Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə8/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

HADİSƏDƏN 1 HƏFTƏ ƏVVƏL

Madrid. İspaniya

Silva saat 7-də ispaniya təhlükəsizlik nazirliyinin cinayətkarlıqla mübarizə şöbəsinin binasına girib 3-cü mərtəbəyə qalxanda Almeydanı dəhlizdə görüb təəcübləndi


  • elə bilirdim hamıdan tez mən gələcəm

  • narahat olma. Hamıdan tez sən gəlmisən

  • yaxşı, de görüm yuxusuz gecənin işə təsiri olub ?

  • həm hə, həm də yox

  • açıq danış, onsuz da yuxuluyam

  • saat yarım sonra iclas olacaq, hamı orda olacaq. Azərbaycanın burdakı səfirliyi, “ samir “ mərkəzindən nümayəndə, insan alveriylə mübarizə şöbəsi, müxtəlif ölkələrin təhlükəsizlik nazirliklərindən olan əməkdaşlarımız, narkomaniyayla mübarizə şöbəsi, və daha kimlər, kimlər. Sən də orda olarsan. Hələlik isə gedək kabinetimə səni vəziyyətlə tanış eliyim

2 saat sonra Almeyda iri monitorun qarşısında dayanıb cərgə ilə uzun stolun ətrafında oturmuş insanlara hadisə haqda, öyrəndikləri haqda və görəcəkləri işlər haqda ətraflı məlumat verməyə başladı

- beləliklə cənablar. Bildyiniz kimi dünən paytaxtda üst-üstə bir neçə dəhşətli cinayət hadisəsi baş verdi ki bunun təkcə bizim ölkəyə yox, dünyanın ən az 10 ölkəsinə təsiri oldu. Bir-biriylə sıx əlaqəsi olan bu cinayətlər və onların motivləri haqda hər birinizə fəri şəkildə məlumat verildiyi üçün bu barədə çox danışmayacam. Biz dünən uşaqları kimin öldürdüyünü və Samiri qaçıran adamın kimliyini aydınlaşdırmışıq ( əliylə monitorda görsənən şəkli göstərib ) bu Con Şvarts-dır. Avstraliya vətəndaşıdır, 38 yaşı var, 10 yaşı olanda ailə üzvləri ilə birgə maşında gedərkən qəflətən qarşılarına əlil arabalarında yolu keçmək istəyən 2 uşaq çıxır və atası onları vurmamaq üçün sükanı döndərəndə maşın qəzaya uğrayır. 2 bacısı və valideyinlıəri qəza vaxtı ölüblər, yalnız Con salamat qala bilib. O gündən sonra Conun əlil insanlara, xüsusilə də uşaqlara qarşı antipatiyası var. 25 yaşı olanda ruhi xəstəxanaya salınsa da 3 il sonra ordan qaçıb bura gələ bilib və bir çox ölkələrdə dəstələri olan “ hoja de sauce ” cinayətkar qrupuna qoşulur. Dəstənin başçısı azərbaycanlı Teymur 2 il bundan qabaq müəmmalı şəkildə yoxa çıxdıqdan sonra “ hoja de sauce ” qrupuna başçılıq etməyə başlayır. Bu dəstənin əsas işi əlil və kimsəsiz uşaqları oğurlayıb orqanlarını ehtiyacı olan varlılara satmaqdır. Bizim əlimizdə Conun rəhbərlik etdiyi şəxslərin siyahısı var. Bunlar rusiya, argentina, meksika və ispaniyada qurulan cinayətkar qrupların rəhbərləridir. Burdakı dəstə başçısı öldürülüb. Mən belə düşünürəm ki əgər həmin adamları həbs edə bilsək Conu ələ keçirə bilərik ( masanın üstündən 3 qovluq götürüb onları rusiya, argentina və meksikadan olan həmkarlarına paylayaraq dedi ) bu qovluqlarda “ hoja de sauce ” dəstəsinin sizin ölkənizəki qrup rəhbərləri haqqında məlumatlar var. Ümid edirəm tezliklə sizdən şad xəbər eşidəcəm. Samirin oğurlanmasına gəlincə isə. Samirin hər şeydən xəbər tutduğunu görüb onun dalınca əvvəl otelə gəliblər, orda tapmayanda isə çox güman ki qızı ələ keçirib Samirin hara getdiyini öyrəniblər. “ samir “ mərkəzinin burdakı filialına gəliblər və onunla birlikdə olanları öldürüb onu isə mebel maşınına mindiriblər. Təqribən 10 dəqiqə sonra isə maşını yanacaqdoldurma məntəqəsində xüsusi hazırlanmış tunelin qapısının üstündə saxlayaraq onu maşının altında açılmış yerdən tunelə düşürdüblər. Tunelin digər tərəfindəki çıxışda isə qara furqona mindirib tanrı bilir hara aparıblar. ( sonra üzünü “ samir “ mərkəzinin nümayəndəsinə və səfirə tutub dedi ) mən təklif eliyirəm “ samir “ mərkəzinin işini qeyri-müəyyən vaxta qədər dayandırasınız. Belə olmasa həmin mərkəzlə əlaqəsi olan bütün əlillər təhlükədə olacaqlar. ən əsası isə qız Samirə dəstə rəhbərinin məhz “ samir ” mərkəzində işlədiyini deyib. Həmin şəxs aşkara çıxarılaraq həbs olunmayınca mərkəzdəki bütün insanlar təhlükədə sayılıllar

“ samir ” mərkəzinin işinin bir müddətlik dayandırılması və digər məsələlərlə bağlı 4 saatlıq müzakirələrdən sonra iclas başa çatan kimi Almeyda Silvanı kabinetinə çağırıb ondan Lusianı tapmağını istədi. Silva otaqdan çıxanda Almeyda gözünü üzbə-üz divardan asılmış şəkilə zilləyib fikirli-fikirli öz-özünə pıçıldadı “ görəsən Samiri harda saxlaya bilərlər ? ”

Toledo. İspaniya



Samir özünə gələndə yarımqaranlıq otaqda çarpayıda uzandığını gördü. Qalxıb oturaraq əliylə boynunun zərbə dəymiş yerini yavaşca ovxalaya-ovxalaya otağa göz gəzdirdi. Içərisi yalnız unitazdan və üzərinə çirkli döşəklə yastıq qoyulmuş çarpayıdan ibarət olan otağın tavanından zəif yanan lambuçka asılmışdı. Çarpayının baş tərəfində divarda iri qırmızı hərflərlə MUERTE yazılmışdı. Samir dostlarının ölümünü xatırladıqca için-için ağlamağa başladı və bir az sonra yaxınlaşmaqda olan addım səslərini eşidib gözlərini silərək özünü topladı. Qapı açıldıqda içəri 4 nəfər girdi. Öndə gələn cins şalvar və qara kurtka geyinmiş ortaboy, qısa saqqalı, adam gəlib Samirin yanında oturdu

  • salam Samir. Mənim adım Condur. Ispan dilini yaxşı bildiyivə görə ümid eliyirəm bir birimizi yaxşı başa düşəcəyik. əvvəlcə de görüm necə istirahət elədin ? otelimizin xidmətindən razısan ?

  • yox. Narazı qaldım. Unitaz çox çirklidi, onu təmmizlə ki burda daha çox qalım.

  • Baş üstə, indi təmmizlətdirərəm. Amma təhsüf ki özümlə əsgi gətirməmişəm. Köynəyivi 10 dəqiqəlik mənə borc vermərsən ?

  • Köynəyimi yox, amma alt paltarımı verə bilərəm. Qalar səndə, məndən yadigar saxlıyarsan.

  • Yaman hazırcavabsan. Bir sualımada cavab versən lap əla olar

  • ............................

  • De görüm iş yerindəki otağında olan seyfin şifrəsi neçədi ?

  • Bağışda. bu cavabım hazır deyil

  • Sən çox xəsis adamsan, adi suala da cavab vermirsən, yaxşı ki sənə oxşamamışam. Sənə kiçik bir hədiyyə vermək istiyirəm.

  • ( Con əlində tutduğu telefonun yesini basaraq Samirə uzadıb dedi ) al görüntülü danış. 3g fərasəti

  • Sən lap napalyonun dövründən qalmasan ki. Indi hamı 4g işdədir

  • ( telefonun ekranından ona gülümsəyən Murad dedi ) salam əziz müəllim necəsən ?

  • Kül sənin kimi tələbənin başına. ( ciddiləşərək soruşdu ) neynədiyindən xəbərin var ?

  • əlbəttə. mən bunu 4 ildir eliyirəm. sən özüvü ağıllı sayırdın Samir, amma bilmirdin ki neçə aydır özün mənə işliyirsən, qurduğun bu təşkilatın səndən çox mənə xeyri var. Indi bütün əlillər mənim əlimdədir. Onsuzda nə qədər çalışsaqda onların cəmiyyətə bir xeyri olmayacaq, heç olmasa daxli orqanları bir işə yarasın.

  • Mən özümü ağıllı saymırdım, elə ağıllıydım. Bunu tezliklə görəcəksən. əlil uşaqları oğrayıb onların orqanlarını satmağın sənə həqiqətən baha başa gələcək

  • ( Murad Samiri yamsılıyaraq dedi ) dayan görüm qorxuzma məni. Gəl sən mənim kiçik bir xahişimi yerinə yetir. Seyfin şifrəsini denən gedim işimə-gücümə

  • Sənin özüvə elə seyf düzəldəcəm ki ömrü boyu içindən çıxa bilmiyəssən

  • belə olmaz Samir. Sənə bu qədər xidmət eləmişəm, indi ayda-ildə bir dəfə səndən bir şey istiyirəm. Heç yaralı barmağa işiyən deyilsən.

  • Başın yaralananda müraciət eliyərsən. Çalışaram kömək eliyim

  • Az danış görüm. Telefonu ver Cona

  • ( Con telefonu götürüb dedi ) buyur poler

  • Çalış kodu öyrən. Öyrənən kimi bu nömrəyə mesaj yaz. Amma əvvəlcə qızı tap. Samirin qeydinə qal, onda öyrəniləsi çox şey var

  • ( Con getmək istəyəndə Samir soruşdu ) Con, məni bura necə gətirdin ki polis izinizə düşə bilmədi ?

  • Bir gün 2 oğru bankı yarıb pulu evə gətirirlər. Evdə biri başlıyır pulu saymağa. O birisi deyir ki -bəsdir özüvə əziyyət vermə- Pul sayan soruşur ki -niyə ?- cavab verir ki -sabah bir dənə qazet alarıq, orda nə qədər pul oğradığımızı dəqiq yazacaqlar- Sabah mən də qazet alaram oturub bir yerdə oxuyarıq

Con gedəndən sonra Samir çarpayıya uzanıb burdan necə çıxacağını fikirləşməyə başladı

Karabük. Türkiyə

Pedro özünə gələndə artıq səhər açılırdı. Gözlərini açsa da ətrafı dumanlı görürdü. Oturacağa söykənərək əlləriylə başını tutub nə baş verdiyini anlamağa çalışırdı. Bir-neçə dəqiqə bu vəziyyətdə qalandan sonra yavaş-yavaş özünə gəlməyə başladı. Daha bir neçə dəqiqə keçikdən sonra artıq hər şeyi xatırlayırdı. Buna görə də ilk öncə diqqətlə ətrafa qulaq asaraq bir kimsənin olub-olmadığınıı yoxladı, sonra əliylə alnını ovxalaya-ovxalaya maşından düşüb ətrafa göz gəzdirdi. ətraf yalnız ağaclardan və kiçik kollardan ibarət idi. Dərindən nəfəs alaraq meşənin təmmiz havasını ciyərlərinə çəkib onu türk polisinin əlindən qurtaran xilaskarına baxaraq gülümsündü. Ani olaraq içinə atlayıb sürdüyü maşın ərzaqların və geyimlərin saxlanıldığı furqon idi. Maşının sağ tərəfinə keçərək furqonun qapısını açıb içəri baxdı. Içəridə demək olar çox cüzi ərzaq qalmışdı. Pedro -1 həftəmə ancaq çatacaq- deyə öz-özünə mızıldanıb furqondan düşərək maşını qabaq tərəfinə getdi. Ancaq heç bir şey görməyib əyilərək altına baxdı. Yoğun bir ağac götüyü maşının altına pərçimlənmişdi və üstəlik benzin bakını zədələmişdi. Pedro otun üstündə oturub bu vəziyyətdən necə çıxacağını fikirləşə-fikirləşə siqarət çəkməyə başladı.

Bakı. Azərbaycan



Mahmudov “ samir “ mərkəzinə girəndə onu qapıda Əziz qarşıladı. Mahmudov onu görən kimi həyacanla soruşdu

  • bir xəbər yoxdu ki ?

  • ( Əziz başını yellədi ) təhssüf ki yox. Ispaniyaya göndərdiymiz adamlardan xəbər gözdüyürük. Deyilənə görə orda iclas hələ başa çatmıyıb

Mahmudov iclas üçün nəzərdə tutulmuş otağa girəndə mərkəzin bütün şöbələrinin rəhbərləri oturb ispaniyadan gələcək xəbəri gözlüyürdülər. tribunada oturmuş Murad Mahmudovu görən kimi qalxıb yerini ona verərək özü adamların arasında əyləşdi. Arabir siqaret çəkməyə gedib-gələnlərin addım səsini çıxmasaq otaqda ölü bir sükut var idi. Hamıya hər dəqiqəsi bir gün kimi uzun görünən bu cansıxıcı sükutu Mahmudovun qarşısında olan telefonun cingiltili səsi pozdu. Telefonun səsinə diksinən Mahmudov özünü itirsə də tez özünü yığışdırıb dəstəyi götürdü. Kədər içində gözünü Mahmudovun ağzına dikən insanlar onun “ necə yəni hələ tapa bilmiyiblər ? ” orda polis nə işlə məşğuldu ? ” yerini heç kim bilmir nə deməkdir? ” sözlərindən sonra başlarını aşağı salıb sadəcə bunun bir yuxu olmasını arzulayırdılar. Axşama yaxın sosial müdafiə nazri gələrək hamını bir yerə yığıb dedi

  • bildyiniz kimi dünən cinayətkar qrup ispaniyada “ samir ” mərkəzinin 3 əməkdaşını və mərkəsin ispaniya filialının rəhbərini öldürərək Samiri naməlum istiqamətə aparmışdılar. Amma bunu da bilirsiniz ki həmin dəstənin əsas işi bu mərkəzdə qeydiyyatda olan əlil insanları oğurlayaraq orqanlarını satmaq olub. Buna görə də Samir tapılana və cinayətkar qrup çökərdilənə qədər mərkəzin işi dayandırılacaqdır. Bu həm mərkəzdə qeydiyyatda olan əlillərin, həm də bu mərkəzin bütün işçilərinin təhlükəsizliyini təmin etmək üçündür. Mərkəzin bütün filiallarına və bu mərkəzlə əməkdaşlıq edən hər bir təşkilatlara bu barədə rəsmi bildiriş göndərin. ( bir az dayanaraq səsinə mülayimlik verib davam etdi ) Samiri nə qədər istədiyinizi Mahmudov mənə danışıb. Danışmasa belə bunu sizin üzünüzdən oxumaq o qədər də çətin deyil. Hər birimiz hal-hazırda çətin anlar yaşayırıq. Amma xaiş edirəm bacırdığınız qədər soyuqqanlı və səbrli olun. Bir də ki dualarınızda xəsislik etməyin. Sabah səhər həlak olan 3 nəfərin meydi azərbaycana gətiriləcək və burda onlar üçün vida mərasimi keçirdib cənazələri ailələrinə göndərəciyik. Ümid edirəm saat 11-də hər biriniz əlil kimsələrə dayaq durmaq üçün canlarından keçən o 3 nəfərlə vidalaşmaq üçün bura glməyə tərəddüd etməyəcəksiniz

  • ( Əziz ayağa qalxıb dedi ) bu mərkəz vasitəsiylə həyatda öz yolunu tapan 1qrup insan bu səhər mənə yaxınlaşıb dəfndə iştirak etmək istədiklərini bildirdilər. Düşünürəm ki sabah bura ən az 400-500 əlil gələcək

  • Xaricdən də çoxlu zənglər gəlir ( Murad əlavə etdi )

  • ( nazir üzünü Mahmudova tutub soruşdu ) Səməd müəllim, bu işin öhdəsindən gələ bilərsiniz ?

  • əlbəttə ( Mahmudov astadan cavab verdi )

  • onda vida mərasiminə sən nəzarət elə. Bir şey lazım olsa o dəqiqə kömək əlimi uzadacam ( üzünü Muradla, Əzizə çevirərək əlavə etdi ) kim gəlmək istəsə gəlsin.

Nazir gedəndən sonra Mahmudov pəncərənin qarşısına gələrək siqaret yandırıb bir qüllab vurduqdan sonra birdən siqareti pəncərədən ataraq Samirin kabinetinə getdi.

Asif otağa girəndə Akifin divanda oturub qazet oxuduğunu görəndə təəcbləndi



  • ata ? sən nə vaxt gəlmisən ? başım kompyüterə o qədər qarışıb ki nə vaxt gəldiyindən xəbərim olmuyub

  • yarım saat olar

  • “samir” mərkəzində vəziyyət necədir ? Samirdən bir xəbər var ?

  • Mərkəzdə vəziyyət çox pisdir. Bu gün qərar verdilər ki mərkəzin işi qeyri-müəyyən vaxta qədər dayandırılsın

  • Bəs ora üzv olan bu qədər əlillər neyləyəcək ? ora çoxlarının ümid yeri idi ( Adilə söhbətə qoşuldu )

  • Bu qərar əlillərin təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Ümid eliyirəm tezliklə hər şey əvvəlki tək normasına düşəcək

  • Bəs Samirlə birgə gedənlər ? ( Asif soruşdu ) onların meyidini nə vaxt azərbaycana gətirəcəklər ?

  • Sabah tezdən. Sabah mərkəzdə onlarla vida mərasimi keçiriləcək

  • Mən də getmək istəyirəm

  • Bir yerdə gedərik. Sabah mərkəzin bütün işçiləri orda olacaq

  • Görəsən bu nə həngamə vaxt bitəcək ? ( Adilə soruşdu )

  • Bilmirəm. Hələlik görə biləcəyimiz tək iş Samirin tapılmağını gözləməkdir

Ailə bir neçə saata yaxın mövcud vəziyyətdən danışdıqdan sonra hər üçü yatmağa getdi. Lakin səhərə qədər heç birinin gözünə yuxu getmədi.

HADİSƏDƏN 6 GÜN ƏVVƏL

Bakı. Azərbaycan

Tabutların arxasınca ağır-ağır qəbirstanlığa tərəf irəliləyən adamların hər birinin gözlərində yaş, üzlərində kədər, ürəklərində dərin hüzn, dillərində isə rəhmətə gedən 3 cavan oğlana görə rəhmət nidaları var idi. Ispaniyada quldurlar tərəfindən qətlə yetirilən Eldar, Zaur və Ayxanın ailə üzvlərindən və qohumlarından, mərkəzin işçilərindən, belə bir gündə dəfn mərasimində iştirak etməyi özünə borc bilən bir qrup fiziki qüsurlu insanlardan və digər adamlardan ibarət böyük bir insan kütləsi qəbirstanlığa çatanda dayandı. Qəbirstanlıqda artıq hər şey hazır idi və mollanın göstərişiylə cənazələri qəbrə qoymağa başladılar. Kənarda dayanraq işlərə nəzarət eliyən Mahmudov ilk əvvəl özünü soyuqqanlı aparmaq istəsə də sonradan səsləri bir-birinə qarışmış 3 ananın fəryadına baxaraq özünü saxlaya bilməyib hönkürdü. Cənazələri insanların göz yaşları və rəhmət duaları altında torpağa tapşırdıqdan sonra molla “Yasin” surəsini oxumağa başladı. Əziz Mahmudova yaxınlaşıb soruşdu

- mənim bildiyimə görə mərhumların hər üçünün ataları sağ idi, Ancaq burda cəmi ikisinin atası var. görəsən digəri hardadır ? belə bir gündə kənardan durub tamaşa etməyə heç cür haqq qazandıra bilmrəm

- Ayxanın atası güclü əsəb sarsıntısı keçirib, hal-hazırda xəstəxanada müalicə alır. Mərkəzdə vəziyyət necədir ? hər şey hazırdır ?

- bəli. Bu hadisə ilə bağlı mərkəzə gələnlər üçün girişdə xüsusi xatirə guşəsi yaradılıb, mərkəzin həyətində isə 1000 nəfərlik iri bir çadır qurulub. Həmin çadırda insanlara halva və çay veriləcək

- sən get mərkəzə, çalış ki orda hər şey qayasında olsun. Biz də bir azdan gəlirik

2 saata yaxın çəkən dəfn mərasimindən sonra Mahmudov bu mərasimin davamı olaraq insanları mərkəzin həyətində qurulmuş çadıra dəvət etdi və orda böyük bir anım tədbiri keçiriləcəyini bildirdi. Qəbristanlığa yığışan insanlar hissə-hissə oranı tərk edərək mərkəzə getsələr də anaların heç biri öz övladının qəbrindən ayrılaraq getmək istəmirdi

- hara aparırsınız məni ? ( Eldarın anası nalə çəkdi ) mən balamı burda qoyub heç yerə getmərəm

- ( vəziyyəti belə görən mahmudov Eldarın anasına yaxınlaşdı ) nələr hiss etdiyini çox yaxşı bilirəm bacı. Mənim də gözümün ağı-qarası olan yeganə qızım qaz sızmasından boğulub ölüb. Öləndə onun cəmi 18 yaşı vardı. əgər övladının öldüyünü həzm edə bilmirsənsə onu qəlbində yaşat. Tənhalığa çəkilib fikrndə onunla söhbət et, yemək bişirəndə onun sevdiyi yeməklərdən bişir, onun baxdığı televiziya verlişlərinə bax, hər axşam onun işdən evə qayıtmağını gözlə. əgər sən onu qəlbində yaşatsan o daim səninlə olacaq. Mən hər gün belə eliyirəm. sən sevin ki oğlundan geriyə yadigar olaraq 2 övlad qalıb. Oğlunun iyini onlardan alıb, onlarla təsəlli tapacaqsan. Övladının qatili gözlərinin önündə cəzalanacaq. Mənim isə bu dünyada təsəlli üçün heç nəyim yoxdur

mahmudov anaları birtəhər razı salıb qəbristanlıqdan çıxartdı və onları öz maşınında oturdaraq “ samir ” mərkəzinə yola düşdü.

Moskva. Rusiya

1 yük maşını, 2 aftobus və 6 cipdən ibarət maşın karvanı qapıya yaxınlaşanda Sergey villanın üçüncü mərtəbəsində oturub nahar edirdi. Köməkçisisi maşınların qapıya yaxınlaşdığını Sergeyə deyəndə Sergey -buraxın gəlsinlər- deyərək özünə viski süzüb pəncərərinin qabağına gələrək içə-içə həyətə gələn maşınlara baxmağa başladı. Sergey dünən gecə ölkəni tərk etmək istəsə də hava limanında fedralların əlindən güclə qaça bilmişdi. polis sistemində işləyən yüksək rütbəli adamı son anda onu xəbərdar etməsəydi indi kim bilir kimin qarşısında hansı suallara cavab verirdi. Həmin adamı Sergeyə ölkədən gizlincə çıxmaq üçün ona kömək edəcəyinə söz vermiş və heç kimin ağlına gəlməsin deyə onu şəhər kənarındakı öz villasında gizlətmişdi. Sergey də xəbər göndərərək bütün mühafizəçilərini yanına çağırtdırmışdı. Indi viski içə-içə gözəyarı maşınlarda düşən adamları saydı. “ 50-60 nəfər olarlar ” deyə öz-özünə düşünərək köməkçisini çağırdı. 30 yaşlı Oleq gələrək onun hüzurunda dayandı. Sergey əlindəki stəkanı masaya qoyaraq dedi

- adamları evin ətrafına düz, Bir adam da boş qalmasın. Bütün silahlararı isə hazır vəziyyətə gətirin. Çalışın adamların heç bir şeyə ehtiyacı olmasın, yeməklərini vaxtlı-vaxtında verin. 300 metr radiusda küçələrdə web kameralar quraşdırın. 10 nəfər də ayır vilanın zirzəməsində qonşu həyətlərin birinə tunel qazsınlar. Nə qədər uzun olsa bir o qədər yaxşıdı. ( Oleq Sergeyin susduğunu görüb sözünün qurtardığını zənn edərək dönüb getmək istəyəndə Sergey əlavə etdi ) adamların hər birinə 50.000 usd nağd pul ver.

Oleq - baş üstə - deyib gedəndən sonra Sergey eyvana çıxıb ətrafı seyr eləməyə başladı.

Buenos-Ayres. Argentina

Xavyer maşından düşüb restorana girəndə oğlunun ad gününə həsr olunbmuş məclis artıq başlamışdı. Xavyer içəri girib dostları ilə masada əyləşəndə oğlu gəlib onun yanında oturaraq soruşdu

- ata niyə gec gəldin ?

- ( Xavyer cibindən kiçik hədiyyə bağlamasını çıxardıb oğluna verərək dedi ) sənə hədiyyə alırdım

- ( oğlu hədiyyəni aça-aça dedi ) görəsən bu nədir ki bundan ötrü belə vaxt itirmisən ?

- ( Xavyer oğlunun hədiyyə paketinin içindən açar dəstini çıxardaraqaq sual dolu baxışlarla ona baxdığını görüb dedi ) bu açar havay adasındakı 4 mərtəbəli villanın açarıdır. Ad günün mübark oğlum.

Oğlu sevincək ona təşəkkür etdi və bayaqdan onu rəqsə dəvət edən dostlarının yanına getdi. Xavyer viskidən bir qurtum içib saata baxanda arxadan tanış səs eşitdi



  • görürəm oğlunu yaman çox istiyirsən

  • ( Xavyer ayağa qalxaraq Conla üz-üzə dayanıb dedi ) kim oğlun çox istəmir ki ? sən burda neyniyirsən ?

  • qonaq gəlmişəm

  • ( Xavyer masanı göstərərək dedi ) buyur əyləş

  • Oturmağa vaxt yoxtu. Oğluna ad günü hədiyyəsi verib gedirəm. amma əvvəlcə bəzi şeyləri dəqiqləşdirməliyik. Gəl sakit bir yerə keçək

  • ( Xavyer başıyla məclisi göstərib soruşdu ) başqa vaxt olmaz ?

  • Yox. Mən 1 saata argentinanı tərk eləməliyəm

Xavyer Conla birlikdə restoranın 2-ci mərtəbəsinə qalxıb eyvana çıxılar. Con cibindən siqaret qutusunu çıxardaraq içindən iki siqaret götürdü və qutunu cibinə qoyaraq alışqanı çıxartdı. Siqaretin birin ağzına qoyub digərini Xavyerə verərək hər ikisini yandırdı.

  • yəqin ki olanlardan xəbərin var ? ( Con söhbətə başladı )

  • əlbəttə var. Tezliknən vəziyyətdən çıxmaq lazımdır

  • nə tədbirin var ?

  • ( Xavyer siqaretdən bir qüllab alıb dedi ) məncə bu işlərdən əl çəkib bir müddət gizlənməliyik. Sonra başqa ad altınta yaşamaq olar. Onsuzda yığdığımız pullar bizə ömrümüzün axırına qədər bəs eliyər. Amma yenə də son söz polerindir. Onun tapşırıqlarını gözlüyürük

  • ( Con əlindəki siqareti bayıra tullayaraq əsəbi-əsəbi dedi ) xəbərin var ki interpolun axtarışındasan ? xəbərin var ki polislər artıq bütün məkanlarıvı aşkara çıxardıb, adamlarıvı da həbs eliyiblər ? xəbərin var ki bangdakı bütün pullar artıq dondurulub ?

  • ( Xavyer əlindəki siqareti çölə ataraq stulda əyləşib çarəsiz şəkildə soruşdu ) bəs indi neyliyək ?

  • Mən 2 saatdan sonra təyarənin yük yerində argentinadan çıxacam. sən isə əziz Xavyer 3 dəqiqədən sonra boğulub öləcəksən. Sənə verdiym siqaret zəhərliydi. Birbaşa ciyərə təsir göstərir

  • ( Xavyer stuldan qalxıb Conun qarşısında dayanaraq dedi ) sən nə danışırsan ? bilrsən ki .......

Xavyer öskürərək sözünü axıradək deyə bilmədi. Con iti addımlarla restoranın mətbəxinə keçib mətbəxin qapısında onu gözləyən adamının ona verdiyi qarson paltarını geyinərək mətbəxin işçilərinə qarışdı. Con yaxşı bilirdi ki polislərin başı məclisdəki insanlara qarışacaq və restoranın işçilərinə sabah vaxt ayıracaqlar. Xavyer isə səndələyə-səndələyə məclis olan zala girib oğluna yaxınlaşıb öskürə-öskürə “ həkim çağır.... Siqaret.... ” deyərək yıxılıb öldü. Xavyerin yerə yıxıldığını görənlər cəld onun başına yığışdılar. 5 ildən çoxdur ki onların ailə həkimi olan Markos əyilərək diqqətlə Xavyeri müayinə elədi və başını bulayaraq - artıq keçinib - deyərək kənara çəkiləndə içəri 100-ə yaxın polis doldu. Onlar cəld məclisdəkiləri bir-bir tutaraq qandallayıb xüsusi aftobuslara yığmağa başladılar. Xavyerin oğlu polislərdən birinin ərinin cəsədindən ayrılmaq istəməyən anasını zorla yerə yıxaraq qandallamaq istədiyini görəndə tapançanı çıxardaraq polisi başından vurdu və 2-3 saniyə sonra eşıdilən atəş səslərindən sonra çoxsaylı güllə yarası alaraq yerə yıxıldı. Xavyerin və oğlunun dostarı bunu görüb polislərə hücum edərək yumruq-təpiklə vurmağa başladılar. Bu vurha-vurda isə Con səs-küydən uzaq, mətbəxdə qazın yanında dayanaraq aşpazlardan birinə yemək üçün özünə langet qızartdırırdı. Qarsonlardan birinin digərinə onu gəstərərək - bu kimdir ? - deyə soruşmasından sonra bir az həyacanlansa da digərinin - nə bilim, gündə birini qovub, yerinə ayrısını gətirirlər. Özün bilmirsən ? - deməsindən sonra rahatlayaraq langetin üzərinə hansı sousu tökəcəyini seçməyə başladı.

Toledo. İspaniya

Samir çarpayıda uzanıb Murad barədə fikirləşirdi “ deməli Murad böyük bir dəstəyənin başçısı imiş. əlil uşaqlara yaxın olmaq üçün sosial mərkəzdə işə düzəlibmiş. Mənim qurduğum mərkəz isə onun üçün lap göydən düşmə olub. Elə bil toyuğu aparıb buğda anbarına atmısan. Yaman tez girdi mən axmağın qəlbinə. Necə olub ki ondan şübhələnməmişəm ? necə şübhələnəydim axı ? hər tapşırığıma sözsüz və qüsursuz əməl eliyirdi. yaxşı deyiblər “ həddən artıq yaxşının axırı həmişə pis qurtarır ”. görəsən polislər qrupun əsl başçısının kim oluğunu bilirlər ? öküz ləqəbli o adamı həbs ediblərsə mütləq bilirlər. Amma yox. Murad dünən mənimlə çox rahat danışırdı. Sanki bu olanlar onun heç vecinə deyil. Mən gərək mütləq ya mərkəzə, ya da polislərə xəbər çatdırım. Eybi yox Murad, biz hələ görüşəciyik ” qapının səsinə fikirdən ayılıb qalxaraq oturdu. əlində aftomat olan hündürboylu və əzələli 2 nəfər içəri girərək hərəsi bir tərəfdə kürəklərini divara söykəyib silahı Samirə tuşladılar. Sonra isə əlində içi yemək dolu padnos olan balacaboy, kök bir kişi içərəri girərək padnosu çarpayının üstünə qoydu


  • götür ye. Con tapşırıb ki sənin yanında heç nə qoymuyum. Burda gözlüyürəm, ye götürüm aparım.

  • Bəs Con özü hanı ?

  • Bilmirəm. Dedi ki 2-3 gün burda olmayacaq

  • Adın nədir ?

  • Adım Danieldir. Özüm də çox səbirsizəm. əgər bir az da danışmağa davam eləsən hirslənib yeməyi aparacam sən də bu gün ac qaılacaqsan

Samir gülümsünüb ac olduğundan dərhal yeməyə girişdi. Yeyib qurtarandan sonra Daniel bayaqdan əlində saxladığı qazeti çarpayının üstünə atıb dedi

  • al bunu. Con dedi ki məndən ötrü darıxsa bunu oxusun

Daniel padnosu götürüb gedəndən sonra adamlar silahı Samirdən çəkməyərək dal-dala otaqdan çıxdılar. Onlar gedəndən sonra Samir Danielin dedikləri haqda fikrləşməyə başladı “ 2-3 gün burda olmayacaq, məndən ötrü darıxsa qazet oxusun. Con nə isə eliyəcək, elə bir şey ki qazetlər də bundan yazcaq. Bu ölkənin polisləri hara baxır lənət şeytana ? görəsən Lusiyanın vəziyyəti necədir ? ” Samir fikirli-fikirli qazeti əlinə götürdü və birinci səhifədə onun qaçırılması ilə bağlı məqaləni görüb oxumağa başladı.

1   ...   4   5   6   7   8   9   10   11   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə