Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsiylə bağlı




Yüklə 138.9 Kb.
tarix01.03.2016
ölçüsü138.9 Kb.
Giriş
Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası qəbul edildikdən sonra ölkədə demokratiyanın təşəkkülü və insan haqlarının qorunması ilə bağlı bir sıra sənədlər qəbul edildi. Demokratik, azad və şəffaf seçkilərin keçirilməsi də bir məqsəd olaraq qarşıya qoyuldu. Müxtəlif səviyyəli (Prezident, parlament, bələdiyyə seçkilər və ümumxalq səsverməsi - referendum) seçkilər haqqında qanunlar qəbul edildi. 11 noyabr 2003-cü il tarixdə isə onların hamısı ümumiləşdirilərək Azərbaycan Respublikasının vahid Seçki Məcəlləsi qəbul olundu. Məcəllə bir sıra çatışmazlıqlardan xali olmasa da bu demokratik seçkilərin keçirilməsi yolunda mühüm bir addım idi. Sonrakı illərdə Məcəlləyə xeyli əhəmiyyətli dəyişikliklər edildi. Bir çox ölkələrin seçki qanunvericiliyi ilə yaxından tanış olaraq əminliklə deyə bilərik ki, bu Seçki Məcəlləsi aparıcı ölkələrin seçki qanunvericiliyindən heç də geridə qalmır, bəzi məsələlərdə onlardan daha üstündür. Lakin cəmiyyətin və demokratik proseslərin inkişafı, Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyasının gücləndiyi bir şəraitdə bir çox qanunların, o cümlədən Seçki Məcəlləsinin də daim yeniləşməsi və təkmilləşməsinə ehtiyac duyulur.

VCU Mərkəzinin əməkdaşlarının və müşahidəçilərinin uzun illər ərzində qazandığı təcrübə və istər seçkiqabağı dövr, istərsə də seçki günü haqqında topladıqları materiallar parlament seçkiləri barədə kifayət qədər keyfiyyətli və obyektiv sənəd hazırlamağa imkan vermişdir. Kitab beynəlxalq təşkilatlar və geniş ölkə ictimaiyyəti üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, Mərkəzin hazırladığı rəy geniş ictimaiyyətin müzakirələrinə rəvac verəcəkdir.



Nəzərinizə təqdim olunan kitabda 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi rəyi dərc edilmişdir. Rəy Bakının 8 və Azərbaycanın regionlarının 22 seçki dairəsində aparılmış monitorinqin nəticələri əsasında hazırlanmışdır.
Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsiylə bağlı

YEKUN RƏYİ
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi artıq 12 ildir ki, Azərbaycanda silsilə layihələrin həyata küçirilməsi ilə məşğuldur. Bu dövr ərzində Mərkəz böyüklü-kiçikli 30-dan artıq layihə həyata keçirmişdir. Bu layihələri həyata keçirilmə ardıcıllığı ilə nəzərinizə təqdim edirik:

  1. 1997-2003, yerli özünüidarə və seçkilərlə bağlı regionlarda iş; Milli Demokratiya İnstitutu, ABŞ

  2. 1998, Prezident seçkilərində, regional şöbələrinin, işinin gücləndirilməsi; Soros Fondu

  3. 1998, İdarəetmədə vətəndaşların iştirakının formaları. ABŞ səfirliyi

  4. 1998, Prezident seçkilərinin monitorinqi. Milli Demokratiya İnstitutu

  5. 1998, Azərbaycanın regionlarında bələdiyyələrin problemlərinin öyrənilməsi. Friedrich Naumann Fondu, Almaniya

  6. Bələdiyyə seçkiləri üçün müşahidəçilərin hazırlanması. Avrasiya Fondu, Soros Fondu

  7. 1997, Bələdiyyə seçkilərinin monitorinqi. Milli Demokratiya İnstitutu

  8. 1999, "Bələdiyyə idarəetməsi" kitabının nəşri. Böyük Britaniya səfirliyi

  9. 2000, Parlament seçkilərinin monitorinqi. Milli Demokratiya İnstitutu

  10. 2000, Parlament seçkiləri üçün müşahidəçilərin hazırlanması, Avrasiya Fondu

  11. 2001-2002, Qafqaz regional şəbəkəsinin seçki qanunvericiliyinin yaxşılaşdırılması. Avrasiya Fondu

  12. 2001-2003, Vətəndaşların seçki hüquqları və seçkilər üçün müşahidəçilərin hazırlanması. Avropa Birliyi Komissiyası

  13. 2002, Bələdiyyə strukturlarının formalaşmasında QHT-lərin roluna həsr 2 həftəlik tədris proqramı, 500 bələdiyyənin fəaliyyətinin monitorinqinin aparılması. ISAR

  14. 2002-2003, “Bələdiyyə xəbərləri: qanunvericilik və təcrübə” bülleteninin 6 nömrəsinin buraxılışı, Norveç səfirliyi;

  15. 2003, Şərqi Avropa və MDB ölkələrində seçkilərin monitorinqində QHT-lərin roluna həsr olunmuş beynəlxalq konfrans. Soros Fondu

  16. 2003, Prezident seçkiləri üçün müşahidəçilərin hazırlanması. Böyük Britaniya səfirliyi

  17. 2003, Prezident seçkilərinin monitorinqi. Soros Fondu

  18. 2003, Bələdiyyə üzvləri və qulluqçuları üçün tədris proqramı; Soros Fondu

  19. 2003-2004, 6 eksperimental bələdiyyənin inkişaf proqramı. Norveç Regional və Yerli Hakimiyyət orqanları Assosiasiyası

  20. 2004, yerli donorluq institutunun inkişaf proqramı. Avrasiya Fondu

  21. Bələdiyyələr fəaliyyətində, yerli icmaların iştirak proqramı. ABŞ səfirliyi

  22. 2005, seçkiqabağı dövrün monitorinqi. Böyük Britaniya Səfirliyi

  23. 2005, Azərbaycan Respublikası Bələdiyyələrinin Milli Assosiasiyasının yaradılması. Norveç Yerli və Regional ilə Hakimiyyət orqanları Assosiasiyası, Avropa Şurası Konqresi

  24. 2005, Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının rəhbərliyinin təşkil olunması. Norveç Yerli və Regional ilə Hakimiyyət orqanları Assosiasiyası, Avropa Şurası Konqresi

  25. 2006-2007, Vətəndaş Cəmiyyət Layihəsi. Counterpart International

  26. 2008, Parlamentin üzvləri və seçicilər arasında münasibətlərin təkmilləşdirməsi. Norveç Səfirliyi

  27. 2008, Prezident seçkilərinin monitorinqi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurası

  28. 2008, Parlamentin üzvləri və seçicilər arasında münasibətlərin təkmilləşdirməsi. Friedrich Ebert Fondu, Almaniya

  29. 2009, Azərbaycan Respublikasında 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkilərinin monitorinqinin hazırlanması və keçirilməsi. Avropa Komissiyası

  30. 2010, Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin monitorinqi üçün müşahidəçilərin hazırlanması. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurası

Bu layihələrin əhəmiyyətli hissəsi bilavasitə seçki proseləri ilə bağlı olmuşdur. Uzun illər seçkilərin monitorinqi ilə bağlı ardıcıl həyata keçirilmiş layihələr Mərkəzə istər Bakıda, istərsə də regionlarda sabit və peşəkar müşahidəçi korpusu formalaşdırmağa imkan vermişdir. Fikrimizcə, onların arasında Avropa Birliyi Komissiyasının dəstəyi və Almaniyanın Naumann Fondunun əməkdaşlığı ilə ilə 2001-2003-cü il dövründə həyata keçirilmiş “Vətəndaşların seçki hüquqları və seçkilər üçün müşahidəçilərin hazırlanması” mövzulu layihə ən şox praktiki əhəmiyyət daşımış layihə olmuşdur. Bu proqram həm VCU-nun müşahidəçi korpusunun formalaşmasına, həm də yeni seçkiqabağı və səsvermə proseslərinin müşahidəsi metodikasının hazırlanmasına və təkmilləşdirilməsinə ciddi kömək göstərmişdir.

Təcrübənin toplanmasında təşkilatın 1998-ci ildə və ondan sonrakı illərdə keçirilmiş seçkilərdə iştirakı xüsusi əhəmiyyət kəsb etmişdir. Bundan əlavə müxtəlif illərdə onun əməkdaşlarının postsovet, postsosialist ölkələrində keçirilmiş seçkilərdə iştirakı Mərkəzin əməkdaşlarının praktiki təcrübəsinin artmasında böyük rol oynamışdır. Mərkəzin əməkdaşları müxtəlif illərdə Qazaxıstanda, Ukraynada, Qırğızıstanda, Gürcüstanda, Moldovada, Rumıniyada, Belarusda və digər ölkələrdə keçirilmiş müxtəlif səviyyəli seçkilərin monitorinqində iştirak etmişlər. Hazırki layihə çərçivəsində VCU-nun əməkdaşlarının Avstriyaya və Gürcüstana səfərləri də istisna olmamışdır. Bu seçkilərdə təşkilat Azərbaycan reallığına uyğun monitorinq metodologiyası hazırlamışdır. Müşahidəçi korpusun əsas hissəsi mətbuatda və sosial şəbəkələrdə verilmiş elanların nəticəsində formalaşdırılmışdı: Bunlar, əsas etibarı ilə siyasi mənsubiyyəti olmayan universitet tələbələrindən ibarət idi. Monitorinqdə iştirak etmiş 890 könüllünün 236 nəfərini qadınlar təşkil etmişdir ki, bu da bütün müşahidəçi korpusunun 26,5%-ni təşkil etmişdir.ВНИМАНИЕ!


Напоминаем, что администрация Mail.Ru и владельцы других сайтов никогда не просят своих пользователей прислать им пароли от ящиков.
Компания Mail.Ru никогда не просит своих пользователей оплатить доставку подарков и призов.
Компания Mail.Ru никогда не просит своих пользователей отправить смс (в том числе и бесплатные) для возобновления или поддержания работы почтового ящика, а также для получения приза.
Будьте внимательны, не попадайтесь на уловки мошенников!

ВНИМАНИЕ!
Данное письмо содержит потенциально опасный HTML-код, заблокированный системой безопасности.
Возможно, оно отображается неправильно.

Начало формы

0 писем


Bu layihəyə əsasən seçki məntəqələrinin təxminən 20%-də monitorinqin həyata keçirilməsi nəzərdə tutulmuşdu ki, bu da seçkiyə nəzarətin həyata keçirilməsi, onların xarakterinə təsir göstərilməsi və həyata keçirilmiş iş barədə tutumlu və obyektiv hesabat hazırlanması üçün kifayət olmuşdur. Müşahidəçilərin seçkiqabağı və səsvermə prosesləri haqqında təqdim etdiyi hesabat sənədlərində əks edilmiş məlumatlar böyük əhəmiyyətə malik olmuşdur. Mərkəz hesab etmişdir ki, seçkiqabağı kampaniyanı xarakterizə edən konkret sualların hazırlanması əsas vəzifələrdən biridir. Xüsusi sual blankları hazırlanıb əvvəlcədən müşahidəçilərə paylanmışdır. Blanka aşağıdakı kimi suallar daxil edilmişdir:


  1. İcra hakimiyyəti namizədlərə seçkiqabağı təşviqat aparmaq imkanlarını verərkən obyektivliyi gözləyirmi?

  2. Yerli hakimiyyət nümayəndələri təşviqat prosesinə müdaxilə edirlərmi?

  3. Mərkəzi hakimiyyət orqanları və Mərkəzi Seçki Komissiyası referendum kampaniyasının obyektiv aparılmasını təmin edirlərmi?

Səsvermə prosesinin hesabat sənədlərinin düzgün tərtib olunması da böyük əhəmiyyət kəsb etmişdir. Səsvermə prosesinin təkmilləşdirilməsi, onun keçirilmə prosedurunun sadələşməsi, mərkəzin təcrübəsinin artması sualların sayının kəskin azalmasına gətirib çıxardı. Fikrimizcə ən vacib suallara bunlar olmuşdur:




  1. Məntəqədən kənarda səsvermə faktları olubmu?

  2. Bir nəfərin bir neçə nəfərin əvəzinə səs verməsi faktları olubmu?

  3. Seçki məntəqələrində təşviqat faktları olubmu?

  4. Müşahidəçilərə referendumu sərbəst izləmək üçün şərait yaradılmışdımı?

  5. Bülletenlərin topa ilə atılması faktları olubmu?

  6. Səslərin sayılması prosesində qanun pozuntusu halları olubmu və s.?

Düzgün cavabların təmin olunması üçün Mərkəz xüsusi test tapşıriqları hazırlamış və bu tapşırıqlar təlimlərdə araşdırılmışdır. Keçirilmiş treninqlərdə iştirakçıların əsas diqqəti seçki qanunvericiliyinin xüsusiyyətləri ilə tanışlığa, səsvermə günü onların hüquq və vəzifələrinin, davranış normalarının mənimsənilməsinə yetirilmişdir. Treninqlərdə iştirakçılar həmçinin hazırlanmış sənədlərlə qabaqcadan tanış olmaq imkanı əldə etmişlər. Bu sənədlər aşağıdakılardır:




  1. Səsvermənin keçirilməsi normaları barədə Seçki Məcəlləsindən seçmələr.

  2. Müşahidəçi üçün yaddaş kitabçası.

  3. Səsvermə, səslərin sayılması, nəticələrin elan olunması zamanı müşahidəçilərin hüquq və vəzifələri.

  4. Səsvermədən sonra regional nümayəndəyə təqdim olunmalı hesabat sənədi. Bu müşahidəçinin qoyulmuş suallara qısa cavablarından ibarət sənəd olmuşdur. Hər bir müşahidəçi sənədin sonunda referendumun xarakteri, obyektiv və ədalətli olub olmaması haqqında nəticəyə gəlmişdir.

  5. Müşahidə zamanı Seçki Məcəlləsi qaydalarının pozulmasının konkret hallarının qeydi üçün hazırlanmış xüsusi akt blankları.

Hər bir seçki dairəsi üçün 2 treninq keçirilmişdir. Birinci treninq seçkiqabağı dövrün, ikinci isə seçki gününün monitorinqinə həsr olunmuşdu. Bələdiyyə seçkilərindən əvvəl bu treninqlərin arasında 6 ayadək müddət olmuşdu. Lakin parlament seçkilərindən əvvəl Mərkəz qərara aldı ki, hər iki təlim seçki kampaniyasına start verildikdən sonra həyata keçirilsin. Bu müşahidəçilərin (xüsusilə korpusa yeni qatılanların) yeni əldə etdikləri biliklərin daha səmərəli şəkildə tətbiq olunması üçün şərait yaratmışdır. Treninqlərdə müşahidəçilər həm ümumi fəaliyyət normaları, həm də rastlaşa biləcəkləri konkret halların araşdırılması ilə tanış olmuşlar. Belə ki, müşahidəçilər konkret hallarda necə hərəkət edəcəklərini öyrənmişlər. Təlimçi və təlim iştirakçıları arasındakı dialoq treninqin məqsədlərinin həyata keçirilməsinə xidmət etmişdir. Qeyd etməyi vacib hesab edirik ki, Almaniyanın Fridrix Naumann Fondu və Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi layihənin icrasında VCU Mərkəzinin partnyorları olmuşlar. Treninqlərin bir hissəsi bu təşkilatların əməkdaşları tərəfindən həyata keçirilmişdir. Treninqin səmərəliliyinin təmin olunması məqsədiylə VCU Mərkəzinin əməkdaşları əvvəlcədən konkret halların və bu halda müahidəçinin nə etməli olduqlarının sxemini hazırlamışlar. Sxemin konkret sualı, məsələn, belə olmuşdur: “Bir nəfər bütün ailə üzvlərinin əvəzinə səs verdikdə müşahidəçi necə hərəkət etməlidir?” İştirakçıya cavab 5 variantda təqdim olunmuşdur:




  1. O, prosesə müdaxilə etməli səsverənin iştirak hüquqlarının ləğv olunmasını tələb etməlidir.

  2. О, polisin müdaxiləsinin vacibliyini tələb etməlidir.

  3. О, komissiya üzvlərində səsvermə qutusunun açılmasını və oradan atılmış bülletenlərin çıxarılmasını tələb etməlidir.

  4. О, seçki komissiyasının sədrindən bülletenləri vermiş komissiya üzvünün komissiyadan çıxarılmasını tələb etməlidir.

  5. О, qanun pozuntusu barədə akt tərtib etməli və onu komissiyanın sədrinə verməlidir.

Beşinci cavab düzgündür. İştirakçılar üçün başqa test tapşırıqları da bu tipdə hazırlanmışdır. Test sınaqları zamanı təlim iştirakçısının monitorinqə hazırlıq səviyyəsi və öz vəzifələrinin yerinə yetirilməsinə hazırlıq dərəcəsi müəyyənləşmiş, treninqin nəticələrinə əsasən müşahidəçinin attestasiyası keçirilmişdir. Monitorinqin bu və diər istifadə olunan texnologiyaları, fikrimizcə, proqramın uğurla həyata keçirilməsinə xidmət etmişdir. Bundan əlavə müşahidəçilərin hər birinə mümkün ola biləcək qanun pozuntularını sənədləşdirmək üçün xüsusi akt blankları və Mərkəzin hazırladığı “Müşahidəçi üçün yaddaş kitabçası” paylanmışdır. Kitabçada monitorinqdə iştirak edəcək müşahidəçilərin hüquq və vəzifələri, habelə davranış normaları, səsvermə günü ilə bağlı Seçki Məcəlləsindən seçmələr verilmişdi.

1998-ci ildən bu vaxtadək Azərbaycanda keçirilmiş bütün seçkiləri müşahidə etmiş Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ötən illərdə toplanmış təcrübəyə istinad edərək müvafiq proqramla Avropa İttifaqı Komissiyasına yardım üçün müraciət etdi. 2008-ci ilin sonunda Avropa İttifaqı Komissiyası təqdim olunmuş proqramı bəyəndi və Mərkəzlə 2009-cu ilin bələdiyyə və 2010-cu ilin parlament seçkilərinin monitorinqi ilə bağlı iki illik müqavilə bağladı. 2009-cu ilin yanvarından etibarən “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz bu proqramın icrasına başladı. Proqramın ikinci ilində parlament seçkilərində seçki kampaniyasının monitorinqi (müşahidəsi) planlaşdırılmışdı. Ölkədə mövcud olan 125 seçki dairəsinin 30-da seçkilərin müşahidə olunması nəzərdə tutulurdu.
3 №-li Babək Kəngərli seçki dairəsi

4 №-li Naxçıvan şəhər seçki dairəsi

6 №-li Culfa Babək seçki dairəsi

16 №-li birinci Yasamal seçki dairəsi

17№-li ikinci Yasamal seçki dairəsi

23 №-li Nəsimi Səbail seçki dairəsi

24 №-li birinci Nizami seçki dairəsi

25 №-li ikinci Nizami seçki dairəsi

29 №li Səbail seçki dairəsi

33 №-li birinci Xətayi seçki dairəsi

35 №-li ikinci Xətayi seçki dairəsi

37 №-li birinci Nizami (Gəncə) seçki dairəsi

38 №-li ikinci Nizami (Gəncə) seçki dairəsi

39 №-li birinci Kəpəz seçki dairəsi

40 №-li ikinci Kəpəz seçki dairəsi

42 №-li ikinci Sumqayıt seçki dairəsi

43 №-li üçüncü Sumqayıt seçki dairəsi

44 №-li Sumqayıt Abşeron seçki dairəsi

47 №-li Mingəçevir şəhər seçki dairəsi

48 №-li Yevlax seçki dairəsi

49 №-li Yevlax Mingəçevir seçki dairəsi

52 №-li Quba seçki dairəsi

53 №-li Quba Qusar seçki dairəsi

55 №-li Xaçmaz şəhər seçki dairəsi

56 №-li Xaçmaz kənd seçki dairəsi

86 №-li İsmayıllı seçki dairəsi

88 №-li Göyçay seçki dairəsi

89 №-li Göyçay Ağdaş seçki dairəsi

90 №-li Ağdaş seçki dairəsi

93 №-li Bərdə seçki dairəsi


“Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz əldə etdiyi təcrübəyə və digər ölkələrdə seçkilərin monitorinqinin keçirilməsi praktikasına istinad edərək öz işini qurdu. Könüllü müşahidəçilər korpusu yaradıldı, zəruri texniki sənədlər hazırlandı və müşahidəçilərlə lazımi biliklər aşılayan təlimlər keçirildi və artıq 2010-cu ilin oktyabr ayında Mərkəz qarşısında duran vəzifənin icrasına hazır idi. Seçki kampaniyası ərəfəsində mərkəzin müşahidəçi korpusu fəaliyyəti 30 seçki dairəsini əhatə edəcək 900 nəfərədək artıq könüllünü birləşdirirdi. VCU Mərkəzi seçki kampaniyasına start verildiyi vaxtdan başlayaraq sadalanan seçki dairələrində monitorinqin təşkili ilə bağlı təlimlərə başladı. İlk 30 təlim seçkiqabağı mühitin monitorinqi qaydalarının öyrənilməsinə həsr edilmişdi. Burada müşahidəçilərə namizədlərin imza vərəqləri almaq üçün müraciətlərindən başlayaraq imzaların toplanılması, onların dairə seçki komissiyalarına təhvil veriməsi, imzaların yoxlanılması, namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin təbliğat təşviqat kampaniyası, habelə bu fəaliyyətlərin qanunvericiliyin tələblərinin gözlənilməsi və Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun həyata keçirilməsi ilə bağlı zəruri məlumatlar verilmişdir. Digər 30 təlim isə bilavastə səsvermə gününə həsr olunmuşdur. Burada müşahidəçilər səsvermə gün həyata keçirilməli fəaliyyətlərin ardıcıllığı, səsvermənin qaydaları və müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı lazımi biliklərə yiyələnmişlər.
Seçkiqabağı hüquqi baza və cəmiyyətdə gedən siyasi proseslər.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi 1997-ci ilin mart ayında bir sıra aparıcı mütəxəssislər tərəfindən təsis edilmiş və ötən dövr ərzində keçirilmiş bütün səviyyəli seçkilərin (1998, 2003 və 2008-ci illərin prezident, 2000, 2005-ci illərin parlament, 1999, 2004 və 2009-cu illərin bələdiyyə seçkilərinin) və 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər üzrə referendumun monitorinqini həyata keçirmişdir. 2010-cu ildə monitorinqi keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri ölkə müstəqillik əldə etdikdən sonra keçirilmiş dördüncü parlament seçkiləri idi. Bu seçkilər əvvəllər keçirilmiş seçkilərdən heç də az əhəmiyyət daşımırdı. Bu seçkilər insan haqları sahəsində vəziyyətin yaxşılaşacağı ilə bağlı ölkənin götürdüyü öhdəliklərlə uzlaşmalı və Azərbaycanın beynəlxalq arenada nüfuzuna əhəmiyyətli dərəcədə təsir etməli idi. Seçki ərəfəsində 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsində bir sıra texniki xarakterli dəyişikliklər həyata keçirildi. İlk növbədə bu seçki kampaniyasının müddətinin 75 gündən 60 günədək azaldılmasını nəzərdə tuturdu. Bu dəyişiklik uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi seçki qrafikinə əhəmiyyətli dərəcədə təsir edirdi. Namizədlərin irəli sürülməsinə, onların imza toplamasına, eyni zamanda təbliğat və təşviqat kampaniyasına əvvəlki seçkilərdən daha az vaxt ayrılırdı. Fikrimizcə, bu o qədər də uğurlu addım deyildi. Xüsusilə geniş ərazidə və yaşayış məntəqələri səpələnmiş şəkildə yerləşmiş dağlıq ərazilərdə 22 gün ərzində görüşlərin keçirilməsini praktiki şəkildə həyata keçirmək çox çətin idi. Mərkəzimiz özü də bu müddətin azaldılması ilə bağlı bir sıra çətinliklərə məruz qaldı. 60 günlük seçki kampaniyası ərzində ölkənin müxtəlif regionlarında 60 təlimin keçirilməsi həqiqətən çox ağır idi.

İkinci dəyişiklik seçki kampaniyasının aparılması üçün deputatlığa namizədlərin, siyasi partiyaların və siyasi partiya bloklarının seçki fondları üçün ayrılmalı vəsaitin ləğv olunması ilə bağlı idi ki, bu addımın aparılacaq prosesə təsiri minimal olacaqdı. Nəzərə almaq lazımdır ki 2005-ci il parlament seçkilərində hər bir namizəd üçün ayrılmış vəsaitin məbləği cəmi 300 AZN təşkil edirdi.



Cəmiyyətdə çoxdandır ki dolaşan bir sıra prinsipial məsələlər, o cümlədən proporsional parlament seçkilərinin keçirilməsi, seçki komissiyalarının paritet əsasda formalaşdırılması və ya onların hər hansı bir siyasi partiyadan asılılığının aradan qaldırılması məsələləri müzakirəyə çıxarılmadı.
Namizədlərin irəli sürülməsi və qeydiyyatı.
4 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edildi. Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi və imza vərəqlərinin götürülməsi zamanı elə bir ciddi problemlərlə müşayiət olunmamışdır. 1420 nəfər imza vərəqi götürmüş, onlardan 1115-i imza vərəqlərini və digər zəruri sənədləri DSK-lara təqdim etmiş, 297-si isə imza vərəqlərini geri qaytarmamışdır. 35 nəfər namizədliyini geri götürmüş, 310 nəfərə DSK tərəfindən imtina edilib, 72 nəfər isə namizədlikdən imtina edib. İlk mərhələdə 690 nəfər deputatlığa namizəd kimi qeydə alınmışdır. Lakin imzaların yoxlanılması və namizədlərin qeydiyyatı prosesində bir sıra arzuolunmaz hallara rast gəlinmişdir. İmzaları yoxlayan ekspertlərin subyektivliyə yol verdiyi hallar olmuşdur. Bəzi hallarda hətta namizədin valideynlərinin və ya həyat yoldaşının imzaları saxta hesab edilmişdir. Belə hallar müxalifət blokunu təmsil edən namizədlərin timsalında daha çox baş vermişdir. Bir sıra hallarda imzaları toplayan şəxslər imza edən seçicilərin şəxsiyyət vəsiqələrinin müddətinin bitməsinə ciddi diqqət yetirməmiş və bu, bir çox namizədin seçki prosesindən kənarlaşdırılmağına səbəb olmuşdur. Fikrimizcə, bu dairə seçki komissiyaları tərəfindən atılan düzgün olmayan bir addım idi. Düzdür, Mərkəzi Seçki Komissiyası gec olsa da bu səbəbdən seçkidən kənarlaşdırılmış bəzi namizədlərin hüquqlarını bərpa etdi və beləliklə namizədlərin sayı 733-ə çatdı, lakin həmin namizədlər təbliğat təşviqat kampaniyası dövrünün əhəmiyyətli hissəsindən məhrum edildilər. Məsələn, 90 saylı Ağdaş seçki dairəsindən irəli sürülmüş namizəd Azəri Həmid İdris oğlunun bunun üçün cəmi 8, 53 saylı Quba-Qusar, 96 saylı Goranboy-Naftalan seçki dairələrindən irəli sürülmüş namizədlər Həmidov Zeynal Pirməd oğlunun və Cəbrayılova Rahilə Qaçay qızının isə cəmi 7 günü olmuşdur. Bu kampaniyaya Seçki Məcəlləsi ilə 22 gün ayrıldığını nəzərə alsaq, bu müddətin tamamilə yetərsiz olduğunun şahidi oluruq. Aşağıdakı cədvəldə namizədliyi Məcəllədə nəzərdə tutulmuş müddətdən gec qeydə alınmış namizədlərdən bir hissəsi barədə məlumat verilmişdir.
Namizədliyi Seçki Məcəlləsində nəzərdə tutulan müddətdən gec qeydiyyata alnan bəzi namizədlər haqqında məlumat


Namizədlərin soyadı, adı, atasının adı

Qeydiyyata alındığı tarix

Seçki dairəsinin adı

Xanaliyev Tahir Məhəmməd   

17.10.2010

11 saylı Qaradağ seçki dairəsi

 Abdullayev Rafiq Bəylər   

17.10.2010

18 saylı Nərimanov-Nizami seçki dairəsi

Əhmədli Dünyamin Əhməd

17.10.2010

44 saylı Sumqayıt-Abşeron seçki dairəsi

Mirzəquliyeva Rəna Hüseyn

17.10.2010

26 saylı Sabunçu birinci seçki dairəsi

Paşa Elşad Əlihüseyn   

17.10.2010

72 saylı Yardımlı-Masallı seçki dairəsi

Qədirov Nəsimi Tofiq

17.10.2010

103 saylı Gədəbəy seçki dairəsi

Əli-zadə Arzuxan Baxşəli    

18.10.2010

30 saylı Suraxanı birinci seçki dairəsi

Həsənov Məhəmməd Məmi  

18.10.2010

84 saylı Füzuli seçki dairəsi

Abbasov Rəşid Əsəd


18.10.2010

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi

 Hümbətov Əvəz Bədirxan    

18.10.2010

23 saylı Nəsimi-Səbail seçki dairəsi

Musayev Sabir Musa


19.10.2010

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi

Qurbanova Yeganə Haqverdi  

20.10.2010

14 saylı Xəzər ikinci seçki dairəsi

Mirzəyev Mürşüd Məhəmmədəli  

21.10.2010

80 saylı İmişli-Beyləqan seçki dairəsi

Fətullayev Vəfalı Əzizbaba   

22.10.2010

85 saylı Şamaxı seçki dairəsi

Azəri Həmid İdris

29.10.2010

90 saylı Ağdaş seçki dairəsi

Həmidov Zeynal Pirməd  

30.10.2010

53 saylı Quba-Qusar seçki dairəsi

 Cəbrayılova Rahilə Qaçay   

30.10.2010

96 saylı Goranboy-Naftalan seçki dairəsi

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ümumilikdə 46639 yerli müşahidəçi qeydiyyatdan keçmişdi. Bütün ölkə ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən 3466, DSK-lat tərəfindən isə 43173 müşahidəçi qeydiyyatdan keçmişdi. MSK tərəfindən akkreditə olunmuş 1029 beynəlxalq müşahidəçi 21 beynəlxalq (xarici) qurumu təmsil edirdi ki, buraya da Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Şurası, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və Vestnik Qafqaz analitik informasiya agentliyi daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edirdilər. Səsvermə prosesilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə Röyters, Bi-Bi-Si, Əl-Cəzirə, TRT, Associated Press, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı, Doğan Haber Ajansı, Daily İttehad, Sinhua Nyus agentliyi, Zi nyus qəzeti, İTAR-TASS, GPB (Gürcüstan İctimai Televiziyası), Stoliçnoye TV, Iran TV, Oqonyok jurnalı da daxil olmaqla 18 xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akkreditə olunmuşdu.


Təbliğat təşviqat kampaniyası.
Namizədlərin seçicilərlə görüşləri əsasən azad şəraitdə keçirilmiş, namizədlərin səlahiyyətli nümayəndələri təmsil etdikləri şəxslərin təbliğat xarakterli materallarını sərbəst şəkildə paylamış, heç bir maneçiliklə rastlaşmamışlar. Görüşlər bir qayda olaraq dairə seçki komissiyalarının müəyyən etdiyi yerlərdə keçirilmişdir. Görüşlərin keçirildiyi yerlər heç də həmişə görüşə gələnlərin sayına adekvat olmamışdır. Daha çox halda namizədlərin keçirdiyi görüşlər daha az seçicinin iştirak etməsi ilıə yadda qaldı ki, bu da seçkilərə marağın az olmasından və namizədlərin təbliğat təşviqat işlərinin düzgün qurulmamasından irəli gəlirdi. Büdcə təşkilatlarında işləyən vətəndaşlar müxalifət nümayəndələri ilə görüşlərə gəlməkdən ehtiyat edirdilər. Mərkəzi Seçki Komissiyasının ictimai televiziyanın efirində hər bir namizəd üçün ayırdığı 4 dəqiqə kifayət deyildi. VCU Mərkəzi elə hesab edir ki, bunun üçün digər kanallarda da vaxt ayırmaq daha uğurlu olardı. Pullu efir vaxtından istifadə edən namizədlərin sayı çox az idi ki, bu da ödənişli efir vaxtının həddən artıq baha olması ilə əlaqədar idı. Namizədlər və onların platformaları barədə materiallar mətbuatda dərc olunsa da, seçki proseslərini işıqlandıran analitik məlumatlar xəsisliklə verilirdi ki, bu da seçkilərdə rəqabətin az olmasına və prosesin maraqlı keçməməsinə dəlalət edirdi. Heç kimin xətrinə toxunmaq istəməsək də, qeyd etməyi özümüzə borc hesab edirik ki, namizədlərin hazırlıq səviyyəsi əvvəlki seçkilərlə müqayisədə xeyli aşağı idi. Bəzi namizədlər yazılı materialları üzündən oxumağa belə çətinlik çəkirdilər. Seçki dairələri üzrə debatlar zamanı qoyulmuş vaxt məhdutiyyətinə, etik normalara və qaydalara əsasən riayət olunmuşdur. Lakin istisna hallar da olmuşdur. Məsələn, 33 saylı Xətai birinci seçki dairəsindən olamn namizədlər Hüseynbala Mirələmov və Fuad Qəhrəmanlının ünsiyyəti, yumşaq desək, etika normalarından kənara şıxmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsindən olan namizədlərin görüşlərində namizədlər Əhəd Abıyev və Hafiz Hacıyevin çıxışları digər namizəd – Əli Kərimlini təhqir etməyə yönəlmişdi ki, bu da Seçki Məcəlləsini 88.6 Maddəsinə zidd olmuşdur.
Səsvermə günü. Seçkilərin müşahidəsi.
Səsvermə günündə məntəqələrin mütləq əksəriyyəti vaxtında açılmış, səsverməyə qədər keçirilməsi zəruri olan prosedurlar vaxtlı vaxtında və şəffaf aparılmış, məntəqələrdə səsvermə vaxtında başlamışdır. Müşahidəçilərin seçki məntəqələrinə buraxılmasında demək olar ki, heç bir problem yaranmamışdir. Mərkəzin müşahidəçilərindən daxil olan məlumatlara əsasən səsvermə ümumən Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilmiş, məntəqələrin əksər hissəsində ciddi qanun pozuntuların olmamışdır. Səsvermə prosesi sakit axarla keçmiş, müşahidəçilərin seçkiləri izləməsi üçün qənaətbaxş şərait yaradılmışdır. Müşahidəçilərin əksəriyyəti seçki komissiyalarının, polisin və kənar şəxslərin təzyiqlərinə məruz qalmıamışlar. Seçicilərin şəxsiyyət vəsiqələri əsasən diqqətlə yoxlanılmış və onların təkrar səs verməsinin qarşısını almaq üçün barmaqlarının yoxlanılması diqqətlə aparılmışdır. Müşahidəçilərin və namizədlərin səlahiyyətli nümayəndələrinin tələb və təkliflərinə seçki komissiyalarının əksəriyyəti bütövlükdə diqqətlə yanaşmış, onların rəyləri nəzərə alınmışdır. Əvvəlki bir sıra seçkilərə xas olan qutulara topa bülletenlərin atılması, bir nəfərin bir neçə nəfərin əvəzinə səs verməsi, seçicilərin və müşahidəçilərin icra hakimiyyətinin, mənzil istismar sahələrinin, polis əməkdaşlarının və kənar şəxslərin təzyiqlərinə məruz qalması, bülletenlərin səsvermədən əvvəl sayılmaması, seçici siyahılarına kütləvi şəkildə əlavələrin edilməsi, şəxsiyyət vəsiqələrinin diqqətlə yoxlanılmaması halları bir qədər azalmışdır. Vətəndaşların səs verməsi ümumən sərbəst və maneəsiz şəkildə həyata keçirilmişdir. Səslərin sayılması zamanı əksər seçki məntəqələrində prosedurlar Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının təlimatlarına uyğun olaraq aparılmışdır: əvvəlcə istifadə olunmamış bülletenlər sayılıb ləğv edilmiş, səs vermiş seçicilərin imzaları və bülletenlərin kəsilmiş küncləri sayılmış və dərhal protokola qeyd olunmuş və yalnız bunlardan sonra səsvermə qutuları açılmışdır. Səslərin sayılmasını müşahidəçilərin çoxu görmə məsafəsindən izləmək imkanına malik olmuşlar. Protokollar əksər hallarda vaxtlı vaxtında tərtib olunmuş və surətləri yerli və beynəlxalq müşahidəçilərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə verilmişdir.

Lakin bunlarla yanaşı seçki prosesində baş verən ənənəvi pozuntuları tam aradan qaldırmaq mümkün olmamışdır. Bir sıra ceçki məntəqələrində adları seçici siyahısında olmayan seçicilərə, habelə bir nəfərin başqalarının əvəzinə səs verməsi, seçki məntəqələrində və ya onların yaxınlığında namizədlərin təbliğ olunması hallarına rast gəlinmişdir. Baş vermiş tipik pozuntuları sistemləşdirdikdə növbəti mənzərə yaranmışdır:

18 saylı Nərimanov-Nizami, seçki dairəsinin 29, 30, 31 saylı məntəqələrində seçki komissiyalarının tərkibi son vaxta qədər müəyyən edilməmişdir və namizədlər qapalı seçki məntəqələrindəki səsvermə prosesini izləməyə buraxılmamışlar. Bir sıra seçki məntəqələrində seçki komissiyaları səsvermədən əvvəl məntəqələrə verilmiş büllütenləri müşahidəçilərin iştirakı ilə saymaqdan imtina etmişlər. Belə hallar 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 8, 11, 12, 42 №-li ikinci Sumqayıt seçki dairəsinin 27, 36, 4 №-li Naxçıvan şəhər seçki dairəsinin 6, 11, 14 saylı, 3 №-li Babək Kəngərli seçki dairəsinin 8, 11 və 14, 37 №-li birinci Nizami (Gəncə) seçki dairəsinin 1, 7 və 9, 88 №-li Göyçay seçki dairəsinin 3, 7, 8 və 11, 89 №-li Göyçay Ağdaş seçki dairəsinin 2, 3, 8, 13, 43 №-li üçüncü Sumqayıt seçki dairəsinin 26, 27 saylı məntəqələrində və bir sıra digər məntəqələrdə baş vermişdir. Komissiya üzvlərinin izahatı çox sadə olmuşdur: Onlar bülletenləri dünən artıq saymışlar.

Cari parlament seçkiləri bir daha göstərdi ki, seçki komissiyaları hələ də bir seçiciyə bir neçə bülleten verməkdə davam etmiş və bu kifayət qədər kütləvi xarakter daşımışdır. Bu tipli pozuntu seçki məntəqələrində baş vermiş ən çoxsaylı pozuntular sırasına daxil olmuşdur və daha geniş coğrafiyanı əhatə etmişdir. 3 №-li Babək Kəngərli seçki dairəsinin 6, 7, 11, 16, 4 №-li Naxçıvan şəhər seçki dairəsinin 9, 11, 6 №-li Culfa Babək seçki dairəsinin 2, 4, 5 və 6, 38, 17 №-li ikinci Yasamal seçki dairəsinin 11 və 13, 23 №-li Nəsimi Səbail seçki dairəsinin 8,16 və 17, 33 №-li birinci Xətayi seçki dairəsinin 17 və 18, 35 №-li ikinci Xətayi seçki dairəsinin 3, 8, 37 №-li birinci Nizami (Gəncə) seçki dairəsinin 6, 9, 17, 38 №-li ikinci Nizami (Gəncə) seçki dairəsinin 14, 16, 17, 39 №-li birinci Kəpəz seçki dairəsinin 5, 23, 40 №-li ikinci Kəpəz seçki dairəsinin 6, 7, 9, 42 №-li ikinci Sumqayıt seçki dairəsinin 27 və 36, 43 №-li üçüncü Sumqayıt seçki dairəsinin 8, 16, 21, 44 №-li Sumqayıt Abşeron seçki dairəsinin 14, 19, 23, 47 №-li Mingəçevir şəhər seçki dairəsinin 24, 25, 48 №-li Yevlax seçki dairəsinin 6, 21, 49 №-li Yevlax Mingəçevir seçki dairəsinin 8, 9, 88 №-li Göyçay seçki dairəsinin 11, 14, 15, 89 №-li Göyçay Ağdaş seçki dairəsinin 4, 5, 8, 11, 90 №-li Ağdaş seçki dairəsinin 16, 17, 18, 21, 93 №-li Bərdə seçki dairəsinin 6, вэ 17 saylı məntəqələrində və bir çox digər seçki dairəsinin məntəqələrində seçicilərin 2 və ya daha artıq nəfərin əvəzinə səs verməsi aşkar edilmiş və faktlar VCU müşahidəçiləri tərəfindən aktlaşdırılmışdır. Bu məntəqələrdə eyni zamanda mülki şəxslərin hərbi biletlərlə səs verməsi faktları da aşkarlanmışdır.



37 saylı Nizami birinci (Gəncə) dairəsinin 2 və 10, 38 №-li ikinci Nizami (Gəncə) seçki dairəsinin 6 və 19, 39 №-li birinci Kəpəz seçki dairəsinin 3, 4 və 6, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 3 və 11, 41 saylı Sumqayıt birinci seçki dairəsinin 6, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 21 və 27, 43 №-li üçüncü Sumqayıt seçki dairəsinin 16, 17 və 18, 18 №-li Nərimanov-Nizami seçki dairəsinin 8, 11, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 12 və 19 saylı məntəqələrində qutulara topa bülletenlər atmaqla seçkidə iştirak etmiş seçicilərin sayı süni surətdə artırılmışdır. Bu, əsasən qalib namizədlərin daha çox üstünlüyünü təmin etməyə yönəldilmişdir. Bununla bağlı VCU Mərkəzi qeyd etməyi vacib hesab edir ki, seçicilərin seçkidə real iştirak faizi bir çox hallarda rəsmi rəqəmlərdən xeyli aşağı olmuşdur. Eyni zamanda həmin seçki dairələrində qalib namizədlə digər namizədlərin topladıqları səslər arasında fərq də rəsmi rəqəmlərdə göstərilən fərqdən az olmuşdur.

Bəzi seçki məntəqələrində seçki komissiyası üzvləri qeyri peşəkarlıq nümayiş etdirmişlər: ciddi ardıcıllıqla həyata keçirilməli bir sıra prosedurların ardıcıllığı pozulmuş, bununla da Seçki Məcəlləsinin normaları pozulmuşdur. Bəzi seçki məntəqələrində (3 №-li Babək Kəngərli seçki dairəsinin 2, 5 və 6, 4 №-li Naxçıvan şəhər seçki dairəsinin 11, 14, 6 №-li Culfa Babək seçki dairəsinin 7 saylı məntəqələrində) saat 15.00-dan sonra seçicilərin barmaqlarına mürəkkəb vurulmamış, yaxud barmaqların yoxlanılması həyata keçirilməmişdir. Bir sıra seçki məntəqələrində (37 №-li birinci Nizami (Gəncə) seçki dairəsinin 4, 5, 9, 38 №-li ikinci Nizami (Gəncə) seçki dairəsinin 1, 6, 18, 39 №-li birinci Kəpəz seçki dairəsinin 4, 9, 16, 42 №-li ikinci Sumqayıt seçki dairəsinin 27, 36, 43 №-li üçüncü Sumqayıt seçki dairəsinin 17, 18, 89 №-li Göyçay Ağdaş seçki dairəsinin 6, 11, 12 saylı məntəqələri) istifadə olunmuş bülletenlər sayılıb ləğv olunmadan və səs vermiş seçicilərin imzaları sayılmadan səsvermə qutuları açılmış və səslərin sayılması həyata keçirilmişdir.

Bu vaxtadək keçirilmiş seçkilərdən fərqli olaraq bu seçkilər müşahidəçilərin sərbəst fəaliyyət göstərməsi baxımından daha münbit olmuş və müşahidəçilərə komissiya üzvlərinin təzyiq göstərməsi halları minimuma enmişdir.

Təəssüflə qeyd edirik ki, qanunvericiliyin səsvermə günündə təbliğat aparılmasını qadağan etməsinə baxmayaraq seçki dairələrinin əksər məntəqələrində istər seçki məntəqəsinidə, istərsə də onun yaxınlığında təbliğat aparılmış və bununla da seçicilərin iradəsinə təsir göstərmişlər.

Bu seçkilər səslərin sayılması prosesinə müşahidəçilərin buraxılmaması hallarının hələ də yüksək olması qənaətinə gəlməklə nəticələnmişdir. 58 nəfər VCU müşahidəçisi səslərin sayılması proseisindən uzaqlaşdırılmışdır. Bu Bakı, Sumqayıt, Quba, İsmayıllı, Xaçmaz və Gəncə dairələri istisna olmaqla qalan bütün seçki dairələrində baş vermişdir. Mərkəzin müşahidəçiləri kifayət qədər seçki məntəqəsinin protokollarını əldə etsələr də, xeyli sayda seçki məntəqəsində nəticələr haqqında protokolları müşahidəçilərə verməkdən imtina etmişlər. Belə seçki məntəqələrinin sayı 161 olmuşdur. Ümumiyyətlə isə bu və ya digər səbəbdən Mərkəzin 890 müşahidəçisindən 253 nəfəri MnSK protokollarını ala bilməmişlər ki, bu da xeyli dərəcədə böyük rəqəmdir (Seçki məntəqələrinin 28,4%-i).

Bu seçkilərdə diqqəti cəlb edən əsas məsələlərdən biri də seçilmiş millət vəkillərinin arasında ənənəvi müxalifətin bir nəfər də olsun nümayəndəsinin olmamasıdır. Onların nümayəndələrinin əksəriyyəti namizədlərin qeydiyyatı zamanı kənarlaşdırılmışdı. Seçkiyə buraxılmış bu namizədlərin əksəriyyəti rəsmi nəticələrə görə öz seçki dairələrində ikinci yeri tutmuşlar ki, seçkilərin proporsional keçirilə biləcəyi halda, ölkədəki siyasi qüvvələr nisbəti daha düzgün əks olunacaqdı.


Seçki günündə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin müşahidəçilərindən alınmış anket sorğularının ümumiləşdirilmiş nəticələri





Müşahidəçiyə verilmiş suallar

Bəli

%

Xeyr

%



Müşahidəçilərin məntəqəyə buraxılmasında maneələr olubmu?

24

2,7

866

97,3



Boş seçki qutusu möhürlənməzdən əvvəl yoxlanılıbmı?

884

92,9

6

7,1



Seçicilərin şəxsiyyət vəsiqəsi düzgün yoxlanılıbmı?

827

92,92

63

7,08



Kabinədən kənarda səsvermə halları olubmu?

15

1,69

875

98,31



Bir seçicinin bir neçə seçicinin əvəzinə səs verməsi müşahidə olunubmu?

178

18,9

722

81,1



Seçki məntəqəsində hər hansı namizədin xeyrinə təbliğat aparılırmı?

642

72,1

248

27,9



Səsverməyə kənar şəxslər (İH, polis orqanlarının işçiləri və digər şəxslər) müdaxilə edibmi?

29

3,25

861

96,75



Müşahidəçilərə səyyar qutularla səsvermə prosesinin izlənməsinə şərait yaradılıbmı?

778

87,4

112

12,6



Seçici siyahılarında adı olmayan seçicilərə rast gəlinibmi?

157

17,6

733

82,4



Müşahidəçilər və vəkillər komissiya üzvlərinin və ya digər şəxslərin təzyiqinə məruz qalıbmı?

81

9,1

809

90,9



Qutulara topa bülletenlər atılıbmı?

56

6,3

834

93,7



Səslərin sayılması prosesinə müşahidəçilərin buraxılmasında maneələr olubmu?

108

12,1

782

87,9



Səslərin sayılması prosesinə kənar şəxslərin müdaxiləsi olubmu?

38

4,3

852

95,7



Səsvermənin nəticələri rəsmiləşdirilərkən hər hansı namizədin xeyrinə saxtalaşdırılma halları olubmu?

66

7,4

724

92,6



Səsvermənin yekunlarına dair protokolun təsdiqlənmiş surətinin müşahidəçilərə verilməsində problem yaranıbmı?

212

23,8

698

76,2



Səsvermənin nəticələri haqqında yekun protokol məntəqə seçki komissiyasının üzvlərinin, müşahidəçilərin, namizədlərin təmsilçilərinin iştirakı olmadan doldurulubmu

161

18,1

729

81,9



Yekun və problemlər.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda 2010-cu ilin noyabrın 7-də keçirilmiş seçkilərdən öz müşahidəçilərindən aldığı materialları təhlil edərək növbəti qənaətə gəlmişdir:

Seçki məntəqələrində VEB kameralaın sayının artırılması, pozuntuların sayının azalması, seçkidə iştirak etmək istəyən vətəndaşların iştirakı üçün lazım olan imzaların sayının azaldılması, seçki şikayətlərinə operativ reaksiyanın verilməsi, müşahidəçilərin maneəsiz olaraq qeydiyyatdan keçirilməsi, onların seçki məntəqələrinə buraxılması ilə bağlı problemlərin minimuma enməsi, seçki prosesinə kənar şəxslərin (icra hakimiyyəti, polis nümayəndələrinin və digər şəxslərin) müdaxiləsinin kəskin azalması seçki prosesində müsbət dinamikanın olmasından xəbər verir.

Bütün bu müsbət dinamika ilə yanaşı prosesin aparılmasının mövcud Avropa normalara uyğunlaşdırılması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində bu günədək aparılmış dəyişikliklər davamlı olmalı və Məcəllədə bir sıra prinsipial cəhətdən yeniləşdirilmələr aparılmalıdır. Bu ilk növbədə seçki komissiyalarının formalaşdırılması prinsiplərində öz əksini tapmalı, komissiyaların daha səmərəli və müstəqil fəaliyyət göstərə bilməsi üçün onların hər hansı bir siyasi partiyanın monopoliyasında olmasına yol verilməməlidir. Bunun üçün seçki komissiyaları əhalinin daha geniş kütlələrinin etimadını qazana biləcək, peşəkar biliklərə malik olan müstəqil şəxslərdən formalaşdırılmalıdır. Belə şəxslər digər dövlət qurumlarında olduğu kimi imtahan nəticəsində müəyyən olunmalıdır. Digər tərəfdən VCU Mərkəzi, dəfələrlə bəyan etdiyi kimi, hesab edir ki, artıq tam proporsional seçkilərə keçməyin vaxtı yetişmişdir. Biz bu sistemin də ideal olması fikrindən uzaq olsaq da, hesab edirik ki, proporsional sistem siyasi qüvvələrin cəmiyyətdə yerini daha obyektiv əks etdirməyə qadirdir.

Seçkilərin icra olunmasına gəldikdə isə qeyd etməyi zəruri hesab edirik ki, seçki komissiyalarının peşəkarlıq səviyyəsi hələ də yüksək deyildir, bir çox hallarda elementar qərarların verilməsi məsələlərində komissiyalar özlərini hələ də müstəqil hesab edə bilmir. Seçkilərdə həyata keçirilməli ardıcıl fəaliyyətlərin sırası bəzən bilərəkdən, bəzən isə biliklərin az olması ucbatından pozulur.



“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ölkədə seçkilərlə bağlı olan bütün qurumları baş vermiş neqativ halları təhlil edərək, belə halların aradan qaldırılmasına, Azərbaycanın beynəlxalq imicinin yaxşılaşdırılmasına, ölkədə seçki mühitin daha da yumşaldılmasına yönəlmiş fəaliyyətlər həyata keçirməyə çağırır.

Rəy “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin idarə heyətini 23 dekabr 2010-cu ildə keçirilmiş yığıncağında təsdiq edilmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə