Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə17/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

FİNAL

Valensiya. İspaniya



Aeroportdan çıxıb taksiyə mindikləri andan onlara verilən villaya çatan anadək valensiyanın əsrarəngsiz gözəlliklərinə tamaşa edən Xose taksidən düşən kimi dedi

  • Samir mən indi bildim ki sən niyə bu şəhərdə yaşamaq istəyirmişsən

  • hələ bu harasıdır ki. vaxt olan kimi şəhərin görməli və tarixi yerlərini gəzərik, axşamları isə çimərliyə gedib istirahət eliyərik. Sonra muzeylər, rəsm qalareyaları, və daha nələr-nələr

  • həqiqətən də gözəl şəhərdir

  • sən hələ buranı “ las fallas “ festivalı zamanı gör

  • sən görmüsən ?

  • internetdə

  • ( Lusia villanın heyranedici gözəllyinə baxa-baxa dedi ) inana bilmirəm ki bundan sonra belə möhtəşəm evdə yaşayacağıq

əşyalarını taksidən düşürtdükdən sonra birlikdə həyətə girib hər iki tərəfində bəzəkli güllər əkilmiş enli yolla villaya gedərək içini və həyətini gəzməyə başladılar. Geniş otaqlar, ikinci mərtəbədəki pəncərəsi gözəl mənzərəyə açılan böyük balkon, zirzəmidə quraşdırılmış qış hovuzu, zirzəmi ilə üçüncü mərtəbəni birləşdirən lift, həyətdəki geniş hovuz, villanın arxasında əkilmiş çoxlu meyvə ağacları və ağaclığın ortasında düzəldilmiş stol və stullar hər kəsi heyran etmişdi. Samir ağacların altındakı stulların birində əyləşərək görüləcək işləri bölməyə başladı

  • gəlin belə edək. Lusi sən atanla birgə ev üçün lazım olan əşyaları alarsan. Çalış ki mebellərdən tutmuş elektronika mallarına qədər yaşayış üçün zəruri olan hər bir şeyi alasınız. Otaqlardan üçünü boş saxlayın. Birini şəxsi idman zalı eliyəcəm, biri Xosenin rəsm çəkmək üçün iş yeri olsun, digəri isə ehtiyatda qalsın. Mən də dünən internetdə araşdırma apardım. Bu küçədə satışa qoyulmuş obyektlərdən biri açacağımız restoran üçün münasibdir, sabah gedəcəm restoran məsələsini həll eləməyə. Işlər başa çatana kimi oteldə qalacayıq. Xose, aramızda ən ağır iş sənin üzərinə düşür, gərək biz işləri yoluna qoyana qədər Əliyə sən baxasan

  • əlbətdə baxaram. Ona rəsm çəkmək öyrədəcəm

  • gedək oteldə dincələk. Sabah ağır gün olacaq

Hər gün otelin kafesində birlikdə səhər yeməyi yedikdən sonra bir-birilərinə uğur arzulayaraq ayrılır və axşam yenidən həmin kafedə görüşərək şam edə-edə gün ərzində gördükləri işlərdən danışıb hərə öz otağına yatmağa gedirdi. Samir satılan məkanı alıb, Almeydanın köməkliyi ilə bütün sənədləşmə və lisenziya məsələlərini 2-3 günün içində həll etdikdən sonra təmir şirkəti ilə danışaraq restoranın iç dizaynının qurulması ilə məşğul oldu. Işlər başa çatan kimi restoran üçün bütün zəruri avadanlıqları aldıqdan sonra azərbaycana zəng vuraraq restoranında işləyəcəyi aşpazları ispaniyaya dəvət etdi və işçi personalının axtarışına başladı. Bu vaxtlar ərzində isə Lusiya ilə Pedro bütün günü mağazaları gəzərək ev üçün lazım olan mebellərin, elektrik mallarının, mətbəx avadanlıqlarının və digər zəruri əşyaların alınması ilə məşğul olurdular. Işlərin rahat şəkildə həll olunması üçün Pedro kirayəyə maşın götürmüşdü. Xose isə Əlini otelin daxilindəki uşaq parkına, idman zalına, hovuza, v.s apararaq onu darıxmağa qoymurdu. Otaqda qaldıqları vaxtlarda isə ona həvəslə şəkil çəkmək öyrədirdi. Azərbaycanda olarkən bütün günü Xoseylə Lusianın yanında qalan Əli yavaş-yavaş ispan dilində danışmağa başlamışdı. 10 gündən çox çəkən fasiləsiz çalışmalardan sonra həm ev, həm də restoran istifadə üçün yararlı vəziyyətə gətirildi. Lusia Samirin otağına gələndə Samir televizorda futbola baxırdı

  • niyə burda tək oturmusan ? ( Lusia içəri girib soruşdu ) bizimkilər hovuzun ətrafında əylənirlər. Gəl gedək ora

  • 12 günün yorğunluğunu canımdan çıxartmağa çalışıram. Bu gün heç nəyə həvəsim yoxdu, sakitcə oturub televizora baxmaq istiyirəm

  • Düzünə qalsa mən də çox yorğunam ( gəlib Samirin yanında oturdu ) ancaq gördüyümüz iş yorulmağa dəyərdi. Evin içini elə vəziyyətə gətirmişəm ki görsən heyran qalacaqsan

  • Restoran da açılış üçün tam hazırdı. Sabah bir yerdə açılış eliyərik

  • Birinci hara gedək ? evə baxmağa yoxsa restoranın açılışını eləməyə ?

  • Birinci evə baxmağa gedək. Orda sizinkilərə evlənmək istədiyimizi deyib birisigün evlənərik. Restoranının açılışını da öz toyumuzla qeyd eliyərik. Ilk gün yalnız özümüz olarıq

  • Samir, istəyirəm toyu bir-neçə günlük təxirə salaq. Mən 2-3 günlük argentinaya getmək istəyirəm. Yadındadır azərbaycanda olarkən sənə rəfiqəm Mariya haqda danışmışdım ?

  • Hə. Yadımdadır

  • Onun məzarını ziyarət etmək istəyirəm. Məncə onu əmanətini qatarmaq vaxtı çatıb

  • əlbətdə səni başa düşürəm. Toyu 2-3 gün təxirə salsaq heç nə olmaz

  • ( Lusia Samirin əlini tutdu ) təşəkkür edirəm əzizim

Villanın içinə girəndə heyrətdən Samirin ağzı açıq qaldı. Hər bir otaq xüsusi incəlik və qayğıyla döşənmişdi. Otaqlardakı hər bir əşya insana rahatlıq və huzur verirdi. Əli üçün yalnız uşaq mebellərindən və əşyalarından ibarət xüsusu otaq döşədən Lusia-xose üçün içində hər cür zəruri avadanlıq quraşdırilmış rəsm atelyesi də yaratmışdı. Bütün otaqları gəzdikdən sonra zala qayıdıb üzbə-üz qoyulmuş divanlarda əyləşərək fikirlərini bölüşməyə başladılar

  • afərin sizə ( Samir sözə başladı ) sözün düzü bu qədər mükəmməl olacağını gözləmirdim. əla işləmisiniz

  • bütün işləri Lusi görürdü ( Pedro dedi ) mən yalnız ona kömək edirdim

  • rəsm atelyesinə görə xüsusilə çox sağ olun ( Xose söhbətə qoşuldu ) bir gün şəxsi sərgimi açanda ikinizin də portretinizi birinci sıraya qoyacam

  • ( Lusia Xosenin çiynindən tutub onu yüngülcə silkələdi ) ayıl oğlum, sən yenə yuxuda sayaqlıyırsan

  • Söz verirəm. Sən ərə gedib məni rahat buraxdığın gün yalnız sənin şəkillərindən ibarət olan internet sayt yaradacam

  • ərə getmək demişkən ( Pedro uzanacaq söz atışmasını yarımçıq kəsdi ) Lusi, bayaq mən sizinlə birgə otaqları gəzəndə sənin yataq otağını görmədim. Tezliklə ərə getmək fikrin var ? yoxsa zirzəmidə yatmaq istəyirsən ?

  • ata məsələ burasındadır ki ( Lusia utana-utana sözə başladı ) bu Xose üçün nə qədər ağır olsa da belə mən ərə gedəndən sonra da burda, sizin yanınızda yaşayacam

  • belə də bilirdim. ( Xose dilləndi ) bu qız irsi xəstəlik kimi ömrüm boyu məni təqib edəcək

  • bacara bilirsənsə müalicə olun, sağal ( Lusia söz altda qalmadı )

  • dayanın görüm. ( Pedro yenə onların mübahisəsini yarımçıq kəsdi ) Lusi məni başa sal görün bu necə ola bilər və niyə belə olmalıdır ?

  • məsələ belədir Pedro. ( Samir Lusiaya kömək etməyi qərara aldı ) Lusia mənə ərə gələcək. Biz evlənməyə qərar vermişik

Pedroyla Xose xəbəri eşitdikdə heyrətdən bir müddət yerlərində donub qaldılar. Təəccüblü baxışlarla bir dəqiqəyə yaxın Samirlə Lusianı süzən Pedro nəhayət ki vəziyyətin nə yerdə olduğunu dərk edərək soruşdu

  • bu qərara nə vax gəlmisiniz ?

  • Lusinin hamilə olduğu bilinməmişdən təqribən ay yarım əvvəl

ikinci xəbər Pedronu ümumiyyətlə mat qoydu

  • nə ? hamilə ? Lusi hamilədi ?

  • bəli Pedro. Artıq 2 aya yaxındır. 3-4 gündən sonra evlənərək restoranın açılışını edib, şəxsi restoranımızda kiçik əyləncə təşkil etməyi planlaşdırırıq

  • bəs bunu mənə indi niyə deyirsiniz ?

  • “samir” mərkəzində aləm bir-birinə qarışmışdı, bu vəziyyədə evlilik barədə düşünmək ümumiyyətlə mümkün deyildi. Sən özün də ordakı vəziyyəti öz gözlərinlə görmüsən. Ona görə də Lusiylə belə qərara gəldik ki bu xəbəri sizə ispaniyada-yəni burda deyək

  • Demək tezliklə dayı olacam ( Xose sevinclə dilləndi ) adını nə qoyacaqsınız ?

  • Hələ cinsiyyəti məlum deyil. Məlum olan kimi ad fikirlşərik

  • Dünən güzgüyə baxanda başımda bir-neçə dənə ağ tük gördüm. ( Pedro əlini başına çəkdi ) baba da olandan sonra artıq rəsmən qocalmış sayılacam. dediniz toyu 3-4 gündən sonra etmək istəyirsiniz ?

  • Mənim azərbaycanda bir-iki günlük işim var, Lusi də argentinaya gedib Mariyanın qəbrini ziyarət etmək istəyir

  • Mən də bu günlərdə türkiyəyə getməyi planlaşdırırdım. Toya qədər gedib-qayıdaram

  • Bəs mən ? ( Xose incik halda soruşdu ) məni düşünən yoxdur ?

  • Sən hara getmək istəyirsən ( Lusia soruşdu )

  • Çinə. Imkan yaradın çinə gedim. 5 ildən çoxdur ki çin səddini görməyi arzulayıram. Samir icazə versəydi Əlini də aparardım. Bir-birimizə çox isnişmişik

  • Yaxşı. Gəlin belə eliyək ( Samir təklif verdi ) sabah hava yolları şirkətinə gedib hər birimiz üçün elə bir reys seçək ki hamımız bura eyni gündə qayıdaq

  • Hətta eyni saatda. ( Lusia dedi ) bu çox maraqlı olar

  • Belə bir şey mümkün ola bilər ? ( Pedro soruşdu )

  • Bunu yalnız sabah öyrənə bilərik ata

Səhərisi gün hava limanına gedən Samirgil arzuladıqları reysləri seçib biletləri aldılar və 2 gündən sonra hər biri ayrı ölkəyə uçdu.

Azərbaycan

Samir azərbaycanda aeroportdan çıxıb sumqayıta gələrək evinin bütün əşyalarının üstünə örtük sərdirdi, bundan sonra yekə bir qutu şokolad alıb Rənagilə gedərək köstərdiyi köməkliklərə görə ona təşəkkürünü bildirdi, sonra çiçək alaraq ailə üzvlərinin məzarlarını ziyarət edib ordan birbaşa mərkəzə yollandı, gəlişi ilə mərkəzdəki dostlarına sürpriz edən Samir, ordan çıxdıqdan sonra şəhərin müxtəlif yerlərinə baş çəkərək yarımçıq qalan işlərini həll edib yenidən aeroporta qayıtdı. Təyyarə havaya qalxanda əlini cibinə toxunduraraq kloka bükərək götürdüyü torpaq parçasının cibində olduğuna əmin oldu.

` Türkiyə

Pedro türkiyəyə gələrək Gustavonun dustaq olduğu həpsxanaya getdi. Sonra vəkil tutaraq meşədə qırılan ağaclıardan Gustavonun payına düşən cəriməni ödəyib onu azadlığa buraxdırdı. Hava limanında Gustavo üçün bilet alaraq onu argentinaya yola salan Pedro özü ispaniyaya gedən təyyarəyə əyləşdi.

Çin


Xose çində keçirdiyi iki günü bəlkə də həyatının ən gözəl günləri sayırdı. Çində olduğu müddətdə bütün gününü heyrətamiz çin səddinə tamaşa etməklə keçirdən xose Əli ilə birlikdə saysız-hesabsız şəkil çəkdirərək xatirə olaraq çin səddindən kiçik bir daş parçası da qopardı. Təyyarə havaya qalxdıqdan sonra həmin daşı cibindən çıxardaraq məmnunluqla ona baxan Xose. çoxdan ürəyində gəzdirdiyi arzusunun həyata keçdiyi üçün özünü xoşbəxt sayırdı.

Argentina

Lusia argentinaya çatanda neçə illər yaşadığı və sonradan dağıdılan gecəqondu məhləsinə getdi. Bir vaxtlar uçuq-sökük evlərdən ibarət olan gecəqondu məhəlləsinin yerində indi möhtəşəm bir futbol stadionu inşa olunurdu. Vaxtilə burda yerləşən kasıb məhəllədə keçirdiyi acılı-şirinli günlərini xatırlayıb kövrəlsə də orda çox dayanmayıb burdan köçürülən insanların yerləşdirildiyi sığınacağa getdi. Artıq orada heç kim yaşamırdı. Yəqin ki dözülməz şəraitə görə hərə bir tərəfə dağılmışdı. Onsuz da bərbad vəziyyətdə olan sığınacaq baxımsız qaldıqdan sonra daha da pis vəziyyətə düşmüşdü və şərq tərəfdəki divarın bir hissəsi uçub tökülmüşdü. Burdakı insanlardan geriyə qalan tək şey isə sığınacağın ortasına qoyulmuş və admların qızınmaq üçün istifadə etdikləri iri odun peçi idi. Lusia ordan uzaqlaşıb Mariyanın qəbrini ziyarət etmək üçün kimsəsizlər qəbristanlığına getdi. Bir xeyli axtardıqdan sonra Mariyanın qəbrini tapan Lusia özü ilə gətirdiyi çiçəkləri məzarın üstünə qoyub, taxtadan düzəldilmiş kiçik göyərçin fiqurunu boynundan çıxararaq dedi


  • mən qalib gəldim bacı. Mən bu həyata qalib gəldim. Artıq mənim hər şeyim var. Bir vaxtlar sənə söz verdiyim kimi göyərçinini sənə qaytarıram. O özü hər şeyi sənə danışacaq Mariya. Hər şeyi

sonra özü ilə gətirdiyi taxta parçası ilə qəbrin böyründə kiçik çala qazaraq göyərçin fiqurunu orda bassdırdı. Məzarın böyründə bir-neçə dəqiqə için-içn ağladıqdan sonra ayağa qalxaraq - mən yenə sənə baş çəkməyə gələcəm bacı - deyə pıçıldayaraq qəbristanlığı tərk etdi. Təyyarədə oturub illuminatordan çölə baxaraq təyyarənin uçmasını gözlədiyi an içində bir rahatlıq hiss edirdi, sanki çiynindən ağır bir yük götürülmüşdü.

Valensiya. İspaniya



Samir valensiyada təyyarədən düşüb taksiyə minmək istəyəndə Pedronun taksilərə tərəf gəldiyini görüb onu səslədi və birlikdə taksiyə minib evə tərəf yol aldılar. Evə yaxınlaşanda Xoseylə Əlinin gəzə-gəzə villaya tərəf getdiyni gördülər. Samir taksidən düşdükdən sonra Xosegilin yaxınlaşmasını gözləyib soruşdu

  • siz niyə taksiylə yox, piyada gəlirsiniz ?

  • biz 2-3 saat bundan əvvəl valensiyaya gəlmişik, Əlini zooparka aparmışdım ( Xose dedi )

  • çində ne...

  • əmi ora bax. ( Əli Samirin sözünü yarmçıq kəsdi ) Lusi bibi gəlir

  • ( Lusia çatan kimi soruşdu ) deyəsən aranızda ən təmbəl mənəm axı ?

  • Bax bunnan razıyam ( Xose dedi )

  • Nə deyirsiniz, evə gedək ? ( Samir soruşdu )

  • Gedək. ( Lusia dedi ) mən çox yorulmuşam

  • Bu günə qədər hər birimizin həyatında acılı-şirinli günlər olub. Bu gündən etibarən isə həyatımızda yeni bir səhifə açılır. Arzu edirəm bu səhifəyə yalnız sevincli və xoşbəxt günlərimizin xatirələri həkk olunsun. Getdik

Samir, Pedro və Lusia qabaqda, Xoseylə Əli isə arxada iri darvazadan keçərək həyətə daxil olub villaya tərəf irəliləməyə başladılar.
SAMİR İMANOV

SUMQAYIT . AZƏRBAYCAN 18 DEKABR . 2012
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə