Vergi və vergitutma” fənnindən sərbəst işi Bakı 2011 Dövlətin vergi siyasəti və onun əsas istiqamətləri




Yüklə 278.15 Kb.
səhifə5/5
tarix21.02.2016
ölçüsü278.15 Kb.
1   2   3   4   5

Əlavə dəyər vergisi və onun hesablanması qaydaları

Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Vergi ödəyiciləri

- ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin

ödəyicisidir.

- Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur.

Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək

öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

- Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDVnin ödəyiciləri sayılırlar.

- ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu

Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

Vergi tutulan idxalın dəyəri

- Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV nəzərə alınmadan) ibarətdir.

- ƏDV-nin dərəcəsi

- ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

- Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən

ibarətdir.

Əlavə dəyər vergisinin hesablanması qaydası

Azərbaycan Respublikası ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə əlavə dəyər

vergisinin hesablanması üçün malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizə düşən mallar üçün isə həmçinin aksiz məbləğinin cəmi əsas götürülür.

Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini D, gömrük rüsumunu

R, aksiz məbləğini A hərfi ilə işarə etsək, onda əlavə dəyər vergisinin məbləği aşağıdakı qaydada

hesablanacaqdır:

ƏDV= (D+R+A) x 18%



Aksizlər.Hesablanma və ödənilməsi qaydaları

Aksiz - qanunvericilikdə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür.


Azərbaycan Respublikasında aksizli mallara aşağıdakılar aid edilir:

  1. spirt, pivə və spirtli içkilərin bütün növləri;

  2. tütün məmulatları;

  3. neft məhsulları;

- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);                        
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.

 Vergi ödəyiciləri:

- Azərbaycan Respublikasında aksizli malların istehsalçıları;
-  Azərbaycan Respublikasına aksizli malların idxalçıları;
- xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;
Onu da qeyd edək ki, aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

Vergitutma obyekti:

- respublika ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;
- idxal edilən aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.
Qeyd edək ki, istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. 

Vergi tutulan əməliyyatın məbləği:


- respublika ərazisində istehsal olunan mallar üzrə:
a) neft məhsulları və tütün məmulatları üçün - vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz və ƏDV çıxılmaqla) aşağı olmayan məbləği
b) digər aksizli mallar üçün - istehsal olunan malların miqdarı.
Respublikaya idxal olunan mallar üzrə:
a) minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün - vasitələrin mühərrikinin həcmi;
b) digər idxal malları üçün - topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəri (aksiz və ƏDV çıxılmaqla).
Vergi tutulan əməliyatın vaxtı:

respublika ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt;


idxal edilən mallar üçün - malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt.

Aksizdən azadolmalar:

- fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkaqollu içkinin və 3 blok siqaretin idxalı;
- Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq; 
- respublika ərazisindən tranzitlə daşınan mallar;
- təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların respublika ərazisinə müvəqqəti idxalı;
- təkrar ixrac üçün nəzərdə tutulan mallar və girovla təminat verilən mallar.

İstehsal ehtiyacları üçün aksizlərin   


əvəzləşdirilməsi

Aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.


Ödənilmiş aksizin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün vergi ödəyicisi vergi orqanına aksizin ödənildiyini təsdiq edən hesab – fakturanı və ya müvafiq idxal sənədlərini təqdim etməlidir.  
Artıq ödənilən verginin məbləği sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində qaytarılır. 
Əvəzləşdirmə üçün ərizə aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə  vergi orqanına verilir.
Qeyd olunan müddəalar vergi tutulan əməliyyat hesab olunan sıfır (0) dərəcə vergiyə ilə cəlb olunan əməliyyatlar aparan şəxslərə də şamil edilir. 
  
Təkrar ixrac zamanı aksizin qaytarılması

Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz malların idxal vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır. 


Bu rejim aksizlərdən azad edilən - təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən idxal mallarına  tətbiq edilmir.

Vergi dərəcələri:



Respublikada istehsal olunan mallar üzrə:
a) içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri:

- içməli spirt 
(o cümlədən tərkibində 80 %-dən az
spirt  olmayan denaturlaşdırılmamış etil spirti;  
tərkibində 80 %- dən az spirt olan  denaturlaşdırılmamış etil spirti)

hər litrinə 80 qəpik

araq (vodka), tündləşdirilmiş içkilər və  tündləşdirilmiş içki materialları, likyor və likyor  məmulatları

hər litrinə 50 qəpik

konyak və konyak materialları

hər litrinə 20 qəpik

şampan şərabı

hər litrinə 20 qəpik

şərablar və  şərab materialları

hər litrinə 10 qəpik

pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə  tərkibli digər içkilər

hər litrinə 8 qəpik

tütün məmulatları

12,5 faiz.

b) neft məhsullarının 1 tonu üçün tətbiq edilən aksiz dərəcələri:

Avtomobil benzini Aİ-95

101  %

Avtomobil benzini Aİ-92

92 %

Avtomobil benzini Aİ-80

93 %

Dizel yanacağı

24 %

Məişət soba yanacağı

28 %

Ağ neft (Ko 20)

32 %

Reaktiv mühərrik yanacağı

14 %

Nafta (ilkin emal benzini)

19 %

Maye qaz (butan-butilen və propan-propilen fraksiyası)

30 %

Qaz benzini

37 %

Mühərrik yanacağı DT-36

52 %

Mühərrik yanacağı DT-20

61 %

Soba mazutu

11 %

Motor yağları - M-12VB,  M-14V2

52 %

Sənaye yağları İ-12A, İ-20V,   İ-40A, İ-8B1, İ- 30V

72 %

Turbin yağları T-22, T-30, T-46

39 %

Transformator yağı T-1500

54 %

Digər yağlar AK 15, S- 11, XM-6, K-12,K-19,VM-4

56 %

Kokslar K- 8, K-0, K-0,25

19 %

Koks ümumi

18 %

Bitum BN 60/90, BNB – 60/70

33 %

Bitum MQO

34 %

Bitum BNV, rubraks A –30, BNB – 70/30, BNB – 85/25

31 %

Kimya sənayesi üçün ilkin benzin fraksiyası

8 %

c) minik avtomobilləri, istirahət və ya bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcəsi onların mühərrikinin həcminin hər kub santimetrinə görə 0 manat təşkil edir.

- respublikaya idxal olunan mallar üzrə:


a) minik avtomobillərinin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcələri:

Mühərrikin həcmi

Aksizin dərəcəsi

2000 sm3-dək  olduqda

hər 1 sm3  0,15 manat

3000 sm3-dək olduqda

300 manat + 2001 sm3-dən başlayraq hər 1 sm3 görə 1 manat

4000 kub sm3-dək olduqda

1300 manat + 3001 sm3-dən başlayraq hər 1 sm3 görə  2 manat

4000 kub sm3-dən çox olduqda

3300 manat + 4001 sm3-dən çox hissəsi üçün hər sm3 görə - 4 manat

b) istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz vergisi onların mühərrikinin həcminin hər sm3 görə 1 manat dərəcə ilə hesablanır.

c) digər aksizli mallara tətbiq olunan aksiz dərəcələri Nazirlər Kabinetinin müvafiq Qərarları ilə tənzimlənir.

İxracın vergiyə cəlb olunması:

Aksizli malların ixracı sıfır (0) dərəcəsi ilə vergiyə cəlb olunur.

Vergi hesab-fakturasının verilməsi

Aksizli malları göndərən vergi ödəyicisi malı qəbul edənə müvafiq qaydada tərtib olunmuş vergi hesab-fakturasını yazmalı və verməlidir.


Mallar pərakəndə qaydada göndərildiyi hallarda vergi hesab-fakturası əvəzinə qəbz və ya çek də verilə bilər.

Aksiz vergisinin bəyan edilməsi

İstehsalçılar hesabat dövrü olan hər hesabat ayı üçün mövcud olmuş vergi tutulan əməliyyatlar barədə bəyannaməni növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bilavasitə, poçt və ya elektron formatda İnternet vasitəsilə təqdim etməlidilər.
Hesabat ayı ərzində vergi tutulan əməliyyat olmadıqda vergi orqanına müvafiq arayış forması təqdim olunmalıdır.
Vergi ödəyicisinin ləğvi (onun fəaliyyətinə xitam verilməsi) zamanı hesabat ayının əvvəlindən fəaliyyəti dayandırılan günə qədər olan dövrü əhatə edən bəyannamə vergi orqanına növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində təqdim olunmalıdır.
İdxalçılar idxal edilən malları gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edirlər.

Aksizin ödənilməsi:

İstehsalçılar hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizləri növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidilər.
Ödəyicinin aksizin ödənişi üzrə borcu olduqda, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər sözügedən əməliyyatların aparıldığı vaxt ödənilir. Əks təqdirdə, yəni ödəniş aparmadıqda ödəyicinin malları istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur. 
Malların idxalı zamanı aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur

Aksizli malların üzənində vergi nəzarəti



Vergi orqanları aksizli malların markalanmasına nəzarəti ödəyicilərin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirlər görməklə həyata keçirir.
Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə Vergi Məcəlləsinin müddəpalarına uyğun olaraq vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 
Digər tərəfdən, İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanunpozuntusuna yol vermiş şəxslərə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:
- aksizli məhsulların (malların) aksiz markası olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə həmin məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 35 manatdan 40 manatadək miqdarda, vəzifəli şəxslər 80 manatdan 90 manatadək miqdarda, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək miqdarda cərimə edilir;
- aksizli məhsulların (malların) aksiz markası olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satışı, satış məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması və ya idxal edilməsi müvafiq əmlak müsadirə olunmaqla 1000 manatdan 3300 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 
- eyni əməllər külli miqdarda, yəni  2000 manatdan yuxarı olan məbləğdə, təkrarən və ya qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 
- saxta aksiz markalarını satış məqsədilə hazırlama, habelə əldə etmə və ya satma 1000 manatdan 2000 manatadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.





1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə