Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ




Yüklə 1.01 Mb.
səhifə1/17
tarix22.02.2016
ölçüsü1.01 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏXR ET !
GİRİŞ

Üzünə dəyən yağış damcılarından özünə gələndə bədəninin ağrısını hiss edib sevindi -yaşıyıram-. Bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli günlərinin dərdini çəkmək üçün bir vasitə idisə, indi tamam başqa cür idi. Ona görə də başına gələn bu qədər əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq sağ qaldığı üçün ALLAHa şükr etdi. Hər yeri ağrıyırdı. əlini ehmalca sifətinə toxundurdu, burnu qırılmasa da üzü qan içindəydi və üzü şişmişdi. Ona dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı, son yadında qlan başına dəyən zərbə idi. Başını çevirib qoluna baxdı. Yarası sarınsa da ağrıyırdı. Qalxıb oturmaq istəsə də bacarmadı, zədələnən qabırğasından qopan dəhşətli ağrının təsirindən ufuldayaraq əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı. Qaranlıqda yaxşı görə bilməsə də dəhşətli və vahiməli bir yerdə olduğunu anladı. Hər tərəfi ağaclarla əhatəli bir yerdəydi, bir az kənarda bir-neçə kəsilmiş ağac gözə dəyirdi, hər tərəfdən ayı və canavar səsləri gəlirdi. -aydındır- öz-öz düşündü. Təbiətlə mübarizə aparmalıydı. Bunun nə qədər davam edəcəyini, başına nələrin gələcəyini bilməsə də mübarizə aparmalıydı. Çünki buna məcbur idi, qarşısına qoyduğu məqsədə çatmaq üçün yarımçıq qalan işini tamamlamalıydı. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz olmasına baxmayaraq sol böyrü tərəfdən çevrilib üzü üstə uzanaraq yağışdan daldalanmaq üçün bir yer tapmaq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə başladı. Bir az süründükdən sonra taqətdən düşüb dayanaraq başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Qabırğasının ağrısı get-gedə güclənirdi və artıq dözülməz olmuşdu. Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canından üşütmə keçdi. Soyuq küləyin və yağışın təsirindən onsuz da sümüklərinə qədər üşüyürdü və belə üşüyə-üşüyə bu üşütməni necə hiss etdiyinə özü də təəccübləndi. Cəsarətini toplayıb ondan 4-5 metr aralıdakı parıldayan işıqları saymağa başladı, 6 dənə idi, deməli 3 canavarla qarşı-qarşıyaydı. -bu da axırı- deyə pıçıladığı vaxt canavarlar onu parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get-gedə qısalırdı. 5 metr, 4 metr, 3 metr, 2 metr, 1 metr, və..............



HADİSƏDƏN 8 AY ƏVVƏL

Sumqayıt. Azərbaycan

Həyətdə qışqıran alverçinin səsinə yuxudan oyananda qəribə yuxu görürdü. Təmbəl-təmbəl qolunu qaldırıb saata baxdı, 10-a qalmışdı. Saatın zəngini 9-a qurmağı unutduğunu anladı onu oyatdığına görə alv erçiyə ürəyində təşəkkür edib yerindən qalxdı. Çox həyacanlı idi. Bu gün 1 ildən çox arzusunda olduğu layihənin - əlillər üçün yaradılan “samir” adlı mərkəzin və samir.az internet saytının açılışı idi və o da həmin açılışda nitq söyləməliydi. Talehi onu həyata gəldiyi ilk gündən sınağa çəkməyə başlamışdı. Doğulduğu vaxt keçirdiyi iflic onu ömrü boyu məhdudiyətlərlə yaşamağa məcbur edən fiziki problemlərlə baş-başa qoydu. Yeriyə bilsə də yeriyərkən hər hansısa bir yerdən tutmağa məcbur olurdu, tutmağa yer olmayan yerlərdə isə qoltuq ağacları ilə gəzirdi. 2 il əvvəl baş vermş aftobus qəzası nəticəsində bütün ailə üzvlərinin həlak olması isə onun bu həyatda yaşamasını ikiqat çətinləşdirmişdi. Keçirdiyi iflicin nəticəsi olaraq fiziki cəhətdən zəif olmasına, yeriməsində problem yaranmasına, sol əlinin iş qabiliyyətini 50 faiz itirməsinə və sonradan belinin bir az bükülməsinə baxmayaraq heç vaxt təslim olmur, ruhdan düşməyərək daim öz üzərində işləyir, sanki həyatla rəqabət aparırdı. Hər gün paraolimpiya mərkəzində idmanla məşğul olur, komyüter proqramlaarını və ispan dilini öyrənirdi. Hər nə qədər öz üzərində çalışsa da həyatda nəyəsə nail olmaq üçün bir partlayış etmənin, bir inqilab etmənin vacibliyini hiss eliyirdi. Bunun üçün o bacardığı bütün işlərdən istifadə etdi. Qazetlərə kiçik məqalələr göndərdi, futbol oyunlarına pul qoydu, foreks bazarında qurdalandı, özünə kiçik ədviyyat dükanı açdı. Lakin bunların heç birini həmin partlayış olmadığını görüb yarımçıq dayandırdı. Hər gün saatlarla öz-özünə düşünürdü “ nə isə bir şey olmalıdır, elə bir şey ki indiyə qədər heç kim onu etməmiş olsun, elə bir şey etmək lazımdır ki milyonlarla insan həmin işdən faydalansın, elə bir iş ki məni qaldırıb kral taxtında oturtsun ” nəhayət bir gün həmin partlayışın elə onun özü olduğunu anladı. Çaydanı qazın üstünə qoyub otağa qayıtdı və masanın üstünə qoyduğu kağızları əlinə alıb söyləyəcəyi nitqi bir daha nəzərdən keçirməyə başladı. Gözü kağızlara baxsa da, fikri onu 1 il əvvələ aparırdı.


  • müəllim içəridədi ?

  • hə. Keç içəri, onsuz da 4 dəqiqədir gecikmisən

Samir gülümsünərək Rənaya təşəkkür edib qapıya tərəf getdi. Qonşusu qapını astadan döyərək açdı. Samir içəri girən kimi icra hakimi onu görüb səsini qaldırdı

  • ooo gör kim gəlib. Gəl, gəl keç içəri

qonşusu oturmaqda Samirə kömək eləyib otaqdan çıxdı. Samir oturan kimi icra başçısı onu sual atəşinə tutdu

  • necəsən ? çoxdandı görsənmirsən ? haralardasan ? Əli necədi ?

  • çox sağ olun Vaqf müəllim. Yaxşıyam. Hər xırda şeyə görə sizi narahat eləmək istəmirəm. Əli də yaxşıdır, yavaş-yavaş böyüyür özüyçün. Arada gətirirlər görürəm

  • hansısa bir problemin, çətinliyin yoxdur ki ? çəkinmə, buyur de

  • təşəkkür edirəm Vaqif müəllim. Sizin sayənizdə mənimlə hərtərəfli maraqlanırlar. Hər həftə sosial evdə xidmət bürosundan gəlib işləri görürlər. Evi yığışdırırlar, paltarları yuyullar, bazarlıq edirlər. Sağ olsunlar. Mən buura başqa şeyə görə gəlmişəm

  • buyur eşidirəm

  • xahiş edirəm mənim dövlət sosial müdafiə fondunun rəhbərliyi ilə görüşümü təşkil edəsiniz

  • ( icra başçısı təəccübünü gizlədə bilmədi ) sosial müdafiə naziri ilə ? nəyə görə ?

Samir neçə aydır beynində gəzdirdiyi fikrini icra hakiminə danışandan sonra Vaqif müəllim əliylə alnını ovxalayaraq bir az düşündükdən sonra başını qaldırıb dedi

  • afərin. Ağlabatan fikirdi. Çalışaram sizi görüşdürüm

  • təşəkkür edirəm Vaqif müəllim. Mən getsəm yaxşıdı, vaxtınızı çox almayım

  • necə istəyirsən. Nə vaxt çətinliyə düşsən çəkinmə, buyur gəl

  • çox sağ olun

binadan çıxanda Samirin sevinci yerə-göyə sığmırdı. Tez evə gedib beynindəki fikirlərini layihə halına salmağa başladı. Axı görüşə əliboş getmək olmazdı.> Çaydanın uğultusuna fikirdən ayıldı. Nəsə yemək istəsə də iştahı olmadı. Bir stəkan çay içib sürücüyə zəng vurdu və evdə gözləməyə səbri çatmayıb həyətə düşdü. Hər gün bu vaxtları analar uşaqlarını həyətə düşürtsələr də bu gün nədənsə həyətdə heç kim yox idi. Padyezin qarşısında qoyulmuş skamyada oturaraq onu bakıya aparacaq maşını gözləməyə başladı. 15 dəqiqə sonra qara bmv həyətdə göründü. Sürücü düşüb maşına oturmaqda ona kömək elədi, özü isə gedib evdən Samirin çantasını gətirdi və yola düşdülər. Samir arxa oturacaq oturub yolboyu bir-birini əvəz edən mənzərələrə baxa-baxa. Nazirlikdə olan əhvalatları xatırlamağa başladı.

  • alo, eşidirəm

  • salam. Samirlə danışıram ?

  • bəli

  • danışan Vaqif müəllimin katibəsi Rənadır. Necəcən ?

  • ( Samir sevinclə yumruğunu sıxdı -axır ki- ) sağ olun Rəna xanım. Siz necəsiniz ?

  • Eee bu olmadı ki. Mən sənnən səmimi danışıram, sən yapışmısan rəsmiyyətdən

  • Qulaq as Rəna. Bir gün gələcəm ora söhbət eliyərik, sən də mənnən doyunca zarafatlaşarsan. Amma indi həyacandan az qalır ürəyim partlasın. Xahiş eliyirəm tez de görüm işim alınır, ya yox

  • Yaxşı. Qulaq as gör nə deyirəm. Sabah saat 3-də nazir səni qəbul eliyəcək, ona görə də saat 12-də Vaqif müəllim maşın göndərəcək ki səni ora aparsın. Çalış o vaxta qədər yuxudan durasan

  • O qədər də tənbəl deyiləm, mütləq hazır olacam ( 2 saniyə gözlədikdən sonra ) çox sağ ol Rəna. Ürəkdən təşəkkür eliyirəm

  • Təşəkkürü mənə yox, Vaqif müəllimə etmək lazımdır. Amma mənə təşəkkür məsələsində israr eliyirsənsə eybi yox, bir qutu şokolada görə xətrivə dəymyəcəm ki. Qəbul eliyirəm

  • O da mənim bax bu gözlərim üstə. Sabah həm Vaqif müəllimə, həm də sənə necə lazımdır təşşəkkür eliyəcəm. Indi isə salamat qal. Gedim görüşə hazırlaşım

  • Mən də gedim çayı qızdırım sabaha hazır olsun. Hələlik

  • Sabahadək

  • Uğurlar

Səhərisi gün nazirin qəbulunda olanda 64 yaşlı, kök, başının ortası dazlaşmış və gözünə eynək taxmış nazir Səməd Mahmudov Samiri bir qədər süzüb dedi

  • Vaqif müəllim sənin planını mənə danışdı, sözün açığı bəyəndim. Ona görə də komissiya təşkil eləmişəm. Layihəni onlara təqdim elə, onlar üzərində işləyib mənə təqdim edəcəklər. ( sonra telefonun düyməsini basaraq katibəsinə dedi ) ordan məmmədovu yanıma çağır

Bir-neçə dəqiqə sonra içəri 22-25 yaşlarında, səliqəli geyinmiş, qamətindən idmanla məşğul olduğu aydın seçilən, saçı səliqə ilə arxaya daranmış bir oğlan girdi. Mahmudov Samiri göstərərək dedi

  • bunu 120-ci otağa apar, özün isə komissiya üzvlərinə zəng vur gəlsinlər

məmmədov -baş üstə- deyib qaldırmaq üçün hektorun qoluna girdi. Dəhlizlə bir qədər getdikdən sonra dedi

  • çatmışıq. Sən gir içəri, mən indi zəng vurub gəlirəm

otaqda qoyulan və arxasında eyni cərgədə sıra ilə 8 stul düzülmüş iri stol və həmin stolun qarşısında arxasında 1 kreslo olan kiçik stoldan mlum olurdu ki bura məhz dinləmə-hesabat otağıdır. -lap məhkəmə zalına oxşuyur- deyə öz-özünə pıçıldayıb otağın digər tərəfində qoyulmuş divanda oturdu. Bir azdan həmin oğlan əlində 2 kola içəri girərək gəlib Samirin yanında oturaraq kolalardan birini ona uzatdı

  • al iç. Bir azdan boğazın quruyacaq

Samir oğlana təşəkkür edərək koladan bir qurtum içib gülümsünərək soruşdu

  • yəni belə çətin olacaq ?

  • əslində onların qarşısında dayanıb danışmaq elə də çətin deyil. Çətin olan onları təəcübləndirmək və ən əsası inandırmaqdır. Bax dostum, bir azdan bura 8 nəfərlik ekspert qrupu gələcək. Iqtisadçı, həkim, hüquqşunas, sosioloq, psixoloq və daha kimlər-kimlər. Onların hər biri öz işində saç ağardıb. Sözün qısası, nəyisə onların fikrinə yeritmək çox çətindir

  • dayan görüm, qorxutma məni. Mən öz layihəmə güvənirəm və uğur qazanacağına da güvənirəm

  • o nə layihədir elə səni bu qədər əmin eliyib ?

  • əlillərin sosial vəziyyəti ilə bir layihədir. burda ol, mən ekspert qrupuna danışanda eşidərsən. Yaxşısı budur de görüm sən burda necə işə düzəlmisən ? hansısa hörmətli adamın zəngiynən ? yoxsa pulnan ?

  • sən dediklərin keçmişdə qaldı. Indi bu mümkün olan şey deyil. Burda nə zəng keçir, nə də pul. Məni burdakı işə 14 il bundan qabaq baş verən bir hadisə düzəldib

  • danışmaq istəsən sənin üçün əla dinləyici olaram

  • 10 yaşım olanda kasıb məhəllələrin birində yaşıyırdım. Valieyinlərim bütün işləyib çalışsa da maddi vəziyyətimiz düzəlmirdi ki düzəlmirdi. Bir gün uşaqlarnan futbol oynamaqdan qayıdanda yolun kənarında şirniyyat satan səyyar satıcıyla qarşılaşdıq. Uşaqların hamısı konfet alanda satıcı məndən soruşdu ki -sən niyə konfet almırsan ? xoşlamırsan ?- dedim -pulum yoxdu- uşaqlardan biri yaxınlaşıb qulağıma dedi ki -bax, görürsən o svetoforu ? get dayan orda. Maşınlar qırmızı işıqda dayanan kimi yaxınlaşıb sürücülərdən pul istə. Qorxma verirlər, mən özüm bir-neçə dəfə belə eləmişəm- şirniyyatı çox sevdiyimdən uşaqlar uzaqlaşan kimi gedib işıqfprun yanında dayandım. Qırmızı işıq yanan kimi qarşımda 4-5 maşın dayandı. ən yaxındakı maşına yaxınlaşıb utana-utana sürücüdən pul istədim. əvəzində -rədd ol- sözünü eşidib geri qayıtmaq istəyirdim ki arxa oturacaqda oturan nurani bir kişi pəncərədən məni yanına çağırıb soruşdu -adın nədir oğlum ?- dedim -murad- soruşdu ki -bilmək olar pul nəyinə lazımdır ?- dedim -konfet almaq istiyirəm- dedi -niyə pulu valideyinlərindən almırsan ?- dedim -imkanları yoxdu- sonra o mənə 1 manat verib dedi -bax oğlum. Sən bu pulnan konfet alıb yeyəcəksən, ancaq bu gün. Bəs sonra neyniyəcəksən ? sənə məsləhətim budur ki dilənmək əvəzinə dərslərini yaxşı oxuyasan. Tək dərslərlə kifayətlənmə. Xarıcı dil öyrən, idmanla məşğul ol, hansısa bir sənət sahibi ol. əgər bunları eləməsən gələcəkdə həm valideyinlərin, həmi də övladların əziyyət çəkəcək. Bax, valideyinlərin vaxtında heç bir şey eləmədikləri üçün dilənməyə məcbursan. Sən oxu ki həm valideyinlərivi, həmi də xoşbəxt eliyə biləsən- maşın uzaqlaşana qədər onun arxasınca baxdıdqan sonra birbaşa evə gedib kitablardan yapışdım. Nə başıvı ağrıdım. O nəsihətin nəticəsi universtitet diplomu, 2 xarici dil, mükəmməl kompyüter biliyi və bir də güləş fəndləri oldu. Həmin 1 manatı da çərçivəyə saldırıb evdən asmışam. Hər dəfə o pulu görəndə öz üzərimdə daha çox işdiyirəm

  • əgər layihəmi həyata keçirə bilsəm səni öz yanımda işə götürəcəm. Daim özünü inkşaf etdirərək, öz-özü ilə rəqabət aparan işgüzar gənclərə ehtiyacım olacaq

  • uğura doğru belə qətiyyətlə və cəsarətlə can atan biriylə işləmək mənim üçün şərəf olar

yarım saat sonra əllərində portfel, qovluq və müxtəlif sənədlər olan 8 nəfər içəri girdi və keçib stullarda oturaraq Samiri kresloya dəvət etdilər. Sıra ilə özlərini təqdim edəndən sonra birinci stulda oturan ağsaçlı kişi mülayimliklə dedi

  • buyur oğlum, keç mətləbə. Səni eşidirik

Samir onun müraciət formasından və səsindəki mülayimlikdən bir az cəsarətlənərək sənədləri qarşısına töküb sözə başladı. Layihənin təqdimatı və sorğu-sual 3 saatadək çəkdi. Samir otaqdan çıxanda əməlli-başlı yorulmuşdu. 2 ay sonra Samir 2-ci dəfə nazirin qəbuluna olanda mahmudovla söhbətləri qısa oldu

  • əla düşünmüsən ( mahmudov sözə başladı ) bəs niyə bu işə rəhbərliyi özün eləmək istəyirsən ? sənin ki bu sahədə təcrübən yoxdur ? bizdə bu sahəylə məşğul olan peşəkar insanlar çoxdur. Düşünürəm ki rəhbərliyi onlardan biri eləsə bu layihə daha uğurlu olar

  • bir çox insanlar var ki əla şe`r demək bacarığına sahibdilər və bununla tanınınlar. Ancaq səmimiyyətimə inanın, onların heç biri şe`ri onu yazan şair qədər gözəl deyə bilməz. Komissiya üzvlərinə verdiyim layihə mərkəzin yalnız yaranma mərhələsidir. Gələcəkdə həmin mərkəzin inkşaf planı və ümumiyyətlə görüləcək bütün işlərin planları mənə məxsusdur və buna görə də mən olmasam bu layihə heç bir uğur qazana bilməz. Mənə sadəcə təkan lazımdır. Siz bu şansı mənə verin, əgər bacarmasam özüm kənara çəkilərək məmnuniyyətlə bu layihənin hər bir uğuruna sevinəcəm

  • belə bir ideyanın sahibinə əlbətdə ki şans vermək lazımdır. De görüm bu iş üçün sənə konkret nə lazımdır ?

  • bakını mərkəzi küçələrnin birində baş ofis üçün çoxlu otaqları olan 2-3 mərbətəli bir binanın tikilməsini, yüksək təcrübəyə malik işçi heyyəti, maddi dəstək və yeni nəsil texnalogiya

  • tezliklə bunlara sahib olacaqsan. Görüm dilivə görə dirçəyin də var ?>

siqnal səsinə fikirdən ayılıb sürücüdən soruşdu

  • çatmışıq ?

  • xeyr müəllim. Az qalıb

10 dəqiqə sonra maşın mərkəzin həyətində dayandı. Binaya girən Samir Muradla birgə kabinetinə gedə-gedə soruşdu

- bir problem yoxdur ki ?

- hər şey əla gedir ( Samirin xahişi ilə onun yanında işləməyə razılaşmış və onun sağ əli olmuş Murad cavab verdi ) içəridə əməlli-başlı jurnalist ordusu var. Müxtəlif ölkələrdən olan 10 telekanal bu açılışdan reportaj hazırlamaq üçün bura öz jurnalistlərini göndərib. Üstəgəl xaricdən gələn bu qədər qonaq. Bir söznən, bu gün hamının diqqəti bizdə olacaq

Samir kabinetə girib kresloda əyləşdi



  • gəl bir olmasın da. Gör nə qədər əziyyət çəkmişik. Murad mənə əlil kreslosu təşkil elə. Indidən həyacanlanıram, gör tədbir başlayanda necə olacaq. Yıxılıb eliyərəm, yaxşı olmaz

  • baş üstə. Gedə bilərəm ?

  • buyur

iclasın başlamasına hələ 2 saat vardı. Masanın üstündəki siyahını götürüb tədbirdə iştirak edəcək qonaqların adlarını oxumağa başladı. Siyahıda bir-birini əvəz edən adları oxuduqca yadına mərkəzin işçiləri ilə olan ilk görüşü düşdü. “samir” mərkəzi üçün ayrılmış bina şəhərin mərkəzində tikilmiş və 3 mərtəbəli, pəncərləri yarımdairə olaraq çölə çıxmış, müasir görünüşlü, palıd rəngli, içərisi aid olduğu şöbəyə uyğun avadanlıqlarla tam təhciz olunmuş otaqlardan və 700 nəfərlik konfrans zalından ibarət olan bir bina idi. Samirin kabineti 2-ci mərtəbədəki 100-cü otaq idi. Otaqda arxasında kreslo, üzərində isə noutbuk, telefon, stolüstü azərbaycan bayrağı, qələmdan, mərkəzin möhürü və qovluqlar olan stol vardı. Stolun qarşısına Samirin qəbuluna gələnlərin otura bilməsi üçün 7-8 adamlıq, yarımdairə divan qoyulmuşdu. Kreslonun arxasında iri tablo asılmış, üzbəüz sağ tərəfdə isə televizor qoyulmuşdu. Sol divar isə bütünlüklə kitablarla və qovluqlarla dolu rəflərdən ibarət idi. Yanğınsöndürmə aparatları, təhlükəsizlik kameraları və siqnalizasiya sistemi başda olmaqla bütün bina yüksək səviyyədə təhlükəsizlik sistemi ilə təhciz edilmişdi. Samir zala girəndə bütün işçilər konfrans zalında onu gözləyirdi. Iclas zalı çıxış üçün mebel rəngli, üzərində mikrofon olan tribuna qoyulmuş səhnədən və 700 nəfərin əyləşə biləcəyi qırmızı üzlü, yumşaq stullardan ibarət idi. Zalın tavanı ortadakı iri lüstürdən əlavə çoxlu sayda kiçik lambuçkalarla və yanğınsöndürmə cihazları ilə dolu idi. Tavanın kənarlarında isə kondisonerlər və təhlükəsizlik kameraları quraşdırılmışdı. Samir konfrans zalına girən kimi birbaşa tribunaya çıxıb sözə başladı

  • salam dostlar. Mənim adım Samirdir. Inşallah vaxt keçdikcə sonra mən də sizin hamınızı yaxından tanıyaram. Mən bu mərkəzin rəhbəriyəm. Amma mən burda sizin yaxınınız, əziziniz olmaq istəyirəm. Istəyirəm mənimlə işçi-rəhbər kimi yox, bir dost kimi münasibət qurasınız. Ümid edirəm “samir” mərkəzdəki bütün işçilərin bir-biriylə olan münasibətləri hörmət üzərində qurulacaq və gələcəkdə bir-birimizi daha yaxından tanıdıqca hər kəsə nümunə ola biləcək bir kollektiv yaradacayıq. Daha dəqiq, bir ailə kimi olacayıq. Iş barəsində isə sizdən tək xahişim öz işinizə məsuliyyətlə yanaşmağınızla bağlıdır. Çunki bura gələcək insanların həqiqətən də sizə çox ehtiyacı olacaq. əgər özünüzü onların yerinə qoyaraq onları daha yaxşı başa düşüb və öz işinizə səhlənkar yanaşmayaraq vicdanla işləsəniz bu “samir” mərkəzinin daha da irəli getməsindən əlavə ALLAHın da sizin üzərinizdə rəhməti olar. Hər birinizə uğurlar arzulayıram. Necə deyəllər. ALLAH MƏHƏMMƏD YA ƏLİ.

Konfrans zalından çıxan kimi Muradı yanına çağırıb soruşdu

  • şərait işçilərin xoşuna gəlib ? nə isə problemləri olsa təhcizatda düzəliş apar. Qoy hər şey ürəkləri istiyən kimi olsun ki rahat işləyə bilsinlər

  • elə ciddi bir problem yoxdur. Saytın işçiləri xaric

  • nə istiyillər ki ?

  • bildiyiniz kimi bura dəvət edilənə qədər onların hər biri müxtəlif saytların sadminləri olublar. Indi hay-küy salırlar ki güya onları kollektivlərindən ayırmışıq. Deyirlər ki nazirlikdən qərar olmasaydı heç kim bizi burda saxlaya bilməzdi. Hər biri öz əvvəlki iş yerinə qayıtmaq istiyir. Maaş söhbəti bir tərəfdən, başqa narazılıqlar digər tərəfdən. Istədim nazirliyə xəbər verim, sonra sizin qərarınızı gözlədim

  • yaxşı eləmisən. Onları yanıma göndər, qalanlarına görəcəkləri işləri izah elə

  • baş üstə. Gedə bilərəm ?

  • buyur

Samir kabinetində oturub görüləcək işləri nəzərdən keçirəndə qapı astadan döyüldü və saytın 8 nəfərdən ibarət işçiləri otağa girdilər. Samir onlara oturmaq təklif eləyib onlar oturandan sonra sözə başladı

  • mənə dedilər ki bəzi sayt adminləri əvvəlki iş yerlərini tərk edib burda işləməkdən narazıdırlar. Bəziləriniz maaşın azlığından, bəziləriniz işin çoxluğundan gileylənmisiniz. Mən sizi burda məcbur saxlamıyacam, cəmi bir-iki dəqiqə vaxtnızı alaraq burda görəcəyiniz işin mahiyyətini başa salacağam. Sonda axırıncı getmək istəyib-istəmədiyinizi soruşacam. əgər kimsə getmək istəsə təmina verirəm, öz əvvəlki iş yerinə qaytarılacaq və burda itirdiyi vaxta görə kompensasiya alacaq. ( bir-neçə saniyə onları süzdükdən sonra sözünə davam elədi ) əgər burda qalıb işləsəniz işiniz ağır olacaq, bəzən gecələri belə işləməli olacaqsınız. Bəs qazancınız nə olacaq ? əlbətdə ki əvvəlki iş yerlərinizə qayıtsanız işiniz rahat, qazancınız isə çox olacaq. Ancaq burda qalıb işləsəniz qazancınız aylıq maaşdan əlavə maddi qazancdan qat-qat xeyirli olan və duadan gələn savab olacaq. Bəli məhz savab. Bu mərkəzdə görüləcək işlərdə hər kəsin payı olacaq və “samir” mərkəzinə edilən dualar burdakı hər bir kəsə ünvanlanmış olacaq. Biz hansısa biznes şirkətində işləmirik, biz bizə ehtiyacı olan insanlara kömək etmək üçün burdayıq. Onların alqış-duasını isə ALLAH tez eşidir. Imam ƏLİ çox gözəl buyurub “ sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın ” indi sizdən soruşuram, hansını seşçirsiniz ? minlərlə manatı ? yoxsa minlərlə insanın deyəcəy “ ALLAH səndən razı olsun ” cümləsini ?

Samir sözünü bitirib, kürəyini kresloya söykədi. Hamı başını aşağı salıb dayanmışdı. Dərin düşüncələr içində öz nəfsləri ilə mübarizə aparırdılar. Bir neçə dəqiqəlik üzücü sükutdan aralarında ən yaşlı olanı burda qalıb işləmək istədiyini bildirdi və digərləri bunu gözləyirmiş kimi yerbə-yerdən burda işləmək istədiklərini bildirdilər. Qapının səsinə fikirdən ayıldı. Murad əlində əlil kreslosu içəri girib dedi

  • tədbirin başlaması üçün hər şey hazırdır. Zaldakı ön sıradan bir stul götürülüb. Çıxışınızı qurtaran kimi sizi elə əlil arabasına aparıb ora qoyacaqlar

  • çox sağ ol əzizim. Təsəvvür edirəm sən olmasaydın mənə necə çətin olardı

  • dəyməz müəllim. Burda işləmək mənə zövq verir

tədbirə gələn bütün qonaqları nazir Mahmudov qəbul edirdi. bu günkü təqdimetmə mərasimiylə bağlı bütün təşkilati məsələləri öz üzərinə götürmüşdü. Tədbirin başlamasına 10 dəqiqə qalmış köməkçisi onu əlil arabasına oturdaraq tədbir zalına apardı. Tribunanın girişində bir-neçə dəqiqə gözləikdən sonra mərasimin aparıcısı trbunaya çıxaraq Samiri tribunaya dəvət etdi və beləliklə mərasim başladı

  • salam hörmətli dostlar, əziz qonaqlar. Bu günkü tədbir haqqında və bu gün sizlərə təqdim olunacaq layihə barədə danışmaq üçün mən bura bu layihənin müəllifi, samir.az interne saytının yaradıcısı və “samir” mərkəzinin rəhbəri Samir İmanovu tribunaya dəvət edirəm

köməkçisi onu tribunaya tərəf apardıqca içindəki həyacan yerini qürur hissinə verirdi. Bəli, o istəyinə çatmışdı. Daha heç kim əlil olduğuna görə onun çəkdiyi əziyyətləri çəkməyəcəkdi. Tribunaya çatanda özünü toplayıb nitqə başladı

  • salam hörmətli qonaqlar, xanımlar və cənablar. Ilk öncə dəyərli vaxtınızı bizə həsr edərək bu mərasimdə iştirak etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Fiziki problemi olan insanlar hər zaman çox şeydən məhrum və cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayıblar. Bəlkə də çoxlarınız bununla razı deyilsiniz. Ancaq nitqimin davamında fizik qüsur olan insanların həyatda qarşılaşdıqları çətinləklərdən daha geniş danışdıqca hər biriniz məni daha yaxşı başa düşəcəksiniz. Heç axt onlara özlərini göstərmək üçün şərait yaradılmayıb. Yalnız dəmir kimi möhkəm iradəsi olan əlillər bu vəziyyətdən çıxa biliblər ki onların da sayı nəzərəçarpacaq dərəcədə azdır. Bəs digərləri ? onları ya parkda istirahət edən, ya da yol kənarında dilənən görərsiniz. əlillərin çox böyük bir hissəsi isə ümumiyyətlə evdən bayıra çıxmaq istəmir. əlillərin ölkə iqtisadiyyatına, siyasətinə, idmanına, təhsilinə, incəsənətinə təsirləri 1 faizdən də azdır və demək olar dünyanın bir çox ölkəsində vəziyyət belədir. Nədir bunun səbəbi ? bu bir az sonra danışacağım problemlərin nəticələridir. Ilk problem əlillərə yanaşma tərzindədir. Hər kəs əlillərə hər şeyə möhtac və heç bir şey bacarmayan insanlar gözündə baxırlar. Bir çox dövlət orqanlarının binasında ayaqdan əlil insanlar üçün xüsusi giriş yeri yoxdur, demək olar heç bir dövlət idarəsində nitq qüsurlu insanlarla dialoq yaratmağı bacaran bir kimsəyə rast gəlməzsiniz, televiziyada sırf onlara həsr edilmiş bir dənə də veriliş yoxdur. Çox cüzi bir qismini çıxmaq şərtilə əlilləri heç bir yerdə işə götürmürlər, onların hər hansısa bir sənətə yiyələnmələri üçün bir dənə də olsun xüsusi peşə məktəbi yoxdur, və saymadığım neçə-neçə problemlər. Amma bütün bunlar artıq keçmişdə qaldı. Bu gün açılışını etdiyimiz və rəsmi olaraq fəaliyyətə başlayan “samir” mərkəzinin sayəsində hansı fiziki probleminin olmasından asılı olayaraq hər bir əlil insan özünü cəmiyyətin bir parçası sayacaq. Bu mərkəzin əsas vəzifəsi əlillərin sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq və onlara həyatla mübarizə üçün yol göstərmək olacaqdır. Bu mərkəzə üzv olan heç bir əlil insana ev, maşın, pul, və ya hər hansı xüsusi imtiyazlar verilməyəcəkdir. Onlara bu saydıqlarımı necə əldə etmək mümkün olduğunu izah edəcəyik. Misal üçün. Fiziki qüsurlu bir insan bütün günü evdə oturaraq pensiyasını gözləyir və ya valideyinlərinin qazancını yeyir. Halbuki həmin əlil insan boş vaxtlarını hər hansısa bir peşə öyrənməyə sərf edə bilər. Bu mərkəzin əsas vəzifələrindən biri əlillərin özlərinə olan yanaşmalarını və digər insanların əlillərə qarşı olan fikir və düşüncələrini dəyişməkdir. Bizim mərkəzin digər ölkələrlə quracağı əməkdaşlıq nəticəsində hər həftə müxtəlf ölkələrdən fiziki qüsurlu insanları bura dvət edərək burdakı fiziki qüsurlu insanlarla birgə seminarlar və forumlar keçirtməyi düşünürük. Bundan əlavə “samir” mərkəzinin rəsmi internet saytı olan samir.az saytı yaradıldı bu saytın da əsas vəsifələri əlil insanların dünyagörüşlərinin artmasına xidmət etmək, onlara öz bacarıqlarını göstərmək imkanı yaratmaq və əlillər arasında rahat ünsiyyət yaradılmasını təmin etməkdir. Bu sayt vasitəsiylə əlillər də artıq öz fikirlərini ictimaiyyətə çatdıra biləcəklər, öz əl işlərini və digər bacarıqlarını nümayiş etdirə biləcəklər, digər insanlara münasibət yaradaraq fikir mübadiləsi apara biləcəklər, artıq onlar da özlərini cəmiyyətin bir parçası hesab edəcəklər. Bu saytda çox şey olacaq online dərslər, canlı radio, virtual qazet, canlı psixoloq yardımı, online söhbə etməyə şərait yaradan super çat xidməti, forum və sairə. Bu sayt yaradılarkən istənilən fiziki qüsurlu insanın saytdan rahat istifadə etməsi üçün hər bir şey nəzərə alınıb. Misal üçün onu deyə bilərəm saytın video bölməsində bütün videolar həm səsli, həmi də eşitmə qüsuru olan insanlar üçün rahat oxuna bilən altyazılarla hazırlanmışdır. “samir” mərkəzinin şüarı isə belədir “ fiziki vəziyyətin necə olursa-olsun. Özünlə fəxr et ”. sonda bu möhtəşəm mərkəzin və saytın yaradılmasında mənə inanan və köməklik göstərən hər bir şəxsə, xüsusilə də sumqayət şəhərinin icra hakimi vaqif müəllimə və nazir mahmudov cənablarına çox sağ olun deyirəm. Bizimlə əməkdaşlıq edən yerli və xarici təşkilatlara və ayrı-ayrı şəxslərin hər birinə təşəkkür edirəm. Ümid edirəm qurduğum həyata keçirdəcəyimiz bu lahiyə həyata inteqrasiyasına və onların sosial rifahlarının yaxşılaşmasına əsaslı kömək göstərəcək. Diqqətinizə görə təşəkkür edirəm

zaldan qopan alqışları lahiyəsinin ilk uğuru kimi qəbul edib köməkçisinin yardımı ilə aşağı düşərək birinci sırada onun üçün ayrılmış yerdə dayandı. Tədbirin aparıcısının növbəti natiqi kürsüyə dəvət etdiyi vaxt o müəllifi olduğu və yaranmasında biləvasitə iştirak etdiyi mərkəzin gələcəyini fikrində canlandırırdı “ əlillər bütün komplekslərdən azad olaraq insanlar arasında daha rahat və daha sərbəst hərəkət edirlər, artıq heç bir fiziki qüsurlu uşaq öz həmyaşıdları tərəfindən lağa qoyulmur, əlillərin də sağlam insanlar kimi öz dövlətlərinin iqtisadiyatına və siyasətinə öz təsirləri var, artıq teleaparıcının gözdən qüsurlu olması və yaxud ayaqdan əlil olan bir nəfərin at yarışlarında iştirak edərək qalib gəlməsi heç kim üçün qeyri-adi bir hadisə sayılmır ” alqış səslərinə fikirdən ayılanda növbəti natiq çıxışını başa vururdu. 4 saata yaxın davam edən rəsmi hissə bitdikdən sonra, tədbir incəsənət ustalarının çıxışları ilə davam etdi və məraim ümumilikdə 6 saata yaxın davam etdi. Çıxış edənlər analoqu olmayan bu layihədən həvəslə danışıb, bu uğuruna görə Samiri təbrik edirdilər.
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə