Vergi və vergitutma” fənnindən sərbəst işi Bakı 2011 Dövlətin vergi siyasəti və onun əsas istiqamətləri




Yüklə 278.15 Kb.
səhifə1/5
tarix21.02.2016
ölçüsü278.15 Kb.
  1   2   3   4   5
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti



Maliyyə - 2 fakultəsi 670 – ci qrup tələbəsi Mirzəzadə Fəxrinin

Vergi və vergitutma” fənnindən sərbəst işi



Bakı - 2011


Dövlətin vergi siyasəti və onun əsas istiqamətləri

Vergi siyasəti dedikdə, maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə təlabatlarının təmin olunmasının və həmçinin ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məciusu başa düşülür. Dövlət vergi siyasətini həyata keçirərkən vergilərə məxsus funksiyalara söykənir və aktiv vergi siyasətinin həyata keçirilməsi üçün bu funksiyalardan istifadə edir. Ölkənin iqtisadi vəziyyətindən və iqtisadi inkişafın müəyyən mərhələsində dövlətin prioritet hesab etdiyi məqsədlərdən aslı olaraq vergi siyasətinin həyata keçirilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Vergi siyasəti dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla onun həyata keçirilməsinin forma və metodlarından əhəmiyyətıi dərəcədə aslıdır.

Vergi siyasətinin iqtisadi inkişafa təsirini daha da artırmaq üçün onu elmi cəhətdən əsaslandırmaq tələb olunur və ancaq elmi yanaşma vergi siyasətinin nisbi müstəqilliyini mohkəmlədə bilər. Təsərrüfat təcrübəsi sübut edir ki, vergi siyasətinin iqtisadiyyatdan ayrılması ciddi çətinliklərə səbəb olur. Vergi siyasətinin təşkilinə elmi yanaşma, onun bütün faktorlarının öyrənilməsi həmin siyasətin qanunauyğunluğunu təmin edir. Bu qanunauyğunluqlara məhəl qoymamaq iqtisadiyyatda böyük itkilərə səbəb olur.

Məsələn, iqtisadi müstəqilliyin tələblərinə baxmayaraq uzun müddət müəssisə və təşkilatlardan büdcəyə külli miqdarda maliyyə vəsaiti ayrılırdı. Bununla belə mənfəətə görə öhdəliklərə də bölgü üsulu tətbiq olunurdu, bu da istehsalatda möhkəm maliyyə bazası yaratmaq üçün maneçilik törədirdi. Nəticədə təşəbbüskarlıq, istehsalın artmasına, pul vəsaitinin artırılmasına maraq yox dərəcəsinə enmişdi. Məcburi kollektivləşdirmə, dəyər qanunun inkar edilməsi, aqrar sektordan pul vəsaitlərinin alınması bu sahədə uzun sürən böhrana gətirib çıxarmışdı.

Siyasi qərarlar iqtisadi məntiqin qanunlarına uyğun qəbul olunmalı və bütün hesablaşmalar gələcəkdə ola biləcək itkiləri nəzərə almalı, yəni istehsalın uzun müddət stabil işləməsinə zəmin yaratmalıdır. Buna görə iqtisadi və sosial sahələrdə gedən proseslər haqqında dəqiq informasiyaların, bu və ya başqa vergi siyasətinin, tədbirlərin nəticələri böyük rol oynaya bilərlər. İnformasiya və elmi nəticələr vergi siyasətinin formalaşmasının əsas bazası olmalı və siyasətin düzgünlüyünü yoxlamaq üçün burada mütləq maliyyə ehtiyatlarının həcminin artırılmasını və effektliyini nəzərdə tutmalıdır. Maliyyə ehtiyatlarının effektli istifadəsinin uçotunu aparmamaq vəsaitinindağılmasına səbəb ola bilər. Məsələn, son onilliklərdə külli miqdarda vəsait kənd təsərrüfatına və tikintiyə sərf olunurdu. Amma kənd təsərrüfatı malları istehsalı ləng gedir, kapital qoyuluşların effektliyi isə aşağı düşürdü. Belə faktlar, vergi siyasətinin formalaşması zamanı inkar edilirdi, bu da nəticədə bütün ölkənin maliyyə vəziyyətini pisləşdirmişdi.

Vergi siyasətinin formalaşması mütləq konkret tarixi şərait, o cümlədən sosial-iqtisadi inkişafın hər mərhələsini, daxili və xarici şəraitin xüsusiyyətlərini, dövlətin real iqtisadi və maliyyə imkanlarını nəzərə almalıdır. Nəzərdə tutulmuş xərclərin və maliyyə ehtiyatlarının həcminin bir-birindən asılı olması sadəcə olaraq maliyyə ehtiyatlığının, normallığın sübutu olmalı və təsərrüfatın bütün mərhələlərində eyni dərəcədə saxlanılmalıdır. Əks halda dövlət büdcəsinin kəsiri və dövlət borcları artar, infilyasiya baş verə bilər.

Vergi siyasətinin formalaşdırılması üçün keçmişin təcrübəsini öyrənmək, dünya təcrübəsi ilə tanış olmaq və araşdırmaq çox vacibdir. Qəbul olunmuş praktikaya görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi siyasətinin əsaslarını hazırlayaraq onun bir neçə variantını təqdim edir. Təqdim olunmuş təkliflər ekspertlər tərəfindən qiymətləndirilir və ən əlverişli variant hökumətin müzakirəsinə verilir. Hesablamaların çoxvariantlığı,çoxlu amillərin nəzərə alınması,vergi tədbirlərinin ölkədəki konkret vəziyyətə bağlanması,nəticələrin proqnozlaşdırılması əlbəttə ki,riyazi modelləşdirilmənin,elektron hesablama texnikasının geniş istifadəsini tələb edir.Aydındır ki, burada iqtisadi və sosial sahələrdə olan vəziyyət haqqında real informasiyanın rolu böyükdür və vergi siyasəti cəmiyyətin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaratmalı,sahibkarlıq fəaliyyətinin inkişafına kömək etməlidir.

Elmi cəhətdən əsaslanmış vergi siyasəti onu düzgün həyata keçirdikdə yüksək nəticələr verir.Maliyyə ehtiyatları artdıqca sosial-sfera sahələrinə də ayırmalar artır,xalq istehlakı malları istehsalı çoxalır.

Dövlət vergi siyasəti istehsaledici qüvvələrin inkişafına və onun ölkədə səmərəli yerləşdirilməsinə kömək edir.Dövlətin vergi siyasəti başqa ölkələrlə xarici-iqtisadi əlaqələrin möhkəmkənməsinə,birgə tədbirlərin keçirilməsinə şərait yaradır,çünki elmi-texniki tərəqqinin inkişafı bəzi tədbirlərin təklikdə həyata keçirməyə imkan vermir,bu tək dövlətin işi deyil.

Vergi siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. Bu mexanizm maliyyə münasibətlərinin, üsulların cəmindən ibarətdir və həmin üsullar cəmiyyət tərəfindən müsbət iqtisadi və sosial inkişafı üçün şərait yaratmaq üçün istifadə olunur. Maliyyə mexanizminə ayrı-ayrı forma və üsullar daxildir və onun strukturu çox mürəkkəbdir. Maliyyə qarşılıqlı əlaqələrin çoxluğu mexanizmin forma və üsullarını qabaqcadan müəyyən edir. Dövlət, onun icraedici və qanunverici orqanlarının iqtisadi qanunlarını, maliyyə vəsaitinin inkişafını, qarşıda duran məsələləri öyrənərkən milli gəlirin, köçürmələrin miqdarını, dövlət vəsaitinin xərclənməsini təyin edir. Maliyyə vəsaitindən düzgün istifadə edilməsi üçün vacib açillərdən biri planlaşdırma və proqnozlaşdırmanın, maliyyə münasibətlərinin (vergilər, xərclər) düzgün rəsmiləşdirilməsidir. Vergi siyasətinin yerinə yetirilməsində onun hüquqi bazasının yaradılması müstəsna rol oynayır. Dövlət maliyyə münasibətlərinin qaydalarını müəyyən edərək onları qanunlar, normativ aktlar şəklində rəsmiləşdirir. Ayrı-ayrı regionlar bu sənədlər əsasında özlərinə uyğun olaraq sənədlər və təlimatlar qəbul edirlər. Hüquqi qanunların tətbiq edilməsi ictimaiyyətin maraqlarını müdafiə edir və hüquqi normalara riayət etmək maliyyə intizamını möhkəmlətmək deməkdir.

Hal-hazırda, həyatın hər hansı sahəsində dəyişikliklər edildikdə, yəni qanunlarla bağlı problemləri də həll etmək lazımdır. Qanunvericiliyin vəziyyəti pis olduqda, iqtisadi məsələlərin inkişafından, təşəbbüskarından danışmağa dəyməz və itkilər nəinki maliyyə, hətta sosial və mənəvi xarakter daşıyır.

Dövlətlərdə səmərəli vergi sisteminin yaradılması hər bir ölkənin vergi siyasətinin ali məqsədidir və onun konsepsiyası bu siyasətin məqsəd və vəzifələri nəzərə alınmaqla qurulmalıdır. İqtisadiyyatın strukturca yenidən qurulması, işgüzar fəallığın stimullaşması, istehsalın artımı və onun səmərəliliyi, respublika maliyyə sisteminin sağlamlaşdırılması və sabitləşməsi, daha çox vergi siyasətindən asılıdır.

Azərbaycanda vergi siyasətinin formalaşmasının keçmiş sosializm dövrü də mühüm yer tutur və vergi siyasəti kapitalizm quruculuğunun müxtəlif mərhələlərində həll olunan məsələlərə uyğun həyata keçirilmiş və formalaşmışdır. Proletariat diktaturası qurulduqdan sonra vergilərdən burjuaziyanın iqtisadi gücünü sarsıtmaq üçün daha geniş istifadə edilmiş və ilk keçid dövründə vergiqoyma sistemi və vergi siyasətinin əsas istiqamətləri şəhər və kəndlərdə sahibkarlıq ünsürlərinin məhdudlaşdırılmasına yönəldilmişdir.

Sosializmdə vergilər milli gəlirin bir hissəsinin bölgüsü vasitələrindən biri kimi istifadə edilirdi. İstehsal vasitələri üzərində sosialist mülkiyyətinin olması dövlətə milli gəlirin birbaşa bölgüsünü həyata keçirməyə və sosialist təsərrüfatının gəliri hesabına dövlət büdcəsi gəlirinin böyük hissəsini təmin etməyə imkan verir. 1976-cı ildə verginin bu növü üzrə gəlir keçmiş SSRİ-də dövlət büdcəsi gəlirindən 91,4%, əhalidən tutulan gəlir vergiləri isə 8,6% təşkil etmişdir.

1930-cu ildə keçmiş SSRİ-də vergi siyasətində edilən əsaslı iqtisadi islahat dövlət büdcəsində vergi və qeyri-vergiləri unifikasiya etdi və sosialist müəssisələri üçün iki əsas vergi forması- dövriyyə vergisi və mənfəətdən vergi tətbiq edilməyə başladı. 1930-1940-cı illərdə əhalidən tutulan vergilər sistemi yenidən qrulur və vergi siyasətinin bu sahəsində müəyyən dəyişikliklər edilmişdi. Lakin, Böyük Vətən müharibəsi dövründə vergi siyasəti yenə də sərtləşdirilərək, əhalidən tutulan verginin məbləği artırılır və mövcud dövlət və yerli vergilərin yenidən qurulması ilə yanaşı hərbi vergilər, subay, tək və az ailəli vətəndaşlardan tutulan vergilər tətbiq edilirdi. Lakin, müharibədən sonra vergi siyasətindən yenidən dəyişikliklər edilərək, əhalidən tutulan vergilər tədricən ləvğ edilməyə başlanmış, 1964-cu ildə isə hərbi vergilər bütünlükdə ləvğ edilmiş, subaylardan tutulan vergilər və kənd təsərrüfatı sahələrindən tutulan vergilər xeyli azalmışdır.

1959-cu ildə keçmiş Sov.İKP-nin XXI qurultayı əhalidən tutulan vergiləri tədricən ləğv etmək haqqında qərar qəbul etmişdir. Aparılan vergi siyasəti 1972-ci ildən ölkənin bir sıra yerlərində,o cümlədən Azərbaycanda da 1975-ci ildən aylıq əmək haqqı 70 manat olan vətəndaşlardan vergi tutulmur, 71-90 manat olan vətəndaşlardan tutulan vergilər 1\3 qədərdən çox azalmışdır. Aparılan vergi siyasəti və vergi islahatı,əsasən əhalidən tutulan vergiləri ləğv etməyi nəzərdə tuturdu.

Müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sistemə qədəm qoyması 25 may 1991-ci ildə “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi ilə başlanmış və hökümət sərt mərkəzləşdirilmiş planlaşdırma və bölgü, iqtisadiyyatın idarə edilməsində inzibati amirlık sistemindən imtina edərək bazar iqtisadiyyatı sisteminə qədəm qoymuşdur.

Bazar münasibətləri dövləti iqtisadiyyatın idarə edilməsi və tənzimləməsi proseslərindən azad etmir. Bu proseslər isə öz növbəsində dövlətin təsərrüfat subyektlərinin maliyyə-istehsal fəaliyyətinə bilavasitə müdaxiləsini əhatə etməməlidir. Dövlət bazar mexanizmlərinin fəaliyyəti üçün lazım olan normal şəraiti yaratmalı, bu mexanizmlərdən biri və əsas olan vergilərin köməyi ilə həmin prosesləri tənzimləməlidir. Vergilərin əsas funksiyalarından biri olan tənzimləmə vasitəsilə dövlət vergi siyasətinin stimullaşdırıcı, məhdudlaşdırıcı və bərpaedici kimi vəzifələrini həyata keçirir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dövlətin vergi siyasətinin əsas prinsipləri, ilk növbədə də vergitutmanın ümumi, bərabər və ədalətli olmasının maksimum təmin edilməsi prinsipi öz əksini tapmışdı. Qəbul edilmiş Vergi Məcəlləsində vergi dərəcələri əhəmiyyətli dərəcədə aşağı salınmış və müxtəlif kateqoriyalı vergi güzəştləri isə azldılmışdı və son dövrlər beynəlxalq təcrübədə vergi dərəcələrinin aşağı salınması hesabına vergi güzəştlərinin azaldılması meylləri artmışdı. Yeni vergi qanunvericiliyinin digər mütərəqqi cəhətlərindən biri də hər kəsin hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunun Vergi Məcəlləsində dəqiq göstərilməsidi.

Müstəqillik əldə etdikdən sonra respublika iqtisadiyyatının qarşısında duran ən vacib məsələlərdən biri də investisiyaların ölkə iqtisadiyyatına daha çox cəlb edilməsidir. Bu proses isə vergi qanunvericiliyindən birbaşa asılıdır. Vergi Məcəlləsinə əsasən, mənfəət vergisi hesablanarkən istehsal təyinatlı kapital qoyuluşları nəzərə alınır ki, bu da ilk növbədə investisiyaları təşviq yönəldilmişdir. Beynəlxalq kredit sazişləri çərçivəsində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı isə vergitutma sahəsində Vergi Məcəlləsindən fərqli müddəalar nəzərdə tutulduqda həmin sazişlərin müddəaları tədbiq edilir.

Müasir dövrdə müxtəlif növ vergilərin müəyyən edilməsinə və yığılmasına bütün ölkələrdə çox diqqətlə yanaşılır, çünki vergilər dövlətin ən qədim əmanətlərindən biridir. Bu sahədə kifayət qədər təcrübə toplansa da, hər bir ölkə öz vergi sistemini yenidən formalaşdırmağa məcburdur. Bunun səbəbi isə çox sadədir vergi qoyuluşunun elmi əsasları və ümumi prinsipləri ilə bərabər, hər bir ölkənin sənayesi və kənd təsərrüfatının vəziyyəti ilə, əhalinin ümumi rifah halı ilə, hətta milli mentalitet və mədəniyyəti ilə müəyyən edilən fərqli xüsusiyyətləri vardır.

Respublikanın mövcud vergi qanunvericiliyində də son dərəcə vacib olan bu amilə ciddi əməl edilmişdir. Belə ki, Vergi Məcəlləsində vergilər üzrə dövlət təminatlarının və müddətli güzəştlərin verilməsi ilə bağlı müddəaların üstünlük təşkil etməsi göstərilmişdir, yəni dövlət bu və ya digər sahələrin inkişafını stimullaşdırmaq üçün müəyyən imtayaz və müddətli azadolmalar nəzərdə tuta bilər(məsələn, fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirləri gəlir vergisindən azad edilmişdir.



Vergilərin yaranma tarixi və onalrın mahiyyəti

Dövlətin yarandığı gündən vergilər iqtisadi münasibətlərin mühüm həlqəsini təşkil etmişdir. Müasir sivilizasiyalı cəmiyyətlərdə vergilər dövlətin gəlirlərinin əsas hissəsini təşkil edir.


Dövlətin təşkilinin ilkin mərhələsində vergitutmanın ilkin forması qurban gətirmə olmuşdur. Qurban verilməsi  əslində könüllü  olmasına baxmayaraq  qeyri-rəsmi olaraq  məcburi xarakter  daşımışdır.    İlk mütəşəkkil  vergi sistemlərindən biri Qədim  Romanın  vergi sistemi hesab edilir.  Roma  vətəndaşları  öz əmlaklarına və ailə vəziyyətlərinə  görə  təqdim etdikləri ərizə əsasında  vergiyə cəlb olunurdular.  Hazırda  ərizənin  bu  formasını  bəyannamələr  təşkil edir. E.ə. IV-III əsrlərdə  Roma  dövləti  inkişaf etdikcə  yeni koloniyalar yaranırdı  ki,  bunun da  əsasını kommunal  təsərrüfat təşkil
Roma  dövlətinin  maliyyə   təsərrüfatının   yenidən   təşkili  imperator  Avqust  Oktavianın  (e.ə. 63-cü il -eramızın 14-cü ili)  əsas vəzifələrindən biri idi. O  bütün əyalətlərdə  vergitutmanın  həyata keçirilməsinə nəzarət məqsədilə  maliyyə təşkilatlarını yaratdı.  Onun həyata keçirdiyi islahatlar nəticəsində  tribut adlı  pul  şəklində  ödənilən  ilk  ümumi vergi yarandı. 
Roma  imperiyasında  birbaşa vergilərlə  yanaşı  dolayı  vergilər də  mövcud  idi.  Qədim  Romada  vergilər arasında ən  mühümləri  bunlar  idi: 1%-li  dövriyyə  vergisi,  4%-li qul  satışından  alınan  xüsusi  dövriyyə  vergisi,  bazar  qiyməti  ilə  qulların  azad  olunmasından  alınan  5%-li vergi, 5%-li  vərəsəlik  vergisi və s.
O  dövrdə Avropa  ölkələrində  ən geniş  yayılmış  vergi  növləri  torpaq  vergisi,  tikililərə görə vergi,  can  vergisi  və  ya  adam  başına  vergi,  aksizlər,  gömrük  rüsumları,   kommunal  və  ya  yerli  vergilər idi.
Ən  qədim  və  geniş  yayılmış  vergilərdən  biri tikililərdən  tutulan  vergi  idi.  Tüstü vergisi  adı altında  bu  vergi  növü  XX  əsrə qədər  mövcud  olmuşdur.  Orta əsrlərdə İngiltərədə tikililərdən onlardan  çıxan  tüstünün  sayına  görə 2   şillinq vergi  tutulardı.
Can  vergisi  və  ya  adambaşına  düşən  vergiyə  torpaq  və  ya  mülk  sahibi  olmayanlar   cəlb  olunurdu.  Roma  istilası  dövründə  Avropada  dullar  və  yetimlər  bu vergini  ödəməkdən azad idilər.  Həddi - buluğa çatmayanlar  üçün  vergini  valideynləri,  təhkimli  kəndlilər   üçün   isə feodallar  ödəyirdilər.

III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər.


Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini–əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu.
Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini ''can vergisi'' mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan ''xaraq'' termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib.
Vergilərin başçısı olan xarqbed–Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu.

I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir drahma, bir qarib üzümlükdən 8 drahma, bir qarib qarayonca sahəsində 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu.

Əsasən silah gücənə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəraclayanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi – cizyəni də ödəyirdilər.

Xəlifə Hişam dövründə (724-743), ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar.

Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat–yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr–orucluğun başa çatması münasibətilə verilən pay–fitrə; sədəqə–yoxsullara verilən ianə; uşr–məhsulun 1/10 bərabər vergi.

Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi.


Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi.
Zəkat əl-fitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi.
Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi.
Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu.

Mə’lum olduğu kimi bütün iqtisadi fəaliyyətlərin başlıca məqsədi və son nəticəsi gəlir əldə etməkdir. Hər bir şəxs, müəssisə, təşkilat, şirkət və s. iqtisadi sistem daxilində müəyyən münasibətlərə malikdir. Bu münasibətləri saxlamaq üçün hökmən gəlir və xərclərə malik olmaq lazımdır. Hər bir şəxsin ən mühüm məqsədi isə xərcləri üçün lazım olandan daha çox vəsait – gəlir əldə etməkdir. Bütün iqtisadi fəaliyyətlərdə maddi maraq məhz gəlirin artırılmasıdır. Gəlir çox olarsa istehlak da çox olar, yığım da. İstehlak istehsalı, yığım isə investisiyanı stimullaşdırır. Yə’ni hər bir iqtisadi prosesin əvvəli də, sonu da gəlirə bağlıdır.

Dövlət də şəxslər kimi həmişə öz gəlirini artırmağa çalışır. Belə ki, gəlirsiz heç bir dövlət yaşaya, müdafiə oluna və inkişaf edə bilməz.

Dövlət həmişə və hər şeydən daha çox gəlir əldə etməyə can atır. Bu səbəbdən də dövlət gəlirlərinin mənbələri müxtəlif və çoxsaylıdır. Bu mənbələrin bir çoxu tarixi olaraq ta qədim zamanlardan yaranıb inkişaf etsə də, iqtisadiyyat inkişaf etdikcə yeni – yeni gəlir mənbələri yaranmaqda və dövlət gəlirlərinin tərkibi genişlənməkdədir. Bu baxımdan da inkişaf etməkdə olan ölkələr, ilk növbədə, onlara daha çox gəlir gətirən və gəlirlərini artıracaq sahələri inkişaf etdirməyə çalışır, həmin sahələrə böyuk həcmdə sərmayə ayırırlar. İqtisadi inkişaf və artım baş verdikdə isə dövlətin gəlirləri artır, əksinə böhranlar baş verdikdə isə dövlət gəlirlərində azalma başlayır.

Dövlətin sərvətindən istifadəyə görə tutulan gəlirlər dövlətin sahib olduğu daşınan və daşınmaz sərvətlərin istifadəsindən götürülən gəlirlərdir. Meşələrin oduncağının satışından və ya istifadəsindən, balıq ovundan, çöllərdəki ovdan, həmçinin dövlət əmlakının istifadəsindən gələn gəlirlər bu gəlirlərə aiddir. Bu gəlirləri vergi ilə qarışıq salmaq olmaz. İndiki dövrdə bu gəlirlər, həcmcə xeyli artsada, ümumiyyətlə götürdükdə dövlət büdcəsində çox az yer tutur. Bu payın azalmasının ən mühüm səbəblərindən biri vergi obyektlərinin genişləndirilməsi və vergilərin ən əsas dövlət gəlirinə çevrilməsidir.

Keçid dövrünü yaşayan bir qrup ölkələr yaranmış konkret tarixi şərait üzündən bir qayda olaraq, inkişafın başlanğıc mərhələlərində dövlət büdcəsi gəlirlərini, daha çox vergi və rüsumları artırmaq yolu ilə qaydaya salmaq istəyirlər.

Dövlət büdcəsi gəlirləri bölməsində toplanan maliyyə vəsaitləri müxtəlif mənbələrdən yığılır. Məhz belə gəlir mənbələrindən biri və başlıcası vergilərdir. Biz vergi, rüsum, gömrük rüsumu və s. adı altında istər dövlət büdcəsi, istərsə də büdcədənkənar fondlara bu və ya digər ölkədə qüvvədə olan vergi, rüsum baradəki normativ aktlara əsasən və həmin qanunverici aktlarda qoyulan hədlərə, səviyyəyə uyğun tutulan məcburi ödəmələri başa düşürük. Bundan əlavə nəzərə almalıyıq ki, hüquqi və fiziki şəxslər tərəfindən vergi və dövlət maliyyə rüsumları adlanan vəsaitlərin toplanma mənbəyidir.

Vergiyə verilən tə’rifin doğru və dolğun olmasından ötrü, tə’rif bir neçə vacib və zəruri cəhətləri: vergilərin tutulma məsrəfləri; onların tutulma xarakteri və icra etdiyi funksiyaları ehtiva etməlidir.

Vergilər dövlətin öz funksiyalarını icra etməsindən ötrü zəruri olan, bu ölkənin qanunvericiliyinin tabeliyində olan fiziki və hüquqi şəxslərdən dövlət və yerli hakimiyyət orqanları tərəfindən məcburi qaydada tutulan vəsaitlərdir.

Vergi problemində məzmun və forma cəhətləri nəzər – diqqəti cəlb edir. O cümlədən, verginin məzmunu, mahiyyətinə müdaxilə edəndə aşkar olunur ki, vergiödəyənlərin hamısı tərəfindən gəlirlərindən asılı olmadan məcburi surətdə vergi ödəmə aktının baş verməsinin vacibliyi faktı real həqiqətdir. Bilirik ki, istehsal edilmiş məhsullara və yerinə yetirilən müxtəlif növlü xidmətlərdən tutulan vergilər büdcə gəlirlərini tə’min edən ən başlıca mənbə olmaqla bərabər bir sıra funksiuaları yerinə yetirir. Görünür, vergilər üçün ən vacib, birinci, əsas funksiya büdcə gəlirlərini tə’min etmək funksiyasını yerinə yetirməkdir. Ən ağır, çətin, lakin daha çox əhəmiyyət kəsb edən vəzifə budur, çünki burada söhbət büdcə gəlirlərənin 80 – 90% - ni tə’min etməkdən gedir. Buradakı mürəkkəbliyi, ağırlığı bir daha xatırlatmaq yerinə düşər ki, axı, hələ bu gün də müəssisə və təşkilatlardan əhalinin sosial müdafiəsi üçün əmək haqqı fondunun 35% - i məşğulluq fondunda, əmək haqqı fondunun 2% - i əlillərin sosial müdafiəsinə, mənfəətin 1% - i icbari ödənilir. Əlavə edək ki, hazırda respublikamızda büdcədən maliyyələşdirilən təşkilatlar üzrə əmək haqqı fondu müavinətlərlə bir yerdə 1,6 trilyon manatdan çoxdur. Bir cəhətə də toxunaq. Məsələ burasındadır ki, dövlətin iqtisadi vəzifələri ilə maliyyə mexanizmi arasında qarşılıqlı əlaqə var, o cümlədən, əgər dövlət əhalinin rifahı, sosial vəziyyəti ilə məşğul olursa, necə deyərlər, əhalinin qayğısına qalmaq funksiyasını yerinə yetirirsə, onda istər – istəməz vergilər məsələsi obyektiv hal kimi ortaya çıxır. Bu mə’nada vergilər ölkə iqtisadiyyatında maliyyə tənzimlənməsinin ən mühüm və səmərəli mexanizmi, aləti kimi təzahür etmiş olur. Mərkəzləşdirilmiş pul fondu kassası, müəssisələrin və vətəndaşların mənfəət və gəlirlərindən, ayrı – ayrı malların dəyərindən, müxtəlif fəaliyyət növlərindən, təbii ehtiyatlardən istifadədən, əmlakdan alınan məhsulun, görülən işin, yerinə yetirilən xidmətin dəyər artımından əldə olunan, toplanan vergilər hesabına formalaşır.


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə