Və İnccəsənət Universiteti İxtisas: Beynəlxalq Münasibətlər Kurs: II (2010/2011) Fənn: Dünya mədəniyyət siyasəti




Yüklə 37.59 Kb.
tarix10.04.2016
ölçüsü37.59 Kb.
Azərbaycan Dövlət Mədəniyyət

və İnccəsənət Universiteti
İxtisas:Beynəlxalq Münasibətlər

Kurs:II (2010/2011)

Fənn:Dünya mədəniyyət siyasəti

Müəllim:Dr.prof. İlqar Hüseynov,

Dr.dos Mübariz Süleymanlı

Tələbə:Məmmədov Ağamirzə

Fərdi iş № 1:Mədəniyyət siyasətinin

planlaşdırılması və mədəniyyətin

qanunvericilik təminatı


BAKI-2011

MƏDƏNİYYƏT SİYASƏTİNİN PLANLAŞ-

DIRILMASI VƏ MƏDƏNİYYƏTİN QANUN-

VERİCİLİK TƏMİNATI.

İlk öncə onu qeyd edək ki,mədəniyyət siyasəti istər Azərbaycanda ,istərsə də bütün dünyada elmi istiqamət kimi yeni anlayışdır.Mədəniyyət siyasətinin planlaşdırılması ,qanunvericilik təminatı mədəniyyət siyasətinin səmərəli həyata keçirilməsində müstəsna rola malikdir.



Dünya təcrübəsində dövlətin mədəniyyət siyasəti və onun planlaşdırılmasındakı vəzifələrindən danışarkən ilk növbədə qeyd edilməlidir ki, bir ölkədə sosial dəyişikliklər kütləvi hadisəyə çevrildiyi zaman zəruri olan tədbir və təşkilatlanmanı dövlət təmin etməlidir. Bu gün yaşanmaqda olan sürətli dəyişikliklər prosesi dövlətə yeni bir məsuliyyət yükləməkdədir.Dövlət, içində mədəni-mənəvi dəyərlərin yer alığı bir mədəniyyətin optimal ehtiyaclarını təmin etmək üçün bir mədəniyyət çərçivəsi təsbit etmək məcburiyyətindədir.Qloballaşma dövründə mədəniyyət siyasətinin həyata keçirilməsində müxtəlif problemlər qarşıya çıxır.Mədəni inteqrasiya prosessində qloballaşmanın doğurduğu fəsadları önləmək üçün güclü informasiya siyasəti aparılmalıdır. Ancaq planlaşdırma doğrudan-doğruya mədəniyyətlə deyil, mədəniyyətin yayılması və paylaşılmasını təmin edən vasitələr ilə bağlıdır. Dövlət iqtisadi və sosial inkişafın kəmiyyəti ilə olduğu qədər keyfiyyəti ilə də maraqlanmaq məcburiyyətindədir. Bu halda problem, dövlətin mədəniyyət sahəsindəki məsuliyyətini təsbit etmək və bu sahədə görüləcək fəaliyyətləri iqtisadi və sosial planlaşdırma fəaliyyətləri ilə uyğunlaşdırmalıdır. Planlaşdırmanın mədəniyyət sahəsinə daxil olması, bir cəmiyyətdəki kollektiv dəyərlərin dövlət tərəfindən təyin edilməsi və planlanlaşdırılmış bir mədəniyyətin yaradılması demək deyildir. Planlı mədəniyyətdən məqsəd, rəsmi bir mədəniyyət, hakim bir ideologiya də deyildir. Belə ki, bu mənada dövlətin vəzifəsi daha dar, daha muəyyən bir sahəyə inhisar edərək mədəniyyətin bütünü deyil, mədəni fəaliyyət olaraq yerinə yetiriləcəkdir. YUNESKO mədəniyyət siyasətini, bir cəmiyyətdə muəyyən bir zamanda movcud olan fiziki və bəşəri qaynaqlardan optimal ölçüdə faydalanaraq bəzi mədəni ehtiyaclarını təmin etmək üzrə görülənşüurlu və məqsədli işlərinbütünü olaraq tərif etməkdədir. Siyasət prosesi şüurlu, metodlu və məqsədli olub, məqsədlərin müəyyənləşdirilməsi və ehtiyacların təyin edilməsini zəruri edir .

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək “Azərbaycan Respublikasının Dovlət mustəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüquqdan istifadə edərək aşağıdakı niyyətlərini bəyan edir: “Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək əsas prinsipə çevrilməkdədir”. Müasir dövrdə yüksək milli mədəniyyət yalnız öz xalqına xidmət etməklə yekunlaşmır və həm də bəşəri xarakter daşıyır. Qarşılıqlı ünsiyyətdə həm özü zənginləşir, həm də başqa millətlərin mədəniyyətlərinin mənəvi dəyərlərinin zənginləşməsinə rəvac verir. Yaşadığımız müasir dövr mədəniyyətlərin eyniləşdirilməsinə, milli köklər və qaynaqlarından ayrılmasına qarşı çıxaraq onun gələcəyini, mədəniyyətlərin əməkdaşlığında, unsiyyətində, bədii yaradıcılıq əlaqələrinin mohkəmlənməsində və qarşılıqlı fəaliyyətinin mütərəqqi prosesində görür. Bu gün Azərbaycan Respublikası dünyanın bir sıra ölkələri ilə mədəni əlaqə saxlayır. Bu mədəni əlaqələr millətlərarası ünsiyyət mədəniyyətinə, xalqların bir-birinə yaxınlaşmasına, onların arasında inam və etimadın möhkəmlənməsinə kömək edir. Azərbaycanda müstəqil cəmiyyətin qurulması siyasi, sosial iqtisadi, təhsil, hüquq və s. bu kimi sahələrdə çoxlu sayda islahatlarla muşayiət olunmuşdur. İslahatların elan olunması maksimum əlverişli şərait rejimini, dövlət büdcəsindən əlavə maliyyələşdirməni, böyük beynəlxalq təşkilatlar tərəfindən əhəmiyyətli kömək gostərilməsini nəzərdə tuturdu. Mədəniyyət rəsmi surətdə islahat sahəsi elan edilmədiyinə görə, nəticədə hər hansı bir imtiyazdan məhrum olmuşdur. Lakin onlar olmadan da burada həm yuxarıdan və həm də aşağıdan dəyişikliklər baş vermişdir. Hər bir milli respublikanın suverenliyi və tam mustəqilliyi iqtisadi-sosial sahələrlə yanaşı, onun milli mədəniyyətinin də hər vasitə ilə inkişaf etdirilməsini, bu mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasını, xalq ənənələrinin, mərasim və adətlərinin, mənəvi dəyərlərinin dirçəldilməsini və eyni zamanda xarici olkələrlə mədəni əməkdaşlığı genişləndirməklə bədii və qarşılıqlı yaradıcılıq əlaqələrinin bir daha möhkəmləndirilməsini tələb edir. Mədəniyyətin qanunvericilik təminatı problemindən bəhs edərkən isə vurğulanmalıdır ki, mustəqil Azərbaycan Respublikası ümumbəşəri dəyərləri prioritet qəbul edərək, demokratik, dünyəvi və hüquqi dövlət qurmaq yolunu seçmişdir. Həmin yol həm ölkənin dünya birliyinə sivil inteqrasiyasının, həm də həyat fəaliyyətinin bütün sahələrinin normal işləməsinin başlıca şərti olan qanunun aliliyinin təsdiqi və ona riayət olunması prinsipini nəzərdə tutur. Cəmiyyətimiz bütövlükdə mədəni həyatın və ayrı-ayrılıqda onun hər bir mərhələsinin mədəni dəyərlərin yaradılması, qorunub saxlanması, yayılması və mənimsənilməsi prosseslərinin tənzimlənməsində komanda – sərəncamçılıq metodlarının yolverilməzliyi barədə razılığa nail olmuşdur. O, mədəniyyətin muxtəlif növ – maddi, maliyyə, kadr və informasiya resurslarından istifadə etməklə və yalnız diqqətlə düşünülmüş, yaxşı hazırlanmış və müasir tələblərə cavab verən qanunvericilik vasitəsilə idarə olunmasını qəbul etmişdir. Bu səbəbdən, mədəniyyət siyasətinin həyata kecirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl qanunların hazırlanması, qəbul edilməsi və tətbiq olunması müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda qanunlar necə yaranır? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının “Qanunvericilik təşəbbüsü hüququ” haqqında 96-cı maddəsinə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin daxili Nizamnaməsinin “Milli Məclisin daimi komissiyalarında qanun və qərar layihələrinin hazırlanması və baxılması Qaydaları”nın 15-ci maddəsinə uyğun olaraq, qanun layihələri və digər məsələləri Milli Məclisin müzakirəsinə çıxarmaq hüququ Milli Məclisin deputatlarına, ölkə Prezidentinə, Ali Məhkəməyə və Naxcıvan Muxtar Respublikasının Ali Məclisinə məxsusdur. Özü də ölkə Prezidentinin, Ali Məhkəmənin və NMR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdikləri qanun layihələri olduğu kimi müzakirəyə çıxarılır və səsə qoyulur. Belə qanun layihələrinə dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın (NMR Ali Məclisi) razılığı ilə edilir. Fiziki və hüquqi şəxslərə, o cumlədən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə gəldikdə isə onların hamısının bu və ya digər qanunun hazırlanması və qəbul edilməsinin, yaxud hazırda qüvvədə olan qanunlara əlavələr edilməsinin zəruriliyini əsaslandırmaq məqsədilə Milli Məclisin müvafiq daimi komissiyasına (cəmi 11 belə komissiya mövcuddur) müraciət etmək hüququ vardır. Onlar həmçinin qanun layihəsinin ilkin, qaralama variantını təqdim edə bilərlər. Dəlillər inandırıcı olduğu halda müvafiq komissiyanın, mədəniyyətlə bağlı isə mədəniyyət məsələləri üzrə daimi komissiyanın üzvü olan deputatlar öz iclaslarında konkret qanun layihəsinin hazırlanması barədə qərar qəbul edirlər. Sonra komissiya qanun layihəsi üzərində bilavasitə işləmək üçün xüsusi işci qrupu yaradır və ölkənin həmin sahədə ən yaxşı mütəxəssislərini o qrupa dəvət edir. Əgər qanun bir neçə daimi komissiya tərəfindən hazırlanırsa, o zaman ümumi işçi qrupu da yaradıla bilər. Sonrakı mərhələ digər ölkələrin müvafiq qanunlarını axtarıb tapmaqdan, hazırlanan qanunun ölkə daxilində nizamlamalı olduğu sahədə işlərin vəziyyətini, mövcud problemləri və nöqsanları diqqətlə öyrənməkdən ibarətdir. Hər bir qanun hazırlanarkən, həmçinin hökmən müvafiq beynəlxalq konvensiyalar nəzərə alınır. Nümunə üçün deyək ki, təkcə Azərbaycan Respublikasının birinci çağırış (1995-2000) Milli Məclisinin mədəniyyət sahəsilə bağlı qanunvericilik fəaliyyəti xeyli intensiv olmuşdur. Bu muddət ərzində mədəniyyət sahəsində 15 əsas qanun qəbul edilmişdir.

Mustəqillik elan edildikdən sonra mədəniyyət sahəsində butovlukdə 19 qanun qəbul olunmuşdur: Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında (25 dekabr 1991-ci il); Kutləvi informasiya vasitələri haqqında (21 iyul 1992-ci il); Azərbaycan Respublikasının Muəlliflik Huquqları Agentliyi haqqında (10 sentyabr 1993-cu il); “AZƏRKİNOVİDEO” istehsalat Birliyi haqqında (13 dekabr 1993-cu il); Muəlliflik huququ və əlaqəli huquqlar haqqında (5 iyun 1996-cı il); Reklam haqqında (3 oktyabr 1997-ci il); Mədəniyyət haqqında Qanun (6 fevral 1998-ci il); Tarix və mədəniyyət abidələrinin qorunması haqqında (10 aprel 1998-ci il); Qrantlar haqqında (17 aprel 1998); İnformasiya azadlığı haqqında (19 iyun 1998- ci il); Kinematoqrafiya haqqında (3 iyul 1998-ci il); Memarlıq fəaliyyəti haqqında (3 iyul 1998-ci il); Kitabxana işi haqqında (20 dekabr 1998-ci il); Turizm haqqında (4 iyun 1999-cu il); Şəhərsalmanın əsasları haqqında (11 iyun 1999-cu il); Milli Arxiv Fondu haqqında (22 iyun 1999-cu il); Kutləvi informasiya vasitələri haqqında (8 fevral 2000-ci il); Muzeylər haqqında (24 mart 2000-ci il); Nəşriyyat işi haqqında (30 may 2000-ci il). Milli Məclisin, mədəniyyət sahəsinin qanunvericilik ozulunu təmin edən mədəniyyət məsələləri uzrə daimi komissiyası və sosial qanunvericilik şobəsi muzakirəyə verilən hər bir qanunu hazırlayarkən, bu qanunların dunyanın inkişaf etmiş olkələrinin standartları və praktikalarına uyğun olmasına, onlarda Avropa Şurasının mədəniyyət prioritetlərinin, eləcə də Azərbaycanın reallıqları və spesifik ozəlliklərinin hokmən əks edilməsinə calışmışlar. Bundan da əsas məqsəd səmərəli və təsirli, zamanın ruhuna uyğun, mədəniyyət fəaliyyətinin butun subyektlərinin huquq və maraqlarını təmin edən, muasir daxili və xarici tələblərə cavab verən qanunlar yaratmaq olmuşdur.Butun bu qanunların hamısında xususi olaraq qeyd edilir ki, əgər mədəniyyət sahəsini tənzimləyən milli normative huquqi aktlarla Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq muqavilələr arasında ziddiyyət olarsa, o halda həmin dovlətlərarası muqavilələrin muddəaları tətbiq olunur. Bu vəziyyət məhz beynəlxalq huquqi normaların bizim cəmiyyət (dovlət) ucun prioritet təşkil etdiyini bir daha təsdiqləyir.Mədəniyyət sahəsində qəbul edilən qanunvericilik aktlarına “Mədəniyyət haqqında Qanun” (1998) kimi butovlukdə mədəniyyət sahəsini tənzimləyən qanunlar və “Kinematoqrafiya haqqında”, “Şəhərsalma haqqında”, “Muzeylər haqqında”, “Nəşriyyat işi haqqında” və s. kimi mədəniyyət fəaliyyətinin konkret novlərilə bağlı olan qanunlar daxildir.Mədəniyyət haqqında qanunda, hər şeydən əvvəl, dovlət siyasətinin prinsipləri, məqsədləri və vəzifələri ifadə olunmuş,həmin sahədə mərkəzi (dovlət) və yerli (bələdiyyələr) icra hakimiyyəti orqanlarının səlahiyyətləri muəyyən edilmişdir.

Azərbaycanın mədəniyyət siyasətinin prioritet problemlərindən birinə – mədəni irsin qorunub saxlanılmasına gəldikdə isə, bu məsələ artıq hüquqi planda “Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında”, “Milli Arxiv Fondu haqqında”, “Kitabxana işi haqqında” qanunların qəbul edilməsi sayəsində həll edilib. Tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı bütün problemlərin hüquqi cəhətdən tənzimlənməsi beynəlxalq konvensiyalara, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” (Haaqa, 1954), “Ümumdünya mədəni irsinin muhafizəsi haqqında” (Paris, 1970),“Mədəni dəyərlərin qeyri-qanuni aparılmasının, gətirilməsinin, onların mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yünəldilən tədbirlər haqqında” (Paris, 1970), “Oğurlanmış və qeyri-qanuni aparılmış mədəni dəyərlər haqqında” (1995) konvensiyalara, həmcinin YUNESKO-nun və onun nəzdində fəaliyyət gostərən beynəlxalq təşkilatların (İKOM, İKOMOS və İKKROM) və mədəni dəyərlərin mühafizəsi məsələləri ilə geniş şəkildə məşğul olan digər beynəlxalq qurumların layihə və tövsiyələrinə uyğun olaraq həll edilmişdir.

Ölkənin 1919-cu ildən formalaşmaqda olan muzey və onun qorunmasını və keyfiyyətcə zənginləşməsini gücləndirmək, muzeylərimizin fəaliyyətini xeyli yaxşılaşdırmaq (bu gün ölkədə 231 muzey var), yenilərini, o cümlədən özəl muzeylər yaratmaq üçün xüsusi qanun qəbul edilmişdir. “Muzeylər haqqında” qanun dövlətlə muzeylər arasında qarşılıqlı əlaqələri tənzimləyən, onların vəzifə və funksiyalarını, imtiyaz və səlahiyyətlərini müəyyən edən, muzeylərin qaydalarını və hüquqlarını dəqiq ifadə edən, muzey fondunun qorunmasına, saxlanmasına, inkişaf etdirilməsinə və zənginləşdirilməsinə yardım edən və muzey işcilərinin sosial müdafiəsini gücləndirən təsirli bir sənəddir. Vahid sistem kimi nəşriyyat-poliqrafiya fəaliyyəti sahəsindəki çatışmazlıqlar və həmin sahənin bütun ən vacib problemlərini tənzimləyən müvafiq qanunun yoxluğu nəzərə alınaraq, “Nəşriyyat işi haqqında” qanun qəbul edilmişdir. Qanun pozulmuş nəşriyyat-poliqrafiya sahəsini bərpa etməyə və onun dirçəlişini təmin etməyə yönəldilmişdir. Bundan əlavə, latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı da xeyli çətinliklər movcuddur. Bu və bir çox digər qüsurların qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” 21 iyun 2001-ci il tarixli fərmanı dərc olunmuş, onun 4 iyul 2001-ci il tarixli digər bir fərmanı ilə dil üzrə dövlət komissiyası yaradılmışdır; bu komissiyanın funksiyasına bundan əvvəl dərc olunmuş fərmanın həyata kecirilməsinə nəzarət etmək daxildir. “KİV haqqında” qanunun 2000-ci ildə qəbul edilməsinə baxmayaraq, KİV fəaliyyətinin qanunvericilik bazasının durmadan yaxşılaşdırılmasına və ümumavropa məkanına inteqrasiya olunmağa səy göstərilməsi bu qanuna yenidən baxılmasının başlıca səbəblərindəndir. 2001-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti “KİV-ə dövlət qayğısı sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı.Eləcə də “Teatr və teatr fəaliyyəti haqqında”, “Yaradıcılıq birlikləri və yaradıcı işcilər haqqında”, “Milli qoruqlar və milli parklar haqqında”, “Folklor ifadələrinin qeyri-qanuni istifadədən və onların qorunub saxlanmasına ziyan vuran digər fəaliyyətlərdən qorunması haqqında” qanunlar qəbul edilmişdir.



Bütün bu tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki,mədəniyyət siyasəti dövlət siyasətinin əsas prioritet istiqamətini təşkil edir.Bu tədbirlər mədəni irsin qorunmasına,mədəniyyət siyasətinin daha səmərəli şəkildə həyata keçirilməsinə yönəldilmiş tədbirlər kompleksidir.

İstifadə olunmuş ədəbiyyat

və internet resursları:

1.Milli mədəniyyət və müasir mədəniyyət

siyasəti:paytaxtdan regionlara .Şəki seminarı.

www.medeniyyet.az

2.Namiq Abbasov.Müasir şəraitdə Azərbayacan

dövlətinin mədəniyyət siyasəti və mənəvi

dəyərlərin inkişaf amilləri.Bakı-2008.

3.N.Abbasov.Mədəniyyət siyasəti və mənəvi

dəyərlər.Bakı-2009.

4.N.Abbasov.Mədəniyyət siyasəti və mənəvi

dəyərlərin kulturoloji mahiyyəti.Türk dünyası

incələmələri mərkəzi.İzmir-2009.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə