Vətəndaş Həmrəyliyi Partiyasının “21 fevral Ümumdünya Ana dili” günü ilə bağlı b ə yanat I




Yüklə 7.4 Kb.
tarix10.04.2016
ölçüsü7.4 Kb.
Vətəndaş Həmrəyliyi Partiyasının “21 fevral Ümumdünya Ana dili” günü ilə bağlı

B Ə Y A N A T I

VHP-nin bəyanatında deyilir: “21 fevral Ümumdünya Ana dili Günü kimi təsdiq olunub. Tarixin insan hüquqlarının və milli haqların bərpasına doğru inkişaf etdiyi bir dönəmdə ölkələrin rəsmi dililə yanaşı ölkə daxilində yaşayan digər millətlətin dilləri də rəsmiyyətdə tanınmalı, bütün sahələrdə istifadə olunmalı və onun inkişafına şərait yaradılmalısı normal prinsip olaraq qəbul edilib. Ancaq İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan və sayları ökə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan türklərinin bir dənə də olsun məktəbi yoxdur. Düz 85 ildir İran adlanan yerdə qeyri-fars millətləri ən ibtidai hüqüqlarından, o cümlədən ana dilində təhsil almaq, mətbuat vasitələrindən yararlanmaq, dil və mədəniyyətinin inkişaf etdirmək üçün hansısa mədəni tədbirlərini keçirməkdən məhrum edilib.

İran adlanan ərazinin tarixi türk torpaqları olması və Azərbaycan türklərinin burada ta qədim zamanlardan dövlətlər qurması həqiqətdir. Bu ərazidə siyasi hakimiyyəti ələ keçirən şovinist fars rejimi nəinki bu məkanın aborigen xalqının türk olmasını qəbul edir, əksinə bütün inzibati və siyasi resurslarını Azərbaycan türkünün bir millət kimi məhv olmasına yönəldib. Hər il azərbaycanlılara qarşı təqib və təzyiqlər daha da şiddətlənir, öz milli hüquqlarını tələb edən soydaşlarımız həbs olunur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, milli fəallar məhkəmələrdə ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir, eyni zamanda hərəkatçılar müəmmalı şəkildə qətlə yetirilir. İran adlanan yerin əhalisinin böyük əksəriyyətinin türk olmasına baxmayaraq, fars şovinizmi onlar üçün bir dənə də məktəb açılmasına imkan vermir. Bir çox hallarda türklərin öz ana dilində danışmaları belə yasaqlanır. Halbuki fars şovinist rejiminin mənafeyinə xidmət edən konstitusiyada belə vətəndaşların ana dilində təhsil almaq, yazıb-oxumaq hüquqları təsbit olunub. Ancaq reallıqda bu öz əksini tapmır. Ana dili haqqı uğrunda mübarizədə həbs olunan, sürgün edilən, zindanlarda çürüdülən, öldürülən soydaşlarımızın sayı minlərlədir.

Danışmaq bir-birilə nitqlə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqqdır. Fars şovinizmi bu haqqa-Tanrı haqqına qarşı çıxır. Xalq həm də Xaliq sözündəndir, Xalqa verilən zülm Xaliqə, Tanrıya asi olmaqdır. Fars şovinist rejiminin din pərdəsi altında törətdikləri yalnız milli haqlara, insanların doğal azadlıqlarına qarşı yönəlməyib. Bu həm də İnsan, Millət, Bəşər haqlarına qarşı yənələn allahsizlq sistemidir”.



VHP olaraq, fars şovinist rejiminin çirkin siyasətini pisləyir və ən yaxın zamanda Azərbaycan Türklərinin də fəal iştirakı ilə sivil dünya üçün utanc gətirəcək bir rejimin yer üzündən silinəcəyinə inanırıq.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə