Vətəndaş Maarifləndirilməsi




Yüklə 16.63 Kb.
tarix10.04.2016
ölçüsü16.63 Kb.
S O R G U
Salam, mən “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyini təmsil edirəm. Bizim təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində adət-ənənələrin nə dərəcədə yaşadılmasının öyrənilməsi ilə bağlı rəy sorgusu aparırıq.

Burada səhv və ya düzgün cavab yoxdur, siz bizim təsadüfi seçim üsulu ilə seçilmisiniz. Xahiş edirəm sorgumuzda iştirak edərək suallarımıza cavab verəsiniz.


  1. Cinsi

1 Kişi

2 Qadın
2. Yaşı

1. 18-34

2. 35-54


3. 55-74

4. 75 +
3. Milliyyəti

1. Azərbaycanlı

2. Digər __________


4. Məşguliyyəti

1. Dövlət sektoru

2. Ozəl sector

3. Birgə müəssisə

4. Kəndli (fermer)

5. İşsiz


6. Təqaüdçü (əlil)

7. Evdar qadın



8. Başqa________
5. Bu gün bizim milli adət-ənənəlrimizin mövcud durumunu necə dəyərləndirərdiniz?

  1. Bizim milli adət-ənənələrdən çox şey itirilməkdədir

  2. Bizim milli adət-ənənələrdən çox şey yaşanmaqdadır

  3. Bizim milli adət-ənənələrdən bir qismi unudulsa da, əksəriyyəti qorunmaqdadır.

  4. Bizim milli adət-ənənələrimiz tamamilə unudulub

  5. Başqa______________________

  6. Cavab verməyə çətinlik çəkirəm




  1. Digər xalqların adət-ənələrinin bizim milli adət-ənənələrə təsirini necə dəyərləndirərdiniz?

  1. Bizim adət-ənənələri Qərbin kənar mənfi təsirlərdən qorumaq lazımdır

  2. Bizim adət-ənənələri kənar təsirlərdən qorumaga ehtiyac yoxdur

  3. Bizim milli adət-ənənələrə digər xalqların adət-ənənələrindən müsbət halları cəlb etmək olar

  4. Başqa___________________

  5. Cavab verməyə çətinlik çəkirəm




  1. Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına ehtiyac varmı?

  1. Bəli

  2. Xeyr

  3. Yalnız zamanə ilə uygunlaşanları yaşatmaq lazımdır

  4. Cavab verməyə çətinlik çəkirəm




  1. Toy və yas mərasimlərinin hazırki durumu sizi nə dərərcədə qane edir?

  1. Tamamilə qane edir

  2. Tamamilə qane etmir

  3. Nisbətən qane edir

  4. Nisbətən qane etmir

  5. Cavab verməyə çətinlik çəkirəm




  1. Toy və yas mərasimlərinin Azərbaycan xalqının milli adət ənənələrinə və İslam dininin şərtlərinə uygun keçirilməsinə münasibətiniz necədir?

  1. Yaxşı, bu tam düzgün olardı

  2. Yaxşı, lakin bu bizi mövhümata aparmamalı

  3. Pis, bu bizi Qərbə inteqrasiyadan geri salacaq

  4. Cavab verməyə çətinlik çəkirəm




  1. Toy və yas mərasimlərinin dəb-dəbəli keçirilməsinə münasibətiniz necədir?

  1. Pis, bu artıq israfçılıqdır və cəmiyyətdə insanlar arasında ayrı-seçkilik yaradır

  2. Yaxşı, bu hər bir insanın imkanına və zövqünə uygun olmalıdır

  3. Yaxşı, lakin bu insanları sonradan yaranan problemlər ilə üz-üzə qoymamalıdır

  4. Cavab verməyə çətinlik çəkirəm




  1. Bəs siz, özünüzün (ailə üzvünüzün) toy və yas mərasimini milli-adət ənənəyə və İslam dininə uygun keçirilməsini təmin edə bilərsinizmi?

  1. Bəli, bu mənim daxili ailə işimdir

  2. Bəli, lakin qohumlarım və ətrafımdakı insanların qınagı ilə üzləşə bilərəm

  3. Xeyr, mən bunun tərafdarı deyiləm

  4. Xeyr, qohumlar və ətrafımdakı insanların qınagı ilə üzləşmək istəmirəm

  5. Cavab verməyə çətinlik çəkirəm




  1. Toy və yas mərasimlərinin keçirilməsi qaydalarının tənzimlənməsi üçün müvafiq qanunvericiliyin olmasına münasibətiniz necədir?

  1. Müsbət

  2. Mənfi

  3. Orta

  4. Cavab verməyə çətinlik çəkirəm


Sorguda iştirak etdiyinizə görə təşəkkür edirəm!

Sag olun!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə