VİlayəTİ-FƏQİh nəZƏRİYYƏSİNƏ ÖTƏRİ Bİr baxiş




Yüklə 374.65 Kb.
səhifə1/16
tarix24.04.2016
ölçüsü374.65 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
VİLAYƏTİ-FƏQİH NƏZƏRİYYƏSİNƏ ÖTƏRİ BİR BAXIŞ

http://ehliwie-samux.com
AYƏTULLAH MƏHƏMMƏD TƏQİ MİSBAH YƏZDİ

Ön söz


Vilayəti-fəqih nəzəriyyəsini haqlı olaraq imam Mehdinin (əc) qeyb dövründə İslamın siyasi üsul-idarəsinin ən prinsipial və mühüm əsası saya bilərik. Bu nəzəriyyə 20 əsrin sonlarında cəmiyyətin idarə olunması baxımından dinin rolunu və səlahiyyətini əməli şəkildə sübuta yetirdi. İslam Respublikasının banisi həzrət imam Rahil (r) bu düşüncəyə əsaslanaraq İslam üsul-idarəsi yaratdı. Hansı ki, dünyanın imperialist super gücləri bu prosesə ciddi müxalifətdə idilər.

Miladi 16 əsrin axırlarından başlayaraq qərbdə siyasi elmlər üzrə mütəxəssislər və tanınmış siyasətçilər dinin siyasətdən ayrı olduğunu və onun cəmiyyətin tələblərinə cavab vermədiyini bildirirdilər. Artıq bu münasibəti kilsə xadimləri də qəbul etmişdi. Belə bir məqamda müsəlman bir ruhani və müctehid dini prinsiplər əsasında üsul-idarə yaratmağa müvəffəq oldu. Dini dəyərlərin və hökmlərin, bir sözlə, dini düşüncənin cəmiyyətə hakim olması dostları və düşmənləri heyrətə gətirdi. İmam “hökumət bütün İslami hökmlərin əməli fəlsəfəsidir” şüarını vurğulamaqla, “yalnız İslam respublikası, nə bir kəlmə əskik, nə bir kəlmə artıq” prinsipini irəli sürməklə, respublika sözünün əvvəlinə “Demokratik” sözünün əlavə edilməsi təklifini rədd etməklə vilayəti-fəqih nəzəriyyəsi əsasında qurulmuş İslam respublikasının bütün üsul-idarələrdən üstün olduğunu elmi və əməli şəkildə sübuta yetirdi. Müxaliflərin iddialarının əksinə olaraq, bu üsul-idarənin cəmiyyəti dünyadakı bütün üsul-idarələrdən daha yaxşı idarə edə biləcəyi təsdiqləndi.

Bu gün İslam inqilabının qələbəsindən, İslam və vilayəti-fəqih üsul-idarəsinin hakimiyyətə çatmasından iki onillikdən artıq bir müddət ötmüşdür. Millətimizin və məmləkətimizin barışmaz düşmənləri yetərincə anlamışlar ki, bu məmləkətin möhkəmliyi, istiqlalı, əzəmət və izzəti din və vilayəti-fəqihə bağlıdır. Onlar müxtəlif üsullar, çeşidli hiylələrlə ideoloji müharibələr aparır, xalqımızın və cəmiyyətimizin dini və e`tiqadi inanclarını zəiflətməyə sə`y göstərirlər. Onların atdığı addımlardan biri də vilayəti-fəqih prinsipinin süstləşdirilməsi istiqamətindədir. Təəssüf ki, yabanı düşüncəli bə`zi insanlar bilərəkdən və ya bilməyərəkdən sözdə və əməldə həmin müxalif cərəyanı dəstəkləyirlər.

Biz inanırıq ki, hazırkı vəziyyətdə vilayəti-fəqih İslam xeyməsinin (tikilisinin) əsas sütunudur. Onun qorunması və möhkəmləndirilməsi cəmiyyətdə İslamın və dini dəyərlərin rövnəqlənməsi amilidir. Bu səbəbdən də qərara gəldik ki, uyğun nəzəriyyəni elmi və məntiqi şəkildə əsaslandırmaqla cəmiyyətimizdəki ictimai düşüncəni, xüsusi ilə məmləkətimizin gənc nəslini həmin nəzəriyyənin prinsipləri ilə kəmiyyət və keyfiyyət baxımından tanış edək. Olsun ki, bu yolla öz dini və ilahi vəzifəmizi azca da olsa yerinə yetirmiş olaq. Bu yazıda sə`y göstərmişik ki, mövzuların elmi məzmununu qorumaqla elmi və mürəkkəb terminlərdən istifadə etməyək. Bu işdə məqsədimiz elmi mövzular və terminalogiya ilə səthi tanışlığı olan insanların da kitabdan istifadə edə bilməsidir. İmkan həddində sadə dillə danışmağa çalışmışıq. Mövzuların tərtibində mürəkkəb formalardan çəkinməyə çalışmışıq. Uyğun nəzəriyyənin bütün yönümlərini aydınlaşdırmaq məqsədimiz də olmayıb. Mühüm və tə`sirli saydığımız mövzulara yer vermişik. Oxucuları nəzərə alaraq müəyyən ixtisarlar da aparılıb. Sonda yada salmağımız zəruridir ki, bu məcmuə cənab Ayətullah Misbah Yəzdinin çıxışları, məqalələri, kitabları, sorğu-sual məclisləri əsasında tərtib olunmuşdur. Ustadın buyuruqları araşdırıldıqdan və tənzimləndikdən sonra yazıya alınmışdır. Vilayəti-fəqih nəzəriyyəsi İslamın siyasi nəzəriyyələrinin yalnız bir hissəsi olduğundan bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər cənab ustadın “Qur`anda hüquq və siyasət” və “İslamın siyasi nəzəriyyəsi” kitablarına müraciət edə bilərlər.

Şəmsi 1378, isfənd ayı

Məhəmməd Mehdi Nadiri



Birinci fəsil

Vilayəti-fəqih, mövzunun zəruriliyi və ehtimallar

Vilayəti-fəqih mövzunun əhəmiyyəti və zərurəti


Məmləkətimizdə artıq iki 10 illikdən uzun ömür sürmüş və minlərlə fədakar insanın qanı bahasına başa gəlmiş üsul-idarənin əsas səciyyəsi və imtiyazı onun İslami olmasıdır. Bu üsul-idarənin qurulmasında müxtəlif amillər və şərtlər tə`sirli olmuşdur. Amma bu işdə əsas mehvər İslama olan bağlılıqdır. Uyğun üsul-idarənin gələcəyi də insanların ona bağlılığından asılıdır. Hər hansı ictimai-siyasi üsul-idarə iki əsasla islami sayıla bilər: İslam qanunçuluğu və islami icraat. Əgər qanunlar və icraat islami prinsiplər və dəyərlər üzərində qurularsa, bu üsul-idarə islami adlana bilər. Uyğun səciyyə o zaman işlək olur ki, cəmiyyət və bu üsul-idarəni quranlar İslam prinsiplərinə və dəyərlərinə e`tiqadlı olsunlar. Əgər Allah eləməmiş, zaman ötdükcə dini əqidələr və dini düşüncələr yaddan çıxarılarsa və ya əsil xətdən uzaqlaşarsa, İslam üsul-idarəsinin sütunları süstləşər. İnsanların dini təməl dəyərləri yaddan çıxarması və yanlış yollara yönəlməsi İslam üsul-idarəsini sarsıdan amillərdəndir. Belə bir halda dini üsul-idarənin davam edəcəyinə heç bir zəmanət olmur. Əlbəttə ki, belə bir cəmiyyətdə İslam adı uzun müddət yaşaya bilər. Amma onun mahiyyəti unudulub gedər. Belə bir hal ilkin İslam dövründə yaşanmış təcrübədir. İslam peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra uzun çəkmədi ki, ilahi və islami üsul-idarə azğın hakimiyyətə, əməvilərin və abbasilərin padşahlığına çevrildi. Həmin vaxtlar İslamın yalnız adı qalmışdı. İslamın təməl prinsipləri pozulmuş, İslam dəyərləri yaddan çıxarılmışdı. Uyğun büdrəmələr hakimiyyətdə daha bariz şəkildə özünü göstərirdi. Həmin acı təcrübədən ibrət dərsi götürməliyik. İlkin İslam hökumətindən 14 əsr ötmüş Peyğəmbərin (s) ilahi inqilabından qaynaqlanan başqa bir inqilab baş verdi. Bu inqilab sayəsində İslam prinsipləri əsasında yeni bir üsul-idarə yarandı. Amma unutmamalıyıq ki, həzrət Peyğəmbərin (s) inqilabını və qurduğu İslam üsul-idarəsini təhlükələr hədələdiyi kimi hazırkı üsul-idarə də bəlalardan amanda deyil. Bəli, həmin vaxt əzəmətli ilahi inqilabdan çox keçməmiş cəmiyyətdə azğınlıqlar yarandı. Əgər tarixdən ibrət götürməsək bizim də inqilabımız təhlükələrdən amanda qalası deyil. Müsəlman xalq bu üsul-idarəni qorumaq üçün ciddi təlaşlar göstərməli, islami əqidə və dəyərlərə bağlı insanlar təhlükəli amillər qarşısında müqavimət göstərib, canlarından və mallarından keçməlidirlər. Yalnız bu yolla müqəddəs İslam üsul-idarəsini qorumaq mümkündür.

Sual oluna bilər ki, azğınlıqlar, büdrəmələr, təhriflər haradan başlayır? Cavab olaraq deyə bilərik ki, ilk çaşqınlıqlar insanların dünya görüşündə özünü göstərir. Onlar İslam prinsipləri ilə düzgün tanış olmadıqda şeytənətə bulaşıq əllər işə düşür, İslam maarifi ilə bağlı yanlış təsəvvürlər yayır. Onlar İslam libasında şagirdlər və təbliğat vasitələri ilə tədricən ictimai düşüncəyə nüfuz edib onu çaşdırır. Bu səbəbdən də İslam inqilabına bağlı və onun taleyindən nigaran insanlar tam diqqətlə İslam prinsiplərini hifz etməli, ictimai rə`yi çaşdıracaq tədbirlərin qarşısında dayanmalıdır.

Bu bəlanın qarşısını almaq üçün bütün yabanı düşüncələrə mane olmaq lazım gəlmir. Çünki insan düşüncəsinə hasar çəkmək olmaz. Düşmən şübhələr təlqin edir, azdırıcı mövzular ortaya atır. O bu yolla insanların əqidəsini dəyişir. Bu qəbil bəlalarla ən düzgün mübarizə yolu insanları İslam prinsipləri ilə dərindən və dəqiq şəkildə tanış etməkdir. Bu halda azğın düşüncələr onların zehninə yol tapa bilmir. İnsanın dini agahlığı o qədər güclü ola bilər ki, şübhələr ona tə`sir göstərə bilməz. Bu istiqamətdə cəmiyyətə çatdırılası ən mühüm mövzulardan biri İslam üsul-idarəsinin qanunilik prinsipidir. Başqa sözlə, İslam hökumətinin yeganə qanuni üsul-idarə olduğunu düşüncələrə çatdırmaq kifayət edir.

Biz İslam hökuməti qurmaq üçün inqilab etdik. Amma insanların bu hökumət barədə təsəvvürləri bir o qədər də dəqiq deyildi. Onların malik olduğu ümumi təsəvvür zalım rejimi devirmək üçün bəs etsə də, bu üsul-idarənin hifzi üçün yetərli deyil. Allah-taalanın yardımı ilə həmin düşüncə əsrlər boyu insanların qəlbində yaşamışdır. Amma bu bəs etmir Bu mövzunu daha da işıqlandırmaq, insanlarda İslam üsul-idarəsi ilə bağlı dəqiq təsəvvür yaratmaq lazımdır. Onlar İslam hökumətinin zəruriliyini dərk etməlidirlər ki, müxalif məktəblər və nəzəriyyələr qarşısında öz baxışlarını müdafiə edə bilsinlər. Bu dönümdə şüarlarla kifayətlənmək olmaz.


  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə