Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə4/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

Çako vilayəti. Argentina

Bu dəfə yağan qar bəlkə də heç bir zaman gecəqondu məhəlləsində yaşayan insanların yadından çıxmayacaqdı. 3 gün əvvəl tikinti şirkətinin nümayəndəsi stadionu vaxtında təhvil vermək üçün evlərin bazar günü söküləcəyini və bu vaxta qədər evlərin boşaldılması haqda xəbərdarlıqdan sonra soyuq havada küçədə qalmaq qorxusu ilə ona yalvaran insanlara rayonun şərq tərəfində onların onlar üçün yaza qədər qala biləcəyi sığınacaq tikildiyini demişdi. Ona görədə şənbə günü kədər içində ev əşyalarını şirkətin ayırdığı maşınlara yükləyən insanların üzərinə yağan sanki qar deyil, göydən yağan dərd, kədər, qəm-qüssə idi. Get-gedə şiddətini artıraraq yağan qarı çarəsizliklə talehlərinə ağlayan insanların üzünə çırpan külək də sanki bununla ümidsizlik içində çırpınan insanlara iztehza edib gülürdü. Pedro içinə ev əşyaları yığılmış sonuncu qutunu Lusiadan alıb maşına qoyanda onun soyuqdan titrədiyini görərək keçib kabinədə oturmasını istədi. Şirkətin sığınacaq üçün ayırdığı yer 30 ailə üçün kiçik olduğundan bir çox ailələr orda qalmaqdan imtina etdi. Kimi qohumlarının yanına getdi, kimi kirayə ev tutdu, kimi də başqa bir gecəqonduya köçdü. Pedro da işlədiyi fabrikin gözətçisinin işdən çıxaraq paytaxta, oğlunun yanına köçməsindən istifadə edib rəhbərliklə danışaraq ailəsi ilə birgə onun qaldığı fabrikin girəcəyində tikilmiş birotaqlı gözətçi kabinəsinə köçməyə razılıq aldı. Belə olan halda həm qalmağa yerləri olacaqdı, həm də gözətçiliyə görə əlavə pul qazanacaqdı. Köçməkdə onlara kömək eləyən Gustavo ətrafa göz gəzdirib dedi

- daha burda qalmağın mənası yoxdur. Yığışın gedək

əslində Gustavonun getmək təklifini onların bu acı mənzərəni görüb əzab çəkməmələri üçün etdiyini hamı gözəl başa düşürdü, lakin bir-birilərinə təsəlli vermək və dayaq olmaq üçün heç kim səsini çıxartmadan maşına minməyə başladılar. Gustavo ilə Xose də maşına mindikdidən sonra Pedro maşını işə salıb yola düşdü. Maşın ağır-ağır qarlı və palçıqlı yolla irəliləmyə başlayanda Mariya özünü saxlaya bilməyib hönkür-hönkür ağlamağa başladı. Maşın məhəllədən uzaqlaşdıqca Lusia get-gedə kiçilən evlərə baxaraq yanağından süzülən yaşı gizlətməyə çalışırdı.



Səhərisi gün Pedro Mariyanın xahişi və uşaqların təkidi ilə onları işlədiyi maşınla məhəlləyə gətirəndə artıq bütün məhəllə sakinlərinin ora toplaşdığını gördü. Sığınacaq soyuq, rütubətli və darısqal olduğundan qışın sərt soyuğuna və yağan güclü qara baxmayaraq hər bir kəs bura ürəklərində son ümid qığılcımı ilə, “ bəlkə yağan qarın işə maneçilyindən işləri yaza qədər dayandırdılar ” fikri ilə gəlmişdilər. Lakin ətrafda təmmizlənəsi çox yer olduğundan tikinti şirkəti heç nəyə baxmayaraq yaza qədər ətrafı təmmizləyib qurtarmaqda qəti qərarlıydı. Ona görədə prorabın 3-4 evi iş vaxtı fəhlələrin istifadə etməsi üçün saxlanılıb qalanlarının sökülməsi üçün “ başlayın ” əmrini verməsiylə evlərin üzərinə yeriyən traktor və maşınları gördükdə Pedro daşın üstündə oturub başını əllərinin içinə aldı. Sakitcə bir kənarda dayanıb dağılan evlərinin xarabalıqlarından qalxan toz-dumanı izləyən insanların hər birinin üzündə ümidsizliklə bahəm bir qəm-qüssə, ürəklərində kədər dolu hüzn, gözlərində isə yanaqlarından süzülərək qarın üzərinə tökülən göz yaşı vardı. Kimi ürəyində dua edir, kimi yeni il bayramı üçün kardondan düzəldərək evinin damından asdığı rəngli “feliz anyo nuevo 2012 və xoruz maketinin” dağıdılmasına baxıb ağlıyır, kimi burda keçirdiyi illəri xatırlayıb dərindən ah çəkərək təhssüf edir, kimi bu maşınları saxlamağın bir yolunu fikirləşir, kimi də sadəcə talehiylə barışaraq sakitcə bu mənzərəni seyr edirdi. Bir müddət sonra artıq burda qalmağın mənasız olduğunu görüb dağılışmağa başladılar. Ailə giriş qapısı çürük taxtadan olan və divarlarının çox yerdən suvağı tökülmüş 1 otaqdan və pəncərisin qırılmış şüşəsinin yerə karton vurulmuş kiçik mətbəxdən ibarət olan gözətçi kabinəsinə öyrəşə bilməsə də başqa çarələri yox idi. Qaldıqları yer sığınacaqdan qat-qat isti idi. Sığınacaqda rütubət və soyuğun təsirindən xəstələnənlərin sayı çox idi. Venera da bərk xəstələndiyindən Lusia ona baş çəkməyə getmişdi. 22 ailənin məskunlaşdığı çiy kərpicdən tikilmiş sığınacaqda hər şey bir-birinə qarışmışdı. Divarlar çöldən suvanmadığına görə içəri əməlli-başlı soyuq idi. Ortada qoyulmuş iri odun peçi odun və kömür olmadığı üçün insanların onsuzda dar olan yerini daha da daraltmaqdan başqa bir işə yaramırdı. Antisanitariyanın baş alıb getdiyi sığınacaqda elektrik olmadığına görə içəri yalnız şamlarla işıqlandırıldığından və pəncərələrin qırıq şüşələrinin yerinə kardon parçaları vurulduğundan lusia içəri girəndə bir müddət içəridəki vəziyyətdən baş aça bilmədi. Get-gedə gözləri alaqaranlığa öyrəşdikcə heç kimi tapdalamamaq üçün addımlarını ehtiyatla ataraq Veneranın ailəsinin qaldığı yerə gəldi. Venera damın deşilmiş yerindən içəriyə yağış və qar suyunun tökülməməsi üçün içəriyə qoyulmuş və yariyacan su ilə dolmuş qulpu qırıq və paslı vedrənin yanında sərilmiş döşəkdə uzanmışdı. Qızdırmadan üzü qızarmışdı. Ciyərlərinə bərk soyuq dəydiyindən güclə nəfəs alırdı. Anası baş tərəfində oturub çarəsizlikdən ağlaya-ağlaya gah əskini isladıb onun alnına qour, gah da müqəddəs Məryəmə dua edirdi. Lusia yaxına gəlib onun yanında oturaraq əlindən tutub saçını sığalladı

  • salam əzizim

  • ( Venera göz qapaqlarını yavaş-yavaş qaldıraraq Lusianı görən kimi yüngülcə gülümsünüb ağır-ağır dedi ) bilirdim ki gələcəksən

  • Necəsən Venicita ?

  • Ömrümə az qalıb Lusi, lap az

  • Bəsdir gorək. Sə.......

  • ( Venera onun sözünü yarımçıq kəsdi ) dayan, sözümü kəsmə, bilirəm ki belədi, xahiş edirəm mənə axıracan qulaq as. Bu xəstəlik elə də ağır xəstəlik deyildi, sağalasıydı. Məni bu vəziyyətə pulsuzluq saldı. Nə dərman almağa pul var, nə də həkimə getməyə. Atam sağ olsaydı bəlkə də belə olmazdı. Anam kömək üçün kimin üstünə getdisə əliboş qayıtdı. Bu sığınacaqdakı bütün ailələr bizim vəziyyətdədi. Mən heç vaxt dəbdəbə arzusunda olmamışam bacı, həmişə əlimdə olana qane olmuşam. Ac qalanda da, köhnə paltar geyinəndə də, soyuqdan üşüyəndə də. Amma səhf eləmişəm, gərək pul qazanmaq üçün nə isə eliyərdim. Bunu aptek satıcısının ona dərman üçün yalvaran anamı aptekdən bayıra qovduğunu eşitdiyim gün başa düşdüm. xahiş edirəm bacı sən belə olma, daim mübarizə apar. apar ki xəstələnəndə hansısa həkim ananı hamının yanında təhqir edib gülməsin, əksinə sənin yanına qaça-qaça gəlsin. Söz ver mənə Lusi, söz ver ki bu belə olacaq. ( əlini üstünə örtülən yorğanın altına salaraq ordan taxtadan düzəldilmiş ovuc içi boyda kiçik göyərçin fiquru çıxardaraq onu Lusiaya verib sözünə davam elədi ) al bunu Lusi. Bir gün yüz nəfər mənim kimi çarəsiz insana kömək etmək gücündə olanda bu göyərçini gətirib mənim qəbrimdə basdırarasan. O mənə hər şeyi danışacaq Lusi. Sənin necə böyük adam olduğunu deyəcək mənə. Həmin gün mən də xoşbəxt olacam bacı. Mən səni çox istiyi.......

Venera qəflətən sözünü yarımçıq kəsib əbədiyyən susaraq gözlərini həmişəlik yumdu. Veneranın ölümündən sonra anası havalanaraq dəlixanaya düşdü. Sığınacaqdakı insanlar isə qızınmaq üçün onların ev əşyalarını sobada yandırdılar. Veneranı isə kimsəsizlər qəbristanlığında basdırdılar. Lusia itirməmək üçün göyərçin fiqurunu deşərək ip bağlayıb boynundan asdı.

Moskva. Rusiya

Hər iki tərəfi yeni il aksesuarları ilə bəzədilmiş qarlı yolla gedən köhnə moskviç saykina küçəsinə girəndə qara batıb dayandı. Sürücü maşını bir neçə dəfə dala-qabağa versə də maşını çıxarda bilmədi. Maşından düşən kimi topuqdan yuxarı qarın içinə düşən Con əsəbi halda öz-özünə deyindi - rusiyanın soyuğundan zəhləm gedir -. əyilib maşının batdığı yerə baxdı, qabaq təkərlər qarlı palçığın içində idi. ətrafa göz gəzdirib yaxınlıqdakı parkda oynayan uşaqların yanına gedərək cibindən 100 dollar çıxarıb əl hərəkətləriylə maşınını çıxartmağa kömək edəcəkləri təqdirdə bu pulu onlara verəcəyini başa saldı. 10-12 uşağın köməkliyiylə maşını çıxardıb pulu uşaqlara verəndən sonra yoluna davam elədi. Bir neçə dəqiqədən sonra “ сирота ивы ” kafesinə çatıb maşından düşərək içəri girəndə onu qapıda 2 ay əvvəl işə götürdükləri lal-kar insan olan 53 yaşlı Ivan qarşıladı. Həmişəki üsulla aşağıya düşüb qapısı üzərində söyüd yarpağı şəkli olan otağa girəndə 4-lük onu gözdüyürdü. Con içəri girən kimi hamısı ayağa qalxdılar və Con yerində oturduqdan sonra öz yerlərində əyləşdilər. Con oturan kimi üzünü Xavyerə tutub soruşdu



  • eşitdim xəstələnmisən, indi necəsən ?

  • ciddi bir şey yoxdu, adi soyuqlamadı

  • özüvə yaxşı bax, sən hələ bizə çox lazımsan.

  • Bilirəm Con. Bilirəm

  • Bu gün sizə 2 şad xəbər gətirmişəm. əvvəla gətirdiyiniz pulları özünüzə götürün. Poler dedi ki yeni il hədiyyəsidir. Ikincisi isə yaxın on gün üçün 21 orqan istiyiblər. ( cibindən kağız çıxardıb Markezə verərək dedi ) bu işi sən gör. Sənə verdiyim kağızda orqanların adları və çatdıracağın ünvanlar yazılıb.

  • Baş üstə Con

  • Poler uşaqların saxlanma şəraitindən narazıdır. əmr edir ki marta qədər heç biri diləndirilməsin. Tapşırır ki onları təmmiz və isti yerdə saxlayasınız və qidalarına fikir verəsiniz ki sağlam qalsınsar. Istiyir ki hər birinizin 2-3 həkimdən ibarət kiçik tibb məntəqəniz olsun. Son 2 ay ərzində soyuqdan, infeksiyadan, aclıqdan və digər səbəblər üzündən 28 uşaq ölüb. Poler istəmir ki oğurlanan əlil uşaqlar ona heç bir xeyir vermədən ölsünlər. ( siqaret yandırıb soruşdu ) hansısa bir probleminiz, istəyiniz yoxdu ki ?

  • Bizim səndən bir istəyimiz var ( lobo dilləndi )

  • Buyurun

  • istiyirik bizim yeni il hədiyyəmizi qəbul edəsən

  • yeni il hədiyyəsindən xoşum gəlir. Corabımı çıxardım ?

  • əziyyət çəkmə, onsuzda coraba yerləşən deyil. Yaxşısı budu biznən gəl

Con onlarla birgə kafenin arxasına gələrək üzərinə çadır örtülmüş avtomobilin yanında dayandı. Sergey -yeni ilin mübarək Con- deyib çadırı kənara çəkdi. Qızılı rəngdə olan rol-s-roys conun xoşuna gəldi.

  • ( Sergey maşın haqda qısa məlumat verdi ) 2011-ci ilin maşınıdı, xüsusi olaraq rusiya yolları üçün modernləşdirilib, içindəki mükəməl klimasiya sisteminin köməkliyiylə birdə buranın soyuğundan zəhlən getməyəcək.

  • ( Con maşını xodlayıb dedi ) hədiyəyə görə sağ olun. Mənim işim var getməliyəm

  • Bəs moskviçi neyniyim ? ( Sergey soruşdu )

  • Yandır. Amma elə-belə yandırma, heyfdi. Içinə 2-3 nəfər adam da qoy ki çox heyfslənmiyim. ( maşını sürə-sürə başını pəncərədən çıxardıb qışqırdı ) azyaşlı uşaqlar olsa lap əla olar. Küçənin başındakı parkda var

Con şəhər kənarındakı kiçik mehmanxanaya gələrək onu 4 gündü bu otaqda onu gözləyən 25 yaşlı Nataşa adlı rus qızıyla əylənəndən sonra yatdı. Səhər yuxudan duranda yataqda tək olduğunu görərək Nataşanı səslədi və onun -burdayam- cavabından hamamda olduğunu bilərək yerindən durmadan televizoru yandırdı. Dilini başa düşmədiyindən kanalları ora-bura çevirirdi ki kanalların birində göstərilən yanmış maşını nömrəsindən tanıdı. Bu onun moskviçiydi. Nataşa başını qurulaya-qurulaya otağa girəndə əlini saxlayıb xəbərlərə baxmağa başladı.

  • ( Con onun maraqla baxdığını görüb soruşdu ) nə olub ? niyə belə maraqla baxırsan ?

  • Görürsən əclafları. Uşaqları maşına doldurub yandırıblar

  • Bəlkə maşın sahibinin uşaqlarıymış ? ata birtəhər maşından çıxıb, uşaqlar isə qalıb

  • Yox, olsa aparıcı deyərdi. Belə insanların ya başını kəsmək, ya da gözlərini çıxartmaq lazımdı.

Con otaqdan çıxandan bir neçə saat sonra artıq bir neçə gündür mütəmadi olaraq saat 1-də Nataşanın sifarişiylə ona nahar yeməyi gətirən xidmətçi qız adəti üzrə otağa girəndə çarpayıda uzanan boğazı kəsilmiş və gözləri tökülmüş Nataşanı görəndə dəli kimi çığıraraq otaqdan çıxdı.

Sergey kofe içə-içə anasına qulaq assa da fikri tamam başqa yerdə idi. Göyərtəsində 12 ton heroin olan gəmi artıq 1 həftə idi ki limanda gözlüyürdü. Limanla Sergeyin iş yerindəki anbara qədər olan yolda 2 patrul postu var idi və Sergey bu qədər məhsulu risqə atmaq istəmirdi. əgər heroini vaxtında anbara gətirib müştərilərə paylamasaydı bu həm özünün, həm də üzvü olduğu təşkilatın imicinə böyük zərbə olacaqdı. Ona görə də bu gün nə olursa olsun narkotiki gəmidən boşaltdırıb anbara gətirməyi düşünürdü. “ lap limannan anbara qədər tunel də çəkdirmək lazım olsa bunu edəcəm ” deyə öz-özünə fikirləşdiyi vaxt anasının səsinə fikirdən ayıldı



  • heç bilirsən nə istiyirdi ?

  • ( Sergey fikirli olduğundan heç nə başa düşmədi ) kim ? kim nə istiyir ?

  • Alyoşanı deyirəm dəə, qardaşın oğlu. Dünən gecə yuxudan ayılaraq gəlib anasının yanına ki mən qarpız istiyirəm. Ağlıyıb bütün ailəni yuxudan durğuzub ki yuxuda qarpız görmüşəm, mənə qarpız verin

Birdən-birə Sergeyin əhvalı düzəldi. Doyunca güldükdən sonra ayağa duraraq anasının üzündən öpüb qapıya tərəf gedəndə anası arxadan səsləndi

  • səhər tezdən bu soyuqda hara gedirsən ?

  • ( Sergey qapıdan çıxa-çlxa dedi ) gedirəm Alyoşaya qarpız almağa

Sergey iş yerinə gələn kimi köməkçisi Oleqə dedi

  • mənə bir-iki ton qarpız tap. Çalış bu günə hazır edəsən, axşama lazımdı. Üstəlik 10 iri şirəçəkən, 2 rulon salafan, bir neçə qutu keyfiyyətli kley və 50 adam lazımdı. Qayçilər, bıçaqlar və vedrələr də ki öz yerində

Oleq - oldu - deyib gedəndən 10-12 saat sonra 56 nəfər adam qarpızları yük maşınlarından boşaldıb heroin yüklənmiş gəmiyə daşıyırdılar. Adamlar işlərini qurtaran kimi özləri də gəmiyə mindilər və Sergeyin işarəsiylə gəmi sahildən uzaqlaşaraq qaranlıqda gözdən itdi. 1 saat gedəndən sonra Sergey dayanma əmrini verib bütün adamları kapitanın kayutuna çağırdı. Bir az sonra hamının toplaşdığını görüb görəcəkləri işi onlara izah elədi

  • demək belə. Siz qarpızları səliqə ilə tən ortadan bölərək içini təmizləyib vedrəyə tökürsünüz. Çalışın bu zaman qabığı zədələməyin. Sonra hər bir yarımkürənin içinə salafan döşəyərək heroini ora doldurursunuz. Hər iki tərəfi doldurduqdan sonra yarımkürələri kleylə yapışdırırsınız. 10 nəfər isə vedrələrə yığılmış qarpızları göyərtəyə gətirərək şirəçəkəndə maye halına salıb şirəçəkəndən birbaşa dənizə tökürlər. Bu qədər sadə. Sualı olan var ?

Sergey heç kimin dillənmədiyini görüb - başlayın - deyərək göyərtəyə çıxdı. 1-2 saat işə tamaşa edəndən sonra yuxusu gəldiyindən yatdı və səhər yuxudan duran kimi telefonla Oleqdən işlərin necə getdiyini soruşaraq “ əla ” cavabını alıb üzünü qırxmağa başladı. Adamlar axşama yaxın bütün işləri qurtarıb istifadə etdikləri avadanlıqları məhv etdilər. Sergey onları yenidən kapitanın kayutuna yığıb dedi

  • afərin sizə. əla işlədiniz. Bilirəm ki dünəndən bəri yuxusuzsunuz, həm də bərk yorulmusunuz. Ona görə də gedin dincəlin. Qarpızları anbara sabah səhər aparacayıq. Işlər tam başa çatan kimi özüm sizi mükafatlandıracam. ( adamlar kayutdan çıxandan sonra Oleqə dedi ) sən sənəd işləri ilə məşğul ol. Kapitana tapşır gəmini sahilə qaytarsın. Bir az da burda qalsaq diqqət çəkərik, həm də şəhərdə işlərim var. Sergey səhəri gün iş yerindəki kabinetində oturaraq mobil telefonunu qarşısına qoyub həyacanla Oleqin verəcəyi xəbəri gözdüyürdü. Onun hesabına görə maşınlar 20 dəqiqə bundan əvvəl sonuncu postan keçməliydilər. Ona görə də keçən hər dəqiqə onun narahatlığını və həyacanını daha da artırdı. Özünü sakitləşdirmək üçün bir az viski içmək istədi. Viski şüşəsinin qapağını açmaq istəyəndə telefonun səsini eşidib cəld butulkanı kənara qoyaraq telefonu götürərək səbirsizliklə soruşdu

  • eşidirəm Oleq. Nə xəbər var

  • arxayın olun boss, hər şey qaydasındadır. Postların hər ikisini problemsiz keçdik. Yarım saata ordayıq

  • ( Sergey dərindən nəfəs alıb dedi ) afərin sizə. Gözdüyürəm sizi

Sergey telefonu cibinə qoyub musiqi mərkəzini yandıraraq viski içə-içə həzin musiqilərə qulaq asmağa başladı

HADİSƏDƏN 4 AY ƏVVƏL

Bakı. Azərbaycan

Artıq 4 ay idi ki işə başlanılmışdı və hər şey qaydasında idi. Işlər yolunda gedirdi. Samir, hər gün növbəyə yazılan əlilləri və yaxud onların valideyinlərini qarşılayıb, onların problemləri ilə yaxından maraqlanaraq mümkün olduğu qədər köməklik göstərir, müxtəlif tədbirlərə və seminarlarda iştirak edir, mərkəzin xaricı ölkələrdə olan filialları ilə sıx əlaqə yaradır, hər həftə yeni bir lahiyə həyata keçirdərək fiziki qüsurlu insanların gələcəkdə daha rahat yaşaması üçün əlindən gələni edir, bir söznən, rəhbəri olduğu mərkəzin nüfuzuna hər gün bir az daha şöhrət qatırdı. Bu gün də adəti üzrə dəhlizlə kabinetinə tərəf gedərkən, ağbirçək bir qadının tibb şöbəsinin qapısı yanında qoyulmuş skamyada oturaraq için-için ağladığını görüb, yaxınlaşıb onun yanında oturaraq soruşdu



  • salam ana. Nə olub ? niyə ağlıyırsan ?

qadın başını qaldırıb Samiri görən kimi iki əliylə onun əlini tutub dedi

  • salam bala. Sən ki əlillərə bu qədər can yandırırsan, ALLAH da sənin köməyində dursun. O ki qaldı ağlamağıma ay bala, oğlumdan ötrü narahatam

  • narahat olma ana. Sənin oğlunun problemini mənə danış, mən nə lazımdırsa eliyərəm

  • oğlumun çox gözəl şairlik qabiliyyəti vardı. Çörək pulunu el şənliklərində meyxana deyərək qazanırdı. 4 ay bundan əvvəl külək antenanı qırdığından, oğlum onu düzəltmək üçün dama çıxanda, dam qarlı olduğu üçün ayağı sürüşüb yerə yıxıldı. O hadisədən sonra dili tutuldu. Bir-neçə ay xəstəxanda müalicə olunsa da xeyri olmadı. Gətirdim bakıya ki bəlkə buranın həkimləri bir şey bildilər. Ancaq burda da heç nə alınmadı. Həkimlərin dediyinə görə damdan yıxılanda oğlumun beynində zədə yaranıb və bir daha danışa bilməyəcək. Mənə qalsa, danışa bilməsə də əsas odur ki salamatdır, gözümün qabağındadır. Bundan da betəri ola bilərdi. Amma özü bunu qəbul eliyə bilmir. Bütün günü evin bir küncündə oturub fikir eliyir. Son vaxtlar əməlli-başlı çörək də yemir. Gözümün qabağında günü-gündən əriyir. Bu qədər fikir onu məhv eliyəcək. Neçə psixoloqaun yanına aparsaq da heç bir xeyri olmadı. Ümidim tək buradı, xahiş eliyirəm kömək edin

  • sən sən ürəyini sıxma ana, mən onu yola gətirərəm. Bəs onun adı nədi ?

  • ziyad

  • sən məni burda gözlə, indi gəlirəm

Samir psixoloqun otağına girəndə, psixoloq Ziyadın psixoloji vəziyyətini yaxından öyrənmək üçün şəkillərlə test keçirirdi. Samir, həkimdən bir az bayırda gözləməsini xahiş edərək keçib onun yerində oturdu. Bir-neçə saniyə ziyadı süzəndən sonra söhbətə başladı

həə Ziyad, belə-belə işlər. Uşaq vaxtı futbol həvəskarıydım, oynamağı da çox istiyirdim. Yaşadığım binanın arxasında stadiona bənzər bir yer vardı. Hər dəfə balkondan, orda futbol oynayan uşaqlara baxanda, onlara qoşulmaq istəyiylə alışıb-yanırdım. Ancaq futbol oynaya bilmədiyimə görə heç vaxt ruhdan düşmədim. əksinə. Topun dalınca o tərəfə-bu tərəfə qaçan uşaqlardan üstün olmaq üçün daim öz üzərimdə çalışdım və hər zaman bunun bəhrəsini görürəm. Indi də gələk sənin məsələvə. Danışmaq doğrudan sənin üçün belə vacibdir ? bütün həyatından vacibdir ? qapıda dayanan o ağsaçlı ananın göz yaşlarından da ? əgər danışığıvı qaytarmaq müqabilində əllərivi istəsələr verərsən ? bəs ağlıvı ? gözlərivi necə ? vermərsən. Heç birini vermərsən. Mən başa düşürm ki danışa bilmək hər bir insan üçün vacib meyardır. Ancaq danışa bilməmək, ölmək demək deyil. əgər istəsən əllərivin, ağlıvın və gözlərivin köməkliyi ilə istədin səviyyədə yaşaya bilərsən. Anan dedi ki qabiliyyətli şairsən. Belə şair qalmağın üçün isə dil vacib deyil. Helen adlı bir qadın, kor olmasına rəğmən məhşur bir yazıçı olmuşdur. Sən fikirləşirsən ki hər yerim qaydasında olsun ki həyatla mübarizə aparım. Belə mübarizə olmur. “ cin mikroyanda ” filmindəki epizod kimi. Insan soruşur ki -ey cin niyə ağlıyırsan ?- cin cavab verir ki -acizliyimdən- insan soruşurki -sən ki istədiyin hər bir şeyi bir saniyənin içində əldə eliyirsən. Niyə acizsən ?- cin deyir -məsələ də elə bundadı. Heç nəyin uğrunda mübarizə apara bilmirəm, heç nə üçün çalışa bilmirəm- bax Ziyad. Bu həyatda, nəyinsə uğrunda mübarizə aparmaq insana həqiqətən də zövq verir. Xüsusilədə həmin şeyi əldə etmək çətin olanda. David livingston demişkən “ yolu olan yerə hər kəs gedər. əsl hünər, yolu olmayan yerə getməyi bacarmaqdır ”. gəl belə danışaq. Get evə, 100 dənə ş`er yaz. Mən sənin kitabıvı çap elətdirirəm, sən isə sadəcə olaraq keçmişi unudub anavın üzün güldürürsən. Çalış ananın qayğısına qalasan. Qoyma bir də heç vaxt qəm çəksin. Dünən Bəxtiyar Vahabzadənin kitabını oxuyurdum. Ana haqqında olan ş`erindən bir-iki bənd yadımda qalıb, eşit sənə də deyim

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan


Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

bir də çalış ki heç vaxt, heç nəyə görə, heç kimə həsəd aparma. Çünki başqaları da sənə həsəd aparır. Dediklərimlə razısansa, səni 100 ş`erinlə birlikdə gözdüyürəm. Indi nə deyirsən ? razılaşaq ?



Ziyad başını aşağı-yuxarı tərpətməklə razılığını bildirəndən sonra hər ikisi Ziyadın anasının yanına gəldilər.

  • ana al oğluvu, artıq hər şey qaydasındadı. ( gülümsünərək ) bircə çalış ki yenə dama çıxmasın. Yoxsa bu dəfə işimiz çox çətin olacaq

Ziyadın üzündəki təbəsümü görən qadının sevincdən gözləri güldü

  • çox sağ ol oğul. 4 aydan sonra ilk dəfədir ki balamın üzü gülür. ALLAH səndən razı olsun

Samir onları yola salıb saatına baxdı. 10:30 -səhər gəzintisi cana xeyirdi- deyə öz-özünə pıçıldayıb şöbələri gəzməyə başladı. Kompyüter şöbəsinə girəndə, bir ayağı protez olan proqramist dünən başına gələn hadisəni danışırdı “ dünən toya gedəndə, səkinin kənarında kastellərə söykənib avtobus gözdüyürdüm ki birdən hardansa bir qız peyda olub mənə 50 qəpik pul uzatdı. Dedim -xanım, səhf başa düşmüsünüz, mən dilənçi deyiləm. Bu pulu həqiqətən də ehtiyacı olan birinə verərsiniz- mənə nə desə yaxşıdı ? -demək bu pula ehtiyacın yoxdu ? siz dilənçilər də lap qudurmusuz ee, uje 50 qəpiyi priznavat eləmirsiz. 50 manat versəydim o dəqiqə qapacıydın- məni bir az da təhqir eliyəndən sonra, pulu üstümə tullayıb getdi. Toyda, zala girib oturanda gördüm ki həmin qız da mən olan masada əyləşib, xəcalətidən də ki yerə girir ” diskləri qurdalayan eynəkli oğlan soruşdu

  • Etibar, düzünü de görüm, 50 manat versəydi götürəcəydin ?

  • Dilənçi olsaydım 50 qəpiyi də götürəcəkdim

Samir içəri girib ucadan dedi

  • sabahınız xeyir dostlar. Necəsiniz ? işlər necə gedir ? bir çətinliyiniz yoxdur ki ?

  • hər vaxtınız xeyir müəllim ( Əziz dedi ). Şükür ALLAHa ki heç bir çətiinliyimiz yoxdur. Işlər qaydasında gedir. Uşaqlar da cannan-başnan işləyirlər

  • qoy işdəsinlər. Işdəsinlər ki hər özünnən razı, əlillərə baxıb özünə şükr eləməsin. Fiziki qüsurlu insanlara yazıq, hər şeyə möhtac, dilənçi, gözüylə baxmasınlar.mən sizlərin köməyinə arxalanaraq əlilləri elə bir səviyyəyə qaldıracam ki, bir daha heç kəs, onlara yuxarıdan aşağı baxa bilməyəcək

  • mərkəzin bütü işçiləri sizin arxanızda dağ kimi dayanıb, müəllim. Bundan əmin ola bilərsiniz

  • mən sizə inanıram. Biz birlikdə hələ çox uğurlar əldə eliyəciyik. mən digər şöbələrə də baş çəkməliyəm. Sizə uğurlar

Samir onlarla sağollaşıb, həmin şöbəylə yanaşı olan idman şöbəsindəki şahmat və şaşki bölməsinə girdi. Içəri girən kimi ölü sükutu görüb, öz-özünə düşündü “ şahmat doğrudan da sakitliyi sevir ” içəridə olanların demək olar ki hər birinin fikri və diqqəti qarşısındakı şahmat və ya şaçki lövhəsində idi. yaxınlıqdakı stolda şahmat oynayan 2 nəfər diqqətini çəkdi. Biri rahatca şirə içdiyi halda, digəri bütün diqqətini şahmat taxtasına yönəltmişdi. Yaxınlaşıb astadan soruşdu

  • salam. Işlər necə gedir ?

  • ( şirə içən, qarşısındakın göstərib dedi ) ondan soruşun

  • ( digəri, fikrini dağıtmamaq üçün başını qaldırmadan dedi ) bərbad. Dünən buna 15:0 uduzmuşam. “ axırıncı aşırım ” filmində deyildiyi kimi -heç oğlum Yədullanın müsibəti belə olmamışdı-

Şirə içən, özünə arxayın bir əminliklə rəqibinin sözlərinə aydınlıq gətirdi

  • bu gün özünə söz verib ki məni mütləq udacaq. Onu qınamıram, axır vaxtlar fantastik filmlərə çox baxır

Samir gülümsünərək, otaqdakılara mane olmamaq üçün sakitcə oranı tərk edib, bilyard və stolüstü tenis zalına girərək zalda məşq edən insanlarla hal-əhval tutduqdan sonra soruşdu

  • kim mənnən tennis oynamaq istiyir ?

hər tərəfdən ” mən ” sözünü eşidib, özü bir nəfəri seçdi. Bir qolu kəsik, sarışın Nazim ilk öncə, Samirin tennis oynaya bilmədyini düşünərək güzəştlə oynamağa başladı. Sonradan Samirin oynaya bildiyini görüb tam qüvvəylə oynasa da, artıq gec idi. Oyunu qələbəynən başa vuran samir təklif verdi

  • gəlin, öz aramızda mini turnir keçirdək

hamı razışaşandan sonra, püşk ataraq kimin-kiminlə oynayacağını dəqiqləşdirib oyuna başladılar. Maraqlı və şən keçən oyunlardan sonra hamının təəccübünə səbəb olsa da, Samir birinci yer tutdu. Axırda, Nazim dözməyərək soruşdu

  • belə oynamağı harda öyrənmisiniz ?

  • ( Samir dəsmalla tərini silə-silə gülümsünüb dedi ) mən sumqayıtdakı paraolimpiya idman kompleksində stolüstü tennis və güllə atıcılığı məşqlərinə getmişəm. üstəlik, evdə fərdi olaraq boksla da məşğul olmuşam

  • Boksla ?

  • Bəli, boksla. Boks torbasını elə yerdən asdırmişdım ki divara söykənərək rahatca yumruqluya bilim. Fəndləri və zərbələrin vurulma qaydasını isə, internetdən götürürdüm

Samir, bir az da söhbət etdikdən sonra, ordan çıxıb kabinetinə getdi. Otağa girən kimi katibəsinə, Muradı onun yanına çağırmağını tapşırıb, bu günkü iş qrafikini nəzərdən keçirməyə başladı. Murad içəri girəndə, Samir ona pul verərək yekə ayı kuklası, üstündə ” 6 yaşın mübarək ” sözləri yazılmış tort və içində 6 dənə rəngli balıq olan akvarium almağı tapşırdı. Muradı yola salandan sonra isə, bu günə növbəyə yazılıan adamları qəbul etməyə başladı. Rayonda əlillər üçün açılacaq peşə məktəbiylə bağlı gələn, quba rayonunun icra nümayəndəsini, kompyüter biliyi olan əlillərin bu mərkəzdə işə qəbulu ilə bağlı elana görə glən 2 nəfəri, mərkəzin iranda açılacaq filialı ilə bağlı gələn iran səfirini, müxtəlif problemlərlə bağlı müraciət edən fiziki qüsurlu insanları və ya onların valideyinlərini qəbul edib-yola salanda, artıq axşam saat 6 idi. “ günorta 1 saat nahar fasiləsini çıxmaq şərtiylə əla işlədim ” deyə öz-özünə düşünüb Murada zəng vurdu

  • dediklərimi almısan ?

  • bəli müəllim

  • onları apar maşına. Sürücüyə də denən hazır olsun, 15 dəqiqəyə çıxıram

  • baş üstə

fevral ayı olduğundan, axşam saat 7-yə işləməsinə baxmayaraq hava artıq qaralmışdı. Qarlı və buzlu yollarla, aram-aram saray qəsəbəsinə gedən maşının arxa oturacağında oturaraq, radioda səslənən musiqiyə qulaq asa-asa açıq pəncərədən, yağan güclü qara baxırdı. Hava soyuq olduğundan pəncərəni bağlayıb, kürəyini oturacağa söykəyərək radioya qulaq asmağa başladı. Həzin musiqilər radioda bir-birini əvəz etdikcə, xəyalları onu uzağa, 2 il əvvəlki o dəhşətli günə apardı.

  • tez olun dəə. Gecikirəm axı

dünən ailəsi və qohumları ilə birgə avtobus tutaraq, tovuzun qəribli kəndində yaşayan əmisi oğlunun toy məclisinə getmişdilər və qəflətən yağan güclü qarın ucbatından geri qayıda bilməyib, toy qurtarandan sonra, gecəni kənddə qalmağa məcbur olmuşdular. Sürücü nə olursa-olsun, ilk nəvəsinin 1-ci ad gününə çatmaq istəyirdi. Ona görə də tezdən saat 9-dan hay-həşir salmağa başlamışdı. Ev sahibi, yolların buzlu olması səbəbiylə, günortaya qədər gözləməyi məsləhət görsə də xeyri olmadı. -mən neçə illərin sürücüsüyəm, o qədər belə yollarda maşın sürmüşəm ki, əgər getməsəniz sumqayıta boş maşınla qayıdacam- kimi sözlərlə axır ki hamını yola gətirdi və saat 10-da yola düşdülər. Buludların arasından süzülən zəif günəş şüaları, səhərədək yağan qarın üzərinə düşərək bərq vurub əsrarəngsiz bir mənzərə yaratsa da, avtobusun içində heç kim bunun fərqinə varmırdı. Samirin bibisi ilə anası sürücünün arxa tərəfindəki oturacalarda oturmuşdular və bibisi, təzə gəlini haqda danışırdı, onlardan arxada oturmuş qardaşı ilə əmisi oğlu bu il italiya futbolunda hansı klubun çempion olacağını müzakirə edirdilər, onlarla paralel oturacaqda oturmuş Samir, Əliyə cipsi yedizdirə-yedizdirə onun -o nədir ? orda nə var ? o niyə elədir ?- kimi suallarına cavab verirdi, onlardan arxada oturmuş bibisi qızı il Samirin qardaşı arvadı toyda baş verənlərdən danışırdılar, onlarla paralel oturmuş atası ilə əmisi qarın yağmasından danışırdılar, -gərək toyu payızda eliyəydilər, ya da ki yaza saxlayaydılar- əmisi qayğılı-qayğılı dilləndi. -yazıq hardan biləydi ki belə olacaq ? bir həftədən çox idi ki qar yağmırdı- adası dedi. Digər insanlar isə, kimi əl barmaqlarına lak qoyur, kimi telefonda oyun oynayır, kimi körpəsini yatırdır, kimi də səssizcə oturub sadəcə olaraq evə tez çatmağı arzulayırdı. Samir növbət cipsini Əliyə uzadanda Əli dedi

  • dayı, çişim var

Samir avtobusu saxlatmaq istəyəndə bibisi qoymadı

  • onsuzda avtobus yavaş gedir. Qoy dursun qapının ağzında, neyniyir eləsin. Körpə uşaqdır, kim ona nə deyəcək ? neçə yaşı var ?

  • 11 gündən sonra 4 yaşı tamam olacaq ( arxadan qardaşı arvadı dilləndi )

  • Samir, tuta biləcəksən ? ( qardaşı soruşdu ) yoxsa mən gəlim ?

  • Narahat olma, özüm tutaram.

  • Sən onu tut, qoyma yıxılsın. O özü çiş eliyəcək

Samir Əlini aşağı pilləyə düşürtdü. Özü də onun yanına düşərək bərk-bərk kurtkasının boynundan yapışıb, süsrücüdən qapını açmasını istədi. Sürücü, maqnitofonun yanındakı iki kiçik dəstəkdən birini yuxarı qaldıraraq dedi

  • bir azdan döngəy yaxınlaşacıyıq, ehtiyatlı olun

  • oldu

Əli bir az sonra -dayı, qurtardım- deyəndə Samir sürücüyə -qapını bağla- demək istəyirdi ki, qəflətən güclü siqnal səsi eşidib, qeyri-ixtiyari başını qaldıraraq yola baxdı. yük maşınının sürücüsü siqaretini yandırmaq istəyərkən əlindən saldığı alışqanını götürmək üçün aşağı əyildiyindən, döngədən çıxaraq ona tərəf gələn aftobusu görmədi. Avtobusun sürücüsü döngədən çıxanda, yük maşınının düz onların üstünə gəldiyini görərək əyləci basıb siqnal versə də, artıq gec idi. Toqquşma zərbəsinin təsirindən həm Samir, həmi də Əli maşından yıxılaraq qarın üstünə düşdülər. Yol buzlu olduğundan hər iki maşın sürüşərək onsuz da dar olan yoldan çıxıb, 30 metr yüksəklikdən dərəyə yuvarlandılar. Maşından yıxılarkən Samirin başı da dəydiyindən huşunu itirdi və gözünü 1 gündən sonra, xəstəxanada açaraq Əlidən savayı bütün ailə üzvlərinin həlak olmasını eşidib şok keçirdi. O hadisən sonra sumqayıt şəhər icra hakimiyyəti Samiri öz himayəsinə götürdü, Əli isə öz nənə-babasının yanında qaldı.> Sürücü, qarşısına çıxan pişiyi vurmamaq üçün qəfil əyləci basanda, samir fikrdən ayıldı. Bütün bədəni tər içində idi, çətinlikə nəfəs alırdı. Maşını saxlatdırıb qapını açdı. Çevrilərək ayaqlarını maşından çıxardıb qarın üstünə qoysa da, otujracaqdan qalxmadı. əyilib yerdən qar götürərək əllərinə, üzünə sürtdü. Bir az özünə gələndən sonra, yenidən maşına oturaraq qapını bağlayıb, sürücüyə dedi

  • getdik

maşın, Əlinin yaşadığı evin qarşısında dayananda Samir sürücüyə dedi

  • hədiyyələri içəri apar, özün isə get evə. Gecəni burda qalacam

qapının zəngini basdıqdan bir az sonra, Əlinin babası qapını açdı

  • axşamın xeyir, Zahid dayı. Gəlmək olar ?

  • hər vaxtın xeyir bala. Buyur keç

Samir içəri keçib soruşdu

  • bəs Əli hardadı ?

  • yatıb. Bayaqdan səni gözdüyürdü, təzə yuxuya gedib

sürücü, əlindəkiləri stolun üstüsnə qoyub gedəndən sonra, Samir, Əlinin nənəsi Aybənizlə də görüşüb, Əlinin yatdığı otağa gedərən onu ehtgiyatla oyatmağa başladı. Əli yuxudan ayılanda Samiri görən kimi onun boynuna sarıldı. Samir onu dizinin üstündə oturdaraq üzündən öpüb dedi

  • ad günün mübarək, şirinim

  • sağ ol əmi

  • bu gün neçə yaşın tamam olur ?

  • 6

  • Heç bilirsən sənə nə almışam ?

  • ( Əli, başını yelləyərk dedi ) yox

  • Gəl gedək, göstəri

Otağa girən Əli, balıqları görən kimi sevincindən qışqırdı

  • əla. əmim mənə balıq alıb. ( üzürünü Samirə çevirərək soruşdu ) əmi, hardan bildin ki mən balıq istiyirəm ?

  • yuxuda görmüşdüm

Əli heç nə başa düşməsə d dərinə getmədi. Akvariumun qarşısında diz üstə oturaraq balıqlarla oynamağa başladı. Samir yataq otağında, Əlinin yanında olanda, Aybəniz süfrə açmışdı və indi əlində çörək, otağa girəndə dedi

  • oğul buyur süfrəyə. Əli də axşam heç nə yemədi ki, əmimi gösdüyürəm

  • gərək bağışdıyasınız. Iş o qədər çoxdur ki, imkan tapıb, vaxtında gələ bilmədim

şam yeməyindən sonra Əli yenidən balıqların yanına getdi, Samirgil isə tortla ay içə-içə söhbətə başladılar. Samir Əlini göstərərək soruşdu

  • sizi incitmir ki ? əgər sizi çox yorursa özümlə aparım. Dayə tutaram baxar

  • yox, a bala nə danışırsan ? ( Zahid dedi ) tək qızımın yeganə yadigarıdır. Bu 2 qocanı həyatda saxlayan odu

  • ( Aybəniz, nəmli gözlərini yaylığının ucu ilə silərək ) ondan başqa kimimiz var ki ? Zahidlə mən, uşaq evində böyümüşük. Bir qızımız vardı, onu da qara torpaq aldı bizim əlimizdən. Bu həyatda tək təsəllimiz bu uşaqdı

  • Ümumilikdə heç bir probleminiz yoxdur ki ? nəyəsə ehtiyacınız olsa, çəkinməyin

  • ( Zahid, çaydan bir qurtum içərək ). Çox sağ ol ay oğul, onsuz da əziyyətimizi çox çəkirsən

  • Borcundu dayı, borcumdu

  • Bircə, Əli səndən ötrü yaman darıxır. ( Aybəniz dedi ) bu yaşda uşağa ata qayğısı, ana nəvazişi lazımdır. Bir də fikirləşirəm ki, sən azərbaycanda olmayanda başımıza bir iş gəlsə, uşağa kim baxar

  • Rənanı tanıyırsınız ? icra hakimiyyətində işləyən Rənanı deyirəm

  • Katibə qız ? əlbətdə tanıyıram. əvvəllər bir-iki dəfə bura gəlib-gedib

  • Hə. Bax o. Mən onnan danışacam, mən burda olmayanda qoyun uşağa o baxsın. Telefon nömrəsini yazıram bura, nə vaxt lazım olsa zəng vurun

Bir az da söhbət eliyəndən sonra, Samir Əlinin əsnədiyini görüb, oun yatırtmağa apardı. Samir gələndə Əli yuxudan yarımçıq durduğundan, çarpayıya uzanan kimi yatdı. Samir ona tamaşa eliyə-eliyə necə yuxuya keçdiyuni heç özü də bilmədi. Səhər, mərkəzə gələn kimi, anarı və bir yerə səfər edən zaman onu müşayət eliyən eldarı, zauru və ayxanı yanına çağırdı. Bu üçlük, səfərlər zamanı Samirin həm dostları, həm kömkçiləri, həmi də cangüdənləri olurdular. Eldar, içəri girən kimi soruşdu

  • səhər-səhər noolub ? gecə kimi yuxuda görmüsən ?

  • altıaylıq doğulduğuvu eşitmişdim, amma inanmırdım. Oturun görüm

hamı oturandan sonra Samir sözə başladı

  • bu gündən, yeni bir layihənin icrasına başlıyırıq. Bölgələrdəki əlillərin vəziyyətiylə yerində və yaxından tanış olmaq üçün bu gündən etibarən, hər həftə bir rayona gedəcəyik

  • bu gün hara gedirik ? ( Ayxan maraqla soruşdu )

  • bu gün gəncəyə gedəcəyik. Həmi də 2 gün sonra məhərrəmlik ayı gəlir deyə, “ imamzadə ” ni ziyarət eləmək istəyirəm

  • bu yaxşı oldu ( Zaur dedi ) kərbəla düzündə canlarından keçən islam şəhidlərinin xatirəsini yad etmək pis olmaz

  • hanzı zəmanədə olur-olsun, hansı niyyətlə olur-olsun. Öz məqsədinə çatmaq üçün adamları günlərlə susuz qoyub, onlara işgəncə verən bütün insanlara ALLAH lə`nət eləsin. gedin hazırlaşın, saat 12-də yola düşürük

  • bəs bizim tərəflərə nə vaxt gedəcəyik ? ( Ayxan zarafatla soruşdu )

  • inşallah sən ata olanda. Həm vəziyyətlə tanış olarıq, həmi də uşağı qeyd eliyərik

  • ( Eldar əlini əlinə sürtdü ) ay can-ay can. Balıq ləvəngisi, lənkəran plovu, və daha nələr-nələr

  • Üstündən də ki, ( Zaur, əlavə elədi ) içinə, ətrinə və dadına doyum olmayan lənkəran limonu atılmış, samavar çayı

  • Belə olmaz axı, bəs məni niyə aparmırsınız ? ( Anar incikliklə soruşdu )

  • Sən mənə burda lazımsan. Amma arxayın ol, lənkərana mütləq gedəcəksən. Haydı. Gedin hazırlaşın. Saat 12-də yola düşürük

Hamı otaqdan çıxandan sonra, Samir kağız və qələm götürərək, gəncədə gəzəcəkləri məkanların siyahısını tutmağa başladı.
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə