Vergi və vergitutma” fənnindən sərbəst işi Bakı 2011 Dövlətin vergi siyasəti və onun əsas istiqamətləri




Yüklə 278.15 Kb.
səhifə2/5
tarix21.02.2016
ölçüsü278.15 Kb.
1   2   3   4   5

Azərbaycan Respublikasınln vergi sistemi

Müasir ergi sisteminin yaranma tarixi elə də qədim olmayan Azərbaycan Respublikasının vergi sisteminə nəzər salaq.

Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən sonra,1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təşəkkül tapmağa başlamışdır.

Bu təşəkkül prosesini 3 mərhələyə ayırmaq olar:

1991-1992ci illəri əhatə edən 1 ci mərhələdə əsasən gəlirlərə və xərclərə qoyu-lan vergilər haqqında qanunlar qəbul edilmişdir.1991 ci ilin dekabrında “Əlavə də-yər vergisi” və ”Aksizlər”haqqında,1992 ci ilin iyununda “Hüquqi şəxslərin mən-fəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər” və “Fiziki şəxslərdən gəlir vergisi” haqqında,1992 ci ilin ortalarından başlayaraq respublikanın müstəqil ver-gi xidməti orqanı formalaşmağa başladı.

1993-1996 ci illəri əhatə edən ikinci mərhələdə bazar iqtisdiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına qanunlar qəbul edilmiş,onların normativ-hüquqi bazası yaradılmışdır.Başqa sözlə 1993 ci ilin fevralında “Torpaq vergisi”,1995 ci ilin martında “Əmlak vergisi” və “Mədən vergisi”,1996 cı ilin de-kabrında “Dövlət yol fonduna vergilər” haqqında qanunlar qəbul edilmiş,vergi qa-nunlarının tədbiqi ilə bağlı təlimatlar,əsasnamələr işlənib hazırlanmışdır.

1996-cı ilin sonu 2000-ci il də daxil olmaqla son dövrü əhatə edən 2 ci mərhə-lədə cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı ola-raq əvvəlki mərhələdə qəbuı edilmişqanunların təkmilləşdirilməsi istiqamətində iş-lər aparılmış,müvafiq vergi qanunlarında dəyişikliklər və düzəlişlər edilmiş,Resp-publika Prezidenti 1999 cu ilin yanvarında bilavasitə vergi orqanlarına da aidiyyatı olan “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahə-sində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı imzalanmışdı. Bu mərhələnin yekunu kimi 2000 ci ilin iyulunda “Vergi Məcəlləsi”nin qəbul edilməsini göstərmək olar.

Hazırkı dövrdə Azərbaycan Respublikasının vergi sistemi ölkənin təsərrüfat mexanizminin fəaliyyətini təmin edir,dövlətin təxirəsalınmaz ehtiyaclarını maliyyələşdirməyə imkan verir,büdcə kəsirinin artımının qarşısını alır,ümumiyyətlə bazar iqtisadiyyatına keçidin bütün tələblərinə cavab verir.

Müasir şəraitdə respublikanın bazar iqtisadiyyatının tələblərinə əsaslanan vergi sisteminin əsas vəzifələri aşağıdakılardır:

-gəlirlərin büdcəyə tam və vaxtında səfərdər edilməsini təmin etmək,əks halda


dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi qeyri-mümkün olar;

-əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin yenidən bölüşdürülməsi və formalaşması xüsusiyyətlərini nəzərə almaqla istehsal və istehlakın həm xalq təsərrüfatı,

həm də onun ayrı-ayrı sahələri üzrə tənzimlənməsi üçün şəraitin yaradılmasi.

Azərbaycanın müasir vergi sistemi yaradılarkən bir sıra çətinliklərlə üzləşmişdir.Əvvəla o,əsasən fiziki şəxsləri əhatə edən vergi münasibətlərinin zəif inkişafı şəraitində formalaşmışdı.İkincisi,təsərrüfat subyektlərinin vergilərə heç də müsbət olmayan münasibəti ciddi uçot ə nəzarəti tələb edirdi.Üçüncüsü,ölkədə dəqiq vergi siyasəti işlənib hazırlanmamışdı.Dördüncüsü,ölkədə vergitutma sahəsində elmi məktəb,təcrübə demək olar ki, yox dərəcəsində idi.

Lakin zaman keçdikcə bu çətinliklər tədricən aradan qaldırılmış,ölkənin vergi sisteminin təkmilləşdirilməsi,onun inkişaf etmiş ölkələrin ergi sisteminə uygunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Azərbaycan Respublikasının müasir vergi sisteminə aşagıdakı xarakterik əla-mətlər xasdır:

ayrı-ayrı qanunvericilik aktlarına deyil,hüququi əsasa arxalanır,yəni məcmu ictimai məhsulun bir hissəsinin yenidən bölüşdürülməsi ilə bağlı bütün maliyə münasibətlərini əhatə edir;

-vergi ödənişlərinə ergi orqanları tərəfindən vahid nəzarət həyata keçirilir;

-vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalari arasında vergi yükünün ədalətlə bölüşdürülməsini təmin edir;

-xarici ölkələrin təcrübəsinin nəzərə alınması beynəlxalq inteqrasiya proses -lərinə qoşulmağa imkan verir;

-Azərbaycan Respublikasının vergi sistemi digər ölkələrin vergi təcrübəsində işlənib hazırlanmış prinsiplər nəzərə alınmaqla vergitutmanın klassik prinsipləri əsasında formalaşmışdır;

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ölkənin vergi sisteminin əsasında aşagıdakı prinsiplər durur:

-vergilər haqqında qanunvericilik ergitutmanın ümumi,bərabər və ədalətli olmasına əsaslanmalıdır;

-vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır;

-heç bir şəxs əldə etdiyi mənfəətdən(gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz;

-vergilər siyasi,ideoloji,etnik,konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz;

-mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlıgından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır;

-Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir,onların dəyişdirilməsi və ya ləğv edilməsi Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir;

Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyət -lərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilməyən,yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz;

Azərbaycan Respublikasında aşağıdakı ergilər müəyyən edilir və ödənilir:

-Dövlət vergiləri

-Muxtar respublika vergiləri

-Yerli vergilər(bələdiyyə vergiləri)

Dövlət vergiləri dedikdə,Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

Muxtar respublika vergiləri dedikdə,Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər(bələdiyyə vergiləri) dedikdə,Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən,bələdiyyələrin qərarlarına əsasən tədbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.

Azərbaycan respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi vergi rejimi tədbiq edilə bilər.Xüsusi vergi rejimi dedikdə,müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

Dövlət vergilərinə aşağıdakılar aiddir:

-Fiziki şəxslərin gəlir vergisi

-Hüquqi şəxslərin mənfəət vergisi

-Əlavə Dəyər Vergisi

-Aksiz vergisi

-Hüquqi şəxslərin əmlak vergidsi

-Hüquqi şəxslərin torpaq vergisi

-Yol vergisi

-Mədən vergisi

-Sadələşdirilmiş vergi

Muxtar Respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan və yuxarıda sadalanan dövlət vergiləri aiddir(yol vergisi istisna olmaqla).

Yerli vergilər aşağıdakılardır:

-Fiziki şəxslərin torpaq vergisi

-Fiziki şəxslərin əmlak vergisi

-Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

-Bələdiyyə mülkiyyətində olan müəssə və təşkilatların mənfəət vergisi

Azərbaycan Respublikasının vergi sisteminin əsas xüsusiyyətlərindən biri ayrı-ayrı ergilərin xüsusi çəkilərinin inkişaf etmiş ölkələrin analoji strukturundan fərqli olmasıdır.

Azərbaycan Respublikasında büdcəyə vergi daxilolmalarının tərkibində gəlir vergisinin payının inkişaf etmiş ölkələrlə müqayisədə az olmasının bir neçə səbəbi vardır.Bunlardan birincisi Azərbaycan Respublikasında əməkhaqqı səviyyəsinin həmin ölkələrlə müqayisədə qat-qat aşağı olması,ikincisi isə yüksək gəlirli şəxslə-rin öz gəlirlərini vergidən yayındırması ilə əlaqədardır.

Vergi sistemini xarakterizə edən göstəricilərdən biri də vergi yüküdür.Vergi yükünü həm vergi daxilolmalarının ümumi daxili məhsula nisbəti,həm də cəmi da-xilolmaların ümumi daxili məhsula nisbəti kimi təyin edə bilərik.

Qeyd etmək lazımdır ki,vergi yükü göstəricisinin səviyyəsinin aşagı olmasının əsas səbəblərindən biri də xalq təsərrüfatının ayrı-ayrı sahələrinin vergi ödəməkdən azad edilməsidir.Məsələn,kənd təsərrüfatı məhsulları istehsalı torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib,lakin bu sahədə istehsal olunan məhsulun həcmi ümumi daxili məhsulun tərkibinə daxil edilib.

Azərbaycan Respublikasının dövlət vergi xidməti Vergilər Nazirliyindən və bilavasitə ona tabe olan ərazi vergi orqanlarından ibarət olan vahid mərkəzləşdiril-miş sistemdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna N.M.R-nın Vergilər Nazirliyi, Vergilər Nazirliyinin Tədris Mərkəzi,İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssələr ilə iş üzrə Departament,Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti,Bakı şəhəri Baş Vergilər İdarəsi,Ərazi Vergilər İdarələ-ri,Respublikanın şəhər və rayonları üzrə Vergilər idarələri və şöbələri daxildir.

Vergilər Nazirliyi dövlət idarəetmə orqanları sisteminə daxildir və Azərbay-can Respublikasının Prezidentinə və Hökumətinə tabedir.Vergi xidmətinin mərkəz-ləşdirilmiş sistem kimi qurulması ölkənin bütün ərazisində vahid vergi siyasətinin keçirilməsinə imkan verir.

Vergilər Nazirliyi aşağı orqanların yuxarı orqanlara tabeçiliyi prinsipi ilə qu-rulmuş mərkəzləşdirilmiş sistemdir.

Nazirlik və ona tabe olan bütün vergi orqanları hüquqi şəxsdirlər,onların hər birinin müstəqil xərclər smetası,bankda cari hesabı,xəbərdarlıq orqanında xəzinə hesabı, Azərbaycan Respublikasının dövlət gerbi təsvir olunmuş möhrü,müvafiq möhür və ştampları,VÖEN-ni vardır.

Vergilər Nazirliyinə vergi orqanları qarşısına qoyulan tələblərin və vəzifələrin yerinə yetirilməsinə şəxsən cavabdeh olan Nazirlik rəhbərlik edir.Onu bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir.Dövlət vergi xidməti orqanları şaquli tabeçilik prinsipi əsasında fəaliyyət göstərir.Şaquli tabeçilik informasiya mübadiləsini sürətləndirir və təlimat xarakerli qanunvericik materiallarının vergi orqanları üzrə yayılmasını şərtləndirir.



Azərbaycan Dövlət vergi orqanlarının

strukturu,hüquq və vəzifələri



Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin funksiyaları:

- Vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama, təhqiqat və istintaq aparmaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək.

- Vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlərə qarşı mübarizə sahəsində vergi orqanlarının hüquq-mühafizə orqanları ilə, o cümlədən, xarici dövlətlərin hüquq-mühafizə qurumları ilə ihgüzar münasibətlər yaratmaq.

- Zəruri hallarda xidməti vəzifələrinin icrası zamanı vergi orqanlarının əməkdaşlarının şəxsi təhlükəsizliyini təmin etmək üçün müəyyən edilmiş qaydada tədbirlər görmək.

Qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün Departamentə Azərbaycan Respublikası CM-nin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma), 213.1 (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə cinayət işlərinin təhqiqatı və istintaqı başlanması, habelə Azərbaycan Respublikası prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002-ci il tarixli Fərmanı ilə CM-nin 192,193, və 213-cü maddələrilə cinayət işləri başlandıqda bu cinayətlərin ibtidai istintaqı zamanı həmin məcəllənin daha 26 maddəsində nəzərdə tutulan cinayətlər üzrə, o cümlədən, 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309-cu (Vəzifə səlahiyyətini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vermə), 313-cü (Vəzifə saxtakarlığı), 314-cü (Səhlənkarlıq) və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı digər maddələr üzrə ibtidai istintaqın aparılması səlahiyyəti də Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə verilmişdir.

Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamentinin funksiyaları:

-İri vergi ödəyicilərinin, sair iri vergi ödəyicilərinin və xüsusi vergi recimli müəssisələrin uçotunu aparmaq;

-İri vergi ödəyicilərinin, sair iri vergi ödəyicilərinin və xüsusi vergi recimli müəssisələrin vergi bəyannamələrini, haqq-hesablarını və mühasibat hesabatlarını, o cümlədən dövlət rüsumlarına dair hesabatları vaxtında verməsinə, onlar tərəfindən vergilərin və digər daxilolmaların düzgün hesablanmasına, dövlət büdcəsinə tam və vaxtında köçürülməsinə nəzərəti həyata keçirmək;

-Hesablanmış və daxil olmuş vergilərin və digər ödənişlərin uçotunu aparmaq və hesabatlarını tərtib etmək;

-Vergi qanunvericliyinin təkmilləşdirilməsi ilə bağlı, habelə Vergilər Nazirliyinin Kollegiyasında baxılmaq üçün Nazirliyin rəhbərliyinə təkliflər vermək;

-Vergi qanunvericiliyində dəyişikliklər edilməsi ilə əlaqədar layihələrin işlənməsində iştirak etmək;

-İri vergi ödəyiciləri, sair iri vergi ödəyiciləri və xüsusi vergi recimli müəssisələr tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə iri vergi ödəyicilərindən, sair iri vergi ödəyicilərindən və xüsusi vergi recimli müəssisələrdən düzgün tutulmamış vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək;

-Malların (işlərin, xidmətlərin) bazar qiymətləri barədə məlumatların  toplanmasını və Vergilər Nazirliyinə təqdim edilməsini təmin etmək;

-Departamenti dövlət və qeyri-dövlət təşkilatlarında, habelə məhkəmə orqanlarında təmsil etmək;

-Vergi qanunvericiliyi ilə bağlı iri vergi ödəyicilərinə, sair iri vergi ödəyicilərinə və xüsusi vergi recimli müəssisələrə əvəzsiz olaraq məlumatların, vergilərin hesablanması və ödənilməsi barədə izahatların verilməsini təmin etmək;

-Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;

İri vergi ödəyicilərinin, sair iri vergi ödəyicilərinin və xüsusi vergi recimli müəssisələrin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;

-İri vergi ödəyicilərinin, sair iri vergi ödəyicilərinin və xüsusi vergi recimli müəssisələrin nümayəndələrinin qəbulunu, onların təkliflərinə, ərizə və şikayətlərinə baxılmasını təşkil etmək;

-Departamentdaxili və iri vergi ödəyiciləri, sair iri vergi ödəyiciləri və xüsusi vergi recimli müəssisələr haqqında məlumatların, o cümlədən vergi və kommersiya sirrinin qorunmasını təmin etmək;

-Vergilər Nazirliyinin əmr, sərəncam və tapşırıqlarını vaxtında icra etmək və nəticələri barədə Nazirliyə məlumat vermək;

-Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.



Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin funksiyaları:

- Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasına, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə, habelə dövlət rüsumlarının tutulması və aidiyyəti üzrə ödənilməsi vəziyyətinə nəzarət etmək;

- Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

- Vergi orqanlarında uçota durmayan və ya "Fərqlənmə nişanı" almadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri aşkar edildikdə, həmin vergi ödəyiciləri barədə müvafiq tədbirlər görmək;

- Respublika ərazisində fəaliyyət göstərən vergi ödəyicilərində keçirilmiş səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirlərinin  nəticələrinə əsasən tərtib edilmiş aktların, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Departamentin qərarının surətini vergi ödəyicilərinə təqdim etmək;

- Vergilər Nazirliyinə təqdim edilməli hesabatların düzgün tərtib edilməsini və aidiyyəti üzrə vaxtında təqdim olunmasını təmin etmək;

- Müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

- Vergilər Nazirliyinin inkişaf konsepsiyasının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

-  Departamentin strukturlarının iş planlarının tərtib edilməsinə və icrasına nəzarət etmək;

-  Departamentdə öz səlahiyyətləri daxilində daxili nəzarəti təşkil etmək;

- Departamentin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək;

- Departamentin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

-  Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini öyrənmək və bu sahədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin funksiyaları:

-Vergi ödəyicilərinin Azərbaycan Respublikasının vergi qvnunvericiliyinə əməl etmələri, vergiləri və digər daxilolmaları düzgün hesablamaları, vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülmələri üzrə nəzarəti həyata keçirmək, vergi sahəsində hüquq pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək.

- Vergi ödəyicilərində səyyar, o cümlədən, zəruri hallarda növbədənkəran vergi yoxlamaları aparmaq, onlar tərəfindən vergi qanunvericiliyinin pozulması hallarına yol veilməsinin qarşısını alan tədbirlər görmək.

- Vergi ödəyicilərindən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergi boclarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsi üzrə qanunamüvafiq tədbirlərin görülməsini həyata keçirmək.

- Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək, məhkəmələrdə və digər orqanlarda vergi orqanlarının mənafeyini müdafiə etmək.

- Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsini təmin etmək.



Vergilər Nazirliyinin Tədris Mərkəzinin funksiyaları:

- Vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması.

- Vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması.

- Vergi orqanlarında kadr siyasitinə dair təkliflərin işlənib hazırlanması.

- Vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması.

Ərazi Vergilər İdarələrinin vəzifələri

İdarə, bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasına, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək;

- Vergi ödəyicilərinə onların hüquq və vəzifələri barədə məlumatlar, müəyyən edilmiş hesabat formalarının doldurulması, vergilərin hesablanması və ödənilməsi qaydaları barədə izahlar vermək;

- Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və Vergilər Nazirliyinə icmal məlumat vermək;

- Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün Vergilər Nazirliyinə təkliflər vermək;

- Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, vergi ödəyicilərinin uçotu, bəyannamələrin kameral yoxlanılması və ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqələrinə daxil edilməsi işlərinin təşkili zamanı vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;

- Vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən vergi ödəyicilərinin uçotunu aparmaq;

- Vergi ödəyicilərinə vergi yoxlaması aktının, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda İdarənin qərarının surətini vermək;

- Həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı Audit və Operativ nəzarət şöbələrinin fəaliyyətini əlaqələndirmək və müvafiq nəzarət tədbirlərində onların birgə iştirakını təmin etmək məqsədilə tədbirlər görmək;

- Vergi ödəyicilərinin artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası məbləğlərinin qaytarılması və ya əvəzləşdirilməsi, habelə onlardan düzgün tutulmayan vergi məbləğlərinin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş tədbirlər görmək;

- Nəzarət əhatəsinə daxil olan şəhərlərin və rayonların ərazisində malın (işin, xidmətin) bazar qiyməti barədə məlumatları toplamaq və Vergilər Nazirliyinin müvafiq struktur vahidinə təqdim etmək;

- Müəyyən edilmiş müddətlərdə vergi ödəyiciləri tərəfindən ödənilməmiş vergi borclarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsi üzrə qanunamüvafiq tədbirlər görmək;

- İcra intizamının və kargüzarlıq işlərinin vəziyyətini təhlil etmək, yoxlama və təhlilin nəticələrini müzakirə etmək, yol verilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək, aşkar edilmiş nöqsan və çatışmamazlıqlar haqqında Vergilər Nazirliyinə məlumat vermək;

- Müvafiq hesabatların keyfiyyətlə tərtib edilməsini və vaxtında aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;

- Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək;

- . Müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

- Vergilər Nazirliyinin inkişaf konsepsiyasının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

- İdarənin strukturlarının iş planlarının tərtib edilməsinə və icrasına nəzarət etmək;

- İdarədə öz səlahiyyətləri daxilində daxili nəzarəti təşkil etmək;

- İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək;

- İdarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



Vergi nəzarəti və formaları

Vergi nəzarəti və onun formaları

- Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.

- Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir

- Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

- Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara baxış keçirməklə və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə