VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi




Yüklə 7.05 Mb.
səhifə1/51
tarix11.03.2016
ölçüsü7.05 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   51
VƏLİYEV DÜNYAMALI ƏMİR OĞLU


AZƏRBAYCANIN

QLOBAL ИQTИSADИYYATA ИNTEQRASИYASI

Azərbaycan Universitetinin Elmi Şurasının 26 may 2008-ci il tarixli iclasının (protokol № 10 ) qərarı ilə çapa tövsiyə edilmişdir.


Elmi redaktor: Asəf Nadirov,

akademik
Rəyçilər: Səlahəddin Xəlilov,

AMEA-nın müxbir üzvü
Akif Musayev,

AMEA-nın müxbir üzvü


D. Vəliyev. AZƏRBAYCANIN QLOBAL ИQTИSADИYYATA

ИNTEQRASИYASI. Bakı, “Адилоьлу” nəşriyyatı, 2008. 428 səh.

Monoqrafiyada faktiki materiallar əsasında Azərbaycanın qlobal iqtisa­diyyata inteqrasiyası təhlil olunur. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu və yeni iqtisadi sistemin təməlinin qoyulmasında, Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının müəyyən edilməsində misilsiz tarixi xidmətləri qeyd edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni dinamik inkişaf mərhələsinə daxil olması, qlobal üfüqlərə doğru inamla irəliləməsi elmi dəlillərlə əsaslandırılır.

Kitab qlobal iqtisadi proseslər və Azərbaycan iqtisadiyyatının həmin pro­seslərə qoşulması məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Ali məktəblərdə “Azərbaycan iqtisadiyyatı”, “Dünya iqtisadiyyatı”, “Beynəlxalq iqtisadi münasibətlər” və “Qlobal iqtisadiyyatın əsasları” fənlərinin tədrisində dərs vəsaiti kimi də istifadə oluna bilər.

0300000000



В гриф­ли няшр

121-2008


© Вялийев Д., 2008

Bizim coğrafi vəziyyətimiz, Avropa ilə Asiya arasında yer­ləş­məyimiz, artıq güclü enerji və nəqliyyat infrastrukturuna malik olmağımız Azərbaycanı bu məsələlərlə bağlı əvəzolunmaz ölkəyə çevirir. . .

İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir.
Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLIYEV

KİTABIN İÇİNDƏKİLƏR
Ön söz (S. Xəlilov) 7

Giriş əvəzi: Reallaşan qlobal düşüncələr. 11
Fəsil 1. QLOBAL MALИYYƏ-ИQTИSADИ MÜHИTИN TRANSFORMASИYASI VƏ MИLLИ DÖVLƏTLƏRИN MƏNAFELƏRИ 22

1. 1. Qlobal maliyyə-iqtisadi mühitin əsas xarakteristikası və inkişaf təmayülləri. 22

1. 2. Qloballaşma şəraitində maddi mühitin və informasiya məkanının transformasiyası. 28

1. 3. Qloballaşma dövründə maliyyə mühitinin transformasiyası 31

1. 4. Əmək amilinin və əmək bazarının transformasiyası 50

1. 5. Milli dövlətlərin mənafeləri və qlobal mühitə inteqrasiyanın nəzəri əsasları 57


Fəsil 2. MИLLИ DÖVLƏTLƏRИN QLOBAL MALИYYƏ-ИQTИSADИ

MÜHИTƏ ИNTEQRASИYASININ NƏZƏRИ VƏ PRAKTИKИ ƏSASLARI 66

2. 1 Qlobal əmək bölgüsü sisteminə inteqrasiyanın nəzəri əsasları. 66

2. 2. Qloballaşma şəraitində innovasiyanın inkişafında dövlətin strateji rolu. 70

2. 3. Qlobаllaşma prosesində maliyyə və pul-kredit sahəsində dövlətin tənzimləyici rolu 74

2. 4. Təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi üzrə qabaqcıl dünya dövlətlərinin təcrübəsi 77

2. 5. Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının əsas istiqa­mət­lərinin müəyyən edilməsində xarici təcrübənin rolu. 82


Fəsil 3. MÜSTƏQИL SOSИAL - ИQTИSADИ ИNKИŞAF YOLUNUN

START ŞƏRTLƏRИ 91

3. 1. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə təbii və iqtisadi potensialının ümumi xarakteristikası 91

3. 2. Müstəqil iqtisadi sistemin formalaşmasının mürəkkəb və ziddiyyətli ilkin mərhələsi 97

3. 3. Azərbaycanda siyasi-iqtisadi sabitliyin təmin olunması və müstəqil dövlətçiliyin təməlinin qoyulması – Heydər Əliyevin misilsiz tarixi xidmətidir 104


Fəsil 4. İQTИSADИ SİSTEMİN TRANSFORMASİYASI – ЩЕЙДЯР ЯЛИЙЕВ ВЯ İLHAM ƏLİYEVİN İNKİŞAF STRATEGİYASININ APARICI XƏTTİDİR 110

4.1. Mülkiyyət münasibətlərinin yenidənqurulması – iqtisadi islahatların aparıcı istiqamətidir 110

4.2. Özəlləşdirmə və sahibkarlığın inkişafı 112

4.3. Yeni cəmiyyət quruculuğunun möhkəm iqtisadi təməli – qlobal üfцqlərə aparan magistral xətdir 119

4.4. Məqsədyönlü dövlət tənzimləmələri – Илщам Ялийевин стратежи курсунун əsasıdır 125

4.5. Qlobal təsərrüfat sisteminə inteqrasiya prosesində investisiya siyasəti - dinamik iqtisadi inkişafın əsasıdır 130


Fəsil 5. QLOBALLAŞMA ŞƏRAИTИNDƏ ИQTИSADИYYATIN

DИNAMИK ИNKИŞAFI VƏ SAHƏ STRUKTURUNUN

TRANSFORMASИYASI 146

5.1. Milli iqtisadiyyatın sahə strukturunun transformasiyasının nəzəri əsas­ları. 146

5.2. Yanacaq energetika sektoru və Azərbaycanın iqtisadi inkişafı 154

5.3. Emaledici sənaye sahələrinin yenidən qurulması- müasir mərhələdə Azərbaycan dövlətinin iqtisadi siyasətinin aparıcı xətti kimi. 163

5.4. Azərbaycanın kənd təsərrüfatının qlobal iqtisadi mühitə adaptasiyasının aktual problemləri. 174
Fəsil 6. AZƏRBAYCAN AVRASИYA MƏKANINDA MƏRKƏZИ

NƏQLИYYAT DƏHLИZИNƏ ÇEVRИLИR 192

6.1. Böyük İpək Yolu Şərq və Qərbin dialektik vəhdətinin məntiqi nəticəsi kimi 192

6.2. TRACECA proqramı və regionda nəqliyyat kompleksinin inkişaf perspektivləri 201

6.3. Azərbaycanda nəqliyyat kompleksinin inkişafı 210


Fəsil 7. QLOBALLAŞMA PROSESИNDƏ AZƏRBAYCANIN XARИCИ

TИCARƏT ƏLAQƏLƏRИNDƏ ARTAN DИNAMИZM 229

7.1. Müasir iqtisadiyyatda xarici ticarətin rolu: nəzəri baxışların

təkamülü. 229

7.2. Qloballaşma şəraitində Azərbaycanын xarici iqtisadi ялагяляринин tənzim­lənməsi problemləri. 237

7.3. Щейдяр Ялийевин рящбярлийи иля Azərbaycanda xarici ticarətin liberallaşdırılması və tənzimlənməsi истигамятляри. 247

7.4. Azərbaycanda müstəqillik illərində xarici ticarətin həcmi, əmtəə və coğrafi strukturunun dinamikası və inkişaf təmayülləri. 253



Fəsil 8. ИГТИСАДИ ИНКИШАФДА MALИYYƏ SEKTORUNUN РОЛУНУН NƏZƏRИ VƏ PRAKTИKИ ƏSASLARI 263

8.1. Monetar siyasətin sosial - iqtisadi inkişafda rolu: nəzəri baxış 263

8.2. Monetar siyasət dünya dövlətlərinin təcrübəsində 266

8.3. Valyuta tənzimlənməsi sahəsində müasir dünya praktikası 269

8.4. Keçid iqtisadiyyatı şəraitində valyuta siyasətinin formalaşması və inkişafı problemləri 276

8.5. Valyuta dönərliliyinə keçid şərtləri 283

8.6. Xarici iqtisadi tarazlığın təmin edilməsinin nəzəri əsasları 290
Fəsil 9. AZƏRBAYCANDA MALİYYƏ SEKTORUNUN İNKİŞAF

PROBLEMLƏRİ 295

9. 1. Azərbaycan Respublikasında pul - kredit siyasətinin əsas

istiqamətləri 295

9. 2. Azərbaycanın maliyyə bazarının durumu və inkişaf perspektivləri 298

9. 3. Bank sektorunun formalaşması və inkişafı 306

9. 4. Büdcə quruculuğu və iqtisadi inkişafda onun rolu 317

9. 5. Sığorta bazarı 320

9.6. Azərbaycanın müasir beynəlxalq maliyyə mühitə inteqrasiyasının perspektiv istiqamətləri 323


Fəsil 10. AZƏRBAYCANIN QLOBAL PROSSESLƏRƏ

QOŞULMASININ MALİYYƏ VƏ VALYUTA

ASPEKTLƏRİ 329

10. 1. Müasir inflyasiyanın daxili xə xarici amillərinin nisbəti 329

102. Xarici investisiya sahəsində dövlət siyasəti 339

10. 3. Beynəlxalq kredit və Azərbaycanda xarici borc problemləri 346

10. 4. Azərbaycan Respublikasının tədiyə balansının aktual problemləri 351

10. 5 Xarici iqtisadi fəaliyyətdən əldə edilən gəlirlərin Azərbaycana

qaytarılması və vergiyə cəlb edilməsi xüsusiyyətləri 357
Fəsil 11. QLOBALLAŞMA DÖVRÜNDƏ MİLLİ TƏHLÜKƏSIZLİYİN

VƏ MİLLİ MƏNAFENİN QORUNMASI 366

11. 1. Azərbaycan respublikasının milli maraqları və qloballaşma prosesində onun təmin olunması problemləri (nəzəri baxış) 366

11. 2. Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir 372

11. 3. Beynəlxalq maliyyə-iqtisadi təşkilatları ilə əlaqələrin milli dövlətlər tərəfindən təşkili problemləri 379

11. 4. Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabətqabiliyyətinin

ar­tı­rıl­ması ­– qlobal iqtisadiyyata inteqrasiyanın aparıcı xətti kimi. 386


Нятиъя 394

Ялавяляр 395

Ядябиййат 410


Ön söz
Qloballaşma və inteqrasiya şəraitində Azərbaycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsədlə həyata keçirilməli olan bütün tədbirlər nəzərə alınmış, yaxın və uzaq gələcək üçün hesablanmış fəaliyyət proqramları işlənib-hazırlanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi əlaqələrini əhatə edir. İlk növbədə ölkəmizin milli maraqlarını rəhbər tutan geniş miqyaslı fəaliyyət proqramı Azərbaycan təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına inteqrasıya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir.

İndi Azərbaycanda hər bir iqtisadi nailiyyətin bir konkret məqsədi vardır ki, bu da xalqa xidmətdən, onun maraqlarının qorunmasından ibarətdir. Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinə həsr olunmuş konfransda İlham Əliyev demişdir:”Bütün bu planların təməlində bir məqsəd dayanır: ölkəmiz daha da möhkəmlənsin, daha da zənginləşsin, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, daha da yaxşı maaş alsın, pensiya alsın və Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirsin”. Əlamətdar haldır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilir. Son illərdə elm, təhsil və təsərrüfat sahələrinin kompüterləşməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Bütün bunlar Azərbaycanın heç də yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını, əksinə elm tutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir.

Prezident İlham Əliyevin mövqeyi sadəcə vədlər vermək deyil, real iş görmək mövqeyidir. O, ancaq doğrudan da həyata keçirilməsini planlaşdırdığı, elmi və praktik cəhətdən real olan fəaliyyət proqramı ortaya qoydu ki, bu da əhalidə ona olan inamı daha da gücləndirdi. İctimai şüur səviyyəsinin 90-cı illərin əvvəllərinə nisbətən xeyli yüksəlməsi, bir daha boş vədlərlə spekulyasiyanın baş tutmasına imkan vermədi. Azərbaycan xalqınınn milli mentalitetı elədir ki, onu halal zəhməti ilə pul qazanmaq imkanı daha çox cəlb edir. Bu baxımdan, ötən prezident seçkiləri zamanı İlham Əliyevin yeni müəssisələr tikilməsi, xarici investisiyanın daha geniş miqyasda cəlb olunması və 600 min iş yeri açılması haqqında verdiyi söz əhalidə böyük razılıq hissi ilə qarşılandı. Ötən müddət bu deyilənlərin sadəcə vəd deyil, real fəaliyyət proqramı olmasını təsdiq etdi. Qısa bir vaxtda nəzərdə tutulduğundan da çox iş yerinin açılması yeni rəhbərliyin ən böyük uğurlarından biridir və həm də uğurlar təkcə vədlərin icrası ilə məhdudlaşmır. Sosial-iqtisadi inkişaf strategiyası, sahibkarlığın inkişafı, regionlarda yeni infrastruktur layihələrinin həyata keçirilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüterləşdirilməsi ilə bağlı addımlar bu sırada xüsusi qeyd edilməlidir.

Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə, milli mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, azad iqtisadi münasibətlər sisteminin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi – bütün bunlar Azərbaycanın ictimai- siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa ərazilərdə də tətbiq etmək üçün mütləq müharibə yolu ilə həmin əraziləri işğal etməli idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributlarından biri də suverenlik, sərhəd və ordu hesab olunur.

Müəyyən bir ərazidə müəyyən hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən normalarla tənzim etmək üçün, ilk növədə, sərhəd toxunulmazlığı təmin olunmalıdır. Lakin zaman keçdikcə sərhəd öz mənasını dəyişir.

Sərhəddin qorunması müasir anlamda heç də o demək deyildir ki, buradan bir quş da keçə bilməz. Əksinə, müasir dövrdə gediş-gəliş xeyli artmışdır. Böyük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox gözə dəyirlər. Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq normalarına əməl olunsun.

Sərhəddi toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr vardır ki, burada hər şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur.

XX əsrin sonlarından başlayaraq hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin, vahid ümumdünya bazarının yara­dılması istiqamətində gedir. Düzdür, inkişaf etmiş ölkə­lər öz üstün mövqelərinə istinad edərək özlərinin daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay açmır və bu da təbiidir.

Nə qədər ümumbəşəri mənafedən, vahid sosial ideallar­dan söhbət getsə də, hələ milli-dövlət mənafeləri saxlanılır və yalnız eyni tərtibli ölkələrin inteqrasi­yasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üçün əvvəlcə həmin ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini keçmək, onların çıxdığı sınaqlardan çıxmaq lazımdır.

İstəsək də, istəməsək də müasir sivilizasiyaya qovuşmaq üçün inkişaf etmiş Qərb ölkələrinin keçdiyi yolu biz də keçməli olacağıq. Lakin bizim əlimizdə bu ölkələrin keçdiyi yolların xəritəsi var və biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açanların bütün səhvlərini təkrar etmərik. Bunun üçün, əlbəttə, tarixi də, iqtisadiy­yatı da, müasir dünyanın inkişaf meyllərini də gözəl bilmək tələb olunur. Belə çətin bir zamanda həm dünya iqtisadiyyatına inteqrasiya olunmaq üçün düzgün inkişaf strategiyası seçmək, həm də milli-mənəvi dəyərləri qoru­yub saxlamaq yaxşı ölçülüb-biçilmiş mükəmməl siyasi plan tələb edir.

Vahid dünya bazarının olması, açıq iqtisadi siyasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün zəruri görünsə də, əslində inkişaf etmiş ölkələrin buna daha böyük ehtiyacı vardır. Daha doğrusu, ictimai, elmi-texniki inkişaf prosesinin özünün buna ehtiyacı vardır. Belə ki, külli miqdarda investisiya hesabına artıq kütləvi isteh­salda qərarlaşmış texniki və texnoloji sistemlərin tez-tez dəyişdirilməsi sahibkarlara böyük ziyan verə bildiyin­dən kapital dünyası intensiv elmi-texniki tərəqqinin, tex­nologiyaların tez-tez modernləşdirilməsinin əleyhinə çıxa bilərdi. Cari iqtisadi mənafe ilə perspektiv texniki tərəqqi arasındakı ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi.

Lakin geri qalmış ölkələrin qapılarının açıq olması nisbətən köhnəlmiş texnikanı həmin bazarlarda xırıd etməyə və öz ölkələrində ən müasir texnoloji sistemləri tətbiq etməyə imkan yaradır.

Buna görə də inkişaf etmiş ölkə heç vaxt bütün ölkə­lərin texniki inkişaf səviyyələrinin bərabərləşməsinin tərəfdarı ola bilməz. Ən qabaqcıl ölkələrin özün­dən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı vardır.

Daha yüksək elm tutumu olan müasir texnika icad olun­duqdan sonra istifadədən çıxarılan texnika “mənəvi cə­hətdən köhnəlmiş texnika” (yəni özü təzə olsa da əsasında dayanan ideya köhnəlibdir) sayılır və onlar nisbətən aşağı (çox aşağı səviyyəli ölkə qabaqcıl ölkənin hətta artıq is­tifadədən çıxardığı texnika üçün də yetişməmiş olur) sə­viyyəli ölkələrə ixrac olunur.

Bu iyerarxiya - ölkələrin çoxpilləli düzülüşü hərbi texnika timsalında özünü daha qabarıq göstərir. Əvvəla, elmi-texniki potensialın daha çox dərəcədə hərbi-sənaye kompleksində cəmlənməsi bütövlükdə cəmiyyətin tərəqqi­sinə xidmət etməlidir. İşdə isə məhz hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sahəsinə çevrilir. Çox vaxt beynəl­xalq siyasət də bu iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin (məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texnikanın daim təkmilləşdirilməsini tələb etdi­yindən “mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın sa­tılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də qa­baqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mə­nafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və müna­qişə şəraitinin olmasını tələb edir.

XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiyyatın və ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamışdır. Bu sahədə yüksək texniki inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativ və effektli təsir etmək imkanı qazandılar.

İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərəli və sürətli vasitələrinə çevrilmişdir, nəinki beynəlxalq iqtisadi əlaqələrin gediş-gəlişsiz qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanına malikdir. Bu sonuncu amil, yəni internetin maarifləndirmək funksiyası ilə yanaşı, ideoloıi, mədəni-mənəvi təsir funksiyası qloballaşma prosesində çox önəmli yer tutur.

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəsdiq və qloballaşma arasındakı optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnolo­giya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə, ilk növbə­də, nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü sürətdə ənənəçi, konservator olmağın labüdlüyünü məhz ziyalılar müəyyənləşdirmə­lidir.

Bizcə, ilk növbədə, meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və ideal prizmasından, onun əsasında forma­laşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. “Soykökə qayıdış” çağırışında qorxulu olan məqam bun­dan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiy­yəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimiz­dən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır.

Qloballaşma ilə öz inkişafının erkən mərhələsində üzləşməli olan, müasir cəmiyyətə hələ keçid mərhələsində olan ölkələrdə bu keçidin ideologiyası yerli mütəxəssislərin, filosofların iştirakı ilə hazırlanmalıdır.

Bəzən Qərb siyasətçiləri keçid dövründə olan ölkə­lərin spesifik xüsusiyyətlərini nəzərə almır və bu ölkələri Qərb standartlarına uyğunlaşdırmaq siyasəti yürüdür­lər. Nəticədə ideologiyasızlaşdırma tərəfdarı olan Qərb dövlət­ləri ola bilsin ki, özləri də bilmədən bizə yeni ideologiya təlqin etmiş olurlar və ya bunun fərqinə var­mırlar. Belə ki, inkişaf etmiş Qərb ölkələrində forma­laşmış siyasi və hüquqi meyarlar və dəyərlər sistemi həmin ölkələrdə mövcud ictimai reallığın ifadəsi olduğu halda bizə təlqin olunarkən məhz yeni ideologiya rolunu oynayır. Həm də heç olmasa nəzəri səviyyədə dərk olunmamış, artıq konkret tətbiqi formalara salınmış bir şəkildə.

Bu baxımdan, qlobalizasiya deyilən proses, əslində, həm də Qərb standart­larının ideologiyaya çevrilməsi pro­sesidir. Qərbdə cəmiyyətin real durumuna və insanların şüur səviyyəsinə uyğun gələn hüquqi sistemlər hələ bu səviyyəyə çatmamış ölkələr üçün cəmiyyətin ondan kənarda formalaşmış modellərə uyğunlaşdırılması, yeni qəliblərə salınması prosesindən başqa bir şey deyildir.

İndi Azərbaycanda nə kimi proseslər gedir? Qərbin təklif etdiyi hüquq sistemi və ictimai-siyasi dəyərlər sistemi bizim üçün ideologiyaya çevrilirmi? Əgər bu belədirsə, Qərbin siyasi-hüquqi sisteminin əsasında duran sosial-siyasi təlimlər Azərbaycanda nə dərəcədə yayılır və nə dərəcədə kütləvi şüura nüfuz edir? Əgər bu belə deyilsə, onda müstəqil sürətdə formalaşan mil­li ideologiya və onun tərkib hissəsi olan milli dövlət­çilik konsepsiyası ilə Qərb hüquq sistemi arasında bir ziddiyyət yaranmırmı? Və yeni ölkəyə transfer edildikdə bu ziddiyyət daha qabarıq şəkildə üzə çıxırmı?

Daxili inkişaf meyilləri və xarici təsirlər arasında belə mürəkkəb münasi­bətlərin ol­ması Azərbaycanın dövlətçilik siyasətində nə dərəcədə nə­zərə alınır? Əlbəttə, bu prob­lem bütün MDB ölkələrinə və qismən Şərqi Avro­pa ölkələ­rinə də aiddir. Lakin təəssüf ki, bu sahədə elmi-nəzəri tədqiqatlar təkcə Azərbaycanda deyil, bütün keç­miş SSRİ məkanında yox dərəcəsindədir. Halbuki, məqsəd prosesləri kortəbii axarına buraxmamaq, onların elmi əsaslarla, daha optimal şəkildə həyata keçməsinə nail olmaqdır. Qloballaşmanın optimallığı üçün əsas meyar inteqrativ proseslərin təkcə bir neçə böyük dövlətin deyil, bütün dövlətlərin milli maraqlarına xidmət etmək, hamı üçün faydalı ola bilmək şərtinin təmin olunmasıdır.

İlham Əliyevin prezidentliyi dövründə cəmi beş il müddətində qazanılan iqtisadi uğurlarla yanaşı, ölkəmizdə və dünyada gedən iqtisadi inteqrasiya proses­lərinin öyrənilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Oxucuların diqqətinə çatdırılan bu kitab da bu sahədə aparılan məqsədyönlü tədqiqatların nəticəsidir. Müəllif bu əsərində prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyətini ümumiləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq iqtisadi məkana daxil olması ilə bağlı problem və perspektivləri də hərtərəfli sürətdə işıqlandır­mışdır ki, bu da gələcək iqtisadi inkişaf yolunun elmi proqnozlaşdırılmasına xidmət edir.



Səlahəddin XƏLИLOV,

AMEA-nın müxbir üzvü, professor

Giriş əvəzi:
REALLAŞAN QLOBAL DÜŞÜNCƏLƏR

Görülən bütün işlər, bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir - Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin, Azərbay­can­da siyasi islahatlar daha da sürətlə getsin, Azər­baycanda bütün kriteriyalar istər siyasi həyatda, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar dünyanın aparıcı ölkələrinin krite­ri­yalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proq­ramlarımız var.

Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti
XXI əsr tarixə sivilizasi­yanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. Qlobal proseslər inkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmarayaq, dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasi­yanın taleyini həlledici dərəcədə müəyyən etməyə başlamışdır.

Akademik Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı fundamental əsərində qeyd etdiyi kimi: “Yeni yüzilliyin qısa başlanğıc dövründə dünyada elə heyrətamiz dəyişikliklər baş vermişdir ki, onların geniş miqyası təkcə iqtisadi və siyasi sahələri deyil, həm də insanın təkrar istehsalının, təhsil və təfəkkür sistemlərinin fundamental əsaslarını əhatə etmişdir. Artıq çoxları dərk etmişdir ki, yeni dövr, beynəlsivilizasiya inkişaf erası başlanmışdır”. [76, s. 11]

İqtisadi, siyasi və mədəni-mənəvi proseslərdə özünü göstərən dərin qloballaşma təmayülü iqtisadi qlobal­laşmada daha böyük sıçrayışla gedir və digər prosesləri də öz arxasınca aparır. Təsadüfi deyildir ki, artıq siyasət getdikcə daha çox iqtisadiləşmişdir. İqtisadi qlobal­laş­ma isə iqtisadiyyatın yalnız beynəl­miləlləşməsi demək deyildir, həmin prosesin yeni və yüksək mərhələsidir.

Keçid iqtisadiyyatı ölkələri müstəqillik uğrunda mübarizəni iki mühüm prosesin: iqtisadi transformasiya və qloballaşma proseslərinin təsiri altında aparırlar. İqtisadi transformasiya prosesləri artıq başa çatmaq üzrə olduğu halda, qloballaşma onların iqtisadiyyatına və iqtisadi siyasətinə getdikcə daha çox təsir göstərir.

Ona görə də ictimai inkişafın müasir təmayülləri ictimai-iqtisadi inkişaf problemlərinə getdikcə daha çox qlobal yanaşma tərzini tələb edir. Hər hansı bir ölkədə gedən daxili proseslər özünün məzmunu və forması baxımından çoxsaylı səciyyəvi cəhətlərinə baxmayaraq, təcrid olunmuş şəkildə cərəyan etmir. Qloballaşmanın planetar mahiyyət kəsb etdiyi və dönməz xarakter aldığı bir dövrdə həmin proseslər insan cəmiyyətinin müasir tarixi inkişafı gedişinin aparıcı istiqamətini təşkil edir. Ona görə də həyat bütün kəskinliyi ilə tələb edir ki, ölkənin spesifik xüsusiyyətləri qloballaşmanın doğurduğu yeni şəraitlə sıx sürətdə əlaqələn­diril­sin. Müasir iqtisadi, sosial və siyasi problemlərə qlobal yanaşma tərzinin üstünlüyü onda deyil ki, belə yanaşma tərzi bütün qoyulan suallara dərhal düzgün cavab verməyə çalışır, həm də ondadır ki, bu sualları düzgün qoymağa imkan verir.

Beləliklə, hər hansı bir ölkədə konkret iqtisadi və sosial transformasiyaların konkret bir ərazidə daxili sosial-iqtisadi qüvvələrin və proseslərin təsiri altında baş verdiyinə baxmayaraq, həmin transformasiyaları doğuran səbəblərə, onların mahiyyəti və inkişaf perspektivlərinə, milli və dünya problemlərinin çulğaşdığı müasir dövrdə, yalnız həmin ölkənin daxili prizmasından baxılması kifayət deyil və yanlış nəticələrə gətirib çıxara bilər.

İstehsal və mübadilənin müasir xarakteri, miqyası və onların nəticələrinin ölkələrarası bölgüsü tələb edir ki, ayrıca götürülmüş hər bir ölkədə geniş təkrar istehsalının zəruri və ilkin şərtlərinin həmin ölkənin beynəlxalq maliyyə-iqtisadi mühitdə iştirakı, həmin mühitə uyğunlaşma mövqeyindən nəzərdən keçirilsin. Müasir ümumdünya təsərrüfatı vahid istehsal sferası kimi, yalnız bu və ya digər təsərrüfat sahəsinin iqtisadi səmərəliliyi hesablanarkən nəzərə alınmır, həmçinin ümumbəşəri xarakter almış ərzaq, xammal, enerji, demoqrafiya, ekologiya və s. kimi ciddi problemlərin həll edilməsi məqsədilə də daim diqqət mərkəzindədir.

Müstəqillik əldə etmiş ölkələrin siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf problemləri xarici iqtisadi əlaqələri, onların dünya bazarı ilə inteqrasiyası ilə iqtisadi inkişaf mexanizmi arasındakı qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq qloballaşma dövründə xüsusi aktuallıq kəsb etmişdir.

Qloballaşmanın və meqacəmiyyətin yaranması cə­miyyətin uzun tarixi dövr ər­zində modernləşmə prosesinin məhsulu və məntiqi nəticəsidir. Qloballaşma eyni zamanda bəşəriyyətdə mövcud olan ən perspektivli modernləşmə təmayül­lə­rini seçib təşviq edir. Akademik Ramiz Mehdiyevin səlis ifadəsilə desək: “Hazırda sosiomədəni transformasiyanı milli tranzitin iki aspekti - iqtisadi və siyasi modernləşmə təşkil edir”. [77]

Başlıca məzmununu qloballaşma təşkil edən postsənaye cə­miyyətinin əsas əla­mətləri aşağıdakılar hesab edilir: 1) istehsal və istehlakın strukturunun dəyişməsi (xidmət sahəsinin rolunun artması); 2) təhsilin sə­viy­yə­si­nin yük­səl­mə­si; 3) əməyə yaradıcı münasibətin aparıcı amilə çevrilməsi; 4) ətraf mühitə yük­sək diqqət verilməsi; 5) iqtisadiyyatın humanistləşməsi (sosial yönüm­lülüyünün artması); 6) cəmiyyətin informasiya cəmiyyətinə çevrilməsi; 7) kiçik biznesin re­nessansı. Bu o deməkdir ki, əvvəlki biliklərin qısa bir zamanda köh­nəl­mə­si və ye­nilərinin sürətlə yayılması və təbəqələşmə nəticəsində əhalinin bir qrupunun gə­lirlərinin sürətlə artması buraxılan məhsulların da sürətlə yenilənmə­si­ni, bir-birini əvəz etməsini tələb edir. İri şirkətlərə nisbətən kiçik biznes bu baxımdan çox çevikdir və is­tehsalın profilini qısa müddət ərzində dəyişə bilir. Məhz buna görədir ki, inkişaf etmiş sə­naye ölkələrində DMM-in yarısından çoxu kiçik biznesin payına düşür.

Bu ölkələrdə iqtisadiyyatın modernləşdirilməsi vəzifələrindən biri - sovet dövründə uzun müddət qapalı şəraitdə mövcud olmuş təsərrüfatın texnoloji və struktur cəhətdən yenidən qurulmasıdır. Bu proses isə iqtisadiyyatın o sahələrinin üstün inkişafını nəzərdə tutur ki, həmin sahələr öz məhsullarını daxili və xarici bazarlarda müvəffəqiyyətlə sata bilirlər. Beynəlxalq əmtəə, maliyyə və işçi qüvvəsi axınlarının şərtlərini müəyyən edən qlobal maliyyə-iqtisadi mühitə inteqrasiya imkan verir ki, qüvvələr istehsalın uduşlu sahələrinə yönəldilsin, zəif iqtisadi səmərə verən məhsul istehsalından imtina edilsin və investisiyanın strukturunu dəyişdirməklə səmərəli inkişaf modeli seçilsin. Ölkənin seçdiyi yol beynəlxalq əmək bölgüsünün üstünlükləri ilə uzlaşdırılmadıqda isə həmin ölkədə istehsal özünün aşağı səmərəliliyi və zəif inkişaf sürəti ilə xarakterizə edilir.

Ölkənin beynəlxalq əmək bölgüsündə iştirakı vəziyyətinin adətən ən gözəçarpan göstəricisi xarici ticarətdir. Azərbaycan kimi müstəqillik əldə etmiş ölkələrin xarici ticarətinin səmərəliliyinin (onların ixrac etdikləri məhsulların istehsalı və satışı xərclərinin əldə edilən valyuta gəlirlərinə nisbəti) təhlili göstərir ki, həmin əməliyyatlar belə ölkələr üçün əhəmiyyətli dərəcədə sərfəlidir. Bu onunla əlaqədardır ki, onlar öz məhsullarını dünya bazarlarında beynəlmiləl dəyərlər əsasında formalaşan qiymətlərlə reallaşdırırlar. Bu dəyərlər isə adətən həmin ölkələrin milli dəyərlərindən aşağı olur. Lakin bu ölkələr xaricdən aldığı məhsulları da milli dəyərlərdən aşağı olan beynəlmiləl dəyərlər əsasında formalaşan qiymətlərlə əldə edirlər. Dünya qiymətlərinin səviyyəsi bu ölkələrin ixracatında, xüsusən bu ixracatda xammal üstünlük təşkil etdiyi hallarda səmərəliliyi təmin etməyə bilir. Bununla yanaşı, həmin ölkələr əgər texnologiyanı özləri istehsal etsəydilər, bu onlar üçün çox baha başa gələrdi. Ona görə də, həmin ölkələr istehsalın yeni texnika, texnologiya və informasiya vasitələri ilə yeniləşdirilməsi üçün xaricdən onları sərfəli qiymətlərlə idxal edirlər. Bu isə inkişaf üçün böyük perspektivlər açır.

Əsrin son onilliyində SSRİ-nin dağılması ilə dünyanın yeni siyasi xəritəsində özünə layiqli yer tutmuş müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmuşdur. Kəskin mübarizə şəraitində əldə edilmiş siyasi müstəqillik ölkənin sovet dövründə 70 il ərzində yığılıb qalmış ciddi siyasi, iqtisadi və sosial problemlərinin həlli yolunda geniş perspektivlər açmışdır. Sovet «dəmir pərdələri» ilə uzun illər boyu dünya birliyindən siyasi və iqtisadi cəhətdən təcrid olunmuş Azərbaycanda açıq cəmiyyət yaradılması, dünya dövlətləri ilə bərabərhüquqlu hərtərəfli əlaqələrin inkişaf etdirilməsi ölkəmizdə mövcud olan sosial-iqtisadi problemlərin həlli yolunda, sözün əsl mənasında, açar rolunu oynayır. Özünün üçrəngli bayrağında əksini tapmış müasirləşmə ideyası və istəyi, bir ideya və istək kimi qalmayıb, həm də gələcəyə doğru böyük bir hərəkatın rəmzidir, Azərbaycan cəmiyyətinin mühüm fərqləndirici xüsusiyyətlərindən biridir. Bu hərəkat Azərbaycanın ictimai inkişafının bütün istiqamətlərində (siyasi, iqtisadi, mənəvi) bariz şəkildə görünməkdədir. Ümumdünya İqtisadi Forumunun 1995-ci ildə Londonda (29-30 noyabr) təşkil etdiyi «Azərbaycan investisiya imkanları» adlı Beynəlxalq Sərgi və Konfransda Ümummilli lider H. Əliyev qeyd etmişdir: «Bizim strateji kursumuz dünya iqtisadi birliyi ilə sıx inteqrasiya edən, bazar iqtisadiyyatına əsaslanan, müstəqil, demokratik hüquqi dövlət qurmaqdır. Buna uyğun olaraq biz artıq konkret nəticələr vermiş olan genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk». [17, s. 34]

Azərbaycan bir çox həyati əhəmiyyət kəsb edən siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən təbii bir məkandır. İki qitənin qovşağında və mühüm strateji əhəmiyyətli ərazidə yerləşən respublikamızda dünyanın nəhəng dövlətlərinin mənafeləri toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi gedir. Belə bir şəraitdə siyasi istiqlaliyyət əldə edilməsi, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə keçilməsi uzun müddət xarici aləmlə mövcud olmuş köhnə əlaqələr sisteminə yenidən baxılması və bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərin yaradılması üçün mühüm zəmin təşkil etdi. Kommunist imperiyasının süqutu böyük bir ərazidə geosiyasi vəziyyəti kökündən dəyişdirərək, Azərbaycanın beynəlxalq aləmdə müstəqil subyekt kimi yer tutması, qloballaşma şəraitində xarici əlaqələrinin səmərəliliyinin artırılması və intensivləşdirilməsi, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən respub­likanın mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün geniş perspektivlər açdı.

İqtisadi və ictimai həyatın beynəlmiləlləşməsi, Azərbaycanın ağır şərtlər altında gedən müasir dünya ilə inteqrasiyasının bütün istiqamətləri yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və təhlükələrin vaxtında aşkara çıxarılması bu gün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu zaman qarşılıqlı vəhdət şəklində olan: 1. Müstəqil modern dövlət aparatının yaradılması və təkmilləşdirilərək inkişaf etdirilməsi; 2. Onun bazası əsasında demokratik proseslərin və radikal bazar islahatlarının reallaşdırılması kimi iki çətin problem həll edilir.

Lakin dünya dövlətlərinin minilliklərdə əks olunmuş tarixi təcrübəsi göstərir ki, hər bir xalqın gələcəyi əhəmiyyətli dərəcədə həmin xalqın malik olduğu imkanları, zamanın tələblərini düzgün qiymətləndirməyi bacaran, uzaqgörən, müstəqil dövlətçilik konsepsiyasını formalaşdıran və reallaşdıran xarizmatik liderlərin adı ilə bağlıdır. Xüsusən indiki mürəkkəb bir dövrdə bəşər cəmiyyətində yaranmış olan yeni inkişaf meyillərini dərindən bilən, onları vaxtında nəzərə alan, qarşısına qoyduğu ideallara doğru xalqı arxasınca apara bilən liderləri olan ölkələr tarixin sınağından uğurla çıxmağı bacarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırırlar.

Bəşəri inkişafın dönüş nöqtəsini təşkil edən müasir dövrdə tale Azərbaycan xalqına çağdaş və müstəqil dövlətçilik fəlsəfəsini milli irs və təfəkkür bazası əsasında formalaşdırmış və reallaşdırmış Heydər Əliyev dühasını və onun layiqli davamçısı olan qlobal düşüncəli, vətənsevər İlham Əliyev zəkasını bəxş etmişdir.

Məlum olduğu kimi, mürəkkəb və çoxtərəfli sistemə malik olan beynəlxalq iqtisadi və maliyyə mühiti daim hərəkətdə, təkamüldə olan bir sistemdir. Bu dinamikliyin hərəkətverici qüvvəsini dünyada yeni istehlak sahələrinin açılması, istehsal sferasında yeni texnoloji əlaqələrin və onun beynəlxalq tənzimlənməsinin daim yenilənməsi, maliyyə innovasiyaları təşkil edir. Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi proseslərə intensiv inteqrasiya etdiyi, xarici maliyyə və ticarət əlaqələrinin liberallaşdırıldığı və yenidən qurulduğu bir şəraitdə həyat elm və praktika qarşısında yeni-yeni vəzifələr qoyur.

Ümummilli liderimiz Heydər Əliyev 29 dekabr 2000-ci ildə yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdir: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.

Xalqın çağırışına səs verəcək dövlət müstəqilliyinin mövcudluğunun qorunub saxlanılması və ölkənin sosial-iqtisadi inkisafının sürətləndirilməsi məsuliyyətini öz üzərinə götürmuş ümummilli lider Heydər Əliyev qarşıda duran tarixi vəzifələri aydın şəkildə dərk edirdi. O, 1993-cü il oktyabr ayında ölkə Prezidenti kimi ilk dəfə and içərkən tam əminliklə qeyd edirdi: ”Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün istifadə etməkdən ibarətdir ”.

Ulu öndər Heydər Əliyevin müdrikliyi, dünyada gedən mürəkkəb prosesləri dərindən bilmək, Azərbaycan xalqının mənafeyi üçün onlardan məharətlə istifadə etmək qabiliyyəti doğma vətənimizi tarixin ağır sınaqlarından uğurla çıxararaq XXI əsrdə dinamik inkisaf etməsi üçün möhkəm zəmin yaratdı.

“Odlar yurdu” adlanan doğma yurdumuzun, 2003-cü ildən sonrakı inkisaf tarixi layiqli varis İlham Əliyevin rəhbərliyi ilə tarixi səlnamələrə yazılmağa başlanmışdır. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində qeyd edirdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacagam, hec vaxt bu yoldan dönməyəcəyəm”.

Yeni tarixi şəraitdə Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsində, ölkənin sürətli sosial-iqtisadi inkisafının təmin olunmasında, dünya standartlarına yaxınlaşdırılmasında İlham Əliyevin malik olduğu fenomenal səxsiyyəti mühüm rol oynayır. 1 oktyabr 2003-cü il tarixində Onun şəxsi keyfiyyətləri haqqında Azərbaycan xalqına müraciətində Ulu öndər Heydər Əliyev belə yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. ” Ümummilli liderimiz bütün digər məsələlərdə olduğu kimi Azərbaycan xalqının gələcək taleyi ilə bağlı olan varislik məsələsində də böyük uzaqgörənlik göstərdi. Bu müdrikliyi Azərbaycanın bugünü və sabahı aydın şəkildə nümayiş etdirir, dünyanın siyasi, elmi və ictimai xadimləri öz çıxışlarında xüsusi vurğulayırlar. “Microsoft” Şirkətinin Baş vitse -prezidenti Kreyd Mandin İlham Əliyev ilə görüşdən sonra belə demişdir: “Cənab İlham Əliyev qlobal baxışlara malik liderdir. O, enerjinin inkişafina söykənən cəmiyyətdən, biliyə arxalanan cəmiyyətə keçməyi fikirləşir”.

İlham Əliyev sovet təhsil sisteminin yüksək zirvələrində yetişmişdir. Sovet cəmiyyəti müasir ictimai-siyasi fikirlərin ölkəyə daxil olmasının qarşısını alan “dəmir pərdələrlə” əhatə olunduğu bir vaxtda onun ali təhsili və praktik fəaliyyətinin ilkin mərhələsi xariclə bilavasitə təmasda olan, müasir bilikləri sovet təbliğat maşınının “emalından” keçməmiş əldə edən elmi elitasının əhatəsində keçmişdir.

Onun üçün ən böyuk məktəb isə Heydər Əliyev məktəbi olmuşdur. İlham Əliyev dərin dövlətçilik konsepsiyasını, təkmil idarəçilik bacarığını, müasir cəmiyyətin inkisaf meyillərini dərindən bilən liderlik keyfiyyətini məhz həmin məktəbdə mənimsəmişdir. Onun bu keyfiyyətləri - ARDNŞ-nın birinci vitse-prezidenti, Milli olimpiya komitəsinin prezidenti, YAP sədrinin birinci müavini, Milli Məclisin deputatı və ölkəmizin Avropa Şurası Parlament Assambleyasinda təmsil edən nümayəndə heyətinin rəhbəri və həmin yüksək qurumun rəhbərliyində təmsil olunan qlobal ictimai-siyasi, iqtisadi mühitdə daha da təkmilləşmiş, onu müasir peşəkar siyasətçiyə çevirmişdir.

Tükənməz enerji və dərin biliklər xəzinəsinə malik olan İlham Əliyev öz imkanlarını Azərbaycanın müasir tarixində yeni dövrün əsasını qoymuş olan 15 oktyabr 2003-cü il Prezident seçkilərindən sonra Azərbaycan xalqının işıqlı gələcəyi naminə uğurla reallaşdırmağa başlamışdır. 17 noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında o, proqram xarakterli bəyanatla çıxış etdi: ”Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq. ”

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” prinsipini əsas götürən cənab İlham Əliyev başçılıq etdiyi dövlətin qarşısında duran əsas problemləri, prioritet vəzifələri aydın təsəvvür edir: “Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl, rifah içində yaşasınlar. Mənim məqsədim budur və bu məqsədə doğru biz uğurla gedirik. O, bütün dövlət aparatını qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına doğru yönəldir, konkret və məqsədyönlü dövlət proqramları hazırlayır və reallaşdırılması üçün genişmiqyaslı təşkilatçılıq tədbirləri həyata keçirir. İqtisadi potensialın ildən ilə güclənməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşması, iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır ki, “Biz bölgədə aparıcı dövlətə çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bizim imkanlarımız daha da artsın, siyasi çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə nail ola bilək, öz doğma torpaqlarımızı işğalçılardan azad edə bilək və Azərbaycan xalqının normal, yaxşı yaşamasını təmin edə bilək. Bunu etmək üçün Azərbaycan güclənməlidir. Bu proses artıq baş verir”. Onun önə çəkdiyi “İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir” ideası əslində Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır və bütün dövlət-təşkilatçılıq tədbirləri həmin strategiyanın həyata keçirilməsinə yönəldilmişdir.

İlham Əliyevin başçılığı ilə həyata keçirilən tarazlaşdırıcı siyasət nəticəsində daim artan iqtisadi potensial Azərbaycana həm regional, həm də beynəlxalq aləmdə özünün milli maraqlarını, ümümxalq mənafeyini qorumağa imkan verir. Reallaşdırılan strateji kursa uyğun olaraq, yeni təcrübələrin, demokratik, texnoloji, elmi dəyərlərin Azərbaycana transformasiyası üçün görülən tədbirlər novatorluğa, modernləşməyə geniş meydan açır.

İnformasiya cəmiyyəti adlanan müasir cəmiyyətdə ETT-nin nailiyyətləri əsasında istehsal prosesinin bütün həlqələrində texnoloji istehsal üsulunun transformasiyası baş verir, ölkələrdə iqtisadiyyatın strukturu, iqtisadi inkişafın xarakteri, həyat tərzi, dəyərlər sistemi və motivasiya keyfiyyətcə yeniləşir, “ictimai tərəqqi” anlayışı və onun meyarları haqqında təsəvvürlər dəyişir. Həyat bütün kəskinliyi ilə göstərir ki, yeni modernləşmə müasir iqtisadi sistemlərin dayanıqlı inkişafının həlledici amilidir. Tanınmış ingilis iqtisadçısı Braynan Tvissin qeyd etdiyi kimi müasir dövrdə “mütəxəssislər öz səylərini gələcəkdə meydana çıxacaq ehtiyacların ödənilməsinə yönəltməlidirlər. Diqqət yeni vəzifələrin həlli üçün yeni texnologiyanın tətbiqi yollarının tapılmasına yönəldilməlidir ” [139, c, 24]

“Sənaye potensialının artımı bizim prioritet məsələmiz olmalıdır”deyən İlham Əliyev “ən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi məsələsini” bütün kəskinliyi ilə qarşıya qoymuşdur. Bu resurs amillərinə əsaslanan iqtisadiyyatdan, qlobal proseslərin tələb etdiyi innovasiya yolu ilə inkişaf edən iqtisadiyyata keçilməsi üçün olduqca vacibdir. Prezidentin təkidlə tələb etdiyi bir mühüm məsələnin - iqtisadiyyatın neft amillərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi probleminin həlli də modernləşmə və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “ İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından ibarətdir. Bu konsepsiya kütləvi şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və demokratik ənənələr məcrasına transformasiyasına imkan yaratmalıdır ”

İlham Əliyevin ardıcıl olaraq yeritdiyi qlobal və milli dəyərlərə əsaslanan strateji kurs, məqsədyönlü və çevik islahatlar ölkənin qısa müddət ərzində keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. İnkişaf sürətinə görə ölkə regionda və bütün dünyada lider dövlətə çevrilmişdir. İqtisadi artım sürətinin, yəni ümumi daxili məhsul istehsalının artım sürətinin yüksək olması buna bariz nümünədir. İqtisadiyyat inkişafın təməl daşıdır. Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilərə malik olan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl şəkildə bir-birini tamamlayır, coğrafiyasını genişləndirir. Ötən 5 ildə Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitin regionların davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdir. Ölkə regionlarının inkişafına xüsusi önəm verən İlham Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın həyata keçirilməsi ölkə regionlarının kompleks inkişafına, o cümlədən, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Dövlət proqramı çərçivəsində atılmış addımlar ötən 5 il ərzində regionların sosial-iqtisadi inkişafına mane olan bir sıra problemlərin aradan qaldırılmasına, bölgələrin sosial-iqtisadi simasının köklü sürətdə dəyişməsinə gətirib çıxartmışdır. Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etməsi sahibkarlıq və biznes mühitinin yaxşılaşması beynəlxalq hesabatlarda da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “Qlobal Rəqabət Qabiliyyəti Hesabatı”na görə, ölkəmiz 2006-cı ildə 125 ölkə arasında 64-cü sırada yer almışdır. UNCTAD tərəfindən hazırlanan və 140 ölkənin daxil edildiyi “Birbaşa xarici investisiyaların cəlbi indeksi reytinqi ” hesabatına əsasən, ölkəmiz bu sahədə dünya sıralamasında 1-ci yerdədir. Bundan başqa, 2005-ci ildə “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “BB” səviyyəsində qiymətləndirmişdir. Ötən il isə beynəlxalq reytinq agentliyi “Moody`s” ölkəmizin reytinqini yüksək qiymətləndirərək “Ba 1” səviyyəsində müəyyənləşdirmişdir. Bu isə ölkə iqtisadiyyatına investisiya qoyuluşunu artırmaq üçün potensial investorlara müsbət siqnal olmaqla bərabər, beynəlxalq maliyyə bazarlarına əlverişli şərtlərlə çıxmağa şərait yaradır.

İlham Əliyevin siyasətinin ən mühüm istiqamətlərindən biri də Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi sahəsində görülən genişmiqyaslı tədbirlərdir. Hazırda Azərbaycan dünyanın 140-a yaxın ölkəsi ilə qarşılıqlı ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır. 2006-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 18 milyard, 2007-ci ildə isə 25,4 milyard ABŞ dolları olmuşdur. Azərbaycan mövcud təbii sərvətlərindən istifadə etməklə iqtisadi infrastrukturunu dünya standartları səviyyəsində quraraq qloballaşan dünyanın enerji təchizatının ödənməsi prosesində xüsusi əhəmiyyət kəsb edir. Qlobal əhəmiyyətli iqtisadi layihələr olan TRACECA, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz boru kəmərlərinin reallaşması və Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikilməyə başlaması, “Şahdəniz” qaz yatağının işə düşməsi ölkəmizin nüfuzunu bütün dünyada artırır. İlham Əliyev 25. X . 2006 -cı ildə qeyd etmişdir: “Biz dünyada gedən prosesləri izləyirik. Tarixi də yaxşı bilirik. İnkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və görürük ki, harada inkişaf var, harada problemlər çoxdur. Görürük ki, təbii sərvətlərlə zəngin olmaq heç də o demək deyil ki, ölkə böyük nailiyyətlərə nail olacaqdır. Yenə də deyirəm, əgər cəmiyyətdə demokratikləşmə prosesləri sürətlə aparılmasa, sözün əsl mənasında, vətəndaş cəmiyyəti yaradılmasa, qanunun aliliyi tam şəkildə bərqərar olunmasa, bizim gözəl iqtisadi perspektivlərimiz həyatda tam şəkildə reallaşmayacaqdır. Ona görə, hesab edirəm, Azərbaycanın təcrübəsi onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik, siyasi islahatlar çox sürətlə aparılır. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi ”

Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda Türk Dünyası birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkir. Dövlət başçısı ötən beş ildə həmin birliyin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmiş, təkcə strateji müttəfiqimiz olan Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük vermişdir.

2006-cı ilin noyabrında Türkiyənin Antaliya şəhərində türkdilli dövlət başçılarının VIII zirvə görüşündə məmnunluqla vurğulamışdır: “. . . Bu zirvə görüşünün uzun fasilədən sonra keçirilməsinin çox böyük əhəmiyyəti var. Dünya dəyişir, bölgəmizdə baş verən hadisələr yeni yanaşmalar tələb edir, yeni çağırışlar ortaya çıxarır və biz birlikdə bunlara çarə tapmalıyıq. Birgə fəaliyyətimiz nəticəsində bölgəni inkişaf etdirmək üçün, sülhün, təhlükəsizliyin, sabitliyin tam şəkildə bərqərar olunması üçün bizim birgə səylərimiz böyük əhəmiyyət kəsb edir. Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik mənsubiyyət, əlbəttə ki, qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün çox böyük əsasdır, böyük amildir”.

Bu sahədə yeritdiyi konstruktiv və tarixi əhəmiyyətli tədbirlər nəticəsində İlham Əliyev türk dünyasının nüfuzlu liderlerindən birinə çevrilmişdir.

Prezidentin 6 mart 2007-ci il tarixində imzaladığı “Azərbaycan Respub­likasında xüsusi iqtisadi zonaların yaradılması haqqında ” Fərman da bu baxımdan iqtisadçılar və mütəxəssislər tərəfindən ölkə iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə qədəm qoyması, Azərbaycan iqtisadiyyatının tərəqqisinə xidmət edən kompleks tədbirlərin tərkib hissəsi və davamı kimi yüksək qiymətləndirilir. Xüsusi iqtisadi zonaların yaradılması iqtisadiyyatımızın strukturca yeniləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək, qeyri-neft sektorunun inkişafına, habelə xarici ticarət əlaqələrinin genişlənməsinə, respublikanın rəqabətqabiliyyətli səviyyəsinin yüksəldilməsinə, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün hazırlığına və digər məsələlərin həllinə təkan verəcəkdir.

Tam əminliklə qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

Onun fəaliyyətinin başlıca xəttini olduqca mürəkkəb olan qlobal dünyada ölkənin iqtisadi təhlükəsizliyinin, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası bütün dünyada və xüsusən regionda heç bir qüvvədən asılı olmayan müstəqil siyasət yeridir, heç bir xarici təsirlərə boyun əymir.

Bu illərdə Azərbaycan xüsusən karbohidrogen ehtiyatlarının dünya bazarla­rına çıxarılması məsələsində, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilməyə başlamasında, Naxçıvan-Qars Dəmiryolunun inşasına qərar verilməsində tam müstəqil siyasi kurs yürüdərək İlham Əliyev heç bir kənar diktəyə yol ver­məyibdir. O, ölkəmizin Avrasiya məkanını mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi rabitə sisteminin, informasiya texnologiyalarının, sürətli inkişafı üçün də nəhəng işlər görür.

Prezident İlham Əliyev Rusiyanın “Exo Moskva” radiosuna verdiyi müsahibədə demişdir: “Mən suveren bir dövlətin Prezidentiyəm. Mən heç vaxt heç kimdən xahiş etmirəm. Əgər hansısa bir vəziyyət yaranıbsa, deməli ondan çıxmaq lazımdır. Biz özünü təmin edən ölkəyik. Biz heç kimdən asılı deyilik. Azərbaycanı məcbur etmək qeyri-mümkündür. Azərbaycan elə dövlət deyil ki, onu məcbur edə biləsən”. Dövlətimizin başçısı dünyada və regionda gedən proseslərə dərindən bələddir. Məhz buna görə də Azərbaycanın daxili və xarici siyasət kursu balanslaşdırılmışdır və bütün məqamlar nəzərə alınaraq həyata keçirilir. Azərbaycan dünyada baş verən dəyişikliklərə, siyasi və iqtisadi kataklizmlərə hazırdır. O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfransda inamla qeyd etmişdir: “Biz ölkəmizi müasirləşdiririk, güclü dövlət yaradırıq. Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”.

Ilham Əliyevin prezidentlik fəaliyyətinin ali qayəsi informasiya cəmiyyə­tinin tələblərinə uyğun olaraq “qara qızılın insan qizilına” çevrilməsini təmin etmək, ölkədə mövcud olan zəngin insan potensialını inkişaf etdirməkdir. “Biz çalışırıq səhiyyə, xüsusilə təhsillə bağlı məsələlərə böyük diqqət yetirək ki, bizim gənclərimiz bilikli olsunlar, həyatda öz yerini tuta bilsinlər, sağlam böyüsünlər və ölkənin inkişafında fəal iştirak etsinlər”. Bu məqsədin həyata keçirilməsi üçün elm və bütövlükdə sosial sahənin inkişafına, ölkəmizdə təhsil və səhiyyə ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Onun prezidentliyi dövründə yüzlərlə yeni məktəb tikilib istifadəyə verilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban Əliyevanın rolunu xüsusilə qeyd etmək lazımdır. Fond tərəfindən “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində bütün ölkədə yeni məktəblərin tikintisi uğurla davam etdirilir. İndiyədək Fondun dəstəyi ilə 230-dan çox məktəb, 29 uşaq müəssisəsi, internat və uşaq evi tikilmişdir. Təkcə 2007-ci il ərzində bütün mənbələr hesabına 200-dən çox yeni məktəb tikilmişdir.

Ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, bir çox səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir.

Ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara tələbatın ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci ildə xüsusi sərəncam imzalamışdır. 2015-ci ilədək 5 minə yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edəcəkdir.

30. 06. 2007-ci ildə Prezident İlham Əliyev Qazax rayonunda olimpiya idman kompleksinin açılış mərasimində demişdir: “. . . Deyə bilərəm ki, hazırda Azərbaycanın müxtəlif şəhər və rayonlarında 20 olimpiya kompleksi ya tikilir, yaxud da ki, onlarin tikintisi üçün hazırlıq işləri görülür. Bu, çox böyük quruculuq işləridir. Biz buna çox böyük investisiya qoyuruq. Amma biz bu investisiyaları insanların sağlamlığına qoyuruq, uşaqların idmanla məşğul olmasına qoyuruq. Bu investisiyaları Azərbaycanın gələcəyinə qoyuruq. . . Biz gələcək nəslimizi bu cür yetişdirməliyik. Onlar fiziki cəhətdən güclü, vətənpərvər olmalıdırlar və mənəvi cəhətdən Azərbaycan xalqına xas olan ən yüksək keyfiyyətlərə malik olmalıdırlar”.

İlham Əliyevin Prezidentliyi dövründə dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, ordunun müdafiə qabiliyyətinin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində də radikal addımlar atılmış, bu sahəyə ayrılacaq dövlət investisiya xərcləri ildən-ilə artır.

Dövlət başçısı respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini Azərbaycanın gələcək yüksəlişinin əsası hesab edir və onun təkmilləşdirilməsinə mühüm əhəmiyyət verir.

Cənab İlham Əliyevin qlobal düşüncələri və milli dəyərləri əsas tutaraq nümayış etdirdiyi yüksək vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasətinin qloballaşma prosesinin incəliklərinə dərindən bələd olması ölkə daxilində və xaricində ona böyük inam və etimadın güclənməsini təmin etdi. Onun rəhbərliyi altında Azərbaycan qlobal üfüqlərə doğru inamla irəliləyir. Onun qeyd etdiyi kimi:“Azərbaycanın daxili və xarici siyasəti yalnız regional deyil, qlobal miqyasda situasiyaya əhəmiyyətli təsir göstərir və gələcəkdə də göstərəcəkdir”.




  1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə