VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi




Yüklə 7.05 Mb.
səhifə4/51
tarix11.03.2016
ölçüsü7.05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   51

Dünya maliyyə bazarları. (İştirakçılar və strukturu)


Milli iştikarçılar

Bazarların strukturu

Beynəlxalq iştirakçılar

Şirkətlər

Valyuta bazarları, o cümlədən avrovalyuta bazarı

Beynəlxalq şirkətlər, TMŞ

Banklar və ixtisaslaşmış kredit maliyyə institutları, o cümlədən sığorta şirkətləri

Borc kapitalı bazarı

A) pul bazarı

B) kapital bazarı

V) avrobazar



Beynəlxalq banklar, TMŞ-lər, İxtisaslaşmış kredit-maliyyə institutları, o cümlədən sığorta şirkətləri

Fond və əmtəə birjaları. Dövlətlər.

Fond bazarları, sığorta bazarları, qızıl bazarları

Beynəlxalq fond və əmtəə birjaları, Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatları

Hər bir ölkənin milli pul vahidi adətən, yalnız həmin ölkənin milli sərhədləri daxilində hərəkət edə bilir. Bu baxımdan ölkələrin xarici ölkələrlə ticarət və maliyyə əlaqələri yarada bilmələri üçün onların milli pul vahidləri bir-birinə dəyiş­dirilməlidir. Onların bir-birinə dəyişdirilməsi isə valyuta bazarı vasitəsilə həyata keçirilir.

Valyuta bazarı beynəlxalq maliyyə sisteminin mərkəzi həlqəsidir. Əməliyyatların həcminə görə o maliyyə bazarının bütün digər seqmentlərini qabaqlayır. Dünya valyuta bazarında gündəlik sövdələşmələrin həcmi orta hesabla 90-cı illərin ortalarında 1, 2 -1, 4 trln. dollara çatırdı. Müqayisə üçün göstərmək lazımdır ki, dünya istiqraz bazarlarında gündəlik əməliyyatlar 500-700 milyard dollar, səhm bazarında isə 100-150 milyard dollar həcmindədir.

Statistik məlumatlara görə, dünya valyuta bazarlarında valyuta mübadiləsinin gündəlik həcmi orta hesabla 1995-ci ildə 2561, 5, 2000-ci ildə 4072, 2 və 2006-cı ildə 9173, 3 SDR [bax: əlavə №16] təşkil etmişdir. Yalnız son on il ərzində valyuta mübadiləsi 36 dəfə artmışdır. Müqayisə üçün göstərmək lazımdır ki, Dünya Valyuta bazarları əməliyyatlarının ümumi həcmi 2000-ci illərin əvvəllərində dünya ticarətindən 30 dəfə, məcmuu milli məhsuldan isə 15 dəfə çox olmuşdur. Həmin dövrdə valyuta əməliyyatlarının 656 mlrd. dollarını, yəni yarısından çoxu valyuta svapları, 387 mlrd. dolları isə spot əməliyyatlar təşkil etmişdir.



Cədvəl № 1. 5

Dünya valyuta bazarlarında gündəlik əməliyyatlar (cəmi və növlərinə görə) mlrd. dollar (aprel aylarının orta səviyyəsi)*






1989

1992

1995

1998

2001

Valyuta əməliyyatının növü

317

394

494

568

387

Spot əməliyyatları

27

58

97

128

131

Müddətli əməliyyatlar

190

324

546

734

656

Valyuta svopları

56

44

53

60

26

Qeydiyyat nöqsanları

590

820

1. 190

1. 490

1. 200

Əməliyyatların cəmi

570

760

990

1. 400

1. 200

2001-ci il aprel məzənnəsinə görə əməliyyatların cəmi
















* [304, səh. 82]
Dünya valyuta əməliyyatlarının coğrafi bölgüsü təhlil edildikdə aydın olur ki, əməliyyatların yarısına yaxın (46, 8%-i) yalnız İngiltərə və ABŞ-ın payına düşür. Nəzərə almaq lazımdır ki, göstərilən tarixdə dünya valyuta bazarları əməliyyatlarının 30%-i dollar (avro, 20%-i dollar/ien, 11%-i dollar/funtsterlinq cütlüyü üzərinə düşür.

Cədvəl № 1. 6

Dünya valyuta bazarlarının coğrafi bölgüsü

(aprel aylarında gündəlik orta həcm) mlrd. dollar*





1992

2001

həcim

faiz

həcim

faiz

Avstraliya

29

2, 7

52

3, 2

Kanada

22

2, 0

42

2, 6

Danimarka

27

2, 5

23

1, 4

Fransa

33

3, 1

48

3, 0

Almaniya

55

5, 1

88

5, 4

Honq Konq

60

5, 6

67

4, 1

İtaliya

16

1, 5

17

1, 0

Yaponiya

120

11, 2

147

9, 1

Hollandiya

20

1, 9

30

1, 9

Rusiya

-

-

10

0, 6

Sinqapur

74

6, 9

101

6, 2

İsveç

21

2, 0

24

1, 5

İsveçrə

66

6, 1

71

4, 4

Türkiyə

-

-

1

0, 1

İngiltərə

291

27, 0

504

31, 1

ABD

167

15, 5

254

15, 7

Digər

75

6, 9

139

8, 7

Cəmi

1. 076

100, 0

1. 618

100. 0

* [304, səh. 85].

Valyuta bazarları - tələb və təklif arasında formalaşan məzənnəyə görə xarici valyutanın milli valyuta ilə alqı-satqısının həyata keçirildiyi rəsmi mərkəzlərdir. Valyuta bazarlarında iki xarici valyutanın bir-birinə bilavasitə və ya dolayı yolla dəyişdirilməsi də mümkündür.

Müasir anlayışlara uyğun valyuta bazarları 19-cu əsrdə formalaşmışdır. Milli bazarların inkişafı və onların əlaqələrinin genişlənməsi nəticəsində dünya maliyyə mərkəzlərində aparıcı ölkələrin valyutaları üçün vahid ümumdünya valyuta bazarı meydana gəlmişdir. Onun əsas xarakterik cəhətləri aşağıdakılardır:

1. Valyuta bazarları alıcı və satıcıların qarşı-qarşıya dayandıqları bazarlar deyillər. Bu bazarlarda alıcı və satıcılar mal bazarlarından fərqli olaraq adətən heç üz-üzə gəlmirlər. Çünki alıcı və satıcılar əməliyyatları bilavasitə bir-birinə deyil, vasitəçi rolunu oynayan bank, digər maliyyə təşkilatları və ya fiziki şəxslərlə həyata keçirirlər.

2. Valyuta bazarları hər hansı birja şəklində təşkil olunmuş bazarlar deyil­dirlər. Valyuta əməliyyatları, məsələn, qiymətli kağızlar bazarında olduğu kimi müəyyən bir bina və ya təşkilata malik birjalarda aparılmır. Valyuta bazarları təşkil olunmamış bazarlardır. Valyuta əməliyyatları ilə məşğul olan bank və vasitəçi təşkilatlar daha çox tanınmış şəhərlərdə toplanırlar. Lakin əməliyyatlar müştə­rilərlə banklar və ya bankların öz aralarında azad bazar şərtləri daxilində aparılır.

Bəzi Qərbi Avropa (Fransa və Almaniya) və Skan­dinaviya ölkələrində böyük kommersiya banklarının təmsilçiləri hər iş gününün axırında mərkəzi bankda, bu bank təmsilçisinin sədrliyi ilə toplanırlar. Bu toplantılarda və bu cari məzənnələr əsas götürülərək, öz aralarında borc və alacaqlar balanslaşdırılır. Belə bazarlar bir növ təşkilatlanmış bazarlara bənzəyirlər. Lakin bu ölkələrdə yenə də valyuta əməliyyatlarının böyük hissəsi təşkilatlanmamış bazarlarda aparılır. Bununla yanaşı, mərkəzi banklarda müəyyən edilən iqterbank məzənnələri, şübhəsiz, təşkilatlanmamış bazarlarda formalaşan məzənnələrə müəyyən dərəcədə təsir edir.

3. Təsərrüfat əlaqələrinin beynəlmiləlləşdirilməsi, elektron rabitə vasitələ­rindən geniş istifadə edilməsi valyuta bazarlarının beynəlmiləl xarakterini getdikcə daha çox artırır.

Yuxarıda qeyd edildiyi kimi, valyuta ticarəti ilə məşğul olan qurumlar əsas etibarı ilə maliyyə mərkəzlərində, xüsusən, qiymətli kağızlar bazarlarına yaxın yerlərdə toplanırlar. Lakin bu, valyuta bazarlarının milli hüdudlarda məhdudlaşdı­rılması demək deyildir. Dünyanın harasında yerləşməsindən asılı olmayaraq valyuta əməliyyatları aparan bankların diler, broker və digər təmsilçiləri faks, te­leks, telefon və kompyuter şəbəkələri ilə bir-birinə sıx bağlanmışlar. Bununla da, hər hansı bir ölkənin milli bazarında özünü göstərən dəyişikliklərdən başqa mərkəzlər dərhal xəbər tuturlar. Vaxtlı-vaxtında həyata keçirilən informasiya mübadiləsi arbitraj sisteminin mövcudluğu dolayı məzənnələrdə özünü göstərən hər hansı kənarlaşmanın da dərhal nizamlanması üçün şərait yaradır. Bu baxımdan, bütün milli bazarlardakı məzənnələr bir-birinə uyğun gəlir. Bu cəhət valyuta bazar­larının beynəlmiləl xarakterinin mühüm göstəricisidir.

4. Valyuta əməliyyatları bütün dünyada növbə ilə sutka ərzində fasiləsiz olaraq aparılır.

Qitələr arasında saat fərqlərinin mövcudluğu ilə əlaqədar olaraq 24 saat ər­zin­də dünyadakı valyuta bazarlarından heç olmasa, hər hansı biri açıq olur. Məsələn, ABŞ-ın Qərbində, San-Fransiskoda iş günü qurtararkən uzaq Şərq bazarları (Tokio, Honk-Qonk, Sinqapur) işə başlayır. Bu bazarlar bağlandıqda isə, Orta Şərq bazarları artıq iki saat işləmiş olur. Valyuta bazarının 24 saat ərzində heç bağlanmamasının məzmunu budur: digər bazarlar bağlı olarkən açıq olan yerli bazarda özünü göstərən dəyişikliklər bütün başqa bazarlara da təsir göstərir. Deməli, dilerlər səhər tezdən işə başlayarkən dünən axşam bağlanmış bazarda mövcud məzənnələrdən fərqli bir məzənnə ilə işə başlaya bilərlər. Başqa, sözlə, valyuta məzənnələrinin sutkanın 24 saatı boyunca dəyişmək imkanı vardır.

5. Valyuta bazarları tam rəqabət şərtlərinin hökmran olduğu bazarlara daha çox oxşar olan bazarlardır.

Burada dövlət müdaxilələri minimum səviyyədədir. Bu isə, tam rəqabət şərt­ləri üçün geniş imkan yaradır. Bu bazarlarda alıcılar və satıcılar çoxsaylıdırlar: hər bir iştirakçının əməliyyatı bazar dövriyyəsinin kiçik bir hissəsini təşkil edir, bazarlara giriş və çıxış sərbəstdir. İştirakçılar hər an dəyişən bazar şərtləri haqqında mükəmməl məlumata malikdirlər.

6. Valyuta əməliyyatları sadələşdirilmişdir, hesablaşmalar müxbir hesabları üzrə aparılır.

7. Valyuta və kredit risklərini sığortalamaq üçün valyuta əməliyyatları geniş inkişaf etmişdir.

8. Möhtəkirlik və arbitraj əməliyyatları kommersiya sövdələşmələri ilə əla­qədar olan valyuta əməliyyatlarından xeyli çoxdur.

9. Bir çox əsas iqtisadi amillərdən asılı olmayaraq, öz xüsusi qanunları əsasında xüsusi birja malı olan valyutanın məzənnəsinin qeyri-sabitliyi artır.

Valyuta bazarı əməliyyatları. Bu əməliyyatlar həyata keçirildikdə aydın olur ki, xarici valyutalar həm nəqd, həm də bank tapşırıqları, valyuta vekselləri, depozit sertifikatları, turist çekləri və s. şəkildə ola bilərlər. Ona görə də valyuta bazarların­da əməliyyatlar həm nəqd, həm də nəqdsiz olaraq aparılır. İxracat və idxalat dəyər­lə­rinin ödənilməsi, xaricə kapital ixracı kimi iri həcmli valyuta əməliyyatları nəq­dsiz olaraq bank tapşırıqları, valyuta vekselləri və s. istifadə etməklə həyata keçirilir.

Valyuta bazarının əsas funksiyası beynəlxalq ticarət və kapital axınlarını həyata keçirməkdir. Ona görə də müasir şəraitdə valyuta bazarları öz həcminə görə dünyada ən böyük maliyyə bazarlarıdır. Valyuta bazarında valyuta təklif edənlər, yəni alıcılar və vasitəçi qurumlar iştirak edirlər. Tələb və təklifin nisbəti valyuta məzənnəsini müəyyən edir. Valyuta bazarlarının müştəriləri ixracatçı və idxalatçı kimi kommersantlarla yanaşı, xarici mənbə əldə etmək və ya xaricə kapital qoymaq istəyənlər, transmilli şirkətlər və dövlət təşkilatlarıdır. Bazarda, həmçinin, möh­təkirlər, arbitrajçılar və valyuta səbətini balanslaşdırmaq istəyən bank və ma­liy­yə təşkilatları da alıcı və satıcı kimi iştirak edirlər. Nəhayət, valyuta mə­zənnəsinə müdaxilə etmək üçün mərkəzi banklar da, bəzən alqı-satqı əməliyyatları aparırlar.

Valyuta bazarında əsas vasitəçi təşkilat kommersiya banklarıdır. Demək olar ki, bütün böyük banklar öz müştərilərinə valyuta alqı-satqısı üzrə xidmət gös­tərirlər. Belə bankların hər birinin ayrıca valyuta departamenti vardır. Valyuta mə­zən­nəsini müəyyən etmək, valyuta səbətini balanslaşdırmaq və s. bu departamentin funksiyalarına daxildir. Bir sıra kiçik banklar isə valyuta ticarətini iri banklar vasitəsilə həyata keçirirlər. Onlar bəzən iri bankların adından müştərilərə valyuta xidməti göstərirlər. Bəzən isə iri bankların mənbələrindən istifadə edirlər.

Bank olmayan bir sıra maliyyə təşkilatları da valyuta bazarında vasitəçi kimi çıxış edirlər. Bu təşkilatlar valyuta ticarəti ilə məşğul olan şirkətlərdir. Fiziki şəxslər də bu əməliyyatlarda iştirak edirlər. Burada brokerlər də ayrıca fəaliyyət göstərirlər. Bunlar bir növ kommusionçu mahiyyəti daşıyırlar, yəni onlar alqı və satqı təkliflərini tarazlaşdıraraq, əməliyyatların həyata keçirilməsinə vasitəçilik edir, xidmətləri müqabilində hər iki tərəfdən də kommisiyon haqqı alırlar. Brokerlər, ümumiyyətlə banklararası əməliyyatlara vasitəçilik edir və valyuta məzənnəsinin formalaşmasında mühüm rol oynayırlar.

Valyuta bazarlarında sövdələşmə alətləri əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Monometalizm dövründə beynəlxalq hesablaşmalarda kredit vasitə­lərindən istifadə olunması əsasında nəqdsiz beynəlxalq ödəmələr üstünlük təşkil edirdi. Beynəlxalq ödəmələrdə qızıl son vasitə hesab edilirdi.

Valyuta məzənnəsi qızıl nöqtəsinə çatdıqda borclu üçün öz borcunu qızıl ilə ödəmək daha əlverişli idi. Bu vaxt valyuta əməliyyatları aləti köçürülə bilən kommersiya vekselləri (tratta), yəni ixracatçı yaxud kreditorun idxalatçı və ya borcluya yazılmış tələbi idi. Banklar inkişaf etdikcə onlar bank vekselləri və çeklər, X1X əsrin ikinci yarısından isə köçürmələr tərəfindən sıxışdırılırdı. Bank vekseli - yerli bank tərəfindən öz xarici müxbirinə yazılmış vekseldir. Bu vekselləri milli bankdan satın alan borclular (idxalatçılar) onları kreditorlara (ixracatçılara) göndərirlər. Bu yolla onlar öz borc öhdəliklərini ödəmiş olurlar. Bank vekselləri də tədricən bank çekləri vasitəsilə sıxışdırılır. Bank çekləri - xaricdə hesabı olan sahibkarın təmsil olunduğu bankın xaricdəki müxbirinə onun cari hesabdan müəyyən məbləğin çeki təqdim edənə köçürülməsi haqqında yazılı əmrdir. Belə çekləri olan ixracatçılar onları öz banklarına satırlar.

Müasir beynəlxalq tədiyə dövriyyəsində bank köçürmələri - poçt, xüsusən, teleqraf köçürmələri geniş istifadə olunur. Köçürmə - bankın başqa ölkədəki öz müxbir bankına müştərisinin göstərişi üzrə, onun hesabından müəyyən məbləğ valyutanın köçürülməsi haqqında əmrdir. Köçürmə zamanı bank müştəriyə - xarici valyutanı milli valyuta müqabilində satır.

60-cı illərin axırlarından valyuta bazarlarında TMŞ-in rolu sürətlə artır. Onların fəaliyyətində xarici valyuta sövdələşmələri mühüm yer tutur. TMŞ-in valyuta bazarında apardığı əməliyyatlar aparıcı valyuta məzənnələrinin dəyişməsində əhəmiyyətli amillərdən biridir.

Valyuta bazarı əməliyyatlarının böyük hissəsi spot (nəqdi) əməliyyatlardan ibarətdir. Onun az bir hissəsi müddətli sövdələşmələrdə (forward transactions) aparılır. Ona görə birinci növ əməliyyatların formalaşdığı bazarlar spot bazar və burada mövcud olan məzənnəyə isə spot məzənnə deyilir. İkinci növ əməliyyatların üstünlük təşkil etdiyi bazarlara isə müddətli bazar (forward market) və oradakı məzənnələrə isə müddətli məzənnə (forvard exshanqe rates) deyilir.

Məlum olduğu kimi, spot əməliyyatlar - milli valyuta alqı-satqısının, prinsip etibarilə aparıldığı əməliyyatlardır. Bank hesablarından tapşırıq şəklində aparılan əməliyyatlarda isə ödəmə müddəti (settlement date), bir qayda olaraq, müqavilə imzalandıqdan sonrakı iki iş günüdür. Bu müddət hər iki tərəfə əməliyyatı aparmaq üçün lazım olan vəsaitin əldə edilməsi üçün verilir.

Müddətli təhvil əməliyyatları müxtəlif şəkildə özünü göstərir. Bu əməliyyatlar aparılarkən bank ilə valyuta alqı-satqısı müqaviləsi bir gündə bağlanır. Lakin valyuta və onun müqabilində ödəniləcək milli pulun təhvili 30, 60 və ya 90 gün olmaqla, məlum müddətdən sonra həyata keçirilir. Beləliklə, müqavilənin bu gün bağlanması ilə nəzərdə tutulan müddətin sonunda tətbiq ediləcək məzənnə də indidən müəyyən edilir. Elektron texnologiyasının tətbiqi sayəsində valyuta ticarətinin iki əsas istiqaməti formalaşmışdır. Birincisi - elektron broker sistemi.

BVF-in məlumatlarına əsasən beynəlxalq avro maliyyə mərkəzlərində elektron broker sistemi ən fəal şəkildə cüt valyuta ticarətində (dollar-marka, dollar-ien, dollar-fst. və s. ) özünü göstərir. 1996-cı ilin yalnız aprel ayında Tokioda elektron broker ticarətində dollar-ien əməliyyatları üzrə broker bazarı əməliyyatlarının 50%-i həyata keçirilmişdir.

Valyuta əməliyyatlarında beynəlxalq mərkəz London (əməliyyatların 30%-i), Nyu-York (16%) və Tokiodur (10%).

Dünya maliyyə bazarı əməliyyatlarının strukturunda forvard əməliyyatları spot əməliyyatlarına nisbətən üstunlük təşkil edir.

Valyuta əməliyyatlarında ən çox istifadə olunan valyuta dollar olmaqda davam edir. XX əsrin sonunda onun payına bütün valyuta əməliyyatlarının 50%-i düşürdü. Müasir şəraitdə avro dolların mövqeyini ciddi sıxışdırmışdır.

Valyuta məzənnəsi. Məlum olduğu kimi, xarici valyutanın qiymətinə valyuta məzənnəsi deyilir. Ümumi şəkildə ifadə etsək, valyuta məzənnəsini iki müxtəlif valyuta arasındakı mübadilə nisbəti də adlandırmaq olar.

Valyuta məzənnələri təcrübədə, adətən, xarici pul vahidi əsas götürülərək, yəni bir vahid xarici valyutanın milli valyuta ilə qiyməti kimi müəyyən edilir. Məsələn, 1dollar = 4100 manat. Buna birbaşa kotirovka (direct quotation) deyilir. Dolayı kotirovka da (indirect quotation) mövcuddur. Bu zaman xarici valyutanın miqdarı milli pul ilə ifadə olunur. Əksər ölkələr birbaşa kotirovkadan istifadə edirlər.

Burada, adətən özünü göstərən bir məsələyə diqqət yetirməyi vacib hesab edirik. Məlum olduğu kimi, hər hansı bir milli pul vahidinin dəyəri valyuta məzənnəsi ilə ölçülür. Müvafiq olaraq, milli valyuta xarici valyutaya nisbətən dəyərini itirməsi (devalvasiyası), həmin xarici valyutanın milli valyuta ilə dəyərinin artması deməkdir. Bu isə, müvafiq valyutanın milli valyutanın qiymətinin yüksəlməsi ilə eynidir. Bizə məlum olan kotirovka anlayışına da aydınlıq gətirmək lazımdır. Belə ki, hər hansı bir bankın kotirovka etdiyi valyuta alış (və ya satış) məzənnəsi, həmin bankın özünün bu məzənnə ilə valyuta almağa (satmağa) hazır olduğunu ifadə edir. Təbiidir ki, müştərilər üçün bu məzənnə məcburi deyildir. Əgər müştərilər bu məzənnəni az hesab edərək, valyutanı satmaqdan imtina etsələr, bank bazar şərtlərinə əsasən daha real satış məzənnəsi müəyyən etməyə məcbur olur. Bu baxımdan, kotirovka edilən məzənnələr əməliyyatın mütləq aparılıcağı məzənnə deyil, əməliyyat üçün təklif olunan məzənnədir.

Məlum olduğu kimi, banklar və valyuta ticarəti ilə məşğul olan digər maliyyə qurumları, adətən, valyuta sövdələş­mələrin­dən kommisiyon almırlar. Bunun əvəzinə, valyuta məzənnələrinin alış məzənnəsi (bid rate) və satış məzənnəsi (ask rate) olmaqla, ayrı-ayrı müəyyən edirlər. Alış məzənnələri, satış məzənnələrin­dən aşağı olur və aradakı fərq bank mənfəətini təşkil edir. Bank əməliyyatları apararkən gündəlik alış və satış məzənnələrini olduğu kimi müştərilərə bildirir.

Alış və satış məzənnələri arasındakı fərqə məzənnə marjası (spread) deyilir. Lakin marjanın hamısı bank mənfəətini təşkil etmir. Çünki onun tərkibinə bank məsrəfləri də daxildir. Məzənnə marjasını faiz dərəcəsi, mənfəət norması və bu kimi digər göstəricilərlə müqayisə etmək üçün onun də faiz dərəcəsi hesablanır. Bu məqsədlə aşağıdakı sadə formuladan istifadə edilir:

Məzənnə marjası faizi:



Burada, Ps və Pa müvafiq olaraq, bankın satış və alış məzənnələrini ifadə edir. Nəzərə almaq lazımdır ki, marja ödəmələrinin müddəti çox qısadır. Ona görə də onlar illik göstəricilərə əsasən hesablandıqda olduqca yüksək nəticə görünə bilər.

Adətən, bazarda çox alınıb satılan valyutalar üzrə marja az, çox işlənməyən valyutalar üzrə isə, əksinə, çox olur. Alqı-satqı çox olduqda marja təbii olaraq, azalır. Bazarlarda qeyri sabitlik yarandıqda marjalar artır. Çünki bu zaman bank riski də artır.

Diqqəti cəlb edən digər bir mühüm cəhət odur ki, marja miqdarı nəqd və nəğdsiz valyuta mübadiləsində müxtəlif olur. Daha doğrusu, nəqd valyutalar nəğdsiz valyutalara nisbətən banklar tərəfindən ucuz alınıb satılır. Bunun da səbəbi nəqdi valyuta mübadiləsinin kiçik məbləğlərdən ibarət olmasıdır. Başqa bir səbəbi isə, bank kassalarında olan nəqdi valyutaların heç bir gəlir gətirməməsidir. Bank hesablarında olan valyuta isə gəlir gətirir. Nəqd valyutalar adətən, turistlərdən daxil olur. Müxtəlif ölkələrdən gətirilən bu valyutaların yenidən mənşə ölkəsinə qaytarılması əlavə xərclər tələb edir. Ona görə də banklar nəqdsiz valyuta mübadi­ləsinə üstünlük verirlər.

Valyuta arbitrajı. Valyuta daşınan əmlak və ya mal istehsal amilləri kimi iqtisadi varlıqların qiymətlərində eyni anda mövcud olan fərqlərdən faydalanmaq üçün paralel şəkildə həyata keçirilən alqı-satqı əməliyyatlarına arbitraj (arbitraqe) deyilir. Göründüyü kimi, arbitraj bütün iqtisadi və maliyyə dəyərlərində tətbiq edilən geniş əhatəli anlayışdır. Fərqləndirici cəhəti, eyni anda qiymətlərdə mövcud fərqlərdən faydalanmaq istəyidir. Belə əməliyyatı həyata keçirərkən heç bir riskə gedilmir. Risksiz olması onu möhtəkirlikdən fərqləndirən əsas cəhətidir.

İki uclu arbitraj. Yer arbitrajı: Arbitrajın bir neçə növü vardır. Hər şeydən əvvəl, eyni valyuta növünün müxtəlif bazarlarda eyni vaxtda məzənnələrinin biri o birindən fərqlənməsi nəticəsində meydana gələn arbitrajı göstərmək lazımdır. Məsələn, fərz edək ki, müəyyən bir vaxtda dolların manatla məzənnəsi Nyu-York və Bakı bazarlarında aşağıdakı kimidir:


Bakı bazarı Nyu-York bazarı

1 = 0, 84 qəpik 1 = 0, 85 qəpik


Göstərilən misalda dolların manatla məzənnəsi Bakıda ucuz, Nyu-Yorkda isə bahadır. Arbitrajçı bu məzənnə fərqindən dərhal faydalanmağa çalışır. Bunun üçün o, Bakı bazarında manatla dolları satın alır. Və bu dolları Nyu-York bazarında yenidən manata çevirir. Bu zaman, o məsrəflər nəzərə alınmazsa, hər dollardan 1 qəpik qazanc əldə edir. Arbitrajçı əks əməliyyat da apara bilər, yəni, Nyu-Yorkda dolları sataraq manat əldə edir və onu da Bakıda yenidən dollara çevirir. Belə arbitraj növünə «yer arbitrajı» (space arbitrage) deyilir. İki müxtəlif valyuta ilə əlaqədar olduğu üçün ona bəzən «iki uclu arbitraj» (two-point arbitrage) da deyilir.

Arbitrajçı müxtəlif bazarlarda alqı-satqı əməliyyatlarını yalnız bir bank vasitəsilə həyata keçirir. Bu bank, öz şöbələri vasitəsilə hər iki bazarda fəaliyyət göstərən bank da ola bilər. Bu əməliyyat ona görə eyni bank vasitəsilə aparılır ki, məzənnə dəyişmələri ilə əlaqədar risk təhlükəsi yaranmasın. Arbitrajçı iki müxtəlif bazarda məzənnə fərqinin aradan qaldırılmasına yardım etdiyi üçün iqtisadi funksiyanı da yerinə yetirir.

Birbaşa və dolayı məzənnə fərqi ilə arbitraj: üç uclu arbitraj. Arbitraj bəzən müxtəlif bazarlarda mövcud olan məzənnə fərqləri ilə deyil, eyni bazarda iki valyuta arasında düz kotirovkadan yaranan birbaşa məzənnə ilə əks kotirovka əsasında hesablanan dolayı məzənnə arasındakı fərqlə əlaqədar meydana gəlir.

Valyuta əməliyyatlarında bankın məruz qaldığı risk gözlənilməyən məzənnə dəyişikliyi ilə əlaqədardır. Məsələn, məzənnədə özünü göstərən azalma bankın əlindəki valyuta ehtiyatlarının dəyərini azaldaraq, bankı itkiyə məruz qoya bilər. Eyni ilə məzənnənin yüksəlməsi də bankın valyuta borclarının milli valyuta müqabilini artıraraq, yenə də itki yaradır. İndi belə ehtimallar və onun qarşısının alınması üçün görülən tədbirlərə diqqət yetirək.

İş gününün axırında hər hansı bir valyuta, məsələn, dollar üzrə bankın müştərilərindən satın aldığı məbləğ, onun satış məbləğinə bərabər olduğu hallarda bankın bu valyuta pozisiyasında heç bir dəyişiklik olmur. Deməli, valyuta riski də yoxdur. Satın alınan valyuta məbləği satış həcmindən çox olarsa, bu halda valyuta ehtiyatı artmış olur. Belə vəziyyəti müvafiq xarici valyuta üzrə izafi pozisiya (long position) yaranması halı adlandırırlar. Bunun əksi isə, bankın eyni valyuta üzrə satış məbləğinin alış məbləğindən çox olmasıdır. Buna isə naqis pozisiya (short position) deyilir.

İstər izafi, istərsə də naqis pozisiya hallarında bank valyuta riskinə məruz qalır. Çünki birinci halda o, izafi valyuta ehtiyatına malikdir. Əgər bu izafiliyi ləğv etməzsə, o, məzənnənin azalmasından ziyana düşəcəkdir. Naqis pozisiya halında da risk vardır. Çünki portfeldə lazım olandan az valyuta, ya da izafi milli valyuta mövcuddur. Bu valyutanı satın alıb boşluğu doldurduğu zaman valyuta məzənnəsi yüksələrsə, yenə də bank zərər çəkəcəkdir.

Ona görə də bank etibarlı hərəkət etmək üçün izafi və naqis pozisiyaları tənləşdirməlidir. Bəs bu necə edilməlidir? Bu sualın cavabı aşağıdakı kimidir.

Fərz edək ki, hər hansı bir bank dollar üzrə naqis pozisiyaya malikdir. Pozisiyanı tənləşdirmək üçün bu bank iki yoldan birini seçməlidir. Birincisi, elə bir bank axtarıb tapmalıdır ki, onun dollar üzrə izafi pozisiyası olsun. İkincisi isə, o, brokerə müraciət etməli və müəyyən haqq müqabilində onun vasitəçi xidmətindən istifadə etməlidir.

Qeyd etmək lazımdır ki, banklar istər alıcı, istərsə də satıcı kimi bazara daxil olduqda özlərinin kim olduğunu bildirməyi arzu etmirlər. Çünki bu həm onların özləri, həm də bazar üçün arzuolunmaz nəticələr doğura bilər. Məsələn, iri bir bankın bazara alıcı sifətində daxil olması bazarda valyutaya olan tələbin artmasına bir işarə sayıla bilər və satıcı məzənnəni dərhal yüksəldə bilər. Böyük bir bankın valyuta satması da bazarda məzənnənələrin azalmasına təsir göstərə bilər. Kiçik banklar isə kommersiya gücünün zəifliyini büruzə verməmək üçün bazarda öz kimliyini son mərhələyə qədər bildirməməyi üstün tuturlar.

İndi broker vasitəsi ilə dollar satın almaq istəyən banka bir misal kimi nəzər salaq. Bank brokerə satın almaq istədiyi valyutanın miqdarı və ödəmək istədiyi məzənnənin yuxarı həddi haqqında məlumat verir. Broker də əlində belə bir təklif mövcuddursa, əlaqədar banka bu haqda məlumat verir. Əgər belə bir təklif yoxdursa və ya iki bank arasında razılaşma baş tutmazsa, broker alıcının kimliyini bildirmədən, müxtəlif banklara müraciət edir və onlardan müvafiq cavab təklifləri alır və onların arasında ən əlverişlisi haqqında valyuta istəyən banka məlumat verir. Təklif qəbul edildikdə iki tərəf arasında birbaşa əlaqə yaradılır. O mərhələyə qədər banklar bir-birini tanımırlar.

Brokerlər öz vasitəçilik fəaliyyəti ilə valyuta bazarında hadisələrin mərkəzində olurlar. Ona görə də onlar, bazarın gedişi və məzənnə dəyişmələrinin müəyyən edilməsinə mühüm təsir göstərirlər. Lakin brokerlərin xidmətləri çox bahalıdır. Ona görə böyük banklar çox vaxt brokerə müraciət etmədən öz aralarında əlaqə yaratmağa çalışırlar.

Bankların öz aralarında apardıqları banklararası valyuta əməliyyatlarının (interbank) həcmi, onların müştərilər ilə etdikləri əməliyyatların həcmindən çox böyükdür. Banklararası valyuta əməliyyatlarının həcmi çox böyük olduğu üçün, onlara tətbiq edilən valyuta məzənnələri də pərakəndə valyuta əməliyyatlarına nisbətən yüksək olur. Banklar interbank məzənnələrinə məlum miqdar marja əlavə edərək, müştərilərinə tətbiq etdikləri məzənnələri formalaşdırırlar.

Onu da göstərmək lazımdır ki, banklar pərakəndə bazardakı müştərilərindən daxil olacaq sifarişləri təmin etmək üçün, adətən interbank bazarına getmirlər. Çünki onlar bu məsələdə müəyyən elastikliyi gözləməyə məcburdurlar. Pozisiyalardakı azalma və artma, yalnız özlərinin müəyyən etdikləri həddə çatdıqdan sonra onlar tənləşdirmə əməliyyatına başlayırlar.

1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə