Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə9/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

HADİSƏDƏN 5 GÜN ƏVVƏL

Madrid. İspaniya

Silva Almeydanın kabinetinə girəndə Almeyda telefonla danışırdı. Silvanın otağa girdiyini görüb əliylə ona oturmaq işarəsi verən Almeyda telefonla danışəıb qurtaran kimi Silvadan soruşdu


  • qızı tapa bildin ?

  • yox. Tərslikdən həmin gün otelin web kameraları işləməyib. Otel admnistratoru dedi ki həmin gün kameraları yeniləri ilə əvəz etdikləri üçün söndürüblərmiş. Nə kameralar işləyib, nə də ki digər təhlükəsizlik avadanlıqları. Həmin gün bütün təhlükəsizlik sistemini dəyişirmişlər.

  • ( Almeyda üzünü qırışdırdı ) belə də bilirdim

  • Nəysə olub ?

  • Dünən argentina polisi Xavyeri tutmaq üçün əməliyyat keçirib. Amma Xavyer ələ keçəndə artıq ölmübmüş. Şahidlərin dediyinə görə polislər gəlməmişdən bir-neçə dəqiqə qabaq Xavyer kiminləsə bir müddətlik zaldan çıxıb, geri qayıdanda isə ölüb. Şahidlərin dediyi əlamətlərə görə isə həmin adam şübhəsiz Con olub. Üstəlik əməliyyat zamanı məclisdəki insanlarla polislər arasında dava düşüb, hətta atışma da olub. atışma vaxtı Xavyerin oğlu və 1 polis işçisi ölüb

  • Bu Con kimdi axı ? istədiyi vaxt istədiyi yerə gedir, polislərin neyniyəcəyindən xəbər tutur, istədiyi adamı öldürür, polislərlə adamları bir-birinin üstünə qaldırır

  • Mən də elə səni buna görə çağırmışam. Indikindən ikiqat artıq işlə, bütün şəhəri alt-üst elə, nə yolnan olur-olsun o qızı tap

Silva gedəndən sonra Almeyda qovluqdan Conun şəklini götürüb fikirli-fikirli baxmağa başladı.

Moskva. Rusiya



Sergey səhər yeməyini qurtarıb masanın üstünə qoyulmuş qazetlərdən birini götürüb oxumağa başladı. Bir-iki sətir oxumuşdu ki Oleq içəri girib təlaşla dedi

  • Boss, polislər gəlib. Hal-hazırda villanı mühasirəyə alırlar

  • ( Sergey yerindən sıçrayaraq ayağa qalxıb soruşdu ) neçə nəfər olarlar ?

  • Saylarını dəqiq deyə bilmərəm. federrallar da polislərə kömək eliyillər. Ağır texnikaları yoxdu, amma səmada 2 helikopter var

  • ( Sergey tapançasını çıxardıb dedi ) hamını döyüşə hazırla. Mühasirəni yarıb burdan çıxmaq lazımdır. Aşpaz, bağban, xidmətçi, kim varsa qoy silahlanıb döyüşə girsin. Damın üstündəki teşekanın yanına 3 nəfər adam qoy ki helikopterlərin yaxınlaşmasına imkan verməsinlər. Adamların çoxunu qərb tərəfə yığ. Mühasurəni ordan yaracıyıq

Sergey bunu deyib qapıdan çıxmaq istəyəndə səs eşidib dayandı. Kimsə meqafonla onlara təslim olmağı əmr eliyirdi. Sergey dala qayıdıb bir bir pəncərələrin yanına gələrək pərdənin böyründən çölə baxdı. ətrafda polislər qaynaşırdı, helikopterlərə plamyot qoyulmuşdu, qonşu evlərin damındakı snayperləri də aşkar görmək olurdu. Sergey - özlərinə çox arxayındılar - deyə pıçıldayaraq qapıdan çıxanda səsgücləndiricidən çıxan səsi hələ də eşdirdi. - təslim olmaq üçün 5 dəqiqəniz var - 10-15 dəqiqədən polislər hücuma keçəndə Sergeyin əmriylə onlara atəş açılması polisləri də atəş açmağa məcbur elədi və tərəflər arasında şıddətli döyüş başladı. Sergeyin adamları damdakı teşekanın və pulemyotun sayəsində ilk 10-15 dəqiqə polislərə güclü müqavimət göstərdilər və demək olar ki mühasirəni yarmışdılar. Lakin sonradan damdakı adamlar snayperlər təfrəfindən vurulduğuna görə helikopterlərin köməyə gəlməsi və xeyli itgi verilməsi dəstəni çətin vəziyyətə saldı. Polislərin bağın içinə girə bilmələri isə vəziyyəti daha da çətinləşdirdi. Mühasirə halqası get-gedə daralırdı. Sergey bağdakı ağaclardan birinə daldalanaraq aftomatla bu cəhənnəmdən çıxmağa çalışırdı. Adamlarından demək olar ki 2-3 nəfər qalmışdi. Artıq burdan çıxmağın mümkün olmadığını görüb sağ qalmaq üçün təslim olmağa qərara aldı və adamlara təslim olmağı əmr edərək üzü üstə yerə uzanaraq əllərini boynunun ardına qoyub ucadan - təslim oluram-təslim oluram - deyə qışqırmağa başladı. Polislər qarşı tərəfdən güllə atılmadığını görüb atəşi dayandıraraq ehtiyatla Sergeyə tərəf gəlməyə başladılar. Yaxınlaşdıqda artıq heç bir təhlükənin olmadığını görən polislər cəld Sergeyin və 3 digər 3 nəfərin əllərini qandallayaraq maşına mindirmək üçün bağdan çölə çıxartdılar. Maşınlara bir neçə addım qalmış Sergey qəflətən dayanaraq bir-iki saniyə ayaq üstə durduqdan sonra yerə yıxıldı. Sergeyi maşına aparan polis zabiti ilk əvvəl nə baş verdiyini anlamasada, Sergeyin başındakı güllə yarasını görəndə vəziyyəti başa düşdü və tez maşının arxasında gizlənərək qışqırdı - yerə yatın, Sergeyi snayperlə vurdular, özünüzü qoruyun, bizim snayperlərə və helikopterlərə xəbər verin ətrafa baxsınlar - helikopterlər yarım saata yaxın yuxarıdan ətrafı müşahidə eləsələr də heç nə tapmadılar. 5 saat sonra Xuan Almeydanın faks aparatına 58 quldurun və 22 polisin ölümü ilə nəticələnən əməliyyat və Sergeyin səsboğucusu olan snayperlə öldürülməsi haqda moskvadan rəsmi məlumat daxil oldu.

Bakı. Azərbaycan



Akif ayaqqabılarına maz sürtə-sürtə səsini qaldırdı

  • Adilə. Harda qaldın ? tez ol dəə, gecikirik axı. 1 saatdır hazırlaşırsan

  • hirslənmə ata. bir yerə gedərkən ləngimək qadınların 1 nömrəli adətidir ( dəhlizdə atasına tamaşa eliyən Asif dilləndi )

  • bir az da belə davam eləsə bir yerə gedərkən qadınları yarıyolda qoyub getmək kişilərin 1 nömrəli adəti olacaq

  • gəldim, gəldim ( yan otaqdan Adilənin səsi eşidildi )

Akif “ tez gəl. Səni həyətdə gözləyirəm ” deyib qapıdan çıxdı. Adilə otaqdan çıxaraq tələm-tələsik ayaqqabılarını geyinərək Akifin dalınca çıxdı. Valideyinləri gedəndən sonra Asif telefonu götürərək qonşuqda yaşayan həmyaşıdına zəng vurdu

  • salam Qulam. Necəsən ?

  • sağ ol Asıf. Sən necəsən ?

  • çox sağ ol, yaxşıyam. Eşit gör nə deyirəm

  • buyur

  • valideyinlərim sumqayıta - ad gününə gediblər. Evdə tək darıxıram. Vaxtın varsa dur gəl bizə, kola içə-içə şahmat oynayaq

  • Asif üzürlü hesab elə, bu gün gələ bilməyəcəm. Evdə televizor xarab olub. Aparıram onu düzəltdirəm

  • eybi yox Qulam, qalsın sonraya. Hələlik

  • hələlik

Asif telefonun dəstəyini yerə qoyub televizoru yandırdı. Kanalları bir xeyli o tərəf-bu tərəfə çevirib - bu qədər kanalda baxmalı bir şey yoxdur - deyə öz-özünə mızıldanaraq televizoru söndürüb jurnal masasının üstündən krassvordu götürərək yazmağa başladı. Bir saata yaxın yazdıqdan sonra, nəhayət yorularaq qazeti yerinə qoyub öz otağına getdi. Kompyüteri yandırıb sosial şəbəkələrə baxdı. Çat dostlarının heç birinin online olmadığını görüb saytlardan birində online filmə baxmağa başladı. Film qurtardıqdan sonra bir az da musiqiyə qulaq asmaq istəsədə acdığını hiss edib kompyüteri söndürərək mətbəxə getdi. Anası həmişə bir yerə gedərkən Asif üçün quru yemək bişirərək qaba çəkib stolun üstünə qoyurdu. Hətda yanında vilka, salat, duz, doğranmış və kloka bükülmüş çörək və 1 stəkan meyvə şirəsi qoyurdu ki Asif acanda rahatca qarnını doyura bilsin. Bu gün Adilə oğlu üçün kotlet bişirmişdi və Asif “ dadlı kotletləri yeyib, üstündən də çatda uşaqlarla yazışmaq əsl əyləncə olar ” deyə düşünərək masaya tərəf gedəndə qəflətən yerində dayandı. Anası kotletləri bişirsə də evdən tələsik çıxdığından onları stolun üstünə qoymaq yadından çıxmışdi. Asif tavanı qazın üstündən götürüb stolun üstünə qoymaq istəyəndə əlindən saldı və içindəki kotletlər döşəməyə səpələndi. Asif kotletləri yerdən yığa bilməyəciyini bilib başqa şeylə qarnını doyurmaq istədi. Lakin əlini nə qədər uzatdısa çörək şkafın divara yaxın tərfində olduğu üçün əli çatmadı. Soyuducu masayla qazın arxa tərəfində olduğu üçün Asif nə qədər çalışsa da arabanı onların arasından keçirdib soyuducuya yaxınlaşa bilmədi. Fincanlar şkafın yuxarı gözündə olduğu üçün götürüb su da içə bilməyəcəkdi. Saata baxdı. Valideyinlərinin gəlməsinə hələ təqribən 3-4 saat vardı və Asif bu müddətdə ac-susuz oturaraq onların gəlməsini gözləməliydi. Göz yaşları içərisində üzünü göyə tutub dedi - ey ALLAHım niyə məni bu qədər əzab içində qoyursan ? əgər bu sınaqdırsa niyə məni belə ağır imtahana çəkirsən ? deyillər sən heç kimə çəkə bilməyəcəyindən artıq yük vermrsən. Bəs mənim yüküm niyə belə ağırdı ? artıq bunlara dözməyə gücüm qalmayıb. Həyatımın hər anında qarşılaşdığım çətinliklərə dözə bilmirəm artıq. Məni ömrüm boyu qara ba qara izləyən məhdudiyyətlərə tab gətirə bilmirəm artıq. Kömək ol mənə ALLAHım. Yalvarıram sənə kömək ol - Asif başını əlləri arasına alaraq hönkür-hönkür ağlamağa başladı.

HADİSƏDƏN 4 GÜN ƏVVƏL

Toledo. İspaniya



Samir çarpayıda oturaraq başını əllərinin arasına alıb Əli barədə fikirləşirdi “ görəsən indi neyniyir ? yəqin pəncərənin qabağında dayanıb məni gözdüyür. Öz-özünə fikirləşir ki əmim niyə bu vaxta qədər papuqaylarımı alıb gətirmiyib, axı o həmişə verdiyi sözü yerinə yetirərdi. Ya da ki kəsdirib nənə-babasının böyrün ki tez olun telefonu verin əmimnən danışıram. Onlar da min bir bəhanəylə onu sakitləşdirirlər. ( pauza ) görəsən bu vicdansızlar mənim ucbatımnan ona bir zərər verməzlər ki ? bunlardan nə desən gözləmək olar. Amma yox. Onlar Əli istifadə etmək istəsəydilər məni bununla şantaj eliyərdilər. Yəqin polislər onu mühafizə eliyirlər. ” ağlına gələn sonuncu fikirdən sonra bir az rahatladı. Gözünü yumub bir az mürgüləmək istəyəndə addım səslərini eşidərək qalxıb oturdu. əli silahlı iki nəfər son iki gündə olduğu kimi adəti üzrə yerlərini tutub silahlarını hektora tuşladıqıqdan sonra Daniel əlində stul və bağlamayla içəri girdi.

  • yemək bir azdan olacaq. Indi isə təmizlik vaxtıdır. Con tapşırıb ki sənin qeydinə qalım. əgər gələndə görsə ki üzün tüklüdü. Məni Markezin itlərinə yedirdər

  • Markez kimdi ?

  • Cona deyərsən tanış eliyər. Indi isə sakit dur üzünə köpük vurum

Daniel Samirin üzünə köpük vurub ülgücü əlinə götürəndə Samir soruşdu

  • doğrudan belə həyat xoşuna gəlir ?

  • necə həyat ?

  • kiminsə nəzarətində yaşamaq. Sənin öz fikirlərin yoxdu, istədiyin heç bir işi sərbəst görə bilmirsən, həmişə kiminsə əmrlərinə qulaq asıb qul kimi itaət eliyirsən. Con səni öz əmlakı hesab eliyir. Sənə istədiyi işi gördürür. Istəməzsən ki sənin də öz şəxsı həyatın olsun ? səhər işə, axşam evə tələsəsən ? istədiyin vaxt restorana gedəsən ? istədiyin vaxt oturub futbola baxasan ? ən əsası isə biləsən ki gördüyün bütün işləri öz istəyinnən, öz iradənnən görürsən, başqasının əmriylə yox.

  • ( Daniel Samirin üzünü qırxa-qırxa dedi ) biz doğulandan ölənə kimi kiminsə dediklərini eliyirik, bir Conla nə olacaq ki ? həyata öz istəyimizlə yox, valideyinlərimizin istəyi ilə gəlirik. Istədikləri vaxt abort elətdirirlər, istədikləri vaxt dünyaya gətirirlər. 7 yaşına qədər valideyinlərimiz bizi idarə eliyir, növbəti on ildə isə məktəb. Biz müəllimlərin tapşırığına mütləq əməl eləməliyik yoxsa aşağı qiymət alarıq. Istədiyimiz vaxt gedib həmyaşıdlarımızla sərbəst şəkildə doyunca oynaya bilirik ? yox. Mütləq kimlərinsə qarşımıza qoyduqları planı yerinə yetirib hansısa kitabları oxumalıyıq. Sonra məktəbdən daha betər olan universtitet gəlir. Yoox mütləq universtitetdə oxumalıyıq ki bizi işə götürsünlər. Bəs gənclik harda qaldı ? ömrün 4 gözəl ili hansısa müəllimlərin verdiyi tapşırıqlara əməl eləməklə keçir. Sonra ortaya əskərlik problemi çıxır. Mütləq xidmət eləməlisən. Çünki qanun belə istiyir. Sənin fikrini heç soruşan da yoxdu. əskərliyə getmək istəyirsən ya yox, bu heç kimi maraqlandırmır. Sonra hansısa şirkətdə işə düzəlirsən. Işə istədiyin vaxt gedib-gəlirsən ? yox. Kimlərinsə qoyduğu qrafikə əməl eləməlisən. Gördüyün işin haqqını kimlərsə öz istədikləri məbləğdə ödüyüllər. Bu məbləğ sənin gördüyün işdən qat-qat aşağı olsa da kimə nə. Onlar belə istəyillər, sən kimsən ki. Hələ evlilik barədə danışmıram. Başdan axıra kimi əsarətdi. Birdən hansısa qadına yaxınlaşmaq istədin, əlbətdə ki olmaz. Çünki həyat yoldaşın bunu istəmir. Kimdi sənin istəyini nəzərə alan. Və daha nələr, nələr. O ki qaldı ölməyə, intihar edənləri çıxmaq şərtilə inanmıram kimsə öz istəyi ilə ölsün. Elə mən də buna görə dünyadakı bütün bu əsarətlərdən qaçıb Cona sığınmışam. Qoy nə əmr edir etsin. Bir Conla nə olacaq ?

  • ( Samir Danielin əlindən tutub dedi ) dayan, sonra qırxarsan. Otur və mənə diqqətnən qulaq as. əvvəla sənin dediklərinə qısa olaraq cavab verim, sonra isə sənə əsl həyatın nə demək olduğunu başa salacam

  • ( Daniel stulda oturaraq dedi ) buyur, eşidirəm. Artıq işimi qurtarmışam

  • Həyata gəlməklə ölüm haqda sonda danışacam. Ona görədə 7 yaşa qədər olan dövrdən başlayaq. Hansı ki valideyinlərimizə ən çox eytiyacımız olduğu dövrdür. Hansı ki bu dövrdə valideyinlərin səni qorumasalar ya elektrik şnurunu qurdalayacaqsan, ya da hovuza düşüb boğulacaqsan. Bu yaşda olan uşaqların mismarı yaxud başqa bir metal əşyanı razetkaya salaraq elektrik vurması nəticəsində öldüyünü yəqin ki dəflərlə eşitmisən. Və bilməlisən ki 3-5 yaşlı uşaqları 1 həftə evdə tənha qoysaq onlardan çox az hissəsi salamat qalar. Onlar aclıqdan, susuzluqdan və müxtəlif qəzalardan tələf olarlar. Mən hələ körpələrdən danışmıram. Yəni ki 7 yaşa qədər olan güclü valideyin nəzarəti bizim sərbəstliyimizi əlimizdən almır, əksinə bizim bu həyatda qala bilməmiz üçün münbit şərait yaradır. Buna görə biz valideyinlərimizi qınamamalı, əksinə onlara təşəkkür etməliyik. Indi isə keçək məktəb illərinə. Sən yəqin ki sivilizasiyadan qabaq mövcud olan yaşayış barədə eşitmisən. Indi də afrikanın bir çox yerlərində dünyadan bixəbər tayfalar yaşayır. Hansı yaxşıdır ? oxuyaraq hər şeydən xəbərdar olaraq yaşamaq, yoxsa videokameranı görərkən təəcübdən yıxılmaq. Məktəb bizim sərbəstliyimizi əlimizdən almır, əksinə məmulatlı olduğumuz üçün yaşamaq daha da asanlaşır. Mənim babam deyərdi ki - hətta çoban işləmək üçün belə riyaziyyatı bilmək çox vacibdir. Nə qədər qoyun otardığını və buna görə nə qədər məvacib alacağını bilmlisən. - Botanikanı bilməsən zəhərli göbələk yeyə bilərsən, fizikanı bilməsən ayağı laxlayan stulda oturaraq yıxıla bilərsən. Biologiya, zoologiya, kimya, bunları da bilmək çox vacibdir Qısası rahat yaşamaq üçün içində yaşadığımız dünyanı yaxından tanımalıyıq. Yəqin ki müxtəlif səbəblər ucbatından məktəbə getməyən insanlarla qarşılaşmısan, və ya onlar haqda eşitmisən. Onlar üçün bu həyatda yaşamaq həqiqətən də çox çətindir. Institut və işləmək məsələlərindədə səninlə razı deyiləm. O qədər də məcburi bir şey deyil. Institut sadəcə işləmək istədiyin sahəni sənə daha yaxından öyrədir. əgər qarşına hansısa bir sahədə, məsələn bank sahəsində. Və yaxud pedagoji sahədə işləməyi məqsəd qoymusansa bu sahələri daha dərindən bilmək üçün bir neçə ilini bunu öyrənməyə sərf etməlisən. Bu da valideyin himayəsi və məktəb barəsində dediyim kimi məcburiyyət yox, vacibatdır. Sən elə bir peşə seçə bilərsən ki orda instituta ehtiyac olmaz. Bu halda heç kim səni məcburi instituta aparıb oxutdurmayacaq. Məsəl üçün üçün sən fermer ola bilərsən, ya da şəxsi dükanında satıcılıq edə bilərsən. Mən çox adamlar tanıyıram ki öz həyatlarını elə qurublar ki heç kimdən asılı deyillər. Biri öz torpaq sahəsində kartof becərir, digəri şəxsı emalatxanasında sıradan çıxmış elektrik avadanlıqlarını təmir edir, bir başqası isə modelyerdir. Bütün bu insanlar heç bir iş qrafik və heç kimin nəzarəti olmadan sərbəst şəkildə öz həyatlarını yaşayırlar. Gələk əskərlik məsələsinə. Neçə ildir bu dövlətdə yaşayırsan ?

  • Doğulandan bəri. Artıq 45 yaşım var

  • 45 ildir bu dövlətdə yaşayırsan. Rahat yaşayış, yüksək səviyyədə olan komunal xidmətlər, təmmiz və səliqəli küçələr, yaşlananda alacağın təqaüd, və sairə, və sairə. Bütün bunları sənə təqdim edən bu ölkə səndən əvəzində yalnız bir şey istəyir. əsgəri xidmət. Onu bu ölkəyə çox görürsən ? terrorizm, banditizm, ölkəyə ziyan vuran qaçaqmalçılıq. Ölkəni bunlardan qorumaq bütün vətəndaşların borcudur. Indi isə evlilik məsələləri haqda. Sən yaxınlaşdığın qadınların qiçs olmadığına əminsən ? bəs vərəmə və ya başqa xəstəliyə tutulmadığını necə ? sən dəqiq bilirsən ki o qadınlardan sənə heç bir zərər gəlməz ? məsələn səni şantaj etmək və ya sənin puluna tamah salmaq kimi. Həyat yoldaşın bütün dərdlərinə şərik olur, o qadınlar necə ? bir gün yoxsul və xəstə halda onun qapısını döysən sənə kömək edəcəyinə əminsən ? şəxsən mən onlara heç vaxt inanmamışam. Həyat yoldaşı isə hər zaman insanın yanında olur. Insan xəstələnəndə də, kasıb olanda da, istənilən çətin günündə də Indi isə gələk son məsələyə. Həyat və ölüm. Sən insanın əslində ölmədiyini bilirsən ?

  • Ruhun göylərə qalxmasını nəzərdə tutursan ?

  • Buna oxşar bir şey. Insan daimi olaraq yaşayır ki bunun da 3 mərhələsi var. Dünya həyatı, qəbr həyatı və axirət həyatı. Insan öldükdən sonra qiyamət gününə qədər qəbr hayatında, qiyamətdən sonra isə axirət həyatında yaşayacaq. Yəqin ki cənnət və cəhənnəm haqqında eşitmisən ?

  • Hə. Eşitmişəm

  • Insanın cənnətə yaxud cəhənnəmə salınacağı belə insanın öz əlindədir. dünya həyatı insanlara bir növ axirətdə hara gedəcəklərinə qərar vermələri üçün verilən bir həyatdır və hara necə getməyin mümkün olduğunu da peyğəmbərlər vasitəsiylə insanlara başa salınıb. Cənnətə düşmək istəyən insanlar hər cür pislikdən əl çəkib yalnız şərəfli həyat sürməyi seçillər. Islam dini də bizə məhs bunu öyrədir. bir gün gəl yanıma sənə islam dini haqda bütün bildiklərimi danışım indi get yaxşı-yaxşı fikirləş gör necə həyat sürürsən. Azərbaycanda babək adlı bir cəsur sərkərdə və xalq qəhramanı olub. O sənin kimilər haqqında bilirsən nə deyib ? bir gün azad yaşamaq - 40 il qul kimi yaşamaqdan yaxşıdır.

  • ( Daniel fikirli-fikirli ayağa qalxıb dedi ) bəlkə də haqlısan, amma artıq gecdir. 40 il qul kimi yaşamağa məcburam, yoxsa bir gün də azad yaşaya bilmərəm.

  • Mənə burdan çıxmağa kömək elə, sənə 40 il azad yaşamaq şansı verim

Daniel -fikirləşərəm- deyib otaqdan çıxdı.

Meksika


Axşam saat 10-da meksikanın “divisadero barrancas” vağzalında qatardan düşən 70-80 yaşlı əlində kiçik çanta tutmuş qoca kişi çəliyinə dirənə-dirənə taksiyə yaxınlaşıb əlindəki kağız parçasını sürücüyə uzadaraq titrək səslə dedi

  • oğul, məni bu ünvana apara bilərsən ?

  • ( sürücü diqqətlə ünvana baxıb dedi ) aparmağına apararam amma ora burdan çox uzaqdı, xərciniz çox çıxacaq. Məsləhət görərdim aftobusla gedəsən

  • Yox oğul. Aftobus məni yorur. 74 yaş elə yaşdı ki adam hər şeydə rahatlıq axtarır. ( gülümsünərək ) Neçəyə başa gəlir-gəlsin

  • ( sürücü gülümsünərək ) o zaman əyləşin gedək

  • ( qoca kişi taksinin arxa oturacağında oturaraq soruşdu ) biz ora neçə saata gedib çata bilərik ?

  • Təxminən 6 saata

  • Mən bir az mürgülüyəcəm. əgər məni dediyin vaxtdan 1 saat tez çatdırsan yol haqqını ikiqat ödəyəcəm

Sürücü bu yolun 5 saata gedilə biləcəyini çox gözəl bilirdi, sadəcə hər ehtimala qarşı 6 saata demişdi. Buna görə də “ deyəsən tilovuma qızıl balıq düşüb ” deyə düşünərək - çalışaram - deyib yola düşdü. 4 saat yarimlıq yolcululikda sonra taksi sürücüsü maşını kənddəki uşaq baxçasının qarşısında saxlayaraq üzünü arxa oturacaqda oturaraq köhnə papağını üzünə qoyub yatmış qocaya tərəf çeyirib ucadan dedi

  • dayıcan dur. Mənə verdiyin ünvana çatmışıq

qoca kişi papağını başına qoyaraq saatına baxdı və sürücünün dediyi məbləğin 3 qatını verib taksidən düşdü. Sürücü qocanın çantasını maşında unutduğunu görsə də heç nə demədi. Qoca baxçanın həyətinə girəndə hasara bağlanmış itin səsinə gözətçi kabinəsindən çıxaraq qocaya tərəf gələn əynində köhnə paltar və gözündə eynək olan Markez qocanın yanına çatıb dedi

  • yaxşı ki gələcəyini əvvəlcədən bilirdin, yoxsa ki iti bağlamasaydım dostumun ölümünə görə təhsüflənəciydim. ( gülümsünərək ) bu qrimlə səni heç anan da tanıya bilməz

  • ( Con həyətdəki skamyada oturaraq ətrafa göz gəzdirib dedi ) sən də yerivi pis seçməmisən. ( gülümsünərək ) afərin. ən çətin anda belə uşaqlardan istifadə etməyi bacarırsan

  • Gəl gedək içəri, yəqin acsan

  • ( Con Markezlə birlikdə gözətçi kabinəsinə girəndə stolun üstündəki tapançanı göstərib soruşdu ) bu nədi, uşaqlarnan bunnan oynuyursan ?

  • ( Markez kofe dəmliyə-dəmliyə dedi ) uşaq ikən sabah nələr oynaya bilərik deyə düşünərdik, indi isə sabah həyat bizə hansı oyunu oynayacaq deyə düşünürük. Yəni o silahnan uşaqlarnan yox həyatnan oynuyuram. ( kofeni gətirib stolun üstünə qoyaraq soruşdu ) polerdən bir xəbər var ?

  • Mən də bunun üçün burdayam. Sənə verdiyim əmanəti bura gətir

Markez çarpayının altında gizlətdiyi çamadanı gətirib stolun üstünə qoydu. Con cibindən açar çıxardaraq çamadanı açdı və içindəkiləri bir-bir çıxardaraq stolun üstünə qoymağa başladı. Datakart, qalın qovluq, qələm və dəftərdən sonra noutbuku da çamadandan çıxardaraq çamadanı kənara qoydu. Markez kofe içə-içə maraqla Conun nə edəcəyinə tamaşa edirdi. Con kompyüteri yandıraraq datakartı ona taxıb polerin göndərdiyi elektron məktubdakı rəqəmləri dəftərə köçürtməyə başladı. Işini bitirən kimi noutbuku sönürərək kənara qoydu və qovluğu açaraq ordakı rəqəmlərlə işarələnmiş sözləri polerin göndərdiyi rəqəmlərə uyğun taparaq yazmağa başladı. Təxminən 2 saata yaxın çəkən yorucu əməkdən sonra Con polerin yazdığını dəftərə köçürüb ucadan oxumağa başladı. “ salam. vəziyyət pisdir. Çalış Samiri ispaniyadan çıxardıb türkiyəyə gətirəsən. kastamonuya qədər təyyarəylə, ordan karabükə qədər isə vertalyotla gətirərsən. Helikopterin nömrəsi yku566, sürücünün adı isə Burak-dır. Mənim türkiyədək ən yaxın adamımdır. Türkiyədə bir problem çıxsa yalnız ona müraciət elə. Çalış Samirin türkiyəyə gətirilməsini səndən və 3-4 yaxın adamından başqa heç kim bilməsin, hətda markez də bilməsin. Mən türkiyəyə 1 həftədən sonra gələcəm, çalış o vaxta qədər Samiri türkiyəyə gətirəsən. Karabükdə görüşərik. Uğurlar ” Con şifrələnmiş məktubu oxuyub qurtarandan sonra kurtkasının altından tapançanı çıxararaq - polerin sözündən çıxa bilmərəm - deyib bayaqdan bəri maraqla onu izdiyən Markezin bədəninə 2 güllə vurdu. Sonra onun ölmədiyini görərək yaxınlaşıb başından daha 2 güllə vuraraq cibində gəzdirdiyi maskanı başına taxıb baxçadan çıxdı. Təqribən 2 saatdan sonra taksi sürücüsü tamahını saxlaya bilməyib maşını yolunu kənarına verərək saxladı və əlini uzadaraq arxa oturacaqdan bayaqkı səxavətli müştərisindən qalma kiçik çantanı götürərək açdı. Çantanın içində saxta daş-qaşın altında çantanın dibinə bərkidilmiş 5 əl qumbarasının ilgəkləri çantanın qapağına bərkidildiyindən sürücü çantanın qapağını açandan bir neçə saniyə sonra 5-də eyni anda partlayaraq qızılları gördüyü üçün gözləri sevincdən parlayan taksi sürücüsünü tikə-tikə elədi.

HADİSƏDƏN 3 GÜN ƏVVƏL

Madrid. İspaniya

Almeyda prado muzeyinin qarşısına gələndə Silvanın artıq orda olduğunu gördü. Yaxınlaşıb onun yanında oturaraq soruşdu.


  • Məni belə təcili çağırmağıvın səbəbi nədir ?

  • Sənə 3 xəbərim var. 2-si yaxşı, 1-i pis. Hansından başlıyım ?

  • Elə elə ki ardıcıl olsun

  • Yaxşı xəbər odur ki qızın kimliyini müəyyənləşdirmişəm. ( əlindəki qovluğu Almeydaya uzadaraq ) Iusiya Qonzales. 23 yaşı var. Argentina vətəndaşıdır. Onu bura çox güman ki əlillərə qulluq eləmək üçün gətiriblərmiş. Onların qaldıqları yerə hücum olunanda anası öldürülüb. Atasından isə bir xəbər yoxdur. Deyəsən hansısa qaçaqmalçılara qoşulub. Bunu araşdırıram. Pis xəbər isə budu ki hələ də onun harda olduğunu bilmirəm.

  • ( Almeyda qovluqdakı kağızlara baxa-baxa köks ötürdü ) həə, bu həqiqətən pis xəbərdi. Bəs məndən nə istəyirsən ?

  • Istiyirəm həmin gün Samirin yanında olanların hamısının həmin gün üçün telefon zənglərinin siyasını mənim üçün çıxartdırasan

  • Səncə bir şey çıxacaq ?

  • Bilmirəm. yoxlamaq lazımdır. Həmin gün otelin bütün sistemi qarışıb bir birinə, ordan heç nə çıxmadı

  • Yaxşı. Sabah siyahını sənə verərəm. bəs 2-ci şad xəbərin nədir ?

  • Karlosun məkanında öldürülən uşaqlardan sağ qalan 2 nəfərdən biri Lusiyanın qardaşıdır. Səndə təzə xəbər yoxdu ?

  • Məndəki xəbərlərin hamısı bəddir. Sergeylə Markez də öldürülüb. Con dünyanın bu başından vurub, o başından çıxır. Mən isə heç nə eliyə bilmirəm. bir yandan Conun hərəkətləri, bir yandan Samirin izsiz-tozsuz yoxa çıxması, bir yandan da öldürülən günahsız əlillər. Lap başımı itirmişəm. ( Almeyda danışdıqca səsində gah mülayimlik hiss olunurdu, gah da kəskinlik. ) sən gərək o qızı mütləq tapasan. əminəm ki o bizim bilmədiyimiz nəyisə bilir

  • ( Silva - baş üstə - deyib getmək istəyəndə dayanaraq əliylə muzeyi göstərib soruşdu ) bu muzeydə olmusan ?

  • Yox olmamışam ( Almeyda fikirli halda cavab verdi )

  • Girib baxmağın məsləhətdi, möhtəşəm muzeydi. Həm fikrin də dağılar. Mənim ən çox xoşuma gələn əsər “ las meninas “ dır.

Silva gedəndən sonra bir az skameykada oturan Almeyda ayağa qalxaraq iti addımlarla muzeyin qapısına doğru getdi.

Karabük. Türkiyə

Pedro bir az meşədə gəzişəndən sonra maşının yanına qayıdıb furqona girdi. Içəri alaqaranlıq olduğundan gözlərinin qaranlığa öyrəşməsi üçün bir az gözləyib, sonra furqonun içini axtarmağa başladı. Içəridə bir-neçə dəst fəhlə paltarı, qab-qacaq, 4 dənə drijba və 1 günlük yemək eytiyatı vardı. meşədə gəzərkən əynindki fəhlə kurtkasının qolu ağaca ilişib cırıldığından Pedro onu çıxardıb kənara tullayaraq yenisini götürmək istəyəndə paltarların arasından ağzı iplə bağlanmış köhnə bir torba gördü. Paltarları kənara çəkib maraqla torbanı açmağa başladı. Torbanın ağzını açdıqdan sonra 1 tüfəng, 2 tapança, 2 ov bıçağı və patronları görəndə heyrətindən astaca qışqırdı - aman ALLAH -. bu tərəflərdə ayı və canavar çox olduğundan hər ehtimala qarşı tüfəngi götürərək doldurub bir kənara qoyaraq bıçaqlardan da birini kəmərinə taxtı və qalanlarını büküb yerinə qoydu. Furqonun içində oturub nə edəcəyini fikirləşməyə başladı “ artıq 5 gündür ki burdayam. Indi neyləyim ? yəqin polislər məni axtarır. hələ bir müdət meşədən çıxmaq olmaz. Bəlkə səfirliyə gedim ? hə mütləq səfirliyə getmək lazımdı, orda mənə mütləq kömək eliyəcəklər. əla, axır ki çıxış yolun tapdım. dayan Pedro, özünü aldatma. Səfirliyə getmək heç cür mümkün deyil. Pulum yoxdu, yerli dili bilmirəm, üstəlik də polislər məni həbs etmək üçün fürsət axtarırlar. Məni burdan yalnız möcüzə xilas eliyə bilər, yalnız möcüzə, göydən düşən bir adam. ( acı-acı gülümsündü ) ehh Gustavo, sən neylədin ? indi oturmuşdum evdə, Lusiyayla Xosenin mübahisəsinə qulaq asırdım. ( gülümsünərək ) Hər dəfə də birinci Lusiya başlayırdı. Görəsən indi Mariya neyniyir ? yəqin indi uşaqların sözləşməsinə baxıb gülür. 100 faiz təkliyiblər Lusiyanı. Yox. indi oturub məndən məktub gözdüyüllər. Yəqin indi çox narahatdılar. əsas da Mariya. Eşitdiyi hər adım səsinə görə pəncərədən boylanır. Bilirəm ki boğazınızdan düz-əməlli yemək də getmir, hər gün kədər içində oturub məndən xəbər gözdüyürsünüz. Bağışla məni Mariya, sən buna layiq deyildin. Bağışlayın məni uşaqlar ” Pedro qutuda qalan son siqaretini yandırıb furqondan çıxdı.

1   ...   5   6   7   8   9   10   11   12   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə