütün qitələrindən Sumqayıta qonaqlar gəlmişlər. Bütün qonaqlar: işgüzar dairələrin nümayəndələri, həmkarlar təşkilatlarının rəhbərləri, jurnalistlər, metallurqlar və inşaatçılar, kimyaçılar və yazıçılar, incəsənət xadimləri və dindarlar, bir sözlə müxtəlif peşə sahibləri, müxtəlif siyasi əqidəli, adamlar bir fikirdə - sumqayıtlıların əldə etdikləri yüksək nailiyyətləri qiymətləndirməkdə yekdil olmuş, şəhərimiz haqqında həmişə xoş söz demişlər.

Dost sözü, qonaq sözü əziz və səmimi olur. Xarici ölkələrdən gəlmiş qonaqların Sumqayıt haqqında dedikləri sözlərdən bir neçəsini misal gətirək. Qonaqları dinləyək:



Leopold Figel – Avstriya Milli Məclisinin prezi­denti, özünün dediyi kimi, orta kapitalist. O, Azərbaycan Boruyayma zavodunun işi ilə maraqlanırdı.: “Söhbət etmək şərəfində olduğum mühəndisin familiyası? Rəhman Balayev? Hələ çox gəncdir, lakin artıq nəhəng bir qurğuya, stana rəhbərlik edir! Bu - zer qut! Görünür ki, zavod nəhəng müəssisədir. Paho, lap o qədər nəhəngdir ki, hətta xaricə də məhsul göndərir?. Və haraya? Yəqin ki, Yaxın Şərqə .... Həmçinin Avstriyaya da? Hm... Vaxt vardı ki, Avstriyalıların Bakıda öz firmaları vardı. Amma Azərbaycandan sənaye məhsulları almaq? ..... Zəmanə dəyişmişdir... doğrudan da, indi başqa zəmanədir” (Bax: Polonskiy L. Kommunizma dozornıy. M., 1962, s.22).

Natale Roko – İtaliyalı jurnalist Sumqayıtda olmuş, “Bakı və Sumqayıt – Xəzər sahilində incilər” adlı məqalə yazaraq onu “İtaliya-Sovet Dostluğu” tərəfindən Roma şəhərində nəşr olunan “Sovetskaya deystvitelnost” jurnalında dərc etdirmişdir. O yazır: “İranda baş vermiş zəlzələdən sonra bu ölkəyə getmiş mətbuat işçisi Nikolo Adelfi xəbər verir ki, İranda feodal münasibətlərinin qalıqları indi də vardır. Cəmisi 40 il bundan əvvəl Sovet Azərbaycanı və İran eyni ictimai-iqtisadi inkişaf pillə-sində idilər. Hazırda isə İran Azərbaycan Respublikasın-dan min il geri qalır. Adamların yaradıcılıq gücünə şahid olmaq, onların əzmkarlığını görmək üçün elə Sumqayıta getmək kifayətdir.” (Bax: “Kommunist Sumqaita” qəzeti 4 noyabr 1962-ci il).

Suat Xeyri Ürgüqlü – Türkiyə Böyük Milli Məclisinin üzvü: “Bizə Azərbaycanın cavan şəhəri Sumqayıtla tanış olmaq çox xoş idi. Bu şəhər yaxın vaxtlaradək heç bir şeyi olmayan quru-boş düzənlikdə, -səhrada salınmışdır. Qoy onun sakinləri xoşbəxt olsunlar.” (Elə orada, 5 iyun 1963-cü il).

Allahi Kuider – Əlcəzair Milli Məclisinin deputatı: “Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Sovet gənclərinin nəhəng sənaye mərkəzlərinin tikintisində iştirakı haqqında çox eşitmişdik və oxumuşduq. Ona görə də biz SSRİ-yə gəldik. Sizin cavan və gözəl şəhəriniz bizim çox xoşumuza gəldi” (Elə orada, 17 mart 1963-cü il).

Doktor Vilyam İçiyenq – keniyalı alim: “Heç inanmaq olmur ki, vur-tut 27 il ərzində dənizin bom-boş sahilində onlarla böyük zavod və fabrikləri, elm müəssi-sələri, yaraşıqlı küçələr və gözəl evləri olan nəhəng bir sənaye şəhəri ucalmışdır” (Elə orada, 3 aprel 1977-ci il).

Yarmila Qlazarova – tanınmış çex yazıçısı: “Sumqayıt şəhərinin adı SSRİ-nin xəritəsinə 10-15 il bundan əvvəl düşüb. Bu, Xəzər sahilində komsomol, gənclik və fədakar əmək şəhəridir” (Bax: ”Pravda” qəzeti, 14 mart, 1965-ci il).

Yevgeniya Kirsanova – “Bolqar – Sovet Dostluğu” jurnalının baş redaktoru: “Sumqayıtda insanlara öyrəşmək üçün nəinki aylar və günlər, heç saatlar da lazım deyildir. Burada elə ilk dəqiqələrdən özünü dostların arasında, dogma evində hiss edirsən. Mən sizin gözəl şəhərinizdə müxtəlif millətlərdən olan çoxlu-çoxlu adamların bir-biri ilə ürəkaçan, sevindirici dostluq və beynəlmiləlçilik münasibətlərinin şahidi oldum.” (“Sosia-list Sumqayıtı” qəzeti, 27 yanvar 1961-ci il).

Hani Mahmud Cəfər – Livan fəhlə həmkarlar təşkilatı heyətinin rəhbəri: “Azərbaycanda bizi xüsusilə heyran edən Sumqayıt - onun yüksək inkişaf etmiş səna-yesi və qısa bir müddətdə ucaldılmış şəhərin özü oldu. Bu şəhər Azərbaycanın və bütün sovet xalqının böyük qələ-bəsidir” (“Kommunist Sumqaita”, 22 noyabr, 1964-cü il).

Floriya Neaksu – Rumıniya Həmkarlar İttifaqı Mərkəzi Şurasının orqanı “Munka” qəzetinin baş redaktoru: “Mən tarix yazan olsaydım, öz salnaməmi belə başlayardım: Sumqayıt! Əvvəllər buralarda, Böyük Qafqaz dağlarının ətəklərində Xəzər dənizinin ləpələri döyən kiçik düzənlikdə heç nə yox idi. Burada ancaq susuz səhra, ara-cıra bitmiş tikanlı kollar var idi. Və günlərin birində buraya Böyük memar – prartiya gəldi, şəhərin harada və necə salınacağını müəyyən etdi. Sonra isə qurub-yaratmaq həvəsi ilə qaynayan gənclik – komsomol gəldi. Buraya ruslar, azərbaycanlılar, gürcülər, ukraynalılar, tatarlar.... – 42 millətin nümayəndələri gəldilər. Bu gün onlar özləri qurub yaratdıqları şəhərin sakinləridirlər” (“Sosialist Sumqayıtı” qəzeti, 24 yanvar 1962-ci il).

Xyu Mur – Şimali İrlandiya kommunist Parti-yasının Baş katibi: “Sizin burada əldə etdiyiniz nailiy-yətlər həqiqətən valehedicidir! (Elə orada, 27 oktyabr, 1961-ci il).

Xorxe Verqsteyn – Arqentina Kommunist

Gənclər Federasiyasının Baş katibi: “Sizin şəhəriniz nəhəng zavodları ilə birlikdə vur-tut 10-15 ilə tikilmişdir. Bu elə bir möcüzədir ki, sözlə ifadə etmək mümkün deyildir” (Elə orada, 6 may 1962-ci il).

Arnold Conson – Amerika nümayəndə heyəti-

nin rəhbəri: “Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Sizin gözəl Sumqayıt kimi şəhərlər nə Amerikada, nə də ki, hər hansı bir başqa kapitalist ölkəsində yoxdur. Sizin şəhərinizdə ilk növbədə diqqəti cəlb edən əsas cəhət gülərüzlü gənclikdir. Biz sevinc dolu baxışları adamların hamısının çöhrəsində görürük” (Sosialist Sumqayıtı” qəzəti, 21 may1961-ci il).

Ob Moris Kamize – Fransa nümayəndə heyəti-nin rəhbəri: Sumqayıtın iqtisadiyyatı və gələcək perspek­tiv­ləri haqqında məlumatlara Sizin şəhərinizlə əvvəlcədən tanış olmadan qulaq assaydıq fikirləşərdik ki, Jül Vernin fantastik əsərlərindən birinin parçalarını dinləyirik” (Elə orada, 19 sentyabr 1962-ci il).

Doktor Frenk Roffi – İngiltərənin ən böyük kimya firmalarından biri olan “Disstilerst”-in direkto-ru: “Əgər biz Sumqayıtı öz gözlərimizlə görməsəydik, ancaq onun haqqında bizə danişsaydılar, onda yəqin ki, deyilənlərin təbliğat olduğunu fikirləşərdik.” (“Kommu-nist Sumqaita” qəzeti, 25 iyun, 1965-ci il).

Fransadan gəlmiş bir qrup komsomolçu gənc “Rovestnik” jurnalının müxbirinin “Ölkəmizi gəzərkən xatirinizdə ən çox nə qaldı?” sualına bir ağızdan:- ”Sumqayıt!,- deyə cavab verərək söyləmişdir.- Gələcəyin şəhəri. Orada kommunizmin nəfəsi duyulur. Orada hər şey bizi valeh etdi. Ilk növbədə isə adamları - gənc oğlan və qızlar, öz əlləri ilə boş səhrada “Günəş şəhəri”-ni ucaldan, onu öz ürəklərinin nuru ilə işıqlandıran qəhrəmanlar!” (Elə orada, 30 aprel, 1962-ci il.)

Harri Frimen – Amerika jurnalisti: “Sumqayıtın yaşayış massivləri bizə toz basmış, his, tüstü bürümüş sənaye şəhərini yox, yaşıllığa, gül-çiçəyə qərq olmuş möhtəşəm, təmtaraqlı parkları xatrırlatdı. Bu həqiqətən müasir sənaye müəssisələri olan güllü-çiçəkli şəhərdir” (Bax: Sovetskiy Soyuz” jurnalı, №11, 1972-ci il, s.15-18).

Sumqayıtda Monqolustan Xalq Respublikasın-dan, Birləşmiş Ərəb Respublikasından, Malidən, Livandan, Konqodan 1963-cü ildə həmkarlar təşki-latlarının nümayəndələrindən ibarət bir qrup adam olmuşdur. Boruyayma zavodunun ”Fəxri qonaqlar” kitabında onlar belə yazmışlar: “Bizim nümayəndə heyətlərimiz Sum­qayıt­dakı Azərbaycan Boruyayma zavodu ilə böyük maraqla tanış oldu. Biz indi tam dərk edirik ki, Sovet İttifaqında texnika nə deməkdir.” (“Kommunist Sumqaita” qəzeti, 19 iyul 1963-cü il).



Xarici ölkələrdən gələn jurnalistlər Sumqayıt fəhləsinin güzaranı və həyat tərzi ilə daha çox maraqla-nırdılar. “Amerika Birləşmiş Ştatlarından və Çilidən olan müxbirlər Art Tomas ŞildeQutiyeres Manjel Sumqayıtda olmuşlar. Onlar arzu etmişlər ki, bir nəfər fəhlənin mənzilinə getsinlər. Qonaqların arzusu dərhal yerinə yetirilmişdir. Qonaqlar V.İ. Lenin adına Azərbay-can Boru-Prokat zavodunda tökmə sexinin operatoru S.Nuriyevin mənzilinə getmişlər. Nuriyev qonaqlara özü­nün necə işləməsi, oxuması və istirahət etməsi barədə danış­mışdır. Jurnalistlər demişlər ki, “Sovetlər Ölkəsində fəhlə ailəsinin yaşayış səviyyəsi yüksəkdir. Biz fəxr edirik ki, Azərbaycan fəhləsinin qonağı olduq” (Elə orada, 9 dekabr 1972-ci il).

Müxtəlif illərdə Sumqayıtda olmuş xarici ölkələrin ictimai-siyasi xadimlərindən Otto Orotovold, Valter Ulbrext – Almaniya Demokratik Respublikası Kommu­nist Partiyasının Baş katibləri, D.N. Aydit – İndoneziya KP MK –nın Baş Katibi, L. Şaşli – Avstriya KP MK-nın Baş Katibi, Aya Xay-Bo – Çin Komşomol təşkilatının Birinci katibi, Xo Son – Koreya Əmək partiyası MK-nın üzvü, Nazim Salo Xado – Beynəlxalq Tələbə İttifaqının Katibi, Jan FaraqeQvineya Hökumətinin baş katibi, Leopold Posadas – Meksika Kommunist Gənclər İttifaqının katibi, Vu Kuanq – Vetnam Gənclər Əmək İttifaqı MK-nın katibi, Ladislava Besserova – Çexoslovakiya Milli Cəbhə MK-nın katibi, Qusta Fuçi­kova – Yulius Fuçikin həyat yoldaşı, Faure Çomon – Kubanın SSRİ-dəki səfiri, Balti – İsrail Kommunist Partiyasının üzvü, A.Traukov – Bolqarıstan Dimitrov Gənclər İttifaqının katibi, Safira Cəmil – İrak Qadınlar Liqasının baş katibi, Sen Simon Sanyak – Fransa Departament Cəmiyyəti Komitəsinin katibi, Endalkaçeu Makkonen – Efiopiyanın ticarət naziri, Rac Kapur – məşhur hind kinoaktyoru və bir çox başqaları şəhərimiz və onun sakinləri barədə xoş fikirlər söyləmişlər.



İnsanlar şəhəri,

şəhər də insanları ucaldır
XX əsrin 30-cu illərinə qədər Sumqayıt adla-nan ərazidə mülki əhali məskun­aşmamış­dı. Minlərlə işçi qüvvəsi tələb edən nəhəng sənaye obyektlərinin inşası buraya Sovetlər ölkəsinin uzaq bölgələri ilə yanaşı Respublikamızın şəhər və kəndlərindən də insan axınına şərait yaratmışdır.

1941-1945-ci illər müharibəsindən yenicə çıxmış ölkədə, xüsusən də kənd yerlərində insanlar olduqca ağır iqtisadi vəziyyətdə yaşayırdılar. Bu insanlar həyat və məişət şəraitlərini yaxşılaşdırmaq, kənd həyat tərzini şəhər həyat tərzinə dəyişmək, təhsil almaq, peşə sahibi olmaq, mədəni səviyyələrini yüksəltmək axtarışı ilə Sumqayıt tikintisinə üz tutdular və ... səhv etmədilər.

Sumqayıt şəhərini bu gün el arasında haqlı olaraq “respublikamızın xəritəsi” adlandırırlar. Bu, əlbəttə, təsa-düfi deyildir. Azərbaycanın elə bir şəhəri, rayonu, kəndi, obası yoxdur ki, oradan gəlib Sumqayıtda məskunlaşan adamlar olmasın.

Uzun əsrlər boyu bir ölkənin vətəndaşları olsalar da, respublikanın müxtəlif bölgələrində yaşayan və müxtəlif etnik qruplara mənsub olan adamlar Sumqayıt tikinti­sinədək bir-birilərilə sıx əlaqədə və yaxından tanış olmamışlar. Həmin bölgələrdən Sumqayıta gəlib burada tikintinin və istehsalatın bütün sahələrində çiyin-çiyinə işləyərək biri-biriləriylə tanış oldular. Mənzil-məişət şəraitində “od qonşusu” oldular, xeyir-şər işlərində birgə iştirak etdilər, bir-birilərini daha yaxından tanıdılar, dost-laşdılar və, nəhayət, ailə-nigah münasibətlərinə girdilər, qohum oldular, doğmalaşdılar.

Bugün Sumqayıtda adamların qurduqları bölgə-lərarası ailələrin sayı yüzlərlə, minlərlədir: Naxçıvanlı Bakılı ilə, Bakılı Şəkili ilə, Şəkili Qubalı ilə, Qubalı Lənkəranlı ilə, Ləkəranlı Qubadlılı ilə, Qubadlılı Qusarlı ilə, Qusarlı Qaxlı ilə, Qaxlı Xırdalanlı ilə, Xırdalanlı Gəncəli ilə, Gəncəli Coratlı ilə və s.

Respublikamızın coğrafi qütbləri biri-birindən o qədər də uzaq olmayan ərazisində qız verib – qız almaq, evlənmək, ərə getmək adi bir haldır. Lakin bu gün artıq ənənə halını almış bölgələrarası ailələrin yaranması və təşəkkülü məsələsinə münasibət heç də həmişə belə olmamışdır. Hətta keçən əsrin 50-ci, 60-cı, 70-ci illəri-nədək qonşu kənddən belə bir-birinə qız verib - qız almaq bir o qədər də geniş yayılmamışdı.

Beləliklə, Abşeron yarmadasında sənayesalmanın, bütövlükdə urbanlaşmanın iqtisadi və sosial nəticəsi kimi ucalan Sumqayıt şəhəri Azərbaycan xalqının daha da sıx birləşməsində, möhkəmlənməsində, yekdil olmasında və formalaşmasında xüsusi əhəmiyyəti olan yeni bir mərhələ olmuşdur.

Azərbaycanın kənd rayonlarından Sumqayıt tikinti­sinə gələn adamların böyük əksəriyyəti kənd həyat şəra­itin­dən çıxmış, ot çalan, inək sağan, sənaye istehsalı haqqında adi təsəvvürə belə malik olmayan, çox hallarda heç ibtidai təhsil də almamış kişilər və qadınlar idi. Bu az savadlı, sənaye peşəsi olmayan adamları istehsalatın müxtəlif sahələrində yerləşdirən, istiqamətləndirən, idarə edən kadrlar isə əksərən Bakı şəhərindən, ölkənin digər sənaye mərkəzlərindən göndərilmiş mütəxəssislər idi.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Sumqayıtın tikilməsində, ucalmasında, sənayesinin təşkilində və inkişafında, əhalinin savadlanmasında və peşə sahibi olmasında, hərtərəfli inkişaf etmiş yüksək ixtisaslı kadrların hazırlanmasında onun böyük qardaşı, respubli­kanın paytaxtı Bakı şəhərinin müstəsna rolu olmuşdur.

Əvvəllər, yəni 1949-cu ilin noyabr ayında şəhər statusunu alanadək, Bakının rayonlarından biri olmuş Sumqayıtda cəmisi yarım əsrlik bir zamanda məhz Bakı şəhərinin himayədarlığı ilə mükəmməl təhsil sistemi yaradılmışdır. İşə qəbul edilən yüzlərlə, minlərlə fəhləyə tikinti və sənaye müəssisələrində peşə öyrədən qısa müddətli kurslardan start götürmüş təhsil sistemində ibtidai, natamam orta, orta, orta ixtisas və, nəhayət, ali ixtisas təhsil mərhələləri təşəkkül tapmışdır.

Sumqayıtda şəhər təsərrüfatının bütün sahələrində çalışan yüksəkixtisaslı mütəxəssislərin böyük əksəriyyəti fəaliyyətə 1961-ci ildə axşam hazırlıq qrupu statusunda başlayan və müxtəlif inkişaf mərhələlərini keçərək dövlət universiteti səviyyəsinədək yüksələn, şəhər təhsil sistemi-nin tacı olan yeganə müstəqil ali məktəbin məzunlarıdırlar.

Yeri gəlmişkən şəhərimizin yeganə ali məktəbi haqqında oxucuya bir qədər geniş məlumat verək. Bu təhsil ocağı ilk dəfə olaraq öz qapılarını tələbələrin üzünə 1961-1962-ci tədris ilində açmışdır. 1969-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun filialı kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 31 mart tarixli 138 №-li qərarı ilə Azərbaycan Sənaye İnstitutuna çevrilmişdir.

Əgər 1961-ci ildə burada cəmi 25 tələbə təhsil alırdısa, 2000-ci ildə bu tədris ocağını 631 nəfər bitirmişdir.Təxmini hesablamalara görə ötən 40 il ərzində 15 mınə qədər tələbə bu institutu bitirib ali təhsilli mühəndis diplomu almışdır. Həmin müddətdə institutun maddi-texniki bazası və kadr potensialı da xeyli möhkəmlənmişdir.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Azərbaycan Sənaye İnstitutu­un bazasında Sumqayıt Dövlət Universitetinin yaradıl-ması təkcə bu ali təhsil ocağının tarixində deyil, bütöv­lükdə Sumqayıt şəhərinin tarixində, onun təhsil sistemində, elmi potensialının inkişafında, mədəni yüksəlişində keyfiyyətcə yeni bir mərhələ başlanmışdır.

Belə ki, 2000-ci ilə qədər şəhərin ali təhsil oca-ğında yalnız texniki istiqamətlər üzrə yüksəkixtisaslı mühəndis kadrları hazırlanırdısa, Azərbaycan Res­pub­likası prezidentinin xüsusi fərmanı ilə institutun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldığı ilk gündən onun rektoru təyin edilən tanınmış alim və bacarıqlı təşkilatçı fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Fərrux oğlu Qəhrəmanovun rəhbərliyi ilə burada mühəndis ixtisasları ilə yanaşı humanitar təhsil istiqamətləri üzrə də ali təhsilli mütəxəssislərin hazırlanmasına başlandı.

Bu gün inkişafda olan Sumqayıt Dövlət Univer-sitetinin 7 fakültəsində - “Riyaziyyat”, “Fizika və elektro-energetika”, “Kimya”, “Mühəndislik”, “İqtisadiyyat və idarəetmə”, “Tarix”, “Filologiya” fakültələrində 4100, o cümlədən 100-ə yaxın əcnəbi tələbə təhsilin bakalavr pilləsində, 250 nəfərdən çox tələbə işə magistraturada 50 ixtisas üzrə təhsil alır.

Tələbələrin təlim-tərbiyəsi ilə, onların yüksəkix-tisaslı mütəxəssis olmaqla yanaşı kamil bir vətəndaş kimi yetişdirilməsi ilə universitetin 46 kafedrasında çalışan 6 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 47 nəfər elmlər doktoru, professor, 137 nəfər elmlər namizədi, dosent, 190 nəfər baş müəllim və assistent məşğuldur.

Universitetin 5 elmi-tədqiqat laboratoriyasında 30 nəfər elmi işçi elmi araşdırmalarını həyata keçirirlər.

Universitetin xarici ölkələrin elm və təhsil ocaqları ilə əlaqələri genişlənir.

Sumqayıtda ucalan kadrlar
Beləliklə, bu gün sənaye müəssisələrini və şəhər təsərrüfatının bütün sahələrini idarə edənlər Sumqayıtın özündə yetişmiş yüzlərlə, minlərlə bacarıqlı kadrlardır.

Heç də təsadüfi deyildir ki, Sumqayıtı respublika üçün kadrlar hazırlayan laboratoriya da adalandırırlar. Sumqayıtda müxtəlif vəzifələrdə işləyərək böyük təcrübə əldə etmiş neçə-neçə yüksək ixtisaslı mütəxəssis respub-lika səviyyəsində vəzifələrdə işləməyə irəli çəkilmişlər Onların hamısı haqqında bir kitab səhifələrində məlumat vermək mümkün deyildir. Onlardan bəziləri haqqında oxucularımıza qısa məlumat verək:

Sumqayıtda “Zaqafqaziya sənaye tikinti” trestinin ilk azərbaycanlı rəisi Mehbalı Əmiraslanov Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Kamran Hüseynov Respublika Həmkarlar İttifaqı Şurasının sədri, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının katibi, Respublika Nazirlər Soveti sədrinin müavini vəzifələrinə;

Sumqayıt “Sintetik kauçuk” zavodunun sex rəisi Süleyman Tatlıyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Kamran Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi Ramiz Məmmədzadə Azərbaycan KP MK katibi vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Həsən Həsənov Azərbaycan KP MK-nın katibi vəzifəsinə;

Sumqayıt Ali Texniki Təhsil Məktəbinin rektoru, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyev Azərbaycan KP MK-nın ideoloji şöbəsinin müdiri vəzifəsinə;

Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri Zülfü Hacıyev Naxçıvan Muxtar Respublikası Nazirlər Sove­ti­nin sədri, sonra Sumqayıt şəhər Partiya Komitəsinin katibi, daha sonra Azərbaycan Respublikası Nazirlər So­veti sədrinin müavini vəzifələrinə;



Aydın Məmmədov Tikinti trestinin komsomol komitəsinin katibi vəzifəsindən Azərbaycan SSR Komso­mol Təşkilatının Birinci katibi vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin təlimatçısı Liya Abalımova Mingəçevir şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Sabit Abbasəliyev Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, sonra Respublika Dövlət Statistika Komitəsinin sədri vəzifələrinə;

Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Şənlik Əliyev Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsinin sədri vəzifısinə;

Sumqayıt şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini Əli Həsənov Azərbaycan Respublikası Təbiətin Mühafizəsi və Ekologiya Komitəsinin sədri, Qaçqaınlar və Məcburi Köçkünlər Komitəsinin sədri, Baş Nazirin müavini vəzifələrinə;

Sumqayıt Boruyayma zavodunun Partiya Komitəsinin katibi Ramazan Bədirov Qusar rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin təlimatçısı İnqilab Abbasov Qazax rayon Partiya Komitəsinin birin­ci katibi vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin təlimatçısı Sara Həkimova Əli-Bayramlı şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsinə;

Sumqayıt Səthi Aktiv Maddələr zavodunun Baş direktoru, kimya elmləri doktoru, millət vəkili Fikrət Sadıqov “Azərkimya” Dövlət Şirkətinin prezidenti vəzi-fəsinə;

Sumqayıt “Qiproxlor” Layihə İnstitutunun direktoru Fəridə Rüstəmbəyova respublika Dövlət Plan Komitə­sinin sədri vəzifəsinə;

Sumqayıt şəhər prokuroru İsmət Qayıbov Azərbay­can Respublikasının prokuroru vəzifəsinə;

İsa Nəcəfov Azərbaycan Respublikası prokurorunun birinci müavini, Konstitusiya Məhkəməsinin üzvü vəzi­fəsinə;

Sumqayıt şəhər prokuroru, hüquq elmləri doktoru Zakir Zeynalov Azərbaycan Respublikası Milli Məc­lisinin sədr müavini vəzifəsinə;

Sumqayıt şəhər prokurorunun müavini Ədalət Mirsalamov Bakı şəhər prokuroru vəzifəsinə;

Sumqayıt şəhər Partiya Komitəsinin şöbə müdiri Məmməd Əsədov Azərbaycan Respublikası Daxili İşlər Naziri vəzifəsinə;

Sumqayıt şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsinin əməkdaşı Tahir Əliyev, Azərbaycan Respub-likası Daxili İşlər Naziri vəzifəsinə;

Elçin Quliyev, general-leytenant, Azərbaycan Dövlət Sərhəd Xidməti rəisi vəzifəsinə;

Asif Cəbrayılov, general-mayor, Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini vəzifəsinə;

Fəxrəddin Səmədov DİN Daxili Qoşunlar Komandanının müavini vəzifəsinə;

Sumqayıt Məişət Kimyası zavodunun direktoru Təvəkgül Məmmədov “Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti vəzifəsinə, sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə;



Zakir Fərəcov Sumqayıt şəhər Bələdiyyəsinin sədri vəzifəsindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə;

Natiq Əmirov Sumqayıt şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən Azərbaycan Respublikası Vergilər nazirinin müavini vəzifəsinə;

Sumqayıt 1 N-li Tikinti Trestinin müdiri Sabir Rzayev Azərbaycan Respublikası Sənaye Tikinti nazirinin birinci müavini, Bakı Baş Tikinti İdarəsinin müdiri vəzifəsinə;



Məhəmməd Məhərrəmov Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaşqınların, məcburi köşkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilat-larla iş” şöbəsinin müdir müavini vəzifəsinə;

Ənvər Əliyev Tikinti trestinin müdiri vəzifəsindən “Azərsənayetikinti” SC-nin sədri vəzifəsinə;

Sumqayıt “Netfqazavtomat” EİB-nin direktor müavini, akademik, texnika elmləri doktoru, professor Tofiq Əliyev Azərbaycan Neft-Kimya İsntitutunun rek­toru vəzifəsinə;

Sumqayıt “Elektrik Dəstələşdirmə Zavodunun” direktoru Malik İsaqov Qubadlı Rayon İcra Hakimiyyəti-nin başçısı vəzifəsinə;

Sumqayıtda orta məktəb müəllimi, direktor Əlimirzə Əhmədov Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsinə;

Sumqayıtda orta məktəb müəllimi, İskəndər İskəndərov Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsinə;

Sumqayıt Ali Texniki Təhsil Məktəbinin prorektoru İsmayıl Sadıqov Gəncə Texnologiya İnstitutunun rektoru vəzifəsinə;



Mönsüm Alışov Sumqayıt şəhər Sеminariyasının direktoru vəzifəsindən Bakı Pedaqoji Kadrların İxtisasar­tırması və Yenidən Hazırlanması İnstitutunun prorektoru vəzifəsinə;

Sumqayıt şəhər Maarif şöbəsinin müdiri Asif Cahan-girov Bakı şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə;

Sumqayıt Dövlət Universitetinin məzunu Əlixan Osmanov Bakı Metropoliteninin baş energetiki vəzi­fəsinə;

Sumqayıt Dövlət Universitetinin məzunu Oktay Camalov Bakı şəhər Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə;


1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə