Veb 0 – SƏnin seçimin




Yüklə 54.89 Kb.
tarix24.04.2016
ölçüsü54.89 Kb.
VEB 2.0 – SƏNIN SEÇIMIN
Təhsil sistemində müasir İKT-nin tətbiqi bu gün qloballaşan dünyanın, informatlaşan cəmiyyətin zəruri tələblərindən, ehtiyaclarından biridır. Bu işi səmərəli qurmaq üçün bir sıra şərtlər nəzərə alınmalıdır. İnformasiya cəmiyyətinin gələcək qurucuları məktəb illərindən başlayaraq yeni informasiya texnologiyaları ilə təmas qurmalı, ondan sərbəst istifadə etməyi öyrənməlidirlər. İnsan fəaliyyətinin bir çox sahələrində olduğu kimi, təhsildə də müasir İKT-nin tətbiqi fəaliyyət səmərəsini xeyli artıra bilər. Bu nöqteyi nəzərdən təhsilin müxtəlif pillələrində kompyuterlərin sismemli tətbiq imkanlarının elmi araşdırılması, əldə edilmiş nəticələrin tədrisdə tətbiqi pedaqoji elmlərin aktual problemlərindəndir. Tədris müəssisələrinin kompyuterləşdirilməsi, İnternetin təhsilin müxtəlif səviyyələrində tətbiqi imkanları təhsil sahəsində yeni üfüqlər açır. Bu günə qədər müəllimlər fərdi kompyuter kimi güclü təlim vasitəsinə, İnternet kimi nəhəng informasiya resurslarına heç vaxt malik olmamışlar. Təlimdə elə texniki vasitə yoxdur ki, didaktik imkanlarına görə İKT ilə müqayisə edilə bilsin. Bu gün İKT həm hesablama vasitəsi (sadə və mürəkkəb hesablamaların ani olaraq icrası), həm audio-video vasitə (tele-radio verilişləri qəbul etmək, dinləmək, baxmaq, diaproyektor kimi slaydları seyr etmək), həm rabitə vasitəsi (elektron poçt, telefon rabitəsi, telekonfrans, videokonfrans v.s.), həm verilənlər bankı və bazası (külli miqdarda informasiyanı yadda saxlayır, sistemləşdirir, lazımı anda operativ təqdim edir), həm yazı, çap vasitəsi (stolüstü mini -mətbəə), və s. kimi istifadə edilə bilən, təlimin universal texniki bir vasitəsidir.

Biz informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətində təhsilin səmərəsi İKT-dən istifadə səviyyəsi ilə təyin edilir. Bu səbəbdən bütün inkişaf etmiş ölkələr virtual təhsil sistemi qururlar. Əgər biz Azərbaycanı regionda İKT üzrə lider dövlətə çevirrimək istəyiriksə Azərbaycanda virtual dərslər, yeni texnologiyalar geniş yayılmaı, bütün məktəbləri əhatə etməlidir. Bu, çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Hazırda bir çox bilik sahələrində elmi-tədqiqatlar İKT vasitəsilə həyata keçirilir. Səhiyyədə, ticarətdə, kənd təsərrüfatında kompyuter texnikasından istifadə olunur.

Son illər ərzində insanların öyrədilməsi ilə əlaqədar təhsil işçilərinin yeni biliklər əldə etmələri üçün təhsil sahəsində aparılan tədqiqatlar genişlənmişdir. Texnologiyanın xüsusilə də kompyuterin inkişafı sahəsində əldə olunan nailiyyətlər nəticəsində ibtidai, orta və ali təhsil öyrənmənin necə və hansı vasitələrlə daha yaxşı öyrədilməsi ilə bağlı yeni tədqiqatlar aparılır.

Əmək bazarında insana əsas qiymət bu amillərə görə verilir:



  • yeni texnologiyalarla işləmək,

  • bilikləri praktik bacarıqlara çevirmək

  • hər gün dəyişən tələblərə cavab verməkdir.

Məhz insan resurslarının inkişaf etdirilməsi, bu tələblərə cavab verməsi təhsilin müasir tələblərə uygunlaşması deməkdir. Müasir tələblərə texnologiyalar və texnologiyaların pedoqoji imkanlarından istifadə etmək bilik və bacarıqları da daxildir. Şagird, tələbə, müəllim və təhsil müəssisələrini idarə edənlər bu tələblərə cavab vermək üçün daim təqdiqatda olmalı, imkanlar yaratmalı, imkanları bilik və bacarıqlara çevirməlidirlər.

İnternet və internetin imkanlarından təhsil məqsədləri üçün istifadə də müasir təhsil siyasətinin əsas prioritet məqsədlərindən biridir.

İnternetin imkanlarından biri olan Veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq edilməsi şagird və tələbələrin tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən biridir.

Öyrənmə təcrid olunmuş və sabit bir proses deyil. Bu səbəbdən müəllimlər “tənqidi pedaqoqikaya”ya müraciət etməlidirlər. Bu fəaliyyət çərçivəsində, müəllimlər biliyi idarə edən şəxsdən müxtəlif əqli və sosial problemlərdə bacarıqların tətbiq olunmasına yardım edən şəxsə çevrilirlər.


Nəzərə alsaq ki, artıq bütün məktəblər sürətli internetlə təmin olunub və buna əsaslanaraq yeni texnologiya kimi – Veb 2.0 texnologiyalarının tədrisə tətbiqini məqsədəuyğun sayıram. Tədrisdə Veb 2.0 texnologiyalarının tətbiqi tədrisin keyfiyyətinin artırılmasına gətirib çıxarır. Layihə metodundan istifadə etməklə bu imkanların təhsilə tətbiq edilməsi şagird və tələbələrin tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən Veb 2.0 hər bir istifadəçiyə sərbəst surətdə şəbəkədə öz səhifəsini yaratmağa imkan verir. İndi hər bir istifadəçi nəinki, rəqəmsal kolleksiyalara daxil olub baxa bilmək imkanı əldə edəcək o cümlədən öz səhifələrində bu imkanlardan - Veb 2.0 xidmətlərindən istifadə edib belə kolleksiyalar yaratmaq imkanına da malikdir.

Yeni imkanlar nəinki bizim yeni tapşırıqlarımızı həll etmək imkanına malikdir o cümlədən bizim dünya görüşümüzü dəyişmək və bizə ayrı – ayrı hadisələrə fərqli baxmağa imkan verir.

Yuxarıda qeyd edilən sosial xidmətlər bir-biri ilə sıx bağlıdır.

Veb 2.0 xidmətləri təkcə ünsiyyət üçün yaranmayıb. O cümlədən bu vasitə ilə qarşılıqlı təsir imkanlarına malik olmağı, yeni obyektlər yaratmağı və bu obyektlərin daxilində başqa obyektlər yerləşdirmək imkanları verir.



Veb 2.0-nin sosial xidmət kimi nəinki ancaq sosial – ictimai sahədə o cümlədən pedaqoji sahədə də imkanları var. Hansı ki, mövcud imkanlardan sadəcə müxtəlif növ layihə metodlarından istifadə etməklə bu texnologiyalarda istifadə etmək olar. Bu cür təcrübələr bir çox inkişaf etmiş xarici dövlətlərdə istifadə olunur. Bu təcrübələrin real nəticələri həmin ölkələrin təhsil, sosial həyatlarında açıq görsənir.

biridir.

Veb 2.0 termini ilk dəfə 2004-cü ildə “O’Reilly” və “MediaLive International” arasında keçirilən konfrans zamanı “Dale Dougherty” tərəfindən səsləndirilib. Bu termin tezliklə qısa zamanda populyarlıq qazanıbdı. Veb 2.0 texnologiyaları dedikdə bura həm yeni veb-dizayn, brauzer-server arasında məlumatın yeni ötürülmə texnikası və insanların İnternet saytlarında cəmiyyət yaratmasını aid etmək olar. Bu texnologiya özünü hər sahədə göstərdiyi kimi, təhsildə də inteqrasiyası məqsədəuyğundur. Veb 2.0 – ikinci nəsil şəbəkə xitmətləridir ki, internetdə fəaliyyət göstərir. Birinci nəsil xidmətlərdən - Veb 1.0 xidmətlərindən fərqli olaraq Veb 2.0-nin internet xidmətlərindən birgə istifadə etmək, informasiya mübadiləsi və o cümlədən böyük həcmli nəşrlər üçün geniş imkanları var. Artıq dünya Veb 2.0 internet saytlarına keçid alıb. Bəs bu Veb 2.0 nədir? Əvvəllər ancaq məlumat verən Veb 1.0 saytları var idi, indi isə bunlar çox geridə qaldı. Veb 1.0 saytları ancaq bir nəfər tərəfindən idarə olunurdu, məlumat verirdi və bu iş də bir nəfər tərəfindən yerinə yetirilirdi. Yeni fikir əlavə etmək istədikdə artıq problemlər yaranırdı. Veb 2.0 saytlarında isə ziyarətçilər istədiyini əlavə edə bilir. Eyni zamanda bu tip saytlar görünüş, dizayn cəhətdən daha gözəl olurlar. Bu saytlara misal olaraq Google Adsense, Vikipediya, Flickr, WordPress, Blogger kimi saytları göstərmək olar.



Veb 2.0 texnologiyalarının əsas imkanları:

1. Veb səhifənin yaradılması.

Hər bir istifadəçiyə imkan verir ki, veb səhifədən müstəqil istifadə edərək özü informasiyalar qeyd etsin. İstifadəçilər müstəqil olaraq şəbəkədə gündəlik, məqalə, şəkil, audio, video yazılar, qeydlər və o cümlədən öz səhifələrinin dizaynını formalaşdırsın.



2. Materiallardan daimi istifadə imkanı.

Bu imkan istifadəçilərdə şərait yaradır ki, şəbəkədə keçmişdə dərc olunmuş materialları nə vaxt dərc olunmasından asılı olmayaraq istədiyimiz vaxt istifadə edək. İndi biz hər zaman istədiyimiz vaxt əvvəllər dərc olunan materialları təkrar-təkrar istifadə edəcəyik. Bu imkan verir ki, tədris sahəsində həm fərdi və qrup layihələri icrası zamanı müəyyən mərhələlərdə nəticələrin fərqliliyini izləyə bilək.



3. İşarələmə - qruplaşdırılmış tapşırıqların həlli üçün vasitə.

Hər bir əlfəcin (zakladka) sahibi xüsusi işarə kimi topladığı materiallara açar sözlər qoya bilər ki, bu da növbəti axtarışlarda istifadəçilər üçün axtarışı asanlaşdırar.



4. Şəbəkə istifadəçiləri arasında dinamik münasibət.

Bu cür münasibət əsasən məqalələrin növləri, ayrı-ayrı məqalələr, şəkillər, rəsmlər vasitəsilə mümkün olur. Bununla biz şagird və tələbələrə şəbəkələr arasında məntiqi əlaqəni göstərə bilərik.

Veb 2.0 sosial xidməti yeni müasir üsul və şəbəkə təminatıdır ki, qrup halında fəaliyyətə imkan verir.

Bu fəaliyyətlər aşağıdakılardır:


  • istifadəçilərin fərdi təsiri və iştirakçılar arasında ünsiyyət

  • fikirlərin, ideyaların qeyd edilməsi, işarələr qoymaq və başqa mətnlərin düzəlişi (Bloq, vikipedia)

  • internet resurslarına əlfəcinlər, keçidlər qoymaq (bobrdobr)

  • şəkil yerləşdirmək (flikr, fotki.ru)

  • kitab yerləşdirmək (skribd)

  • video xidmətlər (Youtube)

  • Coğrafi xidmətlər (Qoogle Yer, Vikimapia)

  • İnformasiya mübadiləsi (messenger, skype, icq)

Veb 2.0 hər bir istifadəçiyə sərbəst surətdə şəbəkədə öz səhifəsini yaratmağa imkan verir. İndi hər bir istifadəçi nəinki, rəqəmsal kolleksiyalara daxil olub baxa bilmək imkanı əldə edəcək o cümlədən öz səhifələrində bu imkanlardan - Veb 2.0 xidmətlərindən istifadə edib belə kolleksiyalar yaratmaq imkanına da malik olacaq.

Yeni imkanlar nəinki bizim yeni tapşırıqlarımızı həll etmək imkanına malikdir o cümlədən bizim dünya görüşümüzü dəyişmək və bizə ayrı – ayrı hadisələrə fərqli baxmağa imkan verir.

Yuxarıda qeyd edilən sosial xidmətlər bir-biri ilə sıx bağlıdır.

Veb 2.0 xidmətləri təkcə ünsiyyət üçün yaranmayıb. O cümlədən bu vasitə ilə qarşılıqlı təsir imkanlarına malik olmağı, yeni obyektlər yaratmağı və bu obyektlərin daxilində başqa obyektlər yerləşdirmək imkanları verir.

Veb 2.0 sosial xidmət kimi nəinki ancaq sosial – ictimai sahədə o cümlədən pedaqoji sahədə də imkanları var. Hansı ki, mövcud imkanlardan sadəcə müxtəlif növ layihə metodlarından istifadə etməklə bu texnologiyalarda istifadə etmək olar. Bu cür təcrübələr bir çox inkişaf etmiş xarici dövlətlərdə istifadə olunur. Bu təcrübələrin real nəticələri həmin ölkələrin təhsil, sosial həyatlarında açıq görsənir.

VEB 2.0 TEXNOLOGİYALARI VƏ PEDAQOQİKA

Veb 2.0 texnologiyalarının pedaqoji imkanları

1.Açıq, pulsuz və sərbəst surətdə elektron resurslardan istifadə etmək imkanı. Sosial xidmətlərin internet məkanında geniş yayılması nəticəsində təhsil məqsədi ilə çoxlu sayda material əldə etmək olar. Danışıq proqramları şəbəkə qrupları vasitəsi ilə ayrı ayrı yerlərdə təhsillə məşğul olan istifadəçilər bilik və bacarıqların bölüşə bilərlər

2. Müstəqil surətdə internetdə təhsilə aid səhifələri yaratmaq imkanı veirir.

Yeni şəbəkə xidmətləri Veb 2.0 şəbəkədə köklü surətdə hər hansı nəşr və materialların yaradılmasını sadələşdirir. İndi hər bir istifadəçi nəinki şəbəkə xidmətlərindən istifadə edə bilər o cümlədən öz veb səhifəsini müstəqil surətdə yarada bilər. Bu kimi səhifələr hər gün artır və internetdə günü gündən milyonlarla yeni şəkil, material, mövzu, rəsm, musiqi faylları yüklənilir. Bu materialları təhsildə də istifadə etmək əhəmiyyətlidir.

3. İnformasiyaların, bilik və bacarıqları özününküləşdirmək Veb 2.0 texnologiyalarının üstünlüklərindən biridir. Veb 2.0 texnologiyaları informatika və kompyuterdən istifadə bacarıqları zəif olanlar üçün də geniş imkanlar açır ki, bu imkanlardan istifadə etməklə öz səhifələrini yarada bilərlər. İlk addımlarda daha effektli nəticələr almasalar da davamlı istifadə və texnologiyanın sadəliyi onlarda özünə inam hissini daha da artırır. Yeni fəaliyyət imkanları şəbəkədə həm informasiyanın axtarışı, həm də şəbəkədə rəqəmsal obyektləri redaktə etmək – mətn yazmaq, şəkil yerləşdirib qeydlər etmək, proqram, musiqi və video yazılar yerləşdirmək, köçürmək imkanları verir.

4. Veb 2.0 texnologiyaları internet istifadəçilərinin qruplarda fəaliyyətinin praktik müşahidə etmək imkanı verir. İnternet şəbəkəsi şagird və tələbələrdə professional elmi qruplarda iştirak, müzakirələrdə iştirak imkanı verir ki, bu da onların bilik və bacarıqlarının armasına səbəb olur. Şəbəkədəki agentlər nəinki, bizim düşünmə bacarıqlarımızı o cümlədən birgə iş, fəaliyyət, eyni layihələrdə iştirak, fikir mübadiləsi etmək imkanlarını yaradır.



Ayrı - ayrı Veb texnologiyaların pedoqoji imkanları:

1. www.bobrdobr.ru, www.del.icio.us

Bu xidmətdən istifadə edərək - hər hansı açar sözlərdən istifadə edərək istifadəçiyə lazım olan materialı tapmaq olar. Bununla yanaşı material yerləşdirmək və açar sözlə başlıq qoymaq olar.



Pedaqoji imkanları

- Dərs materialları üçün mənbədir. İstifadəçilər nəinki, yaratdığı əlfəcinlərin tərkibində o cümlədən başqa istifadəçilər tərəfindən yerləşdirilən əlfəcinlərdə də lazımi materialları axtara bilər. Xidmət imkan verir ki, istifadəçi bütün növ materialların, informasiyanın mənbələrindən isitfadə edə bilsin.

- Dərs materialları üçün əlverişli məlumat anbarıdır. Müəllimlər fərdi və ya qrup halında dərs materiallarını yerləşdirə bilərlər.

2. www.flicr.com, www.fotodia.ru

Bu xidmətinin əsas imkanları rəqəmsal şəkillərin yerləşdirilməsi və istifadəsidir.



Pedaqoji imkanları


  • Dərs materialları üçün mənbədir

  • Dərs materiallarının anbarı – şəkillərin arxivi və şagird, tələbənin yaradıcı işi.

  • Qruplaşdırılmış tapşırıqların həlli – hər bir şəklin sahibi, müəllifi olduğu şəklə adını qoya və şəkil haqqında informasiya yerləşdirə bilər.

  • İzahlı xəritə - Şəkillərdə qeydlər etmək olar. Məsələn: şəkildə bir neçə obyekt təsvir olunubsa onda şəkilin daxilində ayrı – ayrılıqda hər bir təsvir olunmuş obyekti seçib ona qeydlər etmək mümkündür.

  • Birgə iş üsulu – Şagirdlər layihə metodikası çərçivəsində birgə layihənin icraçıları kimi də fəaliyyət göstərə bilərlər.

3. www.youtube.com, www.rutube.ru

Videoçəkilişləri yerləşdirmək, baxmaq və müzakirəsi üçün məkandır.



Pedaqoji imkanları

  • Başqa istifadəçilərin videokliplərinə baxmaq

  • Serverə yükləmə, qeydlər etmək və videoklipləri mübadilə edə bilərlər

  • Mövzuya uyğun qruplara üzv olub və yeni qruplar yarada bilərlər

  • Videoklipləri öz veb səhifələrinə köçürmək imkanı əldə edirlər.

  • www.youtube.com/watch?v=6gmP4nk0EOE – bu səhifədə Veb 2.0 5 dəqiqəyə öyrədici filmlə tanış ola bilərsiniz. Filmdə sadə üsul və nümunələrlə Veb 2.0 prinsiplərini izah edir.

  • www.youtube.com/watch?v=m3XZdNq_QGk – bu filimdə isə yutubun təhsildə imkanları haqqında filmə baxa bilərsiniz.

  • Şagirdlər və tələbələr təhsil aldıqları və icra etdikləri layihələrin çəkilişlərinin arxivi kimi istifadə edə bilərlər.

4. Bloqlar - www.azeriblog.com və s.

Bloq sözünün mənası ingilis dilindən tərcümədə fəaliyyət mənasını verir. Web – logging və ya blogging – ümumdünya hörümçək toruna çıxış mənasında işlənir.

Pedaqoji imkanları

Pedaqoji müzakirələr üçün məkan. Bloqlar pedaqoji diskussiyalar üçün açıq və qapalı məkan ola bilər. Bu səhifələr ancaq seçilmiş və ya bütün istifadəçilər üçün açıq ola bilər. Bu əsasən səhifənin yaradıcısının və icra etdiyi layihənin tələblərindən asılıdır. Bu səhifələrdən bütün istifadəçilər istifadə edə bilər.

- Bu imkandan əsasən tədris layihələrini həyata keçirdikdə şəbəkə idarəçisindən icazə almaqla istifadə etmək olar.

- Əlavə biliklər qazanmaq imkanı. Təcrübədə bloqların əksəriyyətinin açıq xarakterli olması imkanı bundan istifadənin nəinki, mütəxəsislərin o cümlədən müəllim, şagird və tələbələr üçün də istifadə imkanı verir.



  • - Distans təhsil almaq imkanı. Bloglardan istifadə etməklə əlavə təhsil almaq olar.

5. Vikipedia – wikiwiki – vikiviki- termin olaraq Qavay sözündən götürülmüş “tez-tez” mənasını verən sözdür. Bu texnologiyanın yaradıcısı Uord Kanninqemdir.


Pedaqoji imkanları

  • İlk növbədə mənbə üzərində hər hansı qeydlər etmək olar. Hər bir səhifəsi müzakirə səhifəsilə və ya əks tərəf ilə bağlıdır. Səhifənin əks tərəfindən hər bir istifadəçi məlumat haqqında öz qeydlərini, fikirlərini qeyd edə bilər. Dərs materiallarının elektron variantı istifadəçilərə imkan verir ki, bu materiallardan keçid kimi başqa lazım olan materiallardan da istifadə və müzakirə edə bilsinlər.

  • Virtual səyahət imkanı. Məsələn Universitetin bir qrup tələbəsi layihə həyata keçirirlər. Layihə Şirvanşahlar sarayı ilə bağlıdır. Bir qrup tələbələr sarayın rekonstruksiyası ilə, ikinci qrup tələbələr sarayın tarixi ilə bağlı, üçüncü qrup tələblər isə abidənin necə qorunması ilə bağlı araşdırmalar aparırlar. Vikipedia imkan veir ki, bir səhifədə hər üç qrup keçidlər vasitəsilə əlavə axtarış sərf etmədən layihələrini birləşdirsinlər.

  • Qrup halında öyrədici layihələrin həyata keçirilməsi. Hər hansı mövzu ətrafında coğrafi məkandan asılı olmayaraq eyni mövzu ətrafında fəaliyyət göstərə bilərlər. Mövzuların eyniliyini vikiviki avtomatik idarə edir. Avtomatik keçidlər vasitəsilə eyni mövzuda başqa layihələrə də baxmaq olar.

Elektron ensiklopediya. Hal -hazırda vikipediada yerləşdirilən məlumatların çoxluğu bundan elektron ensiklopediya kimi də istifadə etmək üçün şərait yaradır. Həm də axtarış saytlarında tez tapmaq imkanı, bu imkanlardan daha çox insanların istifadəsini təmin edir.
Şagirdlərin Veb 2.0 texnologiyalarına yiyələnməsi təhsil ictimaiyyətinə həm də milli-mənəvi baxımdan böyük önəm kəsb edir. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır və bizim bir çox tarixi abidələrimiz var ki, mənfur qonşularımız tərəfindən mənimsədilmişdir. Düzdür, biz tariximizi bilirik, öyrənirik. Bəs onun qayğısına necə qalırıq? Necə təbliğ edirik? Bu baxımdan şagirdlər yaratdıqları təqdimatları (http://www.slideshare.net/Bedirova/ss-3101930 ), xəritələri (http://maps.google.com/maps?tab=3l ), viki səhifələri (http://wiki.iteach.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:%D0%90%D0%B8%D0%B4%D0%B0_%D0%91%D0%B5%D0%B4%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B0 ) sənədləri internet istifadəçilərilə paylaşırlar. Cavab olaraq paylaşdığı insanlar öz rəylərini mətn vasitəsilə bildirirlər. Nəticədə bir qrup şagirdlər bu təqdimat, xəritə və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar.

Veb 2.0 texnologiyaları dinamik və interaktivdir. İş prinsipi, naviqasiya çox rahat və dinamikdir. Bu servislərdə işləmək üçün sadəcə qeydiyyatdan keçmək lazımdır.

Veb 2.0 texnologiyalarının bir sıra sosial servislərini aşagıdakı nümunələrdə sizin nəzərinizə çatdırıram. vardır. Bunlara aiddir:

wikimapia.org - şəkillərin yerləşdirilməsi

panoramio.com - şəkillərin yerləşdirilməsi

maps.google.com - şagirdlər obyektlər arasında məsafələri ölçürlər

scribd.com - sənədlərin yerləşdirilməsi

slideshare.net - təqdimatların yerləşdirilməsi

wiki.iteach.ru - viki səhifələrin yaradılması

Aşağıdakı şəkillərdə nümunələr verilmişdir.






Veb 2.0 texnologiyalarının inkişafı və İnternetin yaranması informasiya cəmiyyətində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır. İnformasiya cəmiyyəti həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışır. Telekommunikasiya texnologiyası və Veb 2.0 yeni tədris tipini – distant təhsili (uzaqdan təhsili) meydana çıxarıb. Distant təhsil zamanı verilən tapşırıqlar Veb 2.0 texnologiyalarının yuxarıda sadaladığım sosial servislərin köməyi ilə həyata keçirilir. Distant təhsili quran qurum hansı sosial servisdən istifadə edəcəyini özü müəyyənləşdirir. Hazırda distant təhsil məqsədilə eyni zamanda elektron poçtdan, forumlardan, gap xidmətlərindən, tele-videokonfranslardan istifadə olunur.

Veb 2.0 sosial servislərin köməyilə internetdəki informasiyaların (videolar, proqramlar, şəkillər) miqdarı son illərdə böyük bir şəkildə artmışdır. İctimai media, paylaşma saytları və güclü axtarış mühərriklərinin köməyi ilə artıq sərhədsiz məlumata çatmaq mümkün olmuşdur. Amma bu vəziyyət eyni zamanda çox böyük bir informasiya çirkliliyini də gətirir. Ona görə də yaşından asılı olmayaraq hər bir internet istifadəçisi internetin informasiya təhlükəsizliyi okeanında özü-özünü qorumalı öz təhlükəsizliyini təmin etməlidir.,



Məqalənin müəllifi: Bədirova Aidə Səxavət qızı


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə