Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə6/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

Bakı. Azərbaycan

Asif çarpayıda uzanaraq kitab oxuyurdu. Qapı döyüləndə kitabın maraqlı yerində olduğundan üzünü buruşdurub soruşdu



  • kimdir ?

  • olar ?

asif uşaqlıq dostu etibarın səsini eşidən kimi sevinclə dilləndi

  • əlbətdə. Gəl içəri

Asifdən 3 yaş böyük olan Osman onun uşaqlıq dostu idi. 11 il əvvəl, hələ şəhərdə yaşayarkən tanış olmuşdular. Onda Asifin 10, Osmanın isə 13 yaşı vardı. Asif çox susamışdı, ancaq market pilləkənli olduğundan özünə su ala bilmirdi. Bu vaxt Osman yaxınlaşıb öz köməyini təklif etmişdi. Osmanın xoşxasiyyət, mehriban və ürəyiyümşaq olması sonradan bu 2 uşaq arasında möhkəm dostluq yaratmışdı. Digər uşaqlar futbol oynamağa gedəndə belə Osman Asifi həyətdə tənha qoymamaq üçün onun yanında qalırdı. Zaman keçdikcə Asif Osmanın onun üçün elədiklərini daha yaxşı dərk edərək ona daha çox bağlanırdı. Asifgil binəqədiyə köçdükdən sonra belə Osman Asiflə münasibəti kəsmir, imkan olduqca gəlib Asifə baş çəkirdi. Görüşmədikləri günlərdə isə mütəmadi telefonla danışırdılar Osmanın hər gəlişi Asif üçün toy-bayram olurdu. Ona görə də indi Osmanın səsini eşidən kimi kitabı bir kənara tullayaraq qalxıb oturdu. Osman yaxınlaşıb onun boynunu qucaqladı

  • salam qardaşım. Necəsən ? nə var-nə yox ?

  • çox sağ ol qardaşım, mən yaxşıyam. Sən necəsən ?

  • ( Osman çarpayıda onunla yanaşı oturdu ) nə iş görürdün ?

  • Kitab oxuyurdum. Fərman Kərimzadənin “ xuradəfin körpüsü “ romanını

  • Oxumuşam. Maraqlı əsərdir. Necənci cilddəsən ?

  • Bu gün birincini qurtaracam

  • Sənə ən çox maraqlı gələn personaj hansıdır ?

  • “ Murad “ Ölümünə təhssüfləndim

  • Təhsüflənmə. Ikinci cilddə diriləcək

  • Doğrudan ? bu əla xəbərdir. Bir az özündən danış. Çoxdandır gəib getmirsən. Dünən də zəng vurmuşdum, “ dedin sonra danışarıq ” nişanlınan münasibətin necədir ? atan həyətdə meyvə-tərəvəz dükanı açmaq istəyirdi, aça bildi ?

  • Son 10 gündür başım yaman qarışıqdır. Toya hazırlaşıram

  • Ooo. Səndə xəbər varıymış ki. Inşallah toyu nə vaxta planlaşdırırsan ?

  • Toy 1 həftədən sonradır. ( dəvətnaməni cibindən çıxardaraq Asifə uzatdı ) dəvətnaməni gətirmişəm

  • ALLAH mübarək eləsin qardaşım. Xoşbəxt ol.

  • Bu dəvətnamə sizin ailəniz üçündür. Sənin özünü isə şəxsən dəvət edirəm. Mütləq gəl haa

  • Mütləq gələcəm. Heç elə şey olar ki mən o toyda iştirak eləmiyim

  • Toya gəlməklə bağlı nəysə bir çətinliyin olsa xəbər elə. Nə kömək lazımdırsa mən hazır

  • Sən heç narahat olma. Valideyinlərimlə birgə gələcəm

Dostlar Adilənin təşkil elədiyi çay süfrəsi arxasında bir xeyli söhbət etdikdən sonra Osman işinin çox olduğunu bildirib getdi. Axşam Akif işdən gələndə divanda oturub dedi

  • ikiniz də gəlin bura, sizə bir söz deyəcəm

  • ( Adilə gəlib onun yanında oturaraq soruşdu ) nəysə olub ?

  • Darıxma. Qoy Asif də gəlsin, sonra. ( Asif gəlib onlarla üzbəüz dayanandan sonra sözə başladı ) bu gün işlədiyim mərkəzin rəhbərliyi məni yanına çağırmışdı. “ samir ” mərkəzindən 1 qrup həkimi təcrübə keçmək üçün italiyaya göndərirlər.

  • Siz orda neyniyəcksiniz ? ( Asif soruşdu )

  • Biz italiyada işlədilən müasir tibbi avadanlıqlarla tanış olacayıq. Sonra, çətin əməliyyatların yeni və daha asan üsulla keçirilməsini öyrənəcəyik. Nə uzadım ee. Öyrənməli o qədər şey var ki

  • Sən italiyan dilini bilmirsən, heç ingilis dilini də bilmirsən. onlarla necə ünsiyyət quracaqsan ? ( Adilə soruşdu )

  • Bizimlə birgə 2 tərcüməçi də gedəcək

  • Nə vaxt yola düşəcəksiniz ?

  • 3 gündən sonra. Orda 1 həftə qalacayıq. Otel, qida, maşın. Hər şey mərkəzin hesabınadır

  • Deməli sən toya gedə bilməyəcəksən ? eybi yox, biz ikimiz gedərik

  • Nə toy ? kim toy eliyir ki ?

  • Osman. Bu gün dəvətnamə gətirib

  • Hansı Osman ? Asifin dostu ? toy nə vaxtı ki ?

  • 1 həftədən sonra

  • Heyf ki burda olmayacam. Eybi yox. Siz ikiniz gedərsiniz, mən sonra gedib atasına gözaydınlığı verərəm

3 gündən sonra Asif anası ilə birgə atasını düz maşına qədər ötürdü. Akif çamadanı maşına qoyaraq onlara tərəf çevrildi

- yaxşı, salamat qalın. Sizi bir-birinizə və ALLAHa tapşırıram. Özünüzdən muğayət olun. ( üzünü Asifə tutaraq ) bu gündən evin kişisi sənsən. Evdən də, anandan da muğayət ol. Çalış yoxluğmu hiss elətdirmiyəsən



Akif onlara görüşüb maşına oturdu. Maşın yerindən tərpənən kimi Adilə əlindəki qabda tutduğu suyu onun dalınca atdı. Televizorun qarşısında oturub gözlərini ekrana diksələr də hər ikisinin fikri tamam başqa yerdə idi. Adilənin fikri xarab olan qabyuyan maşının yanında idi “ bu da xarab olmağa vaxt tapdı. Akif gəlib onu düzəltdirənə qədər mətbəxdə 1 anbar çirkli qab yığılacaq. Məcburam əllə yuyum ”, Asif isə sabahkı toy barədə fikirləşirdi “ görəsən hansı köynəyimi geyinsəm yaxşı olar ? ağı yoxsa göyü ? bəlkə anama deyim təzəsini alsın ? çoxdandır evdən bayıra çıxa bilmirəm, elə mənim özümçündə dəyişiklik olar. Bu həyatda tək dostum odur. Gərək Osman üçün onun toyuna kiçik bir xatirə hədiyyəsi alam. Məsəl üçün üstündə hər ikimizin adı yazılmış üzük ”. Asif üzük məsələsini anasına demək istəyirdi ki telefonun zəngi sözünü yarımçıq kəsdi

  • ana mən istə.... telefona cavab ver, sonra deyərəm

Adilə dəstəyi götürüb “ alo ” dedikdən bir az sonra dəstəyi yerə qaydu. Asif onun bənizinn ağardığıını görüb həyacanla soruşdu

  • noolub ana ? zəng vuran kim idi ? nə baş verib ?

  • zəng vuran dayın idi. deyir kiçik oğlu Sənanı maşın vurub. Vəziyyəti pisdi. Təcili xəstəxanaya aparıblar

  • ALLAH özü kömək olsun

  • Qulaq as oğlum, mən xəstəxanaya gedirəm. Sən evdən muğayət ol. Yoldan bibin qızı Səbinəyə zəng vuracam mən gələnə qədər sənə qulluq eləsin

  • Necə istəyirsən ana

Adilə tez-tələsik əynini dəyişib çantasını götürərək qapıdan çıxmaq istəyəndə Asif onun arxasınca səsləndi

  • ana ora çatan kimi mənə zəng vur, görüm vəziyyəti necədir

Adilə “ oldu ” deyib təlaşla qapıdan çıxdı. Şam yeməyindən sonra Asif otağına gedərək anası ilə əlaqə saxladı

  • alo, Ana. Sənan necədir ? əməliyyat necə keçdi ?

  • həkimlər deyir yaxşı keçdi. hələ ayılmıyıb, reanimasyadadır

  • orda qalacaqsan ?

  • hə oğlum, burda qalacam. Sən məni gözləmə, yat. Bibin qızı neyniyir ?

  • televizora baxır

  • yaxşı oğlum, sabahadək

  • sabahadək ana

bir az internetdə yazışandan sonra yatdı. Səhər yuxudan ayılan kimi anası ilə əlaqə saxlayanda Sənanın hələ də komadan ayılmadığını eşidib bikef oldu. Saatlar keçdikcə toyun vaxtı yaxınlaşırdı. Asif özünü çarəsiz hiss eliyirdi. Vaxt ötdükcə özü öz gözündə daha da acizləşir, daha da cılızlaşırdı. Arabada oturub pəncərədən baxa-baxa düşdüyü vəziyyət barədə fikirləşərək özü özünü məzəmmət eliyirdi. “bəs indi mən neyniyim ? bir tərəfdə qardaş dediyim Osman, bir tərəfdə də ölümlə mübarizə aparan dayım oğlu. bu vəziyyətdə anama necə deyim ki gəl məni toya apar ? ehh Asif, sən demə başqalarının köməyi olmadan sən heç kim imişsən. Həyatdakı tək dostunun toyuna gedə bilməycək qədər heç kim. Deməli bu həyatda heç bir şeyə təsirim yoxuymş. Deməli bu illər ərzində həyatımdakı bu boşluğu valideyinlərim doldururmuş. Afərin onlara. Afərin ki, bu illər ərzində necə əlacsız, başqalarına möhtac, necə çarəsiz, necə işəyaramaz olduğumu hətda özümə də hiss elətdirmiyiblər. ” başını qaldırıb divardakı saata baxdı. 6-nın yarısı idi. “ artıq toy başlayıb. Gedə bilmədim, heç olmasa təbrik mesajı yazım ” deyə öz-özünə fikirləşərək telefonu götürdü. Mesajın hər bir sətirini tamamladıqca gözlərindən yaş damlaları yanağından süzülərək köynəyinin yaxasını daha çox isladırdı. Mesajı birtəhər tamamlayıb, göndərməmişdən öncə özü oxudu. “ salam Osman. Təhsüf ki bu günkü məclisdə iştirak edə bilməyəcəm. Ürək bunu nə qədər çox istəsə də, problemlər bir o qədər mane oldu. Ümid eliyirəm inciməyəcəksən. ALLAHdan sənə kainat qədər sonsuz və günəş qədər parlaq bir xoşbəxtlik arzulayıram. Sən buna layiqsən. XOŞBƏXT OL QARDAŞIM ” mesajı oxuyub qurtardıqdan sonra heç bir qrammatik səhvin olmadığını görüb, mesajı göndərdi və talelefonu çarpayının üstünə atıb əlləri ilə üzünü tutaraq hönkür-hönkür ağlamağa başladı.

Çako vilayəti. Argentina

Pedronun paltarlarını səliqə ilə qatlayıb çamadana yığan Lusiya mətbəxdə Pedro üçün yol azuqəsi hazırlayan Mariyadan soruşdu



  • ana bilmirsən atamın boz köynəyi hardadır ?

  • bilmirəm Lusi, yəqin soyuducunun yanındakı qutunun içindəki paltarların arasındadır

Lusiya soyuducuya tərəfə gedəndə Xose əlində zəmbil içəri girib dedi

  • alın. Nə tapşırmışdınız hamısını almışam

Lusiya boz köynəyi tapdıqdan sonra onu da çamadana yerləşdirəndə Pedro dedi

  • bu qədər paltar nəyimə gərəkdi ? onsuzda orda mənə paltar verəcəklər

  • ( Lusiya çamadanın ağzını bağlayıb dedi ) dağlıq və meşə əraziləri həmişə soyuq olur.

  • ( bayaqdan Lusiyaya tamaşa edən Xose dilləndi ) heç inanmağım gəlmir ki sabah atam bizimlə olmuyacaq. Türkiyənin hansısa meşəsində ağac kəsəcək

  • ( Mariya bişirdiyi kökələri balaca kardon qutuya yığa-yığa Pedrodan soruşdu ) dəqiqləşdirməmisiniz ? saat neçədə çıxacaqsınız ?

  • Təyyarə saat 2-də yola düşəcək. Gərək elə vaxt yola çıxaq ki təyyarəyə çataq

  • Gərək onda səhər saat 5-6-da yola düşəsiniz ( Lusiya dilləndi )

  • Hə, biz də elə fikirləşmişik. Amma son qərarı Gustavo verəcək. Getmək problem deyil, əsas narahatlığım sizdəndir. Hər ayın axırı pul göndərəcəm, Gustavonun dediyinə görə gedəcəyimiz yerdə mobil telefon işləmir. Hər ayın axırı sizə məktub yazacam, pul da məktubun içində olacaq ( sonra cibindən bir az pul çıxardaraq Mariyaya uzatdı ) al bu pulu. Bir az beh veriblər. Mən pul göndərənə qədər bu sizə bəs eliyəcvək

Saat 11 olanda Mariya Pedronun tezdən oyanacağını bildirib yatmağı təklif etsədə nə uşaqlar Pedrodan, nə də Pedro uşaqlardan ayrıla bilmirdi. Nəhayət saat 12-də hamı yerinə girib yatdı. Gecə siqnal səsinə oyanan Pedro yuxulu-yuxulu saatına baxdı. 3 idi. -bu gecə vaxtı kim ola bilər- deyə öz-özünə fikirləşdiyi vaxt Gustavonun onu çağırdığını eşitdi. Geyinib qapıya çıxanda darvazaya çatmadan qışqırdı

  • sənin yuxuynan problrmin var ?

  • yox. Anma maşının buzlu yollarnan problemi ola bilər. Ona görə qərara almışıq ki bir az tez çıxaq. Ona görə də hazırlaş, yarım saata çıxırıq ( Gustavo eyni ahənglə cavab verdi)

-bir az ?- deyə yuxulu-yuxulu öz-özünə mızıldanan Pedro qapını açaraq Gustavoya -gəl içəri- deyib evə qayıtdı. Bütün ailə siqnal səsinə oyandığından Pedroyla Gustavonun danışığını eşitmişdilər, ona görə də hər üçu tez-tələsik geyinməyə başladılar. Pedro içəri girəndə hava soyuq olduğundan yatarkən yalnız üst geyimini çıxartmış Lusiya artıq geyinərək ayaq üstə dayanmışdı. Pedro artıq hamının oyandığını görüb işığı yandırdı. Mariya bir əliylə yun jaketinin düymələrini bağlıyır, digər əliylə isə gözünə düşən işığın qabağını almağa çalışırdı. Xose də işığın yanmasından acışan gözlərini qırpa-qırpa corablarını geyinirdi. Pedro saatını stolun üstündən götürüb qoluna balayanda Gustavonun səsini eşitdi

- məni soyuqda çox gözlətmə, bir az cəld ol

- orda dayanma keç içəri. Hamı yerindən durub

Gustavo içəri girib hamıya salam verərək keçib stulda əyləşdi. Pedro paltarlarını, kurtkasını geyinərək üzünü Gustavoya tutub dedi



  • çamadanlar qapının ağzındadı. Sən onları apar maşına, mən indi gəlirəm.

Gustavo qapınının yanında qoyulmuş hər iki çamadanı götürüb qapıdan çıxan kimi Lusiya hönkürərək özünü Pedronun üstünə atdı. Pedro onu bərk-bərk qucaqlayıb üzündən öpərək təsəlli verməyə çalışdı

  • buna məcburam Lusi. əgər getməsəm ömrümüz boyu bu cür köhnə daxmalarda əzab çəkməyə məcbur olacayıq. Sizdən 2 illik ona görə ayrılıram ki həyatımızın sonrakı hissəsini rahat evimizdə xoşbəxt yaşaya bilək

Sonra Mariya və Xoseylə də görüşəndən sonra qapıya tərəf getdi və 1-2 addım atdıqdan sonra dayanaraq üzünü Xoseyə çevirib dedi

  • anandan və bacından muğayət ol. Indi evdə kişi sənsən

Xose gülümsünərək protez qolunu yerinə bərkitmək üçün anasından kömək istədi. Ailə üzvləri Pedronu sexin darvazasına qədər ötürdülər. Pedro maşına oturaraq başını artıq yola düşən maşının pəncərəsindən çıxarıb əlini yellərək dedi

  • salamat qalın. 5 aydan sonra görüşərik

maşın gözdən itənə qədər anasına sığınıb nəmli gözləriylə onun dalınca baxan Lusiya yalnız evə girəndə əməli-başlı üşüdüyünü hiss etdi.

Lusiya anasının tikib qurtardığı paltarı aparıb sahibinə verib geri qayıdanda Xose divanda oturaraq qarşısına qoyduğu stulun üstündə vərəqə nə isə yazırdı. Lusiya ayaqqablarını soyuna-soyuna soruşdu



  • Xose sənə bir sual verə bilərəm ?

  • .........

  • Eyy sənnənəm ee

  • ( Xose başını qalırmadan dedi ) ver.

  • Bir qocadan soruşurlar; ” sənin neçə yaşın var ?” qoca cavab verir ki ” mənim yüzdən çox yaşım var, ancaq cəmi 25 dəfə ad günü keçirmişəm ” indi de görüm bu necə olur ?

  • ( Xose yazmağa davam edə-edə dedi ) nə bilim, yəqin ad günü keçirtməyə pul tapmırmış

  • ( Lusiya keçib çarpayıda əyləşərək dedi ) rəsm müsabiqəsində 28-ci yer tutandan başqa nə cavab gözləmək olar ki

  • ( Xose başını qaldırıb dedi ) mənim üçün əsas qələbə deyildi, iştirak idi. Birdə ki mən 220 iştirakçı arasında 28-ci olmuşam. ( söhbəti dəyişmək üçün araya söz atdı ) sən hardan gəlirsən ? saat artıq 9-du. Atam 15 gün deyil gedib artıq özünnən çıxmısan

  • ( Lusiya gəlib onun böyründə oturub başını sığallayaraq dedi ) yaxşı zarafat elədim, hirslənmə. Nə yazırsan orda ?

  • Atama məktub

  • Mən də dünən birini yazmışam. Gözdüyürəm atam məktub yazsın, ünvanını öyrənib göndərim

  • ( Mariya əlindəki ütünü divanın baş tərəfində qoyulmuş kiçik stulun üstünə qoyaraq dedi ) mən də yazmaq istiyirəm. məktublarınızı verin mənə, birləşdirib bir məktub eliyəcəm. siz də mənə kömək eliyin. Lusiya sənin xətdin yaxşıdı məktubu sən yazarsan

  • ( Lusiya anasına göz vuraraq ) incimə. ana istəmirəm mənim mənalı məktubum bunun lazımsız qaralaması ilə qarışsin

  • ( Xose incimiş halda ) məktubuna bir bax

  • ( Lusiya onu qucaqlayıb saçından öpərək ) nə olub Xose ? bu gün partlamağa hazır olan barıt kimisən. Nə deyirəm xətrivə dəyir

  • ( Maraiya dəftərin içindən bir list qopardaraq ) əl çək ondan Lusi. yəqin atasından ötrü çox darıxır

Ailə stolun ətrafına yığışıb məktubu yazmağa başladı. Mariya ilk öncə Xosenin yarımçıq qalan və Lusiyanın artıq hazır olan məktublarını ucadan oxuduqdan sonra, Lusiya Mariyanın demək olar ki hər cümləsini müzakirə etdikləri məktubu yazmağa başladı. Saat 11-in yarısı nəhayət ki məktubu tamlayıb zərfə qoydular. Mariya zərfi aparıb şkafda paltarların arasında gizlətdi. Gecə saat 2 olmasına baxmayaraq Mariyanın gözünə yuxu getmirdi. Içində günortadan bəri bərk narahatlıq var idi. Nahar vaxtı uşaqların təkidi ilə bir az yemək yesə də axşam ümumiyyətlə iştahı olmadı. Indi də yerində gah o böyrü üstə, gah bu böyrü üstə çevrilərək yatmağa çalışsada gözünə yuxu getmirdi. Yuxusunun gəlmədiyini görüb arxası üstə uzanaraq gözünü tavana dikib almaq istədikləri ev barədə fikirləşməyə başladı. Alacaqları evi təzəcə xəyalında canlandırırdı ki həyətdə taqqıltı eşidib qeyri-ixtiyari qalxıb yerinin içində oturaraq bütün diqqətini həyətə cəmlədi və səsin kəsildiyini görüb -yəqin küləkdir- deyə öz-özünə fikirləşərək təzədən uzanmaq istəyirdi ki qapıya yaxınlaşan addım səslərini eşidib cəld ayağa qalxdı. Mariyanın ayağa qalxmasıyla qapının vurulan təpik nəticəsində açılması bir oldu. Qapı açılan kimi içəri girən qara geyimli, başlarına maska taxmış adamlardan ikisi Mariyanın, qalanları isə hələ nə baş verdiyini anlamyan Xose və Lusiyanın üstünə getdilər. Adamlar qapıya vurulan təpiyin səsindən yuxudan dik atıldığından və nəyin baş verdiyini anlamadığı alaqarnlıq otaqda onu tutan adamların əlində qorxudan titrəyən Xoseyə yuxugətirən iynə vurmaq istəyəndə Lusiya -qardaşımı buraxın- eyə qışqıraraq yatdığı divasndan qalxıb Xosenin yanına gələndə Xoseni tutan adamlardan birinin onun sifətinə vurduğu güclü yumruq zərbəsindən huşunu itirərək Xosenin döşəyinin üstünə yıxıldı. Bayaqdan -siz kimsiniz ? bizdən nə istəyirsiniz ? deyə qışqıran mariya qızının vurularaq yıxıldığını görəndə yandakı ütünü götürüb adamlardan birinin başına vurdu. Ikincisini də vurmaq istəyəndə bayaqdan qapının ağzında dayanıb bu mənzərəni seyr eliyən hündürboy, cüssəli adamın açtığı atəşdən sonra başında güclü ağrı hiss edərək üzü üstə Lusiyanın içinə tikiş ləvazimatlarını yığdığı qutunun üstünə yıxıldı. Anasının öldürüldüyünü görən Xose ona tərəf getmək istəsə də bacarmadı, 1 addım ataraq vurulan iynənin təsirindən yerə yıxıldı. Ütü zərbəsindən başı qanayan adam tapançanı çıxardıb Lusiyanı vurmaq istəyəndə qapının yanında dayanan adam qoymadı

  • onnan işin olmasın. O bizə lazımdı

adamalar Xoseylə Lusiyanı maşına qoyub ordan uzaqlaşanda Mariyanın başından tökülən qan Lusiyanın anasına ad günü sürprizi etmək üçün toxuduğu yun koftasını al-qırmızı rəngə boyayırdı.

Qvadalupe. Meksika

Meksikanın qvadalupe qəsəbəsinin kənarında tikilmiş 2 mərtəbəli köhnə internatın həyətində dayanan iri yük maşınından düşən boss ləqəbli adam üzünü başına üzərində gecəgörmə cihazı olan dəbilqə geyinmiş adamlardan birinə çevirib soruşdu



  • dəqiq yoxlamısan ? adam çox deyil ki ? sonra başımız ağrımasın

  • arxayın ol. Qoca gözətçidən və 2 qadın baxicidan başqa heç kim yoxdu

bu vaxt gələnlərin kimliyi ilə maraqlanlanmaq üçün gözətçt budkasından çıxan əynində köhnə əsgər gödəkçəsi və yamaqlı şalvarı olan 60-65 yaçlı gözətçini səsboğucusu olan tapançayla öldürən boss -2 nəfər qaldı- deyə pıçıldayıb binayaya tərəf gedəndə bayaqdan arxada dayanıb diqqətlə onun hərəkətlərini izləyən 10 nəfər də onun arxasınca getdilər. Internatın bufetində masada oturan kök qadına çay süzən arıq uzun qadın soruşdu

  • niyə gec gəldin ? çayı bayaqdan qızdırmışam

  • imkan verirlər ki. Saat artıq gecə 1-di hələ də yatmaq istəmirdilər. Bura mənlik deyil, başqa iş tapan kimi burdan çıxacam. Çox əziyyətli işdi

  • ( həmsöhbəti çayı stolun üstünə qoyaraq dedi ) bura belədi. Tək bu qəsəbədə deyil, bütün ətraf yerlərdə kimin əlil, əqli zəif, problemli uşağı var gətirib atıb bura. ( özünə də çay süzmək üçün üzünü qazav tərəf çvirib əlavə etdi ) Indi onlar evlərində rahatca yatıblar, əziyyət çəkən bizik. Özü də belə az məvacibnən

Kök qadın çaydan bir qurtum içikdən sonra həmsöhbətindən burda neçə ildir işlədiyini soruşmaq istəyirdi ki bufetin qapısında dayanan üzü dəbilqəli adamı görüb özünü itidi. Qışqırmaq istəyəndə başından aldığı 2 güllə yarasından stulan yıxıldı. Arıq qadın tappıltı səsinə geri dönmək istəyəndə başının arxasında güclü ağrı hiss etdi və gözləri qaralaraq yerə yıxıldı. Mətbəxdən çıxan adamın -hər şey təmizdir- deməsindən sonra bossun göstərişiylə 10 nəfərlik dəstə bir-bir otaqları gəzərək çarpayılardakı əlil və ruhi xəstə olan uşaqlara tez təsir göstərən yuxu iynəsi vuraraq götürüb maşına aparır, əvəzində isə maşından orqanları satılmış insanların meyidlərini gətirərək onların yernə uzadırdılar. Işlərini qurtardıqdan sonra binanın bütün otaqlarına benzin və gec sönən qətran töküb yandıraraq ordan uzaqlaşdılar.

Rusiya

Bu hadisənin baş veriyi dəqiqələrdə dünyanın digər bölgəsində, rusiyadakı kiçik rayonların birində torpaq yola ağır-ağır irəliləyən yük maşınının içindəkilər də rayondakı əlıllər dispanserinə məhz bu məqsəd üçün gedirdilər. Maşın birmərtəbəli internat binasını qarşısında dayanan kimi əynində sarı rəngli fəhlə paltarları olan əli sahlı 15 nəfərlik dəstə maşından düşərək sıraya düzüldü. Kabinədən düşən kostyum geyinmiş ucaboy sarışın adam gəlib sirada birinci durmuş adamla üzbə-üz duraraq rus dilində soruşdu



  • Lıçkin, telefon xətdi kəsilib ?

  • bəli cənab. Həm teləfon xətdi kəsilib, həm də elə indi bu ərazidə mobil telefon siqnalları blok edildi. Müşahidə kameraları da dondurulub

  • afərin. əmliyyata başlaya bilərsiniz.

Dəstə içəri girərək binanın içində xəstə uşaqlardan başqa hamını gülləbaran elədilər. Uşaqların isə burunlarına diklafon tutub yatırdaraq maşındakı içalatları çıxardılmış meyitlərə yerlərini dəyişdirdilər. Işlərini qurtaran kimi bütün otaqlara çoxlu dinamit yerləşdirərək fitili yandırıb ordan uzaqlaşdılar.

Moskva. Rusiya

” сирота ивы ” kafesinin zirzəmisindəki otaqda adəti üzrə Conu gözləyən dördlük vaxtı öldürmək üçün kart oynayırdılar. Con içəri girən kimi üzünü Sergeyə tutub soruşdu



  • sizdə bütün ili belə soyuq olur ?

  • ( Sergey cavab verməmiş Markez dilləndi ) nədi Con, meksika üçün darıxmısan deyəsən ?

  • ( stulda yerini rahatlayan Con dedi ) meksika üçün yox, amma havası üçün hə. Bu rusiyanın soyuğundan zəhləm gedir

  • ( vodkadan bir qurtum içən Xavyer söhbətə qarışdı ) amma bu rusların vodkasına söz ola bilməz. Mənnən olsaydı gələn ildən argentinaya keçəcək ev sahibliyini də Sergeyə verərdim

  • Nədi Xavyer, yoxsa bizi qonaq qəbul eləmək istəmirsən ? ( lobo irişərək soruşdu )

  • Argentinaya bu qədər gəlib-gedəndə bilmirdin ki ev sahibin bezdirəcəksən ? ( Xavyer cavab verdi )

  • ( Sergey söhbətin mübahisəyə çevriləcəyini görüb araya söz atdı ) Con, heç vaxt belə vaxtsız gəlməmişdin

  • Nəyə görə ? ( Con təəcüblə soruşdu )

  • ( Sergey bayaqdan əlində saxladığı kartları stola qoyub dedi ) bəxtimə 3 tuz çıxmışdı

Con masadakıların gülüş səsinin kəsilməyini gözləyərək özünə sala kəsdi. Sonra hamının sakitləşdiyini görüb soruşdu

  • hə cənablar deyin görüm bu həftə neyləmisiniz ?

  • ( lobo əlindəki qovlğu Cona uzadıb dedi ) al bax. Neyləmişiksə hamısı burdadı

  • ( Con qovluğun içindəki vərəqləri nəzərdən keçirə-keçirə dedi ) bu nədi ? burda ən çox Xavyerin gördüyü işlərdi. Bəs digərləriniz neyləmisiniz ?

  • ( lobo izahata başladı ) məsələ burasındadı ki Con, Markezlə Sergey işi polerin tapşırdığı kimi görüblər. Yəni orqanları çıxardılmış uşaqların meyidlərini internatda canlıları ilə dəyişiblər. Xavyerə gəldikdə isə sənin mənə verdiyin “ samir “ mərkəzinə aid siyahıdan uyğun olanlarını seçib ona göndərdim. Yəni onun getdiyi ünvanlar çox olduğu üçün belə nəzərə çarpır.

  • ( Con özündən razı halda gülüsmsündü ) əla.

  • ( Xavyer təəcüblə soruşdu ) Con əgər uşaqları bir yerdən götürmək mümkündüsə bəs niyə qapı-qapı gəzib uşaq yığırıq ?

  • ( Con əlindəki qovluğu qatlayıb kənara qoyara dedi ) Məsələ burasındadı ki əziz Xavyer. Uşaq evlərindən ancaq bir dəfə məhsul götürmək olur. “samir” mərkəzi isə meyvəsi hələ uzun illər tükənməyəcək ucsuz-bucaqsız bir alma bağıdır. Ona görə də siyahı hər dəfə birinizə veriləcək. Sergey, gələn dəfə növbə sənindir. ( cibindən qatlanmış 4 dənə vərəq çıxardaraq ) yadımdan çıxmamış alın bu növbəti iki ay ərzində yerinə yetirəcəyiniz sifarişlərdir. Sizə uğur olsun

Con bunu deyib içi pulla dolu çamadanı götürərək otaqdan çıxdı.

HADİSƏDƏN 10 GÜN ƏVVƏL

Bakı. Azərbaycan

Hər iki tərəfi müxtəlif dükan və xidmət obyektləri ilə dolu yolla hava limanına gedən 2 qara rəngli bmv markalı maşının birincisinin arxa oturacağında oturaraq pəncərədən ətrafa baxan Samir üzünü yanında oturub qazetin idman səhifəsini oxuyan Murada çevirib dedi



  • bir gün hacı dayıdan soruşurlar ki -sənin doğrudan hər şeydən başın çıxır ? Cavab verir ki – hə, hər şeydən başım çıxır. Təyyarələrin necə uçmasından tutmuş taa kosmosa qədər. Bircə onu bilmirəm ki makaronda deşiyi necə açıllar. Indi onun nağlı olmasın, mənim heç nədən qorxum yoxdu. Nə qaranlıqda tək qalmaqdan qorxmuram, nə də vəhşi heyvanlarla qarşılaşmaqdan. Bircə bu təyyarəylə uçmaqdan başqa.

  • Mən isə dünən qorxdum. axşam evə gedəndə padyez qaranlıq olduğundan pişiyin quyruğunu tapdaladım. Sonrasın özün təsəvvür eliyirsən dəə ?

  • ( gülümsünərək ) Hələ nə yaşın var ki böyüyəndə yaddan çıxardassan.

  • Səncə dünyada ən qorxulu şey nədir ?

  • Dünyada ən qorxulu şey elə qorxunun özüdür. Bekon belə deyib. Nə oxuyursan orda ?

  • Dopinqə görə çin idmançısının yarışdan uzaqlaşdırılmasını. Yazıq da and-aman edir ki mən dopinq atmamışam

  • Bu idmançıların da işi zülümdü ee. Az qalırlar smiçkanı da labaratoriyada yoxladıb sonra çırtlasınlar

Maşın svetaforda dayananda bir oğlan onlara yaxınlaşdı

  • qazet istəmirsiniz ? ya da rəngli qələmlər ? lotoreya bileti, kontur, internet kart,

Murad onu qovmaq istəyəndə Samir qoymadı

  • lotoreya bileti neçəyədi ?

  • 2 manat. 1 ildir ki cek potu heç kim udmur. Uduş 1.5 milyon olub. Dünyanın heç yerində bu qədər uduş olmuyub

  • ( Samir pulu verərək bileti alıb dedi ) yalannan az təriflə görüm. Bax haa udmasa gətirib qaytaracam.

Maşın yola düşəndə Samir biletin üstünü oxumağa başladı

  • “ şanslı insan ” ayda 1 dəfə oynanılır. Növbəti tiraj 2 həftədən sonra axşam saat 10-da oynanılacaq. Yazıq düz deyirmiş. Uduş düz 1.5 milyondu. Üstəgəl əlavə uduşlar

  • Bəs oyunun qaydası necədi ?

  • ( Samir bileti qatlayıb cibinə qoydu ) az bilsən rahat yatarsan

Samir və onunla birlikdə ispaniyaya gedən 3 nəfər təyyarədə yerlərini rahatlayarkən stüardessanın səsi eşidildi -hörmətli sərnişinlər zəhmət olmasa kəmərlərinizi bağlayın. Təyyarə bir neçə dəqiqə sonra havaya qalxacaq. Hamınıza yaxşı yol-. Samir qorxusunu heç kim hiss etməsin deyə yanındakı yerin də biletini almışdı. Amma təyyarə havaya qalxdıqdan sonra onunla paralel oturan əyninə qara don geyinmiş 50 yaşlarında olan sarışın qadın gülümsünərək soruşdu

  • birinci dəfədi ?

  • hə. Yəni belə hiss olunur ?

  • əgər özüvü qısıb, kürəyivi oturacağa sıxmasan heç kim bilməz

qadın bunu deyib əlindəki jurnalı oxumağa başladı. Samir kəməri açaraq özünü düzəltdi və “yaxşısı budur yatım heç nədən xəbərim olmasın” fikri ilə stüardessadan balış istədi. Stüardessa balışı və adyalı Samirə verib soruşdu

  • başqa bir şey lazımdır ?

  • yox. çox sağ olun

Samir nə qədər çalışsada həyacandan yata bilmirdi. Gözlərini yumub tədbirdə söyləyəcəyi nitqi fikrində hazırlamağa başladı və gecə gec yatıb - səhər tez oyandığından nə vaxt yuxuya getdiyini özü də bilmədi.

  • adama neçə dəfə deyəllər ? mümkün deyil qurtardı getdi

  • xahiş edirəm 2 dəqiqə mənə qulaq asasınız. Cəmi 2-cə dəqiqə

  • yaxşı, keç otur görüm. Amma çox uzatma

  • ( Samir stulda oturaraq sözə başladı ) bizim binanın arxasında futbol oynamaq üçün bir stadion var, sən mənim hər dəfə orda futbol oynayan cavanlara baxanda nə hisslər keçirdiyimi bilıirsən ? yox bilmirsən. Sən hər gün əylənməyə gedən insanların dalınca baxmağın nə demək olduğunu bilirsən ? bəs şəhərin hər hansısa bir yerinə aparılan dəyişiklik haqqında həmişə bir başqasından eşitməyin nə demək olduğunu bilirsənmi ? yox bilmirsən. Səncə mən niyə pensiyamın artırılmasını istiyirəm ? rahat yaşayış üçün ? yox. Özümə təzə telefon almaq üçün ? yox. Bəlkə fikirləşirsən ki kasıbam acından ölməmək üçün istiyirəm. Yox. Bu pul mənə təsəlli üçün lazımdı. Futbolu oynaya bilməsəm belə ona kabel televiziyasından baxmaq üçün lazımdı, bu pul mənə hər gün olmasa belə həftədə cəmi bir gün taksiylə parka yaxud dəniz kənarına getmək üçün lazımdı, bu pul evdən çıxa bilmədiyimə görə dünyagörüşümün artmasında yeganə vasitə olan internetin aylıq ödənişi üçn lazımdı. Axı mən də insanam, axı mənim də bunlara ehtiyacım var. Sənə görə mənim pensiyamın artırılmağı mümkün deyil. Bilirsən nəyə görə ? ona görə ki sən pensiyanın əlil insan üçün nə demək oluğunu bilmirsən

Samir otaqdan çıxandan düz bir ay sonra pensiyasını alanda biləcəkdi ki Səlim göz yaşları içərisində onun pensiyasını artırmaq haqda sənəd imzalıyıb.> Stüardessanın səsinə yuxudan ayıldı -hörmətli sərnişinlər bir neçə dəqiqədən sonra yerə enirik xaiş olunur kəmərləri bağlayasınız-

Madrid. İspaniya

təyyarə madrid aeroportuna yenəndə hava artıq qaralırdı. Təyyarədən düşüb aeroprtun binasıa girəndə kostyum geymiş bir nəfər yaxınlaşıb azəri dilində özünü təqdim etdi

-salam mənim adım Pablodur. Necə gəldiniz ?

-yalannan nə deyim yol məni əməlli-başlı yorub

-Siz ispaniyada olduğunuz müddətdə sizin və köməkçilərinizin bütün problemlərinizin həlli ilə mən məşğul olacam, xaiş edirəm nə isə bir ehtiyacınız olsa mütləq mənə xəbər verin. Həlləlik isə buyurun maşına. oteldə yeriniz hazırdır. Samir və 3 nəfər heyyət üzvləri onlar üçün ayrılmış maşına mindilər. Otelin qapısına çatanda Pablo dedi

-sabah saat onda sizi burda gözləyəcəm. Hər ehtimala qarşı buyurun bu mənim vizit kartımdır. Samir ona təşəkkür edib maşından düşdü və hamı yorğun olduğundan tez otaqlarına qalxdılar. Samir onun üçün ayrılmış otağa girər-girməz dolabın üstündəki saatın budulnikini saat 9-a qoşub paltarlarını soyunmadan çarpayıya uzandı.

Karabük. Türkiyə

Türkiyənin karabük il-ilndəki yenice ilçe meşəsində qeyri-qanuni olaraq ağacları kəsib qaçaqmalçılıq yoluyla argentinaya göndərən 20 nəfərlik işçi heyyəti ilk iş günündən sonra ağaclardan asılaraq generatorla yanan elektirik lampalarının aıltında dincəlirdilər. Kimi günorta yığdığı meşə gilmeyvələrindən yeyir, kimi sakitcə uzanıb mədəsini şam yeməyinin ağırlığından qurtarmağa çalışır, kimi pleyeri qulağına taxıb musiqi dinliyir, bəziləri söhbət eliyir, bəziləri də şahmat oynayırdı. Gustavo şahmatda uduzaraq yerini başqasına verib tək-tənha bir kənarda oturaraq fikrə dalan Pedronun yanına gəldi


  • nə olub ? qara dənizdə gəmilərin batıb ?

  • ( Pedro üzünü Gustavoya çevirib dedi ) evə məktub yazmaq istəyirəm amma bilmirəm nə yazım. Bu şirkət niyə belə elədi axı ? düz 2 aya yaxındır bizi burda ləngidir.

  • Həə haqlısan. Amma onlaı da qınama. Polis düz 2 dəfə avadanlıqları ələ keçirib. Bunları da güc-bəlaynan bura yerləşdiriblər. Elə bilirsən bu qədər avadanlıqları, bu maşınları polisin gözündən yayındıraraq bura gətirmək asan işdi ?

  • Niyə mənə əvvəlcədən deməmişdin ki bu qeyri-qanuni işdi ?

  • Desəydim gəlmiyəciydin. Bir də ki qanuni ya qeyri qanuni, bizə nə. Biz adi fəhləyik

  • Nə olsun fəhləyik ? əsas odur ki ağacları biz kəsirik

  • Sən mənə inan Pedro. O qədər pul qazanacaqsan ki mənə çox sağ ol deycəksən. Indi isə gedək yataq. səhərə işimiz çoxdu

Gustavo bunu deyib ayağa qalxaraq yatmaq üçün çadıra tərəf getdi.

Bakı. Azərbaycan

Maşın yola düşəndə Asif həmişə olduğu kimi çantadan ingilis dili lüğətini götürüb oxumağa başladı


  • deyəsən adətintən əl çəkmək istəmirsən ? ( Akif soruşdu )

  • keçmişdə bir nəfər musiqi dərsini tələbələrinə öyrətmək üçün faytonla bir evdən başqa bir evə gedərkən yolda keçirdiyi vaxt ərzində italyan dilin öyrənib

  • faytonda ?

  • bəli, faytonda. Bir neçə dəfə saatla yoxlamışam. “ samir ” mərkəzinə gedərkən hər gün yolda 1 saatla - saat yarım arasında vaxt itiririk. Bu vaxtı sadəcə yola baxmaqla keçirtməkdənsə, nə isə öyrənməyi üstün tuturam

  • heç olmasa bir şey öyrənə bilirsən ?

  • əlbətdə. Bu iki ay ərzində xeyli söz ehtiyatı yığmışam

  • afərin. Mərkəzdə işlər necə gedir ? 10 gündür o qədər pasient var ki, vaxt tapıb sənə baş çəkə bilmirəm

  • hər şey qaydasındadır. Bir də ki nə çətin işim var ee ? mərkəzdə yazılan və ya qəbul edilən əlyazmaları kompyüterdə yazıb ya printerdə çıxardıram, ya da elektron bazaya köçürdürəm. Bir neçə dəfə də sənin yazdığın reseptləri kompda yazmışam. Xəttin çətin oxunur

  • belə yazmaq biz həkimlərin adətidir. Sənə nə qədər deyirdiksə “ samir ” mərkəzinə üzv olmaq istəmirdin. Indi ordan əl çəkmək istəmirsən. Sənin işindən baş açmaq olmur

Akif oğlunun diqqətinin kitaba yönəldiyini görüb söhbəti yarımçıq kəsərək gülümsünüb fikrini yola yönəltdi.

1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə