Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə5/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

Bakı. Azərbaycan

Hava soyuq olsa da külək dayanmışdı, qar da yağmırdı. Buludların arasından süzülən zəif günəş şüaları ağ xalı kimi torpağın üzərinə sərilmiş qarın üzərinə düşdükcə bərq vuraraq əsrarəngsiz gözəllik yaradırdı. Asif havanın sakit və mülayim olduğun görüb təmmiz havada gəzişmək üçün həyətə çıxdı. Evlərinin qarşısında bir az o tərəf-bu tərəfə getdikdən sonra həyətlərindən kənara çıxmaq istədi. Bir az irəliləmişdi ki qarşıdakı içinə qar yığılmış çalanı görmədi və arabanın təkəri çalaya düşərək aşdı. Asif yıxılarkən böyrü zərblə daşa dəydiyindən qabırğası zədələndi. birtəhər özünü ələ alaraq telefonu götürüb anasına zəng vuraraq düşdüyü vəziyyəti ona danışdı. Anası tez onun yanına gələrək təcili yardıma zəng vurdu. Xəstəxanada Həkim ciddi bir şey olmadığını desə də ağrının ona əzab verəcəyini və 10 gün xəstəxanada müalicə almağın vacibliyini bildirdi. Müalicənin 4-cü günü Asif özünə yer tapa bilmirdi, çünki sabah anasının ad günü idi və asif anasını bu şad günündə xəstəxanada qəmgin yox, evdə şad-xürrəm görmək istiyirdi. Tibb bacısı otağa girib dedi



  • Asif, həkim səni müayinəyə çağırır. 15 dəqiqə sonra onun kabinetində olun

Asif durub getmək istiyəndə anası dedi

  • dayan kömək eliyim

  • yox lazım deyil. Dünənnən bəri özümü yaxşı hiss eliyirəm

deyib dəhlizə çıxdı və əliylə qabırğasından tutub bir az dayandıqdan sonra yoluna davam elədi. Həkimin otağına çatanda içəri girərək salam verdi

  • salam həkim. Necəsiniz ?

  • deyəsən vəziyyət yaxşıdı. Tək gəlmisən

  • bunu sizdən eşitmək xoşdu

  • çənəvə güc vermə, köynəyivi çıxart görüm

  • həkim məni sonra müayinə eliyərsiz. Hələlik isə xahiş edirəm bir işdə mənə kömək edəsiniz

  • ( həkim keçib onunla üzbəüz oturaraq maraqla soruşdu ) o nə işdi elə ?

  • Xahiş edirəm məni bir günlük evə yazasınız. Amma heç kimin bunun bir günlük olduğundan xəbəri olmasın. Hamı elə bilsin ki artıq sağalmışam və burdan birdəfəlik çıxıram

  • Nəyə görə ?

  • Səbəb budur ki, sabah anamın ad günüdür. Istiyirəm ad günündə o özünü xoşbəxt hiss eləsin

  • Mən səni başa düşürəm, cəfakeşliyividə yüksək qiymətləndirirəm amma bu mümkün deyil. Mən səni evə buraxa bilmərəm

  • Axı nəyə görə ?

  • Ona görə ki cənab Asif, bu sənin üçün təhlükəlidir. Müalicə tam başa çatmadığından zədənin ciddiyəti arta bilər. Ikincisi isə onsuzda sə ağrılara dözə bilməyəcəksən, və hamı hər şeyi başa düşəcək

  • Həkim siz dediniz mən eşitdim. Indi isə siz mənə qulaq asın. Mənim 20 yaşım var və bu yaşa qədər fiziki vəziyətimlə əlaqədar olaraq bir dəfə də olsun onun üzünü güldürə bilməmişəm. Digər qadınlar öz oğullarının uğurları haqda bəh-bəhlə danışanda onun danışmağa sözü olmayıb. Dəfələrlə müxtəlif xəstəxanalarda yatdıımdan bütün qohum-əqraba hansısa toy məclisində əyləndiyi vaxt o mənə qulluq eləmək üçün yanımda qalmağa məcbur olub. Bəli həmişə məhz belə olub. əgər onu sevindirə bilmirəmsə qoy heç olmasa kədərləndirmiyim. Xahiş eliyirəm həkim. Cəmi bircə gün

Həkim əlini qoynuna qoyub bir az düşündükdən sonra gülümsünərək dedi

  • birisigün ad günü tortundan mənə də gətirməsən səni düz 2 ay bura saxlayacam

  • o da mənim gözlərim üstə

  • müayinədən sonra yadıma sal sənə ağrıkəsici dərmən verəcəm. Mütləq lazımın olacaq

  • ( Asif sevincindən uçmaq istiyirdi ) çox sağ ol həkim. Çox sağ ol. Çox sağ ol

Müayinədən sonra palataya qayıdanda anası soruşdu

  • necə keçdi ? həkim nə dedi ?

  • əla. Həkim nikbin danışdı. Qabırğamı yenə snimkadan çıxartdılar, həkim son sözü snimkaya baxandan sonra deyəcək.

Yarım saatdan sonra həkim əlində snimka palataya girdi və hər şeyin arxada qaldığını bildirib Asifi evə yazdı. Xəstəxananın qarşısında taksiyə oturub evə gedəndə yolüstü anasına hədiyyə də aldı. Ad günündə hamı şənlənsə də bu gün Asif üçün sanki vaxt dayanmışdı. Keyidici dərmanın təsiri keçdiyindən ağrı onu get-gedə əldən salırdı. Ona görə də tortun kəsilməsinə qala bilməyib yorğun olduğunu bəhanə edərək otağına getdi. Səhər açılan kimi hər şeyi valideyinlərinə danışdı və yenidən xəstəxanaya qayıtdılar. Artıq Asif özünü xoşbəxt sayırdı, çünki artıq onun anasının da başqa qadınların yanında oğlu haqqında fərəhlə danışmağa sözü vardı.

Çako vilayəti. Argentina

Pedro içəri girəndə Xose divanda oturub şəkil çəkirdi. Ona mane olmaq istəməsədə fikrini dəyişərək gəlib onun yanında oturdu



  • nə çəkirsən orda ?

  • çin səddi

  • baxmaq olar ?

  • ( Xose hələ tamamlamadığı rəsmi atasına uzadıb dedi ) al bax. Onsuzda çəkdiklərimi sizdən başqa heç kimə göstərə bilməyəcəm.

  • ( Pedro şəkilə baxa-baxa dedi ) sənə bir şad xəbərim var

  • Çoxdandı şad xəbər eşitmirəm. de gəlsin

  • Azərbaycanda fiziki qüsurlu insanlar üçün xüsusi mərkəz açılıb. Bu gün iş yerində eşitdim ki 2 ay bundan qabaq həmin mərkəzin argentinada da filialı yaradılıb. Mən həmin yerlə əlaqə saxlayıb sənin haqqında danışdım. Mənə dedilər ki 3 aydan sonra azərbaycanda əlil rəssamların əl işlərindən ibarət sərgi açılacaq oğlunuz orda iştirak eliyə bilər

  • ( Xose sevinclə soruşdu ) doğru deyirsən ?

  • əlbəttə. Hazırlaş bazar ertəsi çəkdiyin bir neçə rəsmlə birgə buenos ayresə gedəcəyik. Qoy görsünlər mənim oğlum necə fərəsətlidi

  • çox sağ atacan. Sən dünyanın ən qayğıkeş atasısan

  • amma əvəzində mənim də səndən 2 istəyim var

  • nə desən mən hazır

  • birincisi dərslərini kənara qoymamalısan, ikincisi isə bacarsan Veneranın da şəklini çək, qoy Lusiyə hədiyyə olsun

  • mən artıq başlamışam ( üzünü mətbəxə çevirib soruşdu ) ana bu gün neçənci gündü ?

  • şənbədir

  • bəs ayın neçəsidi ?

  • əl çək Xose. Mən sənin üçün kalendar deyiləm. Pedro, Lusi niyə sənnən gəlmədi ? bütün günü o katibə qızın yanında olur. Bilmirəm danışmağa bu qədər sözü hardan tapırlar

  • həə yaman dostlaşıblar. Viktoriya Lusiyə kompyüterdə işləməyi öyrədir. Bayaq yanlarından keçəndə eşidirəm ki hansısa proqramın sadabınnan danışırdılar

  • ( Xose gülümsünüb düzəliş etdi ) sadab yox ee ata setap

  • Hər nə isə. Qoy öyrənsin. Bunun Lusiyə ancaq xeyri dəyə bilər.

bazar ertəsi Pedro yuxudan duranda Xosinin artıq hazır olduğunu gördü

  • sən bütün gecəni yatmamısan ?

  • niyə ki, yatmışam. Sadəcə bəziləri kimi tənbəl deyiləm

  • ( Mariya corablarını geyinə-geyinə dedi ) Pedro görəsən həmin mərkəzdə insanlara ədəb dərsi keçillər ?

  • ( səs-küyə oyanan Lusia atasının tərəfin tutdu ) qoçağa bir bax. Sən də dünən atam kimi bütün günü işləsəydin bu gün günortaya qədər yatardın

  • ( Xose stulda oturaraq yalannan dodaqlarını büzdü ) noolub ee hamınız düşmüsünüz üstümə. Hələ buna bir bax, ərə də getmir ki canımız qurtara. Haker olub mənimçün

  • ( Pedro yerindən durub köynəyini geyinə-geyinə dedi ) bəsdir Xose. Deməmişəm Lusiynən işin olmasın ?

  • ( atasının onun tərəfini tutduğunu görüb qürurlanan Lusia dedi ) çox sağ ol ata. Bunun cavabını verməsən çiynimizdə oturar

  • ( Mariya kiçk elektrik peçini yandırıb dedi ) sən də az danış Lusi. Onnansa dur yerləri yığ. Mən də səhər yeməyi hazırlayım

  • ( Pedro şlyapasını bazşına qoyub dedi ) biz tələsirik. Yoldan bir şey alıb yeyərik

Pedro bunu deyib ayaqqablarını geyinərək qapıdan çıxdı. Xose də içində rəsmlər olan çantanı götürüb onun dalınca çıxanda Lusia təzədən uzanıb yorğanı başına çəkdi. Mərkəzdə Xoseylə hərtərəfli maraqlandılar. Onu 3 aydan sonra keçiriləcək rəsm sərgisinin iştirakçıları siyahısına saldılar, yaşadığı rayonda fəaliyyət göstərən rəsm dərnəyində pulsuz təhsil alması üçün ona xüsusi kupon verdilər, mərkəzin tibb şöbəsində kəsilmiş qolunun yerinə protez qol düzəltmək üçün ölçü götürdülər və yaxın vaxtlarda gəlib yaşadığı şəraitlə yaxından tanış olacaqlarına söz verdilər. Geri qayıdanda Xose böyük sevinclə ona deyilənləri anasına və Lusiaya danışdı. O gün axşam son 2 ayda ilk dəfə olaraq hər birinin üzü gülürdü. Şam yeməyindən sonra televiziya qarşısına yığılıb sevimli seriallarına baxmağa başlaılar. Serial qurtarar-qurtarmaz sexin darvazasının zəngi çalındı. Pedro qapını döyənin kim oluğunu öyrənmək üçün çölə çıxdıqdan bir-neçə dəqiqə sonra Gustavo ilə birgə geri qayıtdı. Xose onları görən kimi durub Gustavoya yer verərək özü gedib çarpayının üstündə anasının yanında oturdu. Gustavo içəridəkilərlə görüşdükdən sonra Lusiya soruşdu

  • Gustavo əmi nə içirsən ?

  • kofe olsa əla olar

Lusiya -baş üstə- deyib sobaya tərəf gedəndə Gustavo soruşdu

  • hə Pedro, de görüm Xoseynən bağlı nə dedilər ?

  • yaxşı ki getdik. Bizi yaxşı qarşıladılar. Xoseni bu yaxınlarda keçiriləcək rəsm sərgisində iştirak etməyə dəvət elədilər, həm də söz verdilər ki ona tezliklə protez qol düzələcəklər. Nə bilim dediklərini eləsələr Xose üçün yaxşı olar

  • əlbətdə ki olacaq, sən ürəyivi sıxma ( Lusiyanın gətirdiyi kofeni ondan alıb qarşısına qoyaraq sözünə davam elədi ) bunlar yaxşı xəbərlərdi, amma bir xəbər də mən gətirmişəm. bilmirəm razı olacaqsan ya yox

  • ( pedro kofedən bir qurtum içib soruşdu ) o nə xəbərdi elə ?

  • ( Gustavo da kofedən bir qurtum içim cavab verdi ) mənə bir iş təklif eliyiblər istiyirəm sən də mənimlə gedəsən.

  • O nə işdi elə ( Pedro səbirsizliklə soruşdu )

  • Tələsmə indi hamısini danışacam. Qonşu qəsəbədə böyük bir şirkət açılıb, taxta emalı ilə məşğul olurlar, müxtəlif ölkələrdən ağac gətizdirib burda emal edirlər. Məni iki gün bundan qabaq işə götürüblər. Turk dilini bildiyim üçün dedilər ki özünə işçi heyyəti yığ get türkiyəyə. 1-2 aya gedirəm. Yaxşı da maaş verəcəklər. Məndə fikirləşdim ki mənimlə gedərsən tükiyəyə ailə üzvlərin də qalıb burda gözətçilik eliyər.

  • Bəs maaşı nə qədərdi ? ( Mariya soruşdu )

  • Gündə 3 dəfə yemək, isti paltar, qalmağa yer və hər ay 5.000 abş dolları maaş. Məncə Pedro orda işləməyə razılıq versə 1-2 ilə özünüzə ev ala bilərsiniz. Ancaq bir məsələ var ki evə yalnız ildə iki dəfə gələ bilərsən. Hər 5 aydan bir 1 aylıq icazə verirlər. Dağların əhatəsində olduğundan telefon işləmir. Yalnız məktublaşmaq mümkündür

  • Bəs türk dilini harda öyrənmisən ? ( Xose maraqla soruşdu )

  • 5-6 il bundan qabaq türk səfirliyində sürücü işləyəndə

  • Bəs buranın sahibinə nə deyəcəyik ? ( Lusiya soruşdu )

  • O barədə narahat olmayın. Sexin sahibi mənim köhnə dostlarımnandı. Mən onunla danışaram

  • ( Pedro alnını ovxalayıb dedi ) açığı nə deyəcəyimi bilmirəm

  • ( Gustavo ayağa qalxaraq dedi ) mənim işim var, getməliyəm. sizdə oturun yaxşı-yaxşı fikirləşin.

Pedro Gustavonu yola salıb geri qayıdanda evdəkilər artıq müzakirəyə başlamışdılar. Gecə saat ikiyə qədər bu haqda söbət eliyəndən sonra Pedro getməyi qərara aldı və bu günkü uğurlu günə görə tanrıya minnətdarlıq eləyib yatdılar

Moskva. Rusiya

Otaqda oturub vodka içə-içə conu gözləyəyən Karlos ayağa qalxanda Markez soruşdu



  • gözləməyə səbrin çatmadı ?

  • yox. Ayaqyoluna dəyib qayıdıram

  • ( Sergey gülümsünərək soruşdu ) deyəsən yaş öz işin görür axı ?

  • Öz işini yaş yox. Bayaq içdiyim 3 bakal piyvə görür

Karlos gülüşlər altında otağı tərk edəndə Sergey soruşdu

  • niyə bunun ləqəbi lobo-du ?

  • ( markez çənəsini qaşıyaraq dedi ) valideyinlərini canavarlar yeyib ona görə. Uşaq vaxtı valideyinləri bunu da götürüb meşəyə istirahətə gediblər. Axşamüstü meşəyə çatana hava soyuq olub, ata-anası bunu maşında qoyub özləri düşüblər yerə ki çadır qursunlar. elə bu vaxt hardansa canavarlar peyda olub.

Karlos içəri qayıdanda Con artıq gəlmişdi və hal-əhval tuturdu. Keçib öz yerində əyləşəndən sonra Con sözə başladı

  • Madam ki hamınız burdasınız yubanmadan bu möhtəşəm xəbəri sizə çatdıra bilərəm. sabahdan işimiz ikiqat artır. Bildiyiniz kimi azərbaycanda əlillər üçün xüsusi mərkəz açılıb və bu mərkəzin bizim əhatə dairəmizdə olan ölkələrdə filialları var. Mərkəzdə bu ölkələrin bütün əlilləri haqda ətraflı məlumat var və bu mərkəzlərə müraciət eliyənlər günbəgün artır. Bu gündən biz daha hansısa əlili ələ keçirtmək üçün əziyyət çəkmiyəciyik, onlar özləri bizim yanımıza gələcəklər. Poler bütün məlumatları Karlosun kompyüterinə ötürəcək, Karlos isə sizlərə. Siz də hansını məsləhət bilsəniz onu götürəcəksiniz. Çalışın əyalətlərdə yaşayan kimsəsiz və kasıb uşaqları oğurlayasınız ki onları itirib-axtaran olmasın, yəni başımız çox ağrımasın. Indi isə gəldik əsas məsələyə. əlil çoxdusa deməli cəsəd də çox olacaq, deyin görüm siz cəsədləri necə yox edirsiniz ?

  • ( Sergey stəkana yenicə tökdüyü vodkadan bir qurtum içib dedi ) mən cəsədin üstünə xüsusi dondurucu maddə püskürdürəm, sonra onu qarla qarışdırib sibirə göndrirəm. Heç it də iyləsə heç nə tapa bilməz.

  • ( Xavyer əlindəki siqardan bir qullab alıb dedi ) mənim qəfəsdə 3 dənə ayım var. Cəsədi iri ətçəkən maşından keçirib ayı yemiylə qataraq onlara yedirdirəm, nəcislərini isə aparıb içində çoxlu ayı yaşayan meşəyə atırlar.

  • ( Markez eynəyini silə-silə cavab verdi ) mənim dəfn bürolarında olduğu kimi xüsusi sobam var. Cəsədləri 1600 selsi istiliyi olan odda kül elədikdən sonra vertalyotla aparıb dağlara səpirlər

  • ( Con üzünü Karlosa çevirdi ) hə lobo, Bəs sən ?

  • ( Karlos əlindəki alışqanı oynada-oynada dedi ) xüsusi düzəldilmiş iri hovuzum var, içinə də ki ağzınacan kislata doldurmuşam. Cəsədi içinə atıram vəssalam.

  • ( Con alnını ovuşdurub dedi ) bunlar hamısı ağlabatandı, amma poler istiyir ki siz cəsədləri onun istədiyi üsulla yox eliyəsiniz

  • ( dördü də maraqla soruşdular ) bu hansı üsuldu elə ?

  • ( Con usulu onlara izah etdikdən sonra dedi ) dünən televizorda verirdilər. Bu yaxınlarda hindistanda bir qrup alim, daha dəqiqi 3 alim. insanda ola biləcək fiziki qüsurları uşaq hələ ana bətnində olarkən aşkar edərək aradan qaldıra bilən cihaz və dərmanlar kəşf etdiklərini deyiblər. Televiziya proqramların birindən səhiyyə nazirinə səslniblər ki “ bizim kəşfimiznən maraqlanın ”

  • Gələcəkdə neyləyəcəyik ? ümidimizi qəzalara bağlayacayıq ? ( lobo soruşdu )

  • ( Con üzünü Sergeyə tutub soruşdu ) kəşmirdə olmusan ?

  • Yox, olmamışam

  • Məsləhət görürəm gedib görəsən. Gəzib-görməli yerləri çoxdur

Con bunu deyərək bir parça sala götürüb yeyə-yeyə kafeni tərk etdi.

Hindistan

Dehlinin qərbində kənar yolla irəliləyən mikroaftobusun sürücüsü yolda qurulmuş polis postunu təəcüblənərək yanında oturana dedi



  • bu polislər hardan çıxdı belə ? 10 ilə yaxındır bu yolla gedib gəlirəm, hələ indiyə qədər bir dənə də olsun polis postuna rast gəlməmişəm

  • nə bilim qardaş, yəqin nə isə olub. Bizi saxlasalar soruşarıq

maşın posta yaxınlaşanda polislərdən biri dayanmaq işarəsi verdi. Sürücü maşını kənara verib saxlayaraq onlara yaxınlaşan polis işçisindən soruşdu

  • buyurun müfəttiş. Sizə nə lazımdır ? bizi niyə saxlamısınız ?

  • mən müfəttiş Samarsinkəm. Bizdə olan məlumata görə quldur başçısı və qatı cinayətkar olan Rac bu ərazidə gizlənib və burdan silah keçirtmək istəyir. Ona görədə burdan keçən hər bir maşını diqqətlə yoxlamalıyıq. Maşında nə aparırsınız ?

  • maşında 3 nəfər adam var cənab. Onlar alimdirlər cənab. Mən hər gün onları evlərindən götürüb universtitetin labaratoriyasına aparıram. Başqa heç nə yoxdur cənab müfəttiş, buyurub baxa bilərsiniz

maşına girən polis ordakı alimləri görüb əllərinin içini bir-birinə yapışdıraraq başı bərabərində qaldırıb dedi

  • salam cənablar. Bağışlayın ki sizi narahat edirəm, amma bizə tapşırıblar ki bu ərazidən keçən bütün maşınları yoxlayaq

  • narahat olma oğlum, sən vəzifəni yerinə yetirirsən ( alimlərdən biri dilləndi )

  • ( maşının içində o tərəf-bu tərəfə baxa-baxa dedi ) təşəkkür edirəm. keçən gün televizorda sizin danışdıqlarınıza qulaq asırdım. Çox şadam ki bu cür işlər məhz mənim vətənimin adı ilə bağlı olacaq. Mən heç nə tapmadım, gedə bilərsiniz. ( maşından düşmək istəyəndə dayanaraq geri çevrildi ) lap yadımdan çıxmışdı. 2 gündən sonra holli bayramıdır və bizim idarə bu bayramla əlaqədar maraqlı kampanya keçirdir. Biz yoxladımız hər bir maşının sürücüsnə holli bayramı münasibətilə hədiyyə veririk. Sürücülər həmişə bizi görəndə qorxuya düşüllər. qoy görsünlər ki biz polislər də insanıq, bizim də ürəyimiz var.

Maşından düşərək bir neçə dəqiqədən sonra əlində güllər və oyuncaqlarla geri qayıtdı. əlindəki 3 qızılgülü və ayı kuklalarını alimlərə pylayaraq dedi

  • buyurun bu gülləri xanımınıza verərsiniz, bu oyuncaqları isə nəvələrinizə. Ancaq sizdən çox xahiş edirəm əgər hansınızınsa evində 1-dən çox uşaq varsa və həmin uşaqlar bu oyuncağın üstündə davaşsalar məni söyməyin

alimlər gülərək hədiyyələrə görə ona təşəkkür etdilər və polis müfəttişi maşından düşəndən sonra sürücü maşını işə salaraq yola davam elədi. Maşın gözdən itən kimi Sergey yaxınlıqdakı polis maşınından çıxaraq dedi

  • afərin uşaqlar. əla işlədiniz. Indi isə getmək vaxtıdır, 15 dəqiqədən sonra buralarda aləm bir-birinə qarışacaq

15 dəqiqədən sonra alimləri aparan mikroaftobusun içində dalbadal 3 güclü partlayış oldu və mikroaftobus partlayışların nəticəsində içindəki adamlarla birlikdə tikə-tikə olaraq ətrafa səpələndi. Segeyin isə qrup daxilindəki nüfuzu daha da artdı.

HADİSƏDƏN 2 AY ƏVVƏL

Bakı. Azərbaycan

Samir mərkəzin binasına girəndə, qapıda Əzizlə qarşılaşdı



  • salam Əzizim. Bu nə vəziyyətdi ? bərbad görsənirsən

  • salam müəllim. Qrip olmuşam. Dünə gecə qızdırmadan yata bilməmişəm

  • bəs bu vəziyyətdə işə niyə gəlmisən ?

  • neyniyim axı ? görüləsi o qədər iş var ki

  • bu vəziyyətdə işləmək sənə ziyandı. Sonra sənin üçün daha pis nəticə verə bilər. Mən tapşıracam səni əvəz eləsinlər, get evdə 1-2 gün dincəl. Mühasibə də tapşıracam ehtiyat fonddan sənə bir az pul versin. Bir neçə gün ye-iç, uzan, dincəl ki tezliklə sağalasan. Burda işləyən hər bir insan mənim üçün çox əzizdir. əgər sən bu vəziyyətdə işləməyə davam eləsən, fikrim bütün günü sənin yanında qalacaq

  • hər şeyə görə çox sağ olun müəllim

  • özündən muğayət ol

Samir kabinetinə girib kresloda əyləşəndə gözü masanın üstündəki faks kağızına sataşdı və götürüb oxumağa başladı. Onu ispaniyada keçirilən “ fiziki qüsurlu insanların pensiyadan asılılığı ” adlı, tədbirə də`vət edirdilər. Faksı tam oxuyub qurtarmamış telefon zəng çaldı

  • buyur Anna, eşidirəm

  • müəllim, əmək və əhalinin sosial müdafə naziri sizinlə danışmaq istəyir

  • calaşdır

  • -------------------------

  • Buyurun cənab Mahmudov, eşidirəm

  • Salam Samir. Istiyirəm bu gün qonağın olum, nə deyirsəm ?

  • Ürəyiniz nə zaman istəsə buyurub gələ bilərsiniz

1 saatdan sonra nazir mərkəz gələndə Samir onu kabinetin qapısında qarşılayıb, hər zaman oturduğu kreslonu göstərdi

- buyurun müəllim, əyləşin

- ( nazir, divanda oturaraq zarafatla dedi ) mənim başqasının yerində gözüm yoxdu. 4 ay bundan əvvəl döşüvə döydüyün yadındadı ? indi, de görüm bu 4 ayda nə iş görmüsən

- ( Samir keçib yerində əyləşərək soruşdu ) nə içəcəksiniz ?

- heç nə. Mən bura yalnız sənin yazdığın ş`eri öz dilindən eşitmək üçün gəlmişəm

- bu 4 ayda çox iş görmüşük. Respublikanın 10 bölgəsində fiziki qüsurlu insanlar üçün xüsusi avtobuslarla təhciz olunmuş peşə məktəbləri açılıb. Dövlət televiziyasında həftəlik 14 saatlıq efir vaxtımız var. Dünyanın 12 ölkəsində mərkəzin filialları yaradılıb və bu proses davam edir. 1 həftə sonra əlil rəssamların sərgisi açılacaq, 1 ay sonra isə əlillərin birinci beynəlxalq “ stolüstü oyunlar ” turniri keçiriləcək. Yüzlərlə əlil, mərkəzin tibb şö`bəsində pulsuz müalicə alır. Hal-hazırda mərkəzdə 60-dan çox fiziki qüsurlu insan çalışır. Hətda, yalnız fiziki qüsurlu insanların rol alacağı bir film də çəkməyi planlaşdırırıq. Və daha nələr-nələr. Hələ saytın xidmətlərini saymıram

- afərin. O vaxt mənə irad tutdular ki, niyə bu mərkəzin rəhbərliyini savadlı və təcrübəli bir adama yox, ayaqdan əlil birinə tapşırıram. Amma mən inanırdım ki yalnız və yalnız bu layihəni quran insan, onu həyata keçirə biləcək. Öz hisslərini kağıza tökən şair kimi. Çox sağ ol ki məni başıaşağı eləmədin

- məni də çox tənqid elədilər ki, güya mən işə mane oluram, mənim yerimə sağlam insan olsaydı daha çox iş görə bilərdi. Mən bütün işləri ağlımnan görürəm ki, ağıl da başda olur. Ayaqların bura nə dəxli var bilmirəm

- sən onlara fikir vermə. Tənqidçilər hər zaman olub və olacaq. Dünyanın bir çox yerində, öz dövründə tənqidə məruz qalan yaradıcı insanların heykəlinə rast gəlmək olar, amma dünyanın heç bir yerində heç bir tənqidçinin heykəlinə rast gəlməzsən

- başımız bayaqdan söhbətə qarışıb deyə soruşmaq yadımdan çıxıb. Ürəyiniz necədir ? yenə sizi incidir ?

- dünən həkimə getmişdim. Mənə dedi ki -çox işdiyirsən-. Məsləhət gördü ki işdən çıxım

- bəs sizin fikriniz nədi ?

- mən də elə düşünürəm. yaş öz sözünü deyir, bu il 65 olacaq, artıq dincəlmək vaxtıdır. Gələn həftə işdən çıxmaq haqda ərizəmi yazacam

- birisigün ispaniyadan gələn əlil insanlarla, burdakı əlil insanlar arasında keçiriləcək forumdan sonra, qurban bayramı ilə əlaqədar tədbir keçirəcəyik. Sizi də o tədbirdə gömək mənim üçün xoş olar

- mütləq gələcəm. fiziki qüsurlu insanların yanında olmaq təkcə vəzifə borcu deyil, həmi də insanlıq borcudur

- müəllim, mənim sizdən bir xahişim də var

- buyur

Samirin xahişini dinləyəndən sonra, bu xahişə əməl edəcəyini bildirən mahmudov ayağa qalxdı. Samir onu yola salandan sonra Muradı yanına çağırdı



  • ispaniyadan gələn heyyəti hansı oteldə yerləşdirmisiniz ?

  • ” qüsursuz xidmət ” otelində

  • Bu otelin adını birinci dəfədir eşidirəm. nə isə, oranın telefon nömrəsini və Devidin qaldığı otağın nömrəsini mənə ver.

Murad nömrəni Samirə verib gedəndən sonra, Samir otelə zəng vuraraq onu Devidlə calaşdırmalarını istədi. Devid trupkanı götürən kimi əsəbi-əsəbi dedi

  • alo, eşidirəm

  • salam amigo

  • (Samirin səsin eşidən Devid səsini yumşaltdı ) ooooo. Necəsən amigo ?

  • Mən əlayam. Sənə nə olub ? deyəsən əsəbləşmisən ?

  • əsəbləşməyim neyləyim ? dünən valensiya öz meydanında deportivoya uduzub

  • ola bilməz. Axı 2:0 udurdu ? mən də 2:0-dan sonra getdim yatmağa ki, artıq qələbə bizimdir

  • 2:3 olub. Indi idman xəbərlərində verirdilər

  • Eybi yox. Gələn tur səfərdə atletiko madrid-i udar, əvəz-əvəz olar. Başımız söhbətə qarışdı deyə, əsas məsələ yadımdan çıxdı. “samir” mərkəzinə, yanıma gələ bilərsən ?

  • Biz ki “ valencia ”-lıyıq. əlbətdə gələrəm. mənə 1 saat vaxt ver

  • Artıq 59 dəqiqə, 55 saniyən qaldı

45 dəqiqədən sonra Samirin kabinetinə girən 35 yaşlı, ortaboylu, qalın və pırtlaşıq saçlı, əslən iqtisadiyyatçı olan və zarafatı çox sevən Devid, tanış olduqları bu 4 ayda Samirlə bərk dostlaşmışdı. Işdən əlavə ən çox danışdıqları mövzular isə “ valencia ” futbol klubu, öz ölkələrinin məzəli lətifələri və birgə yaratmaq istədikləri basketbol klubu haqda idi. Devid içəri girib Samirlə görüşükdən sonra, soruşdu

- mərkəzin həyətində çoxlu qoç var. Bunlar nə üçündür ? mərkəzin yeməkxanası üçün ?

- mən də səni buna görə çağırmışam. Birisigün bizdə bayramdır, bu qoçlar da həmin bayram üçün alınıb

- dövlət bayramıdır ?

- yox, “ qurban bayramı ” adlı dini bayramdır. Bu bayramı təkcə azərbaycanlılar deyil, bütün dünya müsəlmanları qeyd edirlər. Imkanı olan şəxslər bu bayramda dəvə, öküz və yaxud qoç kəsərək ətini kasıblara, kimsəsizlərə, xəstələrə, bir sözlə, bu ətə ehtiyacı olan insanlara paylayırıq. Bununla həm onlara sevinc bəxş edirik, həmi də müəyyən qədər qida ehtiyaclarını ödəyirik

- ( heyranlıqla Samirə qulaq asan Devid soruşdu ) hansını kəsmək daha xeyirlidir ?

- fərqi yoxdur. Imkanın hansına çatsa, onu da alıb kəsərək ətini paylaya bilərsən

- necə də gözəl hərəkətdir. Ac insanları doyurmaq həqiqətən də qürurverici addımdır

- bu hələ harasıdır ki. Islamda “ ramazan ” ayı adlanan orucluq ayı var ki, bu ayda fiziki imkanları oruc tutmaq üçün əlverişli olan bütün müsəlmanlar günçıxandan-günbatanadək oruc tutmalıdırlar. Bu ayda insanlar, düz bir ay kasıb və kimsəsiz insanları yedirdirlər

- 1 ay boyunca ? neçə nəfəri yedirtmək tələb olunur ?

- baxır sənin maddi vəziyyətinə. Istəyirsən bir gün “ iftar ” süfrəsi aç, stəyirsən də 30 günün hamısını. Istəyirsən bir nəfər üçün “ iftar ” süfrəsi aç, istəyirsən 1000 nəfər üçün. Oruc tutmaqda və iftar süfrəsi verməkdə əsas məqsəd “ islam ” dininin şərtlərinə əməl etmək və savab qazanmaqdır

- bəs oruc tuta bilməyənlər neyləsin ? onlar üçün savab yoxdur ?

- xəstələrə, qocalara, səfərdə olanlara və hamilə qadınlara oruc tutmaq vacib buyrulmuyub. Oruc tuta bilməyənlər, bunun əvəzində kasıb insanlara nəzir verməlidirlər. Vacib deyil ki bahalı bir şey olsun. Imkanın yoxdursa adi bir xurma belə, nəzir sayıla bilər. əsas odur ki təmmiz qəlblə verəsən

- bəs buna da imkan olmasa necə ?

- onda mə`nəvi oruc tutsa lap yaxşı olar. Dilini söyüş söyməkdən və yalan danışmaqdan qorusa, qulaqlarını qeybətdən və gözlərini zinadan qorusa, əllərini oğurluqdan və kimisə səbəbsiz yerə vurmaqdan qorusa, nəfsinə hakim olsa, haram işlrdən çəkinsə bax bu olar mə`nəvi oruc. Mə`nəvi oruc barədə saydıqlarıma hər bir müsəlman ömrü boyu əməl etməlidir. Ancaq hər kəs bunlara “ ramazan ” ayı boyunca daha çox diqqət yetirsə lap əla olar

- islamda haram deyiləndə nə nəzərdə tutulur ?

- bu çox geniş bir mövzudur. Insanın həyatında danışıqdan qidalanmayadək, hərəkətdən düşüncəyədək hər bir şeydə halal və haram meyarlar var. Qısa olaraq onu deyə bilərəm ki bir başqasına aid olan bir şeyi, sahibinin razılığı olmadan mənimsəmək və ya müvəqqəti ddə olsa belə istifadə etmək haram sayılır. Spirtli içki içmək, qumar oynamaq, kiminsə üstünə şər atmaq, oğurluq etmək, əmanətə xəyanət etmək, kimisə səbəbsiz yerə incitmək də haram və günahlar sırasındadır. Hətda qonşunun bağındakı ağacdan bir alma qırıb yemək istəyəndə də mütləq bağ icazə və halallıq almalısan. Dediyim kimi bu çox geniş bir mövzudur. Imkan düşdükcən sənə izah eliyərəm

- bəs islamın ən kədərli günü hansıdır ?

- “ aşura ” günü

- o gün nə baş verib ki ?

- “ aşura ” günü və ümumiyyətlə islam aləmində baş verən bütün mühüm hadisələr haqda imkan olduqca sənə geniş məlumat verəcəm. hələlik isə bu gün “ qurban ” bayramı və mərkəzin birisigün təşkil edəcəyi bayram tədbiri haqda danışacayıq

Samir “ qurban ” bayramının tarixi, vacibliyi, məqsədi və üsulu haqda Devidə ətrafı məlumat verdikdən sonra, ispaniyadan gələn nümayəndə heyyətinin bu tədbirdə iştirakını və birisigün keçiriləcək forumda səslənəcək məsələləri müzakirə etdilər. Devid getmək istəyəndə Samir stolun siyirtməsindən disk götürüb dedi



  • sənə kiçik bir hədiyyəm var. Birisigün başım qarışıq olacaq, al indidən götür. ( diski Devidə uzadıb, əlavə etdi ) Azərbaycan musiqisində “ muğam ” adlanan janr var. Bu diskin içindəkilər həmin janrdandır. Qulaq asandan sonra fikrini mənə bildirərsən

  • ( Devid diskin o üz-bu üzünə baxıb soruşdu ) burdakı musiqilər arasında sənin ən çox bəyəndiyin hansıdır ?

  • Bu diskdəki musiqilərin hamısı çox gözəldir. Şəxsən mənim, ” qarabağ şikəstəsi ” və Qədir Rüstəmovun ” sona bülbüllər ” mahnıları

Devid Samirin dediyi mahnıların adlarını cib dəftərçəsində qeyd edərək getdi. Birisigün əlillər arasında təşkil edilmiş forumdan sonra, Samir şəhərdəki şadlıq evlərinin birində bayram tədbiri təşkil etdi. Tədbirdə 200-dən əlil, ispaniyadan gələn qonaqlar, mərkəzlə əməkdaşlıq edən təşkilatların əməkdaşları, “samir” mərkəzinin işçiləri, jurnalistlər və xaricdən gələn qonaqlar iştirak edirdilər. Xaricdən gələn qonaqlar qoçların kəsilərək uşaq evlərinə, qocalar evlərinə, ruhi xəstəxanalara və fərdi insanlara göndərilməsinə maraqla baxır, “ qurban bayramı ” haqda olan məlumatlara heyrətlə qulaq asırdılar. Mahmudov bu işdə xüsusi canfəşanlıq edirdi. heyvanlar kəsilərək müvafiq yerlərə göndərildikdən sonra məclis iştirakçıları üçün qurbanlıq ətindən bişirilmiş yeməklərlə süfrə açıldı. Samirin, Mahmudovun və digər bir-neçə nəfərin təbrik çıxışından sonra incəsənət ustalarının çıxışı ilə möhtəşəm konsert proqramı başladı. Plovdan, dolmadan və Azərbaycan mətbəxinin digər gözəl yeməklərindən ləzzətlə yeyən ispanlar, Azərbaycan mətbəxinin zənginliyini və ləzzətini ağız dolusu tərifləyirdilər. Devidin ən çox xoşuna gələn yeməklər isə plov və dovğa idi. Meyxana ustadlarının, rəqs ifaçılarının, muğam ustadlarının, cazmenlərin, saz ustadlarının və estrada müğənnilərinin bir-birini əvəz edən bənzərsiz və gözəl ifaları isə məclis iştirakçılarına unudulmaz bir gün yaşadırdı. Devid əyilərək Samirin qulağına dedi

  • desəm ki -bu günü heç vaxt unutmayacam- özümü yalannan irəli çəkmiş olaram, çunki bu günü unutmaq sadəcə mümkün deyil

Samirin digər tərəfində oturmuş Mahmudov isə iri bir tikə yağlı qoyun ətini əlinə götürərək üzünü hektora tutub səsinin eşidilməsi üçün ucadan dedi

  • saki həkimlər pəhrizə görə bu cür yeməkləri mənə qadağan ediblər

  • narahat olmayın cənab nazir. Qurbanlıq heyvanın əti heç kimə zərər verməz ( Samir eyni ahənglə cavab verdi )

tədbir qurtarandan sonra evlrinə və otellərə dağılışan hər bir insanın üzündə xoşbəxtlik, ürəyində fərəh, gözlərində isə alışıb-yanan həyat eşqi var idi.
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə