Windows7 əməliyyat sistemi Windows əməliyyat sisteminin yaranma tarixi və inkişaf mərhələləri




Yüklə 101.32 Kb.
tarix20.04.2016
ölçüsü101.32 Kb.

Windows7 əməliyyat sistemi

Windows əməliyyat sisteminin yaranma tarixi və inkişaf mərhələləri


  1. Microsoft şirkətində bir-birinin ardınca MS-DOS üzərində qurulmuş bir neçə qrafiki örtük – Windows 1.0, Windows 2.0, Windows 3.0, Windows 3.1, Windows 3.11 sistemləri buraxılmışdı. Bu qrafik örtüklər MS-DOS üzərində qurulduğundan və deməli, MS-DOS-un idarəsi altında işlədiyindən, müstəqil ƏS-ləri deyildilər.

  2. 1995-ci ilin sentyabrında buraxılmış Windows 95 ƏS IBM PC kompyuterləri üçün ilk qrafiki ƏS olmuşdur. Bu ƏS böyük üstün cəhətlərə malik olduğu üçün o, bütün kompyuter dünyasında geniş tətbiq olunmağa başlayır. Beləliklə Windows sistemi ilk dəfə olaraq MS-DOS üzərində qurulmuş örtükdən 32 mərtəbəli mükəmməl qrafik ƏS-nə çevrildi.

  3. Korporativ istifadəçilərin tələbatını ödəmək üçün 1993-cü ildə Windows NT (New Technology) adlı tamamilə yeni bir ƏS buraxdı. Bu sistem tamamilə yeni nüvə əsasında qurulmuş və əsasən korporativ istifadəçilərin lokal kompyuter şəbəkələrində işləməsi üçün nəzərdə tutulurdu.

  4. Windows NT sisteminin ilk variantı iki versiyada yaradılmışdı: Windows NT Server və Windows NT Workstation. Əslinə qalsa bunlar eyni ƏS-ləri idi, fərq isə ondan ibarət idi ki, Windows NT Serverin tərkibinə elə proqramlar daxil edilmişdi ki, həmin proqramlar bu sistemlə işləyən kompyuterləri həm lokal şəbəkələrin serveri, həm də Internet şəbəkəsində HTTP serveri kimi istifadə etməyə imkan verirdi.

  5. 1998-ci ildə istehsal edilən Windows 98 ƏS əsasən gələcəkdə istifadə olunmaq üçün buraxılır. Burada əvvəllər ayrıca satılan bir sıra proqram məhsullarının daxil olduğu standart proqramlar komplekti, həmçinin kommunikasiya imkanı da genişləndirilmişdir.

  6. 2000-ci ildə geniş istehsala buraxılmış Microsoft Windows ME (Millennium Edition) sistemi idi. Bu sistem özündən əvvəlki Windows sistemləri ailəsindən hər şeydən əvvəl onunla fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə imtina edir.

  7. NT texnologiyasının bazası əsasında Microsoft şirkətinin yaratdığı Windows ailəsindən olan daha bir yeni ƏS-nin yeni versiyası artıq 2000-ci ilin sonlarında geniş ictimaiyyətə məlum idi. Bu yeni ƏS əvvəlcə Codename Whistler adı altında buraxılsa da, 2001-ci ilin yayında Windows XP (ing. eXPerience – təcrübə, sınaq) adı altında istifadəçilərə təqdim edildi.

  8. Microsoft şirkəti 2000-ci ilin əvvəllərində Windows NT sisteminin arxitekturası əsasında Windows sisteminin yeni versiyasını – Windows 2000 sistemini yaratdı.

Starter Edition

  • daha sadə və istifadəsi daha asandır

  • windows 7 starter, sizinlə görəcəyiniz işlər arasındakı prosedurlari azaldaraq (daha az gözləmək, daha az tıklatma, şəbəkəyə bağlanarkən daha az çətinlik) şəbəkə dizüstü kompüterlərin istifadəsini asanlaşdırır.

Windows 7 Home Basic

  • hər gün etdiyiniz prosedurları sürətləndirir və asanlaşdırır.

  • windows 7 home basic, ən çox istifadə etdiyiniz yazılımlara və sənədlərə çatmağı daha da asanlaşdırır, beləliklə axtarmağa daha az, prosedur etməyə daha çox vaxt ayıra bilərsiniz.

Windows 7 Home Premium

  • windows 7 premium bir ev şəbəkəsi yaradaraq xoşladığınız şəkilləri, videoları və musiqiləri bölüşməyinizi asanlaşdırır

  • tv-yə baxa, dayandıra, geriyə qaytara və yaddaşa sala bilərsiniz.

  • daha çox əyləncə və oyun üçün yaradılıb.

Windows 7 Professional

  • iş yerində və evdə ehtiyaciniz olan her şey üçün.

  • Bir çox Windows XP verimlilik drayverini Windows XP modunda işlədə bilər və avtomatik verilərlə ev və iş yeri şəbəkənizə yenidən yükləyə bilərsiniz

  • Həmçinin Homegroup baglantısı ilə şirkət şəbəkələrinə qoşula bilərsiniz.

Windows 7 Ultimate

  • bütün xüsusiyyətləri istəyənlər üçün buraxılmışdır

  • Windovs 7 Ultimate ən istifadəyə rahat və ən güclü versiyadır.

  • Home Premuimun əyləncə xüsusiyyətlərini və Professinalın Windows XP rejimində işləyə bilmək xüsusiyyətlərini özündə birləşdirir.

  • Əlavə təhlükəsizlik üçün Bitlocker və Bitlocker TO GO ilə parol qoya bilərsiniz. Həm də 35 müxtəlif dildən istifadə imkanları da var.

Windows 7 Enterprise

  • Şirkətlər üçün nəzərdə tutulmuşdur.

  • Windovs 7 Enterprise sadəcə korporativ şirkətlərə satılır və Ultimatedən daha çox funksionallığa sahibdir.


Windows7 əməliyyat sistemi


Windows X7 sistemində gözlənilən ən mühüm və səbirsizliklə gözlənilən yeniliklərdən biri ondan ibarətdir ki, artıq bu sistem təmiz kompakt diskləri adi disketlər kimi işlətməyə imkan verir. Yəni sistemdə CD-R və CD-RW diskləri ilə işləmək mümkündür. indows 7 əməliyyat sistemini araşdırmağı nəzərə aldım, köhnəsindən fərqli nələr təqdim edir dedim bir nəzər salaq.

Windows XPdən sonra böyük gözləmələrlə çıxan Windows Vista gözəl xüsusiyyətlərinin yanında xüsusilə sistemi çox yorması, yüksək təchizat xüsusiyyətləri istəməsi ilə bir çox istifadəçidən mənfi reaksiyalarla qarşılandı. Microsoft firması da bunuda görməməzlikdən gəlmədi və yeni xüsusiyyətlər əlavə edərək və daha az sistem qaynağı istifadə edən Windows 7 əməliyyat sistemini hazırladı.

Windows 7 versiyaları

Windows 7 versiyalarına baxsaq 6 ədəd versiyası var. Starter, Home Basic, Home Premium, Professional, Ultimate, Enterprise.

Bu versiyalardan Starter Edition olduqca məhdud bir distributiv; müəyyən ədəddə tətbiqi eyni anda işlədə bilmə, maksimum yaddaş məhdudlaşdırması, 64 bit dəstəyinin olmayışı kimi daha da uzanıb gedən məhdudlaşdırmalara sahib bir distributiv.

Home Basic və Home Premium; Ev istifadəçilərinə istiqamətli, Starterə görə yaxşı xüsusiyyətlərə sahib, ancaq yenə də domain mühitində iş qabiliyyətinə sahib olmayan, multimedia və qrafik xüsusiyyətlərə (Windows Media Center, Windows Aero) sahib versiyalardır.

Professional; Professional Distributiv XP Professionalda olduğu kimi ev mühitindən çıxıb işyerinə doğru yol alan bir distributiv. Bu distributivdə domain mühitinə qatıla bilmə, remote desktop edə bilmə, EFS, Windows XP rejimə kimi iş mühitini maraqlandıran xüsusiyyətlər mövcud.

Enterprise və Ultimate; Bu iki distributiv Windows 7in bütün xüsusiyyətlərini ehtiva edən iki distributivi. İki distributivin xüsusiyyətləri eyni, fərqi isə yalnız lisanslama tərəfində ortaya çıxır. Enterprise distributivində volume lisanslama edilə bilir.


Nəhayət, istifadəçilər gözəl interfeyslə yanaşı rahat iş şəraiti ilə təmin ediliblər.

Windows 7 sisteminin yeni imkanlarının qısa xülasəsi


Plug And Play” texnologiyası əsasında yeni periferiya qurğularının qoşulması. MS-DOS ƏS mühitində yeni periferiya qurğularının kompyuterə qoşulması üçün istifadəçi professional biliklərə malik olmalıdır: məsələn, konfiqurasiya faylını yazmağı bacarmalı, lazımi drayverin qoşulması əmrinin strukturunu bilməlidir. Windows mühitində isə bu məsələ çox asanlıqla həll olunur. Sistem özü konfiqurasiya fayllarını dəyişdirir, konkret texniki qurğunu aydınlaşdırır və onun avtomatik sazlanmasını təmin edir. Başqa sözlə, bu prinsiplə işləyən ƏS kompyuterə birləşdirilmiş yeni qurğunun işləməsi üçün lazım olan drayveri avtomatik olaraq özü seçərək yükləyir Bu sür texnologiya Plug and Play (Qoş və istifadə et) adlanır.

Virtual yaddaşdan istifadə. Bildiyimiz kimi, kompyuterdə əsas problem kimi əməli yaddaş tutumunun çatışmazlığıdır ki, Windows 95 mühitində virtual (həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir. Əgər cari (aktiv) proqramın işləməsi üçün əməli yaddaş kifayət etmirsə, bu zaman həmin proqramlar diskdə yüklənmə faylı (файл подкачки) adlanan fayl şəklində saxlanılır. Faylların bu cür yüklənmə həcmi əməli yaddaşın tutumundan bir neçə dəfə çox ola bilər. Virtual yaddaşın sazlanması avtomatik və əl ilə yerinə yetirilir. Windows ƏS sərbəst olaraq, cari məsələnin real tərkibindən asılı olaraq, virtual yaddaşın ölçüsünü seçir.

Yeniliklər


  • Əməliyyat sistemi multitouch sistemini dəstəkləyir. Şəbəkə texnologiyası olan Branch Cache internet-trafiki özündə keş yaddaşa atmağa icazə verir. Əgər istifadəçiyə lokal şəbəkədə fayl lazım olursa, hansı ki öz şəbəkəsindən olan istifadəçi tərəfindən yüklənib, onda istifadəçi asanlıqla bu faylı keş saxlayıcıdan götürə bilər. Şəbəkə keşi 2 rejimdə işləyə bilər – Hosted Cache və distributed Cache.

  • Əməliyyat sistemində həmçinin müxtəlif ölkələri təmsil edən 120 masaüstü şəkil quraşdırılıb. Bütün versiyalar özündə 50 yeni şrifti birləşdirir. Windows 7 windowsun ilk versiyadır, hansi ki özündə latın olmayan şriftləri dəstəkləyir. Windows 7 Vistanın bütün drayverlərini dəstəkləyir.
  • Multimedia


Bu versiyanın tərkibində buraxılmış directx 11 özündə növbəti yenilikləri birləşdirir: Yeni şeyderlerin dərk proqramı əlavə olunub, renderinqin çoxcərəyanlı xüsusiyyəti teselyasıyanın mükəmməlləşdirilməsi, tekstur kompresinin yeni alqoritmi əlavə olunub və s. Yeni windows media player 12 yeni interfeys alıb və əvvəlki versiyalardan fərqli olaraq daha çox kodek dəstəkləyir. Doğrudur, o hələ ki lisenziyalı Blu-Ray diskini oxuda bilmir, ancaq ondakı məlumatları oxumaq və diskə məlumatlar yazmaq mümkündür.
  • Mobillik


Baxmayaraq ki Windowsun mərkəzi mobillik sistemi Vista ilə müqayisədə çox da böyük dəyişikliyə məruz qalmayıb, windows 7 Vistaya nəzərən noutbuklarda daha çox vaxt işləmək imkanına malikdir, əsasən də dvd videoların oynatılmasında bu fərq nəzərə çarpır. Həmçinin də windows 7-nin avqust buraxılışında rekord müddətdə sistemin yükləməsi baş verib: cəmi 11 saniyə. Sistem SSD diskini açdı və başqa yüksək tutumlu proqramları işə saldı. Həmçinin intwel noutbuklarında Internet Explorer brauzerinin testlərdə yaxşı nəticələr əldə etdiyini qeyd etmək lazımdı. Ancaq müstəqil aparılan testlərdə 7-ci versiyanın Windows XP-dən nəzərə çarpaçaq dərəcədə noutbuklarda batareyanın işləmə müddətini azaltdığı nəzərə çarpır. Laptopmag.com jurnalının eksperimentləri apardıqları təcrübədə bu fərqin nə qədər böyük olduğu qənaətinə gəliblər: 47 dəqiqə daha az. ASUS noutbuklarında isə bu fərq daha çoxdu: 57 dəqiqə. Qeyd edək ki Microsoft firması bu barədə rəsmi açıqlama verməyib. Və bunu da windows 7-nin çatışmazlıqları sırasına yazmaq olar.
  • İnterfeys


Windows 7-nin desktopu digər Windowslardan xeyli fərqlənir. Bu fərqlilik onun maraqlı, mulmedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə edilməsində özünü biruzə verir. Həmçinin buraya yeni Aero Peek interfeysi də quraşdırılıb ki, bu da istifadəçiyə xüsusi zövq verir. Digər Windowslardan fərqli olaraq 7-də Show desktop düyməsi saatın sağına quraşdırılıb.

  • Kursoru üstünə gətirdikdə desktop pəncərəsi şəffaf pəncərədə görsənir.

  • Açıq pəncərələrin sərhədlərinin şəffaf görsənməsi isə interfeysi maraqlı edir.

  • Snap funksiyası-desktopda pəncərənin böyüdülməsi sistəmi də (çox əla düşünülmüşdür. Bir neçə pəncərə açıq olanda qabaq pəncərəni silkələməklə digərlərinin aşağı düşməsi (Shake funksiyası) də istifadəçiyə rahatlıq gətirir.

  • Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə həmin pəncərənin balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir funksiyadır.

  • Start düyməsi də cox istifadəyə rahat səkildə duzəldilmisdir.

Belə ki burda artiq Startin 2 cur interfeysi legv olums, run pəncərəsi qismən gizlədilmiş əvəzində serach yerinə yazmaqla əvəz edilmişdir.

  • Hər bir proqramın üstünə gədldikdə qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Yeni Standartlar – Sticky notes və Snipped tool cox elverişli proqramlardı.

  • Snipped tool- vasitəsilə displayde istədyimiz gorüntünün hansısa bir hissəsini kəsib şəkil kimi gotürmək olar.


Fayl sistemi


Windows 7 əsasən NTFS və Fat32 fayl sistemlərinə yazilır. Bu fayl sistemləri bir birindən çox fərqlənirlər. NTFS Windows 7 üçün ən məsləhətli fayl sistemidi. ONun FAT32 dən üstün cəhətləri aşağidakılardı.

NTFS


  • --Diskin bir necə xətasından sonra avtomatik bərpa olunma funksiyası

  • --böyuk həcmli Hard disklərin dəstəkləmək funksiyası

  • --yüksek təhlukəsizlik. Istafadəçi girişi üçün başqa fayllara qadaöa qoymaq funksiyası.

Fat 32


Fat32 fayl sistemi daha çox Windowsun əvvəlki versiyalarinda Windows 95 , Windows 98 ve Windows ME istifade olunurdu. Fat32 də həm də həcm limiti problemi də var. beləki bu sistemde 32qb dan artiq hissələr ayirmaq olmur.

Nüvə[redaktə]


Əvvəlcədən xəbər verilidiyi kimi Windows 7 yeni Miniwin nüvəsinin keyfiyyət göstəriciləri üstündə qurulmayacaq. Stivens sinofskinin sözlərinə görə korporasiya yeni sistemin Vista drayverləri ilə üzərində çalişacaqdı. Ona gorə də windows Server 2008 nüvəsindən istifadə olunacaq. 4 noyabr 2008 ci ildə Mark Russinoviç bəyan etdi ki windows 7 əslində MiniWin nüvəsi üzərində qurulacaq ancaq işləmə prinsipi isə nüvənin qatlara bölünməsi prinsipi üzrə işləyir və hansi baza qatı (kernelBase.dll və s.) cəmi 30 mb yer tutur ancaq qalan funksiyalar isə kohnə kitabxanalarda qalır.(meselcun kernel32.dll və s) proqramların və drayverlərin işləyə bilməsi üçün bu funksiya funksionalliı sxem bölüşdürülməsinin hesabına nəzərə çarpmır.

Professional istifadəçilər üçün xüsusi tip virtual paketler hazırlanıb hansi ki Windows 7 nin tərkibində windows xp ni Intel VT və ya AMD-V prosessorları istifadə etməklə işlətmək mümkündü. Ancaq bunun üçün 15 gb boş yer və ən azı 2 gb Ram diski lazımdı.(64bitlik versiyalar ücün 3 gb)


  • Təhlükəsizlik[redaktə]


Windows 7 də daha User Account Control (UAC) realizə olunub hansi ki Vistadan fərqli olaraq "həmişə xəbərdar et " və "heç vaxt xəbərdar etmə " rejimləri arasında daha 2 rejim mövcuddur. : "proqram kompüterdə dəyişiklik etdiyi zaman xəbərdar et" və " "proqram kompüterdə dəyişiklik etdikdə xəbərdar et ( desktop istisna)" . qeyd etmək lazimdı ki bu sistem ancaq proqram və ya arxa rejimde işlək vəziyyətdə olan zaman işləyir.

Həmçinin Bitlocker texnologiyasında dəyişiklik edilib və yeni Bitlocker to go funksiyası əlave edilib.

Həmçinin dəyişikliklər windows brandmauerde də özünü əks etdirir. Hansı ki proqramın şəbəkəyə müraciəti zamanı firewall sistemi avtomatik xəbərdarlıq edir. Applocker sistemi isə qadağan olunmuş proqramların açılmasının qarşısını alır.

DirectAccess fon rejiminde şəbəkəyə təhlükəsiz bağlanmanı təmin edir. VPN dən fərqli olaraq bu sistem istifadeçi iştirakını lazım bilmir.

  • Fayl və qovluqlar


Bir qayda olaraq kompyuterin yaddaşında saxlanılan istənilən informasiya tipindən asılı olmadan konkret bir ad altında qeydiyyata alınır. Yaddaşın müəyyən hissəsində bir ad altında qeyd olunaraq saxlanılan bu cür verilənlər yığımına fayl deyilir. Kompyuterdə saxlanılan bütün informasiyalar – mətnlər, sənədlər, proqramlar, qrafiki təsvirlər və s. fayllarda saxlanılır.

Fayllar müxtəlif tipli olurlar:



  • icra olunan fayllar – sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən proqramlar;

  • sənədlər – istifadəçilər tərəfindən kompyuterdə müəyyən proqramın köməyi ilə yaradılan hər hansı informasiya toplusu, mətn və s.

  • konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri saxlayır və s.

Faylları bir-birindən fərqləndirmək üçün onların adlarından istifadə edilir. Faylın tam adı iki hissədən ibarət olur və bu hissələr bir-birindən nöqtə işarəsi ilə ayrılır. Birinci hissə faylın adını, ikinci hissə isə onun genişlənməsini göstərir. Windows ƏS-də faylın adında 255-ə qədər simvol ola bilər. Aşağıdakılar DOS-un qurğularının adları olduğundan, bu adlardan fayl və qovluqları adlandırmaq üçün istifadə etmək olmaz:

PRN – printer

LPT1 – LPT9 – 1-9 paralel portlar

COM1 – COM9 – 1-9 ardıcıl portlar

AUX – ardıcıl porta birləşdirilən qurğu

CON – giriş üçün – klaviatura, çıxış üçün ekran

NUL – “boş” qurğu

Faylın adı 8 simvoldan az olarsa, onda sağdan boşluqlarla tamamlanır, çox olarsa, 6 simvol götürülür, ~  (tilda) işarəsi qoyulur və fayl nömrələnir. Məsələn, “informatica.doc” adı burada “inform~1.doc” kimi təsvir olunur.





  • Fayllar üzərində yerinə yetirilən əsas əməliyyatlar

Fayllar üzərində yerinə yetirilən əsas əməliyyatlar aşağıdakılardır:

  • Faylların icrası – bu əməliyyat proqramlar üçün nəzərdə tutulur;

  • Faylın açılması – bu əməliyyat əsasən sənədlərə (mətn, şəkil, cədvəl və s.) baxmaq üçündür. Bu əməliyyatı kontekst menyudan Open (Открыть) əmrini seçməklə, faylın üzərində mausun sol düyməsini 1 dəfə vurub, Enter düyməsini vurmaqla və ya mausun düyməsini iki dəfə basmaqla yerinə yetirmək olar.

  • Faylın adının dəyişdirilməsi – bu əməliyyat faylın adının dəyişdirilməsi üçündür. Bunun üçün kontekst menyudan Rename (Переименовать) əmrini yerinə yetirib yeni adı klaviaturadan daxil etməliyik. Faylın adını dəyişdirmək üçün onun adını üzərində fasilə ilə iki dəfə mausla vurmaq, ya da həmin faylı seçib, klaviaturadan F2 düyməsini vurmaq lazımdır.

  • Faylın yerinin dəyişdirilməsi – Əgər biz faylın surətini əvvəlki qovluqda saxlamadan başqa bir yerdə saxlamaq istəyiriksə, onu həmin yerdən “kəsib” götürə bilərik: kontekst menyudan Cut (Вырезать) (Ctrl+X) əmrini yerinə yetirdikdən sonra lazım olan yeri seçib, Paste (Bставить) (Ctrl+V) əmrini yerinə yetiririk.

  • Faylın surətinin çıxarılması – bu əməliyyat faylın surətini yaradıb onu başqa yerdə yadda saxlamaq üçündür. Bunun üçün həmin faylı qeyd edib kontekst menyudan Copy (Копировать) (Ctrl+C) əmrini yerinə yetirmək, sonra surətin yerləşəcəyi qovluğu və ya diski açıb kontekst menyudan Paste (Bставить) (Ctrl+V) əmrini yerinə yetirmək lazımdır.

  • Faylın ləğv edilməsi – bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün faylı qeyd edib, kontekst menyudan Delete (Удалить) (Del) əmrini seçmək, və ya klaviaturanın Delete düyməsini sıxmaq lazımdır. Ləğv edilmiş fayllar səbətə (Recycle Bin, Корзина) düşür. Əgər faylları səbət göndərilmədən ləğv etmək lazımdırsa, Shift+Del kombinasiyasından istifadə edilməlidir.

  • Faylı digər bir yerə göndərmək – faylı qeyd etdikdən sonra kontekst menyunun Send To (Отправить) bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı elektron poçtla bir ünvana, “My documents” qovluğuna, Flash-diskə və s. göndərmək olar.

  • Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaq və s. Arxivləşdirmə – bir və ya bir neçə faylın sıxılmasıdır. Arxivləşdirmədən faylların ehtiyat nüsxəsinin diskdə saxlanması üçün istifadə edilir. Bunun üçün xüsusi xidməti proqramlardan – arxivatorlardan istifadə edilir, bu proqram bir və ya bir neçə faylın yerinə bir arxiv faylı yaradır. Arxiv proqramının əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Faylın sıxılma dərəcəsi (faylın ölçüsünün arxivləşmiş faylın ölüsünə nisbəti)

  • İşin sürəti;

  • Proqramın funksiyaları.

Əgər bir neçə faylı elektron poçtla göndərmək lazımdırsa, vaxta qənaət etmək üçün onları arxivləşdirmək olar. CD və ya DVD-də faylların ehtiyat nüsxələrini saxlayan zaman diskdə daha çox fayl yerləşdirmək üçün onları arxivləşdirmək lazımdır. Ən çox istifadə olunan arxivləşdirmə proqramlarına misal olaraq WinRar, WinZip, WinArj göstərmək olar. Bu proqramlarla yaradılan sənədlərin genişlənmələri uyğun olaraq .rar, .zip, .arj – dır.

WinRar proqramı aşağıdakı imkanlara malikdir:



  • rar-arxivləri yaradır və onlardan faylları çıxarmaq mümkündür;

  • özüaçılan sfx – arxiv faylı yaradır (bu zaman arxiv faylı .exe genişlənməsinə malik olur və adi proqram kimi yüklənir);

  • çoxcildli arxivlər yaradır, bu isə bir necə kiçik həcmli yaddaş vasitəsinə böyük ölçülü arxivin yerləşdirilməsinə imkan verir;

  • arxivə parol vermək olar;

  • faylı e-mail-lə göndərmək üçün onun ölçüsünü 95%-ə qədər azaltmaq mümkündür.

Faylı arxivləşdirmək üçün onu qeyd edib, üzərində sağ düyməni vurub, açılan menyudan Send To → Zipped Folder (Cжатая ZIP папка) əmrini seçmək lazımdır.

  • Faylın yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü, atributları haqqında məlumat əldə etmək üçün onu qeyd edib kontekst menyudan Properties (Свойства) əmrini yerinə yetirmək kifayətdir.


Qovluq.

Qovluq. Windows ƏS-nin əsas obyektlərindən biri qovluqdur. Qovluq vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Fayl kimi qovluğa da eyni qaydada adlar verilə bilər, lakin MS-DOS mühitində qısa adlardan istifadə edilməlidir. Faylların üzərində yerinə yetirilən əməliyyatlar qovluqlar üçün də eynidir.

Hər hansı bir obyekti daha asan və qısa yolla açmaq üçün onun yarlıkını yaratmaq olar, yarlıkı istənilən qovluqda, o cümlədən iş masasının üzərində yarada bilərik. Obyektlə yarlıkın fərqi ondadır ki, yarlıkın işarəsinin sol aşağı küncündə ox işarəsi olur:

– qovluq – yarlık

Qovluğun (faylın) işçi stolda yarlıkını yaratmaq istəyiriksə, onu qeyd edib siçanın sağ düyməsini sıxıb açılmış kontekst menyunun Send to (Отправить)  Desktop (Create Shortcut) (Рабочий стол (Создать ярлык)) əmrini yerinə yetirməliyik (və ya, ctrl+shift+mausla obyekti çəkməklə yaratmaq olar). Yeni yarlık yaratmaq üçün aşağıdakı ardıcıllığı da yerinə yetirmək olar:

  1. Mouse-un sağ düyməsini vurmaqla açılan kontekst menyudan New (Создать)  Shortcut (Ярлык) əmrini seçirik, bu zaman Create Shortcut (Создание ярлыка) başlıqlı pəncərə açılacaq.

  2. Type the location of the item (Укажите размещение объекта) yerinə obyektin (qovluğun, faylın, proqramın) adını yazmaq da olar, ya da browse…(обзор...) düyməsini vurmaqla açılan pəncərədə bələdçinin köməyilə yarlıkını yaratmaq istədiyimiz obyekti seçib, ok düyməsini vurmaq lazımdır.

  3. Next (Далее) düyməsini vurub, açılan pəncərədə yarlıkın adını qeyd edib, Finish (Готово) əmrini veririk.

Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə My computer qovluğunu açıb sağ paneldə komputerin disklərindən tələb olunanı qeyd edir və mausun sağ düyməsini sıxırlar. Açılmış menyu pəncərəsində Properties (Свойства) əmrini yerinə yetirirlər. Açılmış pəncərədə diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur. Diski formatlaşdırmaq tələb olunursa, My computer qovluğunu açıb paneldə kompyuterin disklərindən tələb olunanı qeyd edir və kontekst menyunun Format komandasını yerinə yetirib, açılmış pəncərədə formatlaşmanın növünü göstərmək lazımdır.

Kompyuterin diskinin, qovluğunun və ya fayllarının lokal şəbəkədə ümumi istifadəsini təmin etmək üçün onları qeyd edib kontekst menyudan Sharing and security (Общий доступ и безопасность) əmrini yerinə yetirmək lazımdır.

uyğundur. Səkkiz sahədən ibarət olan bu yazının strukturu belədir:

  • Verilənlərin mübadiləsi


Verilənlərin mübadiləsi dedikdə, verilənlərin bir obyektdən digər obyektə ötürülməsi başa düşülür. Windows mühitində verilənlərin mübadiləsi ya mübadilə buferi vasitəsilə, ya da qeyd edilmiş obyekti maus vasitəsilə çəkməklə həyata keçirilir. Bufer vasitəsilə verilənlərin mübadiləsi standart əmrlərin – Cut (Вырезать), Copy (Копировать) və Paste (Вставить) köməyi ilə həyata keçirilir. Xüsusi yerləşdirmə – Paste Special (Специальная вставка) əmri verilənlərin ötürüldüyü formatı seçməyə imkan verir.

Mürəkkəb sənəd anlayışı. Sənədi təşkil edən zaman, digər proqram mühitlərində yaradılmış sənədlərdən müəyyən fraqmenti həmin sənədə daxil etmək lazım gəlir. Məsələn, Word – mətn redaktorunda yaradılmış mətnə Paint – qrafiki redaktorunda çəkilmiş hər hansı bir şəkli, ya da Excel – cədvəl prosessorunda yaradılmış hər hansı bir cədvəli daxil etmək olar. Be cür sənədə mürəkkəb sənəd və ya inteqrasiya olunmuş sənəd deyilir.

Windows ƏS verilənlərin elə bir mübadiləsi mexanizmini təmin edir ki, bunun vasitəsilə istənilən tətbiqi proqram öz sənədi daxilinə praktiki olaraq istənilən verilənləri, hətta işləyə bilməyəcəyi verilənləri də daxil edə bilər. Bu universal mexanizm OLE (Object Linking and Embedding – Obyektlərin əlaqələndirilməsi və yerləşdirilməsi) texnologiyası əsasında təmin olunur. Bu zaman sənədə daxil edilən obyekt OLE-server, sənədin özü isə OLE-klient adlanır. OLE-serverlərin siyahısına baxmaq üçün Insert (Вставка) menyusunun Object (Объект) əmrini yerinə yetirmək kifayətdir.



  • OLE texnologiyasında verilənlərin mübadiləsi 2 variantda həyata keçirilir:

  • obyektin yerləşdirilməsi – bu halda obyekt qəbuledici – sənəddə yerləşdirilir.

  • obyektin əlaqələndirilməsi – bu halda qəbuledici – sənədə obyektin özü yox, mənbə - sənədə olan istinad daxil edilir.

  • obyektin daxil edilməsi – obyekt daxil edilən zaman qəbuledici – sənədə obyekt özü daxil edilir. Bu halda obyektlə onun surəti arasında heç bir əlaqə yaradılmır. Bu əməliyyatı Paste (Вставить) ilə bərabər, Paste Special (Специальная вставка) əmrinin vasitəsilə də yerinə yetirmək mümkündür.

Obyekti sənədə aşağıdakı üsullarla daxil etmək olar:

  • açıq sənəddən (Paste (Вставить) və ya Paste Special (Специальная вставка) əmrləri vasitəsilə);

  • fayldan (faylın daxil edilməsi və faylın xaric edilməsi xüsusi əmrləri vasitəsilə);

  • bilavasitə OLE-serveri çağırmaqla (Insert (Вставка) – Object (Объект)).

  • Maus vasitəsilə verilənlərin mübadiləsi. Bir çox tətbiqi proqramlarda verilənlərin mübadiləsi maus vasitəsilə də yerinə yetirilə bilər. Bu üsulla həm surət çıxarmaq, həm də obyektin yerini dəyişdirmək mümkündür. Yerdəyişmə əməliyyatı dedikdə, mausun sol düyməsini basılı saxlayaraq, obyekti çəkib lazım olan yerə aparmaq başa düşülür. Surət çıxarmaq əməliyyatı isə Ctrl düyməsini basılı saxlayaraq yerdəyişmə əməliyyatı kimi həyata keçirilir. Bu texnologiya Drag and Drop da adlanır.

Windows 7 Əməliyyat Sistemi ilə iş


Sistemi yükləmək üçün sistem blokdan Power düyməsini sıxmaq lazımdır. Adından da göründüyü kimi, Windows sistemində işləyən bütün proqramlar, qovluqlar, sənədlər və s. pəncərə şəklində açılır. Hər bir pəncərənin yuxarı sağ küncündə aşağıdakı işarələr vardır:

Pəncərəni ekranın aşağı hissəsinə qoyur.

Pəncərəni ekran boyunca böyüdür.

Pəncərəni bağlamaq üçün istifadə olunur (Alt+F4).

  • Pəncərəni kiçildir.

Pəncərənin 4 növü vardır:

  1. Qovluq pəncərəsi – bu pəncərədə qovluqlar və fayllar əks olunur.

  2. Proqram pəncərəsi – bu pəncərə də öz görünüşünə görə qovluq pəncərəsindən az fərqlənir. Hər iki pəncərə sərlövhə sətrinə, standart menyu sətrinə, alətlər panelinə və cari vəziyyətlər sətrinə malikdir. Pəncərənin ümumi görünüşü Görünüş (View) menyusu ilə tənzimlənir.

  3. Dialoq pəncərəsi – əməliyyat sisteminin bu və ya digər parametrlərinin dəyişdirilməsini və ya əlavə edilməsini, istifadəçi ilə dialoqu xəbərdarlıq funksiyalarını yerinə yetirir.

  4. Məlumat pəncərəsi – yardımçı məlumatlar almağa xidmət edir.

İş masasının alt tərəfindəki sətir Tapşırıqlar sətri (Taskbar, Панель задач) adlanır. Tapşırıqlar sətrində aşağıdakılar yerləşir:

  • Sistemin Baş menyusunu açmaq üçün nəzərdə tutulmuş Start (Пуск) düyməsi

  • Hal-hazırda iş üçün açılmış sənədlərin, qovluqların, və s. Nişanları(sürətli əmirlər bölməsi)

  • Əlavə informasiya (saat, dil, səs və s. göstəriciləri).

Əsas qovluqların adlarını qeyd edək:

    • İş masası (Desktop, Рабочий стол)

    • Mənim kompyuterim (My computer, Мой компьютер)

    • Məntiqi disklər (3.5 Floppy A:, Local Disk C:, Local Disk D:, ... ; Bu disklərlə işləmək üçün My computer qovluğunu açmaq lazımdır)

Sistem yükləndikdən sonra alınan ekran təsvirinə işçi stol (Desktop, Рабочий стол) deyilir. Adətən standart olaraq işçi stolun üzərində aşağıdakı nişanlar yerləşir:

  1. Mənim kompyuterim (My computer, Мой компьютер)

  2. Zibil qutusu (Recycle Bin, Корзина)

  3. Şəbəkə göstəricisi (My Network Places, Сетевое окружение)

  4. Mənim sənədlərim (My documents, Мои документы)

  5. İnternet Explorer

İşçi stol 2 idarəedici elementə: Başla (Start, Пуск) düyməsinə və Məsələlər panelinə (Taskbar, Панель задач) malikdir. Başla düyməsini sıxdıqda sistemin Baş menyusuna daxil ola bilərik. Baş menyu – əməliyyat sisteminin bütün imkanlarından istifadə etməyə imkan verən əmrlər siyahısından ibarətdir.

Aşağıdakı cədvəldə baş menyunun əmrlərinin siyahısı və funksiyaları öz əksini tapmışdır:

Əmrlər

Funksiyaları

Kompyuter istifadəçi adı

Şəxsi qovluğa keçid

Proqramlar (Programs,

Proqramlar siyahısından bu və ya

Sənədlər (Documents, Документы)

İstifadə edilmiş axırıncı 15 sənədin siyahısından bu və ya digər sənədi aça bilərik

Axtarış (Search, Найти)

Qovluğu, faylı, elektron poçt məlumatını, şəbəkəyə qoşulmuş kompyuteri axtarıb tapmağa imkan verir həmçinin RUN(Adı ilə proqramı yükləmək, sənədi və ya qovluğu açmağa imkan verir

Sazlama (Settings, Настройка)

Kompyuteri öz zövqümüzə və tələbatımıza görə sazlamaq imkanı yaradır

Arayış (Help, Справка)

Windows əməliyyat sisteminin iş prinsipi haqqında məlumat almağa imkan verir

İşi bitirmək (Shut Down, Выключить компьютер)

Kompyuteri söndürmək və ya yenidən yükləməyə imkan verir

1. birinci hissə seçilmiş proqramın taskbar məsələlər panelində sürətli əmirlər bölməsində yerləşməsini həyata keçirir



2. İkinci hissəni icra etsək seçilmiş proqramı baş menyuda hal hazırda icra edilənlər siyahasında göstərir.

Kompyuterin işinin sazlanması


Kompyuterin işinin sazlanması Baş menyunun (Start, Пуск) Sazlama (Settings, Настройки) bölməsinin əmrləri vasitəsilə həyata keçirilir. Sazlama bölməsinin İdarəetmə paneli (Control panel, Панель управления) qovluğunu açdıqda qovluğun işçi sahəsində kompyuterin qurğularının və əməliyyat sisteminin bir sıra parametrlərini öz zövqümüzə və tələbatımıza uyğun sazlamağa imkan verən nişanların yerləşdiyini görərik. Bu nişanların sayı kompyuterin konfiqurasiyasından, ona qoşulmuş qurğuların sayından və proqram təminatından asılıdır. Onlardan bir neçəsi ilə tanış olaq:

Tarix və vaxt (Date and time, Дата и время). Bu bölmə cari tarixi və vaxtı göstərir. Müəyyən dəyişikliklər aparmaq tələb olunursa, müvafiq ay və il siyahıdan seçilir, gün isə kursoru təqvim çərçivəsində müvafiq ədədi seçməklə müəyyən edilir. Vaxtı isə, kursoru vaxt göstəricisi sətrinin üzərinə qoyub, cari vaxtı klaviaturadan müəyyən olunmuş formata uyğun daxil etməklə dəyişmək olar.

Klaviatura (Keyboard, Клавиатура) vasitəsilə klaviatura dəyişdiricisinə mənimsədilən düymələri tənzimləmək, yeni dil əlavə etmək və s. mümkündür.

Siçan (Mouse, Мышь) – bir neçə bölmədən ibarət dialoq pəncərəsi açır və siçan qurğusunun (manipulyator) müxtəlif iş rejimini tənzimləməyə imkan verir.

Sistem (System, Система) nişanının dialoq pəncərəsi kompyuterin aparat təminatı, ƏS-nin versiyası haqqında məlumat, qurğuların drayverləri, sistem ehtiyatlarının və virtual yaddaşın ölçüsünü dəyişməyə imkan verir.

Proqramların yüklənməsi və silinməsi (Add/Remove Programs, Добавить/Удалить Программы) nişanının dialoq pəncərəsi yeni proqramların yüklənməsi və yüklənmiş olan proqramların silinməsini mümkün edir.

Yeni qurğuların qoşulması (Add New Hardware, Установка оборудования) nişanının dialoq pəncərəsindəki təlimat əsasında kompyuterə qoşulmuş əlavə qurğuların proqram təminatını yükləmək olar.

Monitor (Display, Экран) nişanının dialoq pəncərəsi aşağıdakı funksiyaları tənzimləyən bölmələrdən ibarətdir: Fon (Background, Фон). Bu bölmədə işçi stolun üzərindəki şəkli zövqümüzə görə dəyişə bilərik. Ekran qoruyucusu (Screensaver, Заставка). Bu bölmədə siyahıda ekran qoruyucusunun adını, işləməsi üçün Vaxt intervalını (Wait, Интервал), monitorun enerjiyə qənaət funksiyalarını və s. müəyyən etməyə imkan verir. Baxış (Preview, Просмотр) düyməsi seçilmiş ekran qoruyucusuna tanışlıq məqsədilə baxışı təmin edir. Parametrlər (Settings, Параметры) düyməsini sıxmaqla ekran qoruyucu kimi istifadə olunan şəkli və ya mətnin hərəkət sürətini, rəngini tənzimləmək olar.

Kompyuterdə yüklənmiş şriftlərə baxmaq üçün Şriftlər (Fonts, Шрифты) qovluğunu açmaq lazımdır. Açılmış pəncərədə istədiyimiz şriftin üzərində iki dəfə mausun sol düyməsini vurmaqla onun formasına baxa bilərik. Yeni şrift yükləmək üçün Fayl (File, Файл) menyusuna girib, Yeni şrift yükləmək (Install New Font, Установить Новый Шрифт) yerinə yetirmək kifayətdir. Açılmış növbəti pəncərədə şriftin yerləşdiyi diski və ya qovluğu göstərib OK düyməsini sıxmaq lazımdır.

Xidməti proqramlar


Kompüter qurğularının və əməliyyat sisteminin optimal iş rejimini təmin etmək üçün aşağıdakı xidməti proqramlardan istifadə olunur:

Diskin yoxlanılması (Проверка диска, Scandisk)

Bu proqram diskin fayl strukturunu yoxlayaraq, bu və ya digər səbəbdən baş verən pozuntuları aradan qaldırır. Bunun üçün proqramı yükləyib (My computer pəncərəsini açıb, yoxlanılacaq diski seçirik və üzərində sağ düyməni vurub, açılan menyudan Scan... əmrini veririk), açılmış pəncərədə yoxlanılacaq diskin adını seçib Start düyməsini sıxmaq lazımdır.



Diskin defraqmentləşməsi (Дефрагментация диска, Disk Defragmenter)

Proqram diskin müxtəlif klasterlərində ayrı-ayrı fraqmentlər şəklində yazılmış faylları tam şəklə gətirir. Bunun nəticəsində faylın diskdən oxunması sürətlənir. Proqram yükləndikdən sonra Defragment düyməsi sıxılır.



Verilənlərin arxivləşdirilməsi (Архивация данных, Backup)

Diskdəki informasiyanın ehtiyat nüsxəsinin saxlanması məqsədilə sıxılması üçün istifadə edilir.



Diskin təmizlənməsi (Очистка диска, Disk Cleanup)

Lazımsız faylların pozulmasına xidmət edir.



Sistem haqqında məlumat (System Information)

Sistem fayllarının vəziyyətini təhlil edir və yeri gəldikdə onları bərpa edir.


Təyin olunmuş tapşırıqlar (Назначенные задания, Sheduled Tasks)

Avtomatik yerinə yetirilən xidməti proqramların siyahısına baxmağa, yerinə yetirilmə vaxtını dəyişməyə və yeni tapşırıq müəyyənləşdirməyə xidmət edir.









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə