X yaratmaq q




Yüklə 1.64 Mb.
səhifə1/10
tarix22.02.2016
ölçüsü1.64 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

TARİXİ OLDUĞU KİMİ QƏBUL ETMƏK,

DƏRK ETMƏK VƏ OLDUĞU KİMİ

QİYMƏTLƏNDİRMƏK LAZIMDIR.



Heydər Əliyev

Tarİxİ yazmaq

tarİx yaratmaq qədər

mühümdür.

Mustafa Kamal Atatürk

Məmmədov R.S., Sadıqov H.Ş.

Sumqayıt
tarixdən səhifələr

(1930-2000)

SUMQAYIT - 2010

Sumqayıt şəhərində sıravi mühəndis vəzifəsindən “Tikinti materialları” şirkətinin baş direktoru vəzifəsinədək yüksəlmiş



Mahir Mədəd oğlu Məşiyevə

bu kitabın hazırlanmasında və nəşr olunmasında

bizə göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

Müəlliflər

Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt, 2010 – 240s.
Geniş oxucu kütlələrinə ünvanlanmış bu kitab müəlliflərin “Sumqayıt həqiqətləri” adlı ümumi bir başlıq altında nəşrə hazırladıqları dörd kitabdan birincisidir. Burada 70-illik sovet hakimiyyəti illərində SSRİ-də tikilmiş 1174 müasir cavan şəhərlərdən biri olan Sumqayıt şəhərinin 1930-2000-ci illəri əhatə edən inkişaf yolunun müxtəlif sahələri öz əksini tapmışdır. İkinci kitab – “Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi kontekstində”, üçüncü kitab – “Sumqayıt hadisələri mətbuat səhifələrində”, dördüncüsü isə – “Sumqayıtın bugünü və sabahı” adlanır.

Ön söz

A

zərbaycan xalqının dahi oğlu, ulu öndərimiz Heydər Əliyev ölkəmizin, xalqımızın keçmişi, bugünü və ğələcəyi ilə bağlı məsələlərdən danışarkən dəfələrlə vurğulamışdır ki, tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.

Hər bir ölkənin, ö cümlədən də Azərbaycan Respublikasının tarixi, əlbəttə, onun kənd və şəhərlərinin tarixindən ibarətdir.

Sumqayıt Azərbaycan Respublikasının cavan şəhəri-dir. Hər bir şəhərin də özünəməxsus, təkrarolunmaz tarixi, taleyi vardır. Sumqayıt şəhərinin payına XX əsrin ikinci yarısında respublikamızın ikinci sənaye mərkəzi olmaq düşmüşdür.

Sumqayıt şəhəri 70-illik sovet hakimiyyəti illərində SSRİ-də tikilmiş 1174 müasir cavan şəhərlərdən biridir. Müasir cavan şəhər, yeni sənaye mərkəzi! Bu deyimlərdə dərin, mürəkkəb və ziddiyyətli sosial-iqtisadi məna vardır.

Müasir cavan şəhər, hər şeydən əvvəl, sosial-iqtisadi və inzibati ərazi birliyidir. Müasir şəhər çoxsahəli mürəkkəb, ziddiyyətli maddi və mədəni aspektləri olan bir obyektdir. Cəmiyyətin sosial mühitinin xüsusi bir kəsiyi olan şəhərdə cərəyan edən iqtisadi, ictimai-siyasi, demoqrafik, ailə-məişət, mədəni, tərbiyəvi, ekoloji və s. proseslər çox mürəkkəb dinamik sistem təşkil edir.

Şəhər özündə hər şeyi cəmləşdirir. Bura həm onun müasir şəhərsalma elminin və memarlıq sənətinin nailiyyətlərini özündə əks etdirən xarici görkəmi, həm də iqtisadiyyatı, elmi, mədəniyyəti, ən başlıcası isə şəhərdə yaşayan insanların özləri və onların həyat fəaliyyəti daxildir. Şəhər zəmanəni özündə əks etdirən böyük bir dünyadır.

Aydındır ki, belə mürəkkəb bir sosioloji-iqtisadi obyektin tarixini hərtərəfli əhatə etmək, tam yazmaq da kifayət qədər mürəkkəb bir işdir. Bu işin mürəkkəbliyini Mustafa Kamal Atatürk çox lakonik və dahiyanə tərzdə ifadə edərək demişdir: “Tarixi yazmaq tarix yaratmaq qədər mühümdür.”

Oxucuya təqdim olunan bu kitabı “Sumqayıt: tarix-dən səhifələr” adlandırmağımız da elə bu səbəbdən irəli ğəlir: biz şəhərin tam və hərtərəfli tarixini yazmırıq və qarşımıza belə bir məqsəd də qoymamışıq. Bu kitab son iyirmi il ərzində əsasən işdənkənar asudə vaxtlarımızda fasiləsiz olaraq apardığımız elmi-sosioloji tədqiqatlarımı-zın nəticə­lərini müəyyən qədər əks etdirən və ümumi bir başlıq altında nəşr olunması planlaşdırılan “Sumqayıt həqiqətləri” adlı dörd kitabdan birincisidir. İkinci kitab – “Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi konteks-tində”, üçüncü kitab – “Sumqayıt hadisələri mətbuat səhifələrində”, dördüncü kitab isə – “Sumqayıtın bugünü və sabahı” adlanır.

Sumqayıt şəhərinin tarixində qeyri-adi, gözlənil­məz, acı bir səhifə də vardır – 1988-ci il 27-29 fevral hadisələri yazılmış səhifə. Həmin günlərdə Azərbaycan Respublika-sının xalqlar dostluğu şəhəri olan Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, 400 nəfərdən çox adam bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-mənşət obyekti dağıdılmış, 40-dan çox avtomaşın zədələn-miş və bir hissəsi yandırılımış, dövlətə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurul­muşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Proku-rorluğu tərəfindən 18/55461-88 №-li xüsusi cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab ver-məli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxana­larda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfəri - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunmuşdur.1

Zahirən antierməni görüntülü, əslində isə çox usta-lıqla təşkil olunmuş və ilk baxışda görünməyən mahiyyə­tinə görə antiazərbaycan, antisumqayıt xarakterli həmin hadisələrdən artıq 22 il keçir. Bu hadisələrin səbəbi nə dostluq şəhəri Sumqayıtla, nə də burada yaşayıb-yaradan 80-dən artıq müxtəlif millətlərdən olan insanların – Sumqayıt əhalisinin millətlərarası münasibətləri ilə bağlı deyildir.

Sumqayıt hadisələrindən sonra erməni və azərbaycan tərəflərinin bu hadisələrə münasibətləri tamamilə fərqlidir və ibrətamizdir. Erməni tərəfi dərhal antiazərbaycan informasiya kompaniyasına başladı. Onların iniltisi, ah-nalələri dünyanın hər yerində eşidildi, bütün qitələrə yayıldı. Erməni tərəfi hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyəti nəzərində azərbaycanlı­ların zalım, qəddar, qaniçən, barbar obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmədən çalışmağa başladı.



Ermənilər hadisələrin törədildiyi ilk gündən indiyədək bu hadisələrdə bizi tam günahkar kimi qələmə verir, dünya ictimaiyyətinin nəzərində bu hadisələrin azərbaycanlılar tərəfindən ermənilərə qarşı soyqırım olduğu fikrini formalaşdırmaqda davam edir, hadisələrə siyasi qiymət verilməsinin vacibliyini vurğulayırlar.

Təəssüflə qeyd etməliyik ki, Kremlin göstərişi ilə rəsmi Bakı Sumqayıt hadisələrinin guya bir qrup xuliqanlıq edən adamlar tərəfindən törədildiyi barədə versiyanı qəbul etdi və hadisələrin siyasi səbəblərini araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə günahkarları öz içərimizdə, Sumqayıtda, şəhərin o vaxtkı rəhbərləri arasında axtarmağı, tez-tələsik onları cəzalan­dır­mağı, vəzifələrindən azad etməyi, partiya sıralarından xaric etməyi və bununla da öz funksilarının bitdiyini nümayiş etdirməyi üstün tutdu.

Araşdirmalar göstərir ki, hadisələrin ən azı üç tərəfi vardır:

Birinci, bəlkə də ən əsas tərəf Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi M.S.Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr idi.

İkinci tərəf fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar vilayətini Azərbaycandan qoparmaq və Ermənis­tana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr olmuşdur.

Üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən hadisələrə təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər idi.

SSRİ-nin milli münaqişələr zəminində dağıdıl­ması ssenarisinin müəllifləri və ssenarini həyata keçirməyə çalışan qüvvələr, o cümlədən, erməni millətçi və separat-çılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan Respublikası ərazisində antiermə-ni iğtişaşları törətmək qərarına gəldilər və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçdilər.

Burada oxucunun diqqətini bir məsələyə cəlb etməyi xüsusilə vacib sayırıq. SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də Dağlıq Qarabağ ümummilli erməni hərяkatına təkan vermək üçün bir o qədər sərfəli idi.

Əvvəlcədən planlaşdırılmış və qibtəediləcək “ustalıqla” da həyata keçirilmiş hadisələrin əsl səbəbinin nə Sumqayıtla, nə də ki, sumqayıtlılarla heç bir əlaqəsi yoxdur.



Antierməni iğtişaşların törədilməsi üçün Sumqayıt şəhərinin seçilməsi bir sıra obyektiv və subyektiv faktorlarla izah oluna bilər.

Birinci faktor. Statistik məlumatlara görə 1988-ci ilin yanvarın 1-də Sumqayıtda müxtəlif millətlərdən olan 258200 nəfər yaşayırdı ki, onların da 14208 nəfəri erməni idi. Bu ermənilərin bir qismi “Qarabağ” və “Krunk” təşkilatlarına üzvlük haqqı verməkdən imtina edən, bu təşkilatların millətçilik və separatçılıq siyasətlərini qəbul etməyən adamlar idi.

İkinci faktor. Ermənilər Azərbaycanda təkcə Sumqa-yıt şəhərində yaşamırdılar. Onlar respublikanın bir sıra şəhərlərində, o cümlədən Gəncədə, Şəkidə, Bakıda və digər bölgələrdə də yaşayırdılar. Bəs onda hadisələri törətmək üçün niyə məhz Sumqayıt seçilmişdir? Ona görə ki, Sumqayıtın yerləşdiyi ərazi Bakı ilə müqayisədə təkcə iğtişaşları törətmək üçün yox, həm də hadisələri lazım olan məcraya yönəltmək, şəhərin giriş və çıxış yollarına tam nəzarət etmək, bütövlükdə situasiyanı əldə saxlamaq, hadisələrin geniş miuqyasda yayılmasına yol verməmək baxımından əlverişli idi.

Üçüncü faktor. Sumqayıt şəhəri Bakıya yaxındır. Ona görə də Sumqayıtda hadisələr törədib, Bakıdan dərhal dünya ictimaiyyətinə bu barədə geniş məlumat yaymaq, antiazərbaycan, antisumqayıt təbliğatını gücləndirmək üçün imkanlar daha çox idi. Unutmaq olmaz ki, o dövrdə nəinki müasir rabitə vasitələri, heç mobil telefon anlayışı belə yox idi.

Dördüncü faktor. Azərbaycanın 40 yaşı təzəcə tamam olmuş, 80-dən çox millətin və xalqın nümayən-dələri yaşayan gənc sənaye şəhəri Sumqayıt dünyanın bütün qitələrində təkcə inşaatçılar, metallurqlar, kimyaçılar şəhəri kimi deyil, həm də xalqlar dostluğu, millətlər qardaşlığı şəhəri kimi tanınmışdı. Burada hadisələri törətməklə bütövlükdə azərbaycan xalqının təbiətinə xas olan dostluq, insanpərvərlik, beynəlmiləlçilik kimi xüsusiyyətlərinə ləkə yaxmaq, onu dünya ictimaiyyətinə millətçi, vəhşi, barbar bir xalq kimi çatdırmaq, və bu səbəbdən də azərbaycanlılarla birgə yaşamağın mümkün olmaması fikrini formalaşdırmaq nəzərdə tutulurdu. Heç də təsadüfи deyildir ki, iğtişaşlar əsasən şəhərin “Dostluq” və “Sülh” küçələrində törədildi.

Beşinci faktor. Gənclər şəhəri olan Sumqayıtda hadisələr ərəfəsində əhalinin orta yaşı 25-26 il idi. Buradan aydın olur ki, şəhərdə ağsaqqal, ağbirçək, böyük-kiçik münasibətləri hələ ənənə şəklində formalaşmamışdır. Deməli, gənclərin müəyyən bir qismini, xüsusən də sənaye müəssisələrinin və valideyn nəzarətindən uzaq olan gəncləri hadisələrə təhrik etmək mümkün idi.

Altıncı faktor. Heç bir sirr deyildir ki, şəhər əhalisi arasında müxtəlif səbəblərdən (ailədən, ictimai quruluş-dan, idarə müdirlərindən, yaşayış tərzindən, mənzil-məişət şəraitindən və s.) narazı olan adamlar da var idi.

Yeddinci faktor. Şəhərdə 1981-1987-ci illər ərzində həbsxanalardan azad olunmuş 2378 nəfər yaşayırdı ki, onların da bir qismi bu və ya digər səbəblərdən öz həyat-larından narazı adamlar idi.

Səkkizinci faktor. Çox güman ki, hadisələrin ssenarisi tutularkən 1961-ci il may ayının 1-də Sumqayıt şəhərində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi N.S.Xruşşovun “şəxsiyyətə pərəstiş” siyasətinin əleyhinə etiraz nümayişinin baş tutduğu da nəzərə alınmışdı.

Doqquzuncu faktor. Müxtəlif obyektiv və subyektiv səbəblər nəticəsində şəhərdə yaranmış gərgin ekoloji vəziyyət.

Onuncu faktor. Sənaye müəssisələri ilə əhatə olun-muş bir sahədə peyda olmuş və el arasında “naxalstroy”, və ya “gecəqondu” adlanan qeyri-rəsmi bir “qəsəbədə” antisanitariya şəraitində yaşamaq məcburiyyətində olan yüzlərlə ailələrin təbii narazılığı.

On birinci faktor. Sumqayıt şəhərinin 40-illik tarixində şəhəri idarə edən birinci şəxs – şəhər partiya komitəsinin birinci katibi vəzifəsində işləmiş adamlardan heç biri şəhərdə yaşamamış, şəhərin sakinləri ilə məişət əlaqələri, gündəlik qayğıları səviyyəsində bağlı olmamış-dır. Çox güman ki, hadisələrin ssenarisi tutularkən bu fakt da nəzərə alınmış və istənilən anda şəhərin birinci şəxsini harasa göndərməklə şəhəri bir növ “başsız” qoymağın mümkün olduğu əvvəlcədən hesablanmışdı.

Beləliklə, Dağlıq Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək antierməni iğtişaşlarının törədilməsi üçün məhz Sumqayıt şəhərinin seçilməsi təsadüfi deyildir və hadisələr əvvəlcədən hazırlanmış ssenari ilə 1988-ci il 27-29 fevralda törədildi.

Bu gün artıq istintaq materiallarından məlumdur ki, hadisələri törədənlərin ön cərgəsində gedən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən hadisələrə təhrik olunmuş yeniyetmələrə, müxtəlif cinayətkar ünsürlərə və yetkinləşməmiş gənclərə spirtli içkilər və narkotik maddələr qəbul etdirərək onları cuşa gətirən, sonra da “Qarabağ bizimdir!”, “Erməniləri qırın!”, “Ardımca!” şüarları ilə “Qarabağ” və “Krunk” təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzil-lərə istiqamətləndirən, şəxsən 6 nəfər ermənini qətlə yetirən 1959-cu il təvəllüdlü, əvvəllər – 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub üst-üstə 9 il 2 ay 13 gün həbsxanalarda yatmış qatı cani, milliyyətcə özü erməni olan Qriqoryan Eduard Robertoviç idi.

1988-ci il 27-29 fevral hadisələrinin Kremlin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni və ermənipərəst millətçi, separatçı qüvvələr tərəfindən törədildiyini sübut edən kifayət qədər faktlar artıq üzə çıxmışdır.

Hadisələrdən 22 il keçmişdir. Erməni və ermənipə-rəst millətçi, separatçı ziyalılar tərəfindən hadisələrin gedişi ilə az qala paralel başlanan antiazərbaycan, antisumqayıt təbliğatı bütün bu müddət ərzində ardıcıl, sistemli, məkrli şəkildə fasiləsiz olaraq dünya miqyasında aparılmışdır və bu gün də səngimək bilmir.

Bəs biz bu 22 il ərzində nə etmişik? Əvvəla, hadisələr haqqında yazılanlar cüzidir... İkincisi, istər Sumqayıtda, istərsə də Bakıda və respublikanın digər bölgələrində işləyən ziyalıların əksəriyyəti, hətta tarixçi, politoloq, sosioloq, hüquqşünas alimlər, tanınmış şair və yazıçılar belə bugünədək elə bil ağızlarına su alıb oturmuslar. Belə olan halda ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızdan, ziyalılarımızdan umuküsü etməyə haqqımız çatarmı?

Bir məsələyə də aydınlıq gətirmək yerinə düşər. Bizə məlum olan ədəbiyyatdan görünür ki, hadisələrə öz münasibətlərini mətbuat səhifələrində bildirmiş alimlərin də demək olar ki, heç biri bu işə öz şəxsi təşəbbüsü ilə başlamamışdır. Fikrimizi bir qədər aydınlaşdıraq. Hadisələrə elmi və siyasi baxımdan münasibət bildirən ilk alimimiz akademik Ziya Bünyadov olmuşdur. O, “Почему Сумгаит?” (“Niyə Sumqayıt?”) adlı məqaləsin­də göstərir ki, bu məqaləni yerevanlı həmkarı professor P.Muradyanın “Akademik Bünyadova düşünmək üçün” qeydi ilə ona göndərdiyi A.Ovanesyanın Ermənistan KP MK-nın orqanı olan “Kommynist” jurnalının 2 noyabr 1988-ci il nömrəsində dərc edilmiş “Suayırıcı” (“Водоворот”) sərlövhəli məqaləsinə cavab olaraq yazmışdır (Bax: “Elm” qəzeti , 13 may 1989, rus dilində).

Hadisələrə münasibət bildirən alimlərimizin ikincisi BDU-nun dosenti, fizika-riyaziyyat elmləri namizədi İsmixan Yusubov olmuşdur. O, 1990-cı ildə rus dilində 5 min tirajla nəşr etdirdiyi “Dosta məktub” adlı kitabçada qeyd edir ki, kitabçanı Latviya Xalq Cəbhəsinin fəal üzvü, onun dostu İvar Elertin göndərdiyi 22-29 dekabr 1988-ci il tarixli “Dost məktubu”-na (“Письмо друга”) cavab olaraq yazmışdır. (Bax: Юсубов М.М. Письмо другу. Баку: Azərnəşr, 1990, s.46-48).

Hətta bu sətirlərin müəlliflərini də Sumqayıt hadisələrini tarixi və elmi-sosioloji baxımdan araşdırmağa vadar edən faktorlardan biri 1990-cı ildə Yerevanda rus dilində 50 min titajla nəşr olunmuş “Sumqayıt ... Soyqırımı ... Aşkarlıq?” adlı kitabın bir nüsxəsinin təsadüfən onlara çatması olmuşdur. Bu kitaba cavab olaraq biz “Ermənilər Sumqayıtda” adlı kitab yazaraq onu 1994-cü ildə rus dilində Sumqayıtda 10 min tirajla nəşr etdirdik, respublikamızda və 35-dək xarici ölkədə oxucu­lara çatdıra bildik. Yeri gəlmişkən qeyd edək ki, kitabımız geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, alimlər tərəfindən kitaba müsbət rəylər yazılmış və mətbuat səhifələrində dərc olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin Ali Məktəb rektorlarına ünvanladığı 17.05.1996-cı il tarixli 46-22-1163/17№-li məktubu ilə respublikamızın təhsil müəssisələrində Sumqayıt hadisələrinin hərtərəfli öyrənilməsi, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsi prosesində kitabın dəyərli bir vəsait kimi alınması və ali məktəb kitabxanalarında fondlaşdırılması tövsiyə olunmuşdur.

Onu da əlavə edək ki, 1993-cü ilin əvvəllərindən indiyədək biz silsilə məqalələr yazaraq yerli və mərkəzi mətbuatda azərbaycan və rus dillərində nəşr etdirmişik. Hazırda da hadisələrin səbəb və nəticələrinin hərtərəfli tədqiqi ilə məşğul oluruq. Lakin hesab edirik ki, bu istiqamətdə görülməli işlər hələ çoxdur.

Sumqayıt hadisələrinin şəhərin tarixi və Ermənistan-Azərbaycan qarşıdurumu problemi kontekst­lərində öyrə­nilməsi, hərtərəfli və obyektiv elmi-tədqiqat obyektinə çevrilməsi sadəcə aktual yox, xalqımızın qələcəyi üçün taleyüklü məsələdir. Yaxşı olardı ki, bu məqsədlə Sumqayıt şəhərində Tarixi-Sosioloji Mərkəz yaradılsın, konkret elmi-sosioloji tədqiqatlar aparılsın, elmi konfranslar keçirilsin, müxtəlif dillərdə məqalələr, kitabça və kitablar yazılsın, dissertasiyalar müdafiə olunsun və Sumqayıt həqiqətləri dünya ictimaiyyətinə çatdırılsın. Erməni və ermənipərəst millətçi və separatçı qüvvələr tərəfindən təşkil olunmuş və Sumqayıt şəhərində törədilmiş 1988-ci il 27-29 fevral hadisələrinə siyasi və obyektiv hüquqi qiymət verilməsi təxirəsalınmaz məsələ-dir. Şəhərimizin, bütövlükdə respublikamızın bütün tədris müəssisələrində məktəblilərin və tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması prosesində Sumqayıt hadisələrinin səbəb və nəticələrinin düzgün öyrədilməsinə ciddi diqqət yetirilməlidir. Bütün təhsil işçiləri, xüsusən ictimai-siyasi və humanitar fənn müəllimləri bu taleyüklü işi özlərinin ən ümdə vəzifəsi hesab etməlidirlər.*

Unutmamalıyıq ki, erməni separatçılarının və millət-çilərinin Sumqayıtda törətdikləri hadisələr haqqında dünya ictimaiyyətinə dərhal antiazərbaycan informasiyası çatdır-malarını təsadüf hesab etmək sadəlövhlük olardı. Təkcə XIX əsrdə və XX əsrin əvvəllərində deyil, hətta beynəlmiləlçilik ideologiyası üzərində qurulmuş və bütün fəaliyyəti zahirən bu istiqamətə yönəlmiş sovet dövründə belə erməni yazarları və alimləri yorulmaq bilmədən “Böyük Ermənistan” xülyasına xidmət etmiş, antitürk, antiazərbaycan təbliğatı aparmış, gənc nəsillərini bu ruhda tərbiyə etmişlər. Məsələn, X.Abovyanın “Ermə­nistanın yaraları” romanı, M.Nalbandyanın “Azadlıq”, Q. Əlişanın “Vətən”, “Vətənpərvərin nəğ­mə­ləri”, Q.Dodoxyanın “Qaranquş”, S. Şahəzizin “Levonun hüznü”, R.Patkanyanın “Arazın göz yaşları” şeirləri, S.Kaputikyanın “Karvan hələ yoldadır”, Z.Balayanın “Ocaq” kitabları və s. bu təbliğata xidmət edən yazıların cüzi bir qismidir.

Xəstə erməni təxəyyülünün kiçik bir məhsulunu da oxucularımıza asudə vaxtlarında götür-qoy etmək üçün təqdim edərək “Ön sözü” yekunlaşdıraq.

XX əsrin axırlarında Moskvada nəşr olunmağa başlanmış “100 velikix ...” elmi-populyar seriyasından olan kitablardan biri 2001-ci ildə işıq üzü görmüş “100 velikix qorodov” (100 əzəmətli şəhər) adlanır. Şəhərlərin siyahısına “Nineviya – qədim Assuriyanın paytaxtı” başçılıq edir. Dalınca “Babil – günahkar və əzəmətli”, “İerixon – palmalar şəhəri”, “Sparta – döyüşkən şəhər”, “Dəməşq – paytaxtların ağsaqqalı”, “Anuradxapur – Seylonun qədim paytaxtı”, “Palmira – səhra ğəlini” , “Buxara – alicənab”, “Afina – qədim şəhər”, “Yerusəlim –müqəddəs şəhər”, “Tiflis – isti şəhər”. Bu şəhərlərin hər birinə xüsusi bir bənzətmə, epitet verilib.

Daha sonra bir sıra şəhərlər gəlir ki, onlara heç bir epitet verilməyib: London, Brüssel, Dehli, Krakov, Tehran, Madrid, Qahirə, Vena, Berlin, Tokio, Havana və s... Bu sırada təkcə Yerevan şəhəri xüsusi bir epitetə layiq görülüb... Çox güman, haqqında danışılan kitabla tanış olmayan və bu sətirləri oxuyan hər kəs zənn etdi ki, - azından “velikiy” (əzəmətli)!? Xeyr. Hətta “samıy velikiy” (ən əzəmətli) də yox! Bəs necə? Çox orijinal bir tərzdə, daha doğrusu, elə ermənisayağı – “Yerevan mnoqostradalnıy”, (Yerevan – başıbəlalı). Bəli, məhz başıbəlalı, yəni daima bəlalar çəkmiş, əzablar içində boğulmuş, cəfakeş, həmişə zülmə düçar olmuş, məzlum, yazıq...

100 əzəmətli şəhərlərin arasında Bakı şəhərinə yer tapılmayıb. Bunun səbəbi adamı düşünməyə vadar edir və ayrıca bir tədqiqat mövzusudur. Hələlik isə... Yerevana həsr olunmuş 5 səhifəlik yazının 1-ci abzasında oxuyuruq: “Yerevanın əvvəli, bünövrəsi tarixin dərin laylarında gizlənib, şəhərin adı isə, qəbul olunduğu kimi (kim tərəfindən qəbul olunub? – R.M.), erməni dilində “erevel” – görünmək felindən əmələ gəlmişdir. Bunu belə bir rəvayətlə bağlayırlar ki, guya Ararat dağından aşağı enən Nuhun gözünə görünən ilk açıqlıq, düz yer məhz bura olub və o, burada daşqından sonrakı ilk şəhəri inşa etmişdir.” (kursiv bizimkidir.– R.M.). Cəfəngiyyatdır, əlbəttə. Amma, nə olsun ki, təsirlidir. Əsas odur ki, qoy oxucu bilsin: Yerevan – bu gün Yer kürəsində olan şəhərlərin ən qədimidir, birincisidir.

Lakin təəccüblüsü bu deyildir. Təəccüb doğuran hal budur ki, erməni xalqının və dövlətinin tarixi qədimiliyini qabarıq ifadə etmək fürsətini heç vaxt əldən verməyən erməni tarixçi-alimləri bu dəfə, nədənsə, belə gözəl bir şansdan istifadə etmək və Yerevana “daşqından sonra inşa olunmuş ilk şəhər”, yaxud “Nuhun şəhəri” kimi titul vermək istəməmişlər. “O olmasın, bu olsun”dakı qəzetəçi Rza bəy demişkən, “əcəba, səbəb nə?”

Cavab birmənalıdır: bugün erməni başbilənlərinə özlərinin nə qədər qədim olduqlarını göstərməkdən daha vacib uydurmaları var: “Qoy müasir və gələcək oxucu bir daha bunu yəqin etsin və ermənilərin halına yansın – yaziq və məzlum ermənilər!”



Əfsanədən gerçəkliyə
Azərbaycan xalqı Qafqazda yaşayan qədim xalqlardan biridir. Coxəsrlik tərəqqilər və tənəzzüllər tarixi olan bu ulu xalqın Azər­baycan adlanan diyarı əfsanələrlə zəngindir.

Belə əfsanələrdən bir neçəsi də agsaçlı mavi Xəzərin sahilində, Abşeron yarmadasında, Bakının yaxınlığında yerləşən yeni şəhərin salındığı ərazinin adı ilə - Sumqayıt sözünün etimologiyası ilə bağlıdır.

Xalq arasında geniş yayılmış “Su qayıt” əfsanəsi, çox ehtimal ki, bu yerin coğrafi mühiti ilə əlaqədardır. Belə ki, Xəzərin qumlu sahilində qızmar günəş aitında yaşamış insanlar suya böyük entiyac duyurdular. Onların yeganə su ümidi kiçicik bir çay idi. Bu çay da cox zaman yay aylarında günəşin şiddətli istisi nəticəsində quruyar, əhalini tez-tez suya möhtac qoyardı. Aramsız əsən küləklər isə suyu qurumuş çayin yatağına qum doldurar, onun məcrasını dəyişərmiş. Ona görə də, ola bilsin ki, “Su qayıt” ifadəsi təbii fəlakət nəticəsində Xəzərin qumlu sahilində susuz qalan insanların uzun illər boyu çəkdikləri əzab-əziyyətdən xilas olmaq ümidi ilə üzlərini Allaha tutub yalvarmaqla baglıdır.

Bu torpağın adı ilə bağlı olan digər əfsanə isə “Sum qayıt” adlanır. El arasında bəzən “Sum və Ceyran” adlandırılan bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerlərdən keçirmiş...

...Ucsuz-bucaqsız boz səhra... Payız və qış mövsümlərində aramsız əsən, uğuldayan küləklər, bahar və yay aylarında isə qızmar günəşin yandırıb-yaxan, torpağı qovrulmuş bomboz quma çevirən istisi...

...Sahil boyu ümidsiz addımlarla irəliləyən müsafirlər1 sanki ölümlə çarpışır, ona tabe olmamaq ücün bütün qüvvələrini toplayırdılar. Arxaya dönmək isə, mümkün deyil. Qacaq – quldurların təqibindən yaxa qurtarıb daldalanmaq üçün yeganə sığınacaq yeri cəhhən-nəmi xatırladan bu susuz boş səhradır.

Qaçqınların arasında məğrurluğun rəmzi olan Sum adlı cavan bir oğlan və onun sevgilisi Ceyran adlı gözəllər-gözəli bir qız da varmış. Pak məhəbbətin gücü, sonsuz həyat eşqi gənclərin qəlbini qızdırır, onları birgə addımlamağa ruhlandırırdı. Sidq ürəkdən bir-birini sevən gənclərin mətinliyi onların yol yoldaşlarına da çətinliklərə tab gətirmək, səhrada irəliləmək ücün qüvvət verirdi. Yol boyu dizlərdə taqət, gözlərdə işıq azaldıqca, susuzluq ürəklərdəki yanğını daha da artırırdı. Əlacsız qalan bicarə adamlar qumu qazıyaraq su axtarırlar. Dırnaqlar qırılır, qumun üzərində qırmızı qan ləkələri görünür, ancaq su tapılmır ki, tapılmır...

Sevgilisinin və yoldaşlarının çəkdikləri əzab-əziyyətə daha tab gətirə bilməyən Sum, nəhayət, qəti və uca səslə deyir:

-Necə olursa-olsun, mən gedib suyun qabağını kəsən qayanı aşıracağam, sizə su gətirəcəyəm!

Sumun bu sözlərindən sanki adamların qəlblərinə ümid dolur, gözlərinə işıq gəlir. Sum sevgilisini məhəbbət dolu nəzərləri ilə seyr edib, ondan ayrılır və səhrada su tapmaq üçün yola düşür.

Fəlakətin – sevgilisi ilə əbədi ayrılığın nəfəsini hiss edən Ceyran Sumun ardınca ağlar səslə pıçıldayır:

- Sum, qayıt! ... Sum, qayıt! ... Sum, qayıt!...

- Əlvida, Ceyran!...

Ayrılığın bu son nidası, küləyin uğultusuna qovuşur, səhrada yayılır... ə l v i d a a a a a...

Susuzluqdan və yorğunluqdan taqətsiz hala düşmüş adamlar gözlərini üfüqə zilləyərək, ümidlə gözləməyə başlayırlar. Hər baxışdan bir sual oxunur: Görəsən suyun qabağını kəsən nəhəng qayanı Sum yerindən tərpədə biləcəkmi?

Ceyran isə bir tərəfdə dayanıb nəmli ğözlərini Sumun getdiyi istiqamətdən çəkmir...

Bu zaman qəflətən dəhşətli bir nərə səsi səhraya yayılır, göylər guruldayır, ildırım çaxır, dəniz təlatümə gəlir...

Suyun qabağını kəsən qara qayanı Sum ikiəlli yapışıb göyə qaldırır. Sanki torpaq qayanın ağırlığını üstündən atıb, bir anlığa rahat nəfəs alır. Dəniz sakitləşir, coşğun dalğalar onun qoynuna çəkilir...

Qabağı uzun müddət tutulmuş su, sanki zəncirini qırmış vəhşi pələng kimi, qayanı əlləri ilə başının üstünə qaldırmış Sumun üzərinə cumur, onu yerə sərir, qaya Sumun üstünə düşür. Gur su axını qayanı da, Sumu da qabağına qatıb gurultu ilə əsrlər boyu qızmar günəş altında qovrulmuş, susuzluqdan cadar-cadar olmuş səhraya tərəf aparır...

Uzaqdan gələn suyun gurultulu səsini eşidən müsafirlərin sevinc nidaları ətrafa yayılır. Bir azdan su görünür... Bəs igid hanı? Xilaskar hanı? Adamlar Sumu axtarmağa başlayır, axırda onun əzilmiş, parçalanmış meydini qayanın altında tapırlar.Onların sevinci kədərlə əvəz olunur. Sevgilisini əbədi olaraq itirən Ceyran Sumun bədənindən ayrılmış əlini suyun burulğanında gah batan, gah da üzə cıxan görür, özünü qanlı çaya atır, həlak olur...

Rəvayətə görə, həmin vaxtdan adamlar bu yerləri Sumqayıt, Ceyranın həlak olduğu yeri Ceyranbatan, zirvəsində əli qalmış dağı isə Beşbarmaq adlandırmışlar...

Əfsanələrin adları ilə şəhərimizin adını tutuşdur-duqda “Sum və Ceyran” əfsanəsi ilə şəhərimizin adı arasında linqvistik (dilşünaslıq) baxımından daha çox uyğunluq olduğu görünür. Amma ölkəmizdə yayılmış şəxs adları arasında Sum adına təsadüf olunmaması faktı əfsanənin dəyərini bir qədər aşağı salır.

Fərz etmək olar ki, birinci əfsanənin adı əslində ”Su qayit” yox, “Suyum qayıt!” olmuşdur.

Iki sözün birləşməsindən yaranan mürəkkəb sözlərin (şəxs adlarının, yer və məkan adlarının) tərkibində səsdüşümü hadisəsi dilimizdə geniş yayılmış fonetik hadisələrdən biridir. Müqayisə edin: Əli+Ağa = Əlağa, Əli+Əkrəm = Ələkrəm, Şura+abad = Şurabad və s. Əfsanənin adından, “Suyum qayit” ifadəsindən də fonetik səsdüşümü nəticəsində müasir “Sumqayıt” adının alındığını sezmək çətin deyil: suyum, qayıt suvum, qayıt suum, qayıt sm, qayıt sumqayıt Sumqayıt.

Sumqayıt sözünün mənşəyini təkcə əfsanələrdə axtarmaqla kifayətlənmək, bəlkə də, düzgün olmaz. Bu sözün etimologiyası linqvistik baxımdan əcnəbi dillərlə müqayisəli surətdə də araşdırıla, açıqlana bilər.

Məlumdur ki, tarixi ipək yolunun üstündə yerləşmiş qədim Azərbaycan diyarına dünyanın müxtəlif qərb və şərq ölkələrindən uzun əsrlər boyu tacirlər və səyyahlar gəlib-getmişlər. Bu da məlumdur ki, o dövrün əsas nəqliyyat vasitəsi olan dəvə karvanlarının yolu Sumqayıt adlanan qumlu səhradan kecirdi.

XVII-XVIII əsrlərdə Azərbaycanla Hindistan arasın­da geniş ticarət əlaqələri olmuşdur. Ola bilsin ki, o zaman-lar Hindistandan gələn dəvə karvanları dincəlmək ücün indiki Sumqayıt şəhəri yerləşən ərazidəki karvansaralarda gecələyirmişlər. Axşamdan yem dalınca gedib uzaqlaşan dəvələrini ertəsi gün axtaran hindlilər qarşılarına çıxan adamlara “sumqupt, sumqupt” deyə müraciət edər, dəvə-lərin izini görüb-görmədiklərini onlardan soruşarmışlar. Çünki hind dilində ”sumq” sözü “ləpir” və ya “iz”, “upt” isə “dəvə” deməkdir. Çox ehtimal ki, uzun illərdən sonra bizə gəlib catan “Sumqayıt” sözünün ilk variantı da elə “Sumqupt” 1 olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, Sumqayıtın yaxınlı-ğında yerləşən Saray və Corat kəndlərindən keçən ticarət yolu həmin kəndlərin yaşlı adamlarının dediklərinə görə camaat arasında El yolu adlanırmış. Bu yolla ağ neft və duz daşıyan dəvə karvanları addımlayırmış. Karvanların gecələdikləri karvan­saralardan qalan nişanələrini Sum-qayıtda Super­fosfat zavodunun yaxınlığında axan kicik Sumqa­yıt­cayın kənarında görmək olar.

Bu karvansaralar, çayın üstündəki körpü və yerli landşaft haqqında qədim səyyahlardan da məlumatlar qalmışdır. Bu yerlərdə tədqiqat işləri aparmış arxeoloqlar belə nəticəyə gəlmişlər ki, karvansaralar və körpü XVI-XVII əsrlərdə tikil­mişdir.1

XIX əsrin əvvəllərində bu yerlərdə olmuş rus səyyahı İ. Berezin yazır: “ Sumqayıtın yanından kicik çay axır, onun da adı Sumqayıtdır ki, bu da türkcə “su qayıdır“ deməkdir. Çaya belə ad guya ona görə verilmişdir ki, qızmar havada onun suyu quruyur, yağışlardan sonra isə yenidən gəlir. Bu yerlər çox kasaddır: sarı rəngli quru torpağı cadar-cadardır, su isə heç yerdə yoxdur, yaşıllıqdan əsər-əlamət görünmür - budur bu yerlərin mənzərəsi.” 2

Indi Sumqayıtın geniş küçə və xiyabanlarında, yaşayış məhəllələrində və mikrarayonlarında, bağ və bağçalarında, sahil boyu uzanıb gedən və İmadəddin Nəsiminin adını daşıyan Mədəniyyət və istirahət parkında, sənaye müəssisələrinin ərazilərində və ətrafında – hər yerdə, hər yanda vaxtılə şəhərin ilk sakinləri və qurucuları tərəfindən əkilmiş cavan pöhrələr artıq böyüyüb uca boylu, qollu-budaqlı ağaclara çevrilmiş, onlara böyük həvəslə qulluq edən insanların oğul-uşaqları da bu müddət ərzində böyüyüb boya–başa çatmış, nəvə-nəticələri isə həmin ağacların altında ora-bura qaçışır, şənlənir, istirahət edir, sevinirlər.

Sumqayıtın düzənliyi haqqında sayca çox olmayan yazılı mənbələrin birində oxuyuruq: dəniz tərəfə cüzi meyilli qumlu düzənlik. Orta illik temperatur burada yüksəkdir: +13,4 So-dək çatır; bəzi günlərdə kolgədə isti-lik + 40 So-yə çatır. Şaxtalı günlər, olsa da, az müddətli-dir. Yağışlar çox seyrək, əsasən yaz aylarında yağır, küləklər isə ilin bütün fəsillərində aramsız əsir. Belə iqlim şəraiti ona gətirir ki, yazda cücərməyə başlayan göyərtilər artıq may ayının sonunadək tamamilə yanıb yox olur. Lakin torpağın tərkibi (keyfiyyəti) və yeraltı suların yüksək səviyyəsi burada üzüm və bostan bitkilərinin yetişdirilməsi üçün əlverişli şərait yaradır.1

Yaz aylarında qoyun – quzu mələşməsi, çobanların tütək səsi insan yaşamayan Sumqayıt düzənliyini cana gətirir, yay aylarında isə şiddətli istilər hökm sürür, hər şey məhv olurdu...

Indi Azərbaycanın ikinci sənaye, elm və mədəniyyət mərkəzi olan Sumqayıt şəhərinin yerləşdiyi sahə uzun müddət boş səhra olaraq qalmışdır. Burada qızmar günəş, təlatümlü dəniz, aramsız küləklər hökmranlıq edirdi. Sumqayıt düzənliyinin sükunətini təkcə ara-sıra Bakı-Rostov dəmiryol xətti ilə hərəkət edən qatarların fit səsi pozurdu...

Bu diyar haqqında xalqımızın əsrlərlə əfsanələrdə yaşatdığı su həsrəti, Sum igidliyi, Ceyran gözəlliyi Sum-qayıt adlanan şəhərdə 60 il ərzində müxtəlif millətlərin nümayəndələri olan zəhmətkeş insanların gərgin zehni və fiziki əməyi sayəsində real gercəkliyə çevrilmişdir. Indi Sumqayıtda buranı çəmənzara çevirən Su da, şəhəri qurub yaradan Sum cüssəli igid oğlanlar da, Ceyran sədaqətli qız-gəlinlər də vardır.

Sumqayıt şəhərinin kecmişi haqqında XX əsrin 50–ci illərində şəhər qəzetinin redaktoru vəzifəsində işləmiş jurnalist, tarix elmləri namizədi Əlisəfa Məmmədov 1957-ci ildə çap olunmuş "Sumqayıt " adlı kitabcasında yazır: "Adətən adam hec vaxt görmədiyi yeni şəhərə gələrkən ilk dəfə onun kecmişi ilə maraqlanır. Buna görə də hər kəs belə şəhərlərin tarixi yerlərinə, muzeylərinə, abidələrinə baxmağa tələsir. Lakin Sumqayıtla tanış olmaq ücün bunu etmək olmaz. Çünki Sumqayıtın nə tarixi yerləri nə də abidələri vardır. Bu şəhərin, demək olar ki, kecmişi olmamışdır." 1

Cəmisi 13 il sonra, 1970-ci ildə "Sumqayıt" adlı digər bir kitabcanın müəllifi, o zaman Şəhər Sovetinin sədri vəzifəsində işləmiş Hüseyn Yusif oğlu Axundov isə artıq belə yazırdı: "Gənclik şəhərinin 20 yaşı bu yaxınlar-da təntənə ilə qeyd edilmişdir. Iyirmi il tarixən bir o qədər də uzun vaxt deyildir. Lakin ...qısa müddətdə şəhər misilsiz dərəcədə inkişaf etmiş, simasını dəyişmişdir. Indi Sumqayıt şəhəri yüzillik tarixi olan şəhərlərlə yarışa bilər...

Iyirmi il bundan qabaq şəhərin bünövrə daşları qoyularkən çoxlarının ağlına belə gəlməzdi ki, gələcəkdə Sumqayıt respublikamızın ikinci böyük sənaye mərkəzi kimi tanınacaq,xalqımızın fəxri olacaqdır".2

Əlisəfa Məmmədovun yuxarıda göstərdiyimiz fikri qələmə aldığı vaxtdan artıq 52 il kecmişdir. Sumqayıtın 60 yaşı tamam olmuşdur. Əslində hec 60 il də şəhər tarixi ücün uzun müddət deyildir. Bununla belə, qısa müd­­dət ərzində müxtəlif millətlərdən olan zəhmət adam-larının fədakar əməyi nəticəsində Sumqayıt şəhərinin artıq həm tarixi yerləri, həm muzeyləri və həm də abidələri yaradılmışdır. Bədii yaradıcılığında böyük məhəbbətlə tərənnüm etdiyi Sumqayıt şəhəri haqqında Azərbaycanın xalq şairi Nəbi Xəzri necə də gözəl demişdir:

Mənəm yerə-göyə nəğmələr deyən,

Torпaq mənə baxsın, göy mənə baxsın.

Bir əsrin özünü görmək istəyən

Gəlib bircə dəfə qoy mənə baxsın.
Onu da deməliyik ki, "Bu şəhərin, demək olar ki, kecmişi olmamışdır" fikrini qeydsiz-şərtsiz qəbul etmək də düzgün olmazdı. Dahi şairimiz Səməd Vurğun demişkən:
Kim bilir neçədir tarixin yaşı,

Tarixin nə qədər yazısı vardır?

Hər saxsı parçası,hər məzar daşı

Nəsildən-nəsilə bir yadigardır.


Digər tərəfdən, əfsuslar olsun ki, Sumqayıtın qədim kecmişinin nişanələri olan iki karvansara və körpünün tarixləri elmi əsasda hələ də öyrənilməmiş və onların qalıqları tarixi abidə kimi qorunub saxlanmamışdır. Unudulmuşdur ki, şair demişkən:
Daşın da öz qəlbi, öz ürəyi var,

Daşlar da danışır insanlar kimi.

Bu qoca dünyada yüz-yüz binalar

Yüz-yüz əsrlərin səsi deyilmi?



( N.Xəzri. oktyabr, 1953)

* * *


Məlum olduğu kimi, keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının (Az. SSR) paytaxtı Bakı şəhəri həmişə Sovet Sosialist Respublikaları İttifaqını (SSRİ) neft və neft məhsulları ilə təchiz edən mərkəz olmuşdur.

XX əsrin 30-cu illərində Bakı şəhərinin elektrik enerjisinə tələbatını ödəmək məqsədilə müxtəlif layihə-lər hazırlanmağa başlanmışdır. Həmin dövrdə hazırlanmış layihələrdən biri də Bakının Sumqayıt rayonu ərazisində İstilik-Elektrik Mərkəzinin (İEM) inşa olunması ücün tərtib edilmişdir ki, o da ölkənin nəhəng neft mərkəzinin elektrik enerjisi ilə təchiz olunması problemini qismən həll edirdi. 1938-ci ildə Sumqayıt düzənliyində İstilik - Elektrik Mərkəzinin (indiki İEM-1) obyektlərinin, həm-cinin yaşayış və yardımcı binaların tikilməsi üçün geniş miqyasda iş başlanmışdır.1

1939-cu ildə Ümumittifaq Kommunist (bolşeviklər) partiyasının (ÜİK/b/P) XVIII qurultayı SSRİ xalq təsərrüfatının ücüncü 5-illik planını təsdiq edir. Həmin planda enerji sənayesinin yeni müəssisələrinin inşasına xüsusi fikir verilirdi ki, bu da sənayenin inkişafı ilə elektrik stansiyalarının gücü arasında yaranmış uyğunsuz-luğun ləğv olunmasını və hətta ehtiyat elektrik enerjisi istehsal etməyi də nəzərdə tuturdu.

Bu məqsədlə də Moskva, Leninqrad, Çelyabinsk, Kiyev, Sumqayıt və digər bölgələrdə İEM-nin inşasına xüsusi diqqət verilirdi.2 *

Sumqayıt İEM-nin tikintisi üzrə Baş podratçı1 Cənubenerjitikinti (Южэнергострой), sonradan Qafqaz-enerjitikinti (Кавказэнергострой) təşkilatları olmuşdur.

Sumqayıt İstilik-Elektrik Mərkəzinin 1 №-li gene-ratoru ilk dəfə 13 fevral 1939-cu ildə Bakı şəhərinin neft sənayesi ücün enerji verməyə başlamışdır.

Azərbaycanda tikilmiş ilk İstilik-Elektrik Mərkəzi olan Sumqayıt İEM-i artıq 1941-ci ildə 113 min. kvt\saat elektrik enerjisi istehsal etmişdir.

Elektrik stansiyaları ilə yanaşı metallurgiya zavodlarının da tikilməsı planlaşdırılırdı. ÜİK/b/P qurul-tayının Qətnaməsində deyilir: "Zaqafqaziya və Orta Asiya rayonlarının yerli tələbatını ödəmək ücün metal qırıntıları və metal tullantılarından istifadə etməklə kicik yenidən emal zavodlarının inşasına başlanılsın".2

Zaqafqaziyada belə zavodların tikintisi ücün yer Tbilisi yaxınlığında – Rustavi və Bakı yaxınlığnda–Sumqayıt əraziləri seçilmişdir.Sumqayıtda və Rustavidə metallurgiya zavodlarının yerləşdirilməsındə məqsəd Bakının, Qroznının və Dağıstanın neft sənayesi obyektlə-rini polad borularla təmin etməkdən ibarət olmuşdur.

Azərbaycanda yeni sənaye mərkəzi yaratmaq ücün Sumqayıt ərazisinin secilməsi təsadüfi deyildir. Əvvəla, Sumqayıt adlanan ərazi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə yaxın idi. Bu isə gələcək şəhərin iqtisadi, elmi-texniki və mədəni yüksəlişi ücün cox əlverişli şərait yaradırdı. Digər tərəfdən isə, Baki-Rostov dəmiryol xəttinin, Şollar–Nasosnı–Bakı su kəmərinin1* və Xəzər dənizinin yaxınlığı sənaye müəssisələrinin tikilməsi, istismarı, eləcə də, şəhərsalma işlərini asan-laşdırır və onların gələcəkdə daha da inkişaf etməsinə geniş imkan yaradırdı.2

Azərbaycanın qədim sənaye və mədəniyyət mərkəzi olan Bakı şəhərinin ətrafında peyk şəhəri salınması hələ ilk dəfə 1933-cü ildə Abşeron Sənaye Qovşağının Planlaş-dırılması Sxemində nəzərdə tutulmuşdur. Sxemi Rusiya Federasiyasının "Qiproqor" Layihə İnstitutunun əmək-daşları prof. Semyonov (rəhbər), memarlar N. Beseda, V.Armant, V.Paşkov hazırlamışlar. Bu ideya sonralar 1935-37–ci illərdə Abşeronda Sənayenın Yerləşdirilməsi Sxemində və Bakı şəhərinin Baş planında prof. L.İlyin tərəfindən inkişaf etdirilmiş və bununla da Sumqayıtın inşa olunması, burada 150-200 min əhalinin yaşaması nəzərdə tutulmuşdur.

Sumqayıt düzənliyində 1940-cı ilin aprel ayında Boruyayma zavodunun, həmin ilin sonunda isə Alümini-um zavodunun inşası başlanır, binalar ücün bünövrə yerləri qazılır. Lakin 1941-ci il 22 iyunda Böyük Vətən müharibəsı başlanır, zavodların layihələndirilməsi və tikinti işləri dayandırılır.

Dövlət Müdafiə Komitəsinin qərarı ilə altı min nəfərədək adamın işlədiyi Sumqayıtda tikinti dayandırılır, burada çalışanlar iş alətləri və texnikası ilə birlikdə Şimali Urala, Novotaqilsk metallurgiya kombinatının tikintisinə yola salınır. (Bax: K.Hüseynov. Bir ömrün salnaməsi, s. 24).

Sumqayıtda yarımçıq qalan tikinti işlərini yenidən bərpa etmək üçün 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin 17 yanvar tarixli qərarı ilə müharibədən əvvəl 1931-1941-ci illərdə Sumqayıt düzənliyində yerləşmiş 329 №-li" Hərbiləşmiş tikinti rotasının bazasında "Закпромстрой" adlanan (Zaqsəna­ye­tikinti) tikinti-montaj hissəsi təşkil olunur.1

Həmin idarə Tikinti–Montaj Hərbi hissəsi kimi 1947-ci ilədək SSRİ Xalq Tikinti Komissarlığının nəzdində fəaliyyət göstərmiş, sonra isə ona Dövlət Sənaye Tikinti-Montaj Tresti adı verilmişdir.

"Zaqsənayetikinti" trestinin vəzifəsi Sumqayıt adlanan səhrada metallurgiya və kimya zavodlarının, inzibatı və yaşayış binalarının, mədəniyyət və məişət obyektlərinin tikilməsi olmuşdur.

1944-1946-cı illərdə "Zaqsənayetikinti" trestinin tərkibində Xüsusi Tikinti-Montaj (Tikinti sahələri: № 1,2,3), Nəqliyyat idarəsi (kontoru), Maddi-texniki təchizatı idarəsi, Maşın-icarə bazası, Mərkəzi laboratoriya, Mənzil-kommunal idarəsi, Keşikçi-mühafizə dəstəsi, Kadr hazırlığı tədris məntəqəsi, İstehsal müəssisələri kombinatı (onun tərkibində: Ağac emalı zavodu (Sumqayıtda), Qaradağ daş karxanası, Gilgilcayda çınqıl karxanası, Nasosnı stansiyasının qum karxanası) və Qorki vilayəti Şemanixa stansiyasının Meşə tədarükü idarəsi fəaliyyət göstərmişdir.

Şəhərin sənaye müəssisələrinin, inzibati və yaşayış binalarının, ticarət, iaşə, mədəni-məişət, idman və s. obyektlərinin tikinti miqyasının genişlənməsi ilə əlaqədar olaraq "Zaqsənayetikinti" tresti özü də böyümüş və 1954-cü il yanvar ayının 1-də onun tərkibində aşağıdakı qurumlar1 olmuşdur:

1.Tikinti idarələri: Mülkitikinti, Alüminiumtikinti, Martentikinti, Kauçuktikinti, Mənziltikinti və Xüsusisə­nayetikinti

2. İstehsal müəssisələri kombinatı

3. Mexanizasiya bazası

4. Nəqliyyat idarəsi (kontoru)

5. Mənzil-yaşayış idarəsı

6. Təchizat idarəsi

7. Fəhlə təchizatı şöbəsi

8. Layihə-smeta bürosu

9. İnşaat laboratoriyası

10. Tədris kursları kombinatı

1944-cü ildən 1959-cu ilin sonunadək fəaliyyət göstərmiş Zaqsənayetikinti trestinə Krivorucka M.Y., Filippov A,İ., Belousov B.V., Əmiraslanov M,F., Abdullayev M.A. rəhbərlik etmişlər.

"Zaqsənayetikinti" trestinin arxiv materiallarında onun ilk rəhbərləri haqqında geniş məlumat əldə etmək mümkün olmadı.1

Ancaq Mehbalı Firudin oğlu Əmiraslanov və Məzahir Ağa oğlu Abdullayev haqqında Kamran Əsəd oğlu Hüseynov "Bir ömrün salnaməsi" adlı memuarında yazır: "M.F Əmiraslanov Moskvada institut qurtarmış görkəmli metallurq idi. Ona Sumqayıtla məşğul olmaq tapşırılmışdı. 1941-ci ildə "Zaqsənayetikinti" trestinin yaranmasında böyük xidmətləri olmuşdur. Sonra MK katibi, inşaata baxan (Almaniyanın məğlubiyyəti zamanı oradan lazımi avadanlığın gətirilməsi , o cümlədən Qara-dağ sement zavodunun), Nazirlər Sovetinin birinci müa-vini vəzifələrinə qədər yüksəlmişdir. Bağırov tərəfindən daim tənqid atəşinə tutulan Əmiraslanov 1953-cü ilin may ayında M.C. Bağırov vəzifədən götürüləndə, ehti-raslar qızışanda-qaynayanda onu Əmiraslanov bir qədər müdafiə də etdi...

Məzahir Abdullayev "Zaqsənayetikinti" trestinin müdi­ri idi. O, sakit, işgüzar, insansevər, zəhmətkeş, kadrların qədrini bilən, böyük inşaat rəhbəri idi".(s. 87)

"Zaqsənayetikinti" tresti 01.01.1960-cı ildə Azər-bay­can SSR Tikinti Nazirliyinin tabeliyinə verilmiş və

1 №-li Tikinti tresti adlandırılmışdır. Onun tabeçiliyində 9 Tikinti idarəsi (№№11-19) və bir Ağac emalı zavodu (№ 1) olmuşdur. 1 oktyabr 1960-cı ildə Sumqayıt Kimya kombinatının inşası üçün 19 №-li Tikinti idarəsi təşkil olunmuşdur.1

Beləliklə, "Zaqsənayetikinti" tresti 1944-cü ildən 1960-cı ilədək inkişaf edərək respublikanın nəhəng baza-ya malik olan bir tikinti təşkilatına çevrilmişdir. Məsələn, 1945-ci illə müqayisədə trestin istehsal müəssisələrinin ümumi məhsulu 1959-cu ildə təqribən 17 dəfə artmışdır. Trestin tikdiyi "Qaradağ his (qurum)zavodu","Boruyayma

zavodu" (Marten peçləri, nəhəng poladyayma və boruyayma dəzgahları – Stanları ilə), "Sintetik kauçuk zavodu" (spirt və kaucuk istehsalı ilə) və həmçinin digər müəssisələr üçün tikdiyi yeni sexlər fəaliyyətə başla-mışdır.2 Trestin tikinti – montaj işlərinin həcmi 1959-cu

ilədək 51 dəfədən çox artaraq 3,1 mln. rubldan 158,5

mln. rubla çatmışdır.

Təbii ki, qısa tarixi müddətdə Sumqayıt düzənli­yi­ndə nəhəng müasir sənaye mərkəzi və yeni şəhərin salınması prosesi hec də rahat, problemsiz, hamar olmamışdır. Məsələn, Sumqayıt şəhərinin yaranmasının əsas faktor­la-rından biri olan Boruyayma zavodunun bu ərazidə tikil-məsinə 1940-1958 – ci illərdə rəhbərlik etmiş şəhər parti­ya təşkilatının birinci katibi Kamran Əsəd oğlu Hüseynov "Bir ömrün salnaməsi" adlı geniş və dərin məzmunlu avtobioqrafik memuarında yazır: "Azərbaycan KP MK-nın birinci katibi, akademik İmam Daşdəmir oğlu Mustafayevin ən çox diqqət mərkəzində olan Boru prokatı zavodu ilə əlaqədar olaraq necə maneələr yaranmışdı!... Dünyada sürətlə inkişaf edən neft sənayesinin və eləcə də Bakının bu zavoda olan ehtiyacı çox böyük idi. Zavod M.C.Bağırovun dövründə başlansa da, ondan sonra dayandırılmışdı. Onu Gürcüstana köcürmək istəyirdilər. İ.Mustafayevin başçılığı ilə çox böyük mübarizədən sonra zavodun Sumqayıtda saxlanılmasına və tikintisinin davam etdirilməsinə nail olduq" (s. 106)

Daha bir misal. Yerli mühəndislərin Sumqayıta dəvət olunmasına, onların bir mütəxəssis kimi forma-laşmasına, nəticədə sənayeni və bütövlükdə şəhəri idarə etməyə qadir milli kadrların yetişdirilməsinə də mane olan qüvvələr var idi.

"Alüminium zavodundakı mühəndislərin çoxu M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitu-tunu qurtaranlar idi. Hətta Alüminium zavodunun direktoru Məmməd Şərifova Moskvada Alüminium Sənayesi Nazirinin müavini, həmin o erməni Babkovun qolu ilə şiddətli töhmət vermişdilər ki, guya mühəndis kadrlarını Bakıdan dəvət edib. Çünki onların planına görə Sumqayıtı Yerevanın kadrları ilə təmin etmək nəzərdə tutulurmuş."

Azərbaycanın ilk metallurgiya zavodu – Boruyayma zavodunun tikintisi 1946-cı ildə başlanır. Ilk metal boru bu zavodda 31 dekabr 1952-ci ildə istehsal olunmuşdur. Boruyayma zavodunun ardınca "Sintetik kaucuk zavodu" (1952), "Alüminium zavodu " (1955) tikilmişdir.

Eyni vaxtda, sənaye obyektlərinin tikintisi ilə paralel olaraq inzibati, mənzil-məişət, mədəni-maarif obyektləri üçün binaların da inşası aparılmışdır. Və qısa müddətdə Sumqayıt adlı fəhlə qəsəbəsi tikilmişdir. Həmin qəsəbəyə 22 Noyabr 1949-cu ildə respublika tabeliyində şəhər statusu verilmişdir.1 Sumqayıt əhalisinin sayı 1939-cu ildən həmin vaxtadək 6400 nəfərdən 17200 nəfərədək artmışdır.**

Yeni şəhərin müstəqil ictimai-siyasi təşkilatları yaranmağa və fəaliyyət göstərməyə başladılar. Şəhərdə ilk komsomol konfraнsı 5 dekabr 1950-ci ildə, ilk partiya konfransı isə 21 aprel 1951-ci ildə kecirilmişdir.

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə